Qiymətləndirmə zamanı adətən üç əsas yanaşma (metod) tətbiq edilir. Lakin xüsusi hallarda əmlakın real bazar dəyərini müəyyən etmək qiymətləndirici fərdi yanaşmalar tətbiq edə bilər



Yüklə 18,26 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü18,26 Kb.
#36327
  1   2   3   4   5
Qiymətləndirmə metodları
Əsasnamə, Əsasnamə, Qiymətləndirmə metodları, Qiymətləndirmə metodları, Qiymətləndirmə metodları, Qiymətləndirmə metodları, Qiymətləndirmə metodları, Qiymətləndirmə metodları, Qiymətləndirmə metodları, Qiymətləndirmə metodları, Qiymətləndirmə metodları, Qiymətləndirmə metodları

Qiymətləndirmə zamanı adətən üç əsas yanaşma (metod) tətbiq edilir. Lakin xüsusi hallarda əmlakın real bazar dəyərini müəyyən etmək qiymətləndirici fərdi yanaşmalar tətbiq edə bilər. Misal üçün müvafiq obyektin mövcud vəziyyətdə analoq əmlakla muqayisədə bazar dəyəri çox aşağı olduğu zaman qiymətləndirici xüsusi yanaşma ilə əmlakdan daha səmərəli istifadə imkanlarını nəzərə almaqla real bazar dəyərini müəyyən edə bilər.   

 

Xərc yanaşması –aşınması nəzərə alınmaqla qiymətləndirmə obyektinin əvəz olunması və yaxud bərpası üçün zəruri olan cari xərclərin müəyyən edilməsinə əsaslanan qiymətləndirmə metodlarının məcmusudur.

Xərc metodu hər hansı analoji obyektin yaradılması (tikintisi) zamanı çəkilən xərclərin dəqiq hesablanması üçün daha münasibdir. Əmlakın sığortası, vergiyə cəlb olunması, dəqiq ilkin və cari balans dəyərinin müəyyən edilməsi hallarında xərc metodu daha münasib hesab edilir.

Xərc metodu  ilə obyektin dəyəri onun yerləşdiyi yerin tikinti üçün hazır vəziyyətə gətirilməsi (torpaq sahəsinin alınması və tikintiyə başlamaq üçün icarə sənədlərinin alınması və s.), tikintinin həcmi və təmir xərcləri ilə müəyyən olunur.

Obyektin bərpa dəyəri analoji obyektin qiymətinə əsasən müəyyən olunur. Analoji obyekt kimi – qiymətləndirilən obyekt ilə uyğun olan (eyni funksional təyinatlı, həcm-planlı və konstruktiv quruluşlu) eyni tipli bina nəzərdən keçirilir.

Xərc metodun tətbiqi zamanı yeni uyğun obyektin hazır vəziyyətə gətirilməsi üçün çəkilə biləcək bütün xərclər ümumiləşdirilmiş göstəricilər əsasında aşınma nəzərə alınmaqla cari qiymətlərlə hesablanmış, alınmış qiymətin üstündə torpağın və yaxşılaşdırmaların dəyəri əlavə edilir. Bu zaman dəyərin və uyğun olaraq aşınmanın dəqiq nəzərə alındığı hallarda daha dəqiq nəticələr əldə etmək mümkündür.

 


Yüklə 18,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə