Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə14/14
tarix07.01.2017
ölçüsü1,92 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
 2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan     
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
 3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.  
 4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
 5.  Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
 6.  Северин  Е.  С.,  Алейникова  Т.  Л.,  Осипов  Е.  В.  Биохимия.  -  Москва. 
Медицина. 2003. 
 7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
  
Qida kimyasından mühazirələr. 
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu 
MÖVZU 15.  MADDƏLƏR MÜBADİLƏSİNİN ORQANİZMDƏ ƏLAQƏSİ  
                       (VƏHDƏTİ) 
 
 
 
P L A N  
 
 
 
1. Maddələr mübadiləsinin orqanizmdə əlaqəsi haqqında ümumi məlumat 
2. Nuklein turşularının və zülalların mübadiləsi arasında əlaqə 
3. Nuklein turşularının və karbohidratların mübadiləsi arasında əlaqə 
4. Nuklein turşularının və lipidlərin (triqliseridlərin) mübadiləsi arasında  

175 
 
    əlaqə 
5. Karbohidratların və zülalların mübadiləsi arasında əlaqə 
6. Zülalların və lipidlərin mübadiləsi arasında əlaqə 
7. Karbohidratların və lipidlərin mübadiləsi arasında əlaqə
 
 
1.  Maddələr  mübadiləsinin  orqanizmdə  əlaqəsi  haqqında  ümumi  məlumat: 
Maddələr  mübadiləsi  bir-biri  ilə  sıx  əlaqəsi  olan  və  bir-birini  tamamlayan  ardıcıl 
kimyəvi  proseslərdən  ibarət  nizamlı  düzülüşü  olan  ansambıldır.  Heterotrof 
orqanizmlərdə  qida  vasitəsilə  hazır  şəkildə  qəbul  edilən  üzvi  maddələr  kimyəvi 
proseslər nəticəsində bir-birinə əlaqəli şəkildə çevrilirlər və bunun hesabına onların 
orqanizmi qurulur.  
Qəbul  edilən  qidanın  tərkibində  orqanizmin  qurulması  üçün  lazım  olan 
maddələr  hazır  şəkildə  mövcud  deyildir.  Yalnız  bir  sıra  biokimyəvi  çevrilmələr 
(fermentlərin iştirakı ilə) sayəsində heterotrof orqanizmlərdə bir sinifə mənsub olan 
üzvi  maddələr  digər  sinifin  nümayəndələrinə  çevrilir.  Bu  da  orqanizmin  həyat 
fəaliyyətinin  qurulmasına  və  inkişafına  zəmin  yaradır.  Məsələn,  heterotrof 
orqanizmlərdə  qida  vasitəsilə  qəbul  olunan  karbohidrat-ların  yağlara  çevrilməsi 
aşağıdakı sxem əsasında baş verir.  
 
 
                                                                  Qlükoza 
 
                                                        Fruktoza-1,6-difosfat 
 
                            NAD
+
   NADN 
 
              1-Fosfo-               Dioksiaseton-                  3-Fosfoqliserin- 
              qliserin                       fosfat                                aldehidi 
 
Yağ                                                                                    Piruvat 
 
                 Yağ                                                                Asetil-KoA 
               turşusu 
 
                                                                                        Krebs tsikli                         
 
 

176 
 
 
Avtotrof  orqanizmlərdə  üzvi  maddələr  fotosintez  nəticəsində  qeyri-üzvi 
maddələrdən  sintez  olunur.  Bu  prosesdə  əsasən  karbohidratlar  sintez  olunur. 
Həmçinin  piroüzüm  turşusu  əmələ  gəlir  ki,  bu  maddədən  də  aminturşular,  asetil-
Ko A və başqa maddələr sintez olunur. Əmələ gəlmiş maddələr zülalların, nuklein 
turşularının və lipidlərin biosintezi üçün ilkin material rolunu oynayır.  
Deməli,  üzvi  maddələrin  bir-birinə  əlaqəli  keçidləri  canlı  orqanizmin 
mövcudluğunu təmin edir.  
Canlı  orqanizmdə  zülalların,  karbohidratların,  nuklein  turşularının  və 
lipidlərin  mübadiləsinin  bir-biri  ilə  əlaqəsi  aralıq  məhsulların:  metabolitlərin 
hesabına  yaranır.  Bu  məhsullar  karbohidratların  zülallara,  nuklein  turşularına, 
zülalların  nuklein  turşularına,  lipidlərə  və  karbohidratlara,  lipidlərin  zülallara, 
nuklein  turşularına  və  karbohidratlara  çevrilməsinə  şərait  yaradır.  Aralıq 
məhsullardan  əsas  rol  oynayanlar  sirkə  turşusu,  qismən  nukleotidlər,  ketoturşular 
və s. birləşmələrdir. Bu sxem qısa şəkildə belədir.  
 
 
Bu  məhsulların  sonrakı  parçalanmasından  CO
2
  və  H
2
O  əmələ  gəlir,  enerji 
ayrılır.  Bu  enerji  vasitəsilə  başqa  proseslərdə  əlaqə  yaranır.  Belə  ki,  karbohid-
ratların  okidləşməsi  nəticəsində  ATF-də  toplanan  enerjidən  yağlarda  və  zülalların 
biosintezində,  yağların  oksidləşməsindən  alınan  enerjidən  isə  karbohidratların  və 
zülalların biosintezində, zülalların parçalanmasından ayrılan enerjidən də lipidlərin 
və  karbohidratların  mübadiləsində  istifadə  olunur.  Deməli,  maddələr  mübadilə-
sində  əlaqə  enerji  mübadiləsində  yaranır.  Müxtəlif  maddələrin  mübadiləsi  zamanı 
qarşılıqlı  əlaqənin  yaranmasında  və  onların  vəhdətində  mühüm  rolu  Krebs  sikli 
oynayır.  
Mübadilə prosesində bu əlaqə hüceyrənin ayrı-ayrı hissələrində də (mitoxon-
driyalar,  ribosomlar,  nüvə  və  s.)  rabitə  yaradır.  Belə  ki,  mitoxondriyalarda  əmələ 
gələn  enerji  ATF-lə  nüvəyə  aparılaraq  zülalların  və  nuklein  turşularının  sintezi 
üçün  istifadə olunur. Nüvədə sintez olunan RNT ribosomlara aparılaraq zülalların 
sintezində  iştirak  edir.  Belə  misalları  çox  göstərmək  olar.  Bunları  ümumiləşdirə-
rərk  göstərmək  olar  ki,  mübadilə  proseslə-rində  əlaqə  nəinki  metabolitlərin 

Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə