Q/İ I mövzu. MaliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari. P L a n maliyyənin mahiyyəti, predmeti və metodu



Yüklə 34,78 Kb.
səhifə1/13
tarix29.12.2021
ölçüsü34,78 Kb.
#48925
  1   2   3   4   5   6   7   8   9   ...   13
1-ci movzu maliyyenin mahiyyeti (1)
1-ci movzu maliyyenin mahiyyeti (1), YUSİF (1), YUSİF (1)


(Q/İ)

I MÖVZU. MALİYYƏNİN MAHİYYƏTİ VƏ FUNKSİYALARI.
P L A N

1. Maliyyənin mahiyyəti, predmeti və metodu.

2. Maliyyənin funksiyaları.

3. Maliyyənin zəruriliyi.

4. Maliyyə resursları.


  1. Maliyyənin mahiyyəti, predmeti və metodu. Maliyyənin mahiyyəti onun inkişaf qanunauyğunluğu və əmtəə-pul münasibətlərinin əhatə etdiyi sfera, ictimai təkrar istehsal prosesində rolu cəmiyyətin iqtisadi quruluşu, dövlətin təbiəti və funksiyaları ilə müəyyən edilir.

Maliyyə tarixi kateqoriya kimi cəmiyyətin siniflərə bölünməsi zamanı dövlətin yaranması ilə eyni vaxtda meydana gəlmişdir. Cəmiyyətin siniflərə bölünməsinin I iri bölgüsü quldarlıq olmuşdur. Quldarlıq ictimai-iqtisadi formasiyadan feodalizmə keçid feodal dövlətinin yaranmasına gətirib çıxardı.

Dövlətin inkişafının erkən mərhələlərində dövlət resursları ilə onun başçısının gəlirləri arasında hədd yox idi və hökmdarlar öz şəxsi əmlakları kimi sərəncam verirdilər. Yalnız XVI-XVII əsrlərdə dövlət xəzinəsinin hökmdar mülkiyyətindən tam ayrılması ilə dövlət maliyyəsi, dövlət büdcəsi və dövlət krediti anlayışları meydana gəldi.



Maliyyə anlayışı  tarixən mal mübadiləsi və pul münasibətlərini bildirib. «Maliyyə» sözü ərəbcədən götürülüb, mənası «malın, sərvətin dəyəri», yəni puldur. «Finans» sözü isə qədim latın dilindəki «financia» sözündən götürülmüşdür, hərfi mənası pul tədiyyəsi deməkdir. Maliyyə ilk dəfə olaraq pul tədiyyəsi anlayışı kimi Orta əsrlərdə İtaliyada daha sonra isə bütün dünyada istifadə olunmağa başlamış və beynəlxalq status almışdır. Maliyyə anlayışı heç də pul münasibətlərinin hamısını əhatə etmir. Pul münasibətləri daha geniş anlayışdır. Müasir cəmiyyətlərin hər birində bir sıra pul münasibətləri fəaliyyət göstərir. 

Maliyyə - geniş təkrar istehsalın fasiləsizliyinin təmin edilməsi, dövlətin vəzifə və funksiyalarının yerinə yetirilməsi məqsədilə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar olan iqtisadi münasibətlərdir.

Maliyyə anlayışı pul münasibətlərini ifadə etməsinə baxmayaraq, o heç də bütün pul münasibətlərini əhatə etmir. Pul münasibətləri maliyyə münasibətlərinə nisbətən daha geniş anlayışdır.

Öz iqtisadi məzmununa görə maliyyə münasibətləri aşağıdakı istiqamətlərə malikdir:

1. Təsərrüfat subyektlərinin nizamnamə kapitalının formalaşması ilə əlaqədar olan maliyyə münasibətləri.

2. Müəssisə və təşkilatlar arasında məhsul alqı-satqısı ilə əlaqədar yaranan pul münasibətləri, sifatişçi və podratçı arasındakı iqtisadi münasibətləri.

3. Kommersiya müəssisəsi və təşkilatları arasında qiymətli kağızların emissiyası və yerləşdirilməsi, qarşılıqlı kreditləşmə, pay iştirakı əsasında müştərək müəssisələrinin yaradılması prosesində meydana çıxan iqtisadi münasibətlər.

4. Təsərrüfat subyektləri ilə yuxarı təşkilatlar və aşağı həlqələr arasındakı bölgü münasibətləri.

5. Kommersiya fəaliyyəti ilə məşğul olan müəssisə, birlik və təşkilatlarla ayrı–ayrı işçilər arasında gəlirlərin bölüşdürülməsi, səhm və istiqrazların buraxılması və yerləşdirilməsi, dvidentlərin ödənilməsi prosesində meydana çıxan iqtisadi münasibətlər.

6. Təsərrüfat subyektləri ilə maliyyə orqanları arasında vergilərin və digər tədiyyələrin ödənilməsi, büdcədənkənar fondların yaradılması, büdcədən təxsisat alınması, vergi güzəştlərinin verilməsi, cərimə sanksiyalarının tətbiqi ilə əlaqədar yaranan iqtisadi münasibətlər.

7. Təsərrüfat subyektləri və əhalinin kredit sistemi ilə qarşılıqlı əlaqələri prosesində meydana çıxan pul münasibətləri.

8. Sığortalama və sığorta ödənişlərinin verilməsi prosesində meydana çıxan pul münasibətləri.

9. Xarici ölkələrlə iqtisadi əlaqələrin həyata keçirilməsi zamanı meydana çıxan pul münasibətləri.

10. Xarici ölkələrlə elmi-texniki tərəqqinin və digər əlaqələrin inkişaf etdirilməsi prosesində meydana çıxan iqtisadi münasibətlər.

Maliyyə ancaq müxtəlif pul vəsaitləri fondlarının formalaşdırılması və istifadəsi ilə əlaqədar olan iqtisadi münasibətləri əhatə edir. Bu pul vəsaitləri fondları mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş fondlara ayrılır.

Mərkəzdirilməmiş pul fondları müəssisələrin fondlarıdır və onlara daxildir: yığım fondu, istehlak və ehtiyat fondları.

Yığım fondunun təşkili mənbələrinin mənfəət, amortizasiya ayırmaları, sıradan çıxan əsas fondların satışından gəlirlər və s. təşkil edir. Yığım fondunun vəsaitləri kapital qoyuluşunun maliyyələşdirilməsinə, istehsal fondunun tamamlanmasına və s. xərclərə istifadə edilir. İstehlak fondu zəruri və izafi məhsulun dəyəri hesabına formalaşır.

Ehtiyat fondu izafi məhsulun dəyəri hesabına təşkil olunur və müvəqqəti baş verən ehtiyaclar həmin fondun vəsaiti hesabına ödənilir.

Mərkəzləşdirilmiş pul vəsaitləri fondları dövlət səviyyəsində formalaşdırılır. Onlara müxtəlif hakimiyyət orqanlarının büdcələri, sosial və iqtisadi təyinatlı büdcədənkənar fondlar daxildir.

Beləliklə, spesifik ictimai təyinata malik olan, obyektiv xarakter daşıyan və cəmiyyətdə mövcud olan real iqtisadi münasibətləri əks etdirən maliyyə, iqtisadi kateqoriyadır. Bu iqtisadi kateqoriyanın xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmişə pul formasında ifadə olunur. Pul yoxdursa, maliyyə münasibətləri də yoxdur, çünki bu münasibətlər aşkarlanmır, başqa cür ifadə oluna bilmir.

Quldarlar tərəfindən vətəndaşların əmlakının götürülməsi, feodalizm dövründəki cinsi ödəmələr, bizim ölkəmizin tarixində pul tədavülünün dağılması hesabına ictimai münasibətlərin naturallaşması və s. qətiyyən cinsi şəkildə qarşılıqlı maliyyə əlaqələrinin mümkünlüyünü sübut etmir. Əksinə, bir daha sübut edir ki, maliyyə münasibətləri müəyyən şəraitdə mövcud ola bilər və belə şəraitin olmaması bu kateqoriyanın fəaliyyət dairəsini məhdudlaşdırır.

Maliyyənin mahiyyətinin müəyyən olunması zamanı iqtisadçılar arasında böyük fikir ayrılığı yaranır. Onlardan bəziləri maliyyənin bölgü kateqoriyası, digərləri istehsal kateqoriyası, üçüncü qrup isə geniş təkrar istehsal kateqoriyası kimi qiymətləndirirlər.

Məlum olduğu kimi geniş təkrar istehsalı 4 mərhələdən ibarətdir:

İstehsal- Bölgü- Mübadilə- İstehlak.

Hər bir mərhələnin özünə məxsus aləti və obyektləri var. İnsanın həmin alətlər vasitəsilə obyektə təsir göstərir və həmin mərhələlər həyata keçirilir. Məsələn, əsas fondlar vasitəsilə insan şüurlu surətdə dövriyyə fondlarına təsir göstərir və beləliklə istehsal alınır. Dəyər bölgüsü zamanı insanlar maliyyə vasitəsilə ümumi milli məhsulun dəyərinə təsir göstərir və bölgü alınır. Bu arqumentlərlə sübut etmək olurki, maliyyə bölgü kateqoriyasıdır, geniş təkrar istehsalın mərhələlərinin yalnız dəyər bölgüsü hissəsində iştirak edir. O nə istehsal, nə mübadilə, nə də istehlakda bir başa iştirak edə bilməz və yalnız bölgü vasitəsilə onlara təsir göstərir.

Maliyyə münasibətlərinin yaranması özünü həmişə pul vəsaitlərinin hərəkəti şəklində təzahür etdirir. İstehsal və istehlak prosesində pul vəsaitlərinin hərəkətlərinin olmaması həmin mərhələlərdə maliyyə münasibətlərinin olmadığını sübut edir. Pul vəsaitlərinin hərəkəti istehsal tsiklinin II və III mərhələlərində-bölgü və mübadilə prosesində baş verir. Ancaq bu mərhələlərdə də pul vəsaitlərinin hərəkəti öz xarakterinə görə müxtəlifdir. Beləliklə, hətta bu mərhələlərin hər ikisində maliyyə münasibətlərinin eyni fəaliyyət göstərdiyini söyləmək olmaz.

II mərhələdə pul formasında dəyərin hərəkəti əlahiddə şəkildə-əmtəələrin hərəkətlərindən asılı olmadan baş verir və onun özgəninkiləşdirilməsi, yaxud da məqsədli şəkildə fondlara toplanması ilə xarakterizə olunur.

III mərhələdə isə bölüşdürülən dəyər (pul formasında) əmtəə ilə dəyişdirilir. Yəni alqı-satqı prosesi baş verir. Burada vəsait özgəninkiləşdirilmir. Sadəcə olaraq pul formasından əmtəə formasına keçir.

Beləliklə, təkrar istehsalın II mərhələsində pul vəsaitinin, yaxud dəyərin birtərəfli, ekvivalentə dəyişməyən hərəkəti, III mərhələdə isə ikitərəfli-biri əmtəə, digəri isə dəyər formasında olan hərəkəti baş verir.


Maliyyə - mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaitləri fond-larının formalaşması, bölgüsü və istifadəsi üzrə iqtisadi münasibətlər sistemidir




Maliyyənin fərqləndirici əlamətləri



PUL - maliyyənin əsasıdır



Maliyyə yaradılmış dəyərin müxtəlif iqtisadi subyektlər arasında (dövlət, təşkilatlar və ev təsərrüfatları) bölgüsünün əsas alətidir.




Bölgü prosesində pul vəsaitləri fondları (dövlətdə mərkəzləşdirilmiş, təşkilatlarda isə qeyri-mərkəz-ləşdirilmiş) formalaşır.





Müxtəlif iqtisadi subyektlər arasında münasibətlər hər şeydən əvvəl qeyri-bərabər xarakter daşıyır.





Yüklə 34,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə