QƏRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1/57
tarix25.12.2016
ölçüsü8,51 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   57

 

 



QƏRİB MƏMMƏDOV 

MAHMUD XƏLİLOV 

 

 

 

 

 

 

EKOLOQLARIN  

MƏLUMAT  KİTABI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – ELM – 2003 

 

 


 

 



 

 

 



Elmi redaktor: akademik B.Ə.BUDAQOV 

 

Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” 

nəşriyyatı. Bakı: 2003. 516 s. 

 

 



Kitabda ekologiya və  təbiəti mühafizəyə aid 4000-dən artıq termin 

və anlayışın mənası izah edilir. O, azərbaycan dilində ikinci nəşr olub 

ekoloqlar, bioloqlar, coğrafiyaşünaslar, meşəçilər, torpaqşünaslar, 

geobotaniklər, kənd təsərrüfatı mütəxəsisləri, həm də təbii sərvətlərdən 

istifadə problemləri və onların mühafizəsi məsələləri ilə  məşğul olan 

mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Hazırda respublikamızın ali və 

orta məktəblərində ekologiya və  təbiətin mühafizəsi fənlərinin tədris 

edilməsi ilə əlaqədar olaraq məlumat kitabı, müəllim və tələbələr üçün 

qiymətli vəsait sayılır. 

 

 

 

2003


)

07

(



655

01000009


.

19



М

 

İSBN 5 – 8066 – 1512 - X 



 

 

 

 

© ELM, 2003 



 

 



Azərbaycanda ekologiya və təbiəti 

mühafizə elmlərinin banisi akademik 

HƏSƏN ƏLİRZA OĞLU ƏLİYEVİN xatirəsinə 

ithaf olunur. 

 

GİRİŞ 

 

İnsan özü üçün nə lazımsa təbiətdən alır: hava, su, maddi nemətlər, 



sənaye üçün xammal və s. Bu sərvətlərdən yüz illərdən bəri kortəbii isti-

fadə olunması  nəticəsində  ətraf mühit dünya miqyasında dəyişilməyə 

məruz qalmışdır. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə 

daha da kəsginləşmişdir. 

Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birinə  sıxı bağlı 

mexanizmlərini bilmədən, yəni ekoloji biliyə  dərindən yiyələnmədən 

təbiətdən, onun resurslarından səmərəli istifadə etmək, təbii mühiti 

həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyil. 

Bu baxımdan, ekologiya elminə  tələbat və maraq günü-gündən artır. 

Müasir dövrdə ekologiya elmi bütün sənət adamlarının, alim və 

mütəxəssislərin, müəssisə və dövlət rəhbərlərinin diqqət mərkəzindədir.  

Ekologiya elmi nisbətən yeni elm olub onun xüsusi sahələri sürətlə 

inkişaf etməkdədir. Məsələn: bitkilərin ekologiyası, heyvan ekologiyası, 

torpağın ekologiyası, suların, dənizlərin ekologiyası, atmosferin, 

hidrosferin ekologiyası, kənd təsərrüfatının, sənayenin ekologiyası, 

nəqliyyatın,  şəhərlərin ekologiyası, ekoloji biologiya, sosial ekologiya 

və onun tərkibinə daxil olan insan ekologiyası, kosmik ekologiya və s. 

Odur ki, son 30-40 il ərzində ekologiya yalnız biologiya elmləri deyil, 

həm bütün təbiət, həm də sosial və iqtisad elmləri arasında populyar, 

tətbiqi elm sahəsinə çevrilmişdir. 

Biosfer resurslarından və planetimizin bütün təbii sərvətlərindən, 

həmçinin yaxın kosmik fəzadan səmərəli istifadə olunması  və 

qorunması problemləri bu gün müharibə, sülh, ərzaq, ictimai və s. 

problemlərdən az əhəmiyyət daşımır. Buna görə  də ekologiya və  ətraf 

mühitin mühafizəsi qanunauyğun surətdə elmin ön sırasında durur. 

Elmi-texniki tərəqqi keyfiyyətcə yeni yüksək mərhələ kimi, söz yox ki, 

cəmiyyətə böyük fayda verir: əhalinin ümumi güzarınının inkişafına şərait 

yaradır, müasir metodlarla insan, heyvan və bitki xəstəliklərinin qarşısını 

alır, insanların ömrünü uzadır, uşaq ölümünün faizi getdikcə azalır. 

Lakin cəmiyyət sivilizasiyasının inkişafı bir sıra neqativ ekoloji 

hadisələrlə  də  nəticələnir: təbii resurslar tükənir,  ətraf mühit 

çirklənməyə  məruz qalır, antropogen təzyiqin güclənməsi ilə  təbii 

ekosistemlərin kasatlaşması (Yer üzərindən bir çox bitki və heyvan 

növlərinin sıradan çıxması ilə  əlaqədar) və deqradiasiyası  nəticəsində 

biosferin buferliyinin (tarazlığının) pozulması müşahidə olunur və s. 

Bütün bu hadisələrin təzyiqi altında bəzən qlobal ekoloji böhranın, 

ekoloji faciənin mümkünlüyü fikri meydana çıxır. 

Ekologiya və  ətraf mühit haqqında olan elmlərin son tətbiqi nə-

ticələri aşağıdakılardan ibarət olmalıdır: müasir və gələcək nəsilləri sağ-

lam ətraf mühitlə təmin etmək üçün elmi əsaslar hazırlamaq; resursların 



 

 



mühafizəsi və tullantısız texnologiyanın ekoloji əsaslarını aşkar etmək; 

optimal və etibarlı  fəaliyyət göstərən süni (antropogen) ekosistemlər 

(xüsusilə  kənd təsərrüfatı yaratmaq; rəsmi və qeyri-rəsmi səviyyələrdə 

ekoloji təhsilə və əhalinin bütün təbəqələri arasında ekoloji mədəniyyətə 

yiyələnmək.  Əsaslı ekoloji tədqiqatlar məhz bu vəzifələrin həyata 

keçirilməsi istiqamətinə yönəldilməlidir. 

Oxuculara təqdim etdiyimiz məlumat kitabına sırf ekoloji deyil, həm 

də ekologiya ilə bağlı olan müxtəlif təbiət elmlərinə aid termin və 

anlayışlar daxil edilmişdir. 

Məlum olduğu kimi, bütün orqanizmləri, o cümlədən, insanı  əhatə 

edən mühit fiziki, kimyəvi və antropogen komponentlərin vəhdətindən 

ibarətdir. Buna görə də kitabda verilən geokimya, coğrafiya, geologiya, 

fizika, kimya, kənd təsərrüfatı, biologiya və digər elmlərə aid termin və 

anlayışlar konkret halda ekoloji kontekstdə izah olunmuşdur. 

Məluma kitabına aşağıdakı mövzular daxil edilmişdir: geosistemin 

və geosferin (atmosfer, biosfer, hidrosfer, litosfer) quruluşu; həyat 

mühiti elementləri və faktorları; orqanizmlərin ekoloji modifikasiyası; 

orqanizmlərin arealları; fərd, populyasiya və qruplaşmalarda gedən 

proseslər; həyat mühitinin genetik-evolyusiya aspektləri; insanla ətraf 

mühit və insanla bitki, heyvanat aləmi arasındakı qarşılıqlı  əlaqələr; 

ekosistemlərin təbii və antropogen dinamikası; xüsusi mühafizə olunan 

təbii ərazilər və obyektlər; təbiəti mühafizə tədbirləri; pestisidlər və ətraf 

mühitin antropogen çirklənməsi ilə əlaqədar problemlər; təbii resursların 

istifadəsi və  bərpa olunması üzrə  əsas tədbirlər; canlı  təbiətin 

mühafizəsinə yaxın olan əsas bilik sahələri. 

Ekoloqların məlumat kitabının tərtibində göstərilən mövzular üzrə 

MDB dövlətlərində  və xaricdə  nəşr olunmuş bir çox mövcud xüsusi 

lüğət və ensiklopediyalardan istifadə edilmişdir. 

Kitabdakı termin və ifadələrin izahı respublikamızın  ərazisində baş 

verən ekoloji proseslər və təbiəti mühafizə məsələləri ilə zənginləşdiril-

mişdir. 

Hazırda respublikamızda ekoloji mühitin pozulması ilə  əlaqədar 

meşələrin, çəmənlərin kənd təsərrüfatına yararlı torpaqların azalması, 

bəzi yerlərdə tamamilə sıradan çıxarılması, ətraf mühitin, Kür, Araz və 

digər çayların, torpağın, havanın çirklənməsi, bir sıra bitki və heyvan 

növlərinin məhv edilməsi ekologiya  və təbiəti mühafizə istiqamətində 

geniş izahlı məlumat kitabına ehtiyac olduğunu sübut edir. 

Məlumat kitabının bu nəşrinə 600-dən artıq termin və anlayışlar, (o 

cümlədən sosial-ekoloji) əlavə edilmiş, 1000-ə yaxın ekoloji terminin 

kökü, mənşəyi  əsasən (yunan, latın, qismən ingilis, alman, fransız, 

italyan, ispan) göstərilmişdir. Məlumat kitabı illüstrasiya materialları ilə 

zənginləşdirilmişdir. Akademik Həsən  Əliyevin Həyəcan təbili 

kitabındakı rəngli şəkillərdən də istifadə edilmişdir. 

Geniş oxucu kütləsinin ekoloqların məlumat kitabına verəcək məslə-

hətlər və ya iradlara görə müəlliflər əvvəlcədən öz təşəkkürünü bildirir. 

 


 

 



 

MÜNDƏRİCAT 

 

 

A

 

B

 



 

Ç

 

D

 



 

Ə

 



 

G

 

H

 

 

X

 

İ 

 

K

 

Q

 

L

 



 

N

 

O

 

Ö

 

P

 

 

R

 



 

Ş 

 

T

 

U

 

Ü 

 

V

 

Y

 

Z

 

 

 


 

 





 

ABADLAŞDIRMA (ərazini) – hər hansı bir sahədə əhalinin yaşayışı, 

işləməsi və istirahəti məqsədilə texniki və estetik şərait yaratmaq (məs. 

suyun, kanalizasiyanın çəkilməsi, cığır açmaq, parkda skamyalar qoymaq, 

bədii, mənzərəli guşələr düzəltmək və s). 



ABİOGENEZ – termin Yerdə həyatın mənşəyi nəzəriyyəsinə aiddir: 

ilkin oksigensiz atmosferdə qeyri-üzvi (bioloji) reaksiyalar, yəni canlı 

orqanizmlər iştirak etmədən üzvi birləşmələrin  əmələ gəlməsi prosesi. 

ABİOSFER – Litosferin canlı orqanizm və biogen maddələrin 

təsirinə məruz qalmayan qatı. 



ABİOTİK AMİLLƏR – Canlı orqanizmlərə  təsir göstərən qeyri-

üzvi mühit şəraitinin məcmusu. A.a. kimyəvi (atmosferin, dəniz suları-

nın, şirin suların, torpağın və s-nin kimyəvi tərkibi), fiziki və ya iqlim 

(temperatur, atmosfer təzyiqi, hava kütləsinin qarışığı, kosmik radiasiya, 

günəş radiasiyası  və s.) amillərinə bölünür. A.a.-in canlı orqanizmlərə 

təsirini ekologiya elmi öyrənir.  İnsanın təsərrüfat fəaliyyəti torpağın 

strukturuna və tərkibinə, su rejiminə, biosferdə maddələr dövranına təsir 

göstərərək uzun təkamül  ərzində orqanizmlərin adaptasiya olunmuş 

A.a.-ri nəzərə çarpacaq dərəcədə dəyişə bilər. 

ABİOTİK MÜHİT – bax: abiotik amillər 

ABİSESTON – suda asılı vəziyyətdə qalan abiotik hissəciklər. 

ABİSSAL SAHƏ (yun. Abussos – dibsiz) – okean dibinin 2500-m-

dən dərin olan sahəsi (6000-7000 m-ə  qədər). Bu sahə qaranlıq olub, 

temperaturu daima aşağıdır, bitkisi bəzi bakteriyalardan və bir neçə növ 

saprofit yosunlardan ibarətdir, heyvanları ya gözsüzdür və ya böyük 

gözləri vardır, bir çox orqanizm isə özü işıq verir. 

ABLYASİYA (lat. ablatio – aparılma) – 1) isti qazın axını ilə bərk 

cismin səthindən maddələrin aparılması (texn); 2) buzlağın və qar 

örtüyünün əriməsi və buxarlanması nəticəsində kütləsinin azalması. 

ABORİGEN NÖVLƏR, AVTOXTONLAR (lat. aborigine - 

başlanğıcdan)  – başlanğıcdan təkamül prosesində yarandığı yerdə 

hazırda da yaşayan orqanizmlər (flora və fauna)olub çox vaxt relikt növ-

lərdir. Məsələn, Avstraliyada evkalipt. Flora və faunanın analizi vaxtı 

genoelementlərin xüsusi qrupunu birləşdirir. 2) müəyyən  ərazinin 

qədimdən məskunlaşan ilkin sakinləri (əhalisi). 

ABRAZİYA  (lat. Abrasio – qazıma) – dalğanın və yaxud lə-

pədöyənlərin təsirilə iri su hövzələrinin (dəniz, göl, su anbarı) 



 

 



sahillərinin və sahilyanı dib hissəsinin dağılıb uçulması. 

ABRAZİYA SAHİLLƏRİ  – abraziya prosesləri nəticəsində 

yaranan sahillər (terraslar). 



ABSORBSİYA  cismin bütün həcmi ilə maddəni udması. 

AÇIQ EKOLOJİ  SİSTEM – ətraf mühitdə  həm maddələrlə, həm 

də enerji ilə mübadilə aparan sistem. A.e.s.-ə bütün təbii ekosistemlər və 

aqrosenozlar aiddir. 

AÇIQ DAĞ-MƏDƏN  İŞLƏRİ – faydalı qazıntılar istehsalı ilə 

əlaqədar birbaşa yer səthində görülən kompleks işlər. 



AÇMA SÜXURLAR – faydalı qazıntıların açıq üsulla çıxarılması 

zamanı onları örtən və istismar ərəfəsində  kənara atılan faydasız 

süxurlardan ibarət töküntülər. Gələcəkdə aparılması  nəzərdə tutulan 

rekultivasiyanın üsulları və növləri kənara atılan süxurların tərkibindən 

və onların bioloji rekultivasiyaya yararlılıq dərəcəsindən çox asılıdır. 

Ona görə  də rekultivasiyaya aid layihələr tərtib edilərkən süxurların 

bioloji cəhətdən yararlılıq dərəcələri müəyyənləşdirilməlidir. 

ADA – qurunun, hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən 

xeyli kiçik hissəsinə deyilir. Bütün qurunun 9,9 mln km

2

-ni A.-lar təşkil 



edir. 

ADA EKOSİSTEMLƏRİ – dəniz və göl adalarının ekosistemləri. 

ADA FAUNASI – təcrid olunmuş quru sahəsinin (adanın) faunası. 

A.f-nın xüsusiyyətləri adanın mənşəyi və onun materikə uzaq-yaxınlığı 

ilə  əlaqədardır. Materikdən uzaqda vulkan nəticəsində yaranmış okean 

adalarının faunası çox kasıbdır; çünki belə adaların faunası hava ilə, 

yaxud üzən  əşya üstündə keçən heyvanlar hesabına yaranır. Materik 

adalarında endemik növlər çox olur; Məməlilər (Filippin camışı, poni və 

s.) materiklərdən kiçik, quşlar və sürünənlər (varan, tısbağa) isə çox 

zaman iri olur. A.f. insan fəaliyyəti nəticəsində çox tez dəyişərək,  əv-

vəlki şəklini və xarakterik əlamətlərini itirir. 

 

ADA FLORASI – təcrid olunmuş quru sahəsinin (adanın) florası. 

A.f. adanın təcrid dərəcəsindən, müddətindən və floranın inkişaf 

şəraitinin xüsusiyyətindən asılıdır. A.f.-nın növləri materiklərlə 

müqayisədə sayca az olur. Materikə yaxın adalarda (məs. Yapon 

adalarında) endemiklər nisbətən azdır. Materik mənşəli iri adaların 

(İndoneziya, Filippin adaları) florası, növlərinin sayına görə çox vaxt 

materik növlərindən geri qalmır, adətən, endemiklərin inkişaf 

səviyyəsinə görə onlardan üstün olur. 



ADA İQLİMİ – yay və qış temperaturları nisbətən az fərqlənən iq-

 

 



lim. 

ADAPTASİYA  (yun. adaptation - uyğunlaşma) – orqanizmlərin 

(fərd, populyasiya, növ) quruluş  və funksiyalarının, eləcə  də onların 

orqanlarının mühit şəraitinə uyğunlaşması. Bioloji A. bir çox nəsillərin 

ömrü boyu dəyişilən mühit şəraitinə uyğunlaşması. (məs. soyuğun təsiri 

ilə heyvanlarda tük, yaxud yunun uzanması), fizioloji A. mühit şəra-

itinin nisbətən qısamüddətli dəyişikliklərinə orqanizmlərin sürətlə 

uyğunlaşması (məs. dəyişilən işıq  şəraitində gözün əşyanı aydın 

seçməsi, orqanizmlərin ancaq atmosfer təzyiqi  şəraitinə uyğunlaşması 

və s.). 

Mühitin dəyişilməsi ilə  əlaqədar yeni keyfiyyət  dəyişikliyi kimi 

meydana çıxan A. bitki və heyvan orqanizmləri arasında geniş yayılmış-

dır. 


ADAPTASİYA SİNDROMU  – orqanizmin xarici faktorların stres 

təsirinə reaksiyasını  səciyyələndirən ümumi dəyişikliklərin məcmusu, 

bax. stres. 

ADAPTİV SİSTEM  –  ətraf mühitin dəyişilmiş  şəraitinə 

uyğunlaşmağa qabil olan sistem. 



ADAPTOGENLƏR – sağlamlar üçün dərmanlar-adaptasiya 

xassələri daşıyan təbii dərman bitkiləri: yuxunu normaya salır, həyat 

tonusunu canlandırır, ekstremal şəraitdə  iş qabiliyyətini artırır, infek-

siyaya qarşı davamlılığı yüksəldir, emosional (stres) yükün qarşısını alır. 

A.-dən aşağıdakıları göstərmək olar: uzaq şərq jenşeni, çin limonniki 

(şizandra), eleuterokokku və s. Amerikanın herbalayf (Nervalife) firma-

sının hazırladığı «Kişi faktoru”» və  «şizandra»” preparatlarının 

hazırlanmasında bu bitkilərdən istifadə edilmişdir. 



ADRENALİN – böyrəküstü vəzinin hormonu, oksigendən istifadəni 

və arterial təzyiqi yüksəldir, maddələr mübadiləsini stimullaşdırır. 



ADSORBSİYA – qaz və ya məhluldan hər hansı maddənin maye və 

ya bərk cismin (adsorbentlərin) səth təbəqəsi ilə udulması prosesi. Ha-

vaya qarışmış xlor qazını aktiv kömürün udması A.-ya misal ola bilər. 

A. dərəcəsi götürülən adsorbentin xassələrindən, A. edilən maddənin 

təbiətindən və temperaturundan asılıdır. Temp-r yüksəldikcə A. 

zəifləyir. A. hava və qazların təmizlənməsində (məs.  əleyhqazda), tez 

uçan məhsulların (benzin, efir, ətriyyat) udulmasında, bioloji aktiv 

maddələrin (vitamin, ferment, antibiotik və s.) alınması və təmizlənmə-

sində, poliqrafiya, radioelektronika və s-də  tətbiq olunur. A. hadisəsi 


 

 



təbiətdə geniş yayılmışdır. 

ADVENTİVLİK (lat. adventicus - yad)  – hər hansı bir növün digər 

qruplaşmadan və ya yayıldığı yerdən gəlməsi (immiqrasiyası). 



ADVENTİKATOR  – müəyyən qruplaşmaya təsadüfən daxil olan 

növ. (biol.) 



ADVENTİV ORQANİZMLƏR – insan tərəfindən təsadüfən və ya 

müəyyən məqsədlə digər iqlim zonalarından başqa  şəraitə (həmin 

vilayət üçün yeni şəraitə) gətirilən bitki və heyvanlar. 

AERASİYA  (yun. aerhava) – havadəyişmə, havanı oksigenlə 

zənginləşdirmə. 



1) Suyun A.-Sı  – suyu oksigenlə  zənginləşdirmək, suyu zərərli 

qatışıqlardan (həll olmuş qazlar, dəmir birləşmələri və s.) təmizləmək, 

həmçinin bioloji təmizləmə qurğularında çirkabdakı üzvi maddələri və 

digər çirkləri minerallaşdıran mikroorqanizmlərin həyat fəaliyyətini 

təmin etmək üçün tətbiq olunur. 

2) Torpağın A.-sı – torpaq havası ilə atmosfer havası arasında qaz 

mübadiləsi. Qaz mübadiləsi zamanı torpaqdakı hava bitki köklərinin və 

mikroorqanizmlərin tənəffüsünə lazım olan oksigenlə, yerə yaxın hava 

təbəqəsi isə bitkinin fotosintez prosesində istifadə etdiyi karbon qazı ilə 

zənginləşir. Torpaq xırda dənəvər strukturlu olduqda A-ya əlverişli 

şərait yaranır və bitki daha yaxşı inkişaf edir. 



AEROBİOLOGİYA – aqrobiontları öyrənən biologiya elmi. 

AEROBİOSFER – Atmosferin canlı orqanizmlərin daim olduğu və 

özləri üçün əlverişli substratda normal yaşayıb artdığı yerüstü qatı. (yer 

səthindən 6-7 km-ə qədər hündürlükdə). 

AEROBLAR, AEROB ORQANİZMLƏR (aero və bios – həyat) – 

Üzvi mənşəli maddələrin oksidləşməsi yolu ilə  sərbəst oksigen olan 

şəraitdə inkişaf edə bilən orqanizmlər. Demək olar ki, bütün heyvanlar

bitkilər, insan, habelə mikroorqanizmlərin çoxu aerob orqanizmlərdir. 



AEROBİOS – sərbəst oksigenli mühitdə  həyat. A. heyvanların və 

mikroorqanizmlərin böyük əksəriyyəti üçün xarakterikdir. 



AEROFİTLƏR – özlərinə lazım olan qida maddələrini yalnız 

atmosferdən alan bitkilər. Bura çiçəkli bitkilərdən səlbkimilər və brome-

liya fəsilələrinə  mənsub bütün epifitlər, sporlulardan – ağac qabığı, 

gövdəsi və budaqları. eləcə  də torpağın üstündə inkişaf edən bəzi ma-

mır, yosun və  şibyə növləri daxildir. A. başqa bitkilərin üzərində 

olduğuna baxmayaraq, müstəqil qidalanır. Yağıntısız dövrlərdə aerofit 

şibyə və mamır tamamilə quruyur, lakin məhv olmur, əlverişli şəraitdə 

yenidən inkişafa başlayır. 



AEROFOTOŞƏKİLÇƏKMƏ – təyyarə, vertolyot və digər uçuş 

 

 



cihazları ilə Yer səthinin fotoşəkillərinin çəkilməsi, A. irimiqyaslı (10 

000-dən çox), ortamiqyaslı (10 000-30 000) və kiçik miqyaslı (30 000-

dən kiçik) aparılır.  Ərazinin təyyarədən çəkilməsi paralel marşrutla 

aparılır. Bu marşrutların bir-birindən uzaqlığı elə müəyyən edilir ki, 

qonşu marşrutlara aid aeroşəkillər, orta hesabla, bir-birini 30

% (eninə 

örtmə), bir marşruta aid qonşu  şəkillər isə bir-birini 60

% (uzununa 

örtmə) örtsün. 

Aerofotoşəkillərə əsasən şəkil montaj edilir və fotosxem qurulur. Fo-

tosxem  şəkillərin mərkəz hissələrindən qarışdırılmış bütün ərazinin 

aeroşəklini verir. 



AEROŞƏKİLLƏRİN DEŞİFRLƏNMƏSİ  – aeroşəkil  əsasında 

Yer səthinin öyrənilməsi üsullarından biri. A.d-də  rəngli aerofotoşəkil, 

zərrəbin, parallaktik xətkeş, stereoskop və s-dən istifadə edilir. Topoqra-

fik deşifrləşdirmə aerofotoşəkildəki sahənin təfsilatı (bitki örtüyü, hi-

droqrafiya, yaşayış məntəqələri, yollar, sərhədlər və s.) və relyefi ayırd 

edilib topoqrafik xəritədə göstərilir. Xüsusi deşifrləşdirmə isə geoloji

hidroloji, torpaqşünaslıq və s. məqsədlər üçün aparılır. Geoloji deşifrləş-

dirmədə aerofotoşəkildə  əks olunmuş geoloji obyekt, süxur, faydalı 

qazıntı və b. geoloji xüsusiyyətlər ayırd edilir. 

AEROFOTOTOPOQRAFİYA – aerofotoşəkilçəkmə materialları 

əsasında topoqrafik xəritələrin tərtib üsullarını öyrənən elmi fənn. 



AEROLOGİYA (yun. Aer – hava, logos - elm) – atmosferin yuxarı 

qatlarında havanın vəziyyətini öyrənən elm. Atmosferin yuxarı qatları 

təyyarə,  şar, zond, raket, süni peyk, kosmik hava gəmisi vasitəsilə 

qaldırılan, özüyazan və göstəricilərini radio ilə yerə verən cihazlar 

vasitəsi ilə öyrənilir. 

AEROPLANKTON – havada asılı halda olan mikroskopik 

orqanizmlər. 



AEROPONİKA – bitkinin hava mühitində torpaqsız yetişdirilməsi. 

AEROSƏPİN – təyyarə və ya vertolyotdan xüsusi cihazlar ilə toxum 

(qum vələmiri və b. ot toxumları) səpilməsi. Bəzi səhralarda qumları, 

saksaul köklərini torpağa bərkitmək üçün istifadə edilir. 



Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə