Qərbi Kaspi Universiteti



Yüklə 16,87 Kb.
tarix02.01.2022
ölçüsü16,87 Kb.
#43481
Ülviyyə Novruzova


Qərbi Kaspi Universiteti

Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi olan Qərb Universitetinin (indiki Qərbi Kaspi Universiteti) əsası 1991-ci ildə qoyulmuşdur. Qərb Universiteti 1992-ci ildən UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən isə Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin üzvüdür.



2017-ci ildən universitetin adı dəyişdirilərək Qərbi Kaspi Universiteti adlandırılmışdır. Fəaliyyət göstərdiyi illər ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilən Qərbi Kaspi Universiteti 63 ixtisas üzrə 3000-dək tələbəyə əyani və qiyabi təhsil proqramlarına əsaslanan təhsil verir. Universitetdə 8 fakültə (məktəb), 11 kafedra, 22 kürsü fəaliyyət göstərir. Universitetdə çalışan 152 müəllimdən 27-si elmlər doktoru, professor; 42 nəfəri isə dosentdir. Bir sıra beynəlxalq təhlillərdə Qərbi Kaspi Universiteti, SSRİ-nin süqutundan sonra yeni mühitdə yaranmış ən yaxşı 10 universitetdən biri kimi göstərilmişdir.

Universitet irqindən, cinsindən, dilindən, milliyyətindən və dinindən asılı olmayaraq, dünyanın hər bir yerindən tələbələri qəbul edir. Əsas və günün tələbi olan fənlər yerli və xarici müəllimlər tərəfindən tədris olunur. 
Qərbi Kaspi Universiteti strukturunun modern universitet strukturuna uyğunlaşması istiqamətində tədbirlər görür. Universitetin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar yaradılıb, tədris metodikasının yenilənməsi, ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması üçün ardıcıl iş aparılıb. 

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi


Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbi kafedra şəklində 1991-ci ildə "Riyaziyyat və Kompüter texnologiyaları" adı ilə fəaliyyətə başlamışdır. 2017-ci ildən isə kafedra Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbinə çevrilmişdir.

Dizayn və Memarlıq Məktəbi


2017-ci ildə Qərbi Kaspi Universitetində Dizayn və Memarlıq məktəbi yaradıldı. Bu məktəb 1996-cı ildən fəaliyyət göstərən Dizayn fakültəsinin bazasında təşkil edildi.

İqtisadiyyat Məktəbi


Bu struktur üzrə istiqamətlər Qərbi Kaspi Universiteti yarandığı gündən fəaliyyət göstərir. Məktəbin nəzdində "İqtisadiyyat", "Maliyyə və mühasibat uçotu", "Menecment", və "Əmtəəşünaslıq və ekspertiza" adlı kürsülər (kafedralar) fəaliyyət göstərir.

Filologiya və tərcümə fakültəsi


Fakültə 1996-cı ildən "Qərb dilləri" fakültəsi adı ilə fəaliyyətə başlayıb. Fakültədə Filologiya (ingilis dili və ədəbiyyatı), Tərcümə (ingilis, alman, fransız) ixtisasları üzrə mütəxəssis hazırlığı aparılıb.Fakültədə ümumilikdə 9 dil tədris olunur: Azərbaycan, ingilis, alman, fransız, rus, latın, çin, ispan, fin dilləri. Tələbələrin dil qabiliyyətini təkmilləşdirmək məqsədilə dil daşıyıcıları olan xarici mütəxəssislər dəvət olunur.

Siyasi və İctimai Elmlər Məktəbi


Siyasi elmlər fakültəsi Qərbi Kaspi Universiteti yarandığı ilk gündən onun tədris, elm və inzibati bölməsi olub, yüksək ixtisaslı kadr hazırlığı istiqamətində "Politologiya", "Psixologiya", "Regionşünaslıq", "Beynəlxalq jurnalistika", "Beynəlxalq hüquq", "Beynəlxalq münasibətlər" və s. ixtisasları üzrə bakalavr və ali təhsilin magistratura səviyyəsində kadrların hazırlanmasına rəhbərlik etmişdir.

Kitabxana


Hazırda Universitetin kitabxanası 60.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxana Fondunda ingilis dilində 16 000-dən çox ən müasir ədəbiyyat mövcuddur.2016-ildə qurulmuş BMT kitabxanasının beynəlxalq təşkilatların müxtəlif nəşrləri ilə zənginləşdirilməsi prosesini ötən dövr ərzində davam etdirilib.

Tələbələr üçün Tələbə Gənclər Təşkilatı

Tələbə Gənclər Təşkilatı (TGT) universitetdə demokratik tələbə özünüidarəetmə sisteminin effektiv fəaliyyət göstərməsi, universitet rektoru və tələbələr arasında sıx əlaqə yaratmaq baxımından olduqca effektiv qurum kimi sınaqdan çıxıb.
Yüklə 16,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə