Qədim Misir geyim tarixi



Yüklə 15,22 Kb.
tarix05.12.2019
ölçüsü15,22 Kb.
#29811
BLOK1.3-Qədim Misir geyim tarixi
Rüfət eko 10, Aka 1
Qədim Misir geyim tarixi

Afrikanın şm-şərqində Nil çayının aşağı axarında yerləşən Misir planetimizin ən qədim dövlətlərindən biridir. Qədim Misir tayfaları yığıcılıq, ovçuluq, və balıqçılıqla məşqul olublar. E.ə. V-IV minilliklərdə Misirdə ilk ibtidai icma münasibətləri dağılmağa başladı. E.ə. IV minillikdə efiyopların, livyalıların və samilərin qaynayıb qarışması nəticəsində Misir xalqı yarandı. Əkinçilik və maldarlıqla yanaşı kətan emalıda Qədim Misirin əsas məşquliyyətlərindən biri idi. Ənənəvi geyimlərin hazırlanmsında kətanla yanaşı dəri və xəzdəndə istifadə olunurdu. isirlilər qayda qanunlara əməl olunmasına ciddi fikir verirdilər. Misir geyimlərinin ümumi görünüşü və hər bir detalı dəqiq düşünülmüşdür. Burada təsadüfi heçnə yoxdur. Bütün Qədim Misir geyimləri ciddi kanonlara tabe idi. Parçanın keyfiyyəti, paltarın uzunluğu və forması, bəzək əşyalarının mövcudluğu və xüsusi fərqləndirici simvollardan istifadə - bütün bunlar insanın hansı sosial təbəqəyə mənsub olduğunu sübuta yetirir. Qədim Misirdə ideal kişi fiquru - hündür boy, incə bel, enli kürək, iri sifət olmuşdur. İdeal qadın fiquru - bədənin harmonik praporsiyaları,kiçik sinə, incə sifət cizgiləri ilə fərqlənməli idi.


QƏDİM ŞAHLIQ DÖVRÜ (e.ə. IV - e.ə. 2400-cü illər)
Qədim Misirdə geyimlərin yaranıb inkişaf etməsi Nil çayı hövzəsindəki iqlim şəraiti ilə bağlı olmuşdur. Bu dövrdə kişi geyiminin əsasını sadə sxenti təşkil edirdi. Bel ətrafına dolanan müxtəlif ölçülü parçadan ibarət olan sxenti belə kəmər və ya lent vasitəsi ilə bərkidilirdi. Bu geyimi ön tərəfdən üçbucaq formalı önlük tamamlayırdı. Bu geyim forması hamı üçün eyni idi. Sosial fərqi materialın keyfiyyəti müəyyən edirdi. Beləki, qulun sxentisi pis emal olunmuş dəri və ya kobud parçadan, fironun sxentisi isə incə, ağ ipəkdən hazırlanırdı. Bu geyimə biz Qədim Misir abidələrində və freskalarında rast gəlirik. Bitki boyalarının meydana gəlməsi ilə əlaqədar olaraq sxentilər boyanmağa başlayır. Yuxarı təbəqə əsasən qəhvəyi, sarı və mavi rəngli sxentilər geyinirdi. Bu rənglərdə sxentilərin aşağı təbəqələrin nümayəndələrinə geyinmək qadağan idi. Önlüklü sxenti, qamış səndəllər və parik Qədim şahlıq dövründə fironun və varlı təbəqənin əsas geyimi idi. Aşağı təbəqənin nümayəndələri sxenti geyinsələr və bəzi hallarda parik taxsalarda əsasən ayaqqabısız gəzirdilər. Qədim Misir qadınlarının geyimi kalaziris idi. Parçadan olan bu geyim ayaqdan başlayaraq sinəyə qədər bədənin ətrafında sinəyə dolandırılırdı. Sxenti kimi kalazirisin formasıda bütün təbəqələrin qadınları üçün eyni idi. Onların geyimləri yalnız parçanın keyfiyyəti ilə fərqlənirdi. Bədənə kip yapışan və sanki qəlibi xatırladan kalaziris nazik parçadan elə bil insan bədəninin dəqiq ölçülərinə uyğun tikilirdi. Belə fərz edilirki bu paltar toxunmadı, çünki, bədənin tamformasını alırdı. Kalaziris bədənə kip yapışdığından hərəkəti məhdudlaşdırırdı. Deməli, yerişdə qanuna uyğun olmalı idi.
ORTA ŞAHLIQ DÖVRÜ (e.ə.2400 - 1700-cü illər)
Orta şahlıq dövründə kənd təsərrüfatının, sənətkarlığın və ticarətin inkişafı ilə bağlı olaraq Qədim Misir cəmiyyətindəki təbəqələşmə getdikcə güclənir. Bir-birindən hündür divar çəpərlərlə ayrılmış varlı və kasıb məhəllələri meydana gəlir. Bu dövrdə Misir geyimi forması mürəkkəbləşir. Geyimin həcmi artır. Geyim aşağıya doğru genişlənərək piramidal şəkil alır. Özüdə bütün detallar forma baxımından üçbucağı xatırladaraq zambaq çiçəyini simvolizə edirdi. Mesopotamiyadan gətirilən parçalarla yanaşı yerli istehsal olan parçalarda mürəkkəb geyim formaları üçün əsas material idi. Önlüklü sxenti ənənəvi kimi öz dəyişməz görkəmini qoruyub saxlayır. Qadın geyimi kalazirisdə dəyişməz olaraq qalır. Lakin bu dövrdə sinəliyin forması bir qədər dəyişir. Eyni zamanda bu dövrdə iri dairəvi varatniklər meydana gəlir. Müxtəlif bəzəklərlə, qızıl və qiymətli daşlarla bəzədilmiş bu varatniklər dekorativ element kimi çıxış edirdi.
YENİ ŞAHLIQ DÖVRÜ (e.ə.1600-1010-cu illər)
Bu dövrdə Qədim Misir geyimindəki sinifli fərq dahada güclənir. Varlıların geyimində incə qiymətli parçalardan və qızıl bəzəklərdən geniş istifafə olunur. Qadınlar kalaziris geyinməkdə davam edir. Lakin qadın geyimində yeni element örpək (sindon)meydana gəlir. Bu çiyinə sallanaraq sinəni bağlayan və qısa qollar əmələ gətirən bir geyim idi. Yeni şahlıq dövründə kişilərdə kalaziris geyinməyə başlayır və onun üstündən sxenti geyinilirdi. Qədim Misirdə kahinlər bir çiyninə leopart dərisi salırdı. Misirin iqlimi ölkə ərazisində kətandan parça istehsalının yüksək inkişaf etməsinə səbəb olmuşdur. İncəliyi və keyfiyyəti baxımından misir kətanı ipək ilə rəqabətə girirdi. Ağ rənngdə olan kətana daha çox üstünlük verilirdi. Açıq fon üzərində mavi, qırmızı, sarı və yaşıl rəngli həndəsi və nəbati naxışlar üstünlük təşkil edirdi. Qara rəng matəm rəngi hesab olunurdu. Varlıların geyimlərində müxtəlif heyvanların sxematik təsvirləri, fironun simvolu olan ilan, İsida ilahəsininsimvolu olan qanad açmış ley böcək və s. öz əksini tapmışdı.
HƏRBİ GEYİM
Qədim Misir əsgərləri önlüklər və dəri sinəliklərlə təchiz olunmuşdu. Başı qoruyan şlem mövcud deyildi. Fironun hərbi geyimi kətan kalazirisdən və sinəni örtən dəbilqədən ibarət idi. Baş geyimi - atef bir-birinə keçmiş 2 hündür tacdan ibarətdir. Onlar yuxarı və aşağı Misir üzərində hakimiyyəti simvolizə edirdi.
AYAQQABI
Ayaqqabı yeni şahlıq dövründə yaranır. Səndəllər palma yarpağından hazırlanırdı. Onların 2 incə kənərləri dəridən hazırlanırdı. Ayaqqabının yuxarıya doğru əyilmiş burun hissəsində müxtəlif məişət və hərbi səhnələr təsvir olunurdu. Uzun müddət ayaqqabı fironlara və yuxarı təbəqənin nümayəndələri üçün istehsal olunurdu. Adi misirlilər ayaqqabısız gəzirdilər. Xüsusi və böyük rəğbğt qazanmış ayaqqabı sənətkarlarının yaşaması üçün xüsusi məhəllələr yaradılırdı.
BAŞ GEYİMLƏRİ VƏ SAÇ DÜZÜMLƏRİ.
Qədim Misirdə geyimlə yanaşı insanın bu və ya digər təbəqəyə mənsubluğunu bildirən əsas amillərdən biri də müxtəlif formalı baş geyimləri və pariklər olmuşdur. Çox vaxt onlar geyimlə müqaisədə daha aparıcı rol oynayırdılar. Ölkənin isti iqlimi misirliləri baş və üzlərini qırxmağa vadar edirdi. Təbii saç yerinə həm kişilər, həm də qadınlar parik taxırdılar. Təbii saqqal yerinə isə qulaqların arxasına ip vasitəsilə bərkidilən süni saqqaldan istifadə olunurdu. Pariklər bitki liflərindən və ya qoyun yunundan hazırlanırdı. Parikin uzunluğu insanın cəmiyyətdə tutduğu statusundan asılı idi. Ən uzun təmtəraqlı pariklər firona məxsus idi. Ziyalılar üçün çox vaxt kiçik hörük formasında olan pariklər düzəldilirdi. Qullar papaq və ya primitiv kətan parik taxırdılar. Qadın parikləri kişi pariklərindən daha uzun idi. Həm də onlar iri buruqlu idi. Yeni şahlıq dövründə zadəgan qadınlar başlarını kişilər kimi qırxırdılar. Bu dövrdə parik qadın kostumunun vahid kompazisiyasına uyğunlaşdırılırdı. Bütün pariklər iki təbəqəli hazırlanırdı. İstidən qoruyan üst təbəqə ventilasiya rolunu oynayırdı. Qadın parikləri lentlər, güllər, qızıl və rəngli daşlarla bəzədilirdi. Bütün pariklər ciddi həndəsi formaya malik idi. Fironun davamçıları xüsusi saç düzümünə malik idilər. Beləki, qırxılmış başda bir qədər saxalnılmış uzun saçdan hörük yaradılırdı. Başın yan tərəfində yerləşən bu hörüyə "cavanlıq lokon"u deyilirdi. Saqqalın forması ciddi kanonlara tabe edilmişdi. Tacirlər və varlı misirlilər saqqallarını kub şəklində kəsdirirdilər. Zadəganlar lak ilə örtülmüş qoyun yunundan düzəldilmiş süni saqqal taxırdılar. Ən uzun və dəbdəbəli saqqala firon malik idi.
Kişi baş geyimləri yeni şahlıq dövründə meydana gəlir. Kasıblar dəridən, parçadan vəya bitkilərdən düzəldilmiş papaqlar geyinirdilər. Fironun baş geyimi kfaft - iri zolaqlı parçadandüzəldilmiş örpəkdir. Üçbucaq formasında olan və çiyinə qədər uzanan bu yaylıq hökmdarlıq simvolları ilə bəzədilirdi.
BƏZƏK ƏŞYALARI.
Zərgərlik məmulatlarının yarandığı ilk ölkə Misir hesab olunur. Hələ qədim dövrlərdən Misir geyiminin əsas hissəsini bəzək əşyaları təşkil edirdi. Bütün müasir zərgərlik məmulatları sırğalar, üzüklər, qolnağlar, boyunbağı və klonlar öz bünövrəsini Misirin qədim şahlıq dövründən götürür. Misirlilərin zərgərlik sənəti öz yüksək peşəkarlığı ilə seçilir. Yuxarı təbəqə üçün qızıldan və qiymətli daşlardan gözəl və dəyərli incəsənət nümunələri yaradırdılar. Aşağı təbəqə isə saxsıdan və tuncdan hazırlanmış sadə bəzəklər taxırdılar. Qiymətli daşlardan müxtəlif heyvan fiqurları düzəldilirdi.
Yüklə 15,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə