Qarabağ gündəliyi 13



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix26.07.2017
ölçüsü2,29 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   29


 
                   
QARABAĞ  
gündəliyi 
13 
 
 
Bakı - 2015 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
Qarabağ Azadlıq Təşkilatı 
 
 
 
Q A R A B A Ğ 
Gündəliyi 
 
13 saylı bülleten 
(01 yanvar-30 iyun 2015-cü il) 
 
 
 
Bakı - 2015 


 
 
 
 
 
 
Qarabağ Azadlıq Təşkilatı 
Qarabağ gündəliyi, 13 saylı bülleten, Bakı, 2015, ... səh 
 
 
 
Redaksiya heyətindən  
  Bülleten  son  6  ay  ərzində  Azərbaycanın  Ermənistan  tərəfindən  işğal  olunmuş 
torpaqlarının azad edilməsi prosesi və Qarabağ danışıqlarının gedişi ilə bağlı baş verən 
hadisələri,  həyata  keçirilən  tədbirləri,  irəli  sürülən  fikir  və  mülahizələri,  təklif  olunan 
variantları,  Azərbaycan  dövləti  və  cəmiyyətinin,  beynəlxalq  təşkilatların,  xarici 
dövlətlərin,  daxili  və  xarici  ekspertlərin  mövqelərini  xronoloji  ardıcıllıqla  əks  etdirir. 
Bülletenlərin  hər  dəfə  6  aylıq  dövrü  əhatə  etməklə  ildə  2  dəfə  buraxılması  nəzərdə 
tutulur. 
 Bülletenlər  geniş  oxucu  kütləsi,  o  cümlədən,  siyasətçilər,  ekspertlər,  tədqiqatçılar  üçün 
yararlı ola bilər. 
 
  
 ISBN 978-9952-29-041-3 
 
 
 
 
 
 
 
 


 
01 yanvar 
* Yeni ildən ATƏT-ə sədrlik edəcək Serbiyanın xarici işlər naziri İviç Daçiç bildirib ki, 
onun  sədrliyi  dövründə  əsas    prioritet  məsələ  Ukrayna  böhranı  olacaq.  Buradan  aydın 
olur  ki, 
yeni  sədr  üçün  Dağlıq  Qarabağ  münaqişəsi  önəm  daşımaycaq. 
(
www.musavat.com
, 01.01.15). 
*  Avrasiya  İqtisadi  İttifaqı  rəsmən  fəaliyyətə  başlayıb.  Qurum  Rusiya,  Qazaxıstan, 
Belarus, Ermənistandan ibarət formalaşıb. (
www.musavat.com
, 02.01.15). 
* Milli Qəhrəmanlar Mehdi Abbasov və Mübariz Əhmədovun doğum günüdür.  
   Mehdi  Yusif  oğlu  Abbasov  1960-cı  il  yanvarın  1-də  Qərbi  Azərbaycanın  Amasiya 
rayonu  Yeniyol  kəndində  anadan  olub.  O,  müharibə  başlayanda  yaşadığı  Qazaxıstandan 
Vətənə  dönüb,  1991-ci  ilin  iyun  ayında  Xüsusi  Təyinatlı  Milis  (Polis)  Dəstəsində  baş 
leytenant rütbəsində rota komandiri kimi xidmətə başlayıb, Ağdam, Goranboy, Füzuli və 
digər istiqamətlərdə rəşadətlə vuruşub, çoxlu sayda uğurlu əməliyyatlar keçirib, düşmənə 
uğurlu zərbələr vurub, bu qəhrəmanlıqlarına görə “Mixaylo” ləqəbini qazanıb, 1992-ci il 
yanvarın 13-də Məlikcan mövqeyi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il 
iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb.  
    Bakı  şəhərində  Şəhidlər  Xiyabanında  dəfn  edilib.  İsmayıllı  rayonunun  keçmiş  Ruşan 
kəndi, şəhərin küçələrindən biri onun adını daşıyır.  
   Mübariz Əlizadə oğlu Əhmədov 1963-cü il yanvarın 1-də Sabirabad rayonu Qaratəpə 
kəndində  anadan  olub.  O,  könüllü  olaraq  cəbhəyə  gedib,  Ağdam,  Dovşanlı,  Xramort, 
Qazançı, Əsgəran, Pircamal, Xanabad, Şuşa və digər döyüşlərdə sücaətlə vuruşub, 1992-
ci  il  sentyabrın  24-də  Ağdamın  Abdal-Gülablı  kəndi  uğrunda  gedən  döyüşlərdə 
qəhəmanlıqla  həlak  olub.  1994-cü  il  sentyabrın  16-da  Milli  Qəhrəman  adına  layiq 
görülüb.  
Sabirabad rayonu Qaratəpə kəndində dəfn edilib. Sabirabad şəhərində büstü qoyulub.   
*  İşğalçı  Ermənistan  ordusu  düşmən  ölkənin  Berd  rayonunun  Mosesqex  kəndində 
yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Noyemberyan rayonunun Barekamavan 
və  Vosqepar  kəndlərində  yerləşən  mövqelərdən  Qazax  rayonunun  Qaymaqlı,  Ağstafa 
rayonunun  Aşağı  Əskipara  kəndlərində  yerləşən  mövqelərimizi,  Tərtər  rayonunun 
Göyarx,  Çiləbürt,  Goranboy  rayonunun  Tapqaraqoyunlu,  Ağdam  rayonunun  Yusifcanlı, 
Mərzili,  Sarıcalı,  Cəvahirli,  Kəngərli,  Şıxlar,  Xocavənd  rayonunun  Kuropatkino,  Füzuli 
rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri 
yaxınlığında,  həmçinin  Goranboy,  Füzuli  və  Cəbrayıl  rayonları  ərazisindəki  adsız 
yüksəkliklərdə  yerləşən  mövqelərdən  üzbəüz  mövqelərimizi  avtomat  və  pulemyotlardan 
atəşə tutublar.  
 
02 yanvar 
* Baş nazir Artur Rəsizadə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi 
hərbi  xidmətdən  ehtiyata  və  istefaya  buraxılmış  hərbi  qulluqçulara  istifadə  edilməmiş 
məzuniyyətə 
görə 
kompensasiyasının  ödənilməsi  barədə  qərar  imzalayıb. 
(
www.musavat.com
, 02.01.15). 
*  İşğalçı  Ermənistan  ordusu  düşmən  ölkənin  Noyemberyan  rayonunun  Barekamavan 
kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Berd rayonunun Mosesqex 
və  Ayqepar  kəndlərində  yerləşən  mövqelərdən  Tovuz  rayonunun  Ağdam  və  Əlibəyli 
kəndlərində  yerləşən  mövqelərimizi,  Tərtər  rayonunun  Yarımca,  Goranboy  rayonunun 
Tapqaraqoyunlu,  Ağdam  rayonunun  Yusifcanlı,  Mərzili,  Cəvahirli,  Kəngərli,  Şuraabad, 
Xocavənd  rayonunun  Kuropatkino,  Füzuli  rayonunun  Horadiz,  Aşağı  Seyidəhmədli 
kəndləri  yaxınlığında,  həmçinin  Goranboy,  Xocavənd  və  Füzuli  rayonları  ərazisindəki 


 
adsız  yüksəkliklərdə  yerləşən  mövqelərdən  üzbəüz  mövqelərimizi  avtomat  və 
pulemyotlardan atəşə tutublar.  
03 yanvar 
* Ermənistanın elektron kütləvi informasiya vasitələri Azərbaycan  tərəfinin guya təmas 
xəttində  təxribat  törətməsi  və  itki  verərək  geri  çəkilməsi  ilə  bağlı  məlumat  yayıblar. 
Azərbaycan  Müdafiə  nazirliyi  bu  xəbəri  təkzib  edib.  Nazirlikdən  onu  da  bildiriblər  ki, 
“Azərbaycan  Silahlı  Qüvvələrinin  şəxsi  heyyəti...  torpaqlarımızın  işğaldan  azad 
olunmasına ciddi hazırlaşır.” Digər xəbərlərə görə, cəbhənin Ağdam istiqamətində güclü 
atışma  olub.  Düşmən  mərmilərlə  Ağdamın  Çıraqlı  kəndini  atəşə  tutub,  binalara  ziyan 
dəyib. Çıraqlı kəndinə  11, Orta Qərvənd kəndinə 15  mərmi  düşüb. (
www.anspress.com

03.01.15; (
www.apa.az
, 03.01.15). 
*  Azərbaycan  əsilli  Qazaxıstan  müğənnisi  Neyla  Quliyeva  bildirib:  “Siyasətlə 
maraqlanmıram. Ancaq açıq-aydın görünür ki, mənim Vətənim böyük haqsızlığa dözür. 
Torpaqların  20  faizi  işğal  edilib...  Ən  böyük  arzularımdan  biri  Qarabağda  mahnı  ifa 
etməkdir.” (
www.vesti.az
, 03.01.15). 
*  Erməni  tərəfi  təmas  xəttində  itki  verdiyini  bildirib.  Hərbi  qulluqçular  Karen 
Qriqoryan və Vardan Mkrtçyan ölüb, Volodya Arutyunyan isə yaralanıb. Ermənilər 
itkilərin  Azərbaycan  tərəfinin  hücuma  keçməsi  nəticəsində  baş  verdiyini  iddia  edirlər. 
(www.modern.az, 03.01.15). 
*  Rusiyalı  politoloq  Stanislav  Tarasov  bildirib:  “Qarabağ  hadisələrin  episentrinə 
çevrilir...  Regional  partlayış  Qarabağda  baş  verə  bilər  və  silahlı  münaqişə  yalnız 
Qarabağda mümkündür” . (
www.axar.az
, 03.01.15.) 
*  İşğalçı  Ermənistan  ordusu  düşmən  ölkənin  İcevan  rayonunun  Berkaber  kəndində 
yerləşən  mövqelərdən  Qazax  rayonunun  Qızılhacılı,  Berd  rayonunun  Ayqepar  kəndində 
yerləşən  mövqelərdən  Tovuz  rayonunun  Əlibəyli  və  Koxanəbi  kəndlərində  yerləşən 
mövqelərimizi, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam 
rayonunun  Yusifcanlı,  Mərzili,  Kəngərli,  Şuraabad,  Sarıcalı,  Baş  Qərvənd,  Xocavənd 
rayonunun  Kuropatkino,  Füzuli  rayonunun  Horadiz,  Qaraxanbəyli,  Qorqan,  Aşağı 
Veysəlli,  Aşağı  Seyidəhmədli  kəndləri  yaxınlığında,  həmçinin  Xocavənd  və  Füzuli 
rayonları ərazisindəki adsız  yüksəkliklərdə  yerləşən mövqelərdən üzbəüz mövqelərimizi 
avtomat və pulemyotlardan atəşə tutublar.  
04 yanvar 
* Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib: “Yanvarın 3-də Ermənistan silahlı 
qüvvələrinin  bölmələri  iri  çaplı  silahlar,  tank  əleyhinə  qumbaraatanlar,  60  və  62 
millimetrlik  minaatanlardan  istifadə  etməklə  mövqelərimizi  və  cəbhəboyu  yaşayış 
məntəqələrini  intensiv  atəşə  tutublar...  Kəndlərin  və  dinc  əhalinin  atəşə  məruz  qalması 
Azərbaycan  tərəfini...  adekvat  və  sərt  tədbirlər  görməyə  məcbur  edir...  Biz 
torpaqlarımızın  işğaldan  azad  olunmasına  tam  hazırıq  və  bu  haqq  savaşında  qalib 
gələcəyimizə əminik... (
www.apa.az
, 04.01.15) . 
 *  Azərbaycan  XİN  mətbuat  katibi  Hikmət  Hacızadə  bildirib:  “Ermənistan  işğal 
olunmuş Azərbaycan ərazilərindən öz işğalçı qüvvələrini çıxarmayaraq, regionda təhlükə 
və gərginliyin artmasına və insan tələfatına rəvac verir”. (
www.musavat.com
,  04.01.15). 
*  İşğalçı  Ermənistan  ordusu  düşmən  ölkənin  İcevan  rayonunun  Berkaber  kəndində 
yerləşən  mövqelərdən  Qazax  rayonunun  Qızılhacılı,  Noyemberyan  rayonunun 
Şavarşavan  kəndində  yerləşən  mövqelərdən  Qazax  rayonunun  Fərəhli,  Berd  rayonunun 
Ayqepar  və  Mosesqex  kəndlərində  yerləşən  mövqelərdən  Tovuz  rayonunun  Əlibəyli  və 
Ağdam  kəndlərində  yerləşən  mövqelərimizi,  Tərtər  rayonunun  Çaylı,  Göyarx,  Çiləbürt, 
Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, 


 
Kəngərli,  Şuraabad,  Şıxlar,  Novruzlu,  Qaraqaşlı,  Cəvahirli,  Xocavənd  rayonunun 
Kuropatkino,  Füzuli  rayonunun  Horadiz,  Qaraxanbəyli,  Qorqan,  Aşağı  Veysəlli,  Aşağı 
Seyidəhmədli,  Cəbrayıl  rayonunun  Mehdili  kəndləri  yaxınlığında,  həmçinin  Goranboy, 
Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız  yüksəkliklərdə  yerləşən mövqelərdən 
üzbəüz mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.  
 
 
05 yanvar 
*  Müdafiə  nazirliyinin  mətbuat  xidmətinin  rəisi,  polkovnik  Vaqif  Dərgahlı  bildirib: 
“Son  günlər  Ermənistan  silahlı  birləşmələri  iriçaplı  silahlardan,  xüsusilə  bir  neçə  ildən 
sonra ilk dəfə minaatanlardan istifadə edərək mövqelərimizi, yaşayış məntəqələrini atəşə 
tutub...  Azərbaycan    buna  cavab  olaraq  sərt  tədbirlər  görür  və  görəcək...  Bunun 
məsuliyyəti  tamamilə  erməni  rəhbərliyinin  üzərinə  düşəcək...  Müdafiə  naziri  bütün 
orduya  tapşırıq  verib  ki,  işğalçı  düşmən  Azərbaycan  torpaqlarında  özünü  rahat  hiss 
etməməli,  torpaq  hər  an  onların  ayaqları  altında  od  tutub  yanmalıdır”.  (
www.trend.az

05.01.15). 
*  Amerikalı  ekspert  Piter  Teys  bildirib:  “2015-ci  ildə  yarana  biləcək  dördtərəfli 
Azərbaycan  –  İran  –  Rusiya  –  Türkiyə  strateji  əməkdaşlığı  Qarabağ  münaqişəsinə 
Bakının maraqlarına uyğun surətdə müsbət təsir edəcək”. (“Yeni Müsavat”, 06.01.15). 
*  Uğurlu  Horadiz  əməliyyatının  növbəti  ildönümü  münasibəti  ilə  tədbir  keçirilib. 
Tədbir  iştirakçıları  Fəxri  və  Şəhidlər  xiyabanlarını  ziyarət  ediblər.  Tədbirdə  Üzeyir 
Cəfərov,  Tarıyel  Qəhrəmanov,  Şair  Ramaldanov  və  digərləri  çıxış  ediblər.  (“525-ci 
qəzet”, 06.01.15). 
*  Milli  Qəhrəmanlar  Elgiz  Kərimov,  Şirin  Mirzəyev,  Naiq  Yusifovun  doğum 
günüdür.  
Elgiz  Kərim  oğlu  Kərimov  1971-ci  il  yanvarın  5-də  Bərdə  şəhərində  anadan  olub.  O, 
1991-ci  ildə  könüllülərdən  ibarət  batalyonun  tərkibində  cəbhəyə  gedib,  Əsgəran 
yaxınlığında  döyüşdə  xüsusi  qəhərmanlıq  göstərib,  1992-ci  il  martın  12-də  Naxçıvanik 
kəndi uğrunda gedən döyüşdə onlarla düşmən yaraqlısını məhv edib, lakin özü də həlak 
olub. 1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb.  
Bərdə şəhərində dəfn edilib.  
Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndi şəhərində anadan olub. O, 
Leninqrad  (Sankt-Peterburq)  Ali  Siyasi-Hərbi  Məktəbi  və  Moskva  Ali  Siyasi 
Akadmeyiasını  bitirib,  peşəkar  hərbçi  kimi  SSRİ-nin  müxtəlif  yerlərində  xidmət  edib, 
1991-ci  ilin  oktyabrında  könüllü  olaraq  cəbhəyə  gedib,  Ağdamda  ilk  özünümüdafiə 
batalyonunu  yaradıb,  az  vaxtda  cəsur  sərkərdə  kimi  ad  qazanıb,  Ağdam-Ağdərə 
istiqamətində  çoxlu  sayda  uğurlu  əməliyyatlar  həyata  keçirib,  onlarla  kəndi  düşməndən 
azad  edib,  1992-ci  il  iyunun  18-də  Ağdamın  Əliağalı  kəndi  yaxınlığında  maşınında 
minaya  düşüb  və  həlak  olub.  1994-cü  il  sentyabrın  16-da  polkovnik-leytenant  Şirin 
Mirzəyev Milli Qəhrəman adına layiq görülüb.  
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində adına küçə var, xidmət 
etdiyi hərbi hissədə büstü qoyulub.  
Naiq  Nəsir  oğlu  Yusifov  1970-ci  il  yanvarın  5-də  Tovuz  rayonu  Ağdam  kəndində 
anadan  olub.  O,  1990-cı  ildə  kəndlərində  yaradılmış  özünümüdafiə  dəstəsinə  yazılıb, 
cəbhə  boyu  kəndlərin  müdafiəsində  sücaətlə  vuruşub,  1992-ci  il  martın  24-də  Koxanəbi 
kəndinin  müdafiəsində  axıra  qədər  döyüşüb,  son  nəfəsində  qumbaranı  sinəsinə  sıxaraq 
partladıb,  özü  həlak  olub,  eyni  zamanda  ona  yaxın  erməni  yaraqlısını  da  məhv  edib.  
1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb.  


 
Tovuz rayonu Ağdam kəndində dəfn edilib. Kəndin orta məktəbi onun adını daşıyır. 
*  İşğalçı  Ermənistan  ordusu  düşmən  ölkənin  İcevan  rayonunun  Berkaber, 
Noyemberyan  rayonunun  Dovex  kəndlərində  yerləşən  mövqelərdən  Qazax  rayonunun 
Qızılhacılı  və  Kəmərli  kəndlərində,  Berd  rayonunun  ərazisindəki  adsız  yüksəkliklərdə, 
Çinari  və  Ayqepar  kəndlərində  yerləşən  mövqelərdən  Tovuz  rayonunun  Koxanəbi, 
Ağbulaq,  Əlibəyli  və  Hacıalılı  kəndlərində  yerləşən  mövqelərimizi,  Tərtər  rayonunun 
Göyarx,  Goranboy  rayonunun  Tapqaraqoyunlu,  Ağdam  rayonunun  Yusifcanlı,  Mərzili, 
Kəngərli,  Şuraabad,  Şıxlar,  Novruzlu,  Qaraqaşlı,  Cəvahirli,  Sarıcalı,  Baş  Qərvənd, 
Xocavənd  rayonunun  Kuropatkino,  Füzuli  rayonunun  Horadiz,  Aşağı  Seyidəhmədli 
kəndləri  yaxınlığında,  həmçinin  Göygöl,  Goranboy,  Xocavənd,  Füzuli  və  Cəbrayıl 
rayonları ərazisindəki adsız  yüksəkliklərdə  yerləşən mövqelərdən üzbəüz mövqelərimizi 
avtomat və pulemyotlardan atəşə tutublar.  
 
06 yanvar 
*  Uruqvayın  xarici  işlər  naziri  Luis  Almaqro  beynəlxalq  birliyi  Dağlıq  Qarabağkı 
qondarma  rejimi  tanımağa  çağırıb.  Azərbaycan  XİN  bu  məsələ  ilə  bağlı  araşdırmalara 
başlayıb. (“525-ci qəzet”, 07.01.15.). 
* Baş nazirin müavini, QMKİDK-nin sədri Əli Həsənov bildirib: “Erməni girovluğunda 
olan  Dilqəm  Əsgərov  və  Şahbaz  Quliyevin  azad  edilməsi  ilə  bağlı  Azərbaycan 
prezdenti  İlham  Əliyevin  tapşırığına  uyğun  olaraq  7  beynəlxalq  təşkilata,  o  cümlədən 
BMT-nin  baş  katibinə,  Avropa  Şurası,  Avropa  İttifaqı  və  ATƏT-in  rəhbərlərinə, 
Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədrinə və digərlərinə rəsmi müraciət göndərmişik... 
Ciddi bir cavab almamışıq.”  (
www.apa.az
, 04.01.15) 
*  Amerikanın  “The  Hill”  qəzetinin  siyasi  icmalçısı  Raul  Kontreras  məqaləsində 
bildirib:  “Ermənistan  işğal  etdiyi  ərazilərdə  1  milyona  yaxın  azərbaycanlını  öz  doğma  
yurdlarından qovub və Xocalı şəhərinin dinc sakinlərinə qarşı qırğın törədib... Bu faciəyə 
yalnız bir ad vermək olar – soyqırım”. (“525-ci qəzet”, 07.01.15.). 
* ABŞ dövlət departamentinin sözçüsü Cen Psaki bildirib: “Dağlıq Qarabağda atəşkəsin 
pozulması  bizi  narahat  edir...  Biz  Azərbaycan  və  Ermənistanı  regionda  sülhə  gətirəcək 
danışıqlarda iştirak etməyə çağırırıq”. (“525-ci qəzet”, 07.01.15.). 
*  Ermənistan  saytlarının  məlumatına  görə,  yanvarın  5-dən  6-na  keçən  gecə  qoşunların 
təmas  xəttində  atışma  zamanı  2  erməni  hərbçisi  öldürülüb.  Ermənilər  Azərbaycan 
tərəfinin  də  itki  verdiyini  bildirilib.  Azərbaycan  tərəfi  bunu  təkzib  edib.  (“Ekspress”, 
07.01.15). 
*  Azərbaycan  Ordusunun  giziri  Şamo  Məmmədov  minaya  düşərək  yaralanıb.  Hadisə 
cəbhənin  Ağdam  rayonu  istiqamətində  baş  verib.  Yaralı  gizir  hospitala  yerləşdirilib. 
(“Ekspress”, 07.01.15). 
*  Qarabağ  Azadlıq  Təşkilatı  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  2014-cü  ilin 
yekunlarına  dair  Hesabat  hazırlayıb.  Sənəd  “Preambula”,  “Hakimiyyət”,  “Beynəlxalq 
təşkilatlar”, “Cəmiyyət”, “Üzdəniraq “xalq diplomatiyası”, “Qarabağ Azadlıq  Təşkilatı”, 
“Nəticə”  bölmələrindən  ibarətdir.  Sənəddə  ötən  il  ərzində  Qarabağ  ətrafında  gedən 
proseslər,  görülən  işlər  və  sair  məsələlər  əhatə  edilir,  həmçinin  Dağlıq  Qarabağ 
münaqişəsinin həlli yollarına dair təkliflər irəli sürülür. Hesabatın tam mətnini veririk: 
 
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2014-cü ilin 
yekunlarına dair Qarabağ Azadlıq Təşkilatının 
 
HESABATI 


 
Preambula 
 
Sənəd  2014-cü  il  ərzində  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  istiqamətində  müxtəlif 
parametrlər üzrə baş verən hadisələri özündə əks etdirir. İl bütövlükdə konkret nəticələrin 
əldə  olunmaması  baxımından  uğursuz  olub.  Bu  uğursuzluğun  əsas  səbəbi  kimi 
beynəlxalq  təşkilatların,  vasitəçi  dövlətlərin  qeyri-obyektiv  mövqeyi,  həmçinin 
Azərbaycan hakimiyyətinin qətiyyətsizliyi, Azərbaycan cəmiyyətinin passivliyi göstərilə 
bilər. 

Hakimiyyət 
Azərbaycan  hakimiyyəti  iki  istiqamətdə  işi  davam  etdirmiş  və  müəyyən  müsbət 
nəticələrə nail olmuşdur: 
a) 
Dağlıq  Qarabağ  münaqişəsi  haqqında  obyektiv  informasiyaların  dünya 
ictimaiyyətinə  çatdıtılması  üçün  ciddi  səylər  göstərilib,  müxtəlif  ölkələrdə  çoxsaylı 
məlumatlandırma  xarakterli  tədbirlər  keçirilib.  Bəzi  beynəlxalq  təşkilatlarda,  bir  sıra 
ölkələrin  parlamentlərində  Ermənistanın  Azərbaycana  təcavüzü,  Dağlıq  Qarabağ 
münaqişəsi ilə bağlı obyektiv qərar və qətnamələrin qəbuluna nail olunub. Ermənilər də 
buna cavab olaraq qondarma “erməni soyqırımı” ilə bağlı qərar və qətnamələrin qəbuluna 
çalışıblar. Bu yöndə iki ölkə arasında “yarışma”ya bənzər proses gedib. 
Azərbaycanın  danışıqlarda  konkret  şərtlə  çıxış  etməsi  uğur  kimi  dəyərləndirilməlidir. 
Beləki,  prezident  və  xarici  işlər  naziri  səviyyəsində  belə  bir  şərt  irəli  sürülüb  ki, 
münaqişənin  dinc  vasitələrlə,  danışıqlar  yolu  ilə  nizama  salınması  prosesinin  davam 
etdirilməsi  üçün  Ermənistanın  silahlı  birləşmələri  bütün  işğal  olunmuş  ərazilərdən 
çıxmalıdır. 
Azərbaycan,  Türkiyə,  İran,  Gürcüstan  dövlətləri  arasında  prezidentlər,  xarici  işlər  və 
müdafiə  nazirləri  səviyyəsində  daim  fəaliyyət  göstərən  formatların  yaradılması 
Ermənistanın  region  proseslərindən  təcrid  olunması  baxımından  əhəmiyyətlidir. 
Azərbayacan,  Türkiyə,  Gürcüstan  arasında  prezidentlər,  xarici  işlər  və  müdafiə  nazirləri 
səviyyəsində  3  daimi  fəaliyyət  göstərən  format  yaradılıb.  Azərbaycan,  Türkiyə,  İran 
arasında  isə  eyni  format  xarici  işlər  nazirləri  səviyyəsində  əldə  olunub,  prezidentlər  və 
müdafiə nazirləri arasında isə işlərin getdiyi görünür. 
b) 
Hakimiyyət  münaqişənin  hərbi  yolla  həllinə  hazırlıq  istiqamətində  də  səylərini 
artırıb. 2013-cü ilin axırlarında ( oktyabrın 22-də) müdafiə naziri dəyişdirildikdən, Səfər 
Əbiyevin yerinə Zakir Həsənovun təyin edilməsindən sonra bir sıra kadr dəyişiklikləri də 
edilib. Bunların nəticəsində müəyyən müsbət meyllər müşahidə olunub. 
İrimiqyaslı  hərbi  təlimlər  keçirilib.  Müdafiə  nazirinin  və  digər  yüksək  rütbəli  zabitlərin 
cəbhə bölgələrinə, hərbi hissələrə səfərləri artıb. Müddətdən artıq hərbi xidmət keçənlərin 
Orduya daha geniş miqyasda cəlb olunması müşahidə edilib. Son 1 il ərzində Azərbaycan 
Silahlı Qüvvələrinə 10 min nəfərdən artıq adam, o cümlədən 300 qadın müddətdən artıq 
həqiqi hərbi xidmətə qəbul edilib. Orduya xəstə çağırışçıların daxil olmaması üçün daxili 
tibbi  komissiyalar  yaradılıb.  Orta  məktəblərdə  hərbi  hazırlıq  dərslərinin  səviyyəsinin 
qaldırılması, ali məktəblərdə hərbi kafedraların bərpası istiqamətində müəyyən addımlar 
atılıb.  Orduda  şəxsi  heyyətin  sosial-məişət  problemləri  ilə  bağlı  şikayətlər  bir  qədər 
azalıb.  Dövlət  büdcəsində  hərbi  xərclər  yenə  də  artırılıb,  növbəti  il  üçün  3,3  milyard 
manat (4,2 milyard dollar) müəyyən edilib. 
Silahlı  qüvvələrdə  korrupsiya  ən  ağır  problem  olaraq  qalıb.  Hərbi  hissələrdə  çağırış, 
yerləşdirmə,  imtiyazlı  şəraitin  yaradılması,  zabitlərin  rütbə  və  vəzifə  sahəsində 
irəlilələməsi və sairlə bağlı korrupsiya faktları mövcuddur. 


 
Hərbi müttəfiqlərin qazanılması istiqamətində də iş görülüb. Türkiyə, İran, Pakistanla sıx 
hərbi  əməkdaşlıq  münasibətləri  yaranıb.  Türkiyə,  Gürcüstan  Silahlı  Qüvvələri  ilə  birgə 
hərbi təlimlər keçirilib. 
II 
Beynəlxalq təşkilatlar 
Beynəlxalq  təşkilatlar,  xüsusilə  də  ATƏT-in  Minsk  qrupu  həmsədrləri  Dağlıq  Qarabağ 
münaqişəsinə  dair  danışıqları  davam  etdirməyə  çalışıblar.  ATƏT-in  Minsk  qrupu 
həmsədrləri  regiona  mütəmadi  səfərlər  edib,  dünyanın  müxtəlif  yerlərində  tərəflərin, 
əsasən xarici işlər nazirləri səviyyəsində görüşlərini təşkil edib, tərəflər arasında etimad 
mühitinin yaradılmasına xüsusi diqqət yetiriblər. Vasitəçi dövlətlər 2 illik fasilədən sonra 
Azərbaycan  və  Ermənistan  prezdentlərinin  görüşlərini  təşkil  edə  biliblər.  Rusiya 
prezdenti  Vladimir  Putinin  təşəbbüsü  ilə  avqustun  10-da  Soçi  şəhərində  prezidentlərin 
üçtərəfli  görüşü  olub.  Görüşün  əsas  səbəbi  həmin  ərəfədə  cəbhə  bölgəsində  baş  verən 
kəskin  qarşıdurma  və  geniş  hərbi  əməliyyatların  yenidən  başlanması  təhlükəsi  olub. 
Prezident İlham Əliyev Rusiya prezdentinin iştirakı ilə keçirilən bu formatlı görüşdə ilk 
dəfə Ermənistanı işğalçı dövlət adlandırıb, bu dövlətin silahlı qüvvələrinin işğal olunmuş 
torpaqlardan  qeyd-şərtsiz  çıxmasını  tələb  kimi  irəli  sürüb.  İkinci  görüş  sentyabrın  4-də 
NATO-nun  Uelsdə  keçirilən  sammiti  çərçivəsində  ABŞ  dövlət  katibi  Con  Kerrinin 
təşəbbüsü ilə baş tutub. Görüşdə prezdent İlham Əliyevin “münaqişənin həlli ilə bağlı ən 
konstruktiv,  müasir beynəlxaq  münasibətlərin ruhuna uyğun variant” təkilf etdiyinə dair 
Azərbaycan  rəsmiləri  tərəfindən  məlumat  yayılıb.  Bu  variantın  nədən  ibarət  olması 
açıqlanmayıb.  Üçüncü  görüş  digər  həmsədr  ölkənin,  Fransanın  prezidenti  Fransua 
Ollandın təşəbbüsü ilə oktyabrın 27-də Parisdə keçirilib. Bu görüşlə bağlı diqqəti çəkən 
məsələ Fransa prezdentinin tərəfləri tezliklə Böyük Sülh Sazişini hazırlayıb imzalamağa 
çağırması olub. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan bu görüşdə münaqişənin həlli 
üçün  öz  variantını  açıqlayıb:  ilkin  mərhələdə  7  rayon  boşaldılır,  Laçın  dəhlizindən 
ermənilərin  istifadə  etməsi  üçün    şərait  yaradılır,  Mehri  vasirəsi  ilə  Naxçıvana  dəhliz 
açılır; ikinci  mərhələdə  Dağlıq Qarabağa  Azərbaycanın  tərkibində  yüksək status verilir; 
bu  şərtlər  əsasında  Böyük  Sülh  Sazişi  imzalanır.  Buradan  Azərbaycanın  Böyük  Sülh 
Sazişi  dedikdə  nəyi  nəzərdə  tutduğu  anlaşılır.  İlin  sonu  üçün  daha  iki  təşəbbüs  diqqəti 
çəkib.  ATƏT-in  Minsk  qrupu  həmsədr  ölkələrin  xarici  diplomatiya    idarələrinin 
rəhbərləri  birgə  bəyanatla  çıxış  edərək  tərəfləri  yalnız  sülh  yolu  ilə  münaqişənin  həllinə 
çalışmağa  çağırıblar.  ATƏT-in  fəaliyyətdə  olan  sədri  Didier  Burkhalter  isə  tərəfləri 
Böyük Sülh Sazişi üzərində işləməyə çağırıb. 
İl  ərzində  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  beynəlxalq  təşkilatlarda  hər  hansı  ciddi 
sənəd  qəbul  olunmayıb.  Yalnız  Avropa  Şurası  Parlament  Assambleyasında 
“Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artması” 
adlı  məruzənin  hazırlanması  ilə  bağlı  qərar  qəbul  olunub  və  britaniyalı  deputat  Robert 
Valter  məruzəçi  təyin  edilib.  Məruzənin  hələlik  adını  irəliləyiş  kimi  qeyd  etmək  olar. 
Çünki AŞPA – nın əvvəlki sənədlərində adətən “ ATƏT Minsk qrupunun məşğul olduğu 
Dağlıq Qarabağ münaqişəsi “ kimi qeyri – müəyyən ifadələr işlədilirdi.  
     BMT  Baş  Məclisinin  iclasında  qurumun  69  –  cu  sessiyasının  gündəliyinə 
“Azərbaycanın  işğal olunmuş ərazilərində vəziyyət haqqında“ məsələ salınıb. Lakin bu 
məsələ  hələlik  müzakirə  olunmayıb.Xatırladaq  ki,  bu  bənd  Azərbaycanın  təşəbbüsü  və 
İslam  Əməkdaşlıq  Təşkilatının  dəstəyi  ilə  ilk  dəfə  BMT  Baş  Məclisinin  54  –  cü 
sessiyasının gündəliyinə daxil edilib. Baş Məclis bəndlə əlaqədar 2 dəfə - 2006 – cı ildə 
60/285  və  2008  –  ci  ildə  62/243  saylı  qətnamələr  qəbul  edib.  İşğal  olunmuş  ərazilərdə 
narkotik  maddələrin  istehsalı  və  nəqli  ilə  bağlı  məsələ,  həmçinin  radioaktiv  tullantıların 

10 
 
Ermənistandan  gətirilərək  işğal  olunmuş  ərazilərdə  basdırılması  da  beynəlxalq 
təşkilatların diqqətindən kənarda qalıb.  


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə