Qadının üç yaş dövrü



Yüklə 21,62 Kb.
tarix04.11.2019
ölçüsü21,62 Kb.
#29503
Qadinin uc yas dovru resm eseri haqqinda
Qustav Klimt

"Qadının üç yaş dövrü" rəsm əsəri

Yaranma tarixi: 1905

Texnikası: kətan, yağlı boya

Tempera: 180*180 см.

Saxlandığı yer: Roma Müasir İncəsənət Milli Qalereyasının (GNAM), İtaliya

Əsərin ingilis dilində orijinal adı: "Die drei Lebensalter der Frau"

"Qadının üç yaş dövrü" ...

Körpə anasının qucağına elə rahatlıqla sığınıb ki, insan bir anlıq da olsa, dünya qayğılarından xilas olub həmin körpənin yerində olmağı arzulayır. Gənc qadının nəvazişi, körpəsini sevgi ilə sinəsinə sıxması xoş bir dinclik bəxş edir. Ancaq həm də elə bil, körpə nədənsə qorxur və bu qorxunu gənc ana da hiss edib, onu hansısa təhlükədən qormağa çalışır.

Onların sağında isə ölümə yaxın dayanmış yaşlı qarını görürük. Duruşu qəribədir, başını köksünə sallayıb, dərisi qırış-qırış, döşləri sallaq, elə bil ki, itirilmiş gözəlliyi və təravətinin acı yasını tutmaqdadır. Eyni zamanda üzünü gizlətməyə çalışır, çünki bədəninin bu vəziyyətindən utanır. Rəssam bizə hansı mesajı vermək istəyib? Ölümə yaxın olan qadın, yəni yaşlı qadın qocalığı ilə barışmaq istəmir?

Avstriya simvolist rəssamı Qustav Klimt Vyana sesession cərəyanının görkəmli nümayəndələrindən biridir. Klimtin yaradıcılığı rəsm əsərləri, monumental rəsm, eskiz və başqa incəsənət növləri ilə tanınır.

Klimtin əsas mövzusu qadın bədəni idi.

"Qadının üç yaş dövrü" əsəri 1908-ci ildə cəmiyyətə təqdim olunanda tənqidçilər arasında böyük marağa səbəb oldu və Roma Müasir İncəsənət Milli Qalereyasının (GNAM) ona sahib çıxdı.

Bəhs olunan rəsm əsərində nə görürük? Həyatın axını, yaşam sürətlə gözümüz önündən keçib gedir. Əsər çox simvolikdir. Klimt qadını üç fərqli yaş obrazında təsvir edib. Qayğısız uşaqlıq, sadəlövh gənclik və "çirkin" qocalıq dövrü. Alman filosofu F. Nitsşenin yazdığını xatırladır: "Qadın gənckən çiçəkli mağaradır, yaşlandıqda mağaradan bir əjdərha çıxar". Əslində bununla həqiqətlər çatdırılır. Elə əsərdə də qadınların təsvirində yaşanmış illər, keşmiş, indi və gələcək haqqında dərin məna ötürülür.

Klimt yaradıcılığının mərkəzi motivlərindən biri həyatın dövriyyəsini simvolizə etməsidir. Əsərlərində simvollara müraciət etməsinə görə onun yaradıcılığını Ogüst Rodenin yaradıcılığına bənzədənlər də var.

İnsan həyatında fiziobioloji imkanların özü (yetkinlik yaşına çatan gənclərdə libidonun qabarması) fərdi “universal qeyri-şüur”i ilə əlaqələndirir. Öz növbəsində “universal qeyri-şüur” fərdə yaranmış bioloji imkanları cəmiyyətdə realizə etmək “yolunu” göstərir. Bu, öz-özünə aktuallaşan bir xüsusiyyətdir.

K.Q. Yunq göstərir ki, istər nağıllarda, istərsə də yuxularda

qoca baş qəhrəmanın ümidsiz və ağır vəziyyətində ortaya çıxır.

Ağır və çətin vəziyyətdə ruhun özünə belə çıxış yolu göstərməsi

onun “daxili-psixi avtomatizmindən” doğur (Юнг К.Г. Душа и миф шесть архетипов, 1996, 384 с).

İnsan ruhun bu qabiliyyəti ilə bəşəriyyətin qazandığı təcrübəyə

spontan olaraq qoşulur və bu kontekstdə özünü realizə edir.

Maraqlıdır ki, ölümə yaxınlaşan dövrdə (qocalıqda) insanın qarşısına haqqında bizim heç nə bilmədiyimiz, yaxud dini kitablardan qismən bildiyimiz “o dünyaya”, “digər mövcudluq halına” keçid problemi çıxır... Hans Dikmana görə Əgər onların həqiqi anlayışlarını biliriksə, bu zaman o, simvollar vasitəsi ilə bu kimi mövcud situasiyalarda insanın nə etdiyini və ya nə etməli olduğunu bizə göstərir (Дикман Х. Сказание и иносказание. Юнгианский анализ вол-

шебных сказок, 2000, 256 с). Bu kollektiv obrazlar sırasına ilk

növbədə qocanı, qarını aid etmək olar. Fizioloji cəhətdən qazanılmış yeni xüsusiyyətlər (cinsi maraq, bədənin güclənməsi) kollektiv obrazlar vasitəsi ilə kosmoqonik aktla əlaqələndirilir və yenidən yaradılma kimi dəyərləndirilir (Səfa Qarayev, Mifoloji xaos: strukturu və poetikası, səh 120).

Azərbaycan dastanlarında əks olunan “buta” motivi öz mifoloji

semantikasına görə sözügedən kosmoqonik miflərlə sıx əlaqədardır.

Buta motivinin aktivləşməsi insanın profan keçid dövrünə

(uşaqlıqdan yeniyetməliyə keçid nəzərdə tutulur), ərgənləşmə

dövrünə təsadüf edir. Özlüyündə bütün profan keçidlər (yeniyetməlikdən gəncliyə, qışdan yaza və s.) özünü sakral keçid kontekstində dəyərləndirir. Sakral kontekstdə bu keçidlər yenidən yaradılma, xaosdan kosmosa keçid kimi xarakterizə olunur. Belə olduqda doğulma, yaradılma statusunda olan fakt kosmoqonik kontekstdə yaradılmaya müncər olunur (Səfa Qarayev, Mifoloji xaos: strukturu və poetikası, səh.120).

Bu anlamda Klimtin "Qadının üç yaş dövrü" əsərinin də qədim miflərlə sıx mifopsixoloji əlaqəsi var. Ölümə yaxın olan yaşlı qadın da nə zamansa gənc idi, dünyaya yeni başlanğıc gətirmək xüsusiyyətləri daşıyırdı. Gəncliksə bizə işıq saçan, ideal dərisi, al yanaqları, parlaq saçları olan qadın kimi təqdim edilib. Və qayğısız görünür. Qadın qucağında uşaqlığı təmsil edən kiçik qızı tutub - bir çox rəssamların işlədiyi "Körpəli Madonna" nı xatırlatmırmı? Ana kiçik qızına qarşı olduqca həssas və nəvazişlidir. Onu qorumağa çalışması ilk baxışda ana məhəbbəti aşılasa da, dərin baxdığımızda ananın öz uşaqlığını buraxmaq istəmədiyini görürük. Kiçik qız paklığın və günahsızlığın simvoludur. Klimt əsərlərinin əsas mövzusu qadın bədəni olsa da, bioqrafiyasında onun dəyişməz sadəqəti və böyük sevgisinə layiq olan yeganə qadını - anası Anna Klimti görürük. Klimtin anasının ən böyük arzusu musiqi ilə peşəkarlıqla məşğul olmaq və dünya səyahətinə çıxmaq idi, ancaq buna nail ola bilməmişdi. Səbəb dəqiq məlum olmasa da, ailə həyatı, yeddi uşağın olmasından bu arzusunun həyata keçməməsini təxmin etmək olar. Əvəzində Anna ömrünün qalan hissəsini və bütün enerjisini cəmiyyətdə ad-san qazanmış oğluna həsr etməyi qərara alır. Anna oğlu ilə birlikdə cəmiyyət arasına çıxmırdı, o sadəcə görünməz bir mələk kimi oğlunun evində yaşayır, onun isti yeməyi və təmiz geyimi olmasına xüsusi diqqət göstərirdi. 1915-ci ildə anasının ölümü Klimtə Dünya Müharibəsinin dəhşətlərindən daha çox təsir etmişdi.

Ölüm mövzusu. Minillkərdən bu yana qədim şumer, babil, misir əfsanə və miflərindən tutmuş müasir insanı daima düşündürən məsələ.



Nədir ölüm? Yox olmaqmı, başqa dünyaya keçidmi? Yeni həyatın başlanğıcımı? Bəlkə X.Cübran "Həyatın bütün sirlərini dərk etdikdən sonra ölməyə can atacaqsan, belə ki, ölümün özü də həyatın bir sirridir" deməkdə haqlıdır? Bəs nədir o sirr? Bu kimi suallar tükənməz bitməz və insanoğlunun yaratdıqlarında - nağıllarda, əfsanələrdə, musiqilərdə, romanlarda, incəsənət əsərlərində daima yaşayacaq.

Əsərlərindən göründüyü kimi Klimti də narahat edən mövzulardan biri ölüm idi. Bunu bizə "Qadının üç yaş dövrü" əsərindəki yaşlı qadının öz reallığı ilə ixtilaf yaşamasını göstərən təsviri ilə yanaşı, rəssamın sonrakı "Ölüm və həyat" (1916) əsəri də deyir.
Yüklə 21,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə