Q Ə t n a m ə Azərbaycan Respublikası adından



Yüklə 95,02 Kb.
Pdf görüntüsü
tarix22.04.2017
ölçüsü95,02 Kb.
#15245

 

 

 

 

 

 Q Ə T N A M Ə 

 

Azərbaycan Respublikası adından 

 

      13 oktyabr 2016-cı il               İş № 2(106)-1494/2016                           Şirvan şəhəri 

 

Şirvan  Apellyasiya  Məhkəməsinin  Mülki  Kollegiyası:  hakimlər  Cəbrayılov  Vüsal 



Adil  oğlu  (sədrlik  edən  və  məruzəçi),  Mirzəyev  Nüsrət  Fətulla  oğlu  və  Heydərov  Tofiq 

Xudayar  oğlundan  ibarət  tərkibdə,  məhkəmə  iclas  katibi  Ələskərov  Sənan  Adil  oğlunun 

katibliyi, iddiaçı Həsənova Ramiyyə Ayaz qızının, onun nümayəndələri Fərəcov Salman 

Böyükağa  oğlunun  və  Həsənov  Ayaz  Niyaz  oğlunun,  cavabdeh  Bağırov  Kənan  Gülağa 

oğlunun nümayəndəsi Bağırov Gülağa Gülbala oğlunun iştirakı ilə,   

İddiaçı  Həsənova  Ramiyyə  Ayaz  qızının  cavabdeh  Bağırov  Kənan  Gülağa  oğluna 

qarşı  hədiyyə  edilmiş  qızıl-zinət  əşyalarının,  cehiz  əmlakının  və  şəxsi  əşyalarının 

qaytarılması tələbinə dair mülki iş üzrə Sabirabad rayon məhkəməsinin 02 may 2016-cı il 

tarixli  2(056)-456/2016  saylı  qətnaməsindən  iddiaçı  Həsənova  Ramiyyə  Ayaz  qızı  və 

onun nümayəndəsi Fərəcov Salman Böyükağa oğlu tərəfindən birgə verilmiş apellyasiya 

şikayətinə açıq məhkəmə iclasında baxaraq, 

 

M Ü Ə Y Y Ə N  E T D İ: 

 

Sabirabad  rayon  məhkəməsinin  02  may  2016-cı  il  tarixli  2(056)-456/2016  saylı 



qətnaməsi  ilə  (sədrlik  edən  hakim  Təyyar  Abbaslı)  iddia  tələbi  qismən  təmin  edilərək 

cavabdeh    Bağırov  Kənan  Gülağa  oğlundan  1  ədəd  gəlinlik  güzgüsü,  dəyəri  35  manat 

olan  1  ədəd  xəmiryoğuran,  hər  birinin  dəyəri  15  manat  olmaqla  2  ədəd  toxunma  süfrə, 

dəyəri  10  manat  olmaqla  1  bir  ədəd  yay  mövsümü  üçün  odeyal,    hər  birinin  dəyəri  10 

manat  olmaqla  2  ədəd  əl-üz  dəsmalı  dəsti,  hər  birinin  dəyəri  2  manat  olmaqla  6    ədəd 

böyük  və  hər  birinin  dəyəri  1  manat  olmaqla  6  ədəd  kiçik  mətbəx  üçün  dəsmalı,  hər 

birinin  dəyəri  15  manat  olmaqla  4  ədəd  stəkan  silən  dəsti,  hər  birinin  dəyəri  4  manat 

olmaqla  2  ədəd  balış  üzü  dəsti,    hər  birinin  dəyəri  6  manat  olmaqla  2  ədəd  məhraba, 

dəyəri  30  manat  olmaqla  1  ədəd  hamam  xalatı  dəsti,  dəyəri  5  manat  olmaqla  1  ədəd 

mətbəx  dəsmalı,  dəyəri  15  manat  olmaqla  1  ədəd  taxta  qaşıq  dəsti,  dəyəri  4  manat 

olmaqla  1  ədəd  kofeyni  padnos,  dəyəri  14  manat  olmaqla  1  ədəd  yeddi  formalı  bıçaq 

dəsti,  dəyəri  4  manat  olmaqla  1  ədəd  su  qrafini,    hər  birinin  dəyəri  1  manat  olmaqla  2 

ədəd su fincanı, hər birinin dəyəri 5 manat olmaqla 2 ədəd ayaqlı vaza, dəyəri 25 manat 

olmaqla 1 ədəd stolüstü böyük vaza, hər birinin dəyəri 3  manat olmaqla 2 ədəd şamdan, 

dəyəri  10  manat  olmaqla  1  ədəd  lampa,  dəyəri  1  manat  50  qəpik  olmaqla  1  ədəd  baş 

örtüyü,  dəyəri  15  manat  olmaqla  1  ədəd  hava  feni,  dəyəri  30  manat  olmaqla  1  cüt  qara 

rəngli ayaqqabı,  dəyəri 28 manat olmaqla 1 ədəd ağ gəlinlik ayaqqabısı, dəyəri 20 manat 

olmaqla  1 ədəd qırmızı çemodan,  hər birinin dəyəri 15  manat olmaqla 2 ədəd  lasin,  hər 

birinin qiyməti 15 manat olmaqla 2 ədəd cins, hər birinin dəyəri 15 manat olmaqla 1 ədəd 

süd  rəngli    və  1  ədəd  qırmızı    rəngli  parçadan  olan  şalvar,  hər  birinin  dəyəri  55  manat 

olmaqla 1 ədəd qısa  və 1 ədəd  uzun dəri pencək,  hər birinin dəyəri 50  manat olmaqla 1 


 

 

2



ədəd uzun və bir ədəd qısa parça pencək, həmin əşyalar olmadıqda isə onaların dəyərinin 

alınıb  iddiaçıya  verilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 (on)  manat dövlət  rüsumunun 

cavabdehdən    alınıb  iddiaçıya  verilməsi  qət  edilmiş,  iddia  tələbi  qalan  hissədə  təmin 

edilməmişdir.  

 

İŞİN  HALLARI: 



 

        İddiaçı Həsənova Ramiyyə Ayaz qızı cavabdeh Bağırov Kənan Gülağa oğluna qarşı 

məhkəmədə  iddia  qaldıraraq  hədiyyə  edilmiş  qızıl-zinət  əşyalarının,  cehiz  əmlaklarının, 

geyim və ya digər şəxsi əşyalarının qaytarılması, həmin əmlaklar mövcud olmadıqda isə 

onların  dəyərinin  cavabdehdən  alınaraq  ona  ödənilməsi  barədə  qətnamə  çıxarılmasını 

xahiş etmişdir.  

         Birinci  instansiya  məhkəməsində  işə  baxılarkən  iddiaçı  Həsənova  Ramiyyə  Ayaz 

qızı  Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  53-cü  maddəsinə  əsasən 

iddia  tələbinin  həcmini  azaldaraq  ərizəsində  göstərmişdir  ki,  məhkəmə  icraatı    zamanı 

məhkəmənin  qərarına  əsasən  icra  məmurlarının  vasitəsi  ilə  iddia  ərizəsində  qeyd  etdiyi 

əşyaların  bir  qismini  götürmüş,  qızıl-zinət  əşyaları  və  bəzi  cehiz  əmlakları  cavabdehdə 

qalmışdır.  

İddiaçı  iddia  tələbini  onunla  əsaslandırmışdır  ki,  o,  cavabdehin  evindən  elə 

vəziyyətdə  çıxmışdır  ki,  qızıl-zinyət  əşyalarını  özü  ilə  götürmək  imkanı  olmamışdır. 

Cavabdehin  ona  zülm  verməsi  nəticəsində  o,  hamiləliyinin  pozulması  və  qanaxma  ilə 

birbaşa  Xəstəxanaya  yerləşdirilmiş  və  orada  iyirmi  gün  müddətinə  stasionar  şəraitdə 

həkim  nəzarəti  altında  müalicə  almışdır.  Bu  barədə  xəstəlik  tarixəçəsindən  çıxarışın 

surətini  məhkəməyə  təqdim  etmişdir.  Ona  məxsus    qızıl-zinət  əşyaları  və  digər  cehiz 

əmlakı cavabdehin evində olmaqla onun  istifadəsindədir. Odur ki, cavabdehdən bir ədəd 

xəmiryoğuran, bir ədəd  güzgü, ağ  və qara  qaşlı  iki ədəd stol  üstü süfrə,  üç ədəd dəsmal 

dəsti, iki ədəd məhraba dəsti, bir ədəd yay mövsümü üçün odeyal, iki ədəd əl-üz dəsmalı 

dəsti,  altı  ədəd  mətbəx  üçün  böyük  və  altı  ədəd  mətbəx  üçün  kiçik  dəsmal,  dörd  ədəd 

stəkan  silən  dəsti,  iki  ədəd  balış  üzü  dəsti,  yeddi  ədəd  Rusiya  istehsalı  olan  yataq  dəsti, 

dörd  ədəd  döşlük,  bir  ədəd  əlcək  naboru,  iki  ədəd  məhraba,  iki  ədəd  toxunma  süfrə,  bir 

ədəd  süfrə  (skarter),  bir  dəst  ağ  rəngdə  mətbəx  dəsmalı  naboru,  bir  ədəd  hamam  xalatı 

dəsti,  bir  ədəd  dəmirli  mətbəx  dəsmalı,  bir  ədəd  taxta  qaşıq  dəsti,  bir  ədəd  kofeyni 

podnos,  bir  ədəd  yeddi  formalı  bıçaq  dəsti,  bir  ədəd  su  kuzəsi,  iki  ədəd  su  fincanı,  iki 

ədəd  ayaqlı    vaza,  bir  ədəd  stolüstü  böyük  vaza,  iki  ədəd  şamdan,  bir  ədəd  lampa,  bir 

ədəd yaylıq, bir ədəd  hava  feni, altı ədəd  ev  məsti,  iki ədəd qara  rəngli biri qaşlı, digəri 

isə sadə qara dərili koblok ayaqqabı, bir ədəd ağ gəlinlik ayaqqabısı, bir ədəd krem rəngli 

qaşlı  ayaqqabı,  bir  ədəd  qara  qaşlı  ayaqqabı,  bir  ədəd  qırmızı  çemodan,  iki  ədəd 

kosmetika çantası, iki ədəd qara dəri çanta, bir ədəd qəhvəyi  rəngli parça çanta, bir ədəd 

çəhrayı  rəngli  koşlyok,  bir  ədəd  tiqrovı  laklı  koşlyok,  bir  ədəd  içərisi  qırmızı,  üzü  qara 

dərili koşlyok, iki ədəd lasin, iki ədəd cins, bir ədəd süd rəngli və bir ədəd qırmızı rəngli 

parçadan  sadə  şalvarlar,  səkkiz  ədəd  qara  rəngli  sadə  yubkalar,  beş  dəst  gündəlik  evdə 

geyinilən geyim dəsti, bir ədəd adidas markalı idman geyim dəsti, iki ədəd penjama, otuz 

dörd ədəd sadə koftalar, yeddi ədəd sadə don, iki ədəd qara rəngli manto, bir ədəd qısa va 

bir ədəd uzun dəri pencək, bir ədəd uzun və bir ədəd qısa parça pencək, bir ədəd maloçnı 

va  bir  ədəd  qara  rəngli  yubka-pencak  dəsti  (kostyum),  bir  ədəd  qara  rəngli  zamoklu 

kurtka,  bir  ədəd  qara  rəngli  pencək,  iki  ədəd  böyük  ten  naboru,  beş  ədəd  qol  saatı, 



 

 

3



bujuteriya  qutusu  (sep  4  ədəd,  qolbaq  3  ədəd,  üzük  2  ədəd,  sırğa  3  cüt,  böyük  sep  bir 

ədəd), bir ədəd nişan üzüyü, 750 əyarlı Belqiya istehsallı, bir ədəd komplekt (sep, qolbaq, 

sırğa, üzük) qarnitur, 750 əyarlı Belqiya istehsallı, bir cüt qızıl sırğa, (quş formasında) 10 

(on) qramlıq, 583 əyyarlı Rusiya istehsalı  bir ədəd komplekt (sep qolbaq) yolçnı Rusiya 

istehsallı,  583  əyarlı,  bir  ədəd  komplekt  (sep-qolbaq)  kare  ağ  qızıl,  bir  cüt  sığra  (gül 

formasında) 750 əyarlı  Belqiya istehsallı,  bir cüt qızıl sığra (uzun setka  formasında), bir 

ədəd  qaşlı  gül  formasında  qızıl  üzük,  Privacy  duxu-sprey,  Miss  dor  ətiri,  2  ədəd  ŞHE 

(qırmızı və bənöşəyi), Straleyt sprey, Eclat yağ ətiri, Today ətiri, D-G ətiri, nivca naboru, 

Coca Chance ətiri, Jadore ətiri, La petile ətiri, Evidence ətiri, Si (armoni) ətiri, Pink Dress 

ətiri,  Emotion  ətiri,  1  ədəd  çəhrayı  qablı  Bentli  duxu  kimi  əşyaları  hazırda  cavabdehin 

evindədir.  Qızıl-zinyət  əşylarının  hazırki  bazar  qiymətləri  barədə  rəyi  təqdim  etməklə, 

qeyd  edilən  cehiz  əmlaklarını  və  qızıl-zinət  əşyalarının  özünün  və  ya  həmin  əmlaklar 

olmadıqda  onların  dəyərinin  cavabdeh  Bağırov  Kənan  Gülağa  oğlundan  alınıb  ona 

verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 

     Mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. 

 

 



APELLYASİYA  ŞİKAYƏTİNİN  DƏLİLLƏRİ: 

 

İddiaçı  Həsənova  Ramiyyə  Ayaz  qızı  və  onun  nümayəndəsi  Fərəcov  Salman 



Böyükağa oğlu Sabirabad rayon məhkəməsinin 02 may 2016-cı il tarixli 2(056)-456/2016 

saylı  qətnaməsindən  apellyasiya  şikayəti  verərək  həmin  qətnamənin  iddianın  təmin 

edilməyən  hissəsində  ləğv  edilməsini  və  iddia  tələbinin  tam  təmin  edilməsini  xahiş 

etmişdir. 

İddiaçı  Həsənova  Ramiyyə  Ayaz  qızı  və  onun  nümayəndəsi  Fərəcov  Salman 

Böyükağa  oğlu  apellyasiya  şikayətini  onunla  əsaslandırmışlar  ki,  birinci  instansiya 

məhkəməsi  qətnamə  qəbul  edərkən  maddi  və  prosessual  hüquq  normalarını  pozmuş, 

sübutları,  mühüm  əhəmiyyəti  olan  bütün  halları  aradırmamış,  təqdim  edilmiş  sübutlara 

(toy  diski,  qiymətləndirmə  rəyi,  iddiaçının  izahatı,  xəstəlik  tarixçəsi,  fotoşəkillər)  deyil, 

cavabdehin şifahi  izahatına  üstünlük  vermişdir. İşin  hallarından  göründüyü kimi,  iddiaçı 

cavabdehlərin evini  xəstə  halda tərk etmişdir  və bu  vəziyyətdə qızıl-zinət əşyalarını  özü 

ilə  apara  bilməzdi.  Həmçinin  qızıl-zinət  əşyaları  ilə  əlaqədar  cavabdeh  tərəfin  verdiyi 

izahatlar da əsassızdır. Evə təzə gəlin köçmüş iddiaçının özü ilə hansı qızıl-zinət əşylarını 

gətirdiyindən  cavabdehin  xəbərinin  olmaması  mümkün  deyildir.  İddiaçının  tələb  etdiyi 

əşyalar  arasında  həm  onun  atası  tərəfindən,  həm  də  ər  evindən  ona  hədiyyə  edilmiş 

əşyalar vardır.  

 

TƏRƏFLƏRİN  İZAHATLARI: 



 

Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı Həsənova Ramiyyə Ayaz qızı  və 

onun  nümayəndələri  Fərəcov  Salman  Böyükağa  oğlu  və  Həsənov  Ayaz  Niyaz  oğlu 

apellyasiya  şikayətinin  dəlillərinə  uyğun  məzmunda  izahat  verməklə  şikayətin  təmin 

edilməsini,  birinci  instansiya  məhkəməsinin  qətnaməsinin  iddianın  təmin  edilməyən 

hissəsində  ləğv  edilməsini  və  həmin  hissədə  iddia  tələbinin  tam  təmin  edilməsini  xahiş 

etdilər.    

 Məhkəmə  kollegiyası  iclasında  iştirak  edən  cavabdehin  nümayəndəsi  Bağırov 

Gülağa  Gülbala  oğlu  verdiyi  izahatında  apellyasiya  şikayətinin  təmin  edilməməsini, 


 

 

4



birinci  instansiya  məhkəməsinin  qətnaməsinin  dəyişdirilmədən  saxlanmasını  xahiş 

etmişdir. 

 

HÜQUQİ MƏSƏLƏLƏR: 



 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 

-  372.1-ci  maddəsinə  əsasən  apellyasiya  instansiya  məhkəməsi  tam  hüquqlu 

məhkəmə kimi  işə,  işdə  olan  və əlavə təqdim olunmuş sübutlar əsasında  mahiyyəti  üzrə 

baxır.  

-  372.6-cı  maddəsinə  əsasən  apellyasiya  instansiyası  məhkəməsi  birinci  instansiya 

məhkəməsinin  qətnaməsinin  qanuniliyinin  əsaslılığını  onun  düzünə  və  ya  dolayısı  ilə 

mübahisələndirilən  hissəsində,  şikayət  qərarın  ləğv  edilməsinə  yönəldikdə  və  ya 

apellyasiya  şikayətində  və  ona  etirazlarda  ifadə  olunmuş  dəlillərə  əsasən  mübahisənin 

predmeti bölünməz olduqda isə tam yoxlayır. 

-  372.7-ci  maddəsinin  tələbinə  görə  apellyasiya  instansiya  məhkəməsi  şikayətin 

dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət 

etməsini yoxlayır. 

«Məhkəmə  qətnaməsi  haqqında»  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi 

Plenumunun  2005-ci  il  24  noyabr  tarixli  4  saylı  Qərarının  17-ci  bəndində  göstərilir  ki, 

kassasiya  və  apellyasiya  instansiya  məhkəmələri  aşağı  instansiya  məhkəmələrinin 

qətnamələrindən  şikayətlərə  baxdıqda  qəbul  etdikləri  aktlarda  verilən  şikayətlərin 

dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 

Məhkəmə  kollegiyası  iş  materiallarını  nəzərdən  keçirib,  apellyasiya  şikayətinin 

dəlillərinə  və  işdə  olan  sübutlara  obyektiv  hüquqi  qiymət  verməklə  belə  hesab  edir  ki, 

birinci  instansiya  məhkəməsi  iş  üçün  əhəmiyyətli  olan  halları  kifayət  qədər  araşdırmış, 

mübahisə  predmeti  ilə  bağlı  tərəflərin  yaranmış  qarşılıqlı  münasibətləri  üzrə  hüquqi 

nəticəyə  gələrkən  tətbiq  edilməli  olan  maddi  və  prosessual  hüquq  normalarını  tətbiq 

etmişdir.  

Belə  ki,  iş  materiallarına  əlavə  edilmiş  8  nömrəli  şəhər  kliniki  stasionar  xəstəxanası 

tərəfindən  verilmiş  5261/1074  nömrəli  xəstəlik  tarixçəsinin  surətindən  görünür  ki, 

Ramiyyə  Həsənova  09  oktyabr  2014-cü  ildən  30  oktyabr  2014-cü  il  tarixədək  stasionar 

müalicədə olmuşdur. 

İş  materiallarına  əlavə  edilmiş  Sabiabad  Rayon  Məhkəməsinin  09  dekabr  2015-ci  il 

tarixli  2(056)-1205/2015  saylı  qətnaməsinin  surətindən  görünür  ki,  Bağırov  Kənan 

Gülağa  oğlu  ilə  Həsənova  (Bağırova)  Ramiyyə  Ayaz  qızı  arasında  olan  17.06.2014-cü 

ildə  Sabirabad  rayon  Qeydiyyat  şöbəsində  196  nömrə  ilə  qeydə  alınmış  nikahın 

pozulmuşdur.   

İş  materiallarına  əlavə  edilmiş  «Sabirabad  rayon  İstehsal-İstehlak  Kooperativi 

Cəmiyyəti» tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, 1 ədəd 750 əyarlı 7 

qramlıq  nişan  üzüyü  280  manat  məbləğində,  1  ədəd  750  əyarlı  qızıl  komplekt  (zəncir, 

qolbaq,  sırğa  və  üzük)  3900  manat  məbləğində,    1  ədəd    583  əyarlı  Rusiya  istehsalı  10 

qramlıq quş formalı sırğa 380 manat məbləğində, 1 ədəd 583 əyarlı 28 qramlıq komplekt 

(zəncir qolbaq)  yolka 1064  manat  məbləğində, 1 ədəd 22 qramlıq ağ qızıl zəncir qolbaq 

komplekti  1012  manat  məbləğində,  1  ədəd  750  əyarlı  6  qramlıq  Belçika  istehsallı  qızıl 

sırğa  gül  formasında  228  manat  məbləğində,  1  ədəd  583  əyarlı  11  qramlıq  uzun  setka 

formalı 418 manat məbləğində və 1 ədəd 583 əyarlı 6 qramlıq qızıl üzük gül forması 228 

manat məbləğində  qiymətləndirilmişdir. 


 

 

5



İş  materiallarına  əlavə  edilmiş  02  mart  2016-cı  il  tarixli  aktından  görünür  ki, 

cavabdeh  Bağırov  Kənan Gülağa oğlunun  yaşadığı  Sabirabad şəhəri M.Əsədov küçəsi  3 

saylı  evdən  iddiaçı  Həsənova  Ramiyyə  Ayaz  qızına  məxsus  cehiz  əşyalarının  bir  qismi 

götürülmüşdür.   

Beləliklə,  məhkəmə  araşdırması  zamanı  müəyyən  olunmuşdur  ki,  iddiaçı  Həsənova 

Ramiyyə  Ayaz  qızı  Bağırov  Kənan  Gülağa  oğlu  ilə  23.06.2014-cü  ildə  faktiki, 

17.06.2014-cü  ildə  isə  rəsmi  nikaha  daxil  olaraq  ailə  qurmuşlar.  İddiaçı  cavabdeh 

Bağırov Kənan Gülağa oğlunun yaşadığı Sabirabad şəhəri, M.Əsədov küçəsində yerləşən 

3 saylı evə gəlin köçmüş və öz şəxsi və cehiz əşyalarını həmin evdə yerləşdirmişdir. Ailə 

qurduqdan  sonra  bir  müddət  çox  mehriban  yaşasalar  da,  sonradan  münasibətləri 

gərginləşmiş  və  Sabirabad  Rayon  Məhkəməsinin  09  dekabr  2015-ci  il  tarixli  qətnaməsi 

ilə  onların  arasında  olan  nikah  pozulmuşdur.  İddiaçı  cavabdehə  qarşı  iddia  qaldıraraq 

cehiz  əmlaklarının  və  qızıl-zinət  əşyalarının,  həmin  əmlaklar  olmadıqda  isə  onların 

dəyərinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 

İşə  məhkəmədə  baxılarkən  iddiaçı  iddianın  təmini  tədbiri  barədə  vəsatətlə  müraciət 

edərək,  ona  məxsus  olan  əmlakın  siyahıya  alınmasını  xahiş  etmiş  və  məhkəmənin 

qərardadı əsasında əmlakın bir hissəsi saxlanılması üçün iddiaçıya verilmiş, bir qismi isə 

aşkar edilməmişdir.  

Birinci instansiya məhkəməsi  milli  adət-ənənlərə, məişət xüsuiyyətlərinə görə  cehiz 

əşylarının zəruri tərkib  hissəsi olan 1 ədəd  gəlinlik  güzgüsünün, dəyəri 35  manat  olan 1 

ədəd  xəmiryoğuranın,  hər  birinin    dəyəri  15  manat  olmaqla  2  ədəd  toxunma  süfrənin, 

dəyəri  10 manat olmaqla 1  bir ədəd yay mövsümü üçün odeyalın, hər birinin dəyəri 10 

manat olmaqla 2 ədəd əl-üz dəsmalı dəstinin, hər birinin dəyəri 2 manat olmaqla 6 ədəd 

böyük  və  hər  birinin  dəyəri  1  manat  olmaqla  6  ədəd  kiçik  mətbəx  üçün  dəsmalın,  hər 

birinin  dəyəri 15  manat olmaqla 4 ədəd stəkan silən dəstinin,  hər birinin dəyəri 4  manat 

olmaqla  2  ədəd  balış  üzü  dəstinin,    hər  birinin  dəyəri  6  manat  olmaqla  2  ədəd 

məhrabanın,  dəyəri  30  manat  olmaqla  1  ədəd  hamam  xalatı  dəstinin,  dəyəri  5  manat 

olmaqla 1 ədəd mətbəx dəsmalının, dəyəri 15 manat olmaqla 1 ədəd taxta qaşıq dəstinin, 

dəyəri 4 manat olmaqla 1 ədəd kofeyni padnosun, dəyəri 14 manat olmaqla 1 ədəd yeddi 

formalı bıçaq dəstinin, dəyəri 4 manat olmaqla 1 ədəd su qrafininin, hər birinin dəyəri 1 

manat  olmaqla  2  ədəd  su  fincanının,  hər  birinin  dəyəri  5  manat  olmaqla  2  ədəd  ayaqlı 

vazanın,  dəyəri  25  manat  olmaqla  1  ədəd  stolüstü  böyük  vazanın,  hər  birinin  dəyəri  3 

manat  olmaqla  2  ədəd  şamdanın,  dəyəri  10  manat  olmaqla  1  ədəd  lampanın,  dəyəri  1 

manat  50  qəpik  olmaqla    1  ədəd  baş  örtüyünün,  dəyəri  15  manat  olmaqla  1  ədəd  hava 

feninin, dəyəri 30 manat olmaqla 1 cüt qara rəngli ayaqqabının,  dəyəri 28 manat olmaqla 

1 ədəd ağ gəlinlik ayaqqabısının, dəyəri 20 manat olmaqla 1 ədəd qırmızı çemodanın, hər 

birinin  dəyəri  15  manat  olmaqla  2  ədəd  lasin,  hər  birinin  qiyməti  15  manat  olmaqla  2 

ədəd  cins,  hər  birinin  dəyəri  15  manat  olmaqla  1  ədəd  süd  rəngli    və  1  ədəd  qırmızı  

rəngli  parçadan  olan    şalvarların,  hər  birinin  dəyəri  55  manat  olmaqla  1  ədəd  qısa  və  1 

ədəd  uzun  dəri  pencəyin,  hər  birinin  dəyəri  50  manat  olmaqla  1  ədəd  uzun  və  bir  ədəd 

qısa parça pencəyin bir qadın və gəlin olaraq iddiaçının cavabdehin evinə aparmasını real 

saymış  və  iş  materillarında  həmin  əşyaların  iddiaçıya  təhvil  verilməsini  təsdiq  edən 

sübutlar  olmadığına  görə  iddia  tələbini  bu  hissədə  əsaslı  hesab  etmiş,  məhkəmə  iş  üzrə 

təqdim olunmuş sübutları bir-biri ilə mübahisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz 

mənbəyinə, mənsubiyyətinə və mötəbərliyinə  görə qiymətləndirərək iddia tələbini qalan 

hissədə əsassız hesab etmişdir. 



 

 

6



Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlillərinə  qiymət  verərək  həmin 

dəlilləri əsassız sayır. 

Belə  ki,  iş  materiallarına  əlavə  edilmiş  qiymətləndirmə  rəyi  iddiaçı  tərəfin  sözü  ilə 

həmin əşyalara baxış keçirilmədən tərtib olunmuşdur.  

Məhkəmə  araşdırması  zamanı  iddiaçının  tələb  etdiyi  həmin  qızıl-zinət  və  digər 

əşyaların  mövcud  olması  və  yaxud  həmin  əşyaların  cavabdehin  evində  qalması  halları 

sübuta  yetirilməmişdir,  ona  görə  də  həmin  qiymətləndirmə  rəyi  iddianın  təmin  edilməsi 

üçün əsas ola bilməz.  

İddiaçı  Həsənova  Ramiyyə  Ayaz  qızının  nümayəndəsi  Fərəcov  Salman  Böyükağa 

oğlunun vəsatətinə əsasən məhkəmə kollegiyası Sabirabad rayon məhkəməsinin 04 fevral 

2016-cı il tarixli 2(056)456/2016 saylı icra vərəqəsinə əsasən cavabdehin yaşadığı evdən 

bəzi qızıl-zinət və digər cehiz əşyalarının götürülməsini təmin edən Sabirabad rayon İcra 

Şöbəsinin icra məmurları Mövsümov Mirqasım Seyid oğlunun, Əzizov Gülmalı Bəxtiyar 

oğlunun  və  Sabirabad  rayon  Polis  şöbəsinin  polis  sahə  rəisi  Salmanov  Elbrus  Saday 

oğlunun iş üzrə şahid qismində dindirilməsini zəruri hesab etmişdir.  

Onlar  məhkəmə  kollegiyasına  verdiləri  izahatda  Sabirabad  rayon  məhkəməsinin  04 

fevral  2016-cı  il  tarixli  2(056)-456/2016  saylı  icra  vərəqəsinə  əsasən  02  mart  2016-cı  il 

tarixdə  borclunun  yaşadığı  Sabirabad  şəhəri  M.Əsədov  küçəsi  3  saylı  ünvanda  yerləşən 

evdə  olmuşlar.  Borclunun  yaşadığı  mənzildə  Sabirabad  rayon  məhkəməsinin  icra 

vərəqəsində qeyd olunan əşyalardan aşkar olunanlar götürülmüş və buna uyğun akt tərtib 

olunmuşdur. İddiaçının tələb etdiyi başqa hər hansı bir əmlak isə aşkar edilməmişdir.  

Məhkəmə  kollegiyasının  iclasında  şahid  qismində  dindirilən  Sabirabad  rayon  İcra 

Şöbəsinin  icra  məmuru  Mövsümov  Mirqasım  Seyid  oğlu  ifadəsində  bildirmişdir  ki,  02 

mart  2016-cı  il  tarixdə  iddiaçının  iştirakı  ilə  borclunun  yaşadığı  evdə  olmuşdur. 

Sabirabad  rayon  məhkəməsinin  04  fevral  2016-cı  il  tarixli  2(056)-456/2016  saylı  icra 

vərəqəsində  qeyd  olunan  əşyalardan  aşkar  olunanlar  götürülmüş  və  iddiaçıya  təhvil 

verilmişdir. Tələbkar  Ramiyyə Həsənova aktı imzalamış və icra hərəkətləri ilə bağlı hər 

hansı  bir  irad  və  şikayət  bildirməmişdir.  İş  üzrə  borclular  aktı  imzalamaqdan  imtina 

etmişlər. 

Məhkəmə  kollegiyasının  iclasında  şahid  qismində  dindirilən  Sabirabad  rayon  İcra 

Şöbəsinin icra məmuru Əzizov Gülmalı Bəxtiyar oğlu və Sabirabad rayon polis şöbəsinin 

polis sahə rəisi Salmanov Elbrus Saday oğlu da icra məmuru Mövsümov Mirqasım Seyid 

oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər.  

Beləliklə,  məhkəmə  kollegiyası  qeyd  edir  ki,  iddiaçı  tələb  etdiyi  qızıl-zinət 

əşyalarının  və  digər  əşyaların  həqiqətən  də  cavabdehin  evində  qalmasını  sübut  edə  

bilməmişdir.  Ona  görə  də  birinci  instansiya  məhkəməsi  haqlı  olaraq  iddia  tələbinin 

qismən təmin edilməsi qərarına gəlmişdir. 

İnsan  Hüquqları  üzrə  Avropa  Məhkəməsi  «Mahmudov  Rusiyaya  qarşı»  iş  üzrə  26 

iyul  2007-ci  il  tarixli  qərarında  qeyd  etmişdir  ki,  Konvensiya  araşdırmalarında  sübutları 

qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, 

sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 

Sübut  kifayət  qədər  güclü,  aydın  və  bir-birinə  uyğun  qənaətlərin  həm  mövcudluğundan, 

həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasında 

ədalət 

mühakiməsinin 



həyata 

keçirilməsinin  əsas  prinsipləri  kimi  işlərə  qərəzsiz,  ədalətlə,  tərəflərin  hüquq 

bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), 


 

 

7



məhkəmə  icraatının çəkişmə prinsipi əsasında  həyata keçirilməsi (127-ci  maddənin  VII 

hissəsi) təsbit olunmuşdur.  

Azərbaycan  Respublikası  MPM-nin  76.1  və  76.2-ci  maddələrinin  tələbinə  görə 

tərəflərin  tələb  və  etirazlarını  əsaslandıran  halların  və  işi  düzgün  həll  etmək  üçün 

əhəmiyyəti  olan  başqa  halların  mövcud  olduğunu  və  ya  olmadığını  məhkəmə  müəyyən 

edərkən  bu  Məcəllədə  və  başqa  qanunlarda  müəyyən  olunmuş  qaydada  əldə  etdiyi 

məlumatlar  sübut  hesab  olunur.  Bu  məlumatlar  yazılı  və  maddi  sübutlarla,  ekspertlərin 

rəyləri  ilə,  yerində  müayinə keçirməklə, səs və video  yazıları  ilə, şahidlərin  ifadələri  ilə, 

işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 

Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız 

tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, 

sənədlərlə əsaslandırmalıdır. 

Həmin  Məcəllənin  14.2-ci  maddəsinə  əsasən  məhkəmə  yalnız  tərəflərin  təqdim 

etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 

Həmin  Məcəllənin  217.4  maddəsinə  əsasən  məhkəmə  (hakim)  öz  qətnaməsini  yalnız 

məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 

Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif 

etməsinə  baxmayaraq,  onların  iddia  ərizəsinə  dair  rəyi  (etirazı)  və  ya  əlavə  subutları 

təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. 

Həmin  Məcəllənin  81-ci  maddəsinə  əsasən  qanuna  və  ya  digər  normativ  hüquqi 

aktlara  əsasən  müəyyən  sübutetmə  vasitələri  ilə  təsdiq  edilməli  olan  işin  halları    başqa 

sübutlarla təsdiq oluna bilməz.  

Həmin  Məcəllənin  88-ci  maddəsinə  əsasən  məhkəmə  sübutlara  obyektiv,  qərəzsiz, 

hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına 

müvafiq  olaraq  qiymət  verir.  Heç  bir  sübutun  məhkəmə  üçün  qabaqcadan  müəyyən 

edilmiş qüvvəsi yoxdur. 

Məhkəmə  kollegiyası  hesab edir ki,  birinci instansiya  məhkəməsi  iş  üzrə qətnamə 

qəbul  edərkən  maddi  və  prosessual  hüquq  normalarını  düzgün  tətbiq  etməklə  qanuni  və 

əsaslı nəticəyə gəlmişdir. Digər tərəfdən apellyasiya şikayətində göstərilən dəlillər formal 

mülahizə xarakteri daşıyır və mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. 

Azərbaycan  Respublikası  MPM-nin  385.2-ci  maddəsinə  əsasən  birinci  instansiya 

məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün 

olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 

Şərh olunanlara əsasən  və  Azərbaycan Respublikası Mülki  Prosessual Məcəlləsinin 

372,  384.0.1,  385.2,  392,  393  və  405-ci  maddələrinin  rəhbər  tutaraq  məhkəmə 

kollegiyası, 



 

 

Q Ə T  E T D İ: 

 

İddiaçı  Həsənova  Ramiyyə  Ayaz  qızı  və  onun  nümayəndəsi  Fərəcov  Salman 

Böyükağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 

Sabirabad  rayon  məhkəməsinin  02  may  2016-cı  il  tarixli  2(056)-456/2016  saylı 

qətnaməsi dəyişdirilmədən saxlanılsın. 


 

 

8



Qətnamə  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  2  ay 

müddətində  Şirvan  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinə kassasiya şikayəti verilə bilər. 

Apellyasiya  instansiyası  məhkəməsinin  qətnaməsindən  şikayət  verilməmişdirsə, 

qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

 

 

Sədrlik edən: imza var 

Hakimlər: imzalar var 

Düzdür:                                            

Sədrlik edən:   

 

 

 

 

 

       Vüsal Cəbrayılov 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

9



Sədrlik edən:   

 

 

 

 

Vüsal Cəbrayılov 

 

Hakimlər: 

 

 

 

 

 

Tofiq Heydərov 

 

 

 

 

 

 

 

 

 

Nüsrət Mirzəyev 

 


Yüklə 95,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə