Psixofiziolgiya Məktəbəqədər



Yüklə 41,36 Kb.
Pdf görüntüsü
tarix30.12.2021
ölçüsü41,36 Kb.
#49304
Psixofiziolgiya — Vikipediya
Psixofiziolgiya — Vikipediya, Psixofiziolgiya — Vikipediya, am pftmt


Psixofiziolgiya

Məktəbəqədər

 yaş dövrü uşağın həm fi ziki, həm psixofizioloji, həm də şəxsiyyət sahəsin də

inkişafının keyfiyyətcə dönüş dövrüdür. Bu dövrdə uşağın fiziki inkişafı birinci növbədə diqqəti

cəlb edir. 3-6 yaşlı uşağın boyunun, çəkisi nin artmasında nəzərə çarpacaq dəyişiklik baş ve rir.

Buna baxmayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmiş olsa da

onun əl və ayaq əzələlərində hələ sümüklənməmiş qığırdaq lar qalır. Uşağın skeleti əsasən

qığırdaq toxuma lardan ibarət olur. Ona görə də lazımi tələblərə əməl olunmadıqda uşağın

qaməti düzgün inkişaf etmir.

Bununla yanaşı olaraq nitqin, böyüklərlə və həmya şıdları ilə ünsiyyətin və müxtəlif fəaliyyət

növlərinə cəlb olunmanın təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir. Bütün

bunlar uşa ğın sosial şəraitə və həyatın tələblərinə uyğunlaş masına imkan verir.

Məktəbəqədər dövr uşağın fəaliyyətin subyekti kimi formalaşmasının ilkin mərəhələsi kimi

özünü göstərir. Məqsədəyönəlişliyin əsası qoyulur. Böyük lərin qiymətləndirməsi və

nəzarətinin təsiri altın da bağça yaşının sonunda uşaqlar öz hərəkət və fəa liyyətlərindəki

qüsurları hiss etməyə başlayırlar. Bununla əlaqədar təqlid obyektləri dəqiqləşməyə baş layır.

Məktəbəqədər yaş dövründə həm ümumi, həm də xüsusi qabiliyyətlərin formalaşması

imkanları ya ranır və özünü göstərməyə başlayır.

Uşağın psixi inkişafında oyunun rolu. Bağça yaşı dövründə oyun uşaqların əsas fəaliyyəti olur.

Bu yaş dövründə uşaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər.

Adətən, məktəbəqədər yaş dövrünü üç yarımdövrə ayırırlar: kiçik bağça yaşı dövrü (3-4 yaş),

orta bağça yaşı dövrü (4-5 yaş) və böyük bağça yaşı dövrü (5-6 yaş).

Bu məqaləni vikiləşdirmək lazımdır.

Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Learn more



Kiçik bağça yaşlı uşaqlar, adətən, hələ təklikdə oynayırlar. Əşyavi və quraşdırma oyunlarında

onlarda qavrayış, hafizə, təxəyyül, təfəkkür və hərəki qabiliyyətlər inkişaf edir. Tədricən orta

bağça yaşı dövründə uşaqlar birgə oyuna keçməyə başlayırlar, oyunlarda daha çox uşaq

iştirak edir. Üç-altı yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və simvolik xarakterdən

süjetli-rollu qaydalı oyunlara qədər inkişaf yolu keçir. Bütün bunlar uşağın həyatında mühüm

rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı, yaşlılarla ün siy yət saxlamaq, həyatı başa

düşmək, ətrafdakıları təqlid et mək, bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm

vasitəyə çevrilir. Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı dəyişikliklə gətirib çıxarır. Oyun

şəra  itində və onun köməyi ilə uşaqlarda diqqət, qavrayış, xüsusilə müşahidəçilik, hafizə,

təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış olur. Bununla yanaşı olaraq

didaktik oyunlardan istifadə edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan

qaldırılması işində də əsas lı rol oynayır.

Orta və böyük bağça yaşı dövründə uşaqlar rollu-qaydalı oyunlardan daha çox istifadə edirlər.

Bu dövrdə həmin oyunlar özlərinin mövzularına, qaydalarının müxtə lifliyinə görə kiçik bağça

yaşı dövründə istifadə olunan oyunlardan fərqlənirlər. Burada kiçik bağça yaşı dövründən

fərqli olaraq oyunda təbii şəkildə istifadə olunan əşyalar şərti olaraq dəyişdirilir, nəticədə

simvolik oyun xarakteri alır.

Rollu-qaydalı oyunlardan istifadə edilməsi uşaqlarda iradənin inkişafına güclü təsir gös tərir.

Adi şəraitdə bir yerdə dura bilməyən uşaq bu cür oyunlar zamanı öz rolunu axıra qədər yerinə

ye tirməyə, qaydaya əməl etməyə məcbur olur. Oyun prose sində uşaqlar qarşılıqlı

münasibətlərin hə- yata ke çirilməsinə əməl etməyə alışırlar. Rollu oyun pro sesində ilk dəfə

olaraq uşaqda liderlik özünü gös tərir, təşkilatçılıq bacarıq və vərdişləri inki şaf etməyə başlayır.

Oyun eyni zamanda uşaqlarda bir sıra qabiliyyətlərin aşkara çıxmasına imkan verir. Bütün

bunlarla yanaşı olaraq uşaqlar sadə əmək tapşırıqlarını icra edərkən də çox vaxt onlara oyun

xarakteri verir və bu yolla bəzi sadə əmək baca rıqlarına da yiyələnirlər.

İdrak prosesləri və nitqin inkişafı. Məktə bəqədər yaş dövründə uşaqlarda idrak prosesləri və

nitqin inkişafında əsaslı dəyişiklik baş verir.

Məktəbəqədər dövrdə uşaqların qavrayışının ixtiyari növünün inkişafı üçün şərait yaranır.

Burada oyunun rolu böyükdür.

Uşaqlar cismin formasını, ölçüsünü, tutduğu yeri qavramağa alışırlar. Bu onlarda məkan

qavra yışının inkişafı kimi özünü göstərir. Məktəbə qədər yaşlı uşaqlar ilk vaxtlar ən çox

formanı ayırmaqla onları qavramağa cəhd göstərirlər. Eyni zamanda obyektlərin böyüklüyünü

qavrama bacarığı da özünü göstərir. Bağça yaşının sonunda uşaqlar onla rı maraqlandıran

obyektlərin xassələrini daha tez müəyyənləşdirmək, bir əşyanı başqasından fərqlən dirmək,

onların arasında mövcud olan əlaqə və münasibətləri aşkara çıxarmaq imkanı əldə edirlər.



Nəticədə zahiri perseptiv işlər əqli işlərə çev rilməyə başlayır. Psixoloqlar belə qənaətə gəlmiş ‐

lər ki, (L.A.Venqer) qavrayışla bağlı olan qabiliy yətlərin əsasını perseptiv işlər təşkil edir. Bu

cür qabiliyyətlərin keyfiyyəti uşağın xüsusi persep tiv etalon sistemini mənimsəməsindən

asılıdır. Qavrayış zamanı bu cür etalonlar həndəsi füqurlar, rənglər və s. ola bilər.

Böyük bağça yaşı dövründə uşaqlarda ətraf aləmin qavranılması genişlənir və dərinləşir. Bu

dövrdə qavrayış uşaqlara yaşlıların həyatına qoşulmağa, nüfuz etməyə imkan verir. Bununla

bərabər böyüklərlə ünsiyyət qavrayışın məzmununu zənginləşdirir.

Tədricən bağça yaşı dövründə ixtiyari qavrayış inkişaf edir, müşahidə və müşahidəçilik özünü

göstərməyə baş layır. Böyüklər, tərbiyəçilər uşaqların qarşısına məqsəd qo yur, onları ətraf

aləmdəki daha mühüm cəhətləri qavramağa yönəldir, onlara müşahidə etməyi öyrədirlər.

Məhz buna görə də böyük bağça yaşlı uşaqlar öz qavrayışlarını daha uzun müddət idarə edə

bilirlər.

Bağça yaşı dövründə uşaqlarda qavrayışın, müşahi dəçiliyin inkişafında oyun aparıcı fəaliyyət

növü kimi xüsusi əhəmiyyət kəsb edir. Bu cür oyunlar içərisində didaktik oyunlar xüsusi yer

tutur. Bu dövrdə uşaqlarda qavrayışın inkişafında rəsm, yap ma, quraşdırma da mühüm rol

oynayır. Uşaq nəyisə çək mək, nəyinsə füqurunu yapmaq üçün birinci növbədə onu diqqətlə

müşahidə etməli, onun konturunu, rəngini müəy yənləşdir məli olur. Bütün bunlar uşağı

müşahidə etməyə təhrik edir, ixtiyari qavrayışın inkişafına təkan verir.

Bağça yaşı dövründə qavrayışla yanaşı olaraq diqqətin təkmilləşməsi prosesi də baş verir. Bu

yaş dövrünün əvvəlində uşaqlarda diqqəti zahirən cəlbedici cisimlər cəlb edir. Bu dövrdə hələ

uşaqda qavradığı obyektə maraq üstünlük təşkil edir. Başqa sözlə, diqqət qeyri-ixtiyari

xarakter daşıyır.

Bağça yaşının sonunda diqqət öz inkişafının daha yüksək səviyyəsinə çatır. Böyük bağça yaşlı

uşaqlarda diq qətin inkişafı yeni maraqların meydana gəlməsi, dünya görüşünün genişlənməsi,

uşağın ailə həyatında və bağçada yeni şəraitə daxil olması, yeni fəaliyyət növlərinə

yiyələnməsi ilə sıx bağlı olur. Böyük bağça yaşlı uşaq gerçəkliyin əvvəllər onu cəlb etməyən

cəhətlərinə diqqət yetirməyə başlayır. Uşağın ünsiyyət sahəsinin genişlənməsi, marağının

zənginləşməsi ilk növbədə qeyri-ixtiyari diqqətin daha yüksək inkişaf səviyyəsinə qalxmasına

səbəb olur.

Bu dövrdə qeyri-ixtiyari diqqət əsas yer tutsa da ixtiyari diqqətin meydana gəlməsi üçün də

şərait yaranır. Burada qeyri-ixtiyari diqqətdən ixtiyariyə keçid üçün uşağın diqqətini idarə

etmək vasitələri mühüm rol oynayır. Ona görə də uşağa onu əhatə edən cisim və hadisələrin

xassə lərini, fərqli xüsusiyyətlərini, əsas əlamətlərini görməyi öyrətmək lazım gəlir. Qavrayışda

olduğu kimi, bağça yaşlı uşaqlarda ixtiyari diqqətin inkişafında da oyun mühüm əhəmiyyət

kəsb edir. Oyun qaydalarına əməl etmək uşaqdan öz diqqətini mərkəzləşdirməyi tələb edir. Bu



yaş dövründə diqqətin ən yüksək davamlılığı oyun prosesində baş verir. Başqa fəaliyyət

növləri də uşağın diqqəti olmadan səmərəli şəkildə həyata keçə bilməz. İxtiyari diqqətin mey ‐

dana gəlməsində nitq də mühüm rol oynamağa başlayır.

Psixoloji tədqiqatlar göstərmişdir ki, uşaqlarda ixtiyari diqqətin inkişafına öz-özünə hündürdən

fikirləşmək xeyli kömək edir. Təcrübə göstərmişdir ki, əgər 4-5 yaşlı uşaqlardan daima nə

edəcəyini hündürdən deməyi tələb etdikdə, onlar ixtiyari olaraq və daha uzun müddət öz diq ‐

qətlərini hər hansı bir obyektin və ya onun detallarının üzərində saxlaya bilirlər.

Məktəbəqədər yaşın sonuna doğru uşaqda tədricən öz diq qətini idarə etmək imkanı, onu az

və çox dərəcədə müstəqil təşkil etmək bacarığı özünü göstərir.

Bağça yaşı dövründə uşaqların hafizələri də tədricən qeyri-ixtiyari yaddasaxlamadan ixtiyari

yaddasaxla ma ya keçidlə səciyyələnir.

Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, xüsusi olaraq mnemik əməliyyat

aparılmasına hazırlanma dıqda, başqa sözlə təbii şəraitdə kiçik və orta bağça yaşlı uşaqlarda

yaddasaxlama və yadasalma qeyri ixtiyari xarakter daşıyır. Böyük bağça yaşı dövründə eyni

şəraitdə tədricən materialı qeyri-ixtiyari yaddasaxlama və yadasalmadan ixti yariyə keçid baş

verir. Beləliklə bağça yaşının sonunda uşaqlarda yaddasaxlama və yadasalma tədricən ixtiyari

xarakter daşımağa başlayır. Bağça yaşının əvvəlində qeyri-ixtiyari görmə-emosional hafizə

üstünlük təşkil edir.

İxtiyari hafizənin inkişafı uşaqların qarşılarına yaddasaxlama və yadasalma ilə bağlı xüsusi

mnemik məq səd lərin qoyulması ilə sıx bağlı olur. Bunun üçün oyun fəaliyyətindən istifadə

daha səmərəli nəticə verir. Bir qayda olaraq ixtiyari hafizə böyüklərin tərbiyəvi təsiri sayəsində

inkişaf edir. Əvvəlcə yaşlılar uşağın qarşısında nəyisə yaddasaxlama və yadasalma məqsədini

qoyur, sonra bu cür məqsədi uşaq özü öz qarşısına qoyur.

İlk dövrlər ixtiyari yaddasaxlama təkmilləşmiş xarakter daşımır. Uşaq hələ yaddasaxlamanın

səmərəli yollarını bilmir. Lakin bağça yaşının sonuna doğru uşaq tədricən bəzi sadə

yaddasaxlama və yadasalma priyom larından istifadə etməyə başlayır. Məsələn, uşaq

materialı diqqətlə qavrayır, onu anlamağa, başa düşməyə çalışır, bir neçə dəfə təkrar edir,

mümkün olan əlaqəni yaratmağa çalışır və s. Təcrübə göstərir ki, böyük bağça yaşlı uşaqlar

anladıqları, başa düşdükləri sözləri daha yaxşı yadda saxlayırlar.

Nitqin və təfəkkürün inkişafı ilə əlaqədar olaraq bağça yaşının sonunda əyani-obrazlı hafizə ilə

yanaşı, sözlü-məntiqi hafizə də inkişaf edir. Belə ki, uşaq təkcə konkret, emosional cəhətdən

zəngin, əyani materialları deyil, sözün özünü, sözlə ifadə olunan materialları da yaxşı yadda

saxlayır. Bağça yaşının sonunda hafizənin möhkəmliyi, davamlılığı artır. Uşağın maraqlandığı,



onun üçün mühüm əhəmiyyət kəsb edən materiallar uzun illər onun hafi zəsində hifz oluna

bilir. Təsadüfi deyildir ki, ən dəqiq və aydın təəssürat, xatirə həmin dövrə aid olur.

Bağça yaşı dövründə uşaq təxəyyülü də özünə məxsus xüsusiyyətləri ilə fərqlənir. Bağça

yaşının birinci yarısında uşaqlarda təxəyyül reproduktiv xarakter daşıyır. Uşaqların təxəyyül

surətləri əl də etdikləri təəssüratların obrazlar şəklində me xaniki canlandırmaları şəklində

özünü göstərir. Bu cür təxəyyül surətləri əqli deyil, emosional əsas lar, emosio nal təəssürat

əsasında yaradılır. Bütövlükdə bağça yaşlı uşaq ların təxəyyülləri olduqca zəif olur. Təxəy yülün

ayrı-ayrı xüsusiyyətləri böyük bağça yaşı dövründə daha səmərəli şəkildə inkişaf etməyə baş ‐

layır. Bağça yaşı dövründə bərpaedici təxəyyül surət ləri xeyli inkişaf etsə də hələ solğun olur,

uşaq qarşıya qoyulmuş məqsədə uyğun, dəqiq surətlər yarat maqda çətinlik çəkir. Bu da

uşağın həyat təcrübəsi nin azlığı, təəssüratlarının zəifliyi, müvafiq bi liklərin məhdudluğu ilə

bağlıdır. Bağça yaşı dövründə uşaqlarda yara dıcı təxəyyülün inkişafı da özünü göstərir. Uşaq ‐

larda ilkin yaradıcı təxəyyül surətlərinin meydana gəlməsi onların fəaliyyəti ilə sıx bağlı olur.

On lar oyun zamanı, hər hansı bir nağılı və ya hekayəni söyləyərkən buraya özlərinin əlavələrini

də edirlər.

Bağça yaşlı uşaqların təfəkkürü əsa sən əyani-əməli xarakter daşıyır, icra etdikləri işlərlə, dərk

etdikləri konkret cisim və hadisə lərlə bağlı olur. Uşaqlar ilk ümumiləşdirmələri əsasən zahiri

oxşar əlamətlərə görə aparırlar. Nit qin inkişafı ilə əlaqədar olaraq ümumiləşdirmə ləri mühüm

əlamətlər əsasında aparmaq meyli yüksə lir. Bağça yaşı dövrünün əvvəllərində uşaqlar hadi ‐

sənin mahiyyətini başa düşə bilmədiklərinə görə bəzən qəribə, həqiqətə uyğün olmayan

hökmlər irəli sürür, düzgün olmayan nəticələr çıxarırlar. Bu dövrdə uşaqlarda təfəkkürün

inkişafı əyani-əməli, əyani-obrazlı və sözlü-məntiqi təfəkkür istiqamə tində gedir. Bağça yaşının

sonunda uşaqlarda sözlü-məntiqi təfəkkürün inkişaf etməyə başlaması artıq onlarda sözlərə

istinad etməyin və mühakimə məntiqi ni anlamağın meydana gəldiyini göstərir.

Bağça yaşı dövrdə uşağın nitq inkişafında da əsas lı irəliləyiş baş verir.

Bağça yaşı dövründə uşaqların nitqi daha əlaqəli xarakter daşımaqla dialoq forması əldə edir.

Erkən uşaqlıq dövrü üçün xarakterik olan nitqin situativliyini bu dövrdə kontekstli nitq tutmağa

başlayır ki, bu da dinləyicidən situasiya haqqında müvafiq izahat tələb etmir. Əvvəlki dövrə

nisbətən bağça yaşlı uşaqlarda daha mürəkkəb, müstəqil nitq forması olan müfəssəl (geniş)

monoloji ifadə forması təzahür və inkişaf edir. Bu dövrdə nitq inkişafının digər sahələrində də

irəliləyiş baş verir. Hər şeydən əvvəl uşağın söz ehtiyatı artır, təxminən 3000-4000-ə çatır.

Bunlardan xeyli hissəsi (təxminən 1500) passiv söz ehtiyatı olur. Uşaqlarda nitqin fonetik və

qrammatik cəhətdən inkişafı baş verir. Bütün bunlara baxmayaraq həmin dövrdə bəzi uşaqlar

bəzi səsləri, məsələn, r , l, ş səslərini tələffüz etməkdə çətinlik çəkirlər. Belə qüsurlar uşağın

nitq orqanları inkişaf etdikcə, düzgün təlim-tərbiyə sayəsində tədricən aradan qalxır.



 

Sonuncu redaktə 5 il əvvəl 94.20.184.54 tərəfindən edilib  

Vikipediya

Məktəbəqədər yaş dövründə dialoji nitqin inkişafı və təkmilləşməsi ilə yanaşı, monoloji nitq də

inkişaf etməyə başlayır.

Mənbə — "

https://az.wikipedia.org/w/index.php?

title=Psixofiziolgiya&oldid=3862553



"

Yüklə 41,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə