Press-reliZ 06 aprel 2010-cu IL Bakı, Azərbaycan



Yüklə 105,5 Kb.
tarix10.06.2017
ölçüsü105,5 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
06 aprel 2010-cu il

Bakı, Azərbaycan


  • ELAN!

  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • TƏLƏBƏ-JURNALİSTİN İDDİASI TƏMİN EDİLMƏDİ

  • AZADLIQ” RADİOSUNUN BAKI BÜROSUNUN RƏHBƏRİ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNƏ ÇAĞIRILIB

  • MƏTBUATI MÜDAFİƏ KOMİTƏSİ DƏYİRMİ MASA TƏŞKİL EDİB

  • QARABAĞ ƏLİLİ HAQSIZLIQLA ÜZLƏŞDİYİNİ BİLDİRİR

  • SABİQ REJİSSORUN AZTV-YƏ QARŞI İDDİASINA ƏSASƏN QƏRAR SABAH ÇIXARILACAQ


ELAN!

07 APREL SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, "Hərbi Jurnalistlər" İctimai Birliyi və s. QHT-lərin, KİV nümayəndələrinin, ekspertlərin, hüquq müdafiəçilərinin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin iştirakı ilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin səmərəsizliyinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.

 Tədbirə  jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) jurnalist Elmin Bədəlovun “ali məktəbdən qovulmasının qanunsuz hesab edilməsi” ilə bağlı Azərbaycan Dövlət Neft Akademiyasına və rektor Siyavuş Qarayevə qarşı Nəsimi rayon məhkəməsində qaldırdığı iddianın təmin edilməməsindən təəssüflənir və bu qərarı ədalətsiz hesab edir.

Belə ki, “Poliqon” İnformasiya Agentliyinin redaktoru E.Bədəlov 12 noyabr 2009-cu il tarixdə təhsil aldığı ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra ali məktəbdə təzyiqlərlə üzləşdiyini bildirib. 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunan Elmin Bədəlov imtahanlardan qərəzlə kəsildiyini iddia edərək, “ali məktəbdən qovulmasının qanunsuz hesab edilməsi” ilə bağlı məhkəməyə müraciət edib. Dünən (05 aprel) Nəsimi rayon məhkəməsi iddianın təmin edilməməsi barədə qərar çıxarıb.

RATİ bir daha xatırladır ki, tələbə-jurnalist Elmin Bədəlovun yazılarına görə təzyiqə məruz qalması Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə (Hər kəsin fikir və söz azadlığı vardır) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinə (İfadə etmək azadlığı) ilə ziddiyyət təşkil edir.

RATİ Elmin Bədəlovun fikirlərini azad ifadə etdiyinə görə təzyiqə məruz qaldığını hesab edir və yuxarı məhkəmə instansiyalarını bu qərarı ləğv etməyə çağırır.
TƏLƏBƏ-JURNALİSTİN İDDİASI TƏMİN EDİLMƏDİ
Dünən (5 aprel) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş Elmin Bədəlovun ADNA-ya və rektor Siyavuş Qarayevə qarşı iddiasına əsasən məhkəmə məhkəmə prosesi keçirilib. Prosesdə iddiaçı Elmin Bədəlov və onun nümayəndəsi Fariz Namazlı, cavabdehlərdən isə “Neft-mexanika” fakultəsinin dekanı Qasım Məmmədov və Siyavuş Qarayevin vəkili İlqar Cavadov iştirak edib.

Hakim tərəfləri dinlədikdən sonra iddianın təmin edilməməsi ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək,  pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi.
AZADLIQ” RADİOSUNUN BAKI BÜROSUNUN RƏHBƏRİ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNƏ ÇAĞIRILIB
Bu gün (06 aprel) “Azadlıq” radiosunun Azərbaycan xidmətinin Bakı bürosunun rəhbəri Xədicə İsmayılova bu gün Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb. Bu barədə “Turan” informasiya agentliyinə məlumat verən Xədicə İsmayılova bildirib ki, vəkil Aslan İsmayılovla birlikdə MTN-də olarkən, ondan həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”  qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı açıqlamaları barədə izahat alınıb.

Qeyd edək ki, Eynulla Fətullayev bir ay əvvəl 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində MTN-in yüksək səviyyəli məmurlarının əli olduğunu bildirib. Bir müddət əvvəl “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov, “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu onun bu açıqlamalarının yayılması ilə bağlı MTN-ə çağırılmışdılar. Həmçinin Eynulla Fətullayevin vəkili Elçin Sadıqov da MTN-ə çağırılmış, lakin vəkil qanunvericiliyi əsas gətirərək, izahat verməkdən imtina etmişdi.


MƏTBUATI MÜDAFİƏ KOMİTƏSİ DƏYİRMİ MASA TƏŞKİL EDİB
Bu gün (6 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində (RATİ) “Jurnalist Ekspert Mərkəzi” və “Demokratik İslahatlar Uğrunda Cəmiyyəti”nin birgə yaratdığı Mətbuatı Müdafiə Komitəsi “Milli Birlik Hərəkatı”nın rəhbəri Lalə Şövkət Hacıyevanın “Ölkə” qəzetinə qarşı iddia qaldırması ilə bağlı Dəyirmi Masa keçirib.

“Jurnalist Ekspert Mərkəzi”nin rəhbəri Ceyhun Musaoğlu qaldırılan iddiaların və böyük məbləğdə pul tələbinin qəzetlərin fəaliyyətinə zərbə vurduğunu bildirdi. O qeyd etdi ki, Mətbuatı Müdafiə Komitəsi bununla bağlı təkliflər hazırlayaraq, Milli Məclisə və beynəlxalq təşkilatlara müraciət edəcək.

“Demokratik İslahatlar Uğrunda Cəmiyyəti”n koordinatoru Oqtay Güləliyev isə L.Hacıyevanın “Ölkə” qəzetinə qarşı qaldırdığı iddianın başadüşülən olmadığını bildirdi. O, haqq-ədaləti və söz azadlığını müdafiə etməli olan şəxsin azad sözə qarşı çıxmasını pislədiyini, bütün jurnalistlərin və QHT-lərin bu məsələdə birgə mübarizə aparmalı olduğunu bildirdi.

“Ölkə” qəzetinin baş redaktoru Rəfael Becanov isə bildirdi ki, iddiaya səbəb olmuş məqalədə Lalə Şövkət “agent” kimi təqdim olunmayıb, sadəcə olaraq Müsavat partiyasının başqanı İsa Qəmbərin “Azərbaycan müxalifətində xarici kəşfiyyata işləyənlər var” fikrinə onun reaksiya verməsi şərh edilib. Buna baxmayaraq R. Becanov L. Şövkətlə müzakirələr aparmağa və ona böhtan atıldığını sübut edərsə, üzr istəməyə hazır olduqlarını bildirdi.

Jurnalist İdrak Abbasov hər bir kəsin məhkəməyə müraciət etməsinə normal yanaşdığını, lakin jurnalistə qarşı böyük məbləğdə pul tələbini pislədiyini bildirdi.

İddiaya səbəb olmuş yazının müəlliflərindən biri olan Nicat Dağlar yazıda təhqir və böhtan olmadığını və buna görə heç kəsdən üzr istəmək fikrində olmadığını bildirdi.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə məqalədə “Madam” ləqəbli agentin Lalə Şövkət olduğu başa düşüldüyünü bildirdi. O, işçi qrupu yaradılmasını və Lalə Şövkətlə müzakirələr aparmaq yolu ilə bu məsələni həll etməyi təklif etdi.

Tədbirdə işçi qrupunun yaranması ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyeva “Ölkə” qəzetinin 11-17 fevral tarixli buraxılışında “”Madam” ləqəbli agent kimdir?” başlıqlı yazısında barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını iddia edərək, cavabdehlərin təkzib verməsini, üzr istəməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimələnməsini tələb edib.
QARABAĞ ƏLİLİ HAQSIZLIQLA ÜZLƏŞDİYİNİ BİLDİRİR
Bu gün (6 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində 1-ci qrup Qarabağ əlili Məğrur Bədəlli üzləşdiyi haqsızlıqlarla bağlı mətbuat konfransı keçirib. M.Bədəlli vaxtilə xırda alverlə məşğul olduğunu və vergi işçiləri tərəfindən qanunsuz olaraq toplanan məbləği vermədiyinə görə təzyiqlərlə üzləşdiyini bildirib. Bununla bağlı aidiyyəti orqanlara şikayət etdiyini vurğulayan Qarabağ əlili, nəticədə 400 manat cərimə olunduğunu bildirib.

Məsələ ilə bağlı Yasamal rayon məhkəməsində Vergilər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinə qarşı iddia qaldırdığını qeyd edən M. Bədəlli, təzyiqlərdən bezərək 2008-ci ilin iyun ayında fəaliyyətini dayandırdığını bildirdi. O, həmçinin bu il fevralın 26-da əmlakına həbs qoyulması ilə bağlı Nizami rayon məhkəməsinin qərar çıxardığını bildirib.

Qarabağ əlili olaraq hüquqlarının dövlət tərəfindən qorunmalı olduğunu deyən M. Bədəlli, bunun əksi ilə qarşılaşdığına görə ölkə başçısına müraciət edərək, onun hakimiyyətini tanımadığını bəyan etdi.
SABİQ REJİSSORUN AZTV-YƏ QARŞI İDDİASINA ƏSASƏN QƏRAR SABAH ÇIXARILACAQ

Bu gün (6 aprel) Səbayel Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə AzTV-nin sabiq rejissoru Nərgiz Cabbarlının “Azərbaycan televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) qarşı qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə N. Cabbarlının nümayəndəsi Bayram Rəsulov, qarşı tərəfdən isə AzTV-nin nümayəndəsi Sədrəddin İsgəndərov iştirak edirdilər.

 İddiaçının vəkili B. Rəsulov AzTV-nin 2006-cı ildəki maaş cədvəlində yer alan imzaların N.Cabbarlıya məxsus olmadığını bildirərək, cədvəlin əslinin məhkəməyə təqdim edilməsini, eləcə də məhkəmə xəttşünaslıq və mühasibat ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırdı.

Vəsatətlə bağlı müşavirə elan edən hakim E. Həsənov vəsatətin təmin edilmədiyini elan etdi.

Daha sonra məhkəmədə tərəflərin çıxışları dinlənildi.

Hakim E. Həsənov iddia tələbi ilə bağlı qətnaməni elan etmək üçün prosesi 7 aprel saat 12:00-a təyin etdi.

Xatırladaq ki, iddiaya səbəb AzTV sədrinin 30 aprel 2009-cu il tarixli 120 k/d saylı əmri ilə N.Cabbarlının AzTV-dən azad edilməsi və bu barədə ona heç bir yazılı və ya şifahi məlumatın verilməməsidir. Buna görə də iddiaçı həmin əmrin ləğv edilməsini və əvvəlki işinə bərpa olunmasını tələb edərək məhkəməyə müraciət etmişdir.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az
Kataloq: groups -> PLy9R1Xtc9ZpVRj7.A--
groups -> Other Economic Cooperation: Other Economic Cooperation
groups -> Azərbaycan, Bakı şəhəri, Azadlıq pr. 132/3, az 1106
groups -> Kurşunun yutulması elimine edilmiş
groups -> Ukok-2015 onayına sunulacak tcod bilimsel aktiviteleri / Ön çalışmalar
groups -> Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən asandır Azərbaycanda ilk böyrək transplantasiyasını (köçürməsini) həyata keçirmiş
groups -> Press-reliZ 06 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan
groups -> Azərbaycanda İsrail Səhiyyəsi günləri
groups -> Points Of Concern re: Council Bill 42-2015 a bill to create a Military Installation Overlay Zone (mioz) around Joint Base Andrews Our Objective: Council Bill 42-2015 the mioz bill – Concluding this is not a good bill. Why

Yüklə 105,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə