Plan: Giriş Nəzəri hissə



Yüklə 22,96 Kb.
səhifə1/2
tarix10.05.2022
ölçüsü22,96 Kb.
#57238
  1   2
referat 6242


Zədələnmə və yoluxma ocaqlarında aparılan xilasetmə işlərinin xüsusiyyətləri

Plan:


Giriş

Nəzəri hissə

Nəticə

Ədəbiyyat.



Giriş

Zədələnmə ocağı dedikdə fövqəladə vəziyyətin zərərli və təhlükəli faktorlarının konkret əraziyə, orada yaşayan əhaliyə, tikililərə, flora və faunaya təsiri ilə yaranan şərait nəzərdə tutulur. Zədələnmə ocaqları iki sinifə bölünür:

- Sadə zədələnmə ocağı - bir zədələyici faktorun təsiri nəticəsində yaranan zədələnmə ocağı (məsələn, partlayış və ya yanğın nəticəsində dağılma hadisəsi).

- Mürəkkəb zədələnmə ocağı - bir neçə zədələyici faktorun təsiri nəticəsində yaranan zədələnmə ocağı (məsələn, partlayış nəticəsində yanğın törədən və kimyəvi təhlükəli maddələrlə dolu həcmlərin hermetikliyinin pozulması ilə nəticələnən dağıntıların əmələ gəlməsi).

Zədələnmə ocağı bir çox hallarda mürəkkəb olur. Məsələn, zəlzələ nəticəsində nəinki dağılma, eyni zamanda yanğınlar, yoluxucu xəstəliklər və sağ qalan sakinlərdə psixoloji pozuntular (sarsıntılar) yarana bilər.

Zədələnmə ocağının forması isə mənbənin təbiətindən asılıdır. Belə ki, zəlzələ nəticəsində dairəvi forma, qasırğa nəticəsində zolaq şəkilli, yanğın və çökmə zamanı isə qeyri-düzgün formalı zədələnmə ocaqları yaranır.

Yoluxma ocağı dedikdə isə, ərazisindəki adamlar, heyvanlar və qurğularla birlikdə bakterial,kimyəvi,radioaktiv vasitələrin təsirinə bilavasitə məruz qalmış sahələr nəzərdə tutulur.

Bakteroloji yoluxma ocağı, düşmən tərəfindən adamları yoluxduran bakterial vasitələr-xəstəlik törədən mikroblar (bakteriyalar, viruslar, rikketsiyalar, göbələkciklər) və bakteriyaların yaratdığı toksinlər tətbiq edildikdə əmələ gəlir.

Bakterioloji yoluxma ocağı insanların, heyvanların, ərazinin, qurğuların, nəqliyyat vasitələrinin, paltarların, su təchizatı sisteminin zəhərlənməsi ilə, habelə xeyli sahələrdə yoluxucu xəstəliklərin yayılması ilə xarakterizə edilir.

Bakteioloji yoluxma ocağının böyüklüyü bakterial vasitələrin tətbiq edilməsi üsulundan, əhalinin sıxlığından və hava şəraitindən asılıdır.Çoxlu adamın eyni tipli xəstəliyə tutulması düşmənin bakteroloji silah işlətdiyini göstərən əsas əlamətdir.Yoluxmanın zahiri əlaməti olmur.

Bakterial vasitələrin tətbiq olunmasının digər üsulu yoluxdurulmuş xəstəlik daşıyanların (həşərat, gəmiricilər, gənələr) yayılmasıdır ki, bunlar da xəstəliyi insanlara və heyvanlara yoluxdura bilir.Yoluxdurulmuş xəstəlik daşıyan həşərat və gəmiricilərin əraziyə tökülməsi üçün xüsusi konteynerlərdən, təyyarə bombaların-dan və sairdən istifadə edilir.Bunların qırıqları, habelə belə yerlərdə külli miqdarda gəmiricilərin, həşəratın görünməsi yoluxmanın zahiri əlaməti hesab edilir.

Radiasiya şəraiti – nüvə silahı tətbiq edildikə və nüvə-yanacaq istehsalı obyektində qəza baş verdikdə yaranır, insanların və digər canlıların, müxtəlif obyektlərin radiaktiv maddələrlə zəhərlənməsi, ətrafın radiaktiv çirklənməsi ilə nəticələnir. Radiasiya şəraitini qiymətləndirilməsi ərazi nin, müəssisənin radiaktiv zəhərlənməsinin miqyası və dərəcəsi, həmçinin zəhərlənmənin dəstə və əhalinin fəliyyətinə təsiri təyin edilməsidir. Radiasiya şəraitinin qiymətləndirilməsinə, adətən, aşağıdakılar aiddir: radiaktiv zəhərlənmə zonalarının sərhədlərini va onlarda radiasiya səviyyəsinin bölünməsini təyin etmək; zəhərlənmə zonalarının müəssisələri torpaqdan istifadə planına və ya sxeminə köçürülməsi; dəstələrin şəxsi heyətinin, əhalinin, heyvanların radiaktiv şüalanma dozasının va onların arasında itkilərin təyin edilməsi; zəhərlənmş ərazidə dəstələrin, həmçinin əhalinin təsərrüfat işlərinin aparılmasında ən məqsədəuyğun fəaliyyətinin müəyyən edilməsi.




Yüklə 22,96 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə