Plan: btm-da təlimin vəzifələri



Yüklə 27,13 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü27,13 Kb.
#46146
  1   2   3   4
muhazire3 (6)
muhazire5 (6), muhazire5 (6), muhazire5 (6), muhazire3

III Mövzu:

BTM-nin tədris materiallarının sistemliyi, ardıcıllığı, elmiliyi və mənimsənilməsi


Plan:

1.BTM-da təlimin vəzifələri

2.BTM-də təlimin prinsipləri

3.Tədris materiallarının sistemliyi və ardıcıllığı

4.Tədris materialının elmiliyi və mənimsənilməsi

1 BTM-da təlimin vəzifələri

Biologiya fənlərinin orta məktəb təhsil sisteminə daxil edilməsi təsadüfi bir hal olmayıb, cəmiy­yətin tələbindən doğan bir zərurətdir. Müasir dövrdə biologiya fənlərinin sürətlə inkişaf etməsi müxtəlif təbiət fənlərinin inkişafı ilə əlaqədardır. Bu da bioloji biliklərə qarşı təlabatı daha da artırır tibbi və k/təsərrüfatının inkişafında, kosmosun fəth edilməsində biologiya elmi böyük əhəmiyyət kəsb edir. Elə ona görə də haqlı olaraq XX əsrə biologiya əsri adı verilmişdir. Hazırda zülalın sintezi mexanizmi materia və enerjinin mübadiləsi, irsiyyətin maddi əsasları və genlərin quruluşu haqqında çox böyük nailiyyətlər əlfə edilmişdir. Elektron mikroskopu, biokimyəvi və biofiziki üsulların tədbiqi sahəsində hüceyrənin və orqanizmin qurluşu daha dərindən öyrənil­məyə başlanılmışdır. Bu metodlar sahəsində mikroorqanizmlərin, xüsusən virusların xassələrini öyrənmək sahəsində çox əhəmiyyətli kəşflər meydana çıxmışdır. Genetikanın inkişafı sahəsində-insanlar arzu edilən xassələrə malik mikroorqanizm növləri yaradacaqdır. Bu mühüm məsələlərlə bioligiya müəllimlərinin tanış olmaları vacibdir. Hazırda bioloji təhsil ölkəmizdə sanitar-gigiye­na maarifinin yayılmasında da böyük rol oynayır. Biologiya fənlərinin tədrisi zamanı şagirdlərin təbiətə marağı artır, onlarda müsahibəçilik, estetik zövq təbiətə məhəbbət vətənpərvərlik hissi inkişaf edir. Məhz buna görə də biologiya fənlərinin tədrisi mühüm təlim-tərbiyyəvi əhəmiyyətə ma­likdir. Şagirdlər biologiya fənnlərinin tədrisi prosesində bu elmin əsaslarının və onun qanuna­uy­ğunluqlarını öyrənir və bu biliklərin həyata tədbiqi yolları ilə tanış olur, bir sıra faydalı praktik vərdişlər qazanırlar. Təlimin əsas vəzifələrindən biridə politexnik təlimin verilməsidir. Politexnik təlim nəzə­riy­­yə ilə təcrübəni əqli işlə fiziki işi birləşdirməklə şagirdləri hər tərəfli inkişafını təmin edir. Məhz ona görə də gənc nəslin hər tərəfli inkişafını təmin etməkdə politexnik təlim mühüm əhə­miy­­yət kəsb edir. Deməli, biologiya fənnlərinin tədrisində təhsil məhsuldar əməklə birləşdi­ri­lir. Tə­­limin qarşısında oturan əsas vəzifələrindən biridə şagirdlərin təfəkkürünü və nitqini inkişaf etdirməkdir. Bu məsələni həll edilməsində biologiya fənləridə mühüm rol oynayır. Biologiya dər­si sadə səlis, aydın və şirin, hətta yeri gəldikdə obrazlı halda ifadə edilməlidir. Bunlardan əla­və təlimin əsas vəzifələrindən biri də vətənpərvərlik tərbiyyəsi işini həyata keçirməkdir. Bio­lo­giya fənlərinin tədrisində vətənpərvərlik və milli iftixar hissinin tərbiyyə edilməsi olduqca vacib məsələdir. Ona görə də şagirdlərin öz doğma vətənlərinin təbiətini öyrənmək ruhunda tərbi­yə­lən­dirilməsi məsələsinə xüsusi fikir verilməlidir.

2.BTM-də təlimin prinsipləri

Biologiya dərslərində formalizmin qarşısının alınması, öyrədilən materialın şagirdlər tərə­fin­dən dərin mənimsənilməsinin təmin olunması, təbiət haqqında düzgün elmi baxış və dialektik-materialist dünya görüşü yaranması üçün didaktik prinsiplərə ciddi əməl olunmalıdır. Biologiya fənlərinin tədrisində aşağıda göstərilən didaktik prinsiplərin həyata keçirilməsi əsas götürülür: 1) Təlimin tərbiyyə ediciliyi prinsipi; 2) Tədris materialının elmiliyi prinsipi; 3) Tədris materialının sistemliyi və ardıcıllığı prinsipi; 4) Tədris materialının anlaşılması prinsipi; 5) Təlimdə pridmet­lik və əyanilik prinsipi; 6) Biliyin şüurlu mənimsənilməsi prinsipi; 7) Təlimin quruculuq təcrübə­si və məhsuldar əməklə əlaqələndirilməsi prinsipi Bu prinsiplər şagirdlərin yaş xüsusiyyətlərinə və bilik səviyyələrinə müvafiq tədbiq olunur. Odur ki, təlimdə biliyin düzgün, elmi, məfnurəvi qruluşu ilə əlaqədar öyrənilməsi əsas götürülür. Təlimin bu prinsiplərinin hər biri haqqında

pedaqogika kursunda geniş məlumat verilir.

3.Tədris materiallarının sistemliyi və ardıcıllığı

Biologiya fənnlərinin ayri-ayri hadisə və cisimlər arasındakı əlaqələrin, qanun və qanuna­uy­ğunluqların sistemli və ardıcıl sürətdə öyrənilməsi mühüm təlim-tərbiyyəvi əhəmiyyətə malik­dir. Biologiya fənlərinin sistemli və ardıcıl keçilməsi Bitki və heyvanlar aləminin təkamül pro­se­sində əmələ gəlməsini izah etməyə və şagirdlərə materialist dünyagörüşünün aşılanmasına geniş imkan verir. Orta məktəbdə əvvəlcə botanika, sonra zoologiya, insan anatomiyası və fiziolo­gi­yası və ümumi biologiya kursunun tədrisində materialın sistemli və ardıcıl verilməsi prinsipi əsas götürülür. Botanika kursunda şagirdlər “təbiətə və kənd təsərrüfatında bitkilər” mövzusu ilə ümumi surətdə tanış olduqdan sonra “Bitkinin hüceyrəvi quruluşu” mövzusunu öyrənir. Bundan sonra isə onlar Bitkilərin ayrı-ayrı üzvləri (kök, gövdə, yarpaq və s.) və mədəni Bitkilərin yetişdirilməsi ilə tanış olurlar. Zoologiya kursunda isə ibtidai heyvanlardan başlayaragq məməlilər sinfinə kimi heyvanlar aləmi bütövlükdə elmi sistem və ardıcıllıqla öyrənilir. Insan anatomiyası və fiziologiyası və ümumi biologiya kursunun tədrisində də bütün material sistemli və ardıcıl olaraq verilir. Təlimin sistemli və ardıcıl aparılması proqram materiallarının şagirdlər tərəfindən mükəmməl mənimsənilməsi işini xeyli asanlaşdırır və onların dərin bilik və əməli bacarıq və vərdişlərə yiyələnmələri işini təmin edir.

4.Tədris materialının elmiliyi və mənimsənilməsi

Təlim prosesində elmilik mühüm yer tutur. Bütün orta məktəblərdə başqa fənlərlə yanaşı olaraq biologiya fənlərinin tədrisi zamanı bu elmin əsasları öyrədilir. Şagirdlər botanika, zoolo­gi­ya dərslərində bitki və heyvanlar aləminin, bioloji xüsusiyyətləri inkiçafı qanunu və qanuna­uy­ğun­luqlarını biologiya elmlərinin nailiyyətləri əsasında öyrənirlər. Ölkəmizin məktəblərini təşkil

edilməsinin ilk dövrlərində təlimdə elmiliyə mühüm yer verilmişdir. Partiyanın MK-nın sentyabr 1931-ci il və 25 avqust 1932-ci il tarixli qərarlarından sonra orta məktəblərdə biologiya fənləri­nin əsaslarla tədris olunmasına daha çox fikir verilməyə başlanmışdır. Biologiya fənlərinin təd­risin­də ilin elmi və sistemli öyrədilməsi onu şagirdlərə anlaşıla biləcək halda başa salınmasından çox asılıdır. Biologiya dərslərində təlim tərbiyyə məsələləri şagirdlərə lazımı səviyyədə aydınlaşdırılmazsa, onu təcrübədə tədbiqində müəyyən anlaşılmazlıq meydana çıxar. Ona görə biologiya fənlərində nəzəri biliyin və əməli vərdişlərin şagirdlərin yaş xüsusiyyətinə, inkişaf və ümumi hazırlıq səviyyəsinə uyğun və anlaşıla biləcək tərzdə verilməsi vacibdir. Bu prinsipin bütün dərsliklərdə olduğu kimi biologiya fənnlərində də nəzərə alınması mütləq lazımdır. Lakin buna baxmayaraq dərsliklərdə, o cümlədən təbiiyyətə aid dərs kitablarında yenə də bir sıra nöqsanlara yol verilir. Belə ki, dərsliklər lazım olmayan materialların həddən artıq yüklənmişdir. Odur ki, müəllim tədris materiallarını diqqətlə nəzərdən keçirməli və kitablardakı materialı şagirdlərin anlaya biləcəyi sadə dildə, tam, konkret aydın və sistemli surətdə başa salmalıdır. Eyni zamanda dərsdə ikinci dərəcəli əhəmiyyətə malik olan tədris materialları ilə şagirdləri həddən artıq yükləməyə yol verilməməlidir. Bu hal materialın anlaşılmamazlığına və şagirdlərin həvəsdən düşməsinə səbəb ola bilər.


Yüklə 27,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə