Pedaqoji prosesin əsasında duran qanunauyğunluqlar nə qədər çox aşkara çıxarılırsa və əməli işdə nəzərə alınırsa, təlim-tərbiyənin səmərəsi bir o qədər artıb, subyektivlik halları bir o qədər azalır



Yüklə 16,34 Kb.
tarix02.01.2022
ölçüsü16,34 Kb.
#42000
Fəhmin Sərb1


Pedaqoji prosesin bəzi qanunauyğunluluqları və qanunları

Pedaqoji prosesin əsasında duran qanunauyğunluqlar nə qədər çox aşkara çıxarılırsa və əməli işdə nəzərə alınırsa, təlim-tərbiyənin səmərəsi bir o qədər artıb, subyektivlik halları bir o qədər azalır. Bu həqiqəti hər kəs gündəlik pedaqoji təcrübəsində aydın şəkildə hiss etməmiş deyildir. Pedaqoji elmin yetkinlik dərəcəsi həm də onun müəyyənləşdirdiyi qanunauyğunluqlarla ölçülür.

Pedaqoji fikir klassiklərindən Y.A.Komenski, İ.H.Pestalotsi, J.J.Russo, K.D.Uşinski, A.S.Makarenko və başqalarının əsərlərində pedaqoji qanunauyğunluqlar məsələsinə toxunulmuşdur. Müasir pedaqoqlar pedaqoji qanunauyğunluqların tədqiqinə dəyərli töhfələr vermişdir. Buna baxmayaraq, hələ də problemin həllində xeyli çatışmazlıq qalmaqdadır. Pedaqoji qanunauyğunluqları təlim-tərbiyə prosesindən kənarda axtarmaq, eyni qanunauyğunluğu müxtəlif şəkildə ifadə etmək, prinsipi qanunauyğunluqlarla, qanunauyğunluğu qanunla eyniləşdirmək və s. buna misal ola bilər. Bu cür nöqsanların iki əsas səbəbi vardır. Birincisi, pedaqoji hadisələrin özündəki səbəb-nəticə əlaqələrinin mürəkkəbliyidir. Buna görə də pedaqoji prosesdə cərəyan edən qanunauyğunluğu üzə çıxarmaq tədqiqat-çıdan böyük səriştə, onun öyrənilməsinə müxtəlif cəhətdən, həm də sistemli yanaşma tələb edir. İkinci səbəbi pedaqoji prosesin qanunauyğunluqlarını tədqiq etməyin metodoloji məsələlərinin zəif işlənməsində axtarmaq lazımdır.

Təlim, tərbiyə, təhsil və inkişaf obyektiv prosesdir. Onlara xas olan qanunauyğunluqlar da obyektivdir. Pedaqogika elmi obyektiv proses olan təlim, tərbiyə, təhsil və inkişafın qanunauyğunluqlarını öyrənir, üzə çıxarır, ifadə edir. Qanunauyğunluq anlayışı pedaqoji hadisələr arasındakı obyektiv səbəb-nəticə əlaqələrinin mahiyyətini geniş və dəqiq ifadə edir.

Pedaqoji ədəbiyyatda pedaqoji prosesin qanunauyğunluğu anlayışını “pedaqogikanın qanunauyğunluğu” və ya “metodikanın qanunauyğunluğu” anlayışları ilə eyniləşdirmək hallarına da rast gəlmək olur. Halbuki, pedaqoji qanunauyğunluqları, yəni təlim, tərbiyə, təhsil və inkişaf qanunauyğunluqlarını bir elm kimi pedaqogikanın qanunauyğunluqları ilə eyniləşdirmək olmaz. Çünki birincilər 210 obyektiv prosesə, ikincilər isə bu proses haqqındakı elmə aiddir. Pedaqogikanın və ya metodikanın bir elm kimi öz inkişaf qanunauyğunluqları vardır və onlar heç də həmişə pedaqoji prosesin qanunauyğunluqları ilə üst-üstə düşmür. Buna baxmayaraq, bəzən nəinki metodika sahəsində, hətta pedaqogika sahəsində də təlim və tərbiyənin qanunauyğunluqları pedaqogikanın qanunauyğunluqları ilə eyniləşdirilir.

Pedaqoji qanunauyğunluqların məntiqi cəhətdən düzgün ifadəsi təlim, tərbiyə və təhsil işində ondan səmərəli istifadə etməyin vacib şərtlərindən biridir. Təəssüf ki, pedaqoji ədəbiyyatda bu cəhətdən də aydınlıq azdır. Bəzi tədqiqatlarda pedaqoji qanunauyğunluq şərh edilərkən hadisələr, səbəb və nəticələr arasındakı əlaqələr nəzərdən qaçırılır. Pedaqoji qanunauyğunluğun elə ifadələri də var ki, səbəb və nəticənin adları qeyd olunur, lakin aralarındakı əlaqənin mahiyyətinin nədən ibarət olduğu göstərilmir. Bəzən də pedaqoji qanunauyğunluğun ifadəsində səbəb və nəticə asılılığı nəinki qeyd edilir, hətta bu asılılığın qanunauyğun olduğu da əlavə olunur. Y.K.Babanskinin redaksiyası altında çap olunan “Pedaqogika” vəsaitində sadalanan qanunauyğunluqların hamısı belə ifadə olunmuşdur .

Pedaqoji qanunauyğunluğun ifadə formasındakı qüsurlar, onun mahiyyətinin qeyri-dəqiq ifadəsi müəllimin və digər tərbiyəçilərin işini asanlaşdırmır, qanunauyğunluğun əməli əhəmiyyəti, onun tətbiq olunması imkanları azalır. Pedaqoji hadisələrdə səbəb və nəticənin olduğu qanunauyğunluğun ifadəsində aydın əks olunmalıdır. Səbəb və nəticə arasında əlaqələrin mahiyyəti də qanunauyğunluğun düzgün ifadəsində nəzərə alınmalıdır. Qanunauyğunluğun düzgün ifadəsinə aid bir misal gətirək: Uşaqların cəmiyyət üçün faydalı fəaliyyəti nə qədər məqsədyönlü, onların ünsiyyəti nə qədər düzgün təşkil edilərsə, tərbiyə prosesi bir o qədər səmərəli cərəyan edir.

Pedaqoji qanunauyğunluqların cərəyan etdiyi sahənin hüdudlarını dəqiq bilməyin də praktik əhəmiyyəti az deyildir. Bu məsələ bir elm kimi pedaqogikanın tədqiqat obyekti ilə bağlıdır.

Pedaqoqların bir qismi pedaqoji qanunauyğunluqları insanın mühitlə qarşılıqlı münasibətlərində axtarır. Onlar fikirlərini belə əsaslandırmağa çalışırlar ki, uşaq yaşlı adamların həyat təcrübəsini 211 müşahidə edir, ətraf mühitlə müxtəlif münasibətlərdə olur və beləliklə, müvafiq dəyişikliklərə uğrayır. Bu mövqedə duran hər kəs pedaqoji qanunauyğunluqları nəinki təlim-tərbiyə prosesində, yəni mütəşəkkil, məqsədyönlü və planlı təsirlər sistemində, həm də mühit amillərinin təsiri prosesində, yəni qeyri-mütəşəkkil, qeyri-planlı, qeyri-məqsədyönlü təsirlər sistemində öyrənməli olar. Belə olduqda pedaqogika öz hüdudlarından çox kənara çıxar, digər elmlərin, o cümlədən sosiologiyanın funksiyalarını da öz üzərinə götürər . Bir çox pedaqoqlar uşağın münasibətlərini pedaqoji prosesin daxili, müəllimin və təcrübəçinin fəaliyyətini isə onun xarici cəhəti adlandırırlar. Vahid pedaqoji prosesi mexaniki şəkildə iki hissəyə ayırdıqda, birini xarici, digərini isə daxili cəhət adlandırdıqda pedaqoji prosesin həqiqi qanunauyğunluqlarını aşkara çıxarmaq işi çətinləşir.

Pedaqoji qanunauyğunluqları yalnız pedaqoji prosesdə, yəni milyonlarla tərbiyəçi və tərbiyə olunanların, müəllim və şagirdlərin birgə fəaliyyətində, təlim, tərbiyə, təhsil və inkişaf proseslərində axtarmaq lazımdır. Bu zaman əlbəttə, pedaqoji qanunauyğunluqların cərəyan etdiyi şərait unudulmamalıdır.

Pedaqoji mənbələrdə vurğulanır ki, pedaqoji prosesin həm təlim üçün, həm də tərbiyə üçün ümumi qanunauyğunluqları vardır. Bunlar aşağıdakılardır:

1. Pedaqoji prosesin dinamikasının prosesdə baş verən dəyişikliklərin kəmiyyətindən asılılığı. Müəlliflər bu asılılıqla bağlı şərh verirlər ki, (qanunauyğunluq müvafiq ifadə tərzində təqdim olunmadığından) pedaqoji prosesdə bütün sonrakı dəyişikliklərin kəmiyyəti əvvəlki mərhələdəki dəyişikliklərin kəmiyyətindən asılıdır. Bu o deməkdir ki, pedaqoji proses müəllimlərlə şagirdlər arasında inkişaf edən qarşılıqlı təsir kimi tədrici, “pilləli” xarakter daşıyır, pillələr arasında qazanılan nailiyyətlər nə qədər yüksək olarsa, son nəticə bir o qədər sanballı olar. Deməli, pillələr arasında yüksək nəticələri olan şagird daha yüksək ümumi nailiyyətlər əldə edə bilər.

2. Pedaqoji prosesdə şəxsiyyətin inkişafının ona təsir edən amillərdən asılılığı. Şəxsiyyətin inkişaf sürəti və çatdığı inkişaf səviyyəsi 1) irsiyyətdən, 2) təhsil-tərbiyə və təlim mühitindən, 3) tə- 212 lim, təhsil-tərbiyə fəaliyyətinə cəlb edilməsindən, 4) tətbiq edilən pedaqoji təsir vasitələri və metodlarından asılıdır.

3. Pedaqoji təsirin səmərəliliyinin təlim, təhsil-tərbiyə prosesinin idarə olunmasından asılılığı. Pedaqoji təsirin səmərəliliyi 1) şagirdlərlə müəllimlər arasında əks əlaqənin intensivliyindən, 2) şagirdlərə göstərilən təsirlərin kəmiyyətindən, xarakterindən və gücündən asılıdır.

4. Pedaqoji prosesin məhsuldarlığının stimullaşdırma vasitələrindən asılılığı. Pedaqoji prosesin məhsuldarlığı 1) təlim-tərbiyə fəaliyyətinə daxili stimulların (motivlərin) təsirindən, 2) xarici stimulların (ictimai, pedaqoji, əxlaqi, maddi və b.) intensivliyindən, xarakterindən və vaxtında tətbiqindən asılıdır.

5. Pedaqoji prosesin səmərəliliyinin hissi idrakın, məntiqi idrakın və praktikanın vəhdətindən asılılığı. Təlim, təhsil-tərbiyə prosesinin səmərəliliyi 1) hissi qavramanın intensivliyindən və keyfiyyətindən, 2) qavranılan materialın məntiqi dərk olunmuş materialın praktikada tətbiqindən asılıdır.

6. Pedaqoji prosesin səmərəliliyinin xarici (pedaqoji) və daxili (idraki) fəaliyyətin vəhdətindən asılılığı. Pedaqoji prosesin səmərəliliyi 1) pedaqoji fəaliyyətin keyfiyyətindən, 2) şagirdlərin şəxsi təlim, təhsil-tərbiyə fəaliyyətinin keyfiyyətindən asılıdır.

7. Pedaqoji prosesin cəmiyyətin və şəxsiyyətin tələbatlarından asılılığı. Təlim-tərbiyə prosesinin gedişi və nəticələri 1) cəmiyyətin tələbatından, 2) cəmiyyətin imkanlarından (maddi-texniki, iqtisadi və b.), 3) pedaqoji prosesin baş verdiyi şəraitdən (mənəvi-psixoloji, sanitar-gigiyenik, estetik və b.) asılıdır.



Əlbəttə, pedaqoji prosesdə mövcud olan əlaqələr göstərilən qanunauyğunluqlarla qurtarmır. Onlar xeyli çoxdur və tədqiqatçılar yeni qanunauyğunluqlar aşkar etmək istiqamətində axtarışlarını davam etdirirlər. Bu da təbiidir. Pedaqoji prosesin qanunauyğunluqları nə qədər çox aşkara çıxarılarsa və praktik işdə nəzərə alınarsa, təlim və təhsil-tərbiyənin səmərəliliyi o qədər yüksək olar. Pedaqoji ədəbiyyatda özünə yer alan ümumpedaqoji və spesifik qanunauyğunluqların böyük bir hissəsi funksiya və mahiyyət baxımından yaxındır, ifadə tərzinə görə fərqlənirlər. Bunu B.A.Əhmədov, N.M. Kazımov, Ə.X.Paşayev, F.A.Rüstəmov, Y.K.Babanski 213 tərəfindən formulə olunaraq, təqdim edilən qanunauyğunluqların müqayisəsi nəticəsində müəyyənləşdirmək çətin deyildir. Fikrimizi əyaniləşdirmək məqsədi ilə N.M.Kazımovun qəbul etdiyi ümumpedaqoji qanunauyğunluqları təqdim etməyi faydalı sayırıq: – təlim, tərbiyə, təhsil və inkişaf arasındakı qarşılıqlı əlaqələri müəllimin, tərbiyəçinin bilməsi və fəaliyyət zamanı nəzərə alması şagirdlərdə tərbiyəlilik, bilik və inkişaf səviyyəsini artırır; – təlim və tərbiyənin eyni hallarına pedaqoji proseslə məşğul olan şəxslərin münasibətləri nə qədər çox yaxınlaşarsa, pedaqoji səmərə bir o qədər yüksək olur; – müasir layihə əsasında tikilən, lazımi avadanlığa və texniki vasitələrə malik olan, mənəvi-psixoloji mühiti sağlamlaşdıran məktəbdə təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək imkanı çoxalır; – tədris müəssisələri cəmiyyətin kadrlara olan ehtiyacını nə qədər dolğun nəzərə alırsa, pedaqoji prosesin səmərəsi bir o qədər artır, əmək məhsuldarlığını yüksəltməyin imkanları bir o qədər genişlənir; – hər bir konkret halda pedaqoji işin məzmunu onun məqsədinə tam uyğun seçildikdə və təlim-tərbiyə bu zəmində aparıldıqda səmərə artır; – pedaqoji iş üsulları formalaşdırılan mənəvi keyfiyyətlərin şagirdlərdə inkişaf dərəcəsinə müvafiq seçildikdə daha çox pedaqoji səmərə verir.
Yüklə 16,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə