Parkinson xəstəliyi zamanı istifadə olunan preparatlar və onların əlamətlərinin aradan qaldırılması səbəbləri



Yüklə 31,7 Kb.
səhifə1/3
tarix18.05.2022
ölçüsü31,7 Kb.
#58556
  1   2   3
referat 4134
referat 4379

Parkinson xəstəliyi zamanı istifadə olunan preparatlar və onların əlamətlərinin aradan qaldırılması səbəbləri.

Bu xəstəlik ilk dəfə 1817-ci ildə James Parkinson tərəfindan təsvir olunmuşdur. Buna görə da onu Parkinson xəstəliyi adlandırırlar (klinik əlamətlərinə görə bu xəstəliyə əsmə iflici də deyilir). Parkinson xəstəliyi, adətən, 45-70 yaşlar arası dövrlərdə meydana çıxır və yaş artdıqca inkişaf edərək kəskinləşir. Xarakterinə görə baş beyinin degenerativ gedişli atrofık xəstəliyi olmaqla, əsasən, irsi patologiyalara aid edilir. Parkinson xəstəliyində ekstrapiramid və psixi pozğunluqlar baş verir. Xəstəlik beyin kötüyü ekstrapiramid nüvələrin zədələnməsi fonunda, əsasən, aşağıdakıklassik klinik əlamətlərlə keçir:


1. istəyə görə hərəkət etmənin çətinləşməsi və ya hərəkətə başlamada çətinlik- hərəkətlərin məhdudlaşması (bradikineziya);
2. rigidlik (əzələ tonusunun kəskin yüksəlməsi);
3. tremor (daimi qeyri-iradi əsmə);
4. "maska üz" ("donuq sifət", bradimimiya);
5. hərəkətdə durğunluq (akineziya) və yerişin pozulması (xəstələr önə əyilərək, ayaqlarını sürüyə-sürüyə və qollarmı sallayaraq yeriyirlər;
6. Hipersalivasiya- tüpürcək ifrazının artması.
Xəstəlik inkişaf etdikcə hərəki və psixi pozğunluqlar dərinləşir, koqnitiv, zehni fəaliyyət, nitq və emosional reaksiyaların zəifləməsi- bradi-freniya halı meydana çıxır.
Parkinson xəstəliyinə xas olan əlamətlər dəm qazı, civə, manqan, sian, metanol, etanol və s. kimi maddələrlə zəhərlənmələrdə, eləcə də antipsixotik maddələrin uzunmüddətli qəbulu zamanı da meydana çıxa bilir. Ekzogen faktorların təsirinin nəticəsi kimi ikincili olaraq əmələ gəldiyinə və Parkinson xəstəliyi əlamətlərinə çox oxşadığına görə bu simptomokompleksi ikincili parkinsonizm (və ya dərman parkinsonizmi) adlandırırlar.
Uzun illərdən bəri öyrənilməsinə, son onilliklərdə isə daha da intensiv şəkildə tədqiq olunmasına baxmayaraq, Parkinson xəstəliyinin etiologiyası tamamilə aydınlaşdırılmamışdır. Müasir təsəvvürlərə görə xəstəliyin baş verməsində həlledici rolu baş beyinin bazal nüvələrində (corpus striatum) dofaminergik və qlutamatergik sistemlər arasında mövcud əlaqə mexanizmi vəsfı tarazlığın pozulması (disbalans), eləcə də dofamin­ergik sistemin aktivliyinin zəifləməsi fonunda qara cisim- neostriatum kompleksində xolinergik təsirlərin qüvvətlənməsi oynayır. Məlumdur ki, MSS-də dofaminergik neyronlar qara cismin şərti olaraq As; A9; Aıo adlandırılan mərkəzlərindən başlayır. Aksonları isə striatumun müvafıq nüvələrində- n.caudatus, putamen və s. qurtarmaqla, niqrostriatal və mezolimbik dofaminergik yollan əmələ gətirir. Analoji topoqrafıya, həmçinin, digər nüvələrdən başlayan qlutamatergik neyronlara da xasdır. Bazal nüvələrdə hərəki fəaliyyətin tənzimində əhəmiyyətli rol oyna­yan xolinergik sinir lifləri də vardır (xəstəlik zamanı əsas dəyişikliklər niqrostriatal və mezolimbik dofaminergik neyronlarm cisminin cəmləşdiiyi qara cismin kompakt hissəsində baş verir; paralel olaraq, talamusun paraventrikulyarnüvəsi və boz qabar kimi qabıqaltı strukturlar da zədələnir). Əksər müəlliflərin fıkrincə dofaminergik neyronların uclarından neostriatuma ifraz olunan DA tormozlayıcı funksiya yerinə yetirir. Qlutamatergik neyronlar isə bazal nüvələri stimuləedir. Yəni, adi halda müvafiq sinir lifləri ucundan ifraz olunan mediatorlar (dofamin və qlutamat) zolaqlı cisim- striatum səviyyəsində dofaminergik və qlutamat­ergik sistemlər arasında vəsfi dinamik tarazlıq yaratmaqla, normal hərəki fəaliyyəti təmin edir. Başqa sözlə, adi halda qara cisim-striatum kompleksi səviyyəsində qarşılıqlı əlaqə və nəzarət mexanizmi, bilavasitə baş beyin qabığı tənzim aparatının iştirakıilə müvafıq fizioloji- hərəki və vegetativ aktları idarə edir {psixofarmakologiya elminin son nailiyyətlərinə istinad etsək, deməliyik ki, müxtəlif fizioloji aktların (psixi, hərəki, emosional reaksiyalar və s.) icra və tənzim mexanizmi tək bu sistemlərlə məhdudlaşmır; MSS-də biri-biri ilə qarşılıqlı əlaqə və vəhdətdə olan daha artıq (çox güman ki, yeddi) nəzarət və tənzim sistemləri mövcuddur}. Odur ki, xəstəlik zamanı neostriatumda mey­dana çıxan dofamin "çatışmazlığı" oyandırıcı aminturşu mediatoru (qlutamat) reseptorlarının stimulyasiyasını törədir. Bu da qlutamatergik sistemin fəallığmm kəskin yüksəlməsinə səbəb olur. Paralel olaraq, dofaminergik sistemlə qarşıhqlı əlaqədə olan və hərəki fəaliyyəti tənzimləyən xolinergik innervasiya da qüvvətlənir. Mediator sistemlərdə törənən disbalans müvafiq klinik əlamətlərlə (tremor, akineziya, rigidlik, bradifreniya və s.) müşahidə olunan hərəki və psixi pozğunluqların meydana çıxmasına səbəb olur.
Baş beyin dofaminergik sistemi inkişaf baxımından xolinergik sinir sisteminə nisbətən daha sonradan əmələ gələn və bu səbəbdən də, onunla müqayisədə daha zərif və həssas törəmədir. Odur ki, yaşla əlaqədar olaraq digər hüceyrə və sistemlərdə olduğu kimi, sinir sistemində də baş verə biləcək tükənmə fonunda, eləcə də baş beyin ekzogen və endogen mənşəli "aqressiv" (zədələyici) faktorların (travmatik, toksiki, allergik və s.) təsirinə məruz qaldığı hallarda, dofami­nergik neyronlar daha tez üzvi-destruktiv dəyişikliklərə uğrayaraq miqdarca azalır. Nəticədə bazal nüvələrdə dofaminergik sinirlərin ucundan ifraz olunan dofaminin miqdarı kəskin şəkildə azalır. Bu da xolinergik təsirlərin qüvvətlənməsi və qlutamatergik proseslərin aktivləşməsi fonunda yuxarıda göstərdiyimiz əsas klinik əlamətbrb keçən Parkinson xəstəliyinin meydana çıxmasına səbəb olur (xəstəliyin baş verməsi üçün striatumda dofaminin miqdarı 80%-dən çox azalmalıdıır). Odur ki, xəstəliyin müalicəsi bu göstərdiyimiz etioloji prinsipə müvafıq aparılmalıdır. Yəni, xəstəlik zamanı müsbət farmakoterapevtik effekt yalnız dofaminergik sistemin oyanması, qlutamatergik sistemin süstləşməsi, eləcə də xolinergik təsirlərin blokadası fonunda aparılan müvafıq terapiya fonunda mümkündür.
Odur ki, Parkinson xəstəliyinin müalicə və profılaktikasında istifada olunan dərman maddələrini, xəstəliyin törənmə səbəbləri və aparılacaq dərman müalicəsinin istiqaməti prinsiplərini əsas götürməklə aşağıdaki qruplara bölmək olar:
I. Dofaminergik sistemi aktivləşdirən dərman maddələri. Bunlar aşağıdakıyarımqruplara bölünür.

1. Dofaminin əvəzi və yaxud dofamin önü maddə Levodopa ( L-DOFA )


2.Dofamin reseptorlarını stimulə edan maddələr

Yüklə 31,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə