Pambığın ilkin emalı müəssisələrinin layihələndirilməsi üzrə ümumi məlumatlar



Yüklə 25,96 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü25,96 Kb.
#47946
növüQaydalar
  1   2   3
ASEU TEACHERFILE WEB 1999587411198587622.docx 1542615241
ASEU TEACHERFILE WEB 583034781649471259.docx 1542615564, ASEU TEACHERFILE WEB 1025989986644611693.doc 1603302556

MÜHAZİRƏ 6

Standart layihələrin hazırlanması və tətbiqi qaydaları.
Pambığın ilkin emalı müəssisələrinin layihələndirilməsi üzrə ümumi məlumatlar

Müəssisələrin layihələndirilməsi zamanı həll edilən əsas məsələlər

Pambıqtəmizləmə müəssisəsi özü ilə olduqca mürəkkəb təşkilati təqdim edir ki, bunun da strukturu və fəaliyyəti buraxılan məhsulun müxtəlifliyindən, texnoloji prosesin xarakterindən və istehsalın həcmindən bilavasitə asılıdır.

Müəssisənin layihələndirilməsi zamanı eyni zamanda iqtisadi, texniki və təşkilati məsələləri işləyirlər və həll edirlər ki, bunlar da öz aralarında sıx əlaqəlidirlər: hər bir texniki həll iqtisadi cəhətdən əsaslandırılmalıdır və müəyyən təşkilati formada həyata keçirilməlidir.

Müəssisənin lahiyələndirilməsi zamanı həll edilən iqtisadi məsələlər özlərinə daxil edirlər: müəssisənin istehsal proqramı ilə müəyyən edilmiş emal edilən pambıq-xammalın və buraxılan məhsulun miqdarı (lif, lint, çiyid), müəssisənin xammalla, tikinti materialları ilə, elektrik enerjisi ilə, yanacaqla, təbii qazla, su ilə təchiz edilməsi yolları, müəssisənin tikilməsinin ən əlverişli nöqtəsinin seçilməsi və təyini; istehsal tullantılarının istifadəsi üzrə köməkçi sexlərin tikilməsinin məqsədyönlü olmasının aydınlaşdırılması; hasil edilən məhsulun maya dəyərinin hesablanması; müəssisənin su təchizatı, kanalizasiya və səmt sularının təmizlənməsi və təbii qazla və elektrik enerjisilə təchizat sahələrində mümkün olan əməkdaşlığı; əsas və dövriyə vasitələrinin lazımı ölçülərinin təyini; xərclərin effektivliyinin müəyyən edilməsi, işçi vaxtın lazımı fondunun təyini, ştatların hesablanması və tərtib edilməsi.

Müəssisənin layihələndirilməsi zamanı həll edilən texniki məsələlər daxil edirlər: müəyyənedilmiş asortiment üzrə pambıq-xammalın tələb olunan miqdarının təyini; xammal anbarından başlayaraq və hazır məhsul anbarı ilə qurtararaq bütün sexlərin əsas və köməkçi avadanlığının seçilməsi və hesabı;pambıq-xammalın emalı texnoloji proseslərin layihələndirilməsi; müəssisənin təbii qazla , elektriklə,yanacaqla tələb olunan miqdarının və təchizat üsulunun təyin edilməsi; isitmənin, ventilyasiyanın, pnevmatik nəqliyyatın, su təchizatının, kanalizasiyanın layihələndirilməsi; sexlər arası və sex nəqliyyatının seçilməsi və hesablanması; tələb olunan sahələrin, sexlərin və köməkçi binaların planlaşdırılmasının hesabı; texnoloji avadanlığın yerləşdirilməsilə sexlərin daxili planlaşdırılmasının emalı; istehsalat binalarının və ambar yerlərinin ölçülərinin təyini, tipinin və formasının seçilməsi; general planın emalıni; əməyin mühafizəsi və yanğın əleyhinə texnika üzrə tədbirlərin tərtib edilməsi.

Təşkilati məsələlər daxil edirlər: zavodun, onun şöbələrinin və sexlərinin idarə olunmasının strukturunun emalı. Şöbələrlə və administrativ-texniki personalın ayrı-ayrı vəzifəli şəxsləri arasında funksiyaların və əlaqələrin bölüşdürülməsi. Inzibati, texniki və maliyə-təsərrüfat hissəsinin idarə edilməsi. əməyin təşkili və işçi yerlərin səmərəli təşkili üzrə məsələlərin emalı. Sifarişin, sənədlərin, hesabat vermə formalarının və sexlər və bütün zavod üzrə nəzarətin aparılması qaydasının müəyyən edilməsi, kadrların hazırlanması, xidməti işçilər və iş üçün əlverişli şəraitlərinin yaradılması üzrə tədbirlər.

Pambıqtəmizləmə zavodlarının layihələndirilməsi zamanı, nəzərdə tutmaq lazımdır ki, sənayenin inkişafında istehsalatın xüsusiləşdirilməsi və müəssisələrin geniş əməkdaşlığı nəhəng əhəmiyyətə malikdirlər.

Xüsusiləşdirmə hər bir müəssisədə məhsulun müəyyən növlərinin böyük buraxılmasının cəmləşməsini nəzərdə tutur.

Əməkdaşlıq – aqreqatlarla, düyünlərlə, ləvazimatlarla, müxtəlif cihazlarla və məmulatların tərtibatları ilə xüsusiləşdirilmiş müəssisələrdə hazırlananlarla, həm də bəzən onlar üçün hazırlananlarla.

Istehsalın təşkilinin belə forması pambıqtəmizləmə sənayesinin texniki-iqtisadi effektivliyini xeyli yüksəltməyə imkan verir.

Müəssisənin layihələndirilməsinin əsasını təşkil edən göstərilmiş məsələlərin həlli öz aralarında texnoloji prosesin bütün keçidləri üzrə əlaqələndirilməlidir, özüdə pambıq-xammalın hazırlanmasından və onun saxlama yerində ambarlaşdırılmasından başlayaraq hazır məhsulun buraxılmasının qutarmasına və onun tələbkara göndərilməsinədək.

Müəssisənin layihələndirilməsi zamanı layihənin bütün digər hissələrinin layihələndirilməsi üçün şəraitləri və tapşırıqları təyin edən texnoloji hissə müstəsna mühüm əhəmiyyətə malikdir. Ona görə texnoloji prosesləri kifayət qədər tam işləmək lazımdır ki, avadanlığın tipini, onun iş rejimini, sexlərarası qoşulmanı, xammalın və materialların, enerjinin bütün növlərini və işçi qüvvəsini təyin etməyə imkan versin.



Yüklə 25,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə