oriJİnal məqaləLƏR



Yüklə 85,65 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix02.01.2022
ölçüsü85,65 Kb.
#1698
  1   2   3   4   5   6


30

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.7:314.44

Rüstəmova N.M.

ƏHALİNİN ƏLİLLƏŞMƏSİNDƏ GÖZ XƏSTƏLİKLƏRİNİN ROLUNUN 

MÜQAYİSƏSİ

Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan

Açar sözlər: əlillik,əlilliyin səbəbləri, göz xəstəlikləri

Göz xəstəlikləri əhalinin əlilləşmə səbəbləri arasında mühüm yer tutur [1-6]. Bu xəstəliklərin ayrı-ayrı nozoloji 

formalarının yayılması və əlillik riskinin formalaşmasında rolu fərqlidir. Göz xəstəliklərinin tibbi sosial ağırlığı 

barədə elmi əsaslandırılmış müddəalar ilk növbədə müqayisə üçün istifadə olunan meyarlardan asılıdır. 

“Xəstəliklərin ağırlığı” termini əhali və inkişaf probleminin öyrənilməsi ilə məşğul olan Harvard mərkəzinin 

beynəlxalq  səhiyyənin  iqtisadiyyatı  bölməsinin  professoru  C.J.L.  Murray  tərəfindən  əsaslandırılmış  və  onun 

istifadəsinin metodoloji məsələləri 1994-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının nəşrlərində verilmişdir [7-8]. 

Müəllif hesab edir ki, xəstəlik və zədə insanın sağlamlığının pozulmasına səbəb olursa, onlar həmin insan üçün və 

onun yaşadığı cəmiyyət üçün ağır yükə çevrilir. Bu yükün ağırlığını qiymətləndirmək üçün təklif olunan indikator 

“DALY” (disability-adjusted life years – əlilliklə assosiasiya olunan həyatın müddəti) aşağıdakıları əhatə edir:

− 

əlilliyin və ya vaxtsız ölümün baş verdiyi yaş;



− 

əlilliklə assosiyasiya olunan ömrün müddəti;

− 

vaxtsız ölümlə bağlı itirilmiş həyatın müddəti.



Bu indekatorların yeni variantları əvvəlki tədqiqatlarımızda əsaslandırılmışdır [1-6]. 

Məqsəd - göz xəstəliklərinin ayrı-ayrı klinik-statistik formalarının əlilliyin tibbi-sosial ağırlığınının meyarlarına 

görə müqayisəsi.





Yüklə 85,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə