9
2015/2 (18)
ORİJİNAL MƏQALƏLƏR
UOT: 617.753.2-053
Səlimxanova C.X., Əhmədova N.R., Məmmədova L.A.
UŞAQLARDA YAXINDANGÖRMƏNİN PATOGENEZİNDƏ EKSTRAOKULYAR
PATOLOGİYANIN ROLU
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi , Bakı, Azərbaycan
Açar sözlər: miopiya, ekstraokulyar patologiya
Hal-hazırda Azərbaycanda görmə funksiyasının pozulmasının əsas səbəblərindən biri refraksiya
anomaliyalarıdır. Bunların arasında əsas yeri anadangəlmə və qazanılma miopiya təşkil edir – 78 % qədər [1].
Müxtəlif müəlliflərin nəticələrinə əsaslanaraq, demək olar ki, miopiyanın yaranmasının əsas etioloji faktorları
arasında görmə orqanında hemodinamikanın pozulması, mərkəzi sinir sisteminin funksiyalarının və fermentativ
mübadilənin pozulması əsas yer tutur [2-5].
Müəyyən edilib ki, miopiya daha çox orqanizmin zəifləməsi fonunda, mərkəzi sinir sisteminin patologiyası,
hipovitaminoz, anemiya, xroniki infeksiyalar, mədə-bağırsaq sisteminin disfunksiyaları zamanı baş verir. Müxtəlif
sistem xəstəliklərinin də burada rolu var [6, 7].
Miopiyanın yaranması və proqressivləşmənin əsasında təkcə akkomodasion apparatın funksional pozğunluqları
deyil, həm də ekstraokulyar xəstəliklər simptomokompleksinin uşaq orqanizminə təsiri də onəmli rol oynayır [8].
Məqsəd – ekstraokulyar patologiyanı nəzərə alaraq, uşaq və yeniyetmələrdə proqressivləşən miopiyanın
müalicə terapiyasının sxeminin işlənib hazırlanması.
Material və metodlar
2010-2013 illerdə müxtəlif dərəcəli miopiyası olan 1316 uşaq və yeniyetmə müayinə olunmuşdur. Müayinələr
189, 134, 164 saylı məktəblərdə, 2 uşaq bağcasında, Mingəçevir şəhərində və akad. Zərifə Əliyeva adına Milli
Oftalmologiya mərkəzinin “Uşaqlarda görmənin mühafizəsi“ şöbəsində konsultativ qəbul zamanı aparılmışdır.
Müayinə olunanlar arasında 336 uşaq məktəbəqədər yaş dövrünə, 980 uşaq isə məktəb dovrünə təsadüf edirdi.
Uşaqlar 2 qrupa bölünmüşdür: əsas (679 uşaq; 336 qız və 343 oğlan ) və kontrol (637 uşaq; 326 qız və 311 oğlan)
qruplar. Hər 2 qrupda zəif dərəcəli miopiyası olan xəstələr üstünlük təşkil edirdilər.
Əsas qrupa qazanılma miopiyası olan uşaqlar (60,3%) və psevdomiopiyalı uşaqlar (23,4%) daxil edilmiş,
16,3% uşaqda isə miopiya anadangəlmə olmuşdur. Oftalmoloji müayinələrdən əlavə, bütün uşaqlar nevropatoloq,
qastroenteroloq, kardioloq, endokrinoloq tərəfindən müayinə olunmuşdular. Bu uşaqlara müvafiq müalicələr təyin
olunmuşdur. Nəzarət qrupunda olan uşaqlara isə gözün akkomodasion aparatına təsir edən spazmanı götürən
damcılar, məşqlər təyin edilmişdir.
Nəticələr və onların müzakirəsi
Miopiyası olan uşaqlarda aşkar edilmiş müxtəlif somatik xəstəliklərin indeks göstəriciləri 1 saylı cədvəldə
göstərilmişdir.
Alınan nəticələr göstərir ki, xəstəliyin indeksi 0,85 təşkil edir. Bu da miopiyası olan uşaqlarda ekstraokulyar
somatik xəstəliklərin rast gəlmə tezliyini göstərir. Bu halda skolioz və osteoxondroz fonunda baş verən onurğa
sütünü əyriləklərinin, mərkəzi sinir sistemi, mədə-baqırsaq sistemi xəstəliklərinin, xroniki infeksion xəstəliklərin,
endokrin pozğunluqların rolu var.
Cədvəl1
Miopiyası olan uşaqlarda müxtəlif somatik xəstəliklərin indeks göstəriciləri
Xəstəlik
% göstərəciləri
Mərkəzi sinir sisteminin xəstəlikləri
0,69
Mədə-bağirsaq sisteminin xəstəlikləri
0, 1
İnfeksion xəstəliklər
0,4
Onurqa sütünü xəstəlikləri
0,2
Endokrin xəstəliklər
0,3
Ümümi
0, 79
10
2015/2 (18)
ORİJİNAL MƏQALƏLƏR
Miopiyası olan uşaqlarda ekstraokulyar xəstəliklərin rast qəlmə tezliyinin kifayət qədər yüksək olmasını nəzərə
alaraq, 3 mərhələli müalicə sxemi təklif etdik:
• 1-ci mərhələ – uşaqlarda somatik xəstəliklərin aşkar ediməsi və müalicəsi;
• 2-ci mərhələ – görmə analizatorunun qabıq və qabıqaltı mərkəzlərinə medikamentoz təsir vitamin damcıları,
damargenəldici preparatlar, beyin metabolikləri, kalsium preparatları, polivitaminlərin və mikroelementlərin
təyini;
• 3-cü mərhələ – görmə orqanının fizioterapevtik müalicə metodları (maqnitstimulyasiya, maqnitoforez,
lazerstimulyasiya, işiq və işiq- impuls terapiya).
Kompleks müalicəyə massaj, idman, inqalyasiyalar, dietik qidalanma, dəniz havası, düzgün qurulmuş rejim də
daxildir. Bir kurs müalicənin müddəti ildə 1-2 dəfə olmaq şərti ilə 2-3 həftə müddətində aparılmışdır.
Yaxındangörməsi olan uşaqların müalicəsinin nəticələri 2 saylı cədvəldə göstərilmişdir.
Cədvəl 2
Əsas və kontrol qruplarda miopiyanın müxtəlif dərəcələrinin müalicəsinin effektivliyi
Uşaqların
qrupalları
Miopiyanın
dərəcəsi
Nisbi akkomodasiyanın həcmi
Əsas
mualicədən əvvəl
müalicədən sonra
psevdomiopiya
4, 50 ± 0, 05
6, 3 ± 0, 03
zəif
4, 62 ± 0, 06
6, 02 ± 0, 06
orta
4, 5 ± 0, 4
5, 6 ± 0, 03
Kontrol
psevdomiopiya
4, 03 ± 0, 02
5, 02 ± 0, 07
zəif
4, 09 ± 0, 02
5, 93 ± 0, 18
orta
3, 93 ± 0, 23
5, 09 ± 0, 21
Mualicədən sonra əsas qrupun təşkil edən uşaqlarında 87% hallarda nisbi akkomodasiyanın həcmi 1,5 D, zəif
dərəcəli miopiyada 80% hallarda 1,2 D, orta dərəcəli miopiyada isə 65% hallarda 1,3 D artmışdır.
Uşaqların nəzarət qrupunda psevdomiopiya zamanı nisbi akkomodasiyanın artım həcmi 13% hallarda 1,2 D,
zəif dərəcəli miopiyada 26% hallarda 0,8 D , orta dərəcəli miopiyada 20% hallarda 0,7 D təşkil etmişdir.
Yekun:
1. Yaxıngörməsi olan uşaq və yeniyetmələrdə ekstraokulyar patologiyanın rastgəlmə tezliyi 87% təşkil edir.
2. Yaxınqörməsi olan uşaqlarda somatik xəstəliklərin ümümi indeksi 0,86 bərabərdir. Bu zaman mərkəzi sinir
sistemi xəstəliklərinin indeks göstəricisi 0,62; mədə-bağırsaq sistemi xəstəliklərin – 0,1; infeksion xəstəliklərin
– 0,08; ürək-damar xəstəlikləri – 0,07; böyrək xəstəlikləri – 0,04; endokrin sistemi xəstəlikləri – 0,02 təşkil edir.
3. Yaxınqörməsi olan uşaqlarda və yeniyetmələrdə üçkomponentli kompleks terapiya tədbirləri aparılmışdır.
Aparılan kompleks terapiya risk qrupuna daxil olan uşaqlarda yaxındangörmənin yaranmasının qarşısını alır və
80% hallarda görmə funksiyasının stabilizasiyasını təmin edir.
ƏDƏBİYYAT
1.
Керимов К.Т., Рашидализаде Э.К. Медико-социальная характеристика инвалидности вследствие
миопии в Азербайджанской Республике // Офтальмол. журнал, 2012, №3, с.43-48.
2.
Аветисов Э.С., Тарутта Е.П., Иомдина Е. Н. Основные тенденции развития офтальмологии в
области миопии / Материалы научно практ. конф., посв. памяти Германа фон Гельмгольца. М.,
1995, c.101-111.
3.
Волкова Л.П. О профилактике близорукости у детей // Вестник офтальмологии, 2006, № 2, c.24-
27.
4.
Кузнецова М.В. Причины развития близорукости и ее лечение. Казань: МЕД пресс-информ, 2005,
176 с.
5.
Маматхужаева Г. Н. Распространенность аномалий рефракции среди школьников // Вестник
офтальмологии, 2002, №1, c.47-49.
6.
Обрубов С.А., Тумасян А.Р. К лечению прогрессирующей близорукости у детей // Вестник
офтальмол., 2005, №4, c.30-32.
11
2015/2 (18)
ORİJİNAL MƏQALƏLƏR
7.
Смирнова Т.С. О связи близорукости с общим состоянием организма и некоторых особенностях
ее развития у школьников: Автореф. дис. ... канд. мед. наук, М., 1980, 21 с.
8.
Biedner B., Marcus M., Yassur V. Miopiya and congenital esotropiya // Ann. Ophthalmol., 1987, v.19 (4),
p.144-145.
Селимханова Д.Х., Ахмедова Н.Р., Мамедова Л.А.
РОЛЬ ЭКСТРАОКУЛЯРНОЙ ПАТОЛОГИИ В ПАТОГЕНЕЗЕ БЛИЗОРУКОСТИ У
ДЕТЕЙ
Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, г. Баку, Азербайджан
Ключевые слова: миопия, дети, экстраокулярная патология
РЕЗЮМЕ
Цель - разработать схему комплексной терапии прогрессирующей близорукости у детей и подростков с
учетом экстраокулярной патологии.
Материал и методы
Клинические исследования основывались на обследование 1316 детей и подростков. Больные были
разделены на 2 группы: основная – 679 (336 девочек и 343 мальчиков) и контрольная группа – 637 (326 девочек
и 311 мальчиков). Для оценки роли экстраокулярной патологии в развитии миопии были использованы
различные методы: анамнестический, социологический, определение индексных показателей. Результаты
наблюдения были обработаны с использованием методов математической статистики.
Результаты и их обсуждение
Таким образом, как в ближайшем, так и в отдаленном периоде наблюдения стабилизация миопии
наблюдалась значительно чаще в группе детей, получавших трехкомпонентное комплексное лечение, чем в
контрольной группе. В контрольной группе стабилизацию процесса наблюдали через 1 год в 56% случаев,
через 3 года в 26%. В 30% случаев установлено прогрессирование близорукости с годичным градиентом
до 1, 5 D.
Selimkhanova J.Kh., Akhmedova N.R., Mamedova L.A.
ROLE OF EKSTRAOCULAR PATHOLOGY IN PATHOGENESIS O MYOPIA IN
CHILDREN
National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaycan
Key words : myopia, children, extraocular pathology
SUMMARY
Aim – eelaboration of scheme of the progressive myopia complex therapy in children and teenagers
taking into account an extraocular pathology.
Material and methods
Clinical investigations were based on examination of 1316 children. The patients were divided into
2 groups: main group – 679 (336 girls and 343 boys) and control group – 637 (326 girls and 311 boys). For
estimation of extraocular pathology role in myopia development the various methods were used: anamnestic,
sociological, definition of index values. The results were worked up by the rese of mathematical statistics
methods.
12
2015/2 (18)
ORİJİNAL MƏQALƏLƏR
Results and discussion
So, both in the near and in the long term of observation the myopia stabilization considerably oftener
was noted in the group where the children had received three component complex treatment that in control
group. In the control group stabilization of process was observed after 1 year in 56 % of cases, after 3 years
– in 26 % In 30 % of cases the progressing of myopia with annual gradient up to 1,5 D was established.
Для корреспонденции:
Селимханова Джамиля Ханлар кызы, врач-офтальмолог отдела охраны зрения детей Национального
Центра Офтальмологии имени акад. Зарифы Алиевой
Ахмедова Наргиз Рашад кызы, врач-офтальмолог отдела охраны зрения детей Национального Центра
Офтальмологии имени акад. Зарифы Алиевой
Мамедова Лала Акиф кызы, врач-офтальмолог отдела охраны зрения детей Национального Центра
Офтальмологии имени акад. Зарифы Алиевой
Адрес: AZ1114, г.Баку, ул.Джавадхана, 32 \15
Тел.: (+ 994 12 ) 569 09 07 ; 569 09 47
E- mail: administrator@eye.az; http://www.eye.az.
Dostları ilə paylaş: |