oriJİnal məqaləLƏR



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#2056
  1   2   3   4   5   6


7

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.735-053.32:616-06

Əkbərova A.T., Həşimova N.F., Sultanova M.M. *, Quliyeva S.Ə. **

VAXTiNDAN ƏVVƏL DOĞULMUŞLARiN RETİNOPATİYASi VƏ KORLUQ



Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan

Ə.Əliyev adına HTI-nun oftalmologiya kafedrası, Bakı şəh., Azərbaycan *

Sağlamlıq imkanları zəif olan uşaqlar üçün 5 saylı Respublika İnternat məktəbi, Bakı şəh., Azərbaycan**

Açar sözlər: vaxtından əvvəl doğulmuşların retinopatiyası (VDR), zəif görmə, korluq

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar, 

qabaqlayıcı  tədbirlər,  hamiləliyin  müddətinin  maksimal  uzadılması  cəhdlərinə  baxmayaraq  vaxtından  əvvəl 

doğuşların sayı günü gündən artmaqdadır. Digər tərəfdən sonsuzluqla mübarizədə süni mayalanmanın, buna bağlı 

olaraq çoxdöllü hamiləliklərin sayının artması da vaxtından əvvəl doğuşların sayının artmasına səbəb olmuşdur. 

Vaxtından əvvəl doğulmuş körpələrin sağlamlığının qorunması müasir dövrün vacib tibbi-sosial problemlərindən 

biridir  [1,2].  Bu  günkü  günümüzdə  tibbi  xidmətin  və  reanimasion  tədbirlərin  keyfiyyətinin  günü  gündən 

yaxşılaşdırılması, ekstremal az çəkili vaxtından əvvəl doğulmuş körpələrin sağ qalıb yaşamasına imkan verir və 

nəticədə erkən yaşda əlil uşaqların sayı da artır. Belə ki, statistikaya əsasən erkən yaşda əlilliyin səbəbləri arasında 

görmə analizatorunun xəstəlikləri ilk yerlərdən birini tutur. Vaxtından əvvəl doğuşların fəsadı olaraq, orqan və 

sistemlər içərisində ən çox zədələnən mərkəzi sinir sistemi (serebral ifliclər, 60%) və görmə analizatorudur (zəif 

görmə, vaxtından əvvəl doğulmuşların retinopatiyası - VDR, 30%) [3,4]. 

VDR  (Retinopathy  of  prematurity  (ROP))  uşaqlıq  çağının  əsas  korluq  səbəblərindən  biri  olub,  bətndaxili 

inkişaf dövründəki normal retinal vaskulyarizasiyanın vaxtından qabaq doğuş ilə pozulması nəticəsində baş verən, 

retinanın  fibrovaskulyar  xəstəliyidir.  Xəstəliyin  patogenezinin  əsasında  oksigen,  vaskulyar  endotelial  böyümə 

faktoru (vaso endotelial growth faktor - VEGF) və retinadakı işemiyaya cavab olan neovaskulyarizasiya əsas rol 

oynayır [5, 6]. Çəki azlığı (<1500 qr), kiçik gestasiya yaşı (GY), respirator distress sindromu, surfaktan müalicəsi, 

24 saatdan artıq davam edən oksigen müalicəsi, çoxlu sayda qan köçürmələri, pnevmotoraks, vazopressiv müalicə 

tələb edən hipotenziya, nekrozlaşmış enterokolit, ciddi intraventrikulyar qanama, konservativ və ya cərrahi müalicə 

tələb edən patent ductus arteriozis, ürək masajı, sepsis zamanı 5 gündən artıq davam edən antibiotik müalicəsi 

əsas risk faktorlarıdır [6, 7, 8, 9, 10, 11]. Xəstəlik 5 mərhələdə inkişaf edir. 1-ci mərhələ torlu qişanın damarlı və 

damarsız sahəsini ayıran ağ rəngdə xətt - demarkasion xəttlə xarakterizə olunur. Demarkasion xətt səviyyəsində 

damar ucları kəskin sonlanır və bu xəttdən sonra damarsız tor qişa sahəsi uzanır. 2-ci mərhələ demarkasion xətt 

üzərində ağ və ya boz rəngdə qabarıqlıqla xarakterizə olunur. Ancaq bu xətt şüşəvari cismə invaziya etmir. Bu 

xəttin arxasında “popcorn” adlanan kiçik tumurcuq kimi vaskulyar anomaliyalar ola bilər. 3-cü mərhələ tor qişa 

üzərində əmələ gəlmiş qabarıqlıqdan şüşəvari cismə doğru yeni damarlar uzanır. 4-cü mərhələdə subtotal tor qişa 

qopması başlayır. Bu mərhələ 4A (makulanı əhatə etməyən) və 4B (makulanı da əhatə edən) mərhələlərinə ayrılır. 

5-ci mərhələ total tor qişa qopması ilə xarakterizə olunur. 2005-ci ildə VDR-nın son təsnifatına PLUS xəstəlik

prePLUS xəstəlik, aqressiv posterior ROP terminləri daxil olmuşdur [12]. 

Əldə olunan məlumatlara əsasən VDR ilə bağlı korluğun statistikası ölkədən ölkəyə çox fərqlidir və dünyada 

hal hazırda 50000-dən çox uşaq VDR xəstəliyinə görə kordur [13, 14, 15, 16].

 Bu xəstəliyə görə korluğun yayılması barəsində dəqiq məlumatların verilməsi bir qədər çətindir. Belə ki, əgər 

belə uşaqlar korlar məktəbində təhsil alan uşaqlar arasında axtarılarsa, bu zaman məktəb yaşına çatmayan uşaqlar 

axtarışdan kənarda qalırlar. Həmçinin korlar məktəbində sırf göz ilə bağlı əlil uşaqlar təhsil alır. Ancaq VDR-li 

uşaqlarda digər sistemlərdə də pozğunluqlar olduğundan (məs. karlıq, kortikal çatışmazlıq) onlar izolə korlar üçün 

məktəblərə qəbul edilməyə bilərlər və onlar da axtarışdan kənar qala bilərlər. Bundan başqa uşaqlarda korluğun 

yayılması ilə 5 yaşdan kiçik uşaqlarda ölüm arasında asılılığın olması da VDR-lə bağlı korluğun statistikasına 

təsirini göstərir.

Biz  hazırkı  araşdırmamızda Azərbaycanda  VDR-ə  görə  kor  və  zəif  görən  uşaqların  statistikasını  aparmağa 

çalışmışıq. 



Məqsəd - Azərbaycanda vaxtından əvvəl doğulmuşların retinopatiyasına görə kor və zəif görən uşaqların sayını 

öyrənmək



8



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə