oriJİnal məqaləLƏr uot: 617. 7-053. 5(479. 24)



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#1986
  1   2   3   4


18

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.7-053.5(479.24)

Feyziyeva K.V.

XiZi ŞƏHƏRİNDƏ YAŞAYAN MƏKTƏBLİLƏR ARASiNDA OFTALMOLOJİ 

XƏSTƏLİKLƏRİN RASTGƏLMƏ TEZLİYİ

Xızı Rayon Mərkəzi Xəstəxanası, Xızı şəh., Azərbaycan

Açar sözlər: refraksiya qüsurları, miopiya, astiqmatizm, məktəblilərdə gözün xəstəlikləri

Korluğun  profilaktika  qaydaları  səhiyyə  sahəsinin  ən  vacib  üsullarından  biri  sayılır.  Aparılan  profilaktik 

tədbirlər göz xəstəliklərinin qarşısının alınmasına yönəlir. Gecikmiş diaqnostika və vaxtında aparılmamış müalicə 

korluğun səviyyəsini artırır [1]. üST-ün hesablamalarına görə dünyada 285 mln. insan görmə pozulmalarından 

əziyyət çəkir [2].

Oftalmoloji xəstəliklər artmaqda davam edib, əhalinin bütün yaş qruplarını, o cümlədən məktəbliləri də əhatə 

edir. Bu da aparılan tədqiqatın aktuallığını göstərir. Belə ki, profilaktik müayinələrin, xəstəlikləri vaxtında aşkar 

edib, aradan qaldırılmasında böyük faydası var.

Müasir məktəblilərdə görmənin pisləşməsinin əsas səbəbi miopiyadır. üstəlik, onun rastgəlmə tezliyi ildən-

ilə  artır  [3].  Hesablamalara  görə  19  mln.  uşaqda  görmə  pozulmaları  vardır,  onlardan  12  milyonunu  refraksiya 

qüsurları təşkil edir [2]. Məlumdur ki, genetik faktorlardan asılı olmayaraq, refraktogenez ətraf mühit şəraitinə və 

xüsusən də görmə yüklənmələrinin təbiətinə adaptasiya olur [4, 5].

Görmə  sisteminin  həddindən  artıq  yüklənməsi  zamanı  akkomodasiyanın  pozulmaları  baş  verir,  onların 

ağırlıq dərəcəsi isə əlavə yüklənmələrin təsir müddətindən asılıdır. Akkomodasiya pozulmaları bütün növ kliniki 

refraksiyalarda (emmetropiya, hipermetropiya, miopiya) baş verir [6].

Azərbaycan Respublikasında yaşlı əhali arasında görmə patologiyaları nəticəsində olan xəstəliklər, həmçinin, 

gözün müxtəlif növ xəstəlikləri son onilliklərdə əsaslı surətdə artması ilə xarakterizə olunur. Bu da respublikada son 

zamanlar göz xəstəliklərinin geniş yayılması ilə yanaşı bu patologiyaların daha ciddi diaqnostikasını göstərir [7].

Refraksiya qüsurları Azərbaycanda da uşaqlar arasında yayılmasına, görmə zəifliyinə və əlilliyə səbəb olan 

ciddi problemdən biri olaraq qalmaqda davam edir. İndiyədək Azərbaycanın bir sıra rayon və şəhərlərində uşaqlar, 

məktəblilər arasında görmə qüsurlarının öyrənilməsi ilə əlaqədar müxtəlif tədqiqatlar aparılsa da, Xızı şəhərinin 

məktəbliləri arasında belə bir araşdırma ilk dəfə həyata keçirilmişdir [8].





Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə