Onkologiya ixtisası üzrə 70 nümunəvi test sualları 1 Mədə xərçənginin, qaraciyərə metastazlarının diaqnostikasında, daha informativ müayinə metodu hansıdır?



Yüklə 93 Kb.
tarix07.01.2017
ölçüsü93 Kb.
Onkologiya ixtisası üzrə 70 nümunəvi test sualları


1) Mədə xərçənginin, qaraciyərə metastazlarının diaqnostikasında, daha informativ müayinə metodu hansıdır?
A) KT-si

B) USM-si

C) Qaraciyərin skaner-radioizotop müayinəsi

D) Laparaskopiya

E) Angioqrafiya
Ədəbiyyat: Ə.T.Əmiraslanov. “Abdominal onkologiya”, Bакы, 2004, 320 с
2) Maliqnizasiya uğramış mədə poliplərində cərrahiyi müalicə taktikası
A) Kimya – şüa müalicəsi

B) Mədənin pazvari rezeksiyası

C) Mədənin müxtəlif növ rezeksiyası

D) Endoskopik polipektomiya

E) Polipin gastrotomiya yolla kəsilməsi
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
3) Kor bağırsağın xərçəngində cərrahiyə əməliyyatın həcmi
A) Qalxançənbər bağırsağın rezeksiyası

B) Kor bağırsağın və nazik bağırsağın rezeksiyası

C) Kor bağırsağın rezeksiyası

D) Kor bağırsağın şişlə birgə rezeksiyası

E) Sağ tərəfli hemikolektomiya
Ədəbiyyat: A.М.Ганичкин. «Рак толстой кишки». Л., Медицина, 1970, с. 398
4) Yoğun bağırsağın xərçəngi ən çox hansı üzvə metastaz verir?
A) Ağciyərlərə

B) Dalağa

C) Böyrəküstü vəzilərə

D) Sümüklərə

E) Qaraciyərə
Ədəbiyyat: A.М.Ганичкин. «Рак толстой кишки». Л., Медицина, 1970
5) Peritonarxası qeyri-üzvü mənşəli şişlərin çıxarılması ən çox hansı cərrahı kəsik yolla aparılmalıdır?
A) Torako-abdominal yolu ilə

B) Ekstraperitonal yolu ilə

C) Bergiman – İzrael kəsiyi ilə

D) Laparotomiya yolu ilə

E) Qarın – aralıq yolu ilə
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
6) Yoğun bağırsağın hansı nahiyəsində leyomiosarkoma daha çox rast gəlinir
A) Qalxançənbər bağırsağda

B) Kor bağırsağda

C) Enən çənbər bağırsağda

D) “S”-vari bağırsağda

E) Düz bağırsağda
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
7) Qaraciyərin birincili xərçəngi ən çox hara metastaz verir?
A) Baş-beyinə

B) Sümüklərə

C) Divararalığı limfa vəzilərinə

D) Agciyərlərə

E) Peritonarxası limfa vəzilərinə
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
8) Peritonarxası qeyri-üzvü şişlərin topik diaqnostikası hansı müayinələrə əsasən qoyulur?
A) Rentgenoloji müayinə əsasında

B) KT-si əsasında

C) Bütün sadalananlar əsasında

D) USM-si əsasında

E) Angioqrafiya əsasında
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
9) Yoğun bağırsağın xərçəngində hansı morfoloji struktura daha çox üstünlük təşkil edir?
A) Qarışıq vəzili yastı hüceyrəli xərçəng

B) Üzükvari xərçəng

C) Differensə olunmayan xərçəng

D) Yastı hüceyrəli xərçəng

E) Adenokarsinoma
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Москва, 2004, с. 46
10) Histomorfoloji strukturadan asılı olaraq hansı hallarda sfinkter saxlayıcı cərrahiyə əməliyyatı etmək olmaz?
A) Solid və kolloid xərçəngində

B) Sarkoma

C) Vəzili xərçəng

D) Adenokarsinoma

E) Yastı hüceyrəli xərçəng
Ədəbiyyat: A.Н.Рыжик. Aтлас операций на прямой и толстой кишках. Москва, 1968, с. 334
11) Maliqnizasiya uğramış polip mədənin kardial hissəsində yerləşərsə, cərrahi əməliyyatın həcmi?
A) Qastrotomiya, polipektomiya

B) Polipektomiya

C) Qastrektomiya

D) Mədənin pazvari rezeksiyası

E) Mədənin subtotal rezeksiyası
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
12) Mədə xərçəngində cərrahi əməliyyatın həcmi ən çox nədən asılıdır?
A) Şişin böyük əyrilikdə yerləşməsindən

B) Şişin mədənin antral hissəsində yerləşməsindən

C) Şişin mədə cismində yerləşməsindən

D) Şişin mədənin kiçik əyrilikdə yerləşməsindən

E) Şişin histomorfoloji xüsusiyyətlərindən
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
13) “Kurvuazye” simptomu zamanı ağrı sindromu nə cür ifadə olunur.
A) daimi

B) olmur


C) tutma şəklində

D) artma amplitudası ilə

E) “xəncərvari”
Ədəbiyyat: Ədəbiyyat: Кубышкин В.А., Вишневский В.А. Рак поджелудочной железы, Moskva, 2003, s. 275.
14) Hansı patologiya zamanı mexaniki sarılıq çox vaxt ilk simptomlardan biri olur.
A) öd kisəsinin şişləri

B) mədəaltı vəzin cism hissəsinin şişləri

C) mədəaltı vəzin quyruq hissəsinin şişləri

D) qara ciyərin VI seqmentinin şişləri

E) mədəaltı vəzin baş hissəsinin şişləri
Ədəbiyyat: Ədəbiyyat: Кубышкин В.А., Вишневский В.А. Рак поджелудочной железы, Moskva, 2003, s. 275.
15) Klatskin şişi hansıdır
A) mədəaltı vəzin boyun hissəsinin şişi

B) sağ və sol qara ciyər axarlarının birləşmə zonasının şişi

C) mədəaltı vəzin qarmağvari çıxıntısının şişi

D) sağ qara ciyər axarının şişi

E) ümumi qara ciyər axarının şişi
Ədəbiyyat: Ədəbiyyat: Богуслав Н. и др. Хирургия желчных путей. Praqa, 1982, s.492.
16) Xoledoxoyeyunostomiya əməliyyatı xolesistoyeyunostomiya əməliyyatından nə ilə fərqlənir.
A) icra olunmasının sadəliyilə

B) daha yaxşı drenə edici effektlə

C) əməliyyatdan sonrakı fəsadların olmaması ilə

D) əməliyyat daxili fəsadların olmaması ilə

E) retroqrad reflüksun rastgəlmə tezliyinin azalması ilə.
Ədəbiyyat: Ədəbiyyat: Богуслав Н. и др. Хирургия желчных путей. Praqa, 1982, s.492.
17) Mexaniki sarılıqla fəsadlaşmış mədəaltı vəzin baş hissəsinin xərçəngi zamanı qəliz vəziyyətlə rastlaşdıqda genişlənmiş ümumi öd axarı nə cür təyin edilir.
A) palpasiya vasitəsilə

B) qara ciyər qapısının struktur elementlərinin ayrılmasından sonra.

C) ümumi qara ciyər arteriyasının ayrılması vasitəsilə

D) öd kisəsinin xaric edilməsindən sonra

E) punksiya vasitəsilə
Ədəbiyyat: Ədəbiyyat: Кубышкин В.А., Вишневский В.А. Рак поджелудочной железы, Moskva, 2003, s. 275.
18) Mədəaltı vəzin baş hissəsinin şişləri və ümumi öd axarının terminal hissəsinin şişləri zamanı mexaniki sarılığın patogenezi nə ilə fərqlənir.
A) heç nə ilə

B) EÇS-in enməsi ilə

C) “kəskin” periodun olması ilə

D) protrombin indeksinin artması ilə.

E) ifadə olunması ilə
Ədəbiyyat: Ədəbiyyat: Кубышкин В.А., Вишневский В.А. Рак поджелудочной железы, Moskva, 2003, s. 275.
19) Ödçıxarıcı sistemin terminal hissələrinin şişləri ilə əlaqədar mexaniki sarılığın klinikasına hansı simptom daha xarakterikdir.
A) “Obuxov xəstəxanası” simptomu

B) “Şarıltı səsi” simptomu

C) “Kurvuazye” simptomu

D) “Düşən damla” simptomu

E) döyəjləmə simptomu
Ədəbiyyat: Ədəbiyyat: Кубышкин В.А., Вишневский В.А. Рак поджелудочной железы, Moskva, 2003, s. 275.
20) Qara ciyər xarıcı öd axarlarının obstruksiyası və ya sıxılması nəticəsində baş vermiş mexaniki sarılığın sinonimi.
A) qara ciyər üstü sarılıq

B) qara ciyər daxili sarılıq

C) qara ciyər altı sarılıq

D) şiş sarılığı.

E) simptomsuz sarılıq
Ədəbiyyat: Ədəbiyyat: Кубышкин В.А., Вишневский В.А. Рак поджелудочной железы, Moskva, 2003, s. 275.
21) Şiş mənşəli mexaniki sarılığın ilk klinik əlamətləri.
A) petexiyalar

B) ifadə olunmuş zəiflik.

C) qanaxma

D) qansızmalar

E) rəngsizləşmi nəcis
Ədəbiyyat: Ədəbiyyat: Кубышкин В.А., Вишневский В.А. Рак поджелудочной железы, Moskva, 2003, s. 275.
22) Şiş mənşəli mexaniki sarılığın dəri əlamətləri.
A) dərialtı qansızmalar

B) dəri qaşınmaları

C) petexiyalar

D) qızıl yel iltihabı

E) trofik xoralar.
Ədəbiyyat: Ədəbiyyat: Кубышкин В.А., Вишневский В.А. Рак поджелудочной железы, Moskva, 2003, s. 275.
23) Qulaqətrafı tüpürcək vəzinin bədxassəli şışlərindən hansı silindoma adlanır?
A) adenokistoz karsinoma

B) sialoadenoma

C) papillyar adenokarsinoma

D) pleomorf adenoma

E) mukoepidermoid karsinoma
Ədəbiyyat: А.Т.Пачес «Опухоли головы и шеи» .Москва.Медицина 2000 стр.228
24) Radikal boyun limfadisseksiyası aparılır:
A) əməliyyatdan sonrakı ağırlaşmaları azatmaq məqsədi ilə

B) profilaktik məqsədlə

C) sitoloji və ya histoloji təsdiq olunmuş metastatik limfa düyünləri olduqda

D) boyunda böyümüş limfa düyünləri təyin olunduqda

E) həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə
Ədəbiyyat: А.Т.Пачес «Опухоли головы и шеи» .Москва.Медицина 2000 стр.114
25) Aşağıdakı dəri törəmələrindən hansı xoşxassəlidir?
A) Bazalioma

B) İntradermal nevus

C) Melanoma

D) Angiosarkoma

E) Yastı hüceyrəli karsinaoma
Ədəbiyyat: А.Т.Пачес «Опухоли головы и шеи» .Москва.Медицина 2000 стр.59
26) Aşağıdakı baş-boyun xərçənglərinin hansında profilaktik olaraq boyun limfodisseksiyası məsləhət görülmür?
A) Dərinin bazal hüceyrəli xərçəngi

B) Dilin xərçəngi

C) Qalxanabənzər vəzin medulyar xərçəngi

D) Qırtlağın vestibulyar hissəsinin xərçəngi

E) Ağız dibinin xərçəngi
Ədəbiyyat: А.Т.Пачес «Опухоли головы и шеи» .Москва.Медицина 2000 стр.52
27) Boyun limfodisseksiyası əməliyyatı olunmuş xəstədə,tənəffüs çatmamazlığına görə aparılmış rentgen müayinəsində diafraqmanın hərəkətliliyi zəifləyibsə,hansı sinirin zədələnməsi düşünülməlidir?
A) Diafraqmal sinir

B) Dilaltı sinir

C) Dil-udlaq siniri

D) Qayıdan sinir

E) Azan sinir
Ədəbiyyat: А.Т.Пачес «Опухоли головы и шеи» .Москва.Медицина 2000 стр.109
28) Aşağıdakı xərçənglərin hansının etiologiyasında ultrabənövşəyi şüaların rolu vardır?
A) Dərinin xərçəngi

B) Dilin xərçəngi

C) Burun-udlağın xərçəngi

D) Burun boşluğunun xərçəngi

E) Heç biri
Ədəbiyyat: А.Т.Пачес «Опухоли головы и шеи» .Москва.Медицина 2000 стр. 42
29) Larinqektomiya əməliyyatından sonraki yaxin dövrdə xəstələr necə qidalanır?
A) nazoqastral zond ilə

B) alimentar (ağız vasitəsilə)

C) formalaşdırılmış qastrostoma ilə

D) formalaşdırılmış kolostoma ilə

E) təyin olunmuş müəyyən vaxt ərzində xəstə qidalanmır
Ədəbiyyat: А.Т.Пачес «Опухоли головы и шеи» .Москва.Медицина 2000 стр.369
30) Aşağıdakılardan hansı qalxanabənzər vəzin xərçənginə aiddir?
A) düyünlü zob

B) Haşimoto tireoiditi

C) kista

D) anaplastik karsinoma

E) adenoma
Ədəbiyyat: А.Т.Пачес «Опухоли головы и шеи» .Москва.Медицина 2000 стр.381
31) Qırtlaq xərçənginə görə larinqektomiya əməliyyatı keçirmiş xəstələrdə hansı ağırlaşmaya nadir rast gəlinir?
A) Əməliyyat yarasının irinləməsi

B) Mediastenit

C) Dəri nekrozu

D) Traxeostomanın stenozu

E) Udlaq fistulası
Ədəbiyyat: А.Т.Пачес «Опухоли головы и шеи» .Москва.Медицина 2000 стр. 376
32) Burun –udlağın xərçəngində aşağıdakı hansı simptomlar müşahidə olunmur?
A) səsin batması

B) diplopiya

C) boyunda törəmənin olması

D) eşitmənin zəifləməsi

E) burundan qanaxma
Ədəbiyyat: А.Т.Пачес «Опухоли головы и шеи» .Москва.Медицина 2000 стр. 324
33) İnkişaf etmiş ölkələrdə ən çox rast gəlinən qadın cinsiyyət orqanlarının xərçəngi hansıdır?
A) Uşaqlıq boynu xərçəngi

B) Vulva xərçəngi

C) Xorionkarsinoma

D) Uşaqlıq cismi xərçəngi

E) Yumurtalıq xərçəngi
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - Москва, 2007, 229 с.
34) Uşaqlıq cismi xərçənginin ən çox rast gəlinən lokalizasiyası:
A) Dib nahiyəsi və boru bucaqlarında

B) Sağ yan divar

C) Dib nahiyəsi və uşaqlıq boynuna keçid nahiyəsi

D) Dib nahiyəsi və sağ yan divar.

E) Sol yan divar
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - Москва, 2007, 234 с.
35) Trofoblastik xəstəliklərdə müalicənin effektivliyini göstərən meyar hansıdır?
A) Qanda b-mikroqlobulinin normallaşması

B) USM nəticəsi

C) Qanda CEA normallaşması

D) Qanda HG-nin normallaşması

E) Qanda CA-125 normallaşması
Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - Москва, 2007, 350 с.
36) Vulva xərçənginin ilkin klinik simptomları:
A) Dizuriya

B) Metrorragiya

C) Dərinin qıcıqlanması, qaşınma, yanğı hissi.

D) Ümumi zəiflik, arıqlama

E) Menorragiya
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - Москва, 2007, 178 с.
37) Vulvanın sarkomalarından ən çox rast gəlinən aşağıdakılardan hansıdır?
A) Fibrosarkoma

B) Neyrofibrosarkoma

C) Liposarkoma

D) Leyomiosarkoma.

E) Angiosarkoma
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - Москва, 2007, 188 с.
38) Uşaqlıq yolu xərçənginin ən çox rast gəlinən lokalizasiyası :
A) Uşaqlıq yolunun aşağı 1/3

B) Uşaqlıq yolunun yuxarı 1/3

C) Uşaqlıq yolunun orta1/3

D) Uşaqlıq yolu dəhlizi.

E) Uşaqlıq yolunun yuxarı 1/3 və uşaqlıq yolunun aşağı 1/3
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - Москва, 2007, 191
39) Uşaqlıq yolu xərçənginin əsas ilkin klinik simptomları:
A) Dizuriya

B) Leykoreya

C) Aşağı ətraflarda ödem

D) Qanlı ifrazat

E) Qarının aşağı və bel nahiyəsində ağrılar
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - Москва, 2007, 191
40) Embrional yumurtalıq şişləri üçün əsas xarakter olan onkomarker:
A) AFP

B) CA 15-3

C) CEA

D) Ca-125



E) SCC
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - Москва, 2007, 285.
41) Vulva xərçənginin əsas metastsazvermə yolu hansıdır?
A) limfogen

B) implantasion, limfogen,

C) implantasion

D) hematogen

E) limfogen, hematogen
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - Москва, 2007, 177
42) Düken əməliyyatı hansı orqanın xərçəngində icra olunur?
A) Uşaqlıq cismi xərçəngi

B) Uşaqlıq boynu xərçəngi

C) Vulva xərçəngi

D) Uşaqlıq borusu xərçəngi

E) Yumurtalıq xərçəngi
Ədəbiyyat: Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - Москва, 2007, 180
43) Böyrək xərçəngində əsas prognostik faktorlar hansıdır?
A) Regionar limfa düyünlərinə metastaz

B) Şişin differensasiya dərəcəsi

C) Gerota fasiyasına sirayət

D) Böyrək və aşağı boş venada trombun varlığı

E) Bütün cavablar düzdür
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 423 стр
44) Böyrək rezeksiyasından sonra böyrək xərçəngi residivi hansı sıxlıqla müşahidə edilir?
A) 10-15%

B) 25-30%

C) 1-5%

D) 30-40%



E) 20-25%
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 422 стр
45) Böyrəklərin bədxassəli şişlərində əsas radikal müalicə üsulu hansıdır?
A) Şüa müalicəsi

B) Nefroureterektomiya, sidik kisəsinin rezeksiyası ilə

C) Nefroureterektomiya

D) Nefrektomiya və ya böyrəyin rezeksiyası

E) Kimyaterapiya
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 421 стр
46) Transuretral rezeksiya əməliyyatından sonra ilk sistoskopik müayinə (kontrol) nə zaman aparılmalıdır?
A) 1 il

B) Sistoskopik müayinəyə ehtiyaç yoxdur

C) 6 həftə

D) 6 ay


E) 3 ay
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 430 стр
47) Sidik kanalının bədxassəli şişlərində müşahidə edilən simptomlar hansıdır?
A) Aralıq nahiyyəsində ağrıların varlığı

B) Bütün cavablar düzdür

C) Seroz ve ya qanlı ifrazatın varlığı

D) Sidik ifrazat aktının pozulması

E) Qasıq limfa düyünlərinin böyüməsi
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 433 стр
48) Fluoresent sistoskopiyada istifadə olunan maddə hansıdır?
A) Karbonat turşusu

B) Xlorid turşusu

C) 5-aminolevulin turşusu

D) Furadonin

E) Furasilin
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 428 стр
49) Yerli prostat vəzisinin xərçəngində (T1-T2N0M0) aşağıdakilardan hansı müalicə üsuluna aid deyil?
A) Qipertermiya

B) Radikal prostatektomiya

C) Krioterapiya

D) Şüa müalicəsi

E) İmmunoterapiya
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 439 cтр
50) Sertoli hüceyrələrindən inkişaf edən xayanın bədxassəli şişi hansıdır?
A) Leydigoma

B) Epidermoid kistası

C) Seminoma

D) Androblastoma

E) Teratoma
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 446 стр
51) 75 yaşlı xəstəyə sağ süd vəzini yuxarı bayır kvadrantında xərçəng (T1N0M0) diaqnozuna görə radikal rezeksiya edilmişdir. Sonrakı müalicə taktikası necə olmalıdır?
A) Süd vəzinin, qoltuqaltı vı körpücükaltı nahiyyənin şüa terapiyası

B) Süd vəzinin şüa terapiyası

C) Kimyaterapiya

D) Müşahidə

E) Hormonoterapiya
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və mualicəsi",Bakı, Elm, 1993, 120s.
52) 40 yaşlı xəstəyə sağ süd vəzini xərçənginə görə radikal rezeksiya aparılmışdır ( şiş süd vəzinin yuxarı bayır kvadrantında yerləşir, ölçüsü 3,5sm – T2N0M0). Sonrakı müalicə taktikası necə olmalıdır?
A) Süd vəzinin şüa terapiyası

B) Yalnız hormonoterapiya

C) Müşahidə

D) Süd vəzinin, qoltuqaltı və körpücükaltı nahiyyənin şüa terapiyası + polikimyaterapiya

E) Yalnız kimyaterapiya
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və mualicəsi",Bakı, Elm, 1993, 120s.
53) Süd vəzi xərçəngi (IIa mərhələ) diaqnozu ilə Peyti üsulu ilə radikal mastektomiya cərrahi əməliyyatından 2 il sonra çapıq nahiyyəsində 0,5 sm ölçülü yerli residiv aşkar edilib. Müalicə taktikası:
A) Radioterapiya

B) Krioterapiya

C) Hormonoterapiya

D) Cərrahi müalicə

E) Cərrahi müalicə+ polikimyaterapiya
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və mualicəsi",Bakı, Elm, 1993, 120s.
54) Polikimyaterapiya kursları arasında optimal interval nə gədər olmalıdır?
A) 3 həftə

B) 1 həftə

C) 2 həftə

D) 5 həftə

E) 4 həftə
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və mualicəsi",Bakı, Elm, 1993, 120s.
55) Süd vəzi xərçəngi üçün sadalanan limfa düyünlərin hansı qrupu regional deyil?
A) Aksilyar

B) Körpücükaltı

C) Körpücüküstü

D) Parasternal

E) Çənəaltı
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və mualicəsi",Bakı, Elm, 1993, 120s.
56) Mastitəbənzər süd vəzi xərçəngi üçün hansı klinik əlamətlər xarakterikdir?
A) Limon qabığı simptomu və hiperemiyanın olması

B) Qoltuqaltı limfa vəzilərinin ağrılı olması

C) Meydança simptomunun olması

D) Dəqiq sərhədlərə malik olan şişin olması

E) Gilənin içəri dartılması
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və mualicəsi",Bakı, Elm, 1993, 120s.
57) İlk doğan gənc qadının süd vəzisində infiltrat, dərinin hiperemiyası, fluktuasiya simptomu və 39C hərarət açkar olunub. Diaqnoz:
A) Fibroz mastopatiya

B) Fibroadenoma

C) Kəskin irinli laktasiyon mastit

D) Qalaktosele

E) Pecet xəstəliyi
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və mualicəsi",Bakı, Elm, 1993, 120s.
58) Süd vəzi xərçəngi haradan inkişaf edir ?
A) Axacaq epitelindən

B) Birləşdirici toxumadan

C) Zolaqlı əzələdən

D) Limfa düyünlərindən

E) Qan damarlarından
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və mualicəsi",Bakı, Elm, 1993, 120s.
59) Süd vəzi xərçənginin sümüklərə metastazlarını aşkar etmək üçün hansı muayinə üsulu daha informativdir?
A) USM

B) Bütün cavablar düzgündür

C) DEXA-scan

D) Kliniki müayinə

E) Radioizotop müayinə və MRT
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və mualicəsi",Bakı, Elm, 1993, 120s.
60) Süd vəzi xərçənginin ən çox yayılan klinik forması hansıdır?
A) Qızılyeləbənzər

B) Pansir

C) Düyünlü

D) Mastitəbənzər

E) Ödemli-infiltrativ
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və mualicəsi",Bakı, Elm, 1993, 120s.
61) TNM klassifikasiyası qida borusu şişlərində şiş prosesini hansı proqnoz faktorunu ifadə edir?
A) həm anatomik, həm də bioloji yayılmasını.

B) bioloi və molekulyar səviyyədə yayılmasını.

C) bioloji yayılmasını.

D) anatomik yayılmasını.

E) molekulyar səviyyədə yaılmasını.
Ədəbiyyat: М.И.Давыдов, И.С. Стилиди. Рак пищевода. Москва 2007, 387c.
62) Pyer-Mari-Bamberqer adlı paraneoplastik sindromunda hansı dəyişiklik nəzərə çarpır ?
A) Mioz, ptoz, enoftalm.

B) Əzələ zəifliyi.

C) Təbil çubuqlarına bənzər barmaqlar (periferik falanqaların şişkinləşməsi, saat şüşəsinə bənzər dırnaqlar).

D) Səsin batması.

E) Miqrasiyaedici trombofilebit.
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая онкопульмонология»,М.2000г., 600с
63) Hansı forma ağciyər metastazları cərrahi müalicəyə göstərişdir?
A) Hər iki ağciyərə çoxsaylı metastaz.

B) Həyati vacib orqanlara invaziya edən metastaz.

C) Kimyaterapiyadan sonrakı metastatik çoxsaylı düyünlər.

D) Solitar metastaz.

E) Qonşu orqanlara drenə olunan metastz.
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая онкопульмонология»,М.2000г., 600с
64) Aşağıdakılardan hansı ağciyər xərçəngi üçün paraneoplastik sindrom sayılmır?
A) Ağ ciyərlə bağlı miopatik sindrom.

B) Şişin inkişafı nəticəsində baş verən yuxarı boş vena sindiromu

C) Ağ ciyər xərçəngi ilə bağlı dermatoz sindromları.

D) Ostroastropatiya Mari-Bamberger sindirom.

E) Karsinoid sindirom.
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая онкопульмонология»,М.2000г., 600с
65) Lobektomiya əməliyyatlarından sonra plevral boşluğun adekvat drenə edilməsi hansı qabırğaarası sahələrdən aparılır?
A) Orta körpücük xətti üzrə II və orta aksilyar xətt üzrə VII qabırğaarası sahələrdən.

B) Skapulyar xətt üzrə II və ön aksilyar xətt üzrə VII qabırğaarası sahələrdən.

C) Ümumiyyətlə drenə edilmir.

D) Parasternal III və paravertebral xətt üzrə IX qabırğaarası sahələrdən.

E) Orta körpücük xətti üzrə VI və orta aksilyar xətt üzrə V qabırğaarası sahələrdən.
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая онкопульмонология»,М.2000г., 600с
66) Kiçik hüceyrəli ağ ciyər xərçəngi üçün hansı onkomarkiorlar xarakterikdir?
A) AFP (alfafetoprotein)

B) CA-15-3 və xərçəng embrional antigen (CEA)

C) Sitokeratik fraqmenti (CYFRA)

D) CA-125 və SCC

E) Neoplastik enoloza (NCE)
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая онкопульмонология»,М.2000г., 600с
67) Aşağıdakılardan hansı paraneoplastik sindiroma dəlalət edir?
A) Şişin limfogen metastaz verməsi.

B) Şişin qonşu orqanlara inkişaf etməsi.

C) Ağ ciyər xərçəngində hormonların (adrenokortikotrop, somatotrop, antidiuretik, esterogen, serotonin və.s) hiperproduksiyası ilə əlaqədar baş verən funksional və orqanik dəyişkənliklərin olması.

D) Şişin hematogen metastaz verməsi.

E) Ağ ciyər xərçəngi fonunda yüksək hərarətin olması.
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая онкопульмонология»,М.2000г., 600с
68) Ağ ciyər xərçəngində şişin transtorakal punksiyası hansı məqsədlə aparılır?
A) Şişə dərman preparatlarının yeridilməsi üçün.

B) Şişin lokalizasiyası və topometriyası üçün.

C) Süni pnevmotoraks yaratmaq üçün.

D) Şişin destruksiyası üçün.

E) Şişin morfoloji verifikasiyası üçün.
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая онкопульмонология»,М.2000г., 600с
69) Ağ ciyər xərçənginin hansı mərhələsində cərrahi müalicənin 5 illik yaşama göstəricisi daha coxdur?
A) Xəstəliyin II mərhələsində.

B) Xəstəliyin IV mərhələsində.

C) Xəstəliyin III mərhələsində.

D) Xəstəliyin II və III mərhələlərində.

E) Xəstəliyin I mərhələsində.
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая онкопульмонология»,М.2000г., 600с
70) Ağ ciyərin II mərhələ yüksək differensiasiyalı adenokarsinomasında əsas müalicə metodu hansı sayıla bilər?
A) Kimyaterapiya ilə müştərək radioterapiya.

B) Cərrahi müalicə.

C) Radioterapiya.

D) Simptomatik müalicə.



E) Kimyaterapiya.
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая онкопульмонология»,М.2000г., 600с
Каталог: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə