ÖLKƏDƏ KƏnd təSƏRRÜfati istehsalinin mineralvə ÜZVİ GÜBRƏLƏRLƏ TƏMİnat səVİYYƏSİNİn statiSTİk qiYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix04.07.2017
ölçüsü0,73 Mb.
  1   2

ÖLKƏDƏ KƏND TƏSƏRRÜFATI İSTEHSALININ MİNERALVƏ ÜZVİ 

GÜBRƏLƏRLƏ TƏMİNAT SƏVİYYƏSİNİN STATİSTİK QİYMƏTLƏNDİRİLMƏSİ 

 

Ölkə  iqtisadiyyatının  mühüm  bir  sahəsi  olan  qeyri-neft  sektorunun  inkişafında,  eləcə  də 

əhalinin  məşğulluq  səviyyəsinin  yüksəldilməsində  kənd  təsərrüfatının  dinamik  inkişafı  təmin 

edilməkdədir.  Bu  inkişafın  təməli  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  tərəfindən 

qoyulmuş və onun ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatına xüsusi əhəmiyyətli bir 

sahə kimi baxılmışdır. Təsadüfi deyil ki, ümummilli liderin bu istiqamətdə gördüyü işlərin hər biri 

mühüm  hadisə  kimi  respublikamızın  dövlətçilik  tarixində  silinməz  izlər  qoymuşdur.  Ulu  öndərin 

strateji  xəttini  siyasi,  iqtisadi,  sosial  və  s.  kimi  bütün  sahələrdə  uğurla  davam  etdirən  Azərbaycan 

Respublikasının  möhtərəm  prezidenti  İlham  Əliyev  ərzaq  təhlükəsizliyi  üzrə  tam  müstəqilliyə  nail 

olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. 

Digər kənd təsərrüfatı təyinatlı istehsal vasitələrindən fərqli olaraq torpaq əsas istehsal vasitəsi  

kimi  insan  əməyinin  məhsulu  deyil,  o  təbiətin  bəxş  etdiyi  nemətdir.    Qeyd  edim  ki,  məkanca 

yerləşməsinə,  keyfiyyətinə  və  reylefinə  görə  torpaq  sahələri  zonalara  ayrılır.  Əlverişsiz  torpaq 

sahələrində aparılan, əlverişli torpaq sahələrinə nisbətən daha çox vəsait ayrılmasını tələb edir.  

Torpağın  cəmiyyətin  inkişafında  rolu  və  əhəmiyyəti  böyükdür.  Buna  görə  də  torpaqdan  elə 

səmərəli  istifadə  etmək  lazımdır  ki,  cəmiyyətin  inkişaf  etməsi  üçün  zəruri  olan  nemətləri  istehsal 

etmək mümkün olsun. 

Bitkiçilik  sahəsinin  resurs  təminatının    yaradılması  üçün    əsas  növ  bitkiçilik  məhsulları  üzrə 

ərzaq  təhlükəsizliyinin  hansı  səviyyədə  təmin  olunmasının    araşdırılmasına  ehtiyac  yaranır.  Bunun 

üçün bir sıra göstəricilərin – yaradılmış məhsul ehtiyatlarının və idxal olunan məhsulların həcminin, 

ölkə  üzrə  istehlak  olunmuş  əsas  növ  bitkiçilik  məhsullarının  tərkibində  idxal  olunan  məhsulların 

payının və s. səviyyəsinin dəyişməsinin aşkara çıxarılması zərurəti meydana çıxır. 

Müxtəlif tədqiqatların nəticələrinə əsaslanıb qeyd etmək olar ki, son illər ölkədə yaradılan əsas 

növ  bitkiçilik  məhsullarının  ehtiyatlarının  səviyyəsində  müəyyən  dəyişikliklər  baş  vermişdir. 

Əhalinin  artımına uyğun olaraq,  əsas növ bitkiçilik məhsullarının  yaradılmış ehtiyatlarının miqdarı 

da  ilbəil  artmış  və  həmin  ehtiyatların  tərkibində  yerli  istehsalın  və  idxal  olunan  məhsulların  payı 

müxtəlif səviyyələrdə dəyişmişdir. 

Ölkənin  iqtisadi  təhlükəsizliliyinin  və  onun  vacib  tərkib  hissəsindən  biri  kimi  ərzaq 

təhlükəsizliyinin    təminolunma  səviyyəsinin  yüksəldilməsi  əsas  növ  ərzaq  məhsullarının  istehsalı 

üçün tələb olunan resursların mövcudluğundan asılıdır. 

Qeyd etmək lazımdır ki, respulikamızda əhalinin sayı hər il artmaqdadır. Təbii ki, əhalinin sayı 

artdıqca  ərzaq  məhsullarına  olan  tələbat  da  daimi  artacaqdır.  Lakin  kənd  təsərrüfatı  məhsullarının 

becərilməsi  üçün  zəruri  olan  və  əsas  başlıca  rol  oynayan  torpaq  artan  və  genişlənən  deyil.  Əksinə 

yeni yaşayış massivlərinin salınması, yol və digər nəqliyyat, istehsal infrastrukturlarıın inkişafı əkin 

üçün istifadə olunan torpaq sahələrinin azalmasına səbəb olan amillərdir. Məhz bu baxımdan ərzaq 

təhlükəsizliyinin  təmin  edilməsində  zəruri  olan  ərzaq  resurslarının  artırılması  problemi  daha  da 

ciddiləşməkdədir.  Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  zəruri  olan  ərzaq  resurslarının 

istehsalının artırılması əhalinin artım sürəti ilə uyğunlaşdırılması məqsədəuyğundur. 

Bildiyimiz  kimi,  dünyanın  11  iqlim  tipindən  9-nun  Azərbaycanda  olması  onun  ayrı-ayrı 

bölgələrində ilin bütün fəsillərində bol kənd təsərrüfatı məhsulları yetişdirməyə şərait yaradır. Bu isə 

əhalini il ərzində kənd təsərrüfatı məhsulları ilə təmin etməyə imkan verir.  

Kənd  təsərrüfatına  yararlı  torpaq  sahələrinin  istifadə  vəziyyətinin  təhlili  onu  göstərir  ki,  əkin 

üçün  yararlı  olan  torpaqların  azlığı  torpaqlardan  daha  səmərəli  istifadə  edilməsini  şərtləndirir. 

Ümumiyyətlə, əkin yerləri, əsasən, dincə qoyulmuş torpaqlar və örüş otlaq sahələri hesabına artırılır. 

Yamacların  hamarlanması,  çökəkliklərin  doldurulması,  bataqlıqların  qurudulması  yolu  ilə  də  əkinə 

yararlı  torpaq  sahələri  genişləndirilir.  Kənd  təsərrüfatına  yararlı  torpaq  sahələrinin  tərkibində  əkin 

yerlərinin  xüsusi  çəkisini  yüksəltmək  məqsədi  ilə  yeni  nasos  stansiyalarının  istifadəyə  verilməsi  və 

subartezian quyularının qazılması, elmi cəhətdən əsaslandırılmış digər aqrotexniki tədbirlərin həyata 

keçirilməsi  zəruridir. Bunun üçün mövcud vəziyyət  hərtərəfli təhlil  edilməli, torpaqlardan səmərəli 

istifadəyə təsir edən amillər öyrənilməli, onların qarşılıqlı münasibətləri araşdırılmalıdır. 



 

İstehsalın  səmərəliliyinə  təsir  edən  amillər  özlüyündə  deyil,  torpaqların  münbitliyinin 



artırılması yolu ilə öz nəticəsini göstərmiş olur. Bu təsiredici amillərdən istifadə edərkən torpaqların 

xassələri, tərkibi, hansı qidalı maddələrin çatışmadığı ətraflı öyrənilməli, lazım olanlardan yetərincə 

istifadə edilməlidir. Torpaqdan isə səmərəli istifadə edildikdə torpaqda münbitlik artır və keyfiyyəti 

yüksəlir.  Torpaqlardan  elmi  əsaslarla,  düzgün  və  səmərəli  istifadə  edilməsi  çox  əhəmiyyətli 

amillərdən biridir. Bildiyimiz kimi, intensiv əkinçiliyin qarşısında duran əsas məsələlərdən biri kənd 

təsərrüfatı  bitkilərindən  yüksək  məhsul  alınmasıdır.  Kənd  təsərrüfatı  bitkilərinin  yaxşı  inkişafı  və 

yüksək  məhsuldarlığı  üçün  gübrə  normasının  düzgün  tənzimlənməsi  çox  vacibdir.  Sxemdən 

göründüyü  kimi,  gübrələr  mineral  və  üzvi  olmaqla  əsasən  iki  yerə  bölünür.Mineral  gübrələr  də  öz 

növbəsində makro və mikrogübrələrdən ibarətdir. 

 

 



 

 

 

 

 

 

 

Sxem 1. Gübrələrin növləri 

Tərkibində bitkilərin az miqdarda istifadə etdiyi bor, manqan, mis, molibden, sink, kobalt və s. 

kimi  elementlər  olan  birləşmələr  mikrogübrələr    adlanır.  Mikroelementlər  isəadından  bəlli  olduğu 

kimi  bitkilərə  az  miqdarda  lazım  olsa  da,  bitki  həyatında  böyük  əhəmiyyət  daşıyır.    Bitki 

orqanizmində  gedən  maddələr  mübadiləsində  mikroelementlərin  çox  mühüm  rolu  vardır. 

Makroelementlər azot, fosfor və kaliumdan ibarət olaraq, bitkilərə gübrə formasında verilir. 

Mineral  gübrənin  torpağa  verilməsi  zamanı  məhsuldarlığa  və  ətraf  mühitə  təsir  mexanizmi 

aşağıdakı sxemdə verilmişdir. 

 

       Məhsuldarlıq 

 

    optimal 

 

 

 



 

                            

                                        Gübrədən israfçılıqla istifadə

                                ətraf mühitin çirklənməsi (torpaq, su) 

 

 



 

                          məhsuldarlıq azalır                                    məhsul itkisi 

 

                                     əlavə gübrə normasının tətbiqi                                               



 

Sxem 2. Mineral gübrənin ətraf mühit və məhsuldarlığa təsir sxemi 

 

Sxemdən  göründüyü  kimi,  gübrənin  ilkin  təsiri  zamanı  məhsuldarlıq  artır,  optimal  gübrə 



normasında məhsuldarlıq stabilləşir və sonda normadan artıq olduqda isə məhsul itkisini müşahidə 

 

edirik. Məlumdur ki, müasir dövrdə üzvi və mineral gübrələrdən istifadə etmədən kənd təsərrüfatında 



istehsalın  davamlı  və  dinamik  inkişafı,  torpaqların  münbitliyinin  qorunub  saxlanması  və 

yüksəldilməsi,  bitkilərin  məhsuldarlığının  artırılması  və  keyfiyyətinin  yaxşılaşdırılması  mümkün 

deyildir. 

Bu  təkcə  bizim  ölkədə  deyil  bütün  dünyada  kənd  təsərrüfatında  yüksək  və  keyfiyyətli 

məhsuldarlıq  əldə  etmək  üçün  mineral  gübrəyə  olan  tələbat  ödənməlidir.  Belə  ki,  dünyada  mineral 

gübrəyə olan tələbatın 2011-2015-ci illər üzrə dinamikası cədvəl 1-də verilmişdir. 

 

Cədvəl 1 

Dünyada təsiredici maddə miqdarındagübrəyə olan tələbat(min ton)- 2011-2015  

İllər 

2011 

2012 

2013 

2014 

2015 

Azot (N) 

105 348 

107 374 


109 299 

111 109 


112 909 

Fosfor (P2O5) 

41 679 

42 562 


43 435 

44 245 


45 015 

Kalium (K2O) 

28 679 

29 682 


30 683 

31 594 


32 453 

Cəmi (N+ P2O5+K2O) 

175 706 

179 618 

183 417 

186 948 

190 377 

 

Cədvəldən göründüyü  kimi tələb olunan gübrənin miqdarı 2011-ci ildə cəmi 175706 min ton 



olmuşdur ki, bundan azot tərkibli 105348 min ton, fosfor tərkibli 41679 min ton, kalium tərkibli isə 

28679 min ton təşkil etmişdir. Cədvəldən göründüyü kimi, tələbat ildən-ilə artmışdır və 2015-ci ildə 

artım dinamikası ümumi olaraq 190377 min ton olmuşdur. 2015-ci il ilə 2011-ci il arasındakı fərqi 

nəzərə alaraq qeyd etmək olar ki, tələb olunan gübrə normasında artım müxtəlif olmuşdur. Belə ki, 

azot  tərkibli  gübrədə  6,7%,  fosfor  tərkibli  gübrədə  7,4%,  kalium  tərkibli  gübrədə  isə  11,6  %  artım 

müşahidə olunur. Ümumi gübrəyə görə isə 7,7% artım olmuşdur.  

Qeyd edək ki, hal-hazırda respublikamızda adambaşına 0,16 hektar əkin sahəsi düşür ki, bu da 

dünyada  orta  göstəricidən  azdır.  Ölkə  əhalisini  taxılla,  tərəvəzlə,  heyvandarlıq  məhsulları  ilə  və 

sənayeni  xammalla  təmin  etmək  üçün  adambaşına  düşən  əkin  sahəsindən  alınan  məhsul  daha  da 

artırılmalıdır.  Belə  bir  yanaşma  da  əkinçiliyin  intensivləşməsini,  əkin  sahəsində  məhsuldarlığın 

yüksəldilməsini tələb edir. 

Bütövlükdə  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığının  artırılmasında  torpaqlarda  azot, 

fosfor  və  kaliumun  çatışmazlığı  əsas  məhdudlaşdırıcı  amilə  çevrilmişdir.  Aqrotexniki  tədbirlər 

optimal  müddətlərdə  və  keyfiyyətlə  həyata  keçirilsə,  bitkilərin  qida  maddələri  ilə  tam  təmin 

olunmadığı  şəraitdə  hətta  ən  yaxşı  bitki  sortunun  toxumundan  istifadə  olunsa  belə,  yenə  də 

gözlənilən səmərəni almaq mümkün deyil. 

Cədvəl  2-də  dünyanın  müxtəlif  bölgələri  üzrə  mineral  gübrəyə  olan  tələbatınillik  artım  tempi  

verilmişdir.  Bu  tempə  əsasən  dünya  üzrə  kalium  gübrəsinə  tələbat  3,1%  olduğu  müşahidə  olunur. 

Digər tərəfdən isə azot tərkibli gübrəyə olan tələbatın illik artımında aşağı göstərici(1,7%) müşahidə 

olunur.  Ümumi  normaya  uyğun  olaraq,  dünya  üzrə  cəmi  2,0%  artım  müşahidə  olunur.  Torpaqda 

münbitliyin artırılması istehsal olunan məhsulun artımına da yüksək təsir göstərir. 

 

Bildiyimiz  kimi,  becərilən  kənd  təsərrüfatı  bitkiləri  hər  il  əsas  və  əlavə  məhsulu  ilə  birlikdə 



torpaqdan  kifayət  qədər  qida  maddəsi  aparır.  Məsələn,  payızlıq  buğda  hər  hektardan  yığılan  30 

sentner dən və ona müvafiq saman məhsulu ilə torpaqdan təsiredici maddə hesabı ilə 110 kq azot, 40 

kq fosfor və 70 kq kalium, 3 ton kartof məhsulu, 150 kq azot, 60 kq fosfor və 270 kq kalium aparır. 

Əgər  aparılan  qida  maddələri  gübrələr  şəklində  torpağa  qaytarılmazsa,  nəticədə  torpaq  tədricən 

deqradasiyaya uğrayır və münbitliyi azalır. 

 

 



 

 

 



 

 



 

Cədvəl 2 

Dünyanın müxtəlif bölgələri üzrə mineral gübrəyə olan tələbatın illik artım tempi  (2011-2015) 

 

N 



P2O5 

K2O 

Cəmi 

(N+P2O5+K2O) 

Dünya üzrə 

1.7% 

1.9% 

3.1% 

2.0% 

 Afrika 


1.9% 

3.3% 


4.3% 

2.5% 


Amerika  

1.6% 


2.3% 

2.3% 


1.9% 

- Şimali Amerika  

0.8% 

0.9% 


1.2% 

0.9% 


- Latın Amerikası 

3.1% 


3.5% 

3.3% 


3.3% 

Asiya 


1.9% 

1.7% 


4.0% 

2.1% 


- Qərbi Asiya 

2.9% 


2.9% 

6.7% 


3.2% 

-Cənubi Asiya  

2.6% 

2.9% 


2.7% 

2.7% 


- Şərqi Asiya  

1.4% 


0.9% 

4.4% 


1.8% 

Avropa 


1.3% 

1.7% 


2.1% 

1.5% 


- Mərkəzi Avropa 

2.3% 


4.5% 

3.2% 


2.8% 

- Qərbi Avropa 

-0.2% 

-0.7% 


1.0% 

-0.1% 


- Şərqi Avropavə Mərkəzi Asiya 

3.5% 


3.5% 

3.2% 


3.4% 

Okeaniya  

1.0% 

2.8% 


4.3% 

2.1% 


 

Aqrokimya  elminin  banilərindən  hesab  edilən  D.Pryanişnikov  apardığı  elmi-tədqiqat  işlərinin 

nəticələri  və  dünya  təcrübələrinin  təhlilinə  əsasən  belə  qərara  gəlmişdir  ki,  məhsul  gübrənin 

törəməsidir. Müəyyən edilmişdir ki, 1 kq azot (təsiredici maddə hesabı ilə) verilmə dozasından asılı 

olaraq 12-15 kq payızlıq buğda dəni, 100-120 kq kartof, 10-12 kqxam pambıq məhsulu, 1 kq fosfor, 

7-8 kq buğda, 50-60 kq kartof və 5-6 kqxam pambıq, 1 kqkalium isə 3-4 kqbuğda, 40-50 kqkartof, 2 

kqxam  pambıq  məhsulunun  artımına  səbəb  olur.  Azot,  fosfor  və  kalium  gübrələri  ayrılıqda  deyil, 

birlikdə, həm də müəyyən olunmuş nisbətdə torpağa verildikdə yüksək səmərə alınır. 

Mineral  gübrələrin  orta  potensial  səmərəliliyini  bu  göstəricilər  səciyyələndirir,  belə  ki, 

becərilən  bitkilərin  məhsuldarlığı  konkret  iqlim  şəraitindən,  becərilən  sort  nümunəsindən,  aparılan 

aqrotexniki qulluq işlərinin səviyyəsindən və s. asılıdır. 

Əsas  qida  maddələri  kimi  azot,  fosfor  və  kalium  gübrələri  bitkilərin  həyatında  çox  böyük 

əhəmiyyətə  malikdir.  Bitkinin  yaşıl  kütləsini  daha  çox  artırmaqla  onun  kütləsinin  çoxalmasına  və 

boyunun uzanmasına azot gübrəsi yaxşı təsir göstərir. Eyni  zamanda azot əsas qida maddəsi hesab 

olunan zülalın, amin turşularının və bir çox bioloji aktiv maddələrin tərkibinə daxildir. 

Bitkinin  bar  orqanlarının  əmələ  gəlməsinə  və  inkişafına  fosfor  daha  yaxşı  təsir  göstərməklə 

onun vegetasiya müddətini azaldır. Fosfor təkcə məhsuldarlığı artırmır, o həmçinin şəkərli bitkilərin 

şəkərini,  yağlı  bitkilərin  yağını,  lifli  bitkilərdə  lif  çıxımını  artırmaqla  məhsulun  keyfiyyətini 

yüksəldir. 

Üzvi  birləşmələrin  tərkibinə  kalium  daxil  olmasa  da,  bitki  hüceyrələrində  gedən  maddələr 

mübadiləsinə aktivləşdirici təsir   göstərir. Buna görə də bitkidə əsasən üzvi maddələrin (saxarozanın, 

yağların, nişastanın ) sintezini gücləndirmək üçün torpağa kalium gübrəsi verilməlidir. 

Buğda bitkisi  misalında bitki məhsulunun keyfiyyətinə mineral gübrələrin təsirini daha aydın 

göstərmək olar. Buğdanın dən məhsulunu artırmaqla bərabər, dənin şüşəvariliyini, kleykovinanı, un 

çıxımını artırır və çörəkbişirmə keyfiyyətini yaxşılaşdırır. 

Bildiyimiz  kimi,  torpaqların  münbitliyi  xassələrinə,  keyfiyyətlərinə  görə  fərqli  olur.  Torpağın 

fiziki,  kimyəvi  xassələrindən,  mexaniki  tərkibindən  və  təbii  iqlim  şəraitindən  asılı  olaraq    ölkənin 

torpaq  sahələri  öz  təbii  münbitliyinə  görə  10  təbii-iqtisadi  bölgəyə  ayrılmışdır.  Belə  ki,  Abşeron, 

Gəncə-Qazax,  Şəki-Zaqatala,  Lənkəran,  Quba-Xaçmaz,  Aran,  Yuxarı  Qarabağ,  Kəlbəcər-Laçın, 

Dağlıq-Şirvan  və  Naxçıvan  təbii-iqtisadi  rayonlarından  ibarətdir.  Bu  bölgələrdə  torpaqlar  tərkibinə 

və  keyfiyyətinə  görə  bir-birindən  fərqləndikləri  üçün  onların  təbii,  süni  və  iqtisadi  münbitliyi  də 


 

müxtəlifdir.  Bu  bölgələrin  təbii-iqtisadi  şəraitindən  asılı  olaraq  yetişdirilən  məhsullar,  onların 



məhsuldarlığı və istehsal istiqamətləri də fərqlənir. 

Ümumiyyətlə qeyd edək ki, torpaqların münbitliyi təbii, süni və iqtisadi olmaqla müxtəlifdir. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  hazırda  istifadə  edilən  torpaq  sahələrinin  münbitliyi  təbii  şəkildə 

deyildir. Əhali təbəqəsinin yaşam tərzləri  üçün lazım olan ərzaq məhsullarını istehsal etmək məqsədi 

ilə    uzun  müddət  torpağın  təbii-iqtisadi  xassələrindən  istifadə  edərək  onu  əkib  becərmişlər.  Buna 

görə  də  hər  bir  dövrdə  insan  əməyinin  təsiri  nəticəsində  təbii  münbitlik  mütəmadi  olaraq 

dəyişilmişdir.  Torpaqdan  səmərəli,  düzgün  istifadə  edildiyi  halda  onun  münbitliyi  artmış,  düzgün 

istifadə edilmədikdə isə onun münbitliyi azalmışdır.  

Belə  olan  halda  torpağın  kimyəvi-fiziki  tərkibi  və  xassələri  ətraflı    tədqiq  edilərək  onun 

münbitliyinin daha da  yaxşılaşdırılması üçün mütəmadi olaraq,mineral və üzvi gübrələrdən istifadə 

edilir.  Bununla  bərabər  eyni  səpkidə  aqrotexniki  tədbirlər  vaxtında,  keyfiyyətlə  aparılır,  suvarma 

işləri  və  növbəli  əkin  sistemi  düzgün  tənzimlənir.  Torpaqda  təbii  münbitliyin  vəziyyətindən  asılı 

olaraq,bitki  məhsuldarlığının  artırılması  məqsədi  ilə  lazımi    aqrotexniki tədbirlər  həyata  keçirilərək 

süni münbitlik yaradılır. 

Belə nəzərə almaq olar ki, hər hansı bir sahə vahidindən əldə edilən məhsulun miqdarı torpağın 

iqtisadi münbitliyi kimi başa düşülür. Qeyd edək ki, torpağın münbitliyi, torpağın təbii xassələri ilə 

bərabər,  həm  də  insanın  torpağa  təsirindən  asılı  olaraq  torpağın  müəyyən  miqdar  məhsul  vermək 

qabiliyyəti    müəyyən  olunur.  Digər  tərəfdən  isə  torpağın  iqtisadi  münbitliyi  onun  məhsuldarlığına 

dəlalət  edir.  Bu  baxımdan,  istifadə  olunan  torpaqda  məhsuldarlığın  daimi  yüksəldilməsi  səmərəli 

istifadənin  nəticəsi  ilə  xarakterizə  olunur.  Torpağın  iqtisadi  münbitliyini  qiymətləndirmək  üçün  

mütləq və nisbi münbitlik göstəriciləri istifadə edilir. 

İstifadə  zamanı  torpaqdan  götürülən  məhsulun  həcmi  və  ya  onun  qiyməti  ifadəsi 

dedikdətorpağın  mütləq  münbitliyibaşa  düşülür.  Qeyd  edim  ki,  təbii  münbitliyi  müxtəlif  olan 

torpaqların  hər  hektarından  götürülən  məhsulun  miqdarı  da  müxtəlif  olmalıdır  və  ya  əksinə 

münbitliyi az olan torpaqlardan əldə  olunan məhsulun miqdarı da az olur. Bunun üçün isə az münbit 

olan torpaqlardan yüksək məhsul əldə etmək üçün bu torpaqlarda mütəmadi olaraq əkin qabağı və ya 

əkin vaxtı əlavə aqrotexniki tədbirlər həyata keçirilməlidir. Bildiyimiz kimi, bu tədbirlərin aparılması 

daha  çox  xərc  tələb  edir.  Ona  görə  də  torpağın  nisbi  münbitlik  göstəricisindən  torpağın  iqtisadi 

qiymətləndirilməsi zamanı istifadə edilir. 

Torpağın  nisbi münbitliyi dedikdə isə, digər tərəfdənəkinə sərf olunan torpaq (əkin) sahəsinə 

tətbiq olunan xərc müqabilində əldə  olunan məhsulun miqdarı başa düşülür. 

Gübrələrdən istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi üçün mineral gübrələrin növləri, 

formaları,  dozası,  verilmə  vaxtı,  verilmə  üsulu  və  digər  aqrotexniki  tədbirlərlə  düzgün 

əlaqələndirilməsi, bitkilərin bioloji xüsusiyyətləri və s. nəzərə alınmalıdır. Becərilən bitkilər vaxtında 

su  ilə  təmin  edilməsi  və  qida  maddələri  ilə  normal  qidalandırılması  nəticəsində    bitkilərin 

məhsuldarlığı  da  yüksəlməlidir  ki,  bunun  nəticəsində  də  tətbiq  edilmiş  gübrələrdən  istifadə  edilmə 

əmsalı yüksələ bilsin. 

Qeyd  olunanlardan  aydın  olur  ki,  fosforlu  gübrələrin  torpağa  verilməsi  nəticəsindəbitkilərdən 

bol məhsul əldə etmək mümkündür. Bir şərtlə ki, onun torpağa verilmə müddəti, basdırılma dərinliyi 

və  tətbiq  dozası  düzgün  müəyyənləşdirilməlidir.  Onu  da  qeyd  edək  ki,  mineral  gübrələr  bitkilər 

tərəfindən yalnız məhsul şəklində olduqda yaxşı mənimsənilir. Bunun üçün,ilk növbədə, gübrə tətbiq 

edilən  torpaqda  kifayət  qədər  nəmliyin  olması  ən  əsas  faktorlardan  biridir.  Qeyd  edək  ki,  torpaqda 

olan rütubətin hesabınaazot gübrəsi torpağın dərin qatlarına, yəni əsas kök sisteminin inkişaf etdiyi 

qatlara  yuyula  bildiyi  halda,  fosfor  və  kalium  gübrələrinin  isə,  azot  gübrəsinə  nisbətən    nüfuz 

etməqabiliyyəti  çox  zəifdir.  Qeyd  edək  ki,  zəif  rütubətli  ərazilərdə  isə  xüsusilə  fosfor  və  kalium 

gübrələrinin basdırılma dərinliyi mühüm əhəmiyyət kəsb edir. Quraq ərazilərdə isə torpağın üst qatı 

çox quruduqdan sonra həmin torpaq qatında bitkinin kökündə əmici tellər ya əmələ gəlmir, ya da tez 

tələf olduğu üçün fosfor və kalium gübrəsindən istifadə edə bilmir. 

Hətta  rütubətli  ərazilərdə  də  10  sm-dən  dayaz  basdırılan  bitkilər  fosforlu  və  kaliumlu 

gübrələrdən də tam istifadə edə bilmir. Buna səbəb isə isti yay günlərində əkin qatının üst hissəsinin 

tez  quruması  nəticəsində  tətbiq  olunan  fosfor  və  kalium  gübrələrin  bitkilər  tərəfindən 


 

mənimsənilməməsidir.  Bunun  üçün  gələcək  illərdə  torpaqda  aparılan  dərin  şum  zamanı  istifadə 



olunan gübrə norması torpağın alt qatına düşməklə bitkilər tərəfindən istifadə oluna bilər.  

Torpağa  tətbiq  olunan  mineral  gübrələrin  dozası  qida  maddələrinin  miqdarından  və 

planlaşdırılan  məhsuldarlıqdan  asılı  olaraq,torpaqda  bitkilər  üçün  mənimsənilən  formada  olmalıdır.  

Mütəhərrik  fosfor  və  mübadiləvi  kaliumun  miqdarına  görə  hər  bir  əkin  sahəsi  üçün  tərtib  olunmuş 

qida  kartoqramı  3-4  il  ərzində  gübrələrin  diferensial  tətbiqi  üçün  kifayət  qədər  yaxşı  vasitədir. 

Bitkilərin  azota,  fosfora  və  kaliuma  tələbatını  kartoqramın,  həmçinin  bitkilərin  kimyəvi  analizinin 

köməyi ilə dəqiqləşdirmək daha məqsədəuyğundur. Gübrələrin səmərəli istifadə edilməsində onların 

verilmə müddətlərinin böyük rolu vardır. 

Məlumat üçün bildiririk ki, azot gübrəsinin illik normasının 20-30%-i səpinqabağı becərmədə 

yaxud səpinlə birlikdə bitkilərə, 70-80%-i isə vegetasiya müddətində yemləmə şəklində verilir. 

Bildiyimiz  kimi,  respublikanın  torpaqlarının  əksər  hissəsi  karbonatlı  olduğu  üçün  fosforlu 

gübrələri  belə  torpaqlara  verdikdə  fosfor  birləşmələri  torpaqda  dəmir,  alüminium  və  s.  birləşərək 

çətin həll olan formaya keçir və az mütəhərrik olur. Torpaqlarda fosfor tərkibli  gübrələrin dərin şum 

altına verilməsionların əsas gübrə kimi səmərəliliyini artırmaq üçün bu böyük əhəmiyyətə malikdir. 

Torpağın struktur tərkibindən asılı olaraq, fosforun illik dozası çox olduqda onun bir hissəsini əsas 

gübrə kimi torpaqda şum altına, qalan hissəsini səpinlə birlikdə və vegetasiya müddətində yemləmə 

şəklində  torpağın  dərin qatlarına vermək məsləhət görülür. 

Kalium gübrəsinə gəldikdə isə, əsas gübrə kimi kalium gübrəsinin illik normasının yarısını şum 

altına, qalan hissəsini isə yemləmə şəklində vegetasiya ərzində vermək faydalıdır. 

Mineral  gübrələrdə  olduğu  kimi  üzvi  gübrələrdə  torpağın  fiziki-kimyəvi  xassələrinin 

yaxşılaşdırılmasında,  torpaq  münbitliyinin  artırılmasında,  bitkilərin  məhsuldarlığının  və 

keyfiyyətinin  yüksəldilməsində  əhəmiyyətli  dərəcədə  rol  oynayır.  Üzvi  gübrələr  dedikdə  peyin, 

peyin  şirəsi,  fekalii,  kompostlar  və  s.  nəzərdə  tutulur.  Üzvi  gübrələrdə  kompleks  şəkildə  olaraq 

mineral  gübrələrin  tərkib  elementləri  vardır.  Belə  ki,  peyinin  tərkibində  0,5%  azot,  0,25%  fosfor, 

0,6%  kalium  və  bir  çox  makroelementlər  vardır.  Peyinin  tətbiq  edilməsi  nəticəsində  bitkilərin 

torpaqdan  aldıqları  qida  maddələri  yenidən  torpağa  qaytarılır.  Torpağın  qida  maddələri  ilə 

zənginləşdirilməsi,  münbitliyinin  artırılması  və  bitkilərin  məhsuldarlığının  yüksəldilməsi,  suya 

davamlı  struktur  aqreqatlarının  miqdarının  yüksəldilməsi  torpağın  su-fiziki  xüsusiyyətlərini,  o 

cümlədən  su  saxlama  qabiliyyətini  yaxşılaşdırılması  peyin  və  digər  üzvi  gübrələrdən  asılı  olaraq 

dəyişir.  Qeyd  olunan  gübrənin  tərkibində  olan  və  torpaqda  yaşayan  faydalı  mikroorqanizmlərin 

fəaliyyəti sayəsində torpağın tərkibindəki çətin həll olan mineral qida maddələri asan mənimsənilən 

formaya  çevrilir,  bilavasitə  bitkinin  kök  sisteminin  sorulma  zonasında  asan  mənimsənilən  qida 

maddələrinin miqdarını artırır.   

Əkin zamanı xüsusilə torpağa peyin və digər üzvi gübrələr mineral gübrələrilə birlikdə tətbiq 

edildikdə  onun  səmərəsi  daha  yüksək  olur.Digər  tərəfdən  mineral  gübrələr  torpağa  növbəli  şəkildə 

verilərkən onda qida maddələrinin  zərərli  artımı  müşahidə  olunur.  Bu zaman qida maddələrinin  bir 

hissəsinin  isə  çətin    mənimsənilmə  formasına  keçməsinə,  başqa  sözlə  desək,  qida  maddələrinin 

itkisinə səbəb olur. Belə ki, peyin mineral gübrələrlə birlikdə tətbiq edildikdə bu çatışmazlıq aradan 

qaldırılır. 

Biohumus  ən  yaxşı  üzvi  gübrələrdən  biri  sayılır  və  dünya  bazarında  ən  keyfiyyətli  ekoloji 

təmiz  gübrə  hesab  edilir.  Peyindən  fərqli  olaraq  biohumusun  tərkibində  16%  ümumi  humus,  3,2% 

ümumi  azot,  2,2%    ümumi  fosfor,  2%  ümumi  kalium  və  digər  zəruri  makroelementlər  vardır. 

Biohumus  həm  tərkibinə  həm  də  keyfiyyətinə  görə  peyinə  nisbətən  daha  üstün  üzvi  gübrə  hesab 

edilir.  Tərkib  nisbətinə  və  bioloji  əhəmiyyətinə  görə  1  ton  biohumus  10-15  ton  təzə  peyinə 

bərabərdir. 

Qeyd  etmək  lazımdır  ki,  növündən  asılı  olmayaraq,  gübrənin  torpağa  deyil,  bitkiyə  verilməsi 

vacib şərtlərdən biridir. Bu baxımdan da əkin sahəsinə verilən azot, fosfor və kalium gübrələri, daha 

doğrusu,  onların  tərkibindəki  təsiredici  maddələrin  (N,  P2O5,  K2O)  nisbəti  becərilən  bitkinin 

tələbatına uyğun olmalıdır. 

Beləliklə,  qeyd  etmək  olar  ki,  ölkə  rəhbərliyinin,  o  cümlədən  Kənd  Təsərrüfatı  Nazirliyinin 

kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrə olan tələbatın ödənilməsi daim diqqət 

mərkəzindədir. 



 

Aqrar  sahənin  ümumi  məhsuldarlıq  baxımından  inkişafı  zamanı  tətbiq  edilməsi    üçün 



respublikaya  idxal  olunan  mineral  gübrələrin  xeyli  hissəsi  mürəkkəb  və  kompleks  gübrələr 

formasında gətirilir ki, bunların tərkibində olan azot, fosfor və kaliumun nisbəti bitkilərin tələbatına 

uyğun  deyil.  Məsələn,  ammofosun  tərkibində  11-12%  N,  50  %  P  vardır  ki,  burada  azotun  fosfora 

nisbəti  1:5-dir.  Göründüyü  kimi  bu  da  bitkilərin  tələbatı  üçün  tamamilə  yararlılığa  uyğun  gəlmir. 

Bunu  üçün  də  mürəkkəb  gübrələrdən  istifadə  edərkən  optimal  nisbətin  çatışmayan  hissəsini  sadə 

gübrələrlə tamamlamaq lazım gəlir. 

Torpaq istifadəçilərinin bir qismi hələ də mineral gübrə dedikdə ammonium şorası (ammonium 

nitrat)  nəzərdə  tutur.  Onlar  fosfor  və  kalium  tərkibli  mineral  gübrələrə  çox  az  əhəmiyyət  verirlər. 

Qeyd edək ki, bu gübrələr bitki üçün biri digərini əvəz edə bilməz hamısı eyni dərəcədə lazımdır. 

Hal-hazırdaiqtisadi  siyasətin  prioritetlərini  təşkil  edən  ərzaq  təhlükəsizliyi  ölkənin  iqtisadi 

müstəqilliyinin  tərkib  hissəsidir.Heç  kimə  sirr  deyildir  ki,  torpağın  münbitliyinin  qorunub 

saxlanmasında geniş təkrar istehsalın təminatında mineral gübrələrdən qədərincə və düzgün istifadə 

edilməsi  olduqca  zəruridir.  Kənd  təsərrüfatının  bütün  sahələrində  dünyanın  inkişaf  etmiş 

ölkələrindən  fərqli  olaraq,  respublikamızda  məhsuldarlığa  görə    dinamika  aşağıdır.  Təbii  olaraq 

ölkənin  əhalisi  getdikcə  artır  və    kənd  təsərrüfatına  yararlı  torpaq  sahələri  müxtəlif  səbəblərdən 

azalmağa meyillidir. Belə bir şəraitdə intensiv amillər hesabına məhsul istehsalını artırmaq olduqca 

aktualdır. Torpağın eroziyaya  uğraması, şoranlaşması və s. amillər də  təsirsiz ötüşmür. 

Digər maddi-texniki resurslar kimi mineral gübrələr də sovetlər dönəmində mərkəzləşdirilmiş 

və  planlı  qaydada  təchiz  edilirdi.  Yeni  istehsal  münasibətlərinə  keçdikdən  sonra  kənd  təsərrüfatı 

məhsulu  istehsalçıları  digər  zəruri  istehsal  vasitələri  kimi  mineral  gübrələri  də  fərdi  qaydada  özləri 

əldə  etməli  olurdular.    Hal-hazırda  isə  problemlər  tədricən  aradan  qaldırılır  və  aqrar  sahənin 

inkişafına böyük diqqət yetirilir. 

Respublikada mineral gübrələrə olan ümumi tələbatı tam aydınlaşdırmağa çalışmışıq. 

Apardığımız  təhlillər  onu  göstərir  ki,  2000-ci  ildən  2013-cü  ilədək  ölkəmizə  idxal  edilmiş 

mineral gübrələr ümumi tələbatdan qat-qat aşağı olmuş lakin son iki ildə isə əvvəlki illərə nisbətən 

artmışdır.(şəkil 1) 

 

Şəkil 1-dən göründüyü kimi,2000-ci ildə 40,5 min ton mineral gübrə gətirilmişdir ki, bundan 



da  çoxunu  32,9  min  tonunu  azotlu  gübrələr  təşkil  edir,  2005-ci  ildə  isə  bu  göstərici  artaraq,  idxal 

olunan mineral gübrənin miqdarı 77,3 min ton olmuşdur. 2010-cu ildə isə bu göstərici əvvəlki ildən 

fərqli olaraq, azalmış 49,2 min ton təşkil edir və bunun da 33 min tonu ümumi azot gübrəsinin payına 

düşür.  


 

 

Şəkil 1. Növlər üzrə mineral gübrələrin idxalı( fiziki çəkidə, min ton) 

0

20

40



60

80

100



120

140


160

Kataloq: upload -> File -> documents
documents -> Qaydaları"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "
documents -> Ali təhsil pilləsinin dövlət standartı və proqramı
documents -> Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi (az-ad-ehea)
documents -> 1-ci komponent: Ali təhsilin hüquqi və normativ çərçivəsi 1 sayli fəALİYYƏTİn miSSİya hesabatina əlavə: MÜqayiSƏLİ CƏDVƏL
documents -> Təhsil proqramı hazırlanarkən dünyada tədris olunan oxşar fənlərarası proqramlar təhlil edildi və fənlərin müvafiq matrisası hazırlandı, beləliklə, təhsil proqramı digər inteqrasiya olunmuş mühəndislik proqramlarına uyğunlaşdırılmış oldu
documents -> Müəllim hazırlığı sahəsində tədris proqramlarının hazırlamasının məqsədi və bu sahədəki çətinlikləri anlamaq
documents -> Azərbaycan Respublikasının Təhsil Naziri M. C. Mərdanov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri S. S. Mehbalıyev tərəfindən 26 noyabr 2008-ci ildə təsdiq edilmişdir
documents -> 1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş
documents -> Təhsil Nazirliyi Qəbələ Peşə məktəbi
documents -> Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi (aatmkç) – nədir və nə məqsəd daşıyır?

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə