Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  5.  Şərəf,  ləyaqət və  işgüzar



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   54
oteller movzu
§  5.  Şərəf,  ləyaqət və  işgüzar 

nüfuzun  müdafiə şərtləri

Şəxs (iddiaçı) 

barədə məlumatların 

yayılması

Şəxs  (iddiaçı)  barədə  məlumatlar  yayılması  faktı 

şərəf,  ləyaqət  və  işgüzar  nüfuzun  müdafiə  şərtlə­

rindən  biridir.  Başqa  sözlə  desək,  şərəf,  ləyaqət və 

işgüzar  nüfuzun  müdafiəsi  barədə  məhkəmə  iddia­

sının  təmin  olunması  üçün  bu  və  ya  digər  şəxs  (iddiaçı)  barədə  müəyyən 

şəxs tə rə fin d ə n   m əlum atlar yayılmalıdır.

Mülki  qanunvericilik  «məlumatların  yayılmasmna  leqal  (normativ)  anlayış 

vermir,  məlumatların yayılma formalarını və üsullarını  müəyyənləşdirmir,  habe­

lə  bu  formalara  və  üsullara  aid  xüsusi  tələb  nəzərdə  tutmur.  Əsas  və  başlıca 

məsələ məlumatların  istənilən formada yayılma faktının özüdür.

«Məlumatların  yayılması»nın  elmi  (doktrinal)  anlayışı,  onun  yayılma  forma­

ları və  üsulları  məhkəmə praktikası* 2 və  mülki-hüquq elmi3 tərəfindən müəyyən 

edilir.

’  Иоффе  О С.  Советское гражданское право.  M.,  1967, c.322; Придеороо Н А  Общая и спсци- 



альная  гражданско-правовая  зашита  чести  и достоинства  граждан (авторсф.  лис.  канд.  юрид.  На­

ук).  Харьков.  1967, с.9;  Рафиева Л .К   Гражданско-правовая защита чести  и достоинства личности 

в  СССР.  Авторсф.  канд.  лисе.  Л.,  1966,  с. 14;  Чернышева  С. А.  Защита  чести  и  достоинства 

граждан.  М.,  1974.  с.32;  Маяеин  Н С .  Охрана  прав  личности  советским  законодательством.  М . 

1985.  с.32;  Маяеина  М.Н.  Защита  личных  неимущественных  прав  советских  граждан.  M ,  1991. 

с.59;  Гражданское  право.  Учебник.  Часть  1/Под  рсд.  Т.//.Илларионовой  и  др.  М.,  1998,  с.289; 

Коммагтарий к  Гражданскому  кодексу Российской Федерации.  Часть  1/Отв.рсд. О.Н.Садиков  М.. 

1999, с.335; Ярощенко К  Б  Жизнь и здоровье под охраной  закона.  М.,  1990, с.161.

2  Вах:  пункт  2  постановления  Пленума  Верховного Суда  РФ от 21  декабря  1992  г. K i  11.  «О 

некоторых  вопросах,  возникающих  при  рассмотрении  судами дел о  защите  чести  и достоинства 

граждан, а также деловой репутации граждан и юридических лиц».

3  Иоффе  О С.  Советское  гражданское  право.  М.,  1967,  с.322;  Советское  гражданское  право. 

Учебник.  Том  1/Пол  рсд.  В.П.Грибанова,  С.М.Корнеева.  М.,  1979,  с. 197;  Мачеин  НС.  Граждан­

ский закон и права личности  в СССР.  М.,  1981, с. 150-151; Маяеин Н.С.  Охрана прав личности со­

ветским законодательством.  М.,  1985, с.35; Белявский А.В.,  Придворов Н  А.  Охрана чести и досто­

инства личности  в СССР.  М.,  1971, с.75; Советское гражданское право.  Учебник.  Том  1/Под рсд. 



О А.Красавчикова,  М.,  1985, с.204;  Малсина М.Н.  Зашита  личных  неимущественных  прав совет­

ских  граждан.  М.,  1991, с.61;  Гражданское  право.  Учебник.  Часть  1/Под рсд.  Т.И.Ихчарионовой и 



dp.  М.,  1998, с. 189.

83


Məlumatların  yayılması  dedikdə,  onların  üçüncü  şəxslərin  nəzərinə 

çatdırılması,  həmin  şəxslərə  bild irilm ə si  başa  dü şü lü r.  Söhbət  şəxsin  şə­

rəf,  ləyaqət  və  işgüzar  nüfuzunu  pozan  məlumatların  bir  neçə  şəxsə  və  ya 

çoxsaylı şəxslərə  (qeyri-müəyyən  sayda  şəxslərə) bildirilməsindən gedir.

Məlumatların  heç  olmazsa,  yalnız  hər  hansı  üçüncü  şəxsə  çatdırılm ası 

da  məlumatların  yayılması  sayılır.  Ona  görə  ki,  məlumatın  bir  nəfər  şəxsə 

bildirilməsi  onun  yayılmasının  qarşısını  ala  bilməz.  Belə  halda  bilmək  olmur ki, 

məlumat  nə  qədər  yayılacaqdır.  Çox  vaxt  məlumatın  bir  nəfər  şəxsə  çatdırıl­

ması  onun  geniş  surətdə  yayılma  vasitəsi  kimi  çıxış  edir.  Məlumatların  yalnız 

onların  aid  olduğu  şəxsin  özünə  (zərərçəkənin  özünə)  b ilavasitə  b ild iril­

məsi  m əlum atların  yayılması  hesab  e d ilm ir.1  Belə  ki,  başqa  şəxslər və  icti­

maiyyət həmin  məlumatlar barədə  bilmir.  Buna  görə də  «təkbətək söhbət»  hə­

min  şəxsin  şərəfi  barədə  ictimai  rəyə  hər  hansı  təsir  göstərmir.  Məsələn,  və­

təndaş  başqa  şəxsə  yazdığı  məktubda  onun  yaramaz  əməli  barədə  söhbət 

açır.  Belə  halda  məlumatın  yayılmasından  söhbət  gedə  bilməz.  Əgər  həmin 

məktub  şəxsin  işlədiyi  və  ya  təhsil  aldığı  yerə  göndərilərsə,  onda  məlumatla­

rın yayılması göz qabağındadır.  Başqa  bir misalda  vətəndaş öz qonşusuna  bil­

dirir  ki,  guya  o,  adam  öldürmə  cinayətinə  görə  mühakimə  olunmuşdur.  Belə 

halda  məlumatın  yayılmasından  və  buna  görə  də  şərəf və  ləyaqətin  mülki-hü­

quqi müdafiəsindən  söhbət gedə  bilməz.  Zərərçəkən  şəxs  bu vəziyyətdə,  əgər 

əsas  olarsa,  böhtana  (və  ya  təhqirə)  görə  cinayət  məsuliyyəti  barədə  məsələ 

qaldıra  bilər1

 2.

Beləliklə,  məlumatların  yayılması  dedikdə,  onların  zərərçəkən  şəxsin  (hə­



min məlumatların  aid olduğu  şəxsin) özünə yox,  hər hansı  şəxsə (üçüncü  şəx­

sə)  bildirilməsi  başa  düşülür.  Məlumatların  bildirildiyi  şəxslərin  hüquqi  vəziy­

yətinin,  habelə onların  hansı  məqsədlə yayılmasının  məsələyə  dəxli yoxdur.

Şəxsin  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzunu  pozan  məlumatlar  m ü x tə lif 

üsullarla  (vasitələrlə) yayıla  bilər.  Həmin  üsulların  (vasitələrin) təxmini  siyahı­

sı məhkəmə plenumu qərarında  verilmişdir3.  Onlara aiddir:

•  kütləvi informasiya vasitələri  (KİV);

•  xasiyyətnamələr  (onlara  xidməti  xasiyyətnamələr  də  deyilir)  və  digər  sə­

nədlər;

• yığıncaq və iclaslarda  edilən çıxış;



• söhbət və danışıqlar;

•  məktublar;

• vəzifəli şəxslərə ünvanlanmış ərizə və şikayətlər.

Kütləvi  inform asiya  vasitələrində  məlumatların  yayılmasına  aiddir:  mət­

buatda  məlumatların  dərc  edilməsi;  radio  proqramı  üzrə  yayım;  televiziya 

proqramı  üzrə  yayım;  videoproqram  üzrə  yayım;  kinoxronoloji  proqramda  nü­

mayiş  etdirmə  və  s.  Məsələn,  istənilən  qəzetdə,  jurnalda  və  ya  digər  mətbuat

1  Bəx:  пункт 2 постановления  Пленума Верховного Суда РФ от  ! 8 августа  1992 г., Хв  11.

?  Советское  гражданское  право.  Учебник  Том  1/Под  рсд.  В.П.Грибанова.  С.М.Корнеева.  М.. 

1979,  с.198;  Гражданское  право.  Учебник.  Часть  1/Под  рсд.  З.И.Цыбулснко.  М.,  1998,  с.170; 



М акана ММ . Зашита  личных неимущественных прав советских граждан.  М..  1991. с.61.

3 Вах: пункт 2 постановления Пленума Верховного Суда РФ от  18 августа  1992 г., Хв  11.

84


orqanında  felyeton,  qeydlər,  məqalə,  xəbərlər  formasında  məlumat  verilir  ki, 

buna  dərc etmə deyilir.  Söhbət həm respublika əhəmiyyətli,  həm də yerli əhə­

miyyətli  qəzet, jurnal və  digər nəşrlərdə,  habelə müəssisə, təşkilat və idarələr­

də  buraxılan  divar qəzetlərində  (belə  qəzetlər sovet dövrü  üçün xarakterik idi) 

şəxsin  şərəf,  ləyaqət və  işgüzar nüfuzunu  pozan məlumatların dərc edilməsin­

dən  gedir.

X asiyyətnam ələr və  digər  sənədlər vasitəsilə  məlumatların  yayılması ba­

rədə  biz əvvəlki yarımbaşlıqda danışmışıq. Söhbət idarə, təşkilat və müəssisə­

lər  tərəfindən  verilən  sənədlərdən  gedir.  Onlar vasitəsilə şəxsin  şərəf,  ləyaqət 

və  işgüzar nüfuzunu  pozan  məlumatlann yayılması mümkündür.

M əktublar  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzu  pozan  məlumatların  yayılma 

üsullarından  (vasitələrindən)  biridir.  Söhbət  həm  rəsmi,  həm  də  şəxsi  xarak­

te rli  m əktublardan  gedir.  Məsələn,  vətəndaş  başqa  şəhərdə  yaşayan  tanışı­

na məktub yazaraq göstərir ki,  ev əşyalarını onun qonşusu oğurlamışdır.  Şəxsi 

xarakter daşıyan  məktubla vətəndaş qonşunu oğurluqda təqsirləndirir.

Yığıncaq  və  iclaslarda  edilən  çıxış  vasitəsilə  də  məlumatlar yayıla  bilər. 

Söhbət  idarə,  təşkilat  və  müəssisənin  kollektivinin yığıncağında,  həmkarlar it­

tifaqı  komitəsinin  və  digər  orqanlann  iclasında  edilən  çıxışdan  gedir.  Şəxsin 

şərəf,  ləyaqət  və  işgüzar  nüfuzunu  pozan  məlumatlar  m itinqlərdə  edilən  çı­

xış v a sitə silə   də yayıla  bilər.

Söhbət  və  danışıqlar  məlumatların  yayılma  üsullarından  (vasitələrindən) 

biridir.  Qonşularla,  bir  yerdə  işləyən  şəxslərlə  (iş  yoldaşları  ilə),  habelə  tanış- 

bilişlərlə  bilavasitə  söhbət və  danışıq zamanı',  eyni  zamanda  telefonla  söhbət 

və  danışıq  aparılarkən  şərəf,  ləyaqət  və  işgüzar nüfuzu  pozan  məlumatlar ya­

yıla  bilər.  Məsələn,  vətəndaş  telefon  vasitəsilə  öz  iş  yoldaşına  xəbər  verir  ki, 

onların  işlədikləri  təşkilatın  müdiri  vəzifəsindən  sui-istifadə  edərək  bəzi  cina­

yətlər törətmişdir.

Şərəf,  ləyaqət  və  işgüzar  nüfuzu  pozan  məlumatların  vəzifəli  şəxslərə  ün­

vanlanmış  ərizə  və  şikayətlər vasitəsilə  də  yayılması  mümkün  olan  məsələ­

dir.  Məsələn,  vətəndaş  rayon  icra  hakimiyyəti  başçısına  ünvanlandığı  şikayət 

ərizəsində  rayon  mənzil  təsərrüfatı  idarəsinin  müdirini  rüşvət  almaqda  təqsir­

ləndirir.  Başqa  bir  misalda  vətəndaş  səhiyyə  nazirinin  adına  yazdığı  ərizədə 

göstərir  ki,  filan  nömrəli  xəstəxananın  baş  həkimi  xarici  ölkə  vətəndaşlarına 

körpə  uşaq satmaq  işi  ilə  (uşaq alveri) ilə məşğuldur.  Ərizə və  şikayətin  ano­

nim   (adsız) form ada  olm asının  mətləbə dəxli  yoxdur.  Belə ki,  anonim ərizə 

və  məktublar  vasitəsilə  xəbər  vermə  məlumatların  yayılması  hesab  edilməli­

dir* 2.

K ita b la r məlumatların yayılma  üsullarına  (vasitələrinə) aiddir3.  Belə ki,  şəx­



sin  şərəf,  ləyaqət  və  işgüzar nüfuzunu  pozan  məlumatlar kitablarda  dərc olun­

maqla  yayıla  bilər.

'   Məhz  tanışlarla  şəxsi söhbət böhtanın yayılmasının başlıca üsulu və ya onun yaranmasının 

əsası  hesab edilir (bax:  Кони А.Ф. Судебные речи. СПб.  1905, с.605*606).

2 Гражданское право.  Учебник. Том  I /Пол рсд. Е.А.Сухаиова. M..  I99S.C.737.

3  Белявский  А.В..  Придворов  Н  А  Охрана  чести  н  достоинства  личности  в  СССР.  М  .  1971. 

C.S1; Советское гражданское право. Учебник. Том  1/Под рсд. О.А.Красавчикова.  М..  1985. с 204.

85


Şayiə  ilə  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzu  pozan  məlumatların  yayılması 

mümkündürmü? Şayiə buraxılan zaman ləkələyici  məlumatların  kim tərəfindən 

yayılmasını  müəyyənləşdirmək  mümkün  olmur.  Zərərçəkən  şəxs  üçün  (barə­

sində  ləkələyici  məlumatlar yayılan  şəxs  üçün),  habelə  şərəf,  ləyaqət  və  işgü­

zar nüfuzun mülki-hüquqi müdafiəsi  baxımından çox vaxt  ləkələyici  məlumat­

ların  kim  tərəfindən  yayılmasının  həlledici  əhəmiyyəti  olmur.  İstənilən  hər 

hansı  üsulla  (vasitə  ilə)  ləkələyici  məlumatların yayılma  faktının  özü  əhəmiyyət 

kəsb  edir'.  Buna  görə  də  şayiə  ilə  ləkələyici  məlumatların  yayılması  mümkün­

dür* 2.  Yayılmış  şayiəni  dayandırmaq  mümkün  olmayan  məsələdir.  Məsələn, 

şayiə  yayılır ki,  filan  qadın  əxlaqsız və  pozğun  həyat  tərzi  keçirir.  Belə  hal  qa­

dına əsas verir ki, o, öz şərəf və ləyaqətini müdafiə etsin.

Ləkələyici  məlumatlar məhkəmə  dinləmələri  zamanı  rəsmi  çıxışlar vasi­

təsi  ilə  də  yayıla  bilər.  Sovet  dövrünün  həm  hüquq  ədəbiyyatı3,  həm  də  məh­

kəmə təcrübəsi4  məhz bu mövqedə  durur.  Məsələn,  qadın  boşanma  işinə dair 

məhkəmədə  çıxış  edən  zaman  göstərir  ki,  onun  əri  vəhabilər  cərəyanının  nü­

mayəndəsidir.

Xəlvəti,  gizli  olaraq  xəbər  verməni  (ona  rus  dilində  «soobhenie  svede- 

niy  po  sekretu»  deyilir)  ləkələyici  məlumatların  yayılma  üsulu  (vasitəsi)  he­

sab etmək olar.  Ona görə  ki,  bu üsul  heç də  qətiyyən  şərəf,  ləyaqət və işgüzar 

nüfuzun  pozulmasını  aradan  qaldırmır,  zərərli  nəticənin  baş  verməsini  istisna 

etmir.


Məhkəmə  qətnamə  və  hökmləri,  ibtidai  istintaq  orqanlarının  qərarları  və  di­

gər  rəsmi  sənədlər  məlumatların  yayılma  üsulu  (vasitəsi)  hesab  edilə  bilməz 

Həmin  sənədlərin  məzmunundan  qanunla  müəyyənləşdirilən  başqa  qaydadc 

şikayət edilməsi nəzərdə tutulur5.

Məlumatların  hansı  formada  yayılmasının  məsələyə  dəxli  yoxdur6.  Belə  ki 

şəxsin  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzunun  mülki-hüquqi  müdafiəsi  baxı­



mından  ləkələyici  məlumatların  hansı  formada  yayılmasının  əhəmiyyəti 

yoxdur.  Ləkələyici  məlumatlar isə  hüquq  ədəbiyyatında7  və  məhkəmə  plenu­

mu  qərarında8  göstərildiyi  kimi  iki formada  yayıla  bilər:  yazılı  formada;  şifahi 



formada.

Mətbuatda  dərcetmə,  məktub,  ərizə,  şikayət,  xasiyyətnamə,  rəsmi  sənəd­

lər və b.  məlumatların yayılmasının yazılı formasına aiddir.

Yığıncaqda,  iclasda,  mitinqdə  çıxış  etmək,  radio  və  televiziya  vasitəsilə  ya-

’ Советское гражданское право. Учебник. Том  1/Под рсд. О.А.Красавчикова.  М.,  1985. с.205.

2 Гражданское право. Учебник. Том  I/Пол рсд.  ЕЛ.Сухапоса.  М.,  1998, с.737.

3  Пурцхвапидзе  Б.З.  Охрана  чести  и  достоинства  личности  в  советском  уголовном  праве, 

докт.дисс.  с. 152-153;  Белявский  А.В..  Придворов  Н.А.  Охрана  чести  и  достоинства  личности  в 

СССР. М..  1971, с.79.

4  Вах: дело 

2-50-64 во Вссволжском городском народном суде Ленинградской области.

5  Вах:  пункт  3  постановления  Пленума  Верховного  Суда  РФ  от  18  августа  1992  г,  №  I I ;  

Гражданское право России. Учебник.  Часть  1/Под рсд. З.И.Цыбуяенко.  М.,  1998, с. 170.

Иоффе О.С.  Советское гражданское право. М.,  1967, с.322.

7  Малыш  Н С.  Охрана  ııp.ııı  личности  советским  законодательством.  М.,  1985;  Малыша  М  П. 

Защита  личных неимущественных прав советских граждан.  М.,  1991, с.62.

8 Вах:  пункт 2 постановления Пленума Верховного Суда РФ от  18 августа  1992 г, №  I I .

86


Yayılmış məlumatların 

şəxsin  (zərərçəkənin, 

iddiaçının) şərəf,  ləyaqət 

və işgüzar nüfuzunu 

ləkələməsi

yım,  şəxsi  söhbət,  telefon  danışığı  və  s.  isə  məlumatlann  yayılmasının  şifahi 

formasına  misaldır.

Məhkəmə  şəxsin şərəf,  ləyaqət və işgüzar nüfu­

zunun  müdafiəsi  barədə  iddiaya  baxarkən  mü­

əyyənləşdirməlidir.  yayılmış  məlumatlar  şəxsin 

şərəf, ləyaqət və işgüzar nüfuzunu  ləkələmişdir­

mi? Qeyd etmək lazımdır ki, Yayılmış  məlumat­

lar ləkələyici xarakterə malik olmalıdır.

Qanun  ləkələyici  məlumatların  hər hansı əlamətini  müəyyən  etmir.  Qanun­

da  bu cür  məlumatların  heç olmazsa, təxmini siyahısı da verilmir.

«Ləkələyici  məlumatlar»  ifadəsi rus dilinə  «poroçahie  svedeniə»  kimi tərcü­

mə  edilir.  «Poroçahie»  ifadəsi  «poroçitğ»  kəlməsindən  yaranmışdır.  «Poro- 

çitğ»  kəlməsi  isə  lüğətlərdə  «pisləmək»,  «bəyənməmək»,  «qınamaq»,  «nöq­

san  tapmaq»,  «kiminsə  haqqında  pis  (bəd,  yaman)  danışmaq»,  «qeybətini 

aparmaq»,  «tənə  vurmaq»,  «etibardan,  nüfuzdan  və  ya  hörmətdən  salmaq», 

«gözdən  salmaq»,  «adını  batırmaq»,  «biabır etmək»  və s.  kimi  mənalarda tər­

cümə olunur'.

Məhkəmə  plenumu  qərarında  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzu  ləkələyən 

məlumatların  ümumi  anlayışı  formulə  e d ilir:  ləkələyici  məlumatlar  dedikdə, 

fiz ik i  şə xslə r  (hü q u q i  şəxslər)  tərəfindən  qüvvədə  olan  qanunvericiliyin 

və  ya  əxlaqi-m ənəvi  p rin sip lə rin   pozulması  barədə  elə  informasiya  başa 

d ü ş ü lü r  ki,  həm in  inform asiya  fiziki  şəxslərin  şərəf  və  ləyaqətini  və  ya 

ş ə xslə rin   (fiziki  və  hüquqi  şəxslərin)  işgüzar  nüfuzunu  alçaldır,  onları 

qiym ətdən  salır.

Məhkəmə  plenumu  qərarında  həm  də  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzu  lə­

kələyən  məlumatların  təxmini  siyahısı  verilir:  şərəfsiz  davranış  barədə  məlu­

mat;  əmək  kollektivində  düzgün  olmayan  davranış  (nalayiq  davranış)  barədə 

məlumat;  həyatda  (məişətdə)  düzgün  olmayan  (nalayiq  davranış)  barədə  mə­

lumat;  istehsal-təsərrüfat və ictimai fəaliyyəti gözdən salan  məlumat və s.

Şübhəsiz  ki,  şəxslər  barədə  istənilən  məlumat  onların  şərəf,  ləyaqət və  iş­

güzar  nüfuzunu  pozmaq xüsusiyyətinə  malik deyildir.  Buna  görə  də hər hansı 

məlumat  istisnasız  olaraq  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzu  ləkələyən  məlu­

matlar (ləkələyici  məlumatlar)  sırasına  aid  edilə  bilməz.  Bəs,  müvafiq  informa­

siyanı  ləkələyici  məlumat  kimi  qiymətləndirmək  üçün  hansı  meyar  (əlamət) 

əsas  götürülməlidir?  Başqa  sözlə  desək,  hansı  meyar  (əlamət)  əsasında 

şəxs barəsində yayılmış informasiyanı  ləkələyici  məlumat hesab etmək olar?

Qeyd  etmək  lazımdır ki,  barəsində inform asiya yayılmış şəxsin  (yəni zə­

rərçəkən  şəxsin,  iddiaçının)  subyektiv  fik ri  və  m ülahizəsi  özlüyündə  hə­

m in  in form asiyanı  ləkələyici  m əlum at  hesab  etmək  üçün  əsas  ola  bil­

məz.  Həmin  şəxs  öz  subyektiv fikri və  mülahizəsi  əsasında  hesab  edə və qiy­

mətləndirə  bilməz ki,  barəsində yayılmış informasiya onun şərəf,  ləyaqət və iş- 1



Даль  В.  Толковый  словарь  живого  великорусского  языка.  Том  3.  М-,  1982;  Ожегов  С П  

Словарь  русского языка.  М.,  I960;  Волин  Б.И..  Ушаков  Д.Н.  Толковый  словарь русского  языка. 

М.,  1939.

г Вах:  пункт 2 постановления Пленума Верховного Суда РФ от  18 августа  1992 г. X?  11

87


güzar nüfuzunu  ləkələyən  məlumatdır.  Deməli,  subyektiv  meyar (əlamət) əsa­

sında müvafiq  informasiyanı ləkələyici məlumat kimi qiymətləndirmək olmaz.

Müvafiq informasiya ancaq o zaman  ləkələyici  məlumat kimi qiymətləndirilə 

bilər  ki,  həmin  informasiya  şəxsi  (zərərçəkəni)  q a n u n ve ricilik  və  ya  əxlaq 

normalarına  əməl  olunması  baxımından  ictimaiyyətin,  kollektivin  və  yaxud 

ayrı-ayrı  vətəndaşların  nəzərində  gözdən  (nüfuzdan,  etibardan)  salsın,  adını 

batırsın  və  onu  biabır  etsin’ .  Yalnız  o  informasiya  ləkələyici  məlumatlara  aid 

edilə  bilər  ki,  həmin  informasiya  hüquq  (qanunvericilik)  və  ya  əxlaq  n ö q te ­

yi-nəzərindən  m ənfi  qiym ətlə n d irilsin * 2.  Deməli,  obyektiv  meyar  (əlamət) 

əsasında  müvafiq  informasiya  ləkələyici  məlumat  hesab  edilir.  Buna  görə  də 

hüquq  ədəbiyyatında  haqlı  olaraq  göstərilir  ki,  informasiyanı  ləkələyici  məlu­

mat kimi qiymətləndirməyin  əsasını  Subyektiv  meyar  (əlam ət)  yox,  o b ye ktiv 

meyar (əlamət) təşkil  edir3.

Misala  müraciət  edək.  Ahıl  yaşında  olan  qadın  öz  qonşularına  söyləyir  ki, 

onun  yaşadığı  mənzillə  üzbəüz olan  mənzilə  ailəli  olmayan  gənc  qız  köçmüş­

dür.  hər  gün  həmin  mənzilə  qonaqlar  gəlir,  mənzildən  musiqi  səsləri  eşidilir 

və  s.  Gənc  qız  hesab  edir və  fikirləşir  ki,  onun  barəsində  yayılan  informasiya 

şərəf  və  ləyaqətini  ləkələyir.  Buna  görə  də  o,  öz  şərəf  və  ləyaqətini  müdafiə 

etmək üçün  iddia  ilə məhkəməyə  müraciət edir.  Məhkəmə  iddianı  təmin  etmə­

yəcəkdir.  Ona  görə  ki,  gənc qız barəsində yayılan  informasiya  obyektiv meya­

ra  (əlamətə)  yox,  subyektiv  meyara  (əlamətə)  əsaslandığına  görə  onun  şərəf 

və  ləyaqətini  ləkələyən  məlumat  kimi  qiymətləndirilmir.  Belə  informasiya  gö­

ründüyü  kimi,  qanunvericilik və  ya  əxlaq  normalarına  əməl  olunması  baxımın­

dan  gənc  qızı  qonşulann  nəzərində  gözdən  salmır,  onu  alçaltmır,  şərəfsiz  et­

mir, adını batırmır və  biabır etmir.

Əgər  qadın  öz  qonşularına  söyləsə  idi  ki,  gənc  qız  onun  mənzilinə  gələn 

yad  kişilərlə  əxlaqsız  hərəkətlər edir,  onlarla  qumar oynayır,  əyyaş  həyat  tərzi 

keçirir,  onda  demək olar ki,  bu  informasiya  gənc qızı əxlaq  norma  və  qaydala­

rına  əməl  olunması  baxımından  qonşuların  nəzərində  gözdən  salır,  onu  şərəf­

siz və biabır edir.  Buna  görə də  həmin  informasiya  gənc qızın şərəf və  ləyaqə­

tini  ləkələyən  məlumat  kimi  qiymətləndirilir.  Belə  qiymətləndirmənin  əsasında 

isə  subyektiv  meyar  (əlamət)  yox,  obyektiv  meyar  (əlamət)  durur.  Buna  görə 

də  məhkəmə  şərəf və  ləyaqətini  müdafiə  etmək  barədə  gənc  qızın  iddiasını 

təmin etməlidir.

Hansı  informasiyanın şərəf,  ləyaqət və işgüzar nüfuzu  ləkələyə  bilməsi  mül­

ki  hüquq  elmində  mübahisə  doğuran  məsələdir.  Müəlliflərdən  O.S.loffenin 

mövqeyinə  görə,  şərəf və  ləyaqət yalnız  o  zaman  pozula  bilər  ki,  şərəf və  lə­

yaqət müəyyən faktlar barədə  məlumatların yayılması  ilə  ləkələnsin4.  Ləkələyi­

ci  məlumatlar  qiymətvermə  haqqında  yox,  yalnız  müəyyən  faktlar  barəsində

’  Maıetın И C  Охрана npan личности советским законодательством. M.,  I9S5, c.32-33.

2 Советское гражданское право. Учебник. Том  İ /Под род. О.А.Красавчикова,  М.,  1985. с.205.

3  Ярощеико  К Б .  Жизнь  и  здоровье  под  охраной  закона.  М.,  1990,  с. 159;  Комментарий  к 

Гражданскому кодексу Российской Федерации. Часть  1/Под рсд. О.П.Садикоса.  М .,  1999, с.335.

Иоффе  О С  Новая  кодификация советского  гражданского законодательства  и  охрана  чести 

и достоинства граждан//Совстскос государство и право.  1962, № 7. с.64.

88


yayıla bilər’ .

Digər  müəlliflər  isə  göstərirlər  ki,  ləkələyici  məlumatlar  həm  faktlara,  həm 

də  qiymət  (xarakteristika)  verməyə  aid  ola  bilər.  Bu  mövqe  alimlər  arasında 

daha geniş yayılmışdır1

 2.

Fikrimizcə,  ikinci qrup alimlərin  mövqeyi  daha inandırıcıdır.  Belə ki, birincisi, 



ilk  növbədə  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzu  ləkələyən  məlumatlar  müəyyən 

şəxsin  konkret davranış  (əməl) faktına aid olub, həmin fakt barəsində ya­

yıla  bilər.  Söhbət  şəxsi  gözdən,  etibardan  və  hörmətdən  salan,  onun  adını 

batıran  və  biabır  edən  konkret  faktlardan  (əməllərdən)  gedir.  Məsələn,  vətən­

daş rayon  qəzetində  yazdığı  məqalədə göstərir ki,  guya  kənd  sakinlərindən V. 

qanunsuz  (icazəsiz)  ov  etdiyinə görə  brokonyerdir.  Başqa  bir  misalda  işçi  mi­

tinqdə  çıxış  edərək  işlədiyi  təşkilatın  müdirini  (vəzifəli  şəxsi)  rüşvət  almaqda 

təqsirləndirir.  Bu  misallarda  şərəf və  ləyaqəti  ləkələyən  məlumatlar şəxslərin 

konkret davranış (əməl) faktlarına toxunur.

İkincisi,  şərəf,  ləyaqət və işgüzar nüfuzu ləkələyən  məlumatlar şəxsə və ya 



onun  əməllərinə  qiymət  (xarakteristika)  vermək  formasında  da  ola  bilər. 

Söhbət  müəyyən  şəxsin  davranışına,  bir  qayda  olaraq,  mənəvi  qiymət  ver­

məkdən,  onun  həyatına  dair  bu  və  ya  digər faktları  xarakterizə  etməkdən  ge­

dir.  Məsələ  burasındadır ki,  şəxs barədə  məlumatların xeyli  hissəsi ictimaiyyə­

tin  nəzərinə  qiymət  (xarakteristika)  vermə  formasında  çatır.  Düzgün  qiymət 

(xarakteristika)  verməmək  isə  şəxsin  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzunu  al­

çaltmaq,  onların  dəyərini  azaltmaq  xüsusiyyətinə  malikdir.  Məsələn,  qəzetdə 

yazılan  məqalədə  vətəndaş  A-ya  belə  xarakteristika  verilir  ki,  guya  o,  müftə- 

xor,  tüfeyli,  cəncəl  və  çirkin  adamdır.  Başqa  bir  misalda  yığıncaqda  çıxış edən 

şəxslərdən  biri  tərəfindən  vətəndaş  D.  oğru,  xain,  satqın,  riyakar və tamahkar 

adam  kimi  xarakterizə  olunur.  Daha  bir misalda  şöbə  rəisi  müəssisənin  əmək 

kollektivinin  yığıncağında  çıxış edərək  göstərir ki,  guya  işçi  K. öz  işinə vicdan­

la  yanaşmır.

Göründüyü  kimi,  göstərilən  hallarda  söhbət  şəxsə  qiymət  (xarakteristika) 

verməkdən  gedir.  Buna  görə  də  şəxsə  (və  ya  onun  əməlinə)  qiymət  (xarakte­

ristika)  vermək  barədə  informasiya  şərəf,  ləyaqət  və  işgüzar nüfuzu  ləkələyə 

və  alçalda  bilər.

Buradaca  dərhal  qeyd  etməliyik  ki,  məlumatlar  təmiz  qiymətvermə  fik­



rindən  (mülahizəsindən)  ibarət ola  bilməz3.  Belə fikir müəyyən  şəxs tərəfin­

dən  başqa  şəxsin  yaratdığı  mənəvi  məhsullara  (əsərlərə  və  yaradıcılıq  fəaliy­

yətinin digər nəticələrinə),  habelə onun fəaliyyətinə qiymət verilməsi üçün söy­

lənir.  Belə  təmiz  qiymətvermə  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzu  ləkələyən



1 Иоффе О.C.  Советское гражданское право.  M..  1967, c.322.

Белянский А.В.  Судебная  зашита чести и достоинства граждан.  М..  1966, с.$; Белянский А.В., 



ПриВсорои  Н А .  Охрана  чести  и  достоинства  личности  а  СССР  М.,  1971, с.  55-57;  М ании  Н С  

Охрана  прав  личности  советским  законодательством.  M.,  I9S5,  сЗЗ;  Советское  гражданское 

право.  Учебник. Том  1/Под ред. О.А. Красавчикова. M.,  I9S5, с.206.

3  Иоффе  О.С.  Советское  гражданское  право.  М.,  1967,  с.322;  М ании  Н.С.  Охрана  прав 

личности  советским  законодательством.  М „   1985. с.33  Bu  barədə  başqa  belə  fikir də  söylənilir 

ki.  qiymət  vermənin  şərəf və  ləyaqəti  ləkələməsi  qiymətin  verildiyi  konkret  haldan  asılıdır (öax. 



Белявский А.В.. ПриВоорос Н А . Охрана чести и достоинства личности в СССР. M.,  1971. с.68).

89


məlumat  hesab edilmir.  Məsələn,  belə fikir söylənilir ki,  o,  guya  maraqsız  ki­

tab yazmışdır və ya zəif tələbədir və ya  pis müğənnidir və ya  maraq  doğurma­

yan müəllimdir və ya zövqü olmayan rejissordur və ya  musiqini dinləmək qabi­

liyyətindən  məhrumdur  və  s.  Vətəndaş  geniş  əhali  kütləsinin  qarşısında  çıxış 

edərək  göstərir  ki.  filan  müğənni  pis  müğənni  olub,  yaxşı  oxumur  və  xoşuma 

gəlmir.  Bu,  müğənninin  şərəf və  ləyaqətini  ləkələyən  məlumat  sayılmır.  Buna 

görə də onun şərəf və ləyaqətinin  müdafiəsi  barədə  iddia təmin edilə bilməz.

Şəxsin  fiziki  (cism ani)  qüsuru  (şikə stliyi)  və  x ə stə liyi  barədə  in fo rm a ­

siya  şərəf  və  ləyaqəti  ləkələyən  m əlum at  hesab  e d ilm ir.  Buna  görə  də, 

əgər şəxsin  həmin  keyfiyyətləri  (xüsusiyyətləri)  barədə  məlumatlar  yayılarsa, 

belə  hal  onun  şərəf və  ləyaqətinin  müdafiəsi  üçün əsas ola  bilməz.  Çünki  şə­

rəf şəxsin  əməllərinə  uyğun  olaraq  formalaşır.  Əməllər  isə  şəxsin  öz  iradə  və 

şüurundan  asılı  olaraq  edilir.  Şəxsin  şərəfi  haqqında  yalnız  onun  ş ü u rlu -ira - 

dəvi  əməllərinə  əsasən  fikir  və  mülahizə  söyləyirlər.  Fiziki  qüsur  (şikəstlik) 

və xəstəliyə  gəldikdə isə qeyd etmək lazımdır ki,  onlar şəxsin  iradə  və şüurun­

dan  asılı olmayan  keyfiyyət və xüsusiyyətlərdir.  Buna  görə  həmin  keyfiyyət  və 

xüsusiyyətlər  şəxsin  şərəfinin  formalaşmasına  təsir  göstərə  bilməz.  Məhz  bu 

səbəbdən  bu keyfiyyət və xüsusiyyətlər barədə  məlumatların  yayılması  və fikir 

söylənilməsi  şərəf  və  ləyaqətin  müdafiəsi  barədə  iddia  verilməsi  üçün  əsas 

ola bilməz.  Məsələn, vətəndaş A.  özünün  tanış-bilişlərinə  söyləyir ki,  vətəndaş 

B.  şəkərli  diabet  xəstəliyinə  tutulmuşdur.  Başqa  bir  misalda  vətəndaş  K.  söy­

ləyir ki,  onun  qonşusu  kardır və  eşitmir və  ya  vətəndaş  S.-nin  gözlərindən  biri 

kordur və yaxşı görmür və s.

Bununla  belə,  əgər  şəxsin  xəstəliyi  onun  əxlaqsız  əm əlləri  ilə  bağlı 

olarsa,  onda  həmin  xəstəlik  barədə yayılan  in form asiya  onun  şərəf və  lə­

yaqətini  ləkələyən  m əlum at  kim i  qiym ətlə n d irilir.  Buna  görə  də  həmin 

şəxs  şərəf  və  ləyaqətinin  müdafiəsi  barədə  iddia  verə  bilər.  Məsələn,  vətən­

daş  belə  bir məlumat  yayır  ki,  guya  onun  qonşusu  sifilis  (dəri-zöhrəvi)  xəstəli­

yinə tutulmuşdur.  Qonşu öz şərəf və ləyaqətini  müdafiə etmək  üçün  məhkəmə 

qaydasında  iddia  verir.  Məhkəmə  iddianı  təmin  etməlidir.  Ona  görə  ki,  şəxsin 

sifilis  xəstəliyinə  tutulması  onun  əxlaqsız  və  pozğun  həyat  tərzi  keçirməsi  ilə 

bağlıdır.  Belə xəstəlik barədə  yayılan  doğru  olmayan  məlumat əxlaq  norma  və 

qaydalarına  əməl  olunması  baxımından  şəxsi  gözdən  salır,  onu  biabır  edir və 

ləkələyir.

Konkret  şəxs  tərəfindən  cinayət  tö rə d ilm ə si  barədə  inform asiyanın

şərəf və  ləyaqəti  ləkələyən  məlumat sayılması  hüquq ədəbiyyatında  mübahisə 

doğuran  məsələdir.  Bu  barədə  bir-birindən fərqli  iki  müxtəlif fikir söylənilir.  Bə­

zi müəlliflər göstərirlər ki,  şəxsin cinayət törədilməsində  ittiham olunması  barə­

də  ləkələyici  məlumatlara  mülki  qaydada  baxmaq  olmaz,  çünki  cinayət  işləri­

nin  araşdırılması  istintaq  orqanlarının  səlahiyyətinə  aiddir;  məhkəmə  müvafiq 

sübutlara  malik  olmadan  ittihamın  həqiqətə  uyğun  olmaması  barədə  qərar  çı­

xarmaqla cinayətkarı təmizə çıxara bilməz.

Bunun  əksi  olan  mövqedə  duran  digər  müəlliflər  isə  qeyd  edirlər  ki,  mülki 

qanunvericiliyin şərəf və ləyaqətin  müdafiəsi  barədə  müvafiq  norması  ləkələyi­

ci  məlumatların  məzmunu  barədə  hər hansı  istisnaya  yol vermir,  məhdudiyyəl

90


nəzərdə  tutmur  və  buna  görə  də  şəxsin  cinayət  törədilməsində  ittiham  olun­

ması barədə ləkələyici  məlumatlara mülki qaydada baxılmalıdır'.

Bizim  fikrimizcə,  ikinci  qrup  alimlərin  irəli sürdükləri  fikir  həqiqətə  daha ya­

xındır.  Belə  ki,  hər hansı  şəxsi  etibarlı  sübutlar olmadan  cinayət törətməkdə it­

tiham  etmək  çox  ciddi  məsələdir.  Cinayət törətməkdə  ittiham  olunan  şəxs  öz 

təmiz  adını  hər  cür  qanuni  üsullarla,  o  cümlədən  mülki  üsulla  (qaydada)  mü­

dafiə  etməlidir.  Göstərilən  halda  şəxsi  mülki-hüquqi  müdafiədən  məhrum  et­

mək ədalətsizlik olardı.

Hesab edirik  ki,  şəxsin  cinayət törədilməsində  ittiham  olunması  barədə 

ləkələyici  məlumatlara  mülki  qaydada  nəinki  baxmaq  lazımdır,  hətta  on­

lara  baxılması  mümkün  olan  məsələdir.  Belə  ki,  bu  cür  iddiaları  araşdırar­

kən  məhkəmə  tərəflərin  xahişi  ilə  və  ya  öz təşəbbüsü  ilə  istintaq-prokurorluq 

orqanlarına  və  digər səlahiyyətli  orqanlara  sorğu  göndərir.  Bununla  məhkəmə 

şəxsin  cinayət  törədib-törətməməsi  barədə  məlumat  əldə  edir.  Məsələn,  qə­

zetlərin  birində  belə  məlumat yayılır ki. guya vətəndaş A. filan  qadını zorlamış- 

dır.  Vətəndaş A.  şərəf və  ləyaqətini  müdafiə  etmək  üçün  mülki  qaydada  məh­

kəməyə  iddia  verir.  Məhkəmə  prokurorluq  və  istintaq  orqanlarına  sorğu  gön­

dərir  və  bunun  nəticəsində  göstərilən  cinayətin  baş  verməməsi  barədə  məlu­

mat  alır.  Deməli,  şəxs  hər hansı  vətəndaşı  cinayət etməkdə  (məsələn,  korrup­

siyada,  rüşvətxorluqda,  adam  oğruluğunda  və  digər  cinayətlər  etməkdə)  təq­

sirləndirərsə,  həmin  vətəndaş  öz  şərəf  və  ləyaqətini  mülki  qaydada  müdafiə 

edə  bilər.

Yayılmış  ləkələyici  məlumatlar  vətəndaşlann  və  hüquqi  şəxslərin  istənilən 

fəaliyyət  sahəsinə  aid  ola  bilər.  Bu  cür  məlumatlar hər  şeydən  əvvəl,  şəxslə­

rin  əmək,  peşə  fəaliyyəti  sahəsinə  toxunur,  vətəndaşların  öz  əmək və  peşə 

borcunu  (vəzifəsini) yerinə yetirməməsi barədə yayılır (işçi guya əmək intizamını 

pozmuşdur;  universitetin  professoru  olmasına  baxmayaraq,  guya  on  il  ərzində 

elmə  heç nə verməmişdir;  işçi guya öz vəzifəsinə vicdanla yanaşmır; o, guya öz 

həkimlik borcunu yerinə yetirmir;  işçi guya zay məhsul istehsal edir və s.).

Ləkələyici  məlumatlar həm  də son  dərəcə şəxsi  həyat hallarına, ailə-mə­



işət  məsələlərinə  aid  ola  bilər  (qadının  evinə  guya  axşamlar  hər  hansı  kişi 

gəlir,  orada  gecələyir və  sərxoşluqla  məşğul  olur;  qəzetdə yazılır ki,  qadını gu­

ya  hər  hansı  kişi  ilə  intim  vəziyyətdə  görüblər;  işçi  qadın  guya  müəssisənin 

müdiri ilə  intim əlaqədə olub və s.).

„  



ı 



.1 

Şərəf,  ləyaqət  və  işgüzar  nüfuzun  müdafiə  edil-



Yayı nuş məlumatların 

v  

.  ! 

. . . .  



. . . .  

.

həaiaətə uväun 

məsl  barədə  lddıa  verilməsinin  və  bu  iddianın  tə-

(doöru) olmaması 

min  “ im a s ın ın   üçüncü  şərti  yayılmış  ləkələ­



yici  məlumatların  həqiqətə  uyğun  olmamasın­

dan,  yəni  onların  doğru  olmamasından  ibarətdir.  Yayılmış  ləkələyici  məlu­

matlar  əsassız,  uydurma  və  yalan  xarakterə  malik  olmalıdır.  Yalnız  bu  şərt

'   Белянский А.В..  Придворов H.A.  Охрана  чести  и достоинства личности  в  СССР.  М.,  1971, с. 

74-75; Маясии  Н С .  Охрана  прав личности  советским законодательством.  М.,  1985, с.ЗЗ; Малеина 



М  Н.  Зашита  личных  неимущественных  прав  советских  граждан.  М.,  1991,  с.59;  Белявский А.В. 

Судебная защита чести и достоинства граждан. М.,  1966, с. 10.

91


mövcud olduqda  şərəf,  ləyaqət və  işgüzar nüfuz alçalır,  pozulur və  onlara  zə­

rər vurulur.



Yayılmış  ləkələyici  məlumatların  həqiqətə  uyğun  olmaması  dedikdə,  ilk 

növbədə ümumiyyətlə,  mövcud olmayan  hallar (faktlar)  barəsində yayılan 

informasiya  başa düşülür.  Məsələn,  hər hansı şəxs belə  bir məlumat yayır ki, 

guya onun  qonşusu  alkoqolikdir və  ya  narkotik  vasitələrdən  istifadə  edir.  Baş­

qa  bir misalda  qəzetdə  belə bir məlumat yayılır ki,  guya  dövlət  orqanında  çalı­

şan vəzifəli şəxs vəzifəsindən  sui-istifadə etməklə özünə  bahalı  minik avtomo­

bili  almış  və  bağ  evi  tikdirmişdir.  Əslində  isə  göstərilən  hallardan  (faktlardan) 

hər hansı biri ümumiyyətlə,  mövcud olmamışdır.

Digər tərəfdən,  ləkələyici  məlumatların  həqiqətə  uyğun  olmaması  ayrı-ayrı 

halların  (faktların)  olduğu  kimi  (necə  var)  əks  etdirilməməsi  deməkdir. 

Məsələn,  işçi öz ərizəsi  ilə (öz istəyi  ilə)  işdən çıxır.  Qəzetdə  belə  bir məlumat 

yayılır ki,  guya  işçi iş yerində  müntəzəm  surətdə sərxoşluq  etdiyinə görə tutdu­

ğu  vəzifədən  azad  edilmişdir.  Göründüyü  kimi,  bu  ləkələyici  məlumat  işçinin 

işdən çıxma faktını olduğu kimi (necə var) göstərmir.

Məhkəmədə  işə  baxılan  zaman  yayılmış  ləkələyici  məlumatların  həqiqətə 

uyğun  olmasını  cavabdeh,  yəni  həmin  məlumatları  yayan  şəxs  (zərərvuran 

şəxs)  sübut  etməlidir.  Ona  görə  ki,  əvvəldə  qeyd  etdiyimiz  kimi,  Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsi  yayılmış  məlumatların  həqiqətə  uyğun  ol­



maması  prezumpsiyasından  çıxış  edir'  (MM-in  23-cü  maddəsinin  1-ci  bən­

di).  Ona  görə  də  bunun  əksini,  yəni  yayılmış  məlumatların  həqiqətə  uyğun 



olmasını  həmin  məlumatları  yayan  şəxs  (cavabdeh)  sübut  etməlidir.  İddi­

açı  (zərərçəkən  şəxs)  məlumatların  həqiqətə  uyğun  olduğunu  sübuta  yetirmə­

yə  borclu  deyildir.  Əlbəttə,  o,  özü  haqqında  yayılmış  ləkələyici  məlumatların 

həqiqətə  uyğun olmamasını sübuta yetirmək hüququndan  məhrum  deyil.

Əgər  cavabdeh  (zərərvuran,  ləkələyici  məlumatı  yayan  şəxs)  məhkəmədə 

işə  baxılan  zaman  iddiaçı  barədə  yaydığı  ləkələyici  məlumatların  doğru  (həqi­

qətə  uyğun)  olduğunu  sübuta  yetirə  bilməsə,  onda  iddiaçının  (zərərçəkənin) 

iddiası  təmin  olunur.  Belə  halda  iddiaçını  (zərərçəkəni)  ləkələyən  sübuta  yeti­

rilməmiş  məlumatlar yalan  və  uydurma  hesab  edilir ki,  bu  hal  qanunun  müəy­

yənləşdirdiyi  təmizlik  (düzlük)  prezumpsiyasına  uyğun  gəlir2.  Özü  də  məlu­

matların  yalan  və  uydurma  olub-olmaması  məsələsi  işə  məhkəmədə  baxılar­

kən müəyyən edilir.

Əgər məhkəmə  müəyyən etsə  ki,  iddiaçını  (zərərçəkəni)  ləkələyən  yayılmış 

məlumatlar  yalan  və  uydurm a  yox,  doğru  və  həqiqətə  uyğundur,  onda 

iddia  təmin  olunm ur.  Ona  görə  ki,  yayılmış  məlumatlar  iddiaçını  (zərərçəkə­

ni), onun  əməl  və  davranışını  nə qədər mənfi xarakterizə etsə  də,  ona  xoş ol­

mayan təsir bağışlasa  da,  həmin  məlumatlar şərəf,  ləyaqət və  işgüzar nüfuzun 

alçalmasına,  bu  nemətlərin  qiymətinin  azalmasına  səbəb  olmur.  Düzdür,  belə 

hallarda  da  iddiaçının  (zərərçəkənin)  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzu  alçalır, 

onların  qiyməti  azalır.  Lakin  ona,  yəni  şərəf,  ləyaqət və  işgüzar nüfuzun  alçal- 1

1  11о<1>фе ОС. Советское гражданское право.  М.,  1967, с.323.

Мамин  ПС.  Охрана  прав  личности  советским  законодательством.  М.,  1985.  с.34; 

Гражданское право  Учебник. Том  1/Под рсд. ЕЛ.Суханова.  М.,  1998, с.735.

92


masına  yayılmış  məlumat  yox,  iddiaçının  (zərərçəkənin)  davranışı  səbəb  olur. 

Yayılmış  məlumatlar  bu  davranışı  yalnız özündə  əks  etdirir’ .  İddiaçının  (zərər­

çəkənin)  məhz özünün davranışı  (əməli,  hərəkəti) onun şərəf,  ləyaqət və işgü­

zar nüfuzunu  pozur,  ləkələyir.

İddiaçı barədə doğru və həqiqətə uyğun məlumatlar yayılması həmin şəxsin 

cəmiyyətin  mühakiməsinə  verilməsini,  onun  tənqid  olunmasını  ifadə  edir.  Bu, 

həm  bütövlükdə  cəmiyyətin  mənafeyinə,  həm  də iddiaçının  mənafeyinə  uyğun­

dur.  Doğru və  həqiqətə uyğun faktlara əsaslanan tənqid vacib tərbiyəvi əhəmiy­

yətə malik olub,  mənfi qüsur və çatışmazlıqlardan azad olmağa kömək edir.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə