Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  1.  Şərəf,  ləyaqət və işgüzar



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   54
oteller movzu
§  1.  Şərəf,  ləyaqət və işgüzar 

nüfuz hüquqları  şəxsi  qeyri-əmlak əmlak

Şərəf,  ləyaqət və 

işgüzar nüfuz 

hüquqlarının  əsas 

xüsusiyyətləri

Şərəf,  ləyaqət  və

terizə  olunur ki,  həmin  hüquqlar şəxsiyyətin  özündən  ayrılmaz olub,  özgənin- 

kiləşdirilmir.

Hüquq  ədəbiyyatı səhifələrində  bəzi  müəlliflər göstərirlər ki.  subyektiv mülki 

hüquq  kimi  şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  hüquqlarından  danışmaq  düzgün 

deyil.  Həmin  müəlliflər öz fikirlərinin əsaslı olmasını bununla  izah edirlər ki, ob­

yektiv  hüquq  (qanun)  şərəf,  ləyaqət və  işgüzar  nüfuz hüquqları sahibinin  necə 

davranmasını  (davranışını)  müəyyən  etmir.  Subyektiv  hüquq  isə  müəyyən 

davranış  imkanı  deməkdir.  Onların fikrincə,  qanun yalnız  həmin  hüquqlann  po­

zulması  zamanı  onlann  müdafiəsini  nəzərdə  tutur və  buna  görə  də  şərəf,  ləya­

qət  və  işgüzar  nüfuzun  müdafiəsi  haqqında  subyektiv  hüquqdan  danışmaq  da­

ha  düzgündür* 2.  V.A.Tarxov da şərəf və  ləyaqət hüququnu  subyektiv hüquq kimi 

tanımır3 4

 5

.  Müəlliflərdən  K.F.Yeqorov  və  digərləri  analoji  mövqedə  dururlar (düz­



dür,  onlar öz mövqelərini əsaslandırmaq üçün başqa arqumentlər gətirirlər)1.

Güman  edirik  ki,  məsələyə  bu  cür yanaşmaq  həqiqətdən  uzaqdır.  Belə  ki, 



şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  hüququ  subyektiv  hüquqlardan  biridir 

Bunun üçün  kifayət qədər əsaslar vardır.  Şərəf,  ləyaqət və işgüzar nüfuzu mü­

dafiə  hüququna  gəldikdə  isə  qeyd  etmək  lazımdır ki,  o.  şərəf,  ləyaqət və işgü­

zar  nüfuz  hüququ  kimi  subyektiv  hüququn  məzmununa  daxil  olan  səlahiyyət­



hüququnun növləri  kimi

Şərəf,  ləyaqət və işgüzar nüfuz hüquqları şəxsi xarak­



terli  qeyri-əmlak  hüquqları  hesab  edilir'.  Onlar  səla­

hiyyətli  şəxsin  (yəni  həmin  hüquq sahibinin,  hüquq da­

şıyıcısının)  şəxsiyyətini  fərdiləşdirməyə yönəlir (işgüzar 

nüfuz hüququ həm də hüquqi şəxslərə məxsus olur), 

işgüzar  nüfuz  hüquqları,  bir qayda  olaraq,  onunla  xarak-

’  Белявский А  В  Судебная зашита мести и достоинства граждан. М ,   1966, с.5.



7 Гражданское право России.  Учебник.  Часть  1/Подрел. З.Н.Цыбуяенко.  M .  199$, с.169.

3  Торгов  В.А  Осуществление  гражданских  прав//В  сб.  «Развитие  прав  граждан  СССР  и  де­

ление их охраны  на современном этапе коммунистического строительства». Саратов.  1962, с. 115

4  Егоров  К  Я   Личные  неимущественные  права  граждан  СССР//Уч.  зал.,  Вып.  4.  ЛГУ.  1953, 

с. 144.


5  M üəlliflərdən  Г.П.Савичев  və  М.Н.Маяеина  şərəf  və  ləyaqət  hüququnun  məhz  subyektiv 

hüquq  olmasını  göstərirlər  (bax:  Советское  гражданское  право.  Учебник.  Том  1/Под  рсд 



В П.Грибанова.  С.М.Корнеева.  М.,  1979,  с. 195;  Гражданское  право.  Учебник.  Том  I  /  Под  рсд. 

Е.А.Суханова.  М.,  1998,  с.734;  Малсина  М.Н.  Зашита  личных  неимущественных  прав советских 

граждан.  М..  1991, с.58).

63


lərdən  biridir.

Bildiyimiz kimi,  subyektiv  mülki  hüquqlar müəyyən  məzmuna  malikdir.  On­

ların  məzmunu elementlərdən -  səlahiyyətlərdən  (hüquqi  imkanlardan)  ibarət­

dir.  Subyektiv  mülki  hüquqların  məzmunu  da  səlahiyyət  (səlahiyyətli  şəxsə 

verilən hüquqi imkan) anlayışı vasitəsilə açıqlanır.

Subyektiv  mülki  hüquq  kimi  şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  hüququ  üçün 

dörd  səlahiyyətin  mövcudluğu  xarakterikdir.  Bunlardan  biri  tələb  etmək  sə­

lahiyyətidir.  Bu  səlahiyyət  hüquq  sahibinə  (səlahiyyətli  şəxsə)  imkan  verir ki, 

səlahiyyətli  şəxs  əhatə  dairəsi  məlum  olmayan  qeyri-məhdud  saylı  borclu 

şəxslərdən  («hamıdan  və  hər kəsdən») onun  hüququnu  pozmaqdan  çəkinmə­

yi  tələb  etsin'.  Bu  isə  onu  göstərir  ki,  subyektiv  hüquq  kimi  şərəf  və  ləyaqət 

hüququ  öz  xarakterinə  görə  mütləq  hüquqdur1

 2,  bu  subyektiv  hüquqdan  irəli 

gələn  hüquq  münasibəti  isə  mütləq  hüquq  münasibəti sayılır3.  Həmin  müna­

sibətdə  borclu  tərəf  rolunda  çıxış  edən  «hamı  və  hər  kəs»  isə  subyektiv  şərəf 

və ləyaqət hüququnu  pozmamaq vəzifəsi  (passiv vəzifə)  daşıyır.

Digər səlahiyyət  isə  müdafiə  səlahiyyəti  adlanır.  Bu  səlahiyyət  hüquq  sa­

hibinə  (səlahiyyətli  şəxsə)  imkan  verir  ki,  hüquq  sahibi  onun  şərəf və  ləyaqət 

hüququ  pozulduqda  qanunla  müəyyənləşdirilən  müdafiə  üsullarına  əl  atsın. 

Deməli,  şərəf və  ləyaqət  hüququ  pozulduğu  hallarda  müdafiə  səlahiyyəti  (hü­

quqi  imkanı) da  əmələ gəlir.

İstifadə  səlahiyyəti  subyektiv  şərəf,  işgüzar  nüfuz  və  ya  ləyaqət  hüququ­

nun  məzmununa  daxil  olan  üçüncü  səlahiyyətdir.  Bu  səlahiyyət  hüquq  sahibi­

nə  imkan  verir  ki,  o,  şərəf və  ləyaqət  kimi  sosial  nemətdən  istifadə  etsin.  Mə­

sələn,  başqa  şəxslərə  zəmanət verilən  zaman,  zaminlik vaxtı şəxs öz şərəf və 

ləyaqətindən  istifadə  edir4.  Belə  halda  şərəf və  ləyaqət  hüququ  müəyyən  mə­

nada  «sosial dövriyyə»nin obyekti olur.

İstifadə səlahiyyəti  şəxsin  cəmiyyətdə  şəxsi,  əmək,  ictimai  və digər fəaliyyət 

sahələrində özü haqqında yaranmış təsəvvürlərdən istifadə etmək imkanıdır5.

Subyektiv  şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  hüququnun  məzmununa  davra­

nış səlahiyyəti kimi dördüncü  səlahiyyət də daxil  etmək olar.

Davranış  səlahiyyəti  özü  iki  səlahiyyəti  birləşdirir.  Bunlardan  biri  sahiblik 

səlahiyyətidir.  Sahiblik  səlahiyyəti  şəxsin  şərəfə,  ləyaqətə  və  işgüzar  nüfuza 

malik olmaq  (sahib olmaq) imkanıdır.

Digər səlahiyyət isə  şərəf,  ləyaqət və  işgüzar  nüfuzu  dəyişmək  səlahiy­

yəti  adlanır6.  Bu  səlahiyyət  şəxsə  imkan  verir  ki,  o,  şərəf,  ləyaqət  və  işgüzar 

nüfuzunun  məzmununu  dəyişdirsin.  Məsələn,  şəxs  bu  səlahiyyətdən  istifadə

Müəlliflərdən 



M.N.Maleina 

səhvən  tələb elm ək  səlahiyyətini  sahiblik  səlahiyyətinə  aid  edi' 

(Гражданское право.  Учебник.  Часть  I  /  Под рсд. А Г.Калпииа. А.И.Маслясва  М.,  1997, с .140).

7 Белявский А.В.. Придвороо Н  А. Охрана чести и достоинства личности в СССР. М.,  1971, с.32.

3 Гражданское право.  Учебник. Том  1/Под рсд.Я.А.Суханова. М..  1998, с 734.



Малеин Н.С  Гражданский чакон и права личности  в СССР.  М..  1981, с. 147.

5 Гражданское право. Учебник.  Часть  I /Пол рсд. А.Г.Каятша, А.И.Масляева,  М..  1997, с .140.

6  M üəlliflərdən  А.В.Белйасски  və  Н.А.Придвороо  subyektiv  hüquq  kim i  şərəf  və  ləyaqət 

hüququnun  m əzmununa  üç  hüquqi  imkanı  daxil  edirlər:  başqalanna  tələb  irəli  sürm ək  imkanı; 

dövlət  m əcburetməsinə  m üraciət  etm ək  imkanı;  istifadə  etm ək  im kanı  (bax:  Белявский  А.В.. 

Придвороо Н  А.  Охрана чести и достоинства личности в СССР.  М.,  1971, с.35).

64


edərək firma ilə (məsələn,  reklam agentliyi ilə) əvəzli  müqavilə bağlayır.  Firma 

həmin  müqaviləyə əsasən şəxsin imicini dəyişdirir’ .

Dəyişkənlik (tez-tez dəyişmək) şərəf, işgüzar nüfuz və  ləyaqətin fərqləndiri­

ci  cəhətidir.  Belə  ki,  şəxsin  davranışı  dəyişdikcə,  onun  şərəf  və  ləyaqətinin, 

habelə işgüzar nüfuzunun  məzmunu da dəyişir.

Beləliklə,  şərəf,  ləyaqət və  işgüzar nüfuz hüququ  subyektiv mülki  hüquq­



dur  və  subyektiv  mülki  hüquq  kimi  onun  məzmununa  yuxarıda  göstərdiyimiz 

səlahiyyətlər (hüquqi imkanlar) daxildir.

Qeyd etmək lazımdır ki,  subyektiv şərəf, ləyaqət və iş­

güzar  nüfuz  hüquqları  yalnız  hüquq  münasibəti  çərçi­

vəsində  mövcud  ola  bilər.  Hüquq  münasibətindən  kə­

narda  həmin  hüquqların  mövcud  olması  qeyri-müm­

kündür.  Hüquq  münasibətinin özü  isə obyektsiz yarana 

və  mövcud  ola  bilməz.  Obyekt mülki  hüquq  münasibətinin elementlərindən bi­

ridir.  Bəs  subyektiv  şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  hüquqlarından  irəli  gələn 

hüquq münasibətinin obyekti  nədən  ibarətdir?

Göstərilən  hüquq  münasibəti  şəxsi  qeyri-maddi  (qeyri-əmlak)  nemətlər ba­

rəsində  əmələ  gəlir.  Həmin  nemətlərə aiddir:

•   şərəf;

•   ləyaqət;

•   işgüzar nüfuz.

Göstərdiyimiz  həmin  nemətlər  subyektiv  şərəf,  ləyaqət  və  işgüzar  nüfuz 

hüquqlarının  obyektləridir.  Onlar  maddi  (iqtisadi)  məzmundan  və əmlak də­

yərindən  məhrum  olub,  şəxsiyyətin  özündən  ayrılmazdır.  Buna  görə  də 

şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  kimi  nemətlər  özgəninkiləşdirilmir.  Onları  sat­

maq,  bağışlamaq,  dəyişmək  və  s.  olmaz.  Həmin  nemətlər  nə  əqd  vasitəsilə, 

nə də  hər hansı  digər hüquqi  hərəkətlə ləğv edilə  bilər.

Qanunvericilik,  o  cümlədən  mülki  qanunvericilik  şərəf,  ləyaqət və  işgüzar 

nüfuza  tərif vermir,  həmin  anlayışların  mahiyyətinə aydınlıq  gətirmir.  Hüquq el­

mində  şərəf  və  ləyaqət  bir tərəfdən  etik  kateqoriya1

 2,  digər tərəfdən  əxlaqi-hü- 

quqi  kateqoriya3,  başqa  tərəfdən  isə əxlaqi  kateqoriya  hesab edilir4.

Şərəf və  ləyaqət etik-sosial  nemət olub, vətəndaşların əxlaqi keyfiyyəti, mə­

nəvi  sərvəti  və  ya  dəyəridir.  Onlar  bir-birinə  həddən  ziyadə  yaxın  olan  qohum 

anlayışlardır.  Həmin  anlayışlar arasında  sıx,  qırılmaz  əlaqə  vardır.  Onlar  necə 

deyərlər,  bir-birinə  «sarmaşan»  anlayışlardır.  Buna  görə  də  həmin  anlayışları 

bir-birindən  ayırmaq  olmaz.  Məhz  bu  səbəbdən  onlara  bir-biri  ilə  qırılmaz əla­

qədə  baxmaq  lazımdır.  Şərəf  və ləyaqət  anlayışları  bir-birinə o qədər yaxındır

Veri gəlm işkən qeyd edək ki.  müasir dövrdə RF-də və digər xarici ölkələrdə haqq əsasında 



konkret  şəxsin  İmicinin  yaradılması  ilə  məşğul  olan  firmalar,  hər  şeydən  əw əl.  reklam 

agentlikləri yaradılmışdır.  Bunun üçün həmin şəxslə saziş bağlanır.





Стрсмякова HP .  Честь и 

достоинство

 

-  категория марксистской этики// В книге «Категория 



марксисте кой-ленинской этики».  М.,  1965, с.96-105; Белявский Л.В.. Придво/юс Н  А  Охрана чссл! 

и достоинства личности в СССР. М..  1971, с.ЗО.

3  Советское  гражданское  право.  Учебник.  Том  I /  Под рсд.  В.П.Грибанова.  С.At.Корнеева.  М., 

1979. с. 196.

4  Комментарий к Г К РФ.  Часть  1/Отв.рсд. О.Н.Садикос.  М..  1999, с.334.

Şərəf,  ləyaqət 

və işgüzar nüfuz 

hüquqlarının 

obyektləri

65


ki, tez-tez onları səhvən eyni  mənada  işlədirlər’ .

Şərəf və ləyaqət bir-biri ilə qarşılıqlı  bağlı olan  elə  meyarlardır ki,  bu  meyar­

lar əsasında  vətəndaşların  şəxsiyyətinə  mənəvi  qiymət  verilir.  Fərq  yalnız 

burasındadır  ki,  şərəf  mənəvi  qiymətvermənin  xarici,  ləyaqət  isə  daxili 

meyarıdır1

 2.


Şərəf  və  ləyaqət  şəxsiyyəti  fərdiləşdirir,  onu  xarakterizə  edir.  Onların  hər 

ikisi də vacib  mənəvi  nemətlərdir.  Şərəf və  ləyaqət  həm  də vətəndaşların  mə­

nəvi-əxlaqi  keyfiyyətləridir.  Onlar  arasında  fərq  isə  yalnız  mənəvi-əxlaqi  key­

fiyyətlərə qiymət verilməsinə  necə yanaşmaq  məsələsindən  ibarətdir3.  Belə ki, 

şərəf şəxsin  mənəvi-əxlaqi  keyfiyyətlərinə  obyektiv,  ləyaqət  isə  subyektiv  qiy­

mət  verilməsinə  əsaslanır,  yəni  şəxsin  mənəvi-əxlaqi  keyfiyyətlərinə  qiymət 

verilməsinə  obyektiv yanaşma  şərəf üçün,  subyektiv  yanaşma  isə  ləyaqət 

üçün  xarakterikdir.  Əgər şəxsə  onun  ətrafındakılar (ətrafındakı  adamlar),  yə­

ni  onu  əhatə  edənlər  tərəfindən  qiymət  verilərsə,  belə  qiymətə  şərəf  deyilir. 

Yox. əgər şəxs öz-özünə qiymət verərsə,  onda söhbət  ləyaqətdən  gedir.  Şərəf 

şəxsin obyektiv qiymətini,  ləyaqət isə subyektiv qiymətini  müəyyən edir.

Şəxslər cəmiyyət  üzvləri,  mənsub  olduqları  dövlətin  vətəndaşları,  müəyyən 

kollektiv və ya  ailə  üzvləridir.  Onlar müəyyən  sənətin və  peşənin  nümayəndə- 

sidirlər.  Şəxslərin  davranışı  ailədə,  məişətdə,  işdə,  siyasi,  iqtisadi  və  mədəni 

sahələrdə  iştirak  etmədə,  bir  sözlə,  ictimai  həyat  prosesində  təzahür  edir.  Bu 

zaman  şəxslər  ictimai  cəhətdən  əhəmiyyətli  olan  əməllər  törədir,  ictimai  mə­

nası olan  hərəkətlər edirlər.  Həmin əməl  və  hərəkətlər şəxsin  ictimai  keyfiyyət­

lərini  (mənəvi-əxlaqi,  etik,  işgüzar,  professional  və  digər keyfiyyətlərini)  üzə  çı­

xarır.  Məhz  bu  keyfiyyətlər  əsasında  şəxs  haqqında  fikir  söylənilir,  mülahizə 

yürüdülür.  Şəxsin  malik  olduğu  ictimai  keyfiyyətlərə  ətrafdakılar  qiymət  verir­

lər.  Buna  ictimai  qiymət və  ya  sosial  qiymət deyilir.  Həmin  qiymət mülki  hü­

quq  elmində  şərəf  adlanır.  Şəxsin  ictimai  qiyməti  isə  onun  özündən  asılı­

dır.  Belə  ki,  ictimai  qiymət  şəxslərin  davranışı,  əməlləri,  cəmiyyətin,  dövlətin, 

kollektivin  və  digər  şəxslərin  mənafelərinə  münasibət  əsasında  formalaşır. 

Buna  görə  də  ayrı-ayrı  şəxslərin  ictimai  qiyməti  eyni  ola  bilməz.  Konkret  şəx­

sin ictimai  qiyməti onun törətdiyi əməldən asılı olaraq  dəyişə  bilər.

Şərəf  dedikdə,  şəxsə  (şəxsiyyətə)  verilən  müəyyən  ictimai  (sosial) 

qiym ət  başa  düşülür.  Söhbət müsbət  ictimai  qiymətdən  gedir4.  Deməli,  şərəf 

şəxsiyyətə verilən  müsbət ictimai qiyməti  ifadə edir5.

Şərəf  şəxsin  (şəxsiyyətin)  obyektiv  ictimai  xüsusiyyətidir.  O,  cəmiyyətin 

şəxsə  (şəxsiyyətə)  olan  münasibətini  müəyyənləşdirir.  Şəxsin  (şəxsiyyətin) 

ictimai-mənəvi  və  ictimai-əxlaqi  statusu  məhz  onunla  müəyyən  olunur.  Şərəf

1  Шишкин  А.В.  О  личном  достоинстве  и  чести  советского  человека//Вопросы  философии.

1962. №4. с. 116.

Малеии Н С . Гражданский закон и права личности в СССР.  М.,  1981, с. 150.

Ярошенко К.Б. Жизш» и здоровье иод охраной закона.  М.,  1991, с. 155.



Белявский А.В.  Судебная  зашита  чести  и достоинства  граждан.  М .,  1966,  с.6;  Гражданское 

право  России.  Курс  лекций.  Общая  часть  /   Под  рсд.  О.А.Садикова.  М.,  2001,  с.285;  Гуса А .//. 

Гражданское  право.  Учебник.  Том  1.  М.,  2003,  с. 192;  Гражданское  право.  Учебник.  Том  1/Под 

рсд. Е. А.Суханова.  М.,  1998, с.733.

Hotfxfre О С.  Советское гражданское право. М.,  1967, с.321.

66


şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir.  O, şəxsin cəmiyyətdə tutdu­

ğu  mövqeyə təsir göstərir.

Şərəf cəmiyyətdə yaşayan varlıq kimi,  ictimai  həyatda fəaliyyət göstərən sub­

yekt kimi, kollektiv və ailə üzvü kimi, müəyyən sənətin (peşənin) təmsilçisi (nüma­

yəndəsi) kimi şəxsin  malik olduğu ictimai  keyfiyyətlərlə (mənəvi-əxlaqi, etik, işgü­

zar,  professional və s.) müəyyən edilir. Məhz bu keyfiyyətlərə verilən müsbət qiy­

mət hüquqi nemət (sərvət, dəyər) kimi'  şərəfin mahiyyətini təşkil edir1

 2.


Hüquq  ədəbiyyatı  səhifələrində  haqlı  olaraq  göstərildiyi  kimi,  şərəf  vətən­

daşların  malik  olduqları  ictimai  keyfiyyətlərin  ölçüsüdür3.  Həmin  keyfiyyətlər 

bazar  iqtisadiyyatı  şəraitində  xüsusi  rol  oynayır.  Belə  ki,  xidmət  (iş,  əmtəə, 

məhsul)  bazarında  onlar böyük əhəmiyyət kəsb edir.  Çox vaxt işgüzar əməliy­

yatların  uğurla  həyata  keçirilməsi,  kontraktların  bağlanması  zamanı  müvəffə­

qiyyətə  nail olunması  həmin  keyfiyyətlərdən asılı olur4.

Ləyaqətə  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  o,  şərəflə  sıx  surətdə  bağlı 

olan  kateqoriyadır.  Əgər şərəf şəxsiyyətin  obyektiv, ictim ai və xarici  meya- 

rıdırsa,  ləyaqət  onun  subyektiv,  fərdi  və  daxili  meyarıdır.  Onların  hər  ikisi 

şəxsiyyətin vacib  mənəvi  nemətidir.

Şəxs  öz  ictimai  keyfiyyətlərini  (mənəvi-əxlaqi,  işgüzar və  digər ictimai  key­

fiyyətlərini),  qabiliyyət  və  səylərini,  ictimai  cəhətdən  əhəmiyyətli  olmasını  (öz 

ictimai  əhəmiyyətini)  dərk  edir,  başa  düşür.  Bir  sözlə,  şəxs  öz  ictimai  keyfiy­

yətlərinə  qiymət  verir.  Mülki  hüquq  elmində  bu  cür öz-özünə  qiymət  verməyə 

ləyaqət deyilir.

Ləyaqət  dedikdə,  şəxsin  özünün  öz  ictim ai  keyfiyyətlərinə  (mənəvi-əx­

laqi,  işgüzar və digər ictim ai  keyfiyyətlərinə) verdiyi  qiymət başa düşülür.

Lakin  şəxsin  öz-özünə verdiyi qiymət onun  ictimai  qiymətinə,  yəni cəmiyyət 

tərəfindən  verilən  qiymətinə  əsaslanır5.  Bu  isə  onu  göstərir  ki,  ləyaqətin  ma­

hiyyətini  şəxsin ona  verilən  ictimai qiymətə özünün qiymət verməsi təşkil edir6. 

Şəxs  öz  mənəvi-əxlaqi  və  hüquqi  qiymətini,  əhəmiyyətini  dərk  edir və anlayır­

sa,  bu.  ləyaqət deməkdir.  Ləyaqət şəxsin öz ictimai və hüquqi vəziyyətinə özü 

tərəfindən  daxilən  verdiyi  qiymətdir.  Ləyaqət  mahiyyətcə,  şəxsin ictimai cəhət­

dən  əhəmiyyəti  olan  münasibətlər  sistemində  tutduğu  yerin  onun  şüurunda

1  ЕА.Флейшитс  şərəfi  «hüquqi  nemət»  hesab  edirdi  (bax:  Фяейщиц  E.A.  Личные  права  в 

гражданском прайс СССР н капиталистических стран. М .   1941, с. 144).

2  Гуса  А.N.  Гражданское  право.  Учебник.  Том  I.  М.,  2003,  с. 192;  Гуса  А.Н.  Постатейный 

комментарий к части первой Гражданского кодекса  М., 2000. C.2SS

3  Малеина  М Л .  Зашита  личных  неимущественных  прав  советских  граждан.  М ,  1991,  C.5S. 

Гражданское право.  Учебник.  Масть  I/Пол рсд. А.Г.Катина, А.Н.Маслясва. М..  1997, с. 140.

4  Постановление  Пленума  Всрхопного  Суда  РФ  от  18.08.92  Kv  I I   «О  некоторых  вопросах, 

возникающих  при  рассмотрении  судами  дел  о  защите  чести  и  достоинства  граждан,  а  также 

деловой репутации граждан  и юридических лиц» (Бюллетень Всрх.Суда РФ  1992. №  11, с.9).

5  Братусь  С.Н.  Предмет и система советского  гражданского  права.  М.,  1963. с.85; Советское 

гражданское  право.  Учебник.  Часть  I  /   Под  ред В.А.Рясенцева,  М.,  1986,  с. 184;  Советское  граж­

данское право.  Учебник.  Том  1/Под рсд. Ю.Х.Калмыкова.  В.А.Тархоса.  М.,  1990, с.141; Советское 

гражданское  право.  Учебник.  Том  1/Под  ред.  О.А.Красавчикова,  М.,  1985,  с.202;  Гражданское 

право  России.  Учебник.  Часть  I  /   Под  рсд.  З.И.Цыбулснко,  M.,  I99S,  с. 169;  Гражданское  право 

Учебник.  Часть  1/Под рсд.  Т.И. Илларионовой u др. М.,  1998, с.186.

Иоффе О  С.  Советское гражданское право. М.,  1967, с.321.

67


əks olunmasıdır.

Şərəf və  ləyaqət eyni bir hadisənin,  yəni şəxsin  malik olduğu ictimai keyfı^ 

yətlərə  qiymət  verilməsi  kimi  hadisənin  mahiyyətini  açır.  Lakin  onlar  həmi 

məsələni müxtəlif müstəvilərdə  həll edir.

Şərəf  və  ləyaqətə  verdiyimiz  elmi  (doktrinal)  tərif  sovet  dövrünün  sivilisı 

alimləri  tərəfindən  formula  edilmişdir.  Xüsusilə  E.A.Fleyşits',  S.N.Bratus1

 2, 

O.S.loffe3 *,  V.Q.Verdnikov,  A.Y.Kabalkin'1,  O.A.Krasavçikov5,  N.S.Malein6, 



A.V.Belyavski,  N.A.Pridvorov7  və  L.O.Krasavçikova8  kimi  alimlər  həmin  anla­

yışların hərtərəfli  işıqlandırılmasına  təşəbbüs göstərmişlər.

Şərəf  və  ləyaqət  kimi  şəxsi  qeyri-maddi  (mənəvi)  nemətlər  barəsində  icti­

mai  münasibətlər  əmələ  gəlir.  Bu,  aydın  məsələdir.  Lakin  həmin  münasibətlə­

rin  mülki  hüquqla  tənzimlənib-tənzimlənməməsi  məsələsi  sovet  dövrünün  si- 

vilistika  elmində  alimlər  arasında  xeyli  müddət  mübahisə  predmetinə  çevril­

mişdi.  Məsələ  burasındadır  ki,  O.S.loffenin  mövqeyincə,  şərəf  və  ləyaqət  öz 

obyektiv  təbiətinə  görə  hər  hansı  hüquqi  nizamasalmanın  (tənzimetmənin) 

obyekti  ola  bilməz  və  onlar  hüquqla  yalnız  qoruna  bilər9.  Alimin  fikrincə,  şərəf 

və  ləyaqətlə  bağlı  olan  münasibətlər  mülki  hüquqla  tənzimlənm ir10 *.  O .S.loffe­

nin mövqeyini  bəzi alimlər də dəstəklədilər11.

Digər  mövqeyin  tərəfdarları  isə  göstərirdilər  ki,  şərəf  və  ləyaqətlə  bağlı 

olan  münasibətlərin  mülki  hüquqla  tənzimlənməsini  inkar  etmək  olmaz.  Onlar 

O.S.loffenin  irəli  sürdüyü  konsepsiyanın  inandırıcı  və  əsaslı  olmadığını  sübut 

etməyə  təşəbbüs  göstərdilər12.  Məsələn,  E.A.Fleyşits  və  A.L.Makovski  göstə­

Флейицщ E. А. Личные права в гражданском праве СССР и капиталистических стран. М..  1941.

Братусь С.Н.  Предмет и система советского гражданского права. М .,  1963.

Иоффе О.С. Советское гражданское право. М.,  1967.



Вердников В.Г.. Кабанят А.10.  Новые гражданские кодексы союзных республик. M.,  1965. с. 14.

5 Советское гражданское право.  Учебник. Том  1/Под ред. О.А.Красавчикова, М .,  1972. с. 157.

6  ДlaıeıiH  Н С .  Гражданский  закон  и  права  личности  в  СССР.  М.,  1981,  с. 150;  Мачсин  Н С  

Охрана прав личности советским законодательством.  М.,  1985, с.32.



Белявский А.В  Судебная защита  чести  и достоинства граждан.  М ..  1966, с.6;  Белявский А.В.. 

Придворос  Н  А.  Охрана  чести  и достоинства личности  в  СССР.  М ,   1971,  с.5-28;  Придворов  Н  А 

Достоинство личности и социалистическое право. М.,  1977 с. 14-16.

8  Советское  гражданское  право.  Учебник.  Том  I /Пол  ред.  О.А.Красавчикова,  М.,  1985.  с.202; 

Красавчикова  Л.О.  Гражданско-правовая  защита  чести  и  достоинства.  Екатеринбург.  1993; 

Гражданское право. Учебник.  Часть  I /Пол ред.  Т.И.Илларионовой и др., М.,  1998, с. 186.

9  Иоффе О С.  Новая  кодификация  советского  гражданского законодательства  и  охрана  чести 

и достоинства  граждан//Совстскос  государство и  право.  1962, № 7, с.62;  Иоффе О.С.  Личные  не­

имущественные  права и  их  место  в системе советского  гражданского  права // Советское  государ­

ство и право.  1966, № 7, с.51-59.

10 Иоффе О.С.  Советское гражданское право.  М.,  1967, с.42, с.321.

Рафиева  Л.К.  Гражданско-правовая  защита  чести  и  достоинства  личности  в  СССР. 

Авторсф.канл.дисс.  Л..  1966,  с.М .  Толстой  В.С.  Отдельные  виды  обязательств  неизвестные  ГК 

союзных республик // Советское государство  и право.  1971, №  10, с.43-44.



Всрдникоо В.Г.  Вопросы  гражданского  права в свете  решений  X X II съезда КПСС.  М .   1964, 

с. I I ;   Белявский  А.В..  Придворов  Н.А.  Охрана  чести  и  достоинство.  М.,  1971,  с.50-52;  Придворов 

И.А.  Достоинство  личности  и  социалистическое  право.  М.,  1977  с. 16-18;  Белявский  А.В.  Защита 

чести  и достоинства граждан  и  организаций  в советском  гражданском  праве.  Лвтореф.канд.дисс. 

М..  1966;  Придворов  Н.А  Правовые  и  философские  вопросы  субъективного  права  на  честь  и 

достоинство//Совстскос государство и право.  1968, № 3, с.97-100.

68


rirdilər  ki,  «qorumaq»  anlayışı  «tənzimetmə»  anlayışı  ila  əhatə  oluhur və 

əksinə  «tənzimləmək»  «qorumağuı  həyata  keçirmək deməkdir’ .

Hesab  edirik  ki,  bu  mübahisədə  ikinci  konsepsiya  tərəfdarları  haqlıdırlar. 

Ona  görə  ki,  qanun  şərəf və  ləyaqətə  görə  mülki-hüquqi  məsuliyyət müəyyən 

edir.  Mülki-hüquqi  məsuliyyət  müəyyən  etmək  isə  hüquqi  tənzimetmənin  ele­

mentlərindən  biridir1

 2.  Digər tərəfdən,  O.A.Krasavçikovun  haqlı  mövqeyinə  gö­

rə,  müdafiə tənzimetmə formasıdır3.

Qeyd  etdik  ki,  qanun  şərəf və  ləyaqətə  görə  mülki-hüquq  i  məsuliyyət  mü­

əyyən  edir.  Məsuliyyətin  məqsədi  nədən ibarətdir?  Məsuliyyət, hər şeydən əv­

vəl.  hüququ  qorumaq  məqsədi güdür.

Digər  tərəfdən,  məsuliyyət  vəzifəyə əməl  olunmasını  təmin  etməlidir.  Buna 

görə  də  hüquq  və  vəzifələr müəyyən  edilmədən  qanunda  məsuliyyət  nəzərdə 

tutula  bilməz.  Deməli,  qanun  şərəf və  ləyaqətlə  bağlı  hüquq  və  vəzifələr  mü­

əyyən  edir.  Müəyyən  etmək  isə  tənzim  etmək  deməkdir.  Buna  görə  də  mülki 



hüquq  şərəf və  ləyaqətlə  bağlı  olan  münasibətləri  həm da tənzimləyir.

İşgüzar  nüfuza  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  o,  vacib  qeyri-maddi 



nemətlər (mənəvi  nemətlər)  sırasına  aiddir.  O.  hər bir fiziki  şəxsə,  eləcə də 

nər  bir  hüquqi  şəxsə  (təşkilata)  məxsus  olan  nemətdir.  İşgüzar  nüfuza  istəni­

lən  fiziki  və  hüquqi  şəxs  malik ola  bilər.  Bu xüsusiyyəti  ilə o,  şərəf və  ləyaqət­

dən  fərqlənir.  Belə  ki.  şərəf  və  ləyaqətə  yalnız  fiziki  şəxslər  malik  ola  bi­



lərlər.  Amma  köhnə  sovet  dövrünün  mülki  məcəllələrinə  görə  şərəf  və  ləya­

qətə  hüquqi  şəxslər də  malik ola  bilərdi.  Həmin dövrün  mülki hüquq elmi şərəf 

və  ləyaqətə vətəndaşların,  eləcə  də hüquqi şəxslərin  malik olduğu şəxsi qeyri- 

əmlak  nemətlərindən  biri  kimi  baxırdı4.  Hər  bir sosialist təşkilatı  şərəf və  ləya­

qət  kimi vacib  mənəvi qeyri-maddi nemətin  sahibi ola bilərdi5.

Sovet  dövrünün  mülki  məcəllələrində  mülki-hüquqi  mühafizə  (qorunma) və 

tənzimlənmə  obyekti  kimi  «işgüzar  nüfuz»  anlayışı  ümumiyyətlə,  nəzərdə  tu­

tulmamışdı.  Amma  həmin  dövrün  mülki  hüquq  elmində  «işgüzar  nüfuz»  yox. 

«nüfuz»  («reputasiya»)  termininin  işlədilməsinə  rast  gəlirik6.  Buna  görə  də 

Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyində  «işgüzar nüfuz» anlayışı 

yeni  haldır.  Bu  halı,  yəni  «işgüzar  nüfuz»  anlayışının  mülki-hüquqi  mühafizə 

(tənzimlənmə) obyekti  kimi mülki qanunvericiliyə daxil edilməsi halını əsaslı və 

məntiqi  addım  hesab  etmək  lazımdır.  Qanunverici  bazar  iqtisadiyyatı  şəraitini 

nəzərə  alaraq  mülki  qanunvericiliyə  işgüzar  nüfuz  barədə  normalar  daxil  et­

mişdir  (MM-in  23-cü  maddəsi).  Axı  şərəf  və  ləyaqətdən  fərqli  olaraq  işgüzar

1  Советское государство и право  1963. Xal, c.89-90.

2  Советское  гражданское  право.  Учебник.  Том  1/Под  рсд.  В.П.Грибанова.  С.М.Корнесва.  М „ 

1979. с. 194.

3 Советское государетво п право.  1964, Хе9, с. 157.

4  Советское  гражданское  право.  Учебник.  Том  I /Пол  рсд.  В.П Грибанова.  С.М.Корнеева.  М.. 

1979. с. 191.

5 Советское гражданское право.  Учебник. Том  1/Под рсд. О.А.Красавникова. M ,  I9S5, с.202.

6  Məsələn,  bax:  Велявскнн А.В.  Судебная зашита чести  н достоинства  граждан.  М.,  1966, с.6; 

Сергеев А.П.  Право  на  защиту  репутации  Л.,  1989.  «Репутация» termini  beynəlxalq  sənədlərdə 

də  işlədilir  (bax:  İnsan  hüquqlannın  ümumi  bəyannaməsinin  12-ci  maddəsi;  Mülki  və  siyasi 

hüquqlar haqqında beynəlxalq paktın  17-ci maddəsi).

69


nüfuz bazar münasibətlərinə aid və xas olan kateqoriyadır’ .  Bazar iqtisadiyyatı 

şəraitində həmin  kateqoriya  böyük əhəmiyyət kəsb edir.

Bazar  subyektləri  (sahibkarlar,  əmtəə  istehsalçıları  və  əmlak  dövriyyəsinin 

digər  iştirakçıları)  maraqlıdırlar  ki,  onlar  özlərinin  etibarlı  tərəfdaş,  vicdanlı 

kontragent  (qarşı  tərəf)  və  s.  kimi  imiclərini  qoruyub  saxlasınlar  və  möhkəm­

ləndirsinlər.  Onlar  maraqlıdırlar  ki,  öz  təsərrüfat,  sahibkarlıq,  kommersiya  və 

işgüzar  əlaqələrini  genişləndirsinlər  və  maddi  (əmlak)  fayda  əldə  etsinlər. 

Bazar  subyektləri  səy  göstərirlər  ki,  onların  istehsal  etdikləri  və  hazırladıqları 

məhsula  (mala,  işə,  xidmətə)  tələbat  (tələb)  sabit  olsun.  Onlar  səy  göstərirlər 

ki,  özlərinin  professional  keyfiyyətləri  ilə  kontragentləri,  müştəri  kontingenti  və 

istehlakçılar arasında  nüfuzlu və etibarlı təsərrüfat subyekti  (mal  istehsal edən, 

xidmət  göstərən  və  iş görən)  kimi  tanınsınlar və  fərqlənsinlər.  Bu  işlərdə  işgü­

zar nüfuz onlara  heç də az kömək etmir.

İşgüzar nüfuz bazar subyektinə (sahibkara) nəinki heç də az olmayan  mad­

di (əmlak) dividend gətirir,  habelə onun cəmiyyətdə və işgüzar tərəfdaşlar ara­

sında  hörmətinin artmasına,  daha çox tanınmasına  və  etibar qazanmasına  sə­

bəb  olur.  Ölkəmizdə  əmtəə-pul  münasibətlərinin  inkişafı  ilə  o,  daha  da  bazar 

iqtisadiyyatının vacib elementinə çevrilir.



«Nüfuz»  anlayışını  «işgüzar  nüfuz»  anlayışından  fərqləndirmək  lazım­

dır.  «Nüfuz»  termini  rus  dilinə  «reputasiya»  kimi tərcümə edilir.  «Reputasiya» 

latınca  «reputatio»  ifadəsindən  olub,  «fikirləşmə»,  «düşünmə»,  «götür-qoy 

etmə»  mənasını  bildirir.  Lüğətlərdə  göstərilir:  «reputatio»  kiminsə,  nəyinsə 

yaxşı cəhətləri və ya  qüsurları  (eyibləri)  barədə yaranmış  ümumi  rəyi  və yaxud 

qazanılmış  ictimai  qiyməti  ifadə  edir1

 2.  Başqa  lüğətdə  göstərilir ki,  reputasiya 

kiminsə  yaxşı  cəhətləri  və  qüsurları  barədə  yaranmış  ümumi  rəydir3.  Daha 

başqa  bir  lüğətdə  reputasiyaya  insanın  şöhrəti,  yaxşı  və  pis  adam  kimi  tanın­

ması,  kiminsə  barəsində ümumi  rəy kimi tərif verilir4.

Reputasiya  öz  məzmununa  görə  şərəfə  yaxın  olan  anlayışdır.  Lakin  onlar 

arasında  fərqli  cəhətlər  də  vardır.  Qeyd  etdiyimiz  kimi,  şərəf  şəxsə  verilən 

müsbət  qiymətdir.  Reputasiya  isə  özündə  şəxs  barəsində  həm  yaxşı  keyfiy­

yətlər  (cəhətlər),  həm  də  qüsurlar  (nöqsanlar,  eyiblər)  barədə  ictimai  (ümumi) 

rəyi  birləşdirir.  K.B.Yaroşenko  haqlı  olaraq  yazır  ki,  şərəf və  ləyaqətdən  fərqli 

olaraq  reputasiya  müsbət (yaxşı) və  mənfi  (pis) ola  bilər5.



İşgüzar  reputasiyaya  (işgüzar  nüfuza)  gəldikdə  isə  qeyd  etmək  lazım­

dır  ki,  işgüzar  reputasiya  fiziki  və  hüquqi  şəxslərin  yalnız  professional, 

istehsal,  ticarət,  kommersiya,  təsərrüfat,  sahibkarlıq,  qulluq,  vasitəçilik 

və  digər növ fəaliyyəti  barədə yaranan  ictimai  rəy  deməkdir.

Reputasiya  şəxsin  ictimai  cəhətdən  əhəmiyyətli  olan  keyfiyyətləri  barədə 

ümumi  rəydirsə,  işgüzar reputasiya  şəxsin  işgüzar və  professional  qabiliyyət

Гуса Л.H   Гражданское право.  Учебник. Том  I.  M., 2003.

2 Словарь иностранных слов. М..  1990, с.441; Ожегов С.И.  Словарь русского языка.  М.,  1982.

с.603.

3 Толковый словарь русского языка. Том 3. М.,  1939, с. 1344.



Даль В.  Толковый словарь живого великорусского языка. Том 4.  М.,  1982, с.93.

Ярощенко К.В.  Жизнь и здоровье под охраной  закона.  М.,  1990, с. 169.

70


və  keyfiyyətləri  ilə  bağlı  olan  məsələdir'.  Buna  görə də  işgüzar nüfuz anlayışı­

na daxildir:  birincisi,  şəxsin  professionally və işgüzarlıq baxımından yaxşı key­

fiyyətləri  (müsbət  işgüzar nüfuz);  ikincisi,  şəxsin  professionally və  işgüzarlıq 

baxımından  qüsurlu keyfiyyətləri (mənfi işgüzar nüfuz).

Deməli,  işgüzarlıq  və  professionally  baxımından  şəxsin  yaxşı  (müs­

bət)  və  qüsurlu  (mənfi)  keyfiyyətləri  barədə  yaranmış  ictimai  rəyə  işgü­

zar  nüfuz  deyilir* 2.  Özü  də  dərhal  buradaca  qeyd etməliyik  ki,  hər hansı  işgü­

zar nüfuz yox, yalnız  müsbət işgüzar  nüfuz mülki hüquqla müdafiə edilir3.

Sahibkarın  səmərəli  fəaliyyəti  üçün  onun  əmlak  statusundan  və  bazarda 

yüksək  hörmət  (etibar)  qazanmasından  başqa,  fərdiləşdirmə  vasitələri  də  bö­

yük  əhəmiyyət  kəsb  edir.  İşgüzar  nüfuz  bu  vasitələrdən  biridir.  O,  sahibkarın 

qeyri-maddi  aktivləri  sırasına  daxil  olan  elementlərdən  sayılır.

Vətəndaşın  şərəf,  ləyaqət və  işgüzar nüfuzu  məcmu halında  birləşərək «tə­

miz (yaxşı) ad»  anlayışını  müəyyən edir1.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə