Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  1. Şəxsi  qeyri-əmlak hüququnun



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə2/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   54
oteller movzu
§  1. Şəxsi  qeyri-əmlak hüququnun 

mülki  hüquq  sistemində tutduğu yer,  nizamasalma 

predmeti və anlayışı

Hamımıza  məlum  olduğu  kimi  mülki  hüququn  xüsusi 

hissəsi  bir neçə yarımsahədən  ibarətdir.  Bu yarımsa- 

hələrdən  biri  şəxsi  qeyri-əmlak  hüququ  adlanır.  La­

kin  onun  mülki  hüququn  yarımsahəsi  olması  barədə 

hüquqşünas  alimlərin  fikri  yekdil  deyildir.  Sovet  döv­

rünün  hüquq  ədəbiyyatında  demək  olar  ki,  şəxsi 

qeyri-əmlak  hüququnun  mülki  hüququn  yarımsahəsi  kimi  ayrılmasına,  ümu­

miyyətlə,  təşəbbüs  belə  göstərilməmişdir.  Məsələn,  sovet  alimlərindən 

O .S.loffe’  və  O.A.Krasavçikov1

 2 3

  mülki  hüququn  sisteminə  daxil  olan  tərkib  his­



sələri  (yarımsahələr və  institutlar) arasında şəxsi  qeyri-əmlak hüququnun adını 

çəkmirlər.  Belə  hala  müasir dövrdə  RF-də yazılan  bəzi  dərsliklərdə5 və  müha­

zirə  kurslarında4 da təsadüf edilir.

Müasir  müəlliflərdən  T.IJllarianova  məsələni  bir  qədər  başqa  cür  həll  edir. 

Alim  şəxsi  qeyri-əmlak  hüququnu  mülki  hüququn  yarımsahəsi  kimi  tanımaya­

raq, onu mülki  hüququn strukturuna daxil olan  iri  institutlardan biri hesab edir5. 

Doğrudur,  o,  «şəxsi  qeyri-əmlak  hüququ»  yox,  «şəxsi  qeyri-əmlak  hüququ və 

azadlıqlarının  müdafiəsi»  termini işlədir.

Bazar iqtisadiyyatı  yaradılmasına  keçid  dövründə  Rusiya  Federasiyası  mül­

ki  hüquq  elmi  (doktrinası) şəxsi  qeyri-əmlak  hüququnu  öz statusuna  görə  mül­

ki  hüququn  yarımsahəsi  hesab  edir.  Bir  sıra  müasir  müəlliflər  mülki  hüququn 

sistemində  (strukturunda)  şəxsi  qeyri-əmlak  hüququnun  yerini  məhz  bu  cür 

müəyyən  edirlər6.  Rusiya  Federasiyası  alimlərinin  məsələyə  belə  yanaşması 

inandırıcı  olub,  həqiqətə  uyğundur.  Hesab  edirik  ki,  mülki  hüququn  tərkibin­



də  yarımsahə  kimi  şəxsi  qeyri-əmlak  hüququnun  fərqləndirilməsi  üçün 

kifayət qədər tutarlı  arqument və əsaslar vardır.

Şəxsi  qeyri-əmlak 

hüququ  mülki 

hüququn

yarımsahələrindən 

biri kimi

1  Иоффе O.C. Советское гражданское право. M.,  I967, с. 38.

2 Советское гражданское право. Учебник. Том  1 /  Отв. рсд. О.А.Красавчиков. М.,  1985, с. 37-38.

3  Məsələn,  bax:  Гражданское  право  России.  Учебник.  Часть  I  /  Под рсд.  З.И.Цыбулеико.  М., 

1998, с.  26-27; ГуевА.Н.  Гражданское право. Учебник. Том  1.  М., 2003, с.  16-17.

4  Гражданское  право  России. Общая  часть (курс лекции) /  Отв.  рсд.  О.Н.Садиков.  М.,  2001, с. 

35-36.

5 Гражданское право. Учебник.  Часть  1  / Под рсд.  Т.И.Илларионовой и др. М.,  1998, с.  15.



6  Гражданское  право.  Учебник.  Часть  I  /   Под рсд.  A f /Сергеева.  Ю.К. Толстого.  М.,  1998,  с. 

23-24;  Гражданское  право.  Учебник.  Часть  I.  /  Под рсд. А.Г.Калтша.  А И М а с ж с а .  М „   1997, с. 

22:  Гражданское  право.  Учебник.  Том  I  /  Под  рсд.  Е.А.Сухачова  М-,  1998;  Гражданское  право. 

Учебник /  Под рсд.  В.В.Залесского.  М.М.Рассояова.  М., 2002, с.  14.

15


Bildiyimiz  kimi,  hüquq  sahəsində  yarımsahənin  ayrılması  üçün  iki  başlıca 

əsasın  (əlamətin)  olması  tələb  edilir.  Bu  əsaslardan  biri  nizamasalma  pred- 

meti  hesab  olunur.  Belə  ki,  hər  bir  yarımsahənin  öz  nizamasalma  predmeti, 

yəni tənzimlədiyi (nizama  saldığı)  müəyyən  növ (qrup)  ictimai  münasibətlər ol­

malıdır.  Şübhə yoxdur ki,  ictimai  həyatda şəxsi  qeyri-əmlak hüququ  ilə tənzim­

lənən müəyyən  növ (qrup) ictimai münasibətlər vardır.

Bizə məlum olduğu  kimi,  mülki hüququn predmeti  üç elementdən  ibarətdir:

•   əmlak münasibətlərindən;

•   əmlak münasibətləri ilə bağlı olan şəxsi  qeyri-əmlak münasibətlərindən;

•  əmlak münasibətləri ilə bağlı olmayan şəxsi qeyri-əmlak münasibətlərindən.

Məhz  üçüncü  növ  (qrup)  ictimai  münasibətlər,  yəni  əmlak  münasibətləri  ilə

bağlı olmayan  şəxsi  qeyri-əmlak  münasibətləri  barəsində danışdığımız yarımsa- 

hənin predmetini təşkil edir.  Məhz bu münasibətlər mülki  hüquq tərkibində şəxsi 

qeyri-əmlak hüququnun yarımsahə kimi tanınması  üçün əsas rolunu oynayır.

Hüquq  sahəsi  tərkibində  yarımsahənin  fərqləndirilməsi  üçün  ikinci  başlıca 

əsas  (meyar)  nizamasalma  metodu  hesab  edilir.  Şəxsi  qeyri-əmlak  hüququ­

nun  özünəməxsus  spesifik  nizamasalma  metodu  vardır.  Belə  ki,  şəxsi  qeyri- 

əmlak  hüququnun  predmetini  təşkil  edən  ictimai  münasibətlər  (bir  az  qabağa 

gedərək  göstəririk  ki,  bu  münasibətlərin  obyektini  həyat,  sağlamlıq,  şərəf,  lə­

yaqət və  digər vacib  qeyri-maddi  nemətlər təşkil  edir)  normal  inkişaf etməlidir. 

Bunun  üçün  vacibdir ki,  həmin  münasibətlərdə  iştirak  edən  tərəflərdən  biri  di­

gər  tərəfin  şəxsi  qeyri-əmlak  hüquqlarını  pozan  hərəkətlərdən  çəkinsin,  bu 

münasibətlər  sferasına  müdaxilə  etməsin.  Mülki  qanunvericilik  pozuntu  törə­

dən  hərəkətlərə  və  müdaxiləyə  yol  verilməsini  qadağan  edir.  Bu  vasitə  (me­

tod) ilə şəxsi qeyri-əmlak münasibətləri  lazımi  qaydada tənzimlənir.  Buna  görə 

də  qadağan  etmək  kimi  vasitə  şəxsi  qeyri-əmlak  hüququnun  spesifik  (özü- 

nəxas)  metodu  hesab  olunur'.  Bu  isə  onu  göstərir ki,  şəxsi  qeyri-əmlak  hüqu­

qunun  predmetini  təşkil  edən  ictimai  münasibətlərin  (yəni  əmlak  münasibətləri 

ilə  bağlı  olmayan  şəxsi  qeyri-əmlak  münasibətlə’rinin)  öz  spesifik  (özünəxas) 

tənzimetmə  (nizamasalma)  metodu vardır.

Həm  nizamasalma  predmeti,  həm  də  tənzimetmə  (nizamasalma)  metodu 

şəxsi  qeyri-əmlak  hüququnun  vacib  meyar və  əlamətləridir.  Məhz  onlar  mülki 

hüququn  tərkibində  şəxsi  qeyri-əmlak  hüququ  adlı  yarımsahənin  ayrılması 

üçün əsas və mühüm rol oynayır.

Əmlak  münasibətləri  ilə  bağlı olmayan  şəxsi  qeyri-əmlak  münasibətləri  mü­

əyyən  hüquq  normaları  ilə  tənzimlənir.  Bu  normalar  Mülki  Məcəllədə,  ayrı-ayrı 

qanunlarda  və  qanun  qüvvəli  aktlarda  ifadə  olunur.  Onların  məcmusu  mülki 

hüquq elmində (doktrinasında) şəxsi qeyri-əmlak hüququ  adlanır.



Şəxsi  qeyri-əmlak  hüququ  dedikdə,  mülki  hüququn  elə  bir yarımsahə- 

si  başa  düşülür  ki,  bu  yarımsahə  özündə  əmlak  münasibətləri  ilə  bağlı 



olmayan  şəxsi  qeyri-əmlak  münasibətlərini  tənzimləyən  hüquq  normala­

rını  birləşdirir.

'  Гражданское  право.  Учебник.  Часть  I  /  Под рсд.  Л.П.Ссргссва,  Ю.К.Толстого.  М.,  1998,  с. 

24; Гражданское право.  Учебник/ Под рсд. В.В.Зачссского. М.М.Рассолоаа. М ., 2002, с.  14.

16


Bu,  obyektiv  mənada  şəxsi  qeyri-əmlak  hüququna verilən  anlayışdır.  Şəxsi 

qeyri-əmlak  hüququ  bu  baxımdan,  yəni  obyektiv  mənada  mülki  hüququn tər­

kib  hissəsi  -   yarımsahəsi  kimi  çıxış  edir.  Şəxsi  qeyri-əmlak  hüququ  obyektiv 

mənadan  başqa,  həm  də  subyektiv  mənada  başa  düşülür.  Subyektiv  məna­

da  şəxsi qeyri-əmlak hüququ dedikdə,  nə başa düşülür?

Subyektiv  mənada  şəxsi  qeyri-əmlak  hüququ  sub­



yektiv  mülki  hüquq  kimi  şəxsi  qeyri-əmlak  hüququ 

deməkdir.  Subyektiv  mülki  hüquq  kimi  şəxsi  qeyri- 



əmlak  hüququ  isə subyektiv mülki  hüququn  müstəqil 

növlərindən  biridir.  Bu  hüquqdan  başqa,  mülki  hüqu­

qun  əmlak hüququ adlı digər növü də vardır.

Subyektiv  şəxsi  qeyri-əmlak  hüququ  həyat,  sağlamlıq,  şərəf,  ləyaqət və di­

gər  qeyri-maddi  nemətlərə  olan  hüquqdur.  Bu  hüquq  qeyri-maddi  nemətlər 

barəsində  yaranır.  Dövlət  hər  bir  şəxsi  həmin  nemətlərdən  istifadə  etmək  im­

kanı  ilə təmin  edir.  Hər bir şəxsin göstərilən  nemətlərin qorumasını və əgər po­

zularsa,  onların  müdafiə olunmasını tələb etmək imkanı vardır.  Bunlar onu təs­

diqləyir  ki,  qeyri-maddi  nemətlərə  (həyat,  sağlamlıq,  şərəf,  ləyaqət  və  digər 

nemətlərə) olan  hüquq (imkan) subyektiv mülki hüquqdur'.

Subyektiv  mənada  şəxsi  qeyri-əmlak  hüququ  və  ya  subyektiv  şəxsi  qeyri- 

əmlak  hüququ  dedikdə,  şəxsin qeyri-maddi nemətlər barəsində yaranan hüqu­

qu  başa  düşülür.

Qeyd  etdik  ki,  subyektiv  şəxsi  qeyri-əmlak  hüququ  subyektiv  mülki  hüqu­

qun  bir  növüdür.  Lakin  subyektiv  şəxsi  qeyri-əmlak  hüquqları  bir  sıra  spesifik 

hüquqi əlamətlərə  malikdir ki,  həmin  əlamətlər onları  subyektiv mülki  hüququn 

digər  növlərindən  fərqləndirməyə  imkan  verir.  Hüquq  ədəbiyyatında  dörd  cür 

belə əlamətin  olması göstərilir* 2.



Birinci  əlamət  ondan  ibarətdir  ki,  subyektiv  şəxsi  qeyri-əmlak  hüquqları 

qeyri-maddi  (qeyri-əmlak)  xarakterə  malikdir.  Ona  görə  ki,  həmin  hüquqla­

rın iqtisadi  (maddi,  əmlak)  məzmunu yoxdur.  Məhz bu cəhət şəxsi qeyri-əmlak 

hüquqlarının  qeyri-maddi  xarakterə  malik olmasını  şərtləndirir.  İqtisadi  (maddi, 

əmlak)  məzmundan  məhrum olduğuna  görə şəxsi qeyri-əmlak  hüquqlarını  də­

qiq  olaraq  pulla  və  ya  hər  hansı  bir  əmlakla  ifadə  etmək  və  qiymətləndirmək 

qeyri-mümkündür.  Şəxsin yaşamaq  hüququnu  və ya şərəf və  ləyaqət  hüququ­

nu  pulla  və  ya  hər  hansı  əmlakla  necə  qiymətləndirmək  olar?  Bunu  təsəvvür 

etmək  mümkün  deyildir.  Buna  görə  də  şəxsi  qeyri-əmlak  hüquqları  heç  nə  ilə 

əvəz  edilmir.  Onların  hər hansı  ekvivalenti  yoxdur.  Məhz  bu səbəbdən  demək 

olar ki,  şəxsi  qeyri-əmlak  hüquqları üçün əvəz və ekvivalent kimi anlayışlar xa­

rakterik  deyildir.  Digər  tərəfdən  onlar  hər  hansı  şəkildə  əmlak  hüquqları  ilə

'  M üəlliflərdən A.E.Şerstobitov obyektiv  mənada  şəxsi qeyri-əmlak  hüququnu  kompleks  hü­

quq  institutu  hesab edir.  Su  cür fikirlə çətin  razılaşmaq olar.  Belə ki,  biz özündə müxtəlif hüquq 

sahələrinin  normalannı  birləşdirən  nə  hüquq  sahəsini,  nə  də  hüquq  instilutunu  tanıyınq.  Digər 

tərəfdən  obyektiv  mənada  şəxsi  qeyri-əmlak  hüququ  mülki  hüququn  yanmsahəsidir  (Граждан- 

'•кос право. Учебник. Том  I /  Под рсд. Е.А.Суханоса. M.,  1998, с.  720).

Гражданское право.  Учебник.  Часть  1  /  Под рсд. А.Г.Калпипа. А.И.Маслясва.  М.,  1997, с.  133- 



134: Мамина М И . Защита личных неимущественных прав советских граждан. М.,  1991. с. 6-9.

17

Subyektiv mənada 



şəxsi qeyri-əmlak 

hüququ və onun 

hüquqi əlamətləri 

(xüsusiyyətləri)



bağlı deyildir.

İkinci  əlamət  şəxsi  qeyri-əmlak  hüquqlarının  obyektlərinə  aiddir.  Onlar xü­

susi  kateqoriya  obyektlərdir.  Həmin  obyektlərə  şəxsi  qeyri-maddi  nemətlər

deyilir.


Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  şəxsi  qeyri-maddi  nemətlərin 

siyahısını vermir. Amma mülki hüquq elmində (doktrinasında) və  bəzi xarici öl­

kələrin qanunvericiliyində (məsələn,  RF  MM-in  150-ci  maddəsinin  1-ci  bəndin­

də) həmin nemətlər sadalanır.  Düzdür, Azərbaycan  Respublikası  Konstitusiya­

sının  ayrı-ayrı maddələrində  vətəndaşların  şəxsi  qeyri-əmlak  hüquqları  (məsə­

lən,  yaşamaq  hüququ,  sağlamlığın  qorunması  hüququ,  şərəf və  ləyaqətin  mü­

dafiəsi  hüququ  və  s.)  müəyyənləşdirilir.  Təbii  ki,  bu  hüquqların  obyektləri  elə 

şəxsi qeyri-maddi  nemətlərin özüdür.

Şəxsi qeyri-maddi nemətlərə aiddir:

•   yaşayış (həyat):

•   sağlamlıq:

•   şəxsi toxunulmazlıq;

•  fiziki şəxsin şərəfi;

•   fiziki şəxsin  ləyaqəti;

•   işgüzar nüfuz;

•   şəxsi  həyatın toxunulmazlığı;

•   şəxsi və ailə sirri:

•   fiziki şəxsin adı;

•   fiziki şəxsin sərbəst  hərəkəti;

•   fiziki şəxsin yaşayış yeri seçməsi;

•  sağlam  ətraf mühitdə yaşayış və s.

Göstərilən siyahı  şəxsi  qeyri-maddi  nemətlərin  dəqiq və qəti yox, təxmini si­

yahısıdır. Bu siyahıya digər şəxsi  qeyri-maddi  nemətlər də daxildir.

Şəxsi  qeyri-maddi  nemətlər  bir  sıra  hüquqi  əlamətlərlə  xarakterizə  olu­

nur.  Məhz  bu  əlamətlər həmin  nemətlərin  xüsusi  kateqoriya  nemətlər sırasına 

aid edilməsinə səbəb olur.

B irinci  əlamət ondan  ibarətdir ki,  şəxsi  qeyri-maddi  nemətlər şəxsi  xarak­

terə  malikdir.  Bu  nemətlər  həmişə  müəyyən  konkret  şəxslə  bağlı  olaraq  möv­

cud  olur.  Müəyyən  konkret fiziki  şəxslə  bağlı  olmadan  həmin  nemətlərin  möv­

cudluğu  istisna  edilir, yəni qeyri-mümkündür.

ikinci  əlamət  isə  ondan  ibarətdir ki,  şəxsi  qeyri-maddi  nemətlər fiziki  şəx­

sin  özündən  ayrılmazdır,  çünki  həmin  nemətlər fiziki  şəxslə  qırılmaz  surətdə 

bağlıdır'.  Şəxsi  qeyri-maddi  nemətləri  bu  nemətlərin  sahibi və  yiyəsi  olan  fiziki 

şəxsin özündən  ayırmaq olmaz.  Məhz bu səbəbdən onların  özgəninkiləşdiril- 

məsi  və  başqa  şəxslərə  verilməsi  mümkün  deyildir.  Belə  ki,  şəxsi  qeyri- 

maddi  nemətləri  satmaq,  bağışlamaq,  dəyişmək,  girov  qoymaq,  kirayəyə  ver 

mək və  digər  hər hansı  formada  özgəninkiləşdirmək olmaz.  Buna  görə  də  on 

lara  «ayrılmaz və özgəninkiləşdirilməyən  nemətlər» də deyilir. 1

Müəlliflərdən  V.A.Tarkov  asəssız  olaraq  şəxsiyyətdən  ayrılmaz  olan  obyektlərə  subyektiv 



hüquqların  mövcudluğunu  inkar edir (  Тарное И.Л.  Ответственность но советскому гражданскому 

праву. Саратов.  1973, с. 384).

18


Şəxsi  qeyri-maddi  nemətlərin  üçüncü  əlaməti  ondan  ibarətdir  ki,  bu  ne­

mətlər iqtisadi  (maddi)  məzmundan  məhrumdur. Onların əmlak dəyəri yox­

dur.  Həmin  nemətləri  pulla  ifadə  etmək,  pulla qiymətləndirmək qeyri-mümkün­

dür.  Buna  görə  də  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi onları «əmlak 

dəyəri  olmayan  qeyri-maddi  nemətlər» adlandırır.

Subyektiv  şəxsi  qeyri-əmlak  hüquqlarının  üçüncü  əlaməti  ondan  ibarətdir 

ki.  onlar  fiziki  şəxsi  fərdiləşdirir.  Məhz  bu  hüquqlar,  bir  qayda  olaraq,  fiziki 

şəxslərin  şəxsiyyətinə təkrarolunmaz fərdi çalar və  rəng verir.  Şəxsi qeyri-əm­

lak  hüquqları  fiziki  şəxsi cəmiyyətdən  «ayırmaqla», onu fərdiləşdirməyə imkan 

verən  hüquqlardır.  Bu  hüquqlar  cəmiyyətdə  şəxsiyyətin  ictimai-hüquqi  vəziy­

yətini  xarakterizə  edir.  Onlar  şəxsiyyətin  mənəvi  cəhətlərini,  daxili  estetik  tə­

ləblərini  ifadə edir.

Şəxsiyyəti  fərdiləşdirməkdə  əsas və  başlıca  rol  şəxsi  qeyri-əmlak  hüquqla­

rına  məxsusdur.  Düzdür,  bu  məsələdə  əmlak  hüquqlarının  əhəmiyyətini  inkar 

etmək  olmaz.  Lakin  həmin  məsələdə  şəxsi  qeyri-əmlak  hüquqlarının  üstün  ro­

la  malik olması  şəksizdir.

Şəxsi  qeyri-əmlak  hüquqlannın  dördüncü  əlaməti  onların  əmələ  gəlmə və 

ləğv olunma  əsaslarına aiddir.  Bu hüquqlar aşağıdakı əsaslardan əmələ gəlir:

•   doğum faktından;

•   yaranmaqdan  (təsis olunmaqdan);

•   qanundan.

Şəxsi  qeyri-əmlak  hüquqlarının  bir hissəsi  doğulduğu  andan  vətəndaşlara 

məxsus olur.  Belə  ki,  şəxs doğulan  kimi  həmin  hüquqlara  malik olur.  Məsələn, 

ad  hüququ,  yaşamaq  (yaşayış)  hüququ,  şərəf hüququ,  ləyaqət  hüququ  və di­

gər  hüquqlar fiziki  şəxs  doğulduğu  anda  yaranır.  Doğum  faktı  həmin  hüquqla­

rın əmələ  gəlməsi üçün  əsas rolunu oynayır.

Hüquqi  şəxslər  yarandığı  (təsis  edildiyi)  andan  işgüzar  nüfuz  hüququ  əl­

də  edir.  Deməli,  hüquqi  şəxsin  yaranması  (təsis  edilməsi)  həmin  hüququn 

əmələ gəlməsi  üçün əsasdır.

Bəzi  şəxsi  qeyri-əmlak  hüquqları  qanun  (daha  doğrusu,  qanunda  ifadə 



edilən  göstəriş)  əsasında  yaranır.  Belə  halda  həmin  hüquqların  əmələ  gəl­

məsi  üçün  qanun  əsas  rolunu  oynayır.  Məsələn,  sərbəst  hərəkət etmək  hüqu­

qu,  yaşayış yeri seçmək hüququ,  şəxsi  həyatın toxunulmazlıq  hüququ və digər 

hüquqlar qanun əsasında yaranan hüquqlara  misal ola  bilər.

Bəzi  şəxsi  qeyri-əmlak  hüquqları  mülki-hüquqi  əqd  əsasında  əmələ gəlir. 

Məsələn,  tapşırıq  müqaviləsi  əsasında  vəkil  sirri  hüququ,  bank  əmanəti  və 

bank  hesabı  müqavilələri  əsasında  bank  sirri  hüququ,  rabitə  xidməti  haqqında 

müqavilə  əsasında  yazışma  sirri  hüququ  kimi  şəxsi  qeyri-əmlak  hüquqları 

əmələ  gəlir.

Şəxsi  qeyri-əmlak  hüquqlarının  ləğv  olunma  əsasları  da  spesifik  cəhəti  ilə 

xarakterizə  olunur.  Belə  ki,  bu  hüquqların  çoxu  (məsələn,  ad  hüququ,  yaşa­

maq  hüququ  və  s.)  onların  daşıyıcıları  olan  şəxslərin  ölümü  ilə  ləğv  edilir,  xi­

tam  olunur.  Bu,  onunla  izah  edilir  ki,  şəxsi  qeyri-əmlak  hüquqları  bu  hüquqla­

rın  sahibi  olan  şəxslərin  özündən  ayrılmazdır.  Şəxs  ölən  kimi  bu  hüquqlar  da 

ləğv edilir.

19


Şəxsi  qeyri-əmlak  hüquqları  göstərilən  dörd  hüquqi  əlamətdən  başqa,  həm 

də  belə  bir əlamətlə  xarakterizə  edilir  ki,  onlar  özgəninkiləşdirilm əyən  və  ay­

rılmaz  hüquqlar  qrupuna  aiddir.  Bu  hüquqi  əlamət  qeyri-maddi  nemətin  özü­

nün fiziki şəxsdən ayrılmaz olması faktından  irəli gəlir.  Məhz bu səbəbdən  şəxsi 

qeyri-əmlak hüquqları onların  daşıyıcıları olan şəxsdən  başqa şəxslərə verilə bil­

məz.  Təsəvvür etmək mümkün  deyildir ki,  şəxs özünə  məxsus olan ad  hüququ­

nu,  şəxsi  toxunulmazlıq  hüququnu,  şəxsi  həyatın  toxunulmazlıq  hüququnu,  şə­

rəf hüququnu,  ləyaqət hüququnu və digər hüquqlarını  başqa  şəxsə versin.

Lakin elə  şəxsi qeyri-əmlak  hüquqları vardır ki,  onları təşkil  edən  bəzi  səlahiy­

yətlər başqa şəxslərə verilə  bilər.  Məsələn,  məşhur və  tanınmış şəxs öz adından 

əmtəə nişanında və ya firma adında istifadə edilməsinə icazə verir.  Belə halda ad 

hüququ yox, addan  istifadə hüququ (səlahiyyəti) başqa şəxsə verilir.  Əgər ölərsə, 

şəxsin adından istifadə edilməsinə onun vərəsələri də icazə verə bilərlər.

Bundan  əlavə,  şəxsi  qeyri-əmlak  hüquqları  ayrı-ayrı  hallarda  və  qanunveri­

cilikdə  nəzərdə tutulan  qaydada  başqa  şəxslər,  habelə onların  daşıyıcıları olan 

şəxslərin  vərəsələri  tərəfindən  qoruna  bilər.  Məsələn,  şəxsin  ölümündən  son­

ra  onun  şərəf və  ləyaqət  hüququnun  maraqlı  şəxslər  tərəfindən  müdafiə  edil­

məsinə yol verilir.  Bu,  mümkün olan  məsələdir.

Mülki  hüququn  yarımsahələrindən  hər  birinin  özünəməxsus 

nizamasalma  (tənzimetmə)  predmeti vardır.  Şəxsi  qeyri-əm­

lak  hüququ  kimi  yarımsahənin  predmetini  nə  təşkil  edir?  Bu 

yarımsahə  hansı növ ictimai  münasibətləri tənzimləyir?

Qeyd  etmək  lazımdır ki,  mülki  hüquqların  obyekti  rolunda 

maddi  nemətlərdən  başqa,  həm  də  qeyri-maddi  nemətlər çıxış  edə  bilər.  Qey­

ri-maddi  nemətlərə  aiddir:  əmlak  dəyəri  olan  qeyri-maddi  nemətlər:  əmlak  də­

yəri olmayan qeyri  maddi  nemətlər.

Əmlak  dəyəri  olan  qeyri-m addi  nem ətlər  dedikdə,  əqli  mülkiyyət  obyekt­

ləri, yəni yaradıcılıq fəaliyyətinin  nəticələri (elm, ədəbiyyat və  incəsənət əsərlə­

ri,  ixtiralar,  faydalı  modellər  və  s.)  başa  düşülür.  Əqli  mülkiyyət  obyektlərinin 

yaranması,  qorunması  və  onlardan  istifadə  edilməsi  ilə  bağlı  olaraq  müəyyən 

növ  ictimai  münasibətlər  əmələ  gəlir.  Həmin  münasibətlər  mülki  hüququn  ya- 

rımsahələrindən  biri  olan  əqli  mülkiyyət  hüququ  (müstəsna  hüquq)  ilə  tənzim­

lənir və onun  nizamasalma  predmetini təşkil  edir.

Əmlak  dəyəri  olm ayan  qeyri-m addi  nem ətlər dedikdə,  şəxsi  qeyri-maddi 

nemətlər başa  düşülür.  Bu  nemətlər barəsində  də  müəyyən  növ ictimai  müna­

sibətlər  əmələ  gəlir  ki,  onlara  şəxsi  qeyri-əmlak  münasibətləri  deyilir.  Həmin 

münasibətlər əmlak  münasibətləri  ilə  bağlı  deyildir.  Ona  görə  də onlara  əmlak 

m ünasibətləri  ilə  bağlı  olm ayan  şəxsi  qeyri-əm lak  m ün a sib ə tlə ri  deyilir. 

Məhz bu  münasibətlər şəxsi  qeyri-əmlak  hüququ  ilə tənzimlənir və onun  pred­

metini  təşkil  edir.  Bundan  sonra  göstərilən  münasibətləri  sadəcə  olaraq  şəxsi 

qeyri-əmlak  münasibətləri adlandıracağıq.

Şəxsi  qeyri-əmlak  münasibətlərinin  hüquq  normalan  ilə  (mülki  hüquqla) 

tənzimlənməsi  və  həmin  münasibətlərin  mülki  hüququn  predmetinə  daxil  ol­

ması  mülki  hüquq  elmində  (doktrinasında)  qızğın  doktrinal  (elmi)  mübahisəyə 

səbəb olan  məsələlərdən biridir.  Bu  barədə üç konsepsiya  mövcuddur.  Həmir

Şəxsi


qeyri-əmlak

hüququnun

predmeti

20


konsepsiyalar hüquq ədəbiyyatında şərti olaraq belə adlanır:

•   radikal konsepsiya;

•   neqativ konsepsiya;

•   pozitiv konsepsiya.



Radikal  konsepsiyanı  əsaslandıran  alimlər  göstərirlər  ki,  şəxsi  qeyri-əm- 

lak  münasibətləri  orijinal  və  müstəqil  olub,  digər  münasibətlərdən  ayrılmışdır. 

Onların  fikrincə,  həmin  münasibətlər tənzimetmənin  müstəqil  predmetini təşkil 

etsə  də,  onların  xüsusi  çəkisi  müstəqil  hüquq sahəsinin ayrılması üçün kifayət 

etmir  və  yetərli  deyildir.  Göstərilən  konsepsiya  XX  əsrin  50-ci  illərində  mülki 

hüququn  predmeti  barədə diskussiya  nəticəsində yaranmışdır’ .



Neqativ  konsepsiyanı  irəli  sürən  müəlliflər  belə  hesab  edirlər  ki,  şəxsi 

qeyri-əmlak  münasibətləri  mülki  hüquqla  tənzimlənmir,  yalnız  qorunur (müda­

fiə  edilir).  Uzun  müddət neqativ konsepsiya üstün konsepsiya kimi geniş yayıl­

mışdır.  Hüquq  ədəbiyyatı  səhifələrində  bu  konsepsiyanı  ilk  dəfə  O.S.loffe 

əsaslandırmışdır1

 2.  Bir sıra alimlər də  bu konsepsiyanı  dəstəkləyirlər3.  O.S.loffe 

göstərir  ki,  şəxsi  qeyri-əmlak  münasibətləri,  əgər ümumiyyətlə,  hüquq  norma­

ları  ilə tənzimlənirsə,  mülki  hüququn yox,  hüququn  başqa  sahələrinin  predme- 

tinə daxildir4.

Pozitiv  konsepsiyanın  tərəfdarları  göstərirlər  ki,  şəxsi  qeyri-əmlak  müna­

sibətləri  mülki  hüquqla  həm  tənzimlənir,  həm  də qorunur və  buna görə də hə­

min  münasibətlər  mülki  hüququn  predmetinə  daxildir5.  Bu  konsepsiyanın  nü­

mayəndələri  öz  mövqelərini  bununla  əsaslandırırlar  ki,  müdafiə  (qoruma)  icti­

mai  münasibətləri  hüquqi  tənzimetmənin  formalarından  biri  olub,  onun  aynl- 

maz hissəsidir.  Digər tərəfdən dövlət hər hansı  münasibəti qorumaqla və bunu

1  О  предмете советского гражданского права (к итогам дискусии) // Советское государство и 

право.  1955.  5, с 60; Кулаин М И . Тенденции развития законодательства личных неимуществен­

ных  правах граждан.  М.,  1982. с. 60-61.

2  Иоффе О.С. Охрана чести и достоинства граждан. //Советское государство и право.  1962. Н• 7.

3  Гражланско - правовая охрана интересов личности.  М.,  1969, с. 58; Комментарии части пер­

вой  Гражданского  Кодекса  Российской  Федерации  для  предпринимателей.  М.,  1995,  с.  18-19; 

Гражданское право.  Учебник.  Том  I  /  Под рсд.  Е  А.Суханова.  М.,  1998;  Гражданскос право.  Учеб­

ник /  Под рсд.  В.В. Залесского.  М., 2002, с.  135.

4  Иоффе О.С.  Советское гражданское право. М.,  1967, с.  12.

5  Советское гражданское право.  Учебник.  Том  I  /  Под рсд. О.А.Красавчикова  М.,  1985. с.  12- 

13;  Советское  гражданское  право.  Учебник.  Том  I  /   Под  рсд.  В.П.Грибанова.  С.М.Корнеева.  М . 

1979,  с.  8;  Советское  гражданское  право.  Учебник.  Часть  I  /  Под  рсд.  В.А.Рясенцсва  М ,  1986; 

Гражданское  право.  Учебник.  Часть  I  /   Под  рсд.  А.П.Сергееса.  Ю.К.Тоястого.  М .  1998.  с.  4. 

Гражданское право.  Учебник. Том  I  / Пол рсд. Е.А.Суханова.  М.,  1998, с. 722;  Гражданское право 

Учебник.  Часть  I  /  Под рсд.  Т.И.Илларионовой. Б.М.  Гонгаю.  В.А.Плетневой.  М..  1998. с. 7; Граж­

данское  право  России.  Учебник.  Часть  1  /  Под рсд.  З.Н.Цыбулснко  М.,  1998, с.  12;  Гражданское 

право.  Учебник.  Под  рсд.  В.В.Залесского.  М.МРассолова.  М., 2002, с.  5;  Гражданское  право Рос­

сии.  Курс лекций.  Часть общая /  Под рсд. О.Н.Садикова.  М., 2001, с. 25;  Толстой /О.К  Кодифика­

ция  гражданского  законодательства  в СССР (1961-1965).  Л.,  1970 (  автор реф. лисе, д.ю.н.); Кра­

савчиков О.А.  Охрана  интересов  личности  и  свод законов  советского  государства //  Гражданско- 

правовая  охрана  интересов личности  в СССР.  Свердловск.  1977. с. 23;  Красавчикова Л.О  Личная 

жизнь  граждан  под охраной закона.  М.,  1983, с. 32-33;  Maieuna М.Н.  Зашита личных неимущест­

венных  прав  советских  граждан.  М.,  1991,  с.  15;  Ярощенко  К.Б.  Жизнь  и  здоровье  под  охраной 

закона.  М.,  1990,  с.  9-20;  Егоров  Н.Д.  Гражданско-правовое  регулирование  общественных 

отношений. Л.,  1988, с.  117.

21


qanunda  rəsmiləşdirməklə,  qanun  vasitəsilə  subyektlərin  (münasibətdə  iştirak 

edən  şəxslərin)  müəyyən  qaydada  davranmaları  barədə  göstəriş  ifadə  edir, 

subyektlərin  hüquq  və  vəzifələrini  müəyyən  edir,  yəni  həmin  növ  münasibətin 

hüquqi tənzimlənməsini  həyata keçirir'.

Bizim fikrimizcə,  pozitiv konsepsiya tərəfdarı olan  müəlliflərin  mövqeyi daha 

inandırıcıdır.  Doğrudan  da  mülki  hüquq  (mülki  qanunvericilik)  əgər şəxsi  qeyri- 

əmlak  münasibətlərində  iştirak  edən  şəxslərin  hüquq  və  vəzifələrini,  onların 

davranışını müəyyənləşdirirsə,  bu,  onu  göstərir ki.  o,  həmin  münasibətləri tən­

zim edir,  nizama  salır.  Ona  görə  ki,  tənzim  etmək və  nizama  salmaq  müəyyən 

etmək  deməkdir.  Digər tərəfdən,  hüquq  ədəbiyyatında  haqlı  olaraq  göstərildiyi 

kimi,  hüquqları  tənzimetmə  və  qoruma  bir-birinə  qarşı  qoyula  bilməz,  çünki 

tənzimetmə  hüquqların  qorunmasını  ifadə  edir;  hüquqların  qorunması  isə  mü­

vafiq  münasibəti  tənzimləmək  yolu  ilə  həyata  k e çirilir;  qoruma  (müdafiə)  tən­

zimetmə formasıdır1

 * 3.

Beləliklə,  şəxsi  qeyri-əmlak  münasibətləri  mülki  hüquqla  tənzimlənir.  Həmin 



münasibətləri mülki hüququn predmetindən çıxartmaq olmaz.  Mülki  hüquq onla- 

n özünün  yarımsahələrindən  biri olan  şəxsi  qeyri-əmlak  hüququ  vasitəsi  ilə  tən­

zimləyir.  Həmin  münasibətlər  mülki  hüququn  predmet  komponentlərindən  (ele­

mentlərindən) biridir ki,  göstərilən yarımsahənin predmeti onlardan ibarətdir.

Şəxsi qeyri-əmlak münasibətləri  üç əsas hüquqi əlamətlə  (xüsusiyyətlə) xa­

rakterizə  olunur.  Birinci  hüquqi  əlamət  ondan  ibarətdir  ki,  şəxsi  qeyri-əmlak 

münasibətləri  şərəf,  ləyaqət,  işgüzar nüfuz,  ad  və  s.  kimi  qeyri-maddi  (qeyri- 

əmlak)  nemətlər  barəsində əmələ  gəlir.  Bu  nemətlərin  əmlak  (maddi) dəyəri, 

iqtisadi  məzmunu yoxdur.

Şəxsi  qeyri-əmlak  münasibətləri  bu  münasibətlərdə  iştirak  edən  şəxslərin 

özündən  ayrılmaz  olub,  onların  şəxsiyyəti  ilə  qırılmaz  surətdə  bağlıdır.  Bu, 

şəxsi qeyri-əmlak münasibətlərinin  ikinci  hüquqi  əlamətidir.

Şəxsi  qeyri-əmlak  münasibətlərində  bu  münasibətlərdə  iştirak  edən  ayrı-ayrı 

şəxslərin  (fiziki  və  ya  hüquqi  şəxslərin)  fərdiliyi,  təkrarolunmazlığı  təzahür 

edir.  Bu,  şəxsi  qeyri-əmlak  münasibətlərinin  üçüncü  hüquqi  əlamətidir.  Bu 

münasibətlərin  köməyi və vasitəsi ilə şəxslər təkrarolunmaz, fərdi çalar alırlar.

Şəxsi  qeyri-əmlak  münasibətləri  dedikdə,  qeyri-maddi 

nemətlər  barəsində  yaranan,  şəxslərin  fərdi  xüsusiy­

yətlərini  təzahür  etdirən  ictimai  münasibətlər  başa  dü­

şülür.

Qeyri-maddi  nemətlər  barəsində  yaranan  şəxsi  qeyri-əmlak  münasibətləri 



hüquq  normaları  ilə  tənzimlənir.  Bu  zaman  həmin  münasibətlər  hüquqi  forma 

alır,  onlara  hüquqi  forma  verilir.  Əgər  şəxsi  qeyri-əmlak  münasibətləri  hüquqi 

forma  almazsa  və  həmin  münasibətlərə  hüquqi  forma  verilməzsə,  onda  onlar 

hüquqi cəhətdən  nə tənzimlənə,  nə də müdafiə edilə  bilər.

Şəxsi  qeyri-maddi  nemətlər  barəsində  yaranan  və  hüquq  normaları  ilə  tən­

zimlənən  şəxsi  qeyri-əmlak  münasibətlərinə  şəxsi  qeyri-əmlak  hüquq  münasi-



Şəxsi  qeyri-əmlak 

münasibətləri və 

onların  quruluşu

1  Гражданское право. Учебник.  Часть  I  / Под рсл. А.ГКалпина, А.И.Масляева.  М .,  1997, с.  14.



7  Развитие советского гражданского права на современном этапе. М ..  1986, с. 205.

3  Гражданское право.  Учебник. Том  I  / Под рсд. Т.И.Илларионовой и лр. М .,  1998, с. 7.

22


bətləri deyilir.

Şəxsi  qeyri-əmlak  hüquq  münasibəti  mülki  hüquq  münasibətinin  bir  növü­

dür.  Ona  görə  də  bu  münasibətlər  öz  quruluşuna  görə  üç  elementdən,  yəni 

subyekt  tərkibindən,  məzmundan  (subyektiv  hüquqdan,  hüquqi  vəzifədən) və 

obyektdən  ibarətdir.

Şəxsi  qeyri-əm lak  m ünasibətinin  subyekt tərkibi  bu münasibətdə iştirak 

edən  tərəflərdən,  yəni  iki  tərəfdən  ibarətdir.  B irinci  tərəf məlum  məsələdir ki, 

səlahiyyətli  şəxs  adlanır.  Səlahiyyətli  şəxs  dedikdə,  subyektiv  şəxsi  qeyri- 

əmlak  hüququnun  daşıyıcısı  (sahibi)  başa  düşülür.  Səlahiyyətli  şəxs  odur  ki, 

qeyri-maddi  nemət  ona  məxsusdur.  Məsələn,  sağlamlıq  barədə  şəxsi  qeyri- 

əmlak  hüquq  münasibəti  yaranır.  Bu  növ hüquq  münasibətində  sağlamlıq kimi 

nemətin  məxsus olduğu  vətəndaş,  yəni həmin  nemətin qorunması  hüququnun 

daşıyıcısı  olan vətəndaş səlahiyyətli şəxs hesab edilir.  Başqa bir misalda şəxsi 

yaşayış  (həyat)  barəsində  şəxsi  qeyri-əmlak  hüquq  münasibəti  əmələ  gəlir. 

Burada  yaşayış  (həyat)  kimi  qeyri-maddi  nemətin  məxsus  olduğu  vətəndaş, 

yəni  yaşayış  (yaşamaq)  hüququnun  sahibi  olan  vətəndaş  səlahiyyətli  şəxsdir. 

Daha  başqa  bir  misalda  ad  kimi  qeyri-maddi  nemət barəsində şəxsi qeyri-əm­

lak  hüquq  münasibəti  yaranır.  Burada  ad  kimi  nemətin  məxsus  olduğu vətən­

daş,  yəni  ad  hüququnun daşıyıcısı olan vətəndaş səlahiyyətli şəxsdir.

Səlahiyyətli  şəxs  rolunda  istənilən fiziki  şəxs çıxış edə  bilər.  Belə  ki,  hər bir 

fiziki  şəxs qeyri-əmlak  hüquqlarına  (yaşamaq, sağlamlığın qorunması və s.  hü­

quqlarına)  malik ola  bilər.  Şəxsi qeyri-əmlak hüququ mülki  hüquqların müstəqil 

növü  olub,  m ülki  hüquq  qab iliyyə tin in   m əzmununun  b ir  hissəsini  təşkil 

edir.  Mülki  hüquq  qabiliyyəti  isə  fiziki  şəxsin yaşından və sağlamlıq vəziyyətin­

dən  asılı deyildir.  Məhz bu səbəbdən şəxsi qeyri-əmlak  münasibətlərində səla­

hiyyətli  şəxs  rolunda  həm  azyaşlılar  (18  yaşına  çatmayan  şəxslər),  həm  ruhi 

xəstələr  və  kəmağıllılar  (fəaliyyət  qabiliyyəti  olmayan  şəxslər)  çıxış  edə  bilər­

lər.  Söhbət  natamam  (nisbi)  fəaliyyət  qabiliyyətli  (14  yaşdan  18  yaşa  kimi), 

qismən  fəaliyyət  qabiliyyətli  (14  yaşa  kimi),  məhdud  fəaliyyət  qabiliyyətli,  ha­

belə  qeyri-fəaliyyət  qabiliyyətli  şəxslərdən  gedir'.  Deməli,  şəxsi  qeyri-əmlak 

hüquqlarının  daşıyıcısı  rolunda  yaşından  və  fəaliyyət  qabiliyyətindən  asılı 

olm ayaraq  b ü tün   vətəndaşlar çıxış edə bilərlər1

 2.

Şəxsi  qeyri-əmlak  münasibətlərində  ikinci tərəf (qarşı  tərəf) rolunda  borc­



lu  şəxs  çıxış  edir.  Məlum  məsələdir  ki,  hər  bir  mülki  hüquq  münasibətində,  o 

cümlədən  şəxsi  qeyri-əmlak  hüquq  münasibətində  iki  tərəf iştirak  edir.  Hüquq 

münasibəti  də  məhz onlar arasında  yaranır.  Şəxsi qeyri-əmlak  hüquq  münasi­

bətində  birinci tərəf qismində çıxış edən  səlahiyyətli şəxs bizə  məlumdur. Bəs, 

səlahiyyətli  şəxsə qarşı  duran  borclu şəxs (digər tərəf)  rolunda  burada kim işti­

rak edir?

Məsələyə  diqqət  yetirsək  görərik  ki,  şəxsi  qeyri-əmlak hüquq  münasibətləri 

qeyri-maddi  nemətlər  barəsində  səlahiyyətli  şəxslə  əhatə  dairəsi  bilinməyən, 

;ayı  qeyri-məhdud  olan  şəxslər  (cəmiyyət  üzvləri,  yəni  «hamı  və  hər  kəs»)

1  Гражданское право. Учебник. Часть  I  /  Под ред.  T lf. Илларионовой и др. M.,  I99S, с.  171.

2  Гражданское право. Учебник /  Под ред. В.В.Заяесского.  М.М.Вассолоса  М., 2002. с.  126.

23


arasında  əmələ  gəlir.  Deməli,  borclu  şəxs  qismində  həmin  münasibətlərdə 

qeyri-məhdud  saylı,  naməlum  cəm iyyət  üzvləri  («hamı  və  hər  kəs»)  çıxış 

edirlər.  Bu isə onu  göstərir ki,  şəxsi  qeyri-əmlak  hüquq  münasibətləri öz quru­

luşuna  (strukturuna) görə  m ütləq  hüquq  m ünasibəti  növünə  (qrupuna) daxil­

dir'.  Bu  cür  hüquq  münasibətlərində  səlahiyyətlə  şəxsə  qarşı  sayı  qeyri-məh­

dud  olan  borclu  şəxslər  durur.  Göstərilən  cəhət  şəxsi  qeyri-əmlak  münasibət­

lərini xarakterizə edən əsas hüquqi əlamətlərdən  biridir.

Mülki  hüquq  münasibətində,  o  cümlədən  onun  bir  növü  olan  şəxsi  qeyri- 

əmlak  hüquq  münasibətində  çıxış  edən  tərəflər  (səlahiyyətli  şəxs  və  borclu 

şəxslər)  subyektiv  hüquqlara  malik  olub,  subyektiv  hüquqi  vəzifələr  daşıyırlar. 

Bu  hüquq  və  vəzifələrin  məcmusu  şəxsi  qeyri-əmlak  hüquq  münasibətinin 

məzmununu  təşkil  edir.  Məzmun  isə  şəxsi  qeyri-əmlak  münasibətinin  ele­

mentlərindən  biridir.

Subyektiv  hüq uq la r  dedikdə,  şəxsi  qeyri-əmlak  hüquqları  başa  düşülür. 

Şəxsi qeyri-əmlak  hüququ subyektiv mülki hüququn  müstəqil  növü olub,  yalnız 

şəxsi  qeyri-əmlak  hüquq  münasibətləri  çərçivəsində  əmələ  gələ  bilər.  Onlar 

ancaq  subyektiv  hüquq  kimi  mövcud  ola  bilər.  Özü  də  şəxsi  qeyri-əmlak  hü­

quqları səlahiyyətli  şəxsə məxsusdur.  Onların daşıyıcısı  səlahiyyətli şəxsdir.

Subyektiv  hüquq  kimi  mövcud  olan  şəxsi  qeyri-əmlak  hüquqlarının  məzmu­

nu  (strukturu)  bir  neçə  hüquqi  imkandan  (səlahiyyətdən)  ibarətdir.  Birinci  hü­

quqi  imkana  (səlahiyyətə)  tələb  etm ək  hüquqi  im kanı  (sə la h iyyə ti)  deyilir. 

Bu  hüquqi  imkana  (səlahiyyətə)  əsasən  səlahiyyətli  şəxs  şəxsi  qeyri-əmlak 

münasibətində  iştirak  edən  qarşı  tərəfdən,  yəni  əhatə  dairəsi  məlum  olmayan 

borcu  şəxslərdən  («hamwdan  və  «hər  kəs»dən)  tələb  edə  bilər  ki,  onlar  öz 

üzərlərinə düşən vəzifəni icra  etsinlər.

İkinci  hüquqi  imkan  (səlahiyyət)  m üdafiə  sə la h iyyə ti  (h ü q u q i  im kanı)  ad­

lanır.  Bu  hüquqi  imkana  (səlahiyyətə)  əsasən  səlahiyyətli  şəxs  onun  şəxsi 

qeyri-əmlak  hüquqları  pozulduğu  hallarda,  öz  pozulmuş  hüquqlarını  məhkəmə 

və  ya  inzibati  qaydada  müdafiə  edə  bilər.  Başqa  sözlə  desək,  öz  şəxsi  qeyri- 

əmlak  hüquqları  (məsələn,  şərəf və  ləyaqət  hüququ,  yaşamaq  hüququ  və  s.) 

pozulan  zaman  səlahiyyətli  şəxs hüquq  pozuntusu törədən  şəxsə  (borclu  şəx­

sə) mülki-hüquqi sanksiyalar tətbiq  olunmasını tələb edə  bilər.

Oçüncü  hüquqi  imkana  (səlahiyyətə)  istifa d ə   sə la h iy y ə ti  deyilir.  İstifadə 

səlahiyyətinə  əsasən  səlahiyyətli  şəxs  şəxsi  qeyri-əmlak  hüquqlarından  (mə­

sələn,  yaşamaq  hüququndan,  sağlamlığın  qorunması  hüququndan  və  s.)  isti­

fadə  edir.  Bu  hüquqlardan  istifadə  etməklə  şəxslər  öz  fiziki  əmin-amanlığını, 

şəxsi toxunulmazlığını və  s.  təmin  edir.  Səlahiyyətli  şəxs  şəxsi  qeyri-əmlak  hü­

quqlarından  öz  mülahizə  və  istəyinə  görə,  lakin  qanunla  müəyyən  edilmiş 

həddə istifadə edə  bilər.

Mülki  hüquq  münasibətinin  digər  növlərinin  məzmununa  davranış  səlahiy­

yəti  (hüquqi  imkanı)  kimi  başqa  element  də  daxildir.  Xüsusən  də  mütləq  hü­

quq  münasibətləri  (məsələn,  mülkiyyət  hüquq  münasibətləri)  üçün  davranış 1

1  Советское  гражлапскос  право.  Учебник.  Том  I  /   Под  рсд.  О.А.К/юсаичикоса.  М.,  1985,  с. 

191;  Гражданское  право.  Учебник.  Часть  1  /   Под  рсд.  Г.И. Илларионовой  и  др.  М ..  1998,  с.  179; 

Гражданское право.  Учебник.  Часть  1  / Под рсд. А.П.Ссргсеоа. Ю.К.Тоястого.  М.,  1998. с. 314.

24


səlahiyyəti  xarakterik olan  səlahiyyətdir.  Şəxsi qeyri-əmlak  hüquq  münasibəti­

nin  məzmununa isə belə  səlahiyyət aid deyildir.  Bu, tədris ədəbiyyatında haqlı 

olaraq  göstərildiyi  kimi,  şəxsi  qeyri-əmlak  hüquqlarının  (o  cümlədən  də  şəxsi 

qeyri-əmlak hüquq münasibətlərinin) başlıca xüsusiyyətini təşkil edir'.

Beləliklə,  subyektiv  mülki  hüquq  kimi  şəxsi  qeyri-əmlak  hüququnun  məz­

munu (strukturu) ü ç səlahiyyətdən  (hüquqi imkandan) ibarətdir:

•   tələb etmək səlahiyyətindən (hüquqi imkanından);

•   müdafiə səlahiyyətindən  (hüquqi imkanından);

•   istifadə səlahiyyətindən  (hüquqi imkanından).

Subyektiv  mülki  hüquq  kimi  şəxsi  qeyri-əmlak  hüquqları  nə  ilə  xarakterizə 

olunur?

Birincisi,  şəxsi  qeyri-əmlak hüquqları  qeyri-maddi xarakterə malikdir. On­

ların  əmlak  dəyəri  və  iqtisadi  (maddi)  məzmunu  yoxdur.  Şərəf və  ləyaqət  hü­

ququ,  yaşamaq  hüququ,  sağlamlığın  qorunması  hüququ,  şəxsi  toxunulmazlıq 

hüququ  və  digər  şəxsi  qeyri-əmlak  hüquqları  hər  hansı  iqtisadi  (dəyər)  məz­

mundan  məhrumdur.  Əgər  bu  hüquqlar  pozularsa,  səlahiyyətli  şəxsə  mənəvi 

zərər vurulur və  həmin  zərər pulla  kompensasiya  edilir.  Lakin  belə  kompensa­

siya  şəxsi qeyri-maddi  nemətlərin dəyər ekvivalenti hesab edilmir.

İkincisi,  şəxsi  qeyri-əmlak  hüquqları,  adından  göründüyü  kimi,  son  dərəcə 

şəxsi  xarakterli  hüquqlardır.  Buna görə də həmin hüquqlara mülki qanunveri­

cilikdə  «özgəninkiləşdirilməyən  hüquqlar»  deyilir  (MM-in  2-ci  maddəsinin  4-cü 

bəndi).  Məhz bu  səbəbdən  göstərilən  hüquqları  başqa  şəxslərə vermək olmaz. 

Hətta  həmin  hüquqlar vərəsəlik  qaydasında  vərəsələrə  verilmir.  Onlar heç vaxt 

əqdin  predmeti  qismində  çıxış  etmir1

 2 3


 4

.  Onlar  özgəninkiləşdirilməsi  mümkün  ol­

mayan  hüquqlardır.  Şəxsi qeyri-əmlak hüquqlarının qeyd edilən hüquqi xüsusiy­

yəti qeyri-maddi  nemətlərin özünün ayrılmaz olması faktından irəli gəlir.

Lakin  bu  hüquqi  xüsusiyyətinə  baxmayaraq,  bəzi şəxsi  qeyri-əmlak  hüquqlan 

səlahiyyətli  şəxs öldükdən sonra  başqa şəxslər tərəfindən  həyata keçirilə və mü­

dafiə oluna  bilər.  Məsələn,  müəlliflik  hüququ  (əsərin  müəllifi  kimi tanınmaq hüqu­

qu),  ad  hüququ  (əsərdən  müəllifin öz adı ilə istifadə etmək hüququ)), əsərin toxu­

nulmazlıq  hüququ  kimi  hüquqlar  müəllifə  məxsus  olub,  onun  şəxsi  qeyri-əmlak 

hüquqlan hesab edilir".  Əgər müəllifin ölümündən sonra onun göstərilən hüquqla- 

n  pozularsa,  onda  vərəsələr  həmin  hüquqlan  pozan  hərəkətlərin aradan qaldırıl­

masını tələb edə bilərlər.  Bu isə müəllifin şəxsi qeyri-əmlak hüquqlannın faktiki su­

rətdə müdafiə olunmasını  ifadə edir. Qanun icazə verir ki, vərəsələr müəllifin şəx­

si  qeyri-əmlak hüquqlarını həyata keçirsinlər5.  Bundan əlavə, vətəndaş ölmüş ailə 

üzvünün şərəf və ləyaqətini müdafiə etmək üçün iddia verə bilər6.

1  Гражланскос право.  Учебник. Том  I  /  Пол рсл. Е.Л.Суханоса.  M.,  I99S. с.  726.

2  Гражданское  право России.  Курс лекций.  Часть общая, с. 282.

3  Советское  гражданское  право.  Учебник.  Том  I  /  Под рсл.  О.Л.Красасыикосп.  М .  1985.  191. 

Гражданское право.  Учебник.  Часть  1  /  Подрсд.  Т.Г.Ихшарионосой ндр. М.,  1998. с  170.

4  «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunun  14-cü maddəsi.

5  «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında»  qanunun 29-cu maddəsi

6  Рассмотрение  гражданских дел  о зашиты  чести  и достоинства.  Обзор судебной  практики / 

Бюллетень Верховного Суда СССР.  1979, № 6.

25


Üçüncüsü,  şəxsi  qeyri-əmlak  hüquqları  m üstəsna  h ü quq  növünə  (qru­

puna)  aid  olan  hüquqlardır.  Ona  görə  ki,  səlahiyyətli  şəxs  özünəməxsus  sub­

yektiv qeyri-əmlak  hüquqlarının  obyekti  olan  nemətlərdən  (həyatdan,  sağlam­

lıqdan.  addan  və  s.)  istifadə  etməkdə  qanuni  (leqal)  in h is a r  hüququna  ma­

likdir.  Bütün  digər  şəxslərin  şəxsi  qeyri-maddi  nemətlərə  münasibətdə  belə 

hüquqa  rnalik  olması  qadağandır.  Müstəsna  hüquq  həm  də  onu  ifadə  edir  ki, 

şəxsi  qeyri-əmlak  hüququnun  məzmununu  təşkil  edən  bəzi  səlahiyyətlərdən 

(hüquqi  imkanlardan) yalnız səlahiyyətli  şəxsin  icazə və  razılığı  ilə  istifadə edi­

lə  bilər.  Məsələn,  məşhur  və  tanınmış  idmançı  icazə  verir  ki,  hər  hansı  firma 

onun adından əmtəə nişanında  istifadə etsin və s.

Dördüncüsü,  subyektiv  şəxsi  qeyri-əmlak  hüquqları  m ütlə q   h ü q u q la r  sı­

rasına  aiddir.  Ona  görə  ki,  əhatə  dairəsi  məlum  olmayan  və  qeyri-məhdud 

sayda  borclu şəxslər şəxsi qeyri-əmlak hüquqlarının  daşıyıcısı olan səlahiyyətli 

şəxsə qarşı dururlar.

Şəxsi  qeyri-əmlak  hüquq  münasibətinin  məzmununu  təşkil  edən  ikinci  ele­

ment  su byektiv  m ülki  hüquqi  vəzifədir.  Subyektiv vəzifə  borclu  şəxsin  üzə­

rinə düşür.  Borclu  şəxsin  üstünə düşən vəzifə  nədən  ibarətdir?

Qeyd  etmək  lazımdır  ki,  mütləq  hüquq  münasibətlərində  tərəf  rolunda  işti­

rak  edən  borclu  şəxs  həmişə  və  bütün  hallarda  aktiv yox,  p a ssiv  vəzifə  daşı­

yır.  Bu  vəzifə  borclu  şəxsin  səlahiyyətli  şəxsə  (subyektiv qeyri-əmlak  hüququ­

nun  daşıyıcısına)  öz  su b ye ktiv  hüququnu  həyata  ke çirm ə kd ə   m ane  olm a- 

maqdan  ibarətdir.  Başqa  sözlə  desək,  borclu  şəxs səlahiyyətli  şəxsin  subyek­

tiv  şəxsi  qeyri-əmlak  hüquqlarını  poza  bilən  hərəkətlər  etməkdən  çəkinməli­

dir',  Bu,  onun  əsas  və  başlıca  vəzifəsidir.  Məhz  borclu  şəxsin  bu  cür  passiv 

vəzifəni  icra  etməsi  imkan  verir və təmin edir ki,  səlahiyyətli  şəxs öz  subyektiv 

qeyri-əmlak  hüququnu  tam  və  lazımınca  həyata  keçirsin.  Əgər  borclu  şəxs  öz 

vəzifəsini  icra  etməzsə,  bununla  o,  hüquq  pozuntusuna  yol  verir,  yəni  səlahiy­

yətli  şəxsin  subyektiv  qeyri-əmlak  hüquqlarını  pozur.  Belə  halda  isə  səlahiy­

yətli  şəxs öz  pozulmuş  hüquqlarını  müdafiə  etmək  üçün  qanunda  nəzərdə  tu­

tulan müdafiə  üsullarına əl atır.

Obyekt  şəxsi  qeyri-əmlak  hüquq  münasibətinin  üçüncü  elementidir.  Əgər 

obyekt  yoxdursa,  onda  şəxsi  qeyri-əmlak  hüquq  münasibətləri  də  yarana  bil­

məz. Onlar məhz obyekt barəsində  əmələ gəlir.

Şəxsi  qeyri-əm lak  hüquq  m ün a sib ə tin in   o b y e k ti  dedikdə,  şəxsi  qeyri- 

maddi  nemətlər  başa  düşülür.  Bu  nemətlər  subyektiv  mülki  hüquq  kimi  şəxsi 

qeyri-əmlak  hüquqlarının obyektidir.  Onların  hüquqi  əlamətləri və  təxmini  siya­

hı  barədə  bundan  əvvəlki  yarımbaşlıqların  birində  danışmışıq.  Buna  görə  də 

həmin məsələyə yenidən toxunmağı lazım  bilmirik.

«Şəxsi qeyri-əmlak hüququ»  və  «şəxsi qeyri-maddi  nemət»  kimi  iki  anlayışı 

bir-birindən  fərqləndirmək  lazımdır.  Alimlərdən  M.N.Maleina  haqlı  olaraq  gös­

tərir ki,  bir-birləri  ilə  sıx qarşılıqlı  surətdə  bağlı  olsalar da,  onları  eynimənalı  (si- 1

1  Советское гражданское  право.  Учебник. Том  I  / Пол рсл.  О.А.Красавчикова.  М.,  1985,  191 

192; Гражданское право России.  Учебник.  Часть  1  / Под рсд. З.И.Цыбуяенко.  М.,  1998. с.  160.

26


nonim) hüquqi terminlər hesab etmək olmaz1.

Amma  Rusiya  Federasiyasının  MM-İ  «qeyri-maddi  nemətlər»  ifadəsini 

ümumiləşdirilmiş  anlayış  kimi  işlədir.  Belə  ki.  həmin  məcəllədə  «qeyri-maddi 

nemətlər»  anlayışı  özündə  şəxsi  qeyri-əmlak  hüquqlarını  və  vətəndaşa  məx­

sus  olan  digər  qeyri-maddi  nemətləri  birləşdirir  (RF  MM-in  151-ci  maddəsinin

1-ci  bəndi).  Bir  sıra  müəlliflər  Mülki  Məcəllədə  ifadə  olunan  hüquqi  göstərişə 

istinad edərək analoji  mövqedə dururlar1

 2.


Bizim  fikrimizcə,  nə  qanunverici,  nə  də  alimlər  göstərilən  məsələ  barəsində 

dəqiq mövqe tutmurlar.  M.N.Maleina haqlı olaraq təklif edir ki,  RF MM-in nəzərdə 

tutduğu qeyri-maddi nemətlərin siyahısından qeyri-əmlak hüquqlan çıxanlsın3.

Şəxsi  qeyri-əmlak  hüquqları  subyektiv  mülki  hüququn  müstəqil  növüdür. 

Onlar şəxsi qeyri-əmlak hüquq münasibəti çərçivəsində yaranaraq, həmin mü­

nasibətin  məzmununu təşkil edən elementlərdən  biridir.  Şəxsi qeyri-maddi ne­

mətlərə  gəldikdə  isə  onlar  subyektiv  şəxsi  qeyri-əmlak  hüquqlarının,  eləcə  də 

şəxsi  qeyri-əmlak  hüquq  münasibətlərinin obyektidir.  Deməli, onlar eynimənalı 

anlayışlar deyildir.

Şəxsi  qeyri-əmlak  hüquq  münasibətləri  bir  neçə  fərqləndirici  əlamətə  (xü­

susiyyətə) malikdir.  Həmin  əlamətlərə (xüsusiyyətlərə) aiddir:

•   birincisi,  şəxsi  qeyri-əmlak  hüquq  münasibətləri son dərəcə  şəxsi  xarak­

te rli  m ü n a sib ə tlə rdir, çünki  bu münasibətlər şəxsi  qeyri-maddi  nemətlər 

(həyat,  sağlamlıq,  şərəf və  ləyaqət,  ad,  şəxsi toxunulmazlıq və  s.  nemət­

lər)  barəsində  əmələ  gəlir  ki,  bu  nemətlər həmin  münasibətlərin  iştirakçı­

sı  (tərəfi)  olan  səlahiyyətli  şəxsin  özü  ilə,  onun  şəxsiyyəti  ilə  qırılmaz  su­

rətdə  bağlıdır:

•   ikincisi,  şəxsi  qeyri-əmlak  hüquq  münasibətləri  cəmiyyətin  qeyri-maddi 

(mənəvi)  sferasında  yaranır və  buna  görə  də  həmin  hüquq  münasibətləri 

hər  hansı  iqtisadi  (maddi,  dəyər)  məzmundan tam  məhrumdur.  Məhz  bu 

səbəbdən  onlar  qeyri-əmlak  hüquq  münasibətləri  olub,  əmlak  münasi­

b ə tlə ri  ilə   b ilavasitə  bağlı  deyildir;

•   üçüncüsü,  şəxsi  qeyri-əmlak  hüquq  münasibətləri  m ütləq  hüquq  müna­

sib ə ti  q rupuna  (növünə)  aiddir,  çünki  bu  münasibətlərdə  iştirak  edən 

səlahiyyətli  şəxsə  qarşı  əhatə  dairəsi  məlum  olmayan,  qeyri-məhdud 

sayda  borclu  şəxslər dururlar;

•   dördüncüsü,  şəxsi qeyri-əmlak hüquq  münasibətlərinin  məzmununa daxil 

olan  subyektiv  hüquq  (subyektiv  şəxsi  qeyri-əmlak  hüququ)  özgəninki- 

lə ş d irilm ir  və  başqa  şəxslərə  verilm ir.  Onların  müəyyən  bir  subyekt­

dən  digər  subyektə  keçməsi  qeyri-mümkündür.  Məhz  bu  səbəbdən  şəx­

1  Maıemııt M.H.  Личные  неимущественные  права  граждан (понятие,  осуществление, защнга). 

Авторсф. локт. лисе. М..  1997, с. 9.

2  Məsələn,  bax:  Гражданское  право.  Учебник.  Том  I  /  Пол ред.  ЕЛ.Суханова.  М..  199$, с.  726; 

Гражданское  право  России.  Учебник.  Часть  I  /   Пол  род.  З.Н.Цыбуяенко.  М .  1998,  с.  160;  Граж­

данское  право  России.  Курс лекций.  Обшая  часть /  Под рсд.  О.Н.Садикова.  М., 2001, с.  2S2;  Граж­

данское право. Учебник. Часть  I  /П ол рсд. А.П.Ссргееса. Ю.К.Толстого.  М..  1998. с. 313-314.

3  Малаша  М.Н.  Личные  неимущественные  права  граждан  (понятие, осуществление, зашита). 

Авторсф. докт. днсс. М.,  1997, с. 9.

27


sin  öz ad  hüququ,  öz  şəxsi  toxunulmazlıq  hüququ,  öz  yaşamaq  hüququ 

və digər hüquqlarının  başqa şəxsə keçməsi  istisna  edilir;

•   beşincisi,  şəxsi  qeyri-əmlak  hüquq  münasibətləri  müddətsiz  hüquq  mü­

nasibəti  növünə  aiddir.  Belə  ki,  bu  münasibətlərin  qüvvədə  olması  vaxt 

(zaman)  anlayışı  ilə  məhdudlaşmır.  Həmin  münasibətlər  qeyri-müəyyən 

müddətə  qüvvədə  olur.  Ona  görə  də  onlara  qeyri-müəyyən  müddətli 

hüquq  m ünasibətləri  də  deyilir.  Göstərilən  hüquq  münasibətlərinin 

müddətsiz olması onunla izah edilir ki,  həmin  münasibətlərin obyekti olan 

qeyri-maddi  nemətlərin  mövcud  olması  müddətlə  məhdudlaşmır.  Şəxsi 

qeyri-maddi  nemətlər  son  müddət  ideyasını  tanımır.  Onlar  müvəqqəti 

mövcud ola  bilməz.

Şəxsi  hüquqların  cəmiyyətdə  böyük  sosial  dəyəri  var- 

Şəxsi qeyri-əmlak 

hüquqlarının  rolu 

Şəxsi  hüquqlar  çoxcəhətli  anlayışdır.  Onlar  həm 

və əhəmiyyəti 

geniş,  həm  də  məhdud  mənada  işlədilir.  Geniş  mə­

nada  şəxsi  hüq uq la r  dedikdə,  istənilən  subyektiv  hüquq  (sosial,  iqtisadi,  si­

yasi və s.  hüquqlar)  başa düşülür.  Məhdud  mənada  şəxsi  hüquqlar dedikdə, 

sosial-iqtisadi  və  siyasi  hüquqlardan  fərqlənən  xüsusi  növ  hüquqlar  başa  dü­

şülür'.Şəxsi  qeyri-əmlak  hüquqları  məhz  məhdud  mənada  şəxsi  hüquqlar  de­

məkdir.  Buna  görə də onlar nə  sosial,  nə  iqtisadi,  nə də  siyasi  hüquqlar növü­

nə aid edilir.

Şəxsi  qeyri-əmlak  hüquqları  onların  daşıyıcısı  olan  şəxsin  özündən  ayrılmaz 

olub,  onu  fərdiləşdirir.  Məhz  onların  sayəsində  subyektin  şəxsiyyəti  təkrarolun­

maz olur.  Şəxsi qeyri-əmlak hüquqları bütün ömrü  boyu subyektin  (şəxsin) ayrıl­

maz  keyfiyyəti  hesab  edilir.  Şəxsiyyətin  cəmiyyətdəki  sosial-hüquqi  statusu,  icti­

mai vəziyyəti  məhz onlarla  xarakterizə  olunur və  müəyyən  edilir.  Şəxsiyyətin  cə­

miyyətdəki  vəziyyəti  isə  cəmiyyətin  özünün  inkişaf səviyyəsini  təyin  edir və  şərt­

ləndirir. Şəxsi qeyri-əmlak hüquqlannın sosial qiyməti də məhz bundan ibarətdir.

Şəxsi  qeyri-əmlak  hüququnun  bir sıra  növlərinin  şəxsiyyətin  konstitusion 

statusunu  müəyyənləşdirmək  baxımından  əhəmiyyəti  böyükdür.  Yaşamaq 

hüququ,  şəxsi  toxunulmazlıq  hüququ,  sağlamlığın  qorunması  hüququ,  şərəf və 

ləyaqətin  müdafiəsi  hüququ  və  digərləri Azərbaycan  Respublikası  vətəndaşla­

rının konstitusion  (əsas) hüquqları sırasına aiddir.

Şəxsi  qeyri-əmlak  hüquqları  şəxslərin  həm  fiziki  cəhətdən,  həm  də  sosial 

cəhətdən  mövcud  olmasını, onların cismani və  mənəvi toxunulmazlığını təmin 

edir.  Onların  əhəmiyyəti  bazar  iqtisadiyyatı  şəraitində  daha  da  artır.  Bazar  iqti­

sadiyyatı  şəxsiyyətin  iqtisadi  azadlığı  və  azad  sahibkarlıq  hüququ  (fəaliy­

yəti)  ilə  bağlıdır.  Onların  əsasında  şəxsi  hüquq  və  azadlıqlar durur.  Sivil  cəmiy­

yəti şəxsi qeyri-əmlak hüquqlarından ayrı təsəvvür etmək qeyri-mümkündür.

Bir  sıra  şəxsi  qeyri-əmlak  hüquqları  BMT-nin  «İnsan  haqlarının  Ümumi  Bə­

yannam əsində  (1948),  «Mülki və  siyasi  hüquqlar barədə  Beynəlxalq  pakt»da 

təsdiq olunmuşdur. 1

1  Mamyjoa  И.И.  Правовая  система  и  личность.  Саратов.  I987,  с.  94;  Малсина  М.Н.  Защита 

личных неимущественных прав советских гражлан. М.,  1991, с. 5.

28



Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə