O dəhşətli gecədə sakinlər təşviş içində şəhəri tərk etməyə cəhd göstərdilər. Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilmədi əksəriyyəti yüngül geyimdə qaçmağa məcbur qaldı



Yüklə 14,21 Kb.
tarix02.01.2022
ölçüsü14,21 Kb.
#39475
Xocalı faciəsi13 (2)
tehsilde sosial psixoloji xidmet, Auskultatsia Serdtsa Shumy

1992-ci il fevralın 25-dən 26-na keçən gecə. Şəhərin 800-dən artıq sakinin həyatına son qoyuldu bir gecənin içində. 8 ailə tamam məhv edildi, 1275 nəfər əsir götürüldü, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən birini itirdi. Yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Ermənistan silahlı qüvvələri Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hissələri, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək 7000 əhalisi olan bir şəhəri – XOCALI’nı yer üzündən tamamilə sildilər. O dəhşətli gecədə sakinlər təşviş içində şəhəri tərk etməyə cəhd göstərdilər. Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilmədi - əksəriyyəti yüngül geyimdə qaçmağa məcbur qaldı.



XX əsrin faciəsi olan Xocalı soyqırımı hər cür cinayət və vəhşiliyə hazır olduqlarını göstərən erməni vandalizminin təkcə Azərbaycan xalqına yox, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərindən biridir. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu səbəbdən beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri əsrin Xatın, Xirosima, Naqasaki və Sanqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanan Xocalı faciəsinə əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar : Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi hərbi tribunala və beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər və Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən tanılmalıdır. Hal-hazırda bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır.
Yüklə 14,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə