Nİzami GƏNCƏVİ


Cəbrail - dini əfsanəyə görə, Allahdan Məhəmməd peyğəmbərə  xəbər getirən  mələkdir;  Buraq



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix02.07.2017
ölçüsü1,86 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   25

Cəbrail - dini əfsanəyə görə, Allahdan Məhəmməd peyğəmbərə  xəbər getirən 

mələkdir;  Buraq isə başı insan başı olub, bədəni at şəklində olan qanadlı atdır ki, 

Məhəmmed guya ona minərək, göye - Allahın yanına uçmuşdur. 

143 


 

 

Fəlek əqrəbinin bağrını sökdü, 



Əsədin üzünə əlini çəkdi. 

Əqrəb  səmada on iki bürcdən səkkizincisi,  Əsəd (Şir) isə beşincisidir. Guya 

Məhəmməd merac zamanı  qədim astrologiyada nəhs olan Əqrəb bürcünü pisləyib, 

xoşbəxtlik əlaməti olan Şir bürcünü terifləmişdir, 

144 


 

 

Rəhimini sardı o dörd qarının, 



Qurtardı heyzindən göy qızlarının! 

Dörd qarı dörd ünsürə - su, od, torpaq, havaya işarədir. Göy qızları isə haman 

Nəş qızları (Bənatünnəş) adlanan ulduzlar toplusudur. Yəni peyğəmbər dörd ünsürdən 

üz göndərib, Nəş qızlarını da keçdi. 

145 


 

 

Yusiftək dəlvdən bir şərbət içdi



Yunis kimi Hutda duracaq seçdi. 

Dəlv sözünün lüğəti mənası dol (vedrə), hut sözünün lüğəti mənası isə balıq 

deməkdir. Qedim astrologiyada isə Dəlv on iki bürcdən onbirincisi, hut onikincisidir. 

Bu beytlerdə iki dini əfsane xatırlanır. Birinçi misrada "Yusif və Züleyxa" dastanında 

qardaşları  tərəfindən quyuya salınmış  Yusifi  yoldan  keçən tacirlərin quyuya dol 

sallayıb çıxarmaları, ikinci misrada dinler tarixindən Yunis peyğəmbərin dənizdə 

naqqa balıq tərəfindən udulmasına işarədir. Yunis guya bir müddət haman balığın 

qamında yaşadıqdan sonra yenə bu dünyaya qayıtmışdır. 

Beytin mənası: Məhəmməd peyğəmbər səmada bir-birinin ardınca bürcləri keçib, 

sonuncu Hut (Balıq) bürcünə çatdı. 

146


  

Rikabında katib Sürəyya qaldı, 

Sərhəng həmayilin çiyninə saldı. 

Yəni Sürəyya ulduzları onun xidmətində dayanıb, sərhənglik həmayilini çiyninə 

salmışdır. 

147 


 Onu 

oxşamazdı o reyhan, o bağ, 

Gözünə vurmuşdu o, möhri-mazağ. 

Mazağ  -  ərəb dilində lüqəti mənası meyl etməmək, rəğbət göstərməmək 

deməkdir. Yəni peyğəmbər bağa, reyhana sarı baxmadı. 

148

   


İsrafil qanadı üstünə aldı, 

Rəfrəf xanəsinə tərəf ucaldı. 

Refrəfdən Tubaya vurdu ələmi, 

Ordan da Sidrəyə qoydu qədəmi. 



_______________ Milli Kitabxana _______________ 

 

505 



 

Dini rəvayətə görə Rəfrəf peyğəmbərin məraca getdiyi vaxt mindiyi atın adıdır. 



Tuba  - behişt ağacı,  Sidrə - Quranda yazıldığına görə, yeddinci göydə olan ağacın 

adıdır. 


149 

 

 



Qulağı çərtməkdir başın dərmanı, 

Dəmüləxəveynidir Səyavuş qanı. 



Dəmüləxəveyn - qardaş qanı deməkdir. "Şahnamə"  əsərindən Səyavuşun qanını 

düşməndən almaq uğrunda uzun müharibə getmiş olduğundan Səyavuş qanı istilahı 

sonrakı şairlər tərəfindən də qələmə alınmış, istifadə edilmişdir. 

150 


 

 

Yaşayış vaxtında xəstə haldayıq, 



Çünki vəhşi qurdla bir çuvaldayıq. 

Burada: vəhşi qurd - tamaha işarədir. Beytin mənası: qəlbimizdə paxıllıq, tamah 

və həsəd hissi olduqca biz həmişə xəstə halda ömür sürəcəyik. 

151


   

 

İbrətlə göz yuman o tutiyə bax, 



Qəfəsdən "ölərək" qurtardı ancaq. 

Klassik şərq poeziyasında tutinin ölüb ölümdən qurtarması ifadəsi məşhurdur. Bu 

misaldan bir çox məşhur orta əsr klassikləri - Nizami, Xaqani, Cəlaləddin Rumi, Sədi, 

Cami və başqaları istifadə etmişlər. 

Qədim hind əfsanələrindən alınmış olan bu rəvayətin xülasəsi belədir: 

Bir hind taciri səfərə  çıxarkən bütün ailə üzvlərindən onlara hədiyyə olaraq nə 

gətirməyi arzu etdiklərini soruşur. Hərə bir şey arzu edir. Nəhayət, tacir qefəsdəki 

tutidən də  nə arzu etdiyini soruşur. Tuti ona Hindistan meşələrindən keçərkən tuti 

yoldaşlarına salam yetirmeyi xahiş edir və deyir: "Onlara çatdır ki, sizin dostunuz 

bizim evdə qəfəsdə tək və tənha yaşamaqdadır". 

Tacir səfərdən qayıdarkən tutiyə deyir ki, onun da arzusunu yerinə yetirmişdir. 

Lakin meşədə bu sözləri eşidən tutilərdən biri nagəhan yerə düşüb, çırpındı və öldü. 

Bu kədərli xəbəri eşidən tuti də  çırpındı  və bir az sonra ayaqlarını uzadıb gözlərini 

yumdu və yıxılıb hərəkətsiz qaldı. Bu işə heyrət eden tacir tutini ölmüş bilib, qəfəsdən 

çölə atdıqda, tuti qanadlanıb uçdu. Tacir bu vaxt başa düşdü ki, qəfəsdən qurtarmaq 

üçun özünü qəsdən ölülüyə vurmağı ona meşə tutiləri xəbər göndərmişdir. 

152 

  Bu 


qara 

sədəfə diqqət verirkən, 

Çox məna dürrünə rast gələcəksən. 

Qara sədəf- dedikdə Nizami yazını  nəzərdə tutur. Yəni bu əsərdə çoxlu məna 

incəliklərinə əl atacaqsan. 

153 

 

 



Deyirəm ki, dövran dəyişəndə bəs 

Dəqyanus pulu bir arpaya dəyməz. 

Dini rəvayətə görə, guya bir qrup adam zalım  şah olan Deqyanusun zülmündən 

mağaraya gedib gizlənmiş, Allahın əmri ilə bir neçə yüz il orada 

 


_______________ Milli Kitabxana _______________ 

 

506 



 

yatmış və ayıldıqda ciblərində olan pulu xərcləmək istəmişlər. Lakin əhali bu pulun 

Dəqyanus zamanından qaldığını deyib, onlara gulmuş və indi bu pulun heç bir qiyməti 

qalmadığını demişlər. Nizami öz əsəri ilə müqayisədə keçmiş  əsərləri Dəqyanus 

dövrünün puluna oxşadır. 

154


   

 

Mən məhv olub getsəm, örnəyimdir bu, 



Yusif kimi itsəm, köynəyimdir bu. 

"Yusif və Züleyxa" dastanına işarədir. Bu dastanda Yusifin köynəyi haqqında iki 

dəfə söhbət gedir: 

1.  Yusifi quyuya salan qardaşları onun qana bulaşdırılmış köynəyini atası 

Yəquba gətirib, Yusifin qurd tərəfindən parçalandığını demişlər. 

2. Yusif 

Misirdə hökmran olduğu zaman qəhətlik illərində  Kənandan yardım 

almaq üçün gələn qardaşlarına ianə buğda verdiyi zaman öz köynəyini kisələrdən 

birinin içərisinə qoyur. Atası bu köynəkdən Yusifin iyini duyub, onun diri olduğunu 

bilir və haman köynəyi Yusifin dərdindən ağladığı zaman kor olmuş gözlərinə sürtür 

və guya gözləri açılır. 

Nizami yuxarıdakı beytdə ikinci əhvalatı nəzərdə tutmuşdur. 

155

 

  Tövhidlə bağlanmış başı, ayağı. 



Tövhid - Allahın birliyinə  işarədir. Bu söz vəhdət, vahid sözlərilə eyni məna 

daşıyır. 

156 

 

 



Dərgahdan çıxaraq tez bir xoşxəbər 

Dəryadan qəvvasa yetirdi gövhər. 

Burada üç istiarə vardır: 

1.  Dərya  - padşah (şah səltənəti); 2. Qəvvas  - Nizami (lüğəti mənası: dənizin 

dibindən mirvari çıxaran üzgücü); 3. Gövhər - peyğam (şahın göndərdiyi sifariş). 

Beytin mənası: bir xoşxəbər qasid şah sarayından çıxaraq,  şahın sifarişini mənə 

çatdırdı. 

157


 

  Getdim, 

Kəbəyə mən həccac kimi san,  

Gəldim, sanki Əhməd döndü meracdan. 



Həccac - Məkkəyə (Kəbəyə) ziyarətə gedənlər deməkdir.  Əhməd -Məhəmməd 

peyğəmbərin ikinci adıdır. 



Merac - Peyğəmbərin göyə uçub Allahla görüşməsi, hərfi mənası yuxarıya 

qalxmaq, ucalmaq deməkdir. 

 


_______________ Milli Kitabxana _______________ 

 

507 



 

MÜNDƏRİCAT 

 

Ölməz məhəbbət dastanı………………………………………………………..............4 



"Kömək qapısını aç, ey Yaradan!"……………………………………………………..23 

Yaradanın təkliyi haqqında……………………………………………………………..23 

Yaradılışı dərk etmək haqqında söz……………………………………………………26 

Minacat…………………………………………………………………………………..28 

Peyğəmbərin tərifı………………………………………………………………………..31 

Kitabın nəzmi haqqında hökmdarın işarəsi……………………………………………33 

Bu şeirin tarixi və səbəbi haqqında…………………………………………………….35 

Atabəy Əbu Cəfər Məhəmməd Eldəgizin tərifı………………………………………..37 

Təzim xitabəsi…………………………………………………………………………..40 

Xoşbəxt padşah Qızıl Arslanın tərifı…………………………………………………..43 

Kitabın tərtibi və eşq haqqında bir neçə söz………………………………………..…47 

Kitab üçün üzr…………………………………………………………………………..52 

Xosrov və Şirin dastanının başlanması……………………………………………..…55 

Xosrovun şikar zamanı bir kəndlinin evinə getməsi……………………………….…58 

Hürmüzün Xosrovu cəzalandırması……………………………………………………60 

Xosrovun babasım yuxuda görməsi……………………………………………………62 

Şapurun Şirini tərifi və Xorsovun ona aşiq olması……………………………………63 

Şapurun Şirini axtarmaq üçün Ərmənə getməsi………………………………………68 

Şapurun Şirinə Xosrovun şəklini göstərməsi…………………………………………..71 

Şapurun ikinci dəfə Xosrovun şəklini göstərməsi…………………………………….73 

Şapuran üçüncü dəfə Xosrovun şəklini göstərməsi…………………………………..74 

Şapurun özünü Şirinə göstərməsi……………………………………………………...76 

Şirinin ova getməsi və oradan Mədinə qaçması…………………………………….…84 

Atasından qorxub qacan Xosrovun Ərmənə gəlməsi…………………………………88 

Şirinin Xosrovun sarayma yetişməsi……………………………………………………96 

Xosrovun atasından qaçmasından Şirinin xəbər tutması………………………………97 

Xosrovun Ərmənə çatması……………………………………………………………..99 

Xosrovun keyf məclisi və Şapurun gəlməsi………………………………………....101 

Xosrovun Şirin əhvalatını Məhin Banuya xəbər verməsi…………………………...106 

Xosrovun atasının ölməsindən xəbər tutması………………………………………..109 

Xosrovun Mədinə getməsi………………………………………………………….…112 

Şapurun Şirini yenə Ərmənə getirməsi…………………………………………….…113 

Xosrovun Bəhramdan qaçıb Ərmənə getməsi………………………………….……114 

Şirinlə Xosrovun ovlaqda görüşməsi………………………………………………..116 

Məhin Banunun Şirinə öyüd verməsi…………………………………………….….118 

Bahar çağı Xosrov ilə Şirinin gəzməyə çıxması…………………………………..…123 

 

  


_______________ Milli Kitabxana _______________ 

 

508 



 

Xosrovun keyf məclisində şir öldürməsi………………………………………………….125 

Xosrovun Şirinlə əylənməsi…………………………………………………………...127 

Şirinin rəfiqələrinin əfsanə söyləmələri………………………………………………129 

Xosrovun Şirindən murad istəməsi və onun etirazı…………………………………134 

Xosrovun Şirindən küsüb Ruma getmesi və Məryəmlə evlənməsi…………………145 

Xosrovun Bəhramla müharibəsi və qalib gəlməsi……………………………………146 

Xosrovun yenidən taxta çıxması……………………………………………………..150 

Xosrovun fəraqmdan Şirinin ah-zar etməsi………………………………………..…153 

Məhin Banunım Şirinə vəsiyyət edib ölməsi…………………………………………156 

Məhin Banunun yerinə Şirinin taxta çıxması…………………………………………159 

Xosrovun Bəhram Çubinin ölümündən xəbər tutması………………………………162 

Çalğıçı Barbədin tərifı……………………………………………………………….…167 

Xosrovun Şirini gətirmək üçün Məryəmdən icazə istəməsi………………………...169 

Şapurun Xosrovun peyğamını Şirinə gətirməsi………………………………………171 

Fərhad və Şirin dastanı………………………………………………………………..181 

Şirinin Fərhadın çəkdiyi arxın və düzəltdiyi hovuzun 

tamaşasına getməsi……………………………………………………………………186 

Fərhadın Şirinin eşqi ilə çöllərə düşməsi………………………………………….…187 

Fərhadın Şirini sevməsindən Xosrovun xəbər tutması…………………………..…190 

Xosrovun Fərhadı çağırtdırması……………………………………………………...192 

Xosrovun Fərhadla dəyişməsi……………………………………………………..…193 

Fərhadın dağ çaparaq ağlaması……………………………………………………….196 

Şirinin Bisütun dağına - Fərhadın göruşünə getməsi…………………………….….203 

Şirinlə Fərhadın görüşündən Xosrovun xəbər tutması və 

Fərhadm məkrlə öldürülməsi…………………………………………………………205 

Xosrovun Ferhadın ölümü barədə təəssüflü məktubu……………………………....211 

Məryəmin ölümü münasibəti ilə Şirinin Xosrova kinayəli 

cavab məktubu……………………………………………………………………..…..214 

Şirinin məktubunun Xosrova çatması………………………………………………...218 

Xosrovun padşahlıqdan ləzzət alıb keyf məclisləri düzəltməsi……………………..219 

İsfahanlı Şəkərin əhvalatı……………………………………………………………...223 

Xosrovun Şəkəri alması……………………………………………………………....228 

Şirinin yalqız qalıb ah-zar etməsi……………………………………………………..232 

Xosrovım ova getməsi və oradan Şirinin qəsrinə tərəf at çapması……………….…238 

Xosrovla Şirinin söhbəti……………………………………………………………….244 

Şirinin Xosrova cavabı………………………………………………………………...245 

Xosrovun Şirinə cavabı………………………………………………………………..249 

Şirinin Xosrova cavabı………………………………………………………………...251 

Xosrovun Şirinə cavabı………………………………………………………………..254 

Şirinin Xosrova cavabı………………………………………………………………...257 

 


_______________ Milli Kitabxana _______________ 

 

509 



 

Xosrovun Şirinə cavabı…………………………………………………………….….261 

Şirinin Xosrova cavabı………………………………………………………………....264 

Xosrovun Şirinə cavabı…………………………………………………………………268 

Şirinin Xosrova cavabı………………………………………………………………….271 

Xosrovun Qəsri-Şirindən məyus qayıtması……………………………………….….275 

Xosrovun getmesindən Şirinin peşmanlayıb onun 

ardınca düşərgəyə yollanması…………………………………………………………279 

Şirinin dilindən Nikisanın nəğmə oxuması………………………………………..…286 

Xosrovun dilindən Barbədin neğmə oxuması…………………………………………288 

Şirinin dilindən Nikisanın nəğmə oxuması…………………………………………..290 

Xosrovun dilindən Barbədin nəğmə oxuması………………………………………..292 

Şirinin dilindən Nikisan nəğmə oxuması…………………………………………….294 

Xosrovun dilindən Bardədin nəğmə oxuması……………………………………….296 

Şirinin dilindən Nikisanın nəğmə oxuması………………………………………..…297 

Xosrovun dilindən Barbədin nəğmə oxuması……………………………………..…300 

Şirinin çadırdan çıxması…………………………………………………………….…302 

Xosrovun Şirini qəsrdən Mədainə gətirməsi………………………………………….305 

Xosrovla Şirinin toyu………………………………………………………………….307 

Şirinin Xosrova bilik kəsb etmək üçün öyüd verməsi………………………………316 

Büzürgümidin "Kəlilə və Dimnə"dən qırx məzmun danışması……………………..323 

Hikmət və nəsihət……………………………………………………………………...326 

Şirayənin xasiyyəti və Xosrovun işinin aqibəti……………………………………...327 

Xosrovun atəşgahda oturması………………………………………………………...329 

Xosrovun öldürülməsi…………………………………………………………………332 

Şiruyənin Şirinə sifariş göndərməsi……………………………………………………335 

Xosrovun məqbərəsində Şirinin özünü öldürməsi………………………………..…335 

Oğlum Məhəmmədə nəsihət…………………………………………………….……..342 

Xosrov səltənətinin dağılmasının səbəbləri………………………………………..…343 

Peyğəmbərin Xosrova məktub yazması……………………………………………....347 

Peyğəmbərin meracı…………………………………………………………………....350 

Nəsihət və son söz…………………………………………………………………….353 

Paxılları məzəmmət………………………………………………………………….…357 

Şahı mədh və kitabın sonu………………………………………………………….…359 

İzahlar…………………………………………………………………………..……....369 

 


_______________ Milli Kitabxana _______________ 

 

510 



 

 

Buraxılışa məsul:  



 

Əziz Güləliyev 

 

Texniki redaktorlar: 



 

Rauf Cəfarov 

Rövşən Ağayev 

 

Kompyuter səhifələyicisi:  



Rəşad Həmidov 

 

Kompyuter yığıcıları:  



Bəsti Cəfərova 

Aygün Məmmədova 

 

Korrektorlar: 



  Aysel 

Qarayeva 

 

 

 



 

 

 



 

 

 



 

 

Yığılmağa verilmişdir 26.04.2004. Çapa imzalanmışdır 17.11.2004. 



Formatı 60x90 V16. Fiziki çap vərəqi 24,5. Ofset çap üsulu. 

Tirajı 25000. Sifariş 157. 

 

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur. Bakı, Aşıq Ələsgər küç., 17. 



 

 

 



 

 

 



 

 

 



 

 

000001 



 

Kataloq: front -> files -> libraries -> 1093 -> books
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
books -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
books -> Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "
books -> "ŞƏrq-qəRB" baki-2005 Milli Kitabxana
books -> A2Ə r d a y c a n respublikas prezidentiNİN İ Ş L ə r I d a r ə s I n I N

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə