Nəsirov Samir Şakir oğlunun «AZƏrbaycanda müƏSSİSƏLƏRİn vergitutma mexanizmmiNİn təKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ»


Vergi ödənişlərinin minimallaşdırılması



Yüklə 0,68 Mb.
səhifə5/8
tarix04.06.2017
ölçüsü0,68 Mb.
1   2   3   4   5   6   7   8

2.3. Vergi ödənişlərinin minimallaşdırılması məqsədləri üçün

uçot siyasətinin alternativ üsullarından istifadə edilməsi.
Əsaslandırılmış uçot siyasəti vergi ödənişlərini qanuni yol­larla optimallaşdırmağa imkan verir. Uçot siyasətinin müxtəlif elementlərindən istifadə edilməsinin əsas alternativ variantları cədvəl 2.1-də əks etdirilmişdir.

Vergi ödənişlərinin minimallaşdırılması məqsədləri üçün cədvəl 2.1-də göstərilən hər bir bənd üzrə ayrı-ayrı vergiləridə edilən qənaəti əsaslandıran xüsusi hesablamaların aparılması məqsədəuyğundur.

Uçot siyasətinin ver­gitutmaya təsir göstərən əsas müddəaları aşağıdakılar­dır:

- məhsul satışı

- istehsal ehtiyatlarının qiymətləndirilməsi üsulu;

- əsas vəsaitlərə amortizasiyanın hesablanması üsulu.



Məhsul satışından gələn gəlirin müəyyənləşdirilməsi üsu­lu. Gəlir və xərclərin uçotu qaydasından asılı olaraq sa­tış­dan gələn gəlir dəyəri ödənilmiş məhsullara və yük­lən­miş məhsullara görə müəyyən edilə bilər.

Satışdan gələn gəlir dəyəri ödənilmiş məhsullara görə mü­əy­yən edildikdə hesabat dövründə vergi ödəyicisinin al­dı­ğı nağd pul vəsaiti, nağdsız ödəmədə isə onun hesabı­na və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstəri­lən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olan pul vəsaitlərinin məbləği toplanır.

Satışdan gələn gəlir yüklənmiş məhsullara görə müəy­yən edildikdə isə hesabat dövrünün əvvəlinə yüklənmiş mal qalığının üzərinə hesabat dövrü ərzində yüklənmiş mal­la­rın dəyərini əlavə edib hesabat dövrünün sonuna yük­lən­miş malların dəyərini çıxmaq lazımdır.

İstehsal ehtiyatlarının qiymətləndirilməsi üsulu. Müha­si­bat uçotu haqqında Qanuna əsasən istehsala silinən ma­te­ri­al ehtiyatlarının faktiki maya:
Cədvəl 2.4

Uçot siyasətinin müxtəlif elementlərindən istifadə

edilməsinin əsas alternativ variantları



Uçot siyasətinin

elementləri



Alternativ variantlar

1.

Material ehtiyatlarının qiymətləndirilməsi və material ehtiyatlarının faktiki maya dəyərinin istehsala silinməsi üsulları

Vaxta görə birinci alınan maya dəyəri üzrə (FİFO);

Vaxta görə sonuncu alınan maya dəyəri üzrə (LİFO);

Orta maya dəyəri üzrə.


2.

Malların qiymətləndiril-məsi

Pərakəndə satış qiyməti üzrə (pərakəndə satış üçün);

Alış maya dəyəri üzrə (pərakəndə və topdan satış üçün);

Mümkün satış qiyməti üzrə.


3.

Gələcək xərclərin və ödənişlərin ehtiyatı

Məzuniyyətlərin ödənilməsi üçün;

İllik işin yekunu üzrə;

Xidmət illərinə görə;

Digər.


4.

Satışdan gələn gəlirin müəyyən edilməsi

Yüklənib yola salınmış məhsullara görə; Alıcıdan pul vəsaitinin daxil olmasına və ya əvəzində mal alınmasına görə.

5.

Uçotun təşkili texnikası

Qanunla müəyyən edilən hesablar planı əsasında;

Müstəqil surətdə işlənib hazırlanmış hesablar planı əsasında.



6.

Mühasibat uçotunun təşkili

Müəssisənin müstəqil struktur bölməsi və ya mühasibatlığı tərəfində həyata keçirilir;

Müqavilə əsasında ixtisasalaşmış təşkilat və ya vergi agenti tərəfindən həyata keçirilir.



dəyərinin müəyyənləşdi­ril­məsini ehtiyatların qiymətləndirilməsinin aşağıdakı üsulla­rın­dan biri ilə həyata keçirilməsinə icazə verilir:

- vaxta görə birinci alınan maya dəyəri üzrə (FİFO);

- vaxta görə sonuncu alınan maya dəyəri üzrə (LİFO):

- orta maya dəyəri üzrə.

Birinci üsulun (FİFO) mahiyyəti ondan ibarətdir ki, ma­te­rial ehtiyatları istehsala alınma ardıcıllığı ilə silinir. İkin­ci (LİFO) üsul üzrə materiallar birincinin əksinə ola­raq istehsala sonuncu daxil olan materialların dəyəri ilə si­li­nir.

Vergi ödəyicisi ixtiyarında olan malların fərdi uçotunu apar­mırsa, o əmtəə-material ehtiyatlarının uçotunu orta ma­ya dəyəri ilə qiymətləndirmə metodundan istifadə et­mək­lə apara bilər. Orta maya dəyərindən istifadə etdikdə isə materialların ümumi məbləği onun miqdarına bölünə­rək orta qiymət tapılmaqla silinir.

Bu üsullardan hər birinin konkret şəraitdən asılı ola­raq müsbət və mənfi cəhətləri var. Qiymətin artığı və azal­dığı şəraitdə bu prosesə aid misallara baxaq.

Misal 1. Tutaq ki, iyun ayının birinci yarısında tikiş fabri­kində qiymətlərin artdığı şəraitdə 3 cür qiymətə ümu­mi miqdarı 2000 metr olmaqla parça alınıb, həmin ayın ikin­ci yarısında isə alınan parçanın 1600 metri istehsala bu­ra­xılıb.


Materialın adı

Alınma tarixi

Ölçü vahidi

Miqdarı

Qiyməti (manat)

Məbləği (manat)

Parça

01.06.06

metr

400

1,0

400,0

Parça

06.06.06

metr

700

1,1

770,

Parça

14.06.06

metr

900

1,2

1080,0

15.06.06 tarixə qalıq

metr

2000




2250,0

İstehsala buraxılıb

metr

1600






İstehsala silinən parçanın maya dəyərini müvafiq üsul­lar­la hesablayaq.



  1. FİFO üsulu ilə:

400,0 x 1,0 + 700,0 x 1,1 + 500,0 x 1,2 = 1770,0 manat
2.LİFO üsulu ilə:

900,0 x 1,2 + 700,0 x 1,1 = 1850,0 manat

3. Orta maya dəyəri üsulu ilə:

2250,0 : 2000,0 x 1600,0 = 1800,0 manat

Göründüyü kimi qiymətlərin artdığı şəraitdə FİFO üsu­lun­dan istifadə etdikdə məhsulun maya dəyəri həmin döv­rün qiymətləri ilə müqayisədə aşağı olur və deməli mü­əs­si­sənin gəliri artır. Bu isə mənfəət vergisi məbləğinin art­masına səbəb olur.

Misal 2. Tutaq ki, iyun ayının birinci yarısında tikiş fab­ri­kində qiymətlərin azaldığı şəraitdə 3 cür qiymətə ümu­mi miqdarı 2000 metr olmaqla parça alınıb, həmin ayın ikinci yarısında isə alınan parçanın 1600 metri isteh­sa­la buraxılıb.


Materialın adı

Alınma tarixi

Ölçü vahidi

Miqdarı

Qiyməti (manat)

Məbləği (manat)

Parça

01.06.06

metr

900

1,2

1080,0

Parça

06.06.06

metr

700

1,1

770,

Parça

14.06.06

metr

400

1,0

400,0

15.06.06 tarixə qalıq

metr

2000




2250,0

İstehsala buraxılıb

metr

1600






İstehsala silinən parçanın maya dəyərini müvafiq üsul­lar­la hesablayaq.



  1. FİFO üsulu ilə:

900,0 x 1,2 + 700,0 x 1,1 = 1850,0 manat

2. LİFO üsulu ilə:

400,0 x 1,0 + 700,0 x 1,1 + 500,0 x 1,2 = 1770,0 manat

3. Orta maya dəyəri üsulu ilə:

2250,0 : 2000,0 x 1600,0 = 1800,0 manat

Göründüyü kimi qiymətlərin azaldığı şəraitdə birinci mi­sa­lda olduğunun tamamilə əksi baş verir. Yəni FİFO üsu­lu maya dəyərinin artmasına gətirib çıxarır ki, bu da gə­li­rin azalmasına, deməli ödəniləcək mənfəət vergisinin məb­ləğinin az olmasına səbəb olur.



Əsas vəsaitlərə amortizasiyanın hesablanması üsulu. Amor­tizasiya məbləğinin artması məhsulun maya dəyəri­nin artmasına, deməli mənfəət vergisinin məbləğinin azal­ma­sına səbəb olur. Həmçinin amortizasiya ayırmaları gə­lir­dən çıxılır və müəssisənin xərclərinin tərkibinə daxil edi­lir. Azərbaycan Respublikası Vergi Məcəlləsində amorti­zasiya ayırmalarının maksimal illik normaları əks etdiril­mişdir. Bu isə o deməkdir ki, müəssisə amortizasiya ayırmalarının həcmini müəyyənləşdirərkən Vergi Məcəlləsində göstərilən maksimal normalardan aşağı normalar da tətbiq edə bilər. Beləliklə, müəssisə amortizasiya ayırmalarının məbləğini tən­zim­ləməklə məhsulun maya dəyərinə təsir göstərə bilər.

Vergitutma məqsədləri üçün optimal uçot siyasətinin for­malaşması vergi optimallaşdırmasının əsas elementidir və mü­əssisənin maliyyə vəziyyətinə bilavasitə təsir göstərir.



2.4. Vergi ödənişlərinin səmərəliyinin müəyyən edilməsi və onun qiymətləndirilməsi
Respublikada aparılan vergi siyasəti vergi dərəcələrinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun stimullaşdırılmasına, hüquqi şəxslərlə fərdi sahibkarlar arasında, rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün bərabərləşdirilməsinə, kiçik və orta sahibkarlıq, biznes fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına və son nəticədə mövcud iqtisadi potensialın artırılmasına və əhalinin maddi rifahının yüksəldilməsinə yönəldilmişdir.

İqtisadiyyatın inkişafına dövlətin təsirinin demək olar ki, bütün metodları vergi tənzimlənməsini də əhatə edir. Vergiləri, vergitutma obyektlərini və subyektlərini, vergitutma bazalarını, vergilərin dərəcəsini, vergi güzəştlərini və maliyyə sanksiyalarını müəyyən etməklə və vergitutma şərtlərini dəyişməklə, dövlət, ümummilli maraqlardan çıxış edərək sahibkarlıq fəaliyyətini bir istiqamətdə stimullaşdıra, digər bir istiqamətdə isə onun inkişafını ləngidə bilər. Qəbul olunan bir sıra iqtisadi qərarların effekliliyi əhəmiyyətli dərəcədə vergi sisteminin səmərəliliyindən asılıdır.

Azərbaycan Respublikasında iqtisadi siyasətin tərkib hissəsi olan vergi islahatları aşağıdakı başlıca prinsiplərə əsaslanır:

-ümumi məqsədyönlülük, yəni vergi sisteminin qurulmasında və səmərəliliyinin yüksəldilməsində onun iqtisadi inkişafa məcmu təsirindən çıxış edilməsi;

-sadəlik, yəni vergilərin müəyyən edilməsi və onların yığılması sahəsində hər cür bürokratik maneələrin aradan qaldırılması, tətbiq olunan çoxsaylı hesabat formalarının sayının minimuma endiriməsi və müəssisələrin mühasibat bölmələrinin işindəki gərginliyin azaldılması;

- fiskal səmərəlilik, yəni dövlətin və vergi ödəyicilərinin vergilərin yığılması ilə bağlı xərclərinin vergi daxilolmalarından dəfələrlə az olması;

- vergiləri ödəməkdən yayınma meyllərinə sədd çəkilməsi, yəni bu və ya digər verginin tətbiqi və onun yığılması qaydalarının müəyyən edilməsi zamanı onun ödənilməsindən yayınmanın qarşısının alınması üçün müvafiq normativ-hüquqi bazanın yaradılması və onun tətbiqi;

- universallıq, yəni vergi dərəcələrinin və gəlirlərinin bölüşdürülmə normativlərinin maksimum universallığının təmin edilməsi, müxtəlif kateqoriyalı vergi ödəyicilərinə, sahələrə və fəaliyyət növlərinə vergitutma məqsədi ilə yanaşma müxtəlifliyinin təmin edilməsi;

-ictimai faydalı fəaliyyət növlərinin inkşafıının stimullaşdırılması və zərərli fəaliyyət növlərinin qarşısının alınması, yəni səmərəli vergi sistemi qurmaqla istehsal təyinatlı investisiya fəaliyyətinin və iqtisadi fəallığın artırılması hesabına cəmiyyət qarşısında duran problemlərin həll edilməsinin, ekoloci proqramların həyata keçirilməsinin, ətraf mühit və insanın sağlamlığı və fəaliyyəti üçün təhlükə törədən fəaliyyət növlərinin qarşısının yüksək vergilər müəyyən etməklə alınmasının təmin edilməsi;

- büdcənin və vergi ödəyicilərinin gəlirlərinin inflyasiyadan müdafiəsi, yəni büdcənin maraqları çərçivəsində inflyasiya amilinin nəzərə alınması, vergi ödəyicilərinin müflisləşməsinin və vergiyə cəlb olunan bazanın azalmasının qarşısının alınması, vergi ödəyicilərinin hüquqlarının qorunmasının maksimum təmin edilməsi.

Vergi siyasətinin həyata keçirilməsinin səmərəli alətlərindən biri də vergi güzəştidir. Vergi ödəyicilərinə bu və ya digər vergi güzəştlərini verməklə dövlət müxtəlif iqtisadi proseslərə vergi tənzimlənməsinin təsirini fəallaşdırır. Bununla yanaşı olaraq qeyd etmək lazımdır ki, vergi güzəştləri verilərkən müəyyən bir nisbəti gözləmək lazımdır. Əvvəla, vergi güzəştlərinin çoxluğu vergitutma bazasının azalmasına səbəb olur. İkincisi isə güzəştlərlə tənzimləmə vergi ödəyicilərinin bərabərliyi prinsipini pozur.

Vergi yükünün bütün vergi ödəyiciləri arasında bərabər və ədalətli bölüşdürülməsi məsələsi prinsipal əhəmiyyət kəsb edir. Buna, hər şeydən əvvəl iqtisadi fəaliyyətin vergi güzəştlərindən istifadə etməyən iştirakçılarına nəzərən vergi sisteminin ədalətlilik prinsipini pozan və sistemsiz fəaliyyət göstərən bir sıra vergi güzəştlərinin sayını azaltmaqla nail olmaq mümkündür. Belə ki, bir qrup vergi ödəyiciləri üçün güzəştli hesab olunan recim labüd sürətdə digərləri üçün əlavə vergi yükü və gərginlik deməkdir. Bundan əlavə nəzərə almaq lazımdır ki, hazırda tətbiq olunan vergi güzəştlərindən bir çoxu kifayət qədər səmərəli deyildir və əksər hallarda öz təyinatı üzrə tətbiq olunmur. Bununla belə, fikrimizcə, vergilərin tənzimləyici funksiyasının azaldılması da düzgün olmazdı. Buna görə də bir sıra güzəştlər, məsələn elm və texnikanın nailiyyətlərinin tətbiqinə yönəldilən, xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsi, əhalinin aztəminatlı və zəif müdafiə olunan təbəqələrinin sosial müdafiəsi ilə əlaqədar olan vergi güzəştləri saxlanılmalıdır.

Dünya təcrübəsi göstərir ki, büdcə gəlirlərinin sadəcə olaraq vergi dərəcələrinin yüksəldilməsi hesabına artırılması uzun müddət davam edə bilməz.

Bununla əlaqədar olaraq əsas xüsusiyyətləri aşağıdakılardan ibarət olan yeni vergi sisteminin yaradılması zərurəti meydana çıxır:

- dövlət öz ehtiyaclarını ödəmək üçün sabit, zəruri məbləğdə və tələb olunan müddətdə gəlir əldə etməlidir. Dövlət gəlirlərinin daxilolması (vergilərin yığılması) arzuolunmaz kənarlaşmalardan qorunmalıdır;

- vergi sistemi vergi yükünün bütün ödəyicilər arasında ədalətli və proporsional bölüşdürülməsini təmin etməlidir;

- vergilər təsərrüfat fəaliyyətinin iqtisadi səmərəliliyinin təmin olunması üçün şərait yaratmalı və maliyyə resurslarının bölüşdürülməsinə təhrif olunmuş təsir göstərməməlidir;

- dövlət gəlirləri sistemi yığımı və investisiyaların inkişafını stimullaşdırmalı, iqtisadi artımı həvəsləndirməli, beynəlxalq bazarda Azərbaycan mallarının rəqabət qabiliyyətini təmin etmək üçün zəmin yaratmalıdır;

- vergi siyasəti və vergi sistemi ayrı-ayrı vergi ödəyicilərinin problemlərinin həllinə deyil, dövlət büdcəsinin gəlirlərinin təmin edilməsinə yönəldilməlidir;

- vergitutmanın qanunvericilik bazası aydın, anlaşıqlı və daxılən ziddiyyətsiz olmalıdır;

- vergi ödəyiciləri vergi qanunları və onlara edilmiş düzəlişlərlə tanış olmaq, həmçinin normativ-hüquqi sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək imkanına malik olmalıdırlar;

- vergilərin yığılmasına dövlətin çəkdiyi xərclər əlverişli səviyyədə saxlanılmaqla, vergitutma sistemi tətbiq olunarkən mürəkkəbliyə və dolaşıqlığa səbəb olmamalıdır.

Vergitutma sahəsində ölkə iqtisadiyyatının fəaliyyət xüsusiyyətlərinin qiymətləndirilməsinin daha obyektiv üsüllarından biri də müxtəlif vergi sistemlərinin, həmçinin onların inkişaf dinamikasının müqayisəli təhlilinə imkan verən bir sıra göstəricilərin müəyyən edilməsi sayılır. Belə mühüm göstəricilərə vergi sisteminin elastikliyi və dayanıqlığı əmsallarını aid etmək olar.

Vergi sisteminin elastikliyini xarakterizə edən əmsallar müəyyən dövr ərzində vergi daxilolmalarının həcminin nisbi dəyişməsini Ümumi Daxili Məhsulun (ÜDM) həcminin nisbi dəyişməsi ilə müqayisə etməklə təyin olunur. Bu əmsallar ÜDM-un həcmi 1% dəyişdikdə vergi daxilolmalarının həcminin nə qədər dəyişdiyini xarakterizə edir. Vergi sisteminin elastiklik əmsalının dayanıqlıq əmsalından prinsipal fərqi ondadır ki, bu əmsallardan birincisi sabit vergi sistemi şəraitində (vergi dərəcələri sabit qalır və vergitutma bazaları dəyişmir), ikincisi isə mövcud vergilərdə dəyişiklikləri və yeni vergilərin daxil edilməsini nəzərdə tutur. Elastiklik əmsalının kəmiyyətinin aşağı olması və yaxud əksinə, vahiddən əhəmiyyətli dərəcədə yüksək olması milli vergi sistemində ciddi dəyişikliklərin aparılmasını zəruri edir.

Elastiklik və dayanıqlıq əmsallarını bütövlükdə ölkənin vergi sistemi üzrə, həmçinin ayrı-ayrı vergi növləri üzrə də hesablamaq mümkündür.

Son illərdə Azərbaycan Respublikasının vergi sistemində həyata keçirilən məqsədyönlü dəyişikliklər onun elastikliyinin kəmiyyət qiymətləndirilməsini qeyri-mümkün etmişdir. Bunun da əsas səbəbi vergi dərəcələrinin və vergitutma bazalarının dəyişməsini nəzərə alan düzəliş əmsallarının tətbiqi zərurətindən irəli gəlir. Əsas vergi növləri üzrə vergitutma şərtlərinin daim və tez-tez dəyişməsi şəraitində düzəliş əmsallarının müəyyən edilməsi praktiki olaraq qeyri-mümkündür. Belə ki, bir vergi növü üzrə verginin dərəcəsinin və vergitutma bazasının dəyişməsi digər vergilərin vergitutma bazasına öz əhəmiyyətli təsirini göstərir. Məsələn, alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksizin dərəcəsinin artırılması həmin məhsullara tələbin strukturunu dəyişir. Bu da son nəticədə əlavə dəyər vergisinin və mənfəət vergisinin vergitutma bazasının dəyişməsinə səbəb olur. Bununla yanaşı, vergi sisteminin dayanıqlığı göstəricisini tam şəkildə qiymətləndirmək mümkündür.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında vergiyə cəlb etmə­nin müasir konsepsiyasının elmi əsaslandırılması, vergi siyasətinin həyata keçirilməsi mexanizminin və vergitutma sisteminin təkmilləşdirilməsinin nəzəri-metodoloci prinsiplərinin yaradılması və s. kimi bir sıra müstəqil problemlər mövcuddur. Bu problemlərə - vergi sisteminin konseptual modelinin və onun həyata keçirilməsi mexanizminin formalaşdırılması; səmərəli vergi siyasətinin qurulması prinsiplərinin, onun taktika və strategiyasının müəyyən edilməsi; vergi tənzimlənməsi ilə dövlətin iqtisadi proseslərə büdcə, pul-kredit, valyuta-maliyyə vasitəsilə təsiri arasındakı qarşılıqlı əlaqələrin formalarının müəyyən edilməsi və s. aiddir.

Göstərilən məsələlərin həll edilməməsi ölkədə səmərəli vergi siyasətinin həyata keçirilməsinə mənfi təsir göstərə bilər və bazar iqtisadiyyatının formalaşdırılması vasitəsi kimi vergilər özünün potensial imkanlarını reallaşdıra bilməz.

Bundan başqa bazar iqtisadiyyatına transformasiyanın sosial-iqtisadi prob­­lem­ləri vergi sistemində həyata keçirilən iqtisadi islahatlar, struktur dəyi­şiklikləri, istehsalın prioritet sferalarının stimullaşdırılması, ölkənin ixracat po­ten­sialının genişləndirilməsi, yerli və xarici sahibkarların investisiya fəallığının gücləndirilməsi kimi proseslərin vergi tənzimlənməsinin forma və metodlarının müəyyən edilməsinə tabe etdirilməsini tələb edir.

Son illər ölkəmizin vergi qanunvericiliyində aparılan əsaslı dəyişikliklər, dövlətimizin yürütdüyü vergi siyasətini makroiqtisadi inkişafı stimullaşdıran səmərəli iqtisadi alətə çevirmiş, sahibkarlarla vergi xidməti əməkdaşları arasında münasibətlərin qarşılıqlı anlaşma əsasında qurulmasına səbəb olmuş, habelə vergi nəzarətinin təkmilləşdirilməsi vasitəsilə vergilərin vaxtında və tam həcmdə büdcəyə alınmasının təmin olunması məqsədilə vergi orqanlarının inzibati strukturunda adekvat islahatların həyata keçirilməsini zəruri etmişdir. Bütün ölkələrdə olduğu kimi, respublikamızın da vergi sistemi özünəməxsus çalarlara malikdir. Ümumiyyətlə, müxtəlif ölkələrin vergi sistemi müəyyən xüsusiy­yətlə­rinə - vergilərin strukturuna, növlərinə, onların tutulma qaydasına, vergi dərəcə­lərinə, yerinə yetirdiyi fiskal funksiyanın səlahiyyət dairəsinə, vergi bazasına, vergi güzəştlərinə və s. görə bir-birindən fərqlənir. Əlbəttə ki, bu qanunauyğun haldır, çünki formalaşan hər bir vergi sistemi müxtəlif iqtisadi, siyasi və sosial şəraitə uyğunlaşaraq həmin ölkənin vergi recimini tənzimləyən qanunverici qüvvədir. Lakin beynəlxalq vergi sistemləri müəyyən prinsipial fərqlərə malik olsalar da, onlar arasında oxşar cəhətlər də mövcuddur.

Hazırda ölkəmizdə beynəlxalq standartlara uyğun sivil vergi sistemi qurulsa da dünya ölkələrinin bu sahədəki təcrübələrinin təhlili və öyrənilməsi, mövcud vergi sistemlərinin müqayisəsi, respublikamızda aparılan islahatları, görülən işləri daha dəqiq qiymətləndirməyə əsas verir.

Azərbaycanda mövcud vergi dərəcələrinin səviyyəsinə gəldikdə isə cədvəldəki rəqəmlərdən göründüyü kimi ölkəmizdə bu göstəricilər aşağıdır. Belə ki, 1995-2013-cü illər ərzində mənfəət vergisinin dərəcəsi 35 %-dən 20%-ə, əlavə dəyər vergisi 20%-dən 18%-ə endirilmiş, eyni zamanda fiziki şəxslərin gəlir vergi­sinin yuxarı həddi 55 %-dən 25%-ə dək aşağı salınmışdır. Aylıq gəlirin vergi tutul­mayan məbləği isə 140 manatadək artırılmışdır.

Bununla belə, vergi dərəcələrinin fərdi müqayisəsi heç də vergi sisteminin səmərəliliyi haqda fikir söyləməyə kifayət etmir. Bunun üçün təsərrüfat subyektlərinə düşən vergi yükü hesablanmalıdır. Vergi yükü dövlətin həyata keçirdiyi vergi siyasətinin nəticəsi olmaqla vergi sisteminin keyfiyyət xarakteristikası sayılır.



Vergi sisteminin sadələşdirilməsi vergi islahatının ən mühüm istiqamət­lərin­­dən biridir.

Vergi sisteminin mürəkkəbliyi isə inzibati idarəetmə xərclərinin artmasına, ayrı-ayrı vergi ödəyiciləri arasında olan vergi yükünün qeyri-bərabərliyi haqqındakı fikrin daha geniş yayılmasına səbəb olur. Deməli, vergitutma islahatının əsas xüsusiyyəti onün ölkənin mövcud iqtisadi imkanından və əhalinin hüquqi şüurundan asılı olaraq həyata keçirilməsidir. Hüquqi məsuliyyət səviyyəsi aşağı olan vergi ödəyicilərinin gəlirlərini vergiyə tam cəlb etmək və onlar üzərində nəzarətin səmərəliliyini təmin etmək məqsədilə hökumət vergi ödəyicilərindən öz gəlirləri və ödənilən dividentləri barədə rəsmi məlumat verilməsini tələb edir. Onu da qeyd edək ki, islahatlar dövründə, vergidən yayınma və vergidən gizlədilmə hallarına da çox rast gəlinir. Bu zaman, vergiyə nəzarətin bu və ya digər metodlarından istifadə edilməsinə baxmayaraq, vergi orqanları pul vəsaitlərinin hərəkətinə və dövlətin bağlamış olduğu bütün vergi müqavilələrinə tam nəzarət edə bilmir. Bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkələrdə vergi sahəsində aparılan dəyişikliklər tədricən həyata keçirilir. Təcrübə göstərir ki, həyata keçirilən vergi islahatının müsbət nəticə verməsi əsasən aşağıdakılara nail olunduğu halda mümkündür. Birincisi, bütün sahibkarların (onların əmlakının həcmindən asılı olmayaraq) iqtisadi maraqları pozulmadıqda və vergi qanunvericiliyinə müvafiq olaraq ölkənin vergi sistemi vahid formada fəaliyyət göstərmədikdə vergi islahatı əsasən məhsuldar qüvvələrin inkişaf səviyyəsindən və maliyyə axınının istiqamət və həcmindən asılı olaraq həyata keçirilir. Bu cür dəyişiklik qüvvədə olan vergi qaydalarının təkmilləşdirilməsini, bir sözlə yeni vergi konsepsiyasının işlənib hazırlanmasını və tətbiq edilməsini tələb edir. Onu da qeyd edək ki, vergi konsepsiyaları bir neçə variantda hazırlana bilər. Onlar bir qayda olaraq ölkənin vergi bazasının dəyişilməsinə gətirib çıxarır. Hökumətin müzakirəsinə verilən belə konsepsiyalar ekspert qrupu tərəfindən qiymətləndirilir və onlardan daha optimal variant seçi­lir. Seçilən konsepsiya bir il təcrübədən keçirilir və yenidən ekspertlər tərəfindən qiy­mətləndirilir. Əgər bu təcrübə müvəffəqiyyətlə başa çatdırılarsa, onda onun məzmunu ölkənin Vergi Məcəlləsində düzəliş etmək üçün müvafiq qanunverici orqanlara təqdim edilir. Vergi islahatı aparılarkən vergi və rüsum alınmasının əsas prinsipləri - ədalətlilik, sadəlik, qənaətçilik - dəyişilmir. Lakin onu da nəzərə almaq lazımdır ki, vergi islahatı mürəkkəb və uzun müddət tələb edən bir prosesdir. Bu dəyişikliklərin nəticəsini tez bir zamanda hiss etmək çətindir. Bütün bunlar islahat prosesində nəzərə alınmalı və bu zaman vergiqoymanın optimallaşması kimi bir vəzifə qarşıya qoyulmalıdır. Vergi islahatı vasitəsilə iqtisadiyyatın stabilləşdirilməsinin səmərəli tədbirlərini həyata keçirərkən onun vaxtında aparılması və çevikliyi mühüm rol oynayır. Bunun zəif tempdə həyata keçirilməsi ümumi tələbin aşağı düşməsi və iqtisadiyyatın geriləməsi ilə nəticələnə bilər. Əgər hökumətin ümumi tələbin artırılması üzrə həyata keçirdiyi təsir vasitələri səmərəli olarsa, onda iqtisadi artımda irəliləyiş nəzərə çarpar ki, bu da inflyasiya prosesini sürətləndirə bilər.

Azərbaycanda vergi sisteminin islahatı mühüm sosial-iqtisadi dəyişikliklər şəraitində baş verir.

Hal-hazırda ölkədə fəaliyyət göstərən vergi sistemi investisiya qoyuluşu sahəsində daxili mənbələrin prioritetliyinin təmin edilməsinə imkan yaradır. Bunun üçün üç prinsipial mövqe nəzərə alınır. Birincisi, Azərbaycanın sosial-siyasi inkişafının spesifik xüsusiyyəti, onun iqtisadiyyatının bazar prinsipləri əsasında təşəkkülünün başlanğıc mərhələsində olması, maliyyə resurslarının dövlət büdcəsində həddindən artıq mərkəzləşməsi və s. İkincisi, mülkiyyətə olan münasibətin dəqiq müəyyənləşdirilməsi zəruriliyi. Buna nail olmadan müəyyən ölkənin iqtisadi inkişafının sabit strategiyasını müəyyən etmək, bütün istehsal sferalarında, xüsusilə vergi sistemində islahatlar aparmaq olmaz. Üçüncüsü, bazar münasibətlərinə keçid şəraitində dövlət xərclərinin səmərəliliyi məsələsinə də ciddi fikir vermək lazımdır.


Kataloq: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> «magиstratura mяrkяzи»
2016 -> Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə