Naxçıvan Muxtar Respublikası nın Rabitə və Yeni Texnologiyalar



Yüklə 228,56 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix15.03.2017
ölçüsü228,56 Kb.
#11357
  1   2

    Naxçıvan Muxtar Respublikası-

nın Rabitə və Yeni Texnologiyalar

Nazirliyində keçirilən kollegiya ic-

lasında çıxış edən Naxçıvan Muxtar

Respublikasının Rabitə və Yeni Tex-

nologiyalar  naziri  Rövşən  Məm-

mədov  21  iyul  2015-ci  il  tarixdə

dördüncü çağırış Naxçıvan Muxtar

Respublikası Ali Məclisinin on bi-

rinci sessiyasında verilən tapşırıq-

ların icrasının diqqətdə saxlandığını

bildirmişdir. Qeyd olunmuşdur ki,

rabitə və poçt xidmətinin, genişzo-

laqlı və simsiz internetin əhatə dai-

rəsini genişləndirməsi, “Evədək op-

tika” və “Elektron hökumət” layi-

hələrinin icrası gələcəkdə nazirliyin

əsas  fəaliyyət  istiqamətləri  kimi

müəyyənləşdirilmişdir. 

    Hesabat dövründə Babək Rayon

Rabitə  İdarəsi  və  “Naxçıvanpoçt”

MMC-nin  Babək  rayon  filialının

yeni binası istifadəyə verilmiş, ti-

kintisi başa çatdırılan 242 kilometrlik

Sədərək-Ordubad  alternativ  fiber-

optik kabel magistralının təqdimatı

olmuş və Babək ra-

yon  telekommuni-

kasiya şəbəkəsinin

alternativ fiber-op-

tik kabel magistra-

lına birləşdirən sis-

tem işə salınmışdır.

Bəhs olunan dövrdə

muxtar respublika-

da  8  poçt  şöbə  və

bölməsi avtomatlaşdırılmışdır. Ümu-

milikdə,  avtomatlaşdırılmış  poçt

bölmə  və  şöbələrinin  sayı  126-ya

çatdırılmış, muxtar respublika üzrə

bütün poçt şöbə və bölmələri POS-

terminallarla təmin edilmişdir. 

    Ötən dövr ərzində bütün yaşayış

məntəqələrində genişzolaqlı internet

xidmətlərinin təşkil edilməsi üçün

tədbirlər  davam  etdirilmişdir.  Ge-

nişzolaqlı ADSL texnologiyasından

istifadə edən internet abunəçilərinin

sayı 2566 olmuş, 42 nəfərə “Elek-

tron imza” verilmişdir. 

    Təhlükəsiz  internet  və  distant

təhsilin tədrisi ilə əlaqədar distant

dərslər təşkil edilmiş, muxtar res-

publikanın orta məktəblərində daxili

şəbəkələr qurulmuş və internetə qo-

şulmuşdur. Muxtar respublika əra-

zisindəki  yaşayış  məntəqələrinin

100 faizində rəqəmsal radio yayımı

təmin  edilmişdir.  Bundan  əlavə,

Naxçıvan televiziyası HD formatda

yayıma başlamışdır. 

    Yaşayış  məntəqələrinin  94  fai-

zində genişzolaqlı, 83 faizində isə

simsiz  internet  xidmətlərinin  gös-

tərilməsi üçün lazımi avadanlıqlar

qurulmuşdur. Optik şəbəkənin ge-

nişləndirilməsi evlərə də optik ka-

belin çəkilməsinə imkan vermişdir.

Naxçıvan şəhərində “Evədək optika”

layihəsinin icrası davam etdirilmiş,

28 fərdi mənzilə optik kabel xətti

çəkilmişdir. Yarımildə Ordubad ra-

yonunun  Çənnəb-Üstüpü,  Babək

rayonunun Nəhəcir, Şərur rayonunun

Aşağı Yaycı-Yuxarı Yaycı, Kərim-

bəyli-Axaməd,  Kürkənd-Kürçülü

kənd mərkəzlərinə fiber-optik kabel

xətləri  çəkilmişdir.  Ümumilikdə,

muxtar respublika üzrə 2015-ci ilin

I yarımili ərzində 59 min 192 metr

fiber-optik  kabel  xəttinin  tikintisi

aparılmışdır.

    İşdə yol verilmiş nöqsan və ça-

tışmazlıqlara da toxunan nazir mux-

tar respublikada rabitə və poçt xid-

mətlərinin daha da təkmilləşdirilməsi

istiqamətində  qarşıda  duran  vəzi-

fələr, ucqar kəndlərin internetlə tə-

min olunması, elektron ödənişlərin

həcminin  genişləndirilməsi  istiqa-

mətində görülən işlər haqqında da-

nışmış, elektron xidmətlərin sayının

artırılması,  bu  sahədə  göstərilən

xidmətlərin  keyfiyyətinin  yüksəl-

dilməsi, müraciətlər əsasında elek-

tron imzaların tətbiqinin həyata ke-

çirilməsinin qarşıda duran vəzifələr

arasında  olduğunu  vurğulamışdır.



Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 147 (21.299)

30 iyul 2015-ci il, cümə axşamı

*    *    *

     Qeyd  olun-

muşdur ki, “2014-

 2015-ci  illərdə

Naxçıvan Muxtar

Respublikasında

əhalinin  məşğul-

luğunun artırılma-

sı  üzrə  Dövlət

Proqramı”nın  ic-

rası istiqamətində

bir  sıra  tədbirlər

görülmüşdür. İlin

birinci yarısında məşğulluq xidməti

orqanlarına  müra ciət  edən  1391

nəfər işlə təmin edilmişdir. 

    Əmək bazarının tələbinə uyğun

olaraq  Naxçıvan  Regional  Peşə

Tədris Mərkəzində təşkil edilmiş

peşə kurslarına, ümumilikdə, 195

nəfər cəlb edilmişdir ki, onlardan

74-ü sağlamlıq imkanları məhdud

şəxslər, 9 nəfəri isə hərbi xidmət-

dən  yeni  tərxis  olunanlardır.  Bu-

nunla yanaşı, sosial cəhətdən həs-

sas əhali qruplarının məşğulluğu-

nun  təmin  edilməsi,  habelə  fərdi

təsərrüfatlarının  inkişafı  üçün  3

aztəminatlı ailəyə müvafiq kömək-

lik göstərilmiş, həmin ailələrin ri-

fahının yaxşılaşdırılması məqsədilə

evlərdə xalça toxunuşunun təşkili

üzrə sosial layihəyə 8 qadın cəlb

edilmişdir.

    Bildirilmişdir  ki,  əməyin  mü-

hafizəsi sahəsində həyata keçirilən

nəzarət tədbirləri nəticəsində fərdi

və kollektiv mühafizə vasitələrin-

dən  istifadə  etmədiyinə  görə  26

işçi müvəqqəti olaraq tikinti sahə-

sindən uzaqlaşdırılmış, təhlükəsizlik

qaydalarını kobud şəkildə pozdu-

ğuna  görə  bir  işəgötürənə  1000

manat  məbləğində  cərimə  tətbiq

olunmuşdur.

    Diqqətə  çatdırılmışdır  ki,  sağ-

lamlıq imkanları məhdud şəxslərin

tibbi reabilitasiyası məqsədilə Nax-

çıvan  Əlillərin  Bərpa  Mərkəzində

157 nəfərin, Naxçıvan Uşaq Bərpa

Mərkəzində  175  uşağın  müalicəsi

təmin edilmiş, əzələ-dayaq sistemi

xəstəliklərindən əziyyət çəkən sağ-

lamlıq imkanları məhdud 10 nəfər

Türkiyə Respublikasına müalicəyə

göndərilmişdir.  Müvafiq  dövr  ər-

zində  66  nəfərə  protez-ortopedik

xidmət göstərilmiş, 101 nəfər müx-

təlif texniki reabilitasiya vasitələri

ilə, 64 nəfər sanatoriya və pansio-

natlara göndərişlərlə, müvafiq ka-

teqoriyadan  10  nəfər  minik  avto-

mobili ilə təmin edilmişdir. Bununla

yanaşı, 488 tənha ahıl və əlilə ev-

lərdə, 19 nəfərə isə Ahıllar Evində

sosial xidmət göstərilmişdir.

    Nazir  bildirmişdir  ki,  “2014-

2015-ci  illərdə  Naxçıvan  Muxtar

Respublikasında sağlamlıq imkan-

ları məhdud uşaqların təhsilə cəlbi

üzrə  Dövlət  Proqramı”nın  icrası

ilə  bağlı  bir  sıra  tədbirlər  həyata

keçirilmiş, 2014-2015-ci tədris ilin-

də məhdud fiziki imkanlı 40 uşaq

məktəbəqədər təhsil müəssisəsinə,

79 uşaq ümumtəhsil müəssisələrinin

birinci  siniflərinə,  179  uşaq  isə

məktəbdənkənar müəssisələrin dər-

nəklərinə, musiqi məktəblərinə və

idmanın müxtəlif növləri üzrə qrup-

lara cəlb edilmişdir.

    Məhdud Fiziki İmkanlılar üçün

Naxçıvan  Regional  İnformasiya

Mərkəzində yaradılan Distant Tədris

Mərkəzində hərəkət qabiliyyətinin

məhdudluğu səbəbindən ümumtəhsil

müəssisələrinə  gedə  bilməyən  19

uşaq tədrisə cəlb olunmuşdur.

    Bu dövr ərzində sosial qayğıya

ehtiyacı olan 246 şagird məktəbli

geyimi  və  dərs  ləvazimatları  ilə

təmin  edilmişdir.  Məhdud  Fiziki

İmkanlılar üçün Naxçıvan Regional

İnformasiya  Mərkəzində  görmə

qabiliyyəti  məhdud  şəxslər  üçün

audio və brayl kitabxanası fondu-

nun  zənginləşdirilməsi  diqqətdə

saxlanılmış, mərkəzdə əmək tera-

piyası otağı yaradılmış, defektoloji

bölmənin təlim məşğələlərinə sağ-

lamlıq imkanları məhdud 48 uşaq

cəlb edilmişdir.

    Yay  tətili  dövründə  sağlamlıq

imkanları məhdud uşaqların asudə

vaxtlarını səmərəli keçirmələri üçün

52 uşaq valideynlərinin müşayiəti

ilə  Ağbulaq  İstirahət  Mərkəzinə

göndərilmişdir.

    İclasda işdə buraxılan nöqsanlara

da toxunulmuş, qarşıda duran vəzifə

və tapşırıqlardan bəhs edilmişdir.

    Sonra məruzə ətrafında çıxışlar

olmuşdur.



Muxtar respublikanın nazirlik, komitə və təşkilatlarında 

cari ilin ilk 6 ayının yekunları müzakirə edilir

    AMEA  Naxçıvan  Bölməsində

2015-ci ilin ilk 6 ayının yekunlarına

dair yığıncaq keçirilib. 

    Yığıncağı bölmənin sədri, aka-

demik İsmayıl Hacıyev açaraq bil-

dirib ki, 2015-ci ilin birinci yarı-

sında bölmə əməkdaşlarının 3 mo-

noqrafiya, 1 kitab, 1 tövsiyə, 268

məqalə  və  konfrans  materialı,  8

tezis olmaqla, 281 elmi əsəri nəşr

edilib.  Hesabat dövründə bölmədə

humanitar və ictimai, təbiət və tex-

niki  elmlər  seriyalarından  ibarət

olan “Xəbərlər” jurnalının 2 nöm-

rəsi çapdan çıxıb ki, bu nömrələrdə

əməkdaşların 60 məqaləsi işıq üzü

görüb. 2015-ci ilin birinci yarısında

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin “Naxçıvan tarixi”

çoxcildliyinin hazırlanması və nəşr

olunması barədə” Sərəncamına əsa-

sən, İkinci Dünya müharibəsindən

günümüzədək  olan  dövrü  əhatə

edən  üçüncü  cildi

üzərində işlər davam

etdirilib.

Qeyd olunub ki, he-

sabat dövründə Azər-

baycan  Respublika-

sının  Prezidenti  ya-

nında Elmin İnkişafı

Fondu  qrant  layihə-

ləri  müsabiqəsində

qalib olmuş “Naxçı-

van  folklorunun  toplanması,  elmi

tədqiqi və nəşri” və “Batabat As-

trofizika  Rəsədxanasının  müasir

işıqqəbuledici cihaz və avadanlıq-

larla  təchiz  edilməsi”  mövzuları

üzrə  qrant  layihələri  çərçivəsində

elmi-tədqiqat işləri başa çatıb, bu-

nunla  bağlı  hazırlanmış  hesabat

müvafiq  quruma  təqdim  edilib.

2014-cü ildə Azərbaycan Respub-

likası Prezidenti yanında Elmin İn-

kişaf Fondu qrant layihələri müsa-

biqəsində  qalib  olmuş  “Naxçıvan

toponimlərinin elmi-linqvistik təd-

qiqi”,  “Parabolik  və  hiperbolik

məhdud üç cisim məsələlərinin as-

tronomiyada  tətbiqi”  mövzuları

üzrə tədqiqatlar cari ilin ilk yarısında

uğurla  icra  olunub  və  hesabatlar

Azərbaycan  Respublikasının  Pre-

zidenti yanında Elmin İnkişafı Fon-

duna təqdim edilib. Həmçinin aka-

demik Tariyel Talıbovun rəhbərliyi

ilə Ümumdünya Təbiəti Mühafizə

Təşkilatının “Naxçıvan Muxtar Res-

publikası ərazisində bəbir və qida

obyektlərinin monitorinqinin apa-

rılması”  mövzusunda  beynəlxalq

qrant layihəsi istiqamətində elmi-

tədqiqat işləri davam etdirilib.

    Bölmə  sədri  hesabat  dövründə

yol verilmiş nöqsanlara da toxunub,

onların tezliklə aradan qaldırılma-

sının vacibliyini vurğulayıb.

    Sonra  məruzə  ətrafında  bölmə

əməkdaşlarının çıxışları dinlənilib.

    Tədbirə AMEA  Naxçıvan  Böl-

məsinin  sədri,  akademik  İsmayıl

Hacıyev yekun vurub.

Xəbərlər şöbəsi

         

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyində keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikası

Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  naziri  Cavid  Səfərov  açaraq

məruzə ilə çıxış etmişdir.

    İyulun 29-da Naxçıvan Muxtar

Respublikası  Gənclər  və  İdman

Nazirliyində keçirilən kollegiya ic-

lasını giriş sözü ilə Gənclər və İd-

man naziri Azad Cabbarov açaraq

məruzə etmişdir. 

    Bildirilmişdir ki, Naxçıvan Mux-

tar Respublikası Gənclər və İdman

Nazirliyi  2015-ci  ilin  birinci  yarı-

sında öz işini təsdiq olunmuş iş və

tədbirlər planına, həmçinin 21 fevral

2015-ci il tarixdə Naxçıvan Muxtar

Respublikası Ali Məclisində muxtar

respublikada bədən tərbiyəsi və id-

manın hazırkı vəziyyəti və qarşıda

duran  vəzifələrlə  bağlı  keçirilmiş

müşavirədə verilmiş tapşırıqlara uy-

ğun qurmağa çalışmışdır. Ümumi-

likdə,  bəhs  edilən  dövrdə  nazirlik

tərəfindən gənclərlə iş üzrə 84 tədbir

icra olunmuşdur.

    Azad  Cabbarov  diqqətə  çatdır-

mışdır ki, adıçəkilən müddətdə küt-

ləvi bədən tərbiyəsi və idman üzrə

45 tədbir təşkil edilmiş, bunlardan

2-si  beynəlxalq  səviyyəli  yarış  ol-

muşdur. Nazirlik, muxtar respubli-

kanın  idman  federasiyaları  və  ai-

diyyəti təşkilatlar tərəfindən ümum-

milli lider Heydər Əliyevin

anadan olmasının 92 illiyi

ilə  əlaqədar  muxtar  res-

publikada müxtəlif idman

yarışları keçirilmiş, Nax-

çıvan Şahmat Mərkəzində

Beynəlxalq  Şahmat  Fes-

tivalı, Şərur Olimpiya-İd-

man  Kompleksində  kik-

boksinq üzrə Azərbaycan

çempionatı,  gənclər  ara-

sında sərbəst güləş üzrə “Naxçıvan

Kuboku” uğrunda beynəlxalq yarış

yaddaqalan olmuşdur.

     Nazir  qeyd  etmişdir  ki,  muxtar

respublika idmançıları cari ilin birinci

yarımili ərzində, ümumilikdə, 53 me-

dal  qazanmışlar  ki,  bunlardan  30-u

Azərbaycan çempionatlarından, 12-si

beynəlxalq  turnirlərdən,  8-i  dünya

çempionatlarından, 1-i Avropa çem-

pionatlarından,  2-si  isə  I  Avropa

Oyunlarından əldə olunmuşdur. Ta-

nınmış  məşqçilərin  muxtar  respub-

likaya dəvət edilməsi, yerli məşqçi-

lərin  təlimlərdə  iştirak  etmələri  ilə

bağlı tədbirlərin keçirilməsi diqqətdə

saxlanılmış, Peşəkar Qarışıq Qaydasız

Döyüş Növləri üzrə məşqçilər dəvət

edilmiş, ağırlıqqaldırma, futbol, şah-

mat və digər idman növləri üzrə tə-

lim-məşq  toplanışları  təşkil  olun-

muşdur. 12-28 iyun 2015-ci il tarix-

lərdə ilk dəfə olaraq Bakı şəhərində

keçirilən I Avropa Oyunlarında muxtar

respublikamızdan boks üzrə Tayfur

Əliyev  və  sərbəst  güləş  üzrə  Hacı

Əliyev bürünc medal qazanmışlar. 

    Azad  Cabbarov  buraxılan  nöq-

sanlardan da danışaraq bildirmişdir

ki, onların aradan qaldırılması üçün

məqsədyönlü tədbirlər həyata keçi-

rilməli, idman və gənclər sahəsində

tədbirlərin  səviyyəsi  daha  da  yük-

səldilməlidir. 

    Sonra  məruzə  ətrafında  çıxışlar

olmuşdur.

*    *    *



2

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada

keçirilən yığıncaqda komissiyanın sədri Etibar Musayev

bildirib ki, hesabat dövrü ərzində dövlət qulluqçularının

reyestrinin elektron formada aparılması davam etdiril-

mişdir.  İndiyədək  2008  nəfər  dövlət  qulluqçusunun

məlumatları  elektron  bazaya  işlənmişdir.  Onlardan

740-nın  reyestr  məlumatları  rəsmi  sənədlər  əsasında

yoxlanılaraq dəqiqləşdirilmişdir.

    Dövlət orqanlarında vakant inzibati vəzifələrin tu-

tulması  üçün  18  fevral  2015-ci  il  tarixdə  elan  edilən

müsabiqəyə  351  nəfər  sənəd  təqdim  etmiş,  onlardan

75-i müsabiqəni müvəffəqiyyətlə başa vuraraq vakant

vəzifələrə təyin olunmuşdur. 

    Bildirilmişdir ki, muxtar respublikanın daxili işlər

və  vergi  orqanlarında,  Dövlət  Miqrasiya  Xidmətində

vakant vəzifələrin tutulması üçün elan edilmiş müsa-

biqələrin test  imtahanları şəffaflıqla keçirilmişdir. 

    Hesabat  dövrü  ərzində  komissiyanın  dövlət  or-

qanları ilə əməkdaşlığı davam etdirilmiş, həmin or-

qanlarda  dövlət  qulluğu  siyasətinin  düzgün  həyata

keçirilməsi,  o  cümlədən  kadrlarla  işin  təşkili  daim

nəzarətdə saxlanılmışdır. Cari ilin ötən 6 ayı ərzində

15 nəfər dövlət qulluqçusu fəxri adlarla və təltiflərlə

mükafatlandırılmışdır.

    Qeyd edilmişdir ki, bəhs olunan dövr ərzində ko-

missiyada  ictimaiyyətlə  əlaqələr  işi  və  vətəndaşların

müraciətlərinə baxılması da diqqət mərkəzində saxla-

nılmışdır.  2015-ci  ilin  birinci  yarısında  komissiyaya

465 müraciət daxil olmuşdur ki, bunlardan 44-ü elektron

müraciətdir. Bütün müraciətlər araşdırılmış və onlara

müvafiq qaydada cavab verilmişdir. 

    Məruzə ətrafında müzakirələrdə komissiyanın əmək-

daşları Arzuman İmanovun, Rafiq Nəcəfovun və Fatma

Hüseynovanın çıxışları olmuşdur.

    Babək Rayon İcra Hakimiyyə-

tində keçirilən müşavirədə məruzə

ilə  çıxış  edən  rayon  İcra  Haki-

miyyətinin başçısı Elçin Hüseyn -

əliyev bildirib ki, Azərbaycan Res-

publikası Prezidentinin “Naxçıvan

Muxtar Respublikasının Babək ra-

yonunda  Şəkərabad-Babək qəsə-

bə-Nehrəm-Arazkənd dairəvi av-

tomobil yolunun yenidən qurulması

ilə  bağlı  tədbirlər  haqqında”  Sə-

rəncamına əsasən, 7 yaşayış mən-

təqəsini  birləşdirən  dairəvi  avto-

mobil yolunun yenidən qurulması

işləri birinci yarımildə davam et-

dirilib. Rayon mərkəzində 5 mər-

təbəli 60 mənzilli yaşayış binasında

yenidənqurma işləri aparılıb. Qo-

şadizə kəndində kompleks qurucu -

luq tədbirləri həyata keçirilib.

    Müxtəlif  istiqamətli  quruculuq

tədbirlərindən  rayonun  Yarımca,

Xal-xal,  Xəlilli,  Nehrəm,  Cəhri,

Qoşadizə, Güznüt, Çeşməbasar, Ba-

daşqan, Nəcəfəlidizə, Şıxmahmud,

Məzrə, Şəkərabad, Aşağı Buzqov,

Gülşənabad, Nəzərabad və Qahab

kəndlərinə  də  pay

düşüb.

Vurğulanıb ki, Ba-



bək rayonu aqrar böl-

gə olduğundan bura-

da kənd təsərrüfatının

inkişafına xüsusi diq-

qət yetirilir. 2015-ci

ilin  məhsulu  üçün

əkin aparılan 10476

hektar  sahədə  taxıl

biçini başa çatdırılıb.

    İcra  başçısı  rayonun  idarə,

müəssisə və təşkilatlarının ilin ilk

6  ayındakı  fəaliyyətindən  də  da-

nışaraq deyib ki, bəhs olunan dövr-

də  rayon  Elektrik  Şəbəkəsi,  Qaz

İstismarı  İdarəsi,  Rabitə  Şöbəsi

tərəfindən də bir sıra işlər görülüb. 

    Elçin Hüseynəliyev işdə bura-

xılmış  nöqsanlara  da  toxunaraq

bildirib ki, görülmüş işlərlə yanaşı,

qarşıda  bir  sıra  mühüm  vəzifələr

durur. İstifadə edilmiş qaz və elek-

trik  haqlarının  vaxtında  və  tam

toplanması, əmək intizamına əməl

olunması,  qəsəbə  və  kəndlərin

abad,  səliqəli  saxlanılması,  yeni

qurulan tikililərin qorunması, elek-

trik və qazdan israfçılıqla istifadənin

qarşısının alınması üçün reydlərin

keçirilməsi,  nağdsız  ödənişlərin

həcminin artırılması və əkilməyən

torpaqların əkin dövriyyəsinə daxil

edilməsi  istiqamətində  işlər  daha

da gücləndirilməlidir. 

    Məruzə ətrafında çıxışlar din-

lənilib.

    O, ilin birinci ya-

rısında görülmüş iş-

lər, qarşıya qoyulmuş

vəzifələr barədə da-

nışaraq  bildirmişdir

ki, Naxçıvan Muxtar

Respublikasında ge-

niş vüsət alan tikin-

ti-quruculuq işləri Sə-

dərək  rayonunu  da

əhatə etmiş, son illər

bölgədə  yeni  inzibati  binalar  və

digər infrastruktur obyektləri tiki-

lərək istifadəyə verilmişdir. 2015-ci

ilin 6 ayı ərzində Sədərək Rayon

Təsərrüfathesablı Tikinti-Quraşdır-

ma  İdarəsi  tərəfindən  279,5  min

manatlıq  abadlıq  və  təmir  işləri

aparılmış, hazırda rayon uşaq mu-

siqi məktəbi üçün inzibati binanın

tikintisi və İcra Hakimiyyətinin in-

zibati binasının əsaslı təmiri davam

etdirilir.

    İcra başçısı diqqətə çatdırmışdır

ki,  bu  gün  torpaqlardan  səmərəli

istifadə qarşıda duran əsas vəzifə-

lərdəndir. Rayonun torpaq mülkiy-

yətçiləri  yaradılmış  şəraitdən  sə-

mərəli  istifadə  edərək  “Kənd  tə-

sərrüfatı ili”ndə 3574 hektar sahədə

əkin keçirmişlər. Vaxtında həyata

keçirilən hazırlıq tədbirləri hesabına

2132 hektar sahədə taxıl biçini op-

timal müddətdə başa çatdırılmışdır. 

    2015-ci ilin 6 ayı ərzində yaşıllıq

sahələrinə qulluq davam etdirilmiş,

Naxçıvan-Sədərək magistral yolu-

nun hər iki tərəfində 3 hektar sahədə

bərpa işləri aparılmış, əlavə olaraq

rayon ərazisində 3 hektar yeni bağ

salınmış, həmin sahələrə 5400 ədəd

meyvə tingi əkilmişdir. Ümumiy-

yətlə, rayon ərazisində 7 min ədəd

yerli sortlardan ibarət müxtəlif mey-

və ağacları, 1500 ədəd gül kolu və

225 həmişəyaşıl ağac əkilmişdir.

    Vurğulanmışdır  ki,  həyata  ke-

çirilən tədbirlər Sədərək rayonunda

da yaşayış məntəqələrinin fasiləsiz

elektrik enerjisi ilə təmin olunma-

sına  şərait  yaratmışdır.  İlin  ilk

6  ayı  ərzində  rayon  ərazisində

müxtəlif  gücdə  transformatorlar

quraşdırılmışdır.

    Hesabat  dövrü  ərzində  rayon

Məşğulluq Mərkəzi öz işini tələb

olunan səviyyədə qurmağa çalışmış,

91  işaxtaran  qeydiyyata  alınmış

və həmin vətəndaşlardan 72 nəfəri

daimi işlə təmin olunmuşdur.

    İcra  başçısı  işdə  buraxılmış

nöqsanlara  da  toxunmuş,  həmin

nöqsanların  tezliklə  aradan  qal-

dırılmasının  vacibliyini  diqqətə

çatdırmışdır. 

   Naxçıvan Muxtar Respublikası

Dövlət  Energetika  Agentliyində

keçirilən kollegiya iclasında agent -

liyin baş direktoru Yasin Səfərov

məruzə ilə çıxış edərək bildirmişdir

ki,  muxtar  respublikanın  enerji

təhlükəsizliyinin təmin olunması

istiqamətində  həyata  keçirilən

kompleks tədbirlər birinci yarım -

ildə də davam etdirilmişdir. 

    2015-ci ilin ilk 6 ayında Kəngərli

Rayon Elektrik Şəbəkəsi üçün iki-

mərtəbəli  yeni  inzibati  bina  inşa

olunmuş, 35 meqavolt-amper güclü

yeni 110/35/10 kilovoltluq “Qıvraq”

yarımstansiyası istifadəyə verilmiş-

dir.  Yarım stansiyada  əsas  elektrik

avadanlıqlarının – 25 və 10 meqa-

volt-amper güclü transformatorların,

110 kilovoltluq eleqaz açarlarının,

ayırıcıların,  gərginlik  və  cərəyan

transformatorlarının,  35  və  10  ki-

lovoltluq hücrələrin, idarəetmə və

mühafizə  qurğularının,  akkumul-

yator batareyalarının quraşdırılması

işləri başa çatdırılmışdır. 

    Babək  rayonu  ərazisində  iki -

transformatorlu 1260

kilovolt-amper güclü

35/10  kilovoltluq

“Nehrəm”  yarım -

stansiyasının yeni bi-

nasının tikintisi başa

çatdırılmış, güc trans-

formatorları quraşdı-

rılmış və yarımstan-

siya  istismara  veril-

mişdir. 90 meqavolt-amper güclü

132/110  kilovoltluq  “Araz”  ya-

rımstansiyasında yeni müasir rele

mühafizəsi və avtomatika qurğuları,

ayırıcı  və  eleqaz  açarlarının  qu-

raşdırılmasına  başlanılmış,  yeni

idarəetmə  otağının  tikintisi  başa

çatdırılmışdır.

    Vurğulanmışdır ki, 2015-ci ilin

birinci  yarısında  muxtar  respubli-

kanın ayrı-ayrı yaşayış məntəqələ-

rində,  ümumilikdə,  19  yeni  trans-

formator  yarımstansiyası  quraşdı-

rılmış,  51  kilometr  uzunluğunda

yeni 10 və 0,4 kilovoltluq elektrik

verilişi xətləri çəkilmiş, 4,5 kilometr

uzunluğunda hava elektrik verilişi

xətləri  kabel  xətləri  ilə  əvəz  edil-

mişdir.  Naxçıvan,  Şərur  və  Culfa

transformator təmiri sexlərində 115

ədəd  10/0,4  kilovoltluq  transfor-

mator  təmir  edilib  şəbəkələrə

qaytarılmışdır. 

     Kollegiya iclasında işdə buraxılan

nöqsanlar da təhlil olunmuş, qarşıda

duran vəzifələr müəyyənləşdirilmişdir. 

    Sonra məruzə ətrafında Naxçıvan

Modul  Elektrik  Stansiyasının  di-

rektoru Məhərrəm Abbasov, “Biləv”

Su Elektrik Stansiyasının direktoru

Sahib Zeynalov, Şərur və Ordubad

Rayon Elektrik şəbəkələrinin direk-

torları Mehman Tağıyev və Ramazan

Rzayevin çıxışları olmuşdur.



    Azərbaycan  Respublikası  He-

sablama  Palatasının  Naxçıvan

Muxtar  Respublikası  üzrə  İdarə-

sində 6 ayın yekunlarına həsr olun-

muş iclas keçirilib. 

    İclasda  idarənin  rəisi  Fazil

İbrahimov  çıxış  edərək  bildirib  ki,

Azərbaycan Respublikası Hesablama

Palatasının  Naxçıvan  Muxtar  Res-

publikası  üzrə  İdarəsinin  2015-ci

ilin  birinci  yarısındakı  fəaliyyəti

Azərbaycan Respublikası Hesablama

Palatasının  Naxçıvan  Muxtar  Res-

publikası  üzrə  İdarəsinin  Əsasna-

məsinə, idarənin təsdiq olunmuş iş

planına və digər müvafiq normativ

sənədlərə  əsasən  həyata  keçirilib.

Bəhs olunan dövrdə

Naxçıvan  Muxtar

Respublikası Dövlət

büdcəsinin gəlirləri

35 milyon 709,3 min

manat  və  ya  112,5

faiz icra olunub. 

İlin birinci yarı-

sında  Naxçıvan

Muxtar Respublika-

sı Dövlət büdcəsinin

xərcləri  176  milyon  563,5  min

manat və ya 82,3 faiz icra edilib. 

    Diqqətə çatdırılıb ki, Azərbaycan

Respublikası Hesablama Palatasının

Naxçıvan Muxtar Respublikası üzrə

İdarəsinə  2015-ci  ilin  birinci  yarı-

sında dövlət təşkilatlarından 1-i elek-

tron olmaqla, 39 məktub daxil olub.  

    2015-ci ilin birinci yarısında təs-

diq edilmiş iş planına uyğun olaraq,

Naxçıvan Muxtar Respublikası Döv-

lət büdcəsinin xərclərinə maliyyə-

büdcə nəzarəti tədbirləri çərçivəsində

idarə tərəfindən 6 müəssisə, idarə

və  təşkilatlar  üzrə  təhlil  işləri,  4

müəssisə, idarə və təşkilatlarda audit

yoxlamaları aparılıb. 

    Audit zamanı aşkar edilmiş nöq-

san və çatışmazlıqların aradan qal-

dırılması üçün müvafiq təşkilatlara

məktub və maliyyə orqanlarına mə-

lumat göndərilmişdir.

    İclasda qeyd olunub ki, 2015-ci

ilin  ikinci  yarısında  da  idarənin

əməkdaşları işlərini günün tələbləri

səviyyəsində  qurmalı,  qarşıya  qo-

yulmuş vəzifələrin layiqincə yerinə

yetirilməsinə nail olmalıdırlar.

    Sonra məruzə ətrafında çıxışlar

olub. 


Kataloq: QezetSekilleri
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə
QezetSekilleri -> Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında
QezetSekilleri -> Hər bir yaşayış məntəqəsinin inkişafın da başlıca amil yol infrastrukturudur. Ona
QezetSekilleri -> Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım

Yüklə 228,56 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə