MüNDƏRİcat giRİŞ


MAKSVEL PAYLANMASININ TƏCRÜBİ TƏSDİQİ



Yüklə 1,32 Mb.
səhifə7/8
tarix31.12.2021
ölçüsü1,32 Mb.
#49957
1   2   3   4   5   6   7   8
Molekullarin-surətlərə-gorə-paylanmasi-Paylanma-funksiyasi
Molekullarin-surətlərə-gorə-paylanmasi-Paylanma-funksiyasi, Molekullarin-surətlərə-gorə-paylanmasi-Paylanma-funksiyasi
MAKSVEL PAYLANMASININ TƏCRÜBİ TƏSDİQİ.

LAMMERT-ELDRİC TƏCRÜBƏLƏRİ
Əvvəlcə qeyd etdiyimiz kimi, Ştern təcrübəsi, Maksvel paylanmasını keyfiyyətcə təsdiq etdi. Doğrudan da,Ştern təcrübəsindən alınan nəticəyə görə atomlar (yaxud molekullar) müxtəlif sürətlərlə hərəkət edir. Lakin, bu təcrübə molekulların sürətlərə görə paylanmasını kəmiyyətcə izah edə bilmir. Bu istiqamətdə ilk müvəffəqiyyətli addım Eldric (1927) və Lammert (1926-29) tərəfindən atılmışdır. Bu alimlər,19-cu əsrin ortalarında Fizo tərəfindən tətbiq olunmuş dişli çarxın işləmə prinsipinə əsaslanmaqla Maksvel paylanmasını təcrübi yolla təsdiq etmişlər.Haqqında danışdığımız təcrübənin sxemi şəkil 5-də verilmişdir. Orada göstərildiyi kimi, bu cihaz eyni bir oxa bərkidilmiş 2 diskdən ibarətdir. Disklər üzərindəki yarıqları bir-birinə nəzərən müəyyən ϕ bucağı təşkil edir və bir-birindən d məsafədə yerləş-mişdir. Bu sistem, diskləri bir-birinə birləşdirən eyni bir ox ətrafında tələb olunan bucaq sürəti ilə fırlana bilər. Xüsusi mənbədən çıxan molekulyar dəstə birinci diskin yarığı üzərinə göndərilir. Disklərin yarıqları bir-biri ilə ϕ bucağı təşkil etdiyindən, birinci diskin yarığından keçən molekulların hamısı ikinci diskin yarığından keçə bilmir. Birinci diskin yarığından keçən dəstə molekullarından yalnız müəyyən şərt ödəyənləri ikinci diskin yarığından keçə bilir. Birinci yarıqdan keçən molekul, iki disk arasındakı d məsafəsini qət edərək ikinci disk səthinə çatdığı anda ikinci diskin yarığı ϕ bucağı qədər dönərək bu molekulun qarşısına gəlsə, o bu yarıqdan keçərək sayğac üzərinə düşər. Bu o zaman mümkündür ki, molekulun iki disk arasındakı

məsafəni qət etmə müddəti (t1= ), müəyyən ω bucaq sürəti ilə fırlanan ikinci disk yarığının ϕ bucağı qədər dönməsinə sərf olunan zamana (t2= ) bərabər olsun, yəni = və buradan υ = ω d / ϕ.









Şəkil 5. Lammert-Eldric təcrübəsinin sxemi.

Göründüyü kimi, bu qurğuda molekulun ölçülən sürəti ω və ϕ -dən asılıdır. Bu, o deməkdir ki, ω və ϕ -nin hər bir müəyyən qiymətlərində ikinci disk yarığından yalnız sürəti υ = ω d / ϕ düsturu ilə təyin olunan molekullar keçə bilər. Deməli, ω-nı , yaxud ϕ-ni ardıcıl olaraq dəyişdirib, hər dəfə ölçü aparmaqla dəstəyə daxil olan müxtəlif sürətli molekulların (yaxud atomların) sayını sayğac vasitəsilə müəyyən edə bilərik. Bu təcrübə vasitəsilə əldə olunan nəticəni Maksvel paylanmasını riyazi olaraq ifadə edən düsturla müqayisə etməklə, Maksvel paylanmasının kəmiyyətcə həqiqətə uy-ğun olub-olmadığını müəyyənləşdirmək mümkündür. Eldric kadmium atomları dəstəsindən, Lammert isə civə atomları dəstəsindən istifadə edərək təcrübədən aldıqları nəticənin Maksvel paylanması ilə tam uyğun olduğunu isbat etmişlər.





  1. Yüklə 1,32 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə