MÜLKİ MÜdafiƏ FƏNNİNDƏn mühaziRƏ keçMƏK ÜÇÜn plan-konspekt mövzu Bioloji (bakterioloji) Sİlahlarin təSNİfati tədrisin məqsədi



Yüklə 110,5 Kb.
tarix01.01.2017
ölçüsü110,5 Kb.
növüMühazirə
BAKI DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İLƏ

MÜLKİ MÜDAFİƏ FƏNNİNDƏN MÜHAZİRƏ KEÇMƏK ÜÇÜN

PLAN-KONSPEKT

Mövzu-9. BiOLOJi (BAKTERİOLOJİ) SİLAHLARIN TƏSNİFATI

Tədrisin məqsədi: Bioloji silahlar haqqında tələbələrə məlumat vermək.

Məşğələnin keçirildiyi yer: BDU-nun auditoriyasi.

Vaxt: 2 saat.

Tədris sualları və təxmini vaxt bölgüsü:

Tələbələrin davamiyyətinin və mühazirəyə hazırlığının yoxlanılması-10 dəq.

1-ci tədris sualı: Bioloji silahlar haqqında anlayış, növləri və xüsusiyyətləri-

45 dəq.


2-ci tədris sualı: Yolxucu xəstəliklər və onların xassələri -30 dəq.

Mühazirə mövzusuna yekun vurulması- 5 dəq.

Ədəbiyyat: 1) Azərbaycan Respublikasının «Mülki Müdafiə haqqında»

30 dekabr 1997-ci il tarixli 420-10 saylı qanunu.

2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarı.

3) H.Q.Ocaqovun « Mülki müdafiə» Ali məktəblər üçün dərslik.



Əyani vəsait: Videoproyektor, prezentasiyalar, plakatlar.

Bioloji (bakterioloji) silah – kütləvi qırğın silahlarının bir növü olub – bakterial vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji (bakterioloji) silahın əsasını xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir.

Bioloji (bakterioloji) silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bakterioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşəratlarda, gənələrdə və gəmiricilərdə qala bilir. Bakterioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.

Düşmən bakterioloji vasitələri, təyyarə bombaları, top mərmiləri, raketlər, içərisinə maye və ya toz halda mikrob və zəhər qatışığı doldurulmuş xüsusi konteynerlər vasitəsilə ata bilər.

Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxdurulmasıdır. İçərisində bakterioloji vasitələr olan döyüş sursatı partlayarkən havada duman və ya tüstü şəkilli aerozol buludu yaranır. Onun zədələyici təsiri tətbiq edilən xəstəlik törədicinin miqdarından, ərazinin relyefindən və meteoroloji şəraitdən asılıdır.

Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bioloji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki tələfatı olsun.

Yoluxucu xəstəlik yayan həşəratlar bir yerdən başqa yerə keçdikləri üçün bakterioloji yoluxmanın sərhədləri daha da genişlənir və yoluxucu xəstəliklərin yayılma təhlükəsi artır.

Profilaktik tədbirlər görmək üçün bakterioloji vasitələrin vaxtında aşkar edilməsinin çox böyük əhəmiyyəti vardır. Düşmənin bakterioloji silahdan istifadə etdiyini zahiri əlamətlərə görə, bu vasitənin hansı yoluxucu xəstəlik törədəcəyini isə laboratoriyada aparılmış tədqiqatlara görə müəyyən etmək olar.

Düşmənin bakterioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında kütləvi epidemiya, həmçinin mal qaranın kütləvi qırılması halları baş verə bilər.

Bunun qarşısını almaq üçün observasiya və karantin rejimləri tətbiq edilir və bu zonalarda zərərsizləşdirmə tədbirləri (dezinfeksiya, dezinseksiya və deratizasiya) həyata keçirilir.

Xəstəlik törədən mikrobların və onların toksinlərinin məhv edilməsinə dezinfeksiya, xəstəlik törədən həşaratların məhv edilməsinə dezinseksiya və xəstəlik yayan gəmiricilərin məhv edilməsinə deratizasiya deyilir.

Bunların hamısı xüsusi təmizlik tədbirləri adlanır. İnsanların paltarları, ayaqqabıları və bədəninin radioaktiv maddələrdən təmizlənməsi sanitariya təmizlənməsi, texnikanın, ərzağın, suyun, habelə müxtəlif səthlərdən radioaktiv maddələrin kənar edilməsi isə dezaktivasiya adlanır. Dezaktivasiyanı iki üsulla –fiziki və fiziki-kimyəvi üsulla yerinə yetirmək olar. Fiziki üsul radioaktiv maddələri səthlərdən silmək, süpürmək, çırpmaq, yumaq və zəhərli üst qatı qazımaqla yerinə yetirilir. Fiziki-kimyəvi üsul zəhərli səthləri turşu, qələvivə ya adi yuyucu maddələrin məhlulları ilə yuyub təmizləməkdən ibarətdir.

Xüsusi təmizlik öz növbəsində əhalinin qismən və tam sanitariya təmizliyinə bölünür.



Qismən sanitariya təmizliyi yaranmış vəziyyətdən asılı olaraq zəhərlənmə ocaqlarında və zəhərlənmə ocaqlarından çıxdıqdan sonra insanlarınn özləri tərəfindən keçirilir. Qismən sanitariya təmizliyi keçirirərkən aşağıdakı ardıcıllığa riayət etmək lazımdır:

  1. Zəhərlənmə ocaqlarında:

  • dəri səthinin mühavizə vasitələrini, üst paltarı və ayaqqabıları şotka və ya süpürgə ilə təmizləməli;

  • isladılmış dəsmal (tampon) ilə əlləri (əlcəkləri) və əleyhqazın səthini silməli.

  1. Zəhərlənmə ocağından çıxdıqdan sonra:

  • dəri səthinin mühavizə vasitələrini ehtiyatla çıxarmalı (əleyhqaz çıxarılmır);

  • arxası küləyə tərəf durub üst paltarı çıxarmalı;

  • çıxarılmış paltarı (üst geyimi) kəndirdən (ipdən) asıb şotka və ya süpürgə ilə radioaktiv tozları süpürməli, əleyhqazın çantasını təmizləməli və üzlük hissəsini isladılmış əski ilə silməli;

  • əleyhqazı çıxarıb əlləri, üzü, gözləri yaş dəsmalla silməli, ağız-burun boşluğunu təmiz su ilə yaxalamalı.

Qismən sanitariya təmizliyindən sonra bədənin zəhərlənmə dərəcəsi təhlükəsiz normadan (50mkr\saat) artıq olarsa tam sanitariya təmizlənməsi keçirilir.

Tam sanitariya təmizlənməsi – bədənin hər yerinin radioaktiv və zəhərləyici maddələrdən həmçinin bakterial vasitələrdən təmizlənməsinə deyilir. Tam sanitariya təmizlənməsi hamamlarda, duşxanalarda, təmiz su hövzələrində ya da xüsusi düzəldilmiş yuyunma məntəqələrində həyata keçirilir və alt paltarları mütləq dəyişdirilir.

Observasiya – epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə - məhdudlaşdırma və müalicə-profilaktika tədbirləri sisteminə deyilir.

Bu zaman həkimin göstərişi ilə yaşayış yerini, ictimai istifadə yerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarı, ayaqqabını, yorğan-döşəyi, mebeli və s. dezinfeksiya edirlər.

Observasiya həmçinin karantin zonasının bilavasitə təmas xəttində tətbiq edilir. Observasiya rejiminə aid olan tədbirlər aşağıdakılardır:


  • giriş və çıxışın maksimum məhdudlaşdırılması, həmçinin zədələnmə ocağından əmlakın yalnız epidemioloji baxışdan sonar çıxarılması;

  • qidalanma və su təchizatına tibbi nəzarətin gücləndirilməsi;

  • zəhərlənmiş ərazidə hərəkətin məhdudlaşdırılması;

  • insanlar arasında ünsiyyətin məhdudlaşdırılması.

Bioloji (bakterioloji) silahın təsirinə bilavasitə məruz qalmış rayonda hakimiyyət orqanları tərəfindən xüsusi karantin rejimi tətbiq edilir və həmin rayona gediş-gəliş qadağan edilir.

Karantin – bakterial yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epidemiya əleyhinə rejimli profilaktika tədbirlər sistemidir. Karantin zonasının sərhədlərində mühafizə və patrul xidmətləri yaradılır. Ərazidə olan obyektlərdə daxili komendant xidməti təşkil edilir. İnsanların, heyvanların və əmlakın çıxarılmasına qadağa qoyulur. Karantin zonasına daxil olmağa yalnız bioloji vasitələrin nəticələrinin aradan qaldırılması və tibbi yadımın göstərilməsi üçün gələn tibbi heyətə və MM xüsusi dəstələrinə icazə verilir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuş qaydalara ciddi riayət etməkdir.



Mikroblar, toksinlər və onların xassələri. Təbiətdə saysız-hesabsız mikroorqanizmlər vardır, lakin onlardan bəziləri canlılar arasında xəstəlik törədə bilirlər. Onlara xəstəlik törədən mikroblar və yaxud patogenlər deyilir. Mikroorqanizmlərin çoxu isə xəstəlik törətmək xüsusiyyətlərinə malik deyillər və saprofitlər adlanır.

Yoluxucu xəstəliklər müəyyən patogen mikroblar tərəfindən törədilir. Onların əsas nümayəndələri:



  • Bakteriyalar

  • Viruslar

  • Riketsiyalar

  • Göbələklərdir.

Bakteriyalar – sadə bölünmə yolu ilə çoxalan birhüceyrəli mikroorqanizmlərdir və süni qidalı şəraitdə tez inkişaf edirlər. Xəstəliktörədici bakteriyalar taun, vəba, sibir xorası, tulyaremiya, qarın yatalağı, təbii çiçək, qızılca və başqa yoluxucu xəstəliklər törədə bilirlər.

Viruslar – bakteriyalardan fərqli olaraq canlı orqanizmlərdən ayrı çoxala bilmirlər. Adi qidalı mühitdə onları yetişdirmək olmur. Viruslar hüceyrədaxili parazitlərdir, qrip və quduzluq kimi xəstəliklərin törədiciləridir.

Riketsiyalar – viruslar kimi canlı hüceyrələrdə yaşayırlar. Bunlara yatalaq xəstəliyinin və marsel qızdırmasının törədicilərini göstərmək olar.

Göbələklər müxtəlif qidalı şəraitdə yaşayırlar və bir neçə yolla çoxala bilirlər (bölünmə, tumurcuqlanma, sporəmələgətirmə). Göbələklər insanlarda aktinomikoz (dəri xəstəlikləri) xəstəliklərini törədirlər. Heyvan və bitki aləmində də müxtəlif göbələk xəstəliklərinə rast gəlmək olur.

Bakterial toksinlər və onların xassələri.

Patogen mikroblar iki növ toksin buraxırlar; endotoksinlər və ekzotoksinlər.



Endotoksinlər bütün patogen mikroblarda var, onlar mikrobların ölümündən və dağılmasından sonra azad olurlar.

Ekzotoksinlər endotoksinlərdən fərqli olaraq mikrobların həyat fəaliyyəti dövründə əmələ gəlir (botulizm, difteriya və s.).

Bakterioloji silahların tətbiqi zamanı insanlar – yoluxmuş hava ilə nəfəs alarkən, yoluxmuş ərzaq və sudan istifadə etməklə, habelə yoluxmuş həşərətların dişləməsi və xəstə adamlarla təmasda olmaq nəticəsində xəstələnə bilərlər.

İnsanlar bakterioloji vasitələrin tətbiq olunduğunu aşağıdakı xarici əlamətlərə görə təyin edə bilər:

  • döyüş sursatının zəif səslə partlaması və partlayış zamanı alovun olmaması;

  • binaların damı və divarlarında, ağac yarpaqlarında və yollarda toxaoxşar və ya qatı maye şəkilli maddələrin olması;

  • ərazidə iri qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması;

  • mərmilərin, konteynerlərin və ya müxtəlif bağlama və qabların düşdüyü yerlərdə çoxlu həşəratların, gənələrin və ya gəmiricilərin olması;

- əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi heyvanların, ev heyvanlarının və quşların qəflətən kütləvi qırılması və ya xəstələnməsi də bakterioloji vasitələrin tətbiq olunduğuna dəlalət edə bilər.

Bioloji silahların əsas xüsusiyyətləri aşağıdakılardır:

  • bioloji silahlar insanların, heyvanların və bitkilərin arasında kütləvi yoluxucu xəstəliklərin yaranmasına və zəhərlənməsinə səbəb ola bilir;

  • bəzi xəstəliklər xəstə adamlardan sağlam adamlara asanlıqla keçir və tez yayılır;

  • yoluxucu xəstəliklər üçün xəstəliyin gizli dövrü olmasıdır;

  • bəzi mikrob və zəhərlərin (toksinlərin) aşkar olunması çətinlik törətdiyinə görə zədələnmə təhlükəsi daha böyük olur;

  • istehsalının başqa kütləvi qırğın silahlarına nisbətən daha asan və ucuz başa gəlməsi.

Bakterioloji silahın güclü təsiri onun yüksək dərəcədə patogenliyinə - xəstəlik törətməsinə əsaslanır. Məsələn, hesablanmışdır ki, psittakoz virusunu yetişdirmək üçün istifadə olunan toyuq embrionunun 1mm3 narınlanmış toxuması bir neçə milyon insanın zəhərlənməsi üçün kifayət edəcək miqdarda yoluxucu mənşəyə malikdir.

Bakterioloji vasitələrin təsir müddəti törədicinin xarici mühitdə davamlılığı ilə müəyyən edilir. Məlumdur ki, təbii şəraitdə yatalaq xəstəliyinin törədiciləri torpaqda 15 il ərzində qalır. Əgər bakterioloji vasitələrə müxtəlif stabilləşdirici maddələr – qliserin, dekstrin və s. əlavə edilərsə, onda törədicilərin davamlılığı daha da artır. Yoluxdurulmuş keçiricilərin köməyi ilə bakterioloji silahın uzunmüddətli təsirini təmin etmək olar. Bu onunla izah edilir ki, yerə səpələnmiş keçiricilər əlverişli mühitdə öz fəallıqlarını uzun müddət göstərə bilir. Digər tərəfdən onların yoluxdurduqları törədicilər də orqanizmdə uzun müddət qala bilir.

Yoluxucu xəstəlik törədicilərinin havanı zəhərləmək yolu ilə tətbiqi daha təhlükəli olur. Mikrob resepturları aerozol halında, yəni havada xırda maye damcıları (duman) və toz halındakı bakteriyalardan ibarətdir. Onlar geniş əraziyə - minlərlə və on minlərlə kvadrat kilometr sahəyə yayılır. Mikrobların və toksinlərin havanın yerüstü qatında olması onların torpağa, binaların və bitkilərin səthinə çökməsini, bütün qeyri-kip mənzillərə və yeyinti məhsullarına keçməsini təmin edir. Külək nəticəsində havanın hərəkəti güclənir, mikroblar (toksinlər) yerdən qalxır, ərazidə, yaxud binanın daxilində havaya qarışır.

Tənəffüs – mikrobların, yaxud toksinlərin canlı orqanizmə daxil olmasına imkan yaradır. İnsan və heyvanlar təkcə tənəffüs orqanları vasitəsilə deyil, həmçinin zədələnmiş dəri, selikli qişa və mədə-bağırsaq yolu vasitəsi ilə də yoluxa bilərlər. Düşmən həmçinin təxribatlar yolu ilə xəstəlik törədən bakteriyalar yaya bilər. Bu məqsədlə müxtəlif ampullardan, xüsusi cihazlardan və püskürdücü qurğulardan istifadə etmək mümkündür.



Vəba

Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliiyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulun təsirindən tez məhv olur.

Təbii şəraitdə vəbanı yayan mənbələr xəstə və ya vibrionlar gəzdirən adamlardır. Vəba ilə yoluxma ancaq ağız-nəcis vasitəsi ilə olur. Vəbanın yayılmasında su çox böyük əhəmiyyət kəsb edir. İlin isti vaxtlarında vəbanı milçəklər də yayır. Lakin vəba vibrionlarının tətbiq edilməsi imkanlarını zəiflədən faktorlar mövcuddur – vəba törədiciləri xarici mühit və fiziki-kimyəvi vasitələrin təsirinə çox davamlı deyillər, həmçinin vəbaya qarşı vaksinlər də vardır.

Qarayara

Qarayara – kəskin yoluxucu xəstəlikdir. Təbii şəraitdə qarayara əsas etibarı ilə kənd təsərrüfatı heyvanlarında müşahidə olunur və bu xəstəlik insanlara heyvanlardan keçir. Bu mikrob sporunun xarici mühitdə çox davamlılığı, müxtəlif yollarla keçib insanı və heyvanları yoluxdurma qabiliyyətinə malik olması və ölüm hallarının yüksək olması qeyd olunur. Qarayara törədicisini ilin bütün fəsllərində su təchizatı məbələrini, otlaqları, yemi, mal-qara sürülən yolları və başqa obyektləri zəhərləmək yolu ilə tətbiq etmək olar. Xəstəliyi yaymaq üçün yoluxdurulmuş həşəratlardan və aerozol halına salınmış törədicinin spor formasından istifadə edirlər. Nəticədə heyvanların kütləvi surətdə xəstələnməsi mümkündür.



Təbii Çiçək

Təbii çiçək – ağır yoluxucu xəstəlikdir. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək temperaturuna, baş ağrısına, bel ağrısına, huşun depressiyasına səbəb olur. 2-3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpgi əmələ gəlir. Səpkilər şişli və qızılcalı olur.

8-9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15-16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır. Xəstəliyin qanlı forması daha təhlükəlidir. Bu zaman içi qara qanla dolu tünd-qırmızı və qara-qırmızı rəngli çoxlu suluqlu səpki müşahidə olunur. Bu hal adətən ölümlə nəticələnir.

Taun

Taun – təhlükəli yoluxucu xəstəlikdir. Bu xəstəliyə insanlar yoluxdurulmuş gəmiricilərdən və birələrdən yoluxa bilərlər. Yoluxma gəmiricinin (birənin) dişləməsi, tənəffüs və həzm yolları vasitəsilə, xəstəlik törədicilərin zədələnmiş dəriyə və gözün selikli qişasına düşməsi nəticəsində baş verə bilər. Gizli dövr 2-6 gündür. Bu xəstəliyin törədiciləri taun çöpləridir. Çox vaxt qasıq nahiyəsindəki limfa düyünləri şişir, sonra irinləyir, müalicə etmədikdə yaralar açılır. 4-5 gündən sonra sepsis nəticəsində hərarət qalxır və xəstəliyin ağ ciyər forması inkişaf etməyə başlayır. Bu zaman pnevmoniya inkişaf edir və qısa zamanda epidemiya xarakteri ala bilər. Taun insandan insana hava-damcı yolu ilə keçir. Müalicə aparmadıqda ölümlə nəticələnir.



Botulizm

Botulizm toksini hazırda məlum olan bütün zəhərlərdən ən güclüsüdür. Onu çoxlu miqdarda həm maye, həm də quru halında istehsal etmək mümkündür. Botulizm toksini istiyə davamlıdır. Quru halda özünün zəhərliliyini uzun müddət saxlaya bilir ki, buda toksin ehtiyatı yaratmağa imkan verir. Toksinin dadı və iyi olmadığı üçün onu hiss etmək çətindir.

Botulizm toksini çox güclü zəhərləmə xüsusiyyətinə malikdir. İnsanların və heyvanların zəhərlənməsi əksər hallarda (90-100%) ölümlə nəticələnir. Ona görə də botulizm toksini düşmənin tətbiq edəcəyi bakterioloji silahın ən çox ehtimal edilən növlərindən biri hesab edilir.

Tulyaremiya

Tulyaremiya – insan və heyvanların tulyaremiya xəstəliyinə çox meylli olduqlarını, inkubasiya dövrünün qısa, xarici mühitdə törədicinin çox davamlı, yoluxmanın müxtəlif yollarla aparılmasının mümkün olduğunu, yoluxma nəticəsində xəstəliyin çox uzun və ağır keçdiyini nəzərə alaraq düşmən tərəfindən tulyaremiya törədicisinin bakterioloji silah kimi tətbiq edilməsi mümkündür. Heyvanların tulyaremiya ilə yoluxdurulması çox ciddi epidemioloji əhəmiyyətə malikdir.

Tulyaremiya törədicisinin tətbiq olunmasını ilin istənilən vaxtında, müxtəlif sahələrdə, o cümlədən cəbhədən çox uzaq rayonlarında belə gözləmək olar. Tulyaremiya törədicisini tətbiq etmək üçün ən çox ehtimal olunan vasitə bakterioloji aerozoldur. Tulyaremiya törədicisinin bakterioloji aerozol vasitəsilə tətbiq etdikdə xəstəlik çox ağır formalarda: ağciyər və ümumiləşmiş formalarda yayılır. Törədici insan orqanizminə dəri, gözün selikli qişası, tənəffüs yolları və mədə-bağırsaq traktı vasitəsilə daxil olur. İnkubasiya dövrü 3-7 gündür. Adətən xəstəlik qəfil başlayır, üşütmə meydana çıxır, bədən temperature 38° - 40°C-yə çatır. Davamlı baş ağrısı, başgicəllənmə, halsızlıq, əzələ ağrıları, iştahsızlıq inkişaf edir.

Müalicə üçün antibakterial preparatlar (streptomisin, tetraskilin, levomisetin) mühüm yer tutur.



Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi



Kataloq: 2014
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Мisvak вя онун XXI ясрдя истифадяси
2014 -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2014 -> Cü il tarixində əlavə edilmişdir 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?
2014 -> Вместе к высотам стоматологии
2014 -> 31(2): 106-13 Müzeyyen Kayataş, 1 Rabia Figen Kaptan
2014 -> Ankara Numune E¤itim ve Araflt›rma Hastanesi Aile Hekimli¤i Klini¤i, Asistan Dr., Ankara

Yüklə 110,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə