MüLKİ HÜquq anlayişI, pred-meti VƏ metodu


a) hüquqi nizamasalınan ictimai münasibətlərin dəqiq sərhədini müəyyən etmək; b)



Yüklə 43,17 Kb.
səhifə8/13
tarix02.01.2022
ölçüsü43,17 Kb.
#43263
1   ...   5   6   7   8   9   10   11   12   13
referat 1580

a) hüquqi nizamasalınan ictimai münasibətlərin dəqiq sərhədini müəyyən etmək;

b). subyektlərin hüquq və vəzifələrini müəyyən edən müvafiq akt, onların mümkün və lazımi davranışı barədə göstəriş vermək;

c) ictimai münasibətlərin iştirakçıları olan vətəndaş və hüquqi şəxslərə müxtəlif hüquq münasibətlərinə daxil olmaq üçün mülki hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəati vermək;

ç) mülki hüquqi məsuliyyətin ölçüsünü müəyyən etmək;

Birincisi, hər bir hüquq sahəsinin spesifik nizamasalma metodu vardır. Hüququn ictimai münasibətlərə təsir üsullarından fərqinin əsasını hüquq münasibətləri iştirakçılarının qarşılıqlı münasibətlərinin xarakteri təşkil edir. Bəzi hüquq sahələrində hakimiyyət məcburiyyət metodu, di-gərlərində tərəflərin bərabərliyi metodu, üçüncülərdə isə qadağan meto-du üstünlük təşkil edir. Hüquq sahələri ictimai münasibətlərin xarakte-rindən asılı olaraq, bu kimi hüquqi təsir metodlarından istifadə edirlər. İctimai münasibətlərin subyektləri mülki hüquqda hüquq bərabərliyinə malikdirlər. Həmçinin, mülki hüquqda tərəflərin hüquq bərabərliyi me-todunun tətbiq edildiyini Prof.N.D.Yeqorovda göstərmişdi.

Hüquqi nizamasalma metodu – hüquq sahəsinin nizamasalma predmeti olan ictimai münasibətlərin müəyyən növünə onun təsirinin üsullarıdır. Metod hüquqi nizamasalmanın predmeti ilə müəyyən olunur. Məhz ictimai münasibətlərin konkret məzmunu hüquqi təsir üsullarını müəyyən edir. Bu müddəanı konkretləşdirib mülki hüququn metoduna aşağıdakı kimi anlayış vermək olar:

Mülki hüququn metodu dedikdə, mülki və digər hüquqi işlərə məhkəmələr tərəfindən baxılması və həll edilməsi ilə əlaqədar yaranan münasibətlərə mülki prosessual hüquq normalarının təsir üsulları və va-sitələri başa düşülür.

İkincisi, mülki hüququn subyektləri arasında hüquq münasibətl-rinin yaranmasının xüsusiyyətləri mülki dövriyyə iştirakçıları arasında mülki hüquq münasibətləri əsasən müqavilələrdən əmələ gəlir. Müqavilə bağlamaq yolu ilə subyektlər müxtəlif hüquq münasibətlərinə- alqı-satqı, kredit, daşıma, icarə, hesablaşma, borc və digər münasibətlərə girirlər. Subyektlər müqavilə bağlamaqda azad və müstəqildirlər. Subyektin onun üçün daha məqsədəuyğun davranış variantlarından birini müstəqil olaraq seçmə imkanına dispozitivlik (sərbəstlik) deyilir.

Mülki hüququn tənzim etdiyi münasibətlərə təsir üsulu və vasitə-si kimi olan metodu – imperativ – dispozitiv metoddur ki, bu da özünü hüquq münasibətləri subyektlərinin tərkibində və hüquqi xüsusiyyətində, hüquq və vəzifələrində və s. göstərir.

İmperativ və dispozitiv şərtlərin uzlaşması ilk növbədə mülki – prosessual hüquq münasibətləri subyektlərinin, yəni bir tərəfdən bütün mülki prosessual hüquq münasibətlərinin mütləq iştirakçısı olan məh-kəmənin, o biri tərəfdən – digər subyektlərin xarakterini əks etdirir. Hüquqi nizamasalma metodunun imperativliyi bütün mülki prosessual münasibətlərdə məhkəmənin – dövlətin ədalət mühakiməsini həyata ke-çirən və hakimiyyət səlahiyyətinə malik orqanın iştirakı səbəbindən on-ların hakimiyyət və tabelilik münasibətləri olmalarını şərtləndirir. Məh-kəmə qanunun tələblərini dəqiq yerinə yetirməli və mülki prosesin bütün digər iştirakçılarından da bunu tələb etməməlidir. Hakimiyyət orqanı ki-mi yalnız məhkəmə prosessual qanunvericiliyin təsbit etdiyi məcbu-riyyət tədbirlərini tətbiq etmək hüququna malikdir. Dispozitivlik isə mülki prosessual hüququn təsirinin digər cəhətini özündə əks etdirir: ve-rilmiş hüquqların və müəyyən olunan vəzifələrin azad, lakin yalnız qa-nun çərçivəsində reallaşdırılması; bütün subyektlərə bərabər hüquq və vəzifələrin verilməsi və həmçinin onlara zəmanətin verilməsi.

Üçüncüsü, yaranmış mübahisələrin həll edilməsinin spesifikliyi tərəflər arasında mübahisə yarandıqda bu mübahisələri həll etmək üçün onlar məhkəməyə iddia vermək hüququna malikdirlər. Subyekt pozul-muş mülki hüquqları və yaranmış mülki mübahisələri məhkəmə qayda-sında müdafiə edə bilər. Buna müdafiənin iddia qaydası da deyirlər. Məhkəmə qaydasında müdafiə dedikdə, ümumi yurisdiksiya məhkəmə-ləri, iqtisad məhkəməsi və münsiflər məhkəməsi tərəfindən həyata keçi-rilən müdafiə başa düşülür.

Dördüncüsü, mülki hüquqları pozan şəxsə tətbiq edilən məcburi təsir tədbirlərinin xüsusiyyətləri ilə vətəndaşların bə təşkilatların əmlak və şəxsi qeyri-əmlak hüquqları pozulduqda mülki hüquq məsuliyyəti yaranır. Mülki hüquq məsuliyyəti əmlak xarakterlidir.


Yüklə 43,17 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin