Mühazirə1: Əməliyyat sistemləri haqqında anlayışı



Yüklə 270,84 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü270,84 Kb.
#41222
növüMühazirə
  1   2   3   4   5
referat 1743
voleybol

Bakı Biznes və Kooperasiya Kolleci

Fənn: Əməliyyat sistemləri



Mühazirə1: Əməliyyat sistemləri haqqında anlayışı
Yeni dərsin planı:

1.Əməliyyat sistemi anlayışı

2.Əməliyyat sistemlərinin təsnifatı
1.Əməliyyat sistemi anlayışı

Əməliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən tətbiqi proqramların isə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur.

Resurs dedikdə kompüterin istənilən komponenti-mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa düşülür.

ƏS kompüterin qoşulması ilə yüklənir və istifadəçiyə hesablama sistemi ilə rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir. Funksiyalarına görə interfeysin aşağıdakı növləri var.

Proqram interfeysi – hesablama sistemi çərçivəsində qurğu və proqramların qarşılıqlı əlaqəsini təmin edən vasitələr məcmusudur.

İstifadəçi interfeys – istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün proqram və aparat vasitəsidir. Öz növbəsində istifadəçi interfeysi əmrlər və obyektyönlü ola bilər.

Əmrli interfeys – istifadəçiyə kompüter resurslarının idarə olunması üçün əmrləri klaviaturadan daxil etməyə imkan verir.

Obyektyönlü interfeys – obyektlər, yəni fayl, kataloq (qovluq), disk aparıcısı, proqram, sənəd və s. üzərində əməliyyatları bilavasitə həyata keçirən hesablama sisteminin resurslarını idarə edir.

Əməliyyay sisteminin yeni modifikasiyasının adı dəyişilmir, amma versiya (variant) adını alır. ƏS-nin versiyası 6.00, 3.11, 2.1 və.s şəklində işarə olunur.Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm dəyişikliyin, nöqtədən sağdakı rəqəmin artması isə sistemdə cüzi dəyişikliyin edilməsini göstərir. Versiya nömrəsinin böyük olması, sistemin daha çox imkanlara malik olmasıdır.

2.Əməliyyat sistemlərinin təsnifatı

Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:

-Sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;

-Sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;

-Prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;

-Prosessorun mərtəbələrinin sayına görə: 8-mərtəbəli, 16-

mərtəbəli, 32-mərtəbəli, 64-mərtəbəli;

-İnterfeysin tipinə görə: əmrli və obyektyönlü;

-İnformasiya emalı rejiminə görə: paket emallı, vaxt bölgülü, real

vaxt miqyaslı;

-Resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

Birinci əlamətə görə, biristifadəçili ƏS-dən fərqli olaraq, çoxistifadəçili əməliyyat sistemləri kompüterdə eyni vaxtda müxtəlif terminallarla bir neçə istifadəçinin işləməsinə imkan verir.

Ikinci əlamətə görə, çoxməsələlik anlayışı mövcud hesablama

sistemi çərçivəsində eyni vaxtda bir neçə proqramın paralel yerinə yetirilməsidir. Birməsələli ƏS isə eyni vaxtda yalnız bir proqramın yerinə yetirilməsinə imkan verir.

Üçüncü əlamətə görə, bir prosessorludan fərqli olaraq, çoxprosessorlu ƏS bu və ya digər məsələnin həlli üçün bir neçə prosessor resurslarının paylanması rejiminə imkan verir.

Dördüncü əlamətə görə, ƏS-ləri 8, 16, 32, və 64 mərtəbəlilərə bölünürlər. Əməliyyat sisteminin mərtəbəliliyi prosessorun mərtəbəsi ilə təyin olunur.

Beşinci əlamətə görə, ƏS istifadəçi interfeysinin tipinə görə obyektyönlü (qrafiki interfeysli) və əmrli (mətn interfeysli) kimi iki hissəyə bölünür.

Altıncı əlamətə uyğun olaraq, ƏS-ləri aşağıdakı növlərə bölünürlər:

-Paket emalı: kompüterdə yerinə yetirilməli olan proqramlara uyğun olaraq tapşırıqlar paketi formalaşdırılır və mümkün üstünlük dərəcəsini nəzərə almaqla növbəli yerinə yetirilir;

-Vaxt bölgülü: müxtəlif terminallardan bir neçə istifadəçinin eyni

vaxtda kompüterə dialoq (interaktiv) rejimində müraciətini yerinə yetirmək üçün ƏS xidmət tapşırıqlarına uyğun maşın resurslarını növbə ilə seçir;

-Real vaxt miqyaslı: kompüterə nəzərən bu və ya başqa dərəcədə

xarici olan hadisə, proses və ya obyektlərlə idarə olunan istifadəçi sorğularına müəyyən olunmuş vaxt ərzində kompüterin cavabını təmin edir.

Yeddinci əlamətə görə ƏS-ləri şəbəkə və lokal olmaqla iki hissəyə bölünür. Şəbəkə ƏS verilənlərdən birlikdə istifadə etmək məqsədilə şəbəkədə birləşdirilmiş kompüter resurslarının idarə olunması üçün nəzərdə tutulub. Burada həmçinin şəbəkə resurslarının istifadəsi üçün çoxlu sayda servis imkanları mövcuddur.

Şəbəkə ƏS-ləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya daha çox kompüter-serverlerdə quraşdırılır. Digər Əs-ləri lokal sayılır və ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də istifadə oluna bilər. Hal-hazırda geniş yayılan əməliyyat sistemlərindən DOS, OS/2, UNİX, Windows NT,Windows 95/98/2000 qeyd etmək olar.

DOS ailəsinin əməliyyat sistemləri. Bu ailənin birinci üzvü MS DOS (Microsoft Disk Operating System – microsoft firmasının disk əməliyyat sistemi) sistemidir.Bu sistem IBM PC kompüterləri üçün 1981-ci ildə yaradılmışdır.

DOS ailəsinin əməliyyat sistemləri birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:

-Istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyi ilə interfeys

həyata keçirilir;

-Sistemin İBM tipli müxtəlif kompüterlərdə işlənməsini təmin

etmək üçün struktur modulluğu;

-Sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş

(640kbayt).

DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatışmazlığı fərdi kompüter resurslarına və ƏS-nə icazə olmadan müraciətdən mühafizə vasitələrinin olmamasıdır

DOS əməliyyat sistemi haqqında ətraflı məlumat sonrakı paraqraflarda verilir.

OS/2 ailəsinin əməliyyat sistemləri.1987-ci ildə fərdi kompüterlərin yeni ailəsinin yaradılması ilə əlaqədar İBM firması tərəfindən OS/2 ƏS hazırlanmışdır. OS/2 (operating System/2) ikinci nəsil çoxməsələli əməliyyat sistemidir. OS/2 İBM PC ilə uyuşan kompüterlər üçün 32-mərtəbəli qrafiki şoxməsələli əməliyyat sistemidir. OS/2 bir neçə tətbiqi proqramın paralel işini təmin edir və bu zaman işləyən proqramları bir-birindən, əməliyyat sistemini isə işləyən proqramlardan mühafizə edir. ƏS-də proqramların yazılmasında API (Application Programming İnterfase) tətbiqi proqramlar interfeysində yerləşən hazır proqram modullarından istifadəyə imkan verir.

OS/2 əməliyyat sistemi DOS-un fayl sistemi ilə uyuşan rahat qrafiki istifadəçi interfeysinə malikdir. Bu da verilənlərdə heç bir çevirmə aparmadan onlardan həm DOS-da, həm də OS/2-də istifadə etməyə imkan verir.

OS/2-nin aşağıdakı modifikasiyaları mövcuddur:

-OS/2 Warp3.0-yaddaşdan istifadə və qrafiki interfeys təkmilləşdirilib;

-OS/2 Warp Connect-şəbəkə imkanları təkmilləşdirilib;

-OS/2 Warp Server – serverli ƏS-də iş üçün nəzərdə tutulub;

OS/2 – nin əsas çatışmazlığı onun az sayda tətbiqi proqramlara malik olmalısıdır ki, buda onun MS DOS və Windows Əs-nə nisbətən az yayılmasına səbəb olub.

UNIX ailəsinin əməliyyat sistemləri. UNIX – 32 – mərtəbəli,

çoxməsələli, çoxistifadəçili əməliyyat sistemləri ailəsidir. UNIX- in üstün cəhəti onun müxtəlif kompüterlərdə istifadəsinin mümkünlüyüdür.

UNIX aşağıdakıları özündə birləşdirir:

-Paylanmış verilənlər bazasına müraciət;

-Lokal şəbəkədə işləmək;

-Uzaq məsafədə əlaqə və adi modemdən istifadə etməklə qlobal

şəbəkəyə çıxış imkanı. Bu UNIX-in ən vacib komponentlərindən biridir.

Hazırda UNIX üçün çoxlu sayda tətbiqi proqramlar mövcuddur. MS DOS və Windows üçün geniş yayılan bir çox tətbiqi proqramlar UNIX – də də istifadə oluna bilər.

UNIX – ailəsindən olan bir neçə ƏS mövcuddur. Bu ailədən olan müxtəlif versiyaların öz adı var. UNIX ƏS- nin fayl sistemi faylları icazəsiz müraciətdən mühafizəni təmin edir. Hal-hazırda UNIX ailəsindən olan şəbəkə ƏS-dən geniş yayılanı 32-mərtəbəli çoxistifadəçili, çoxməsələli UNIX Ware 2.0 sistemidir.

Windows ailəsinin əməliyyat sistemləri. Windows ailəsinin ƏS Microsoft firması tərəfindən hazırlanmışdır. Windows rahat qrafiki interfeysli, çoxməsələli əməliyyat sistemidir. Bu ailənin əsas üzvləri Windows 95/98/2000 (yəni Windows 95, Windows 98 və Windows 2000) və Windows NT əməliyyat sistemləridir.

Windows 95/98 qismən 16 və 32-mərtəbəli əməliyyat sistemidir.

Windows NT əməliyyat sistemi çox geniş yayılmış 32- mərtəbəli şəbəkə ƏS-dir. Windows NT- nin iki modifikasiyası mövcuddur: Windows NT Server və Windows NT Work Station. Windows NT Server ilk növbədə şəbəkə resurslarının idarə olunması üçündür. Windows NT Server informasiyasının sürətli axtarışının təşkili və istənilən əlaqə vasitələrindən istifadə etməklə qlobal şəbəkə resurslarına baxış üçün vasitələrə malikdir. Qeyd etmək lazımdır ki, bu sistem bir serverə eyni vaxtda 256 terminalın qoşulmasının və bir neçə serverin şəbəkə xidmətinə ümumi mürəciətin təşkili üçün istifadə edilməsinə imkan verir.

Windows NT Work Station – Windows NT ƏS-nin versiyasıdır və lokal kompüterlərdə və işlək stansiyalarda işləmək üçün nəzərdə tutulub. Bu sistem tamamilə 32-mərtəbəli əməliyyat sistemidir və olduqca mühafizəli və etibarlıdır. Windows NT – dəki tətbiqi proqramlar çoxməsələli rejimdə işləyir. Amma MS DOS və 16-mərtəbəli Windows proqramların heç də hamısı Windows NT – də işləmir.

Windows NT Work Station-dan mühəndis, elmi, statistik məsələləri yerinə yetirilməsində böyük həcmli verilənlərin təhlilinin məhsuldarlığını yüksəltmək məqsədilə istifadə olunur.

Real vaxt miqyaslı əməliyyat sistemlərinin ailəsi. Real vaxt terminini geniş mənada, informasiya emalı sistemlərində cavabın verilmə vaxtının təyin olunmuş vaxtı aşmadıqda tətbiq etmək olar.

Real vaxt əməliyyat sistemlərində (RVƏS) müəyyən olunmuş vaxt ərzində sistemin reaksiyasına zəmanət verilir.

Real vaxt əməliyyat sistemlərində neft və qazın çıxarılması və nəqlinin avtomatlaşdırılmasında, metallurgiyada, maşınqayırmada, neft emalında, neft-kimya sənayesində və s. texnoloji proseslərin idarə olunmasının avtomatlaşdırılmasında tətbiq olunur. Real vaxt əməliyyat sistemləri bank işində də tətbiq olunur. İBM PC-də ən çox RTMX, AMX, OS-S000, FLEX OS, QNX və s. Real vaxt əməliyyat sistemlərindən istifadə olunur. Bu sistemlərdən özünün instrumental vasitələrinə görə sərfəlisi QNX Real vaxt əməliyyat sistemləridir.QNX əməliyyat sistemi 32 mərtəbəlidir. Odur ki, tətbiqi proqramlar çox səmərəli yerinə yetirilir

Əməliyyat sistemlərinin inkişaf istiqamətləri. Kompüter bazarı olduqca dinamik olduğundan əməliyyat sistemlərinin inkişafı haqqında uzunmüddətli proqnoz vermək çətindir. Odur ki, yalnız əməliyyat sistemlərinin inkişafının mümkün istiqamətlərini təyin etmək olar.

Birinci istiqamət - əməliyyat sistemlərinin mürəkkəbləşməsidir. Müasir ƏS (məsələn, Windows 95/98/200 və ya OS/2 Warp) olduqca çox proqram, utilit və s. toplusuna çevrilərək diskdə böyük həcmdə yer tutur.

İkinci istiqamət – kompüterə müxtəlif obyektlərin ekranda təsvir üsulundan asılı olmayaraq, manipulyasiyasına imkan verən obyektyönlü texnologiyanın əməliyyat sistemlərində tətbiqi.

Üçüncü istiqamət - əməliyyat sistemləri və proqram təminatı həmişə kompüterin əparat hissəsinin arxitektur həllini əks etdirir. Burada əsas ideya 32-mərtəbəli mikroprosessorun imkanlarından tam mənada istifadə etmək və sonradan 64-mərtəbəli ƏS-nə keçməkdir.

1996-cı ildə SunSoft kompaniyası İnternet-dən paylaşdırılan tətbiqi proqramlarla iş üçün 64-mərtəbəli Solaris-əməliyyat mühütü yaratdı. Santa Crus Operation kompaniyası isə SCO UNIX Ware 2.1 versiyası haqqında elan verdi. Bu yüksək sürətli şəbəkələrlə və müxtəlif protokollarla işləmək imkanı olan UNIX ailəsindən 64-mərtəbəli ƏS-ə keçiddir.

İnternet texnologiyasının sürətli inkişafı əməliyyat sistemlərinin inkişafı tendensiyasını sürətlə dəyişdırır. ƏS-nin inkişaf istiqamətlərindən biri fərdi kompüterlərdən tutmuş super kompüterlərə kimi bütün hesablama sistemlərində işləyə bilən ƏS-nin yaradılmasıdır.

Bura UNIX ailəsindən olan IRIX ƏS-ni misal göstərmək olar. Bu ƏS-nin imkanı 64-mərtəbəli olmasıdır. Burada əməli yaddaş 16Qbayt olmaqla, 1 Tbayt virtual yaddaşdan istifadə etmək olar. Bu əməliyyat sisteminə XFS fayl sistemi daxildir ki, bu da 9 milyon Tbayt ölçülü faylla işləyə bilir və bir kataloqda 64 milyon fayl saxlamağa imkan verir.

Dərsin möhkəmləndirilməsi üçün suallar:



  1. Əməliyyat sistemi hansı funksiyanı yerinə yetirir?

  2. Resurs nədir?

  3. Yerinə yetirdiyi funksiyalara görə interfeysin hansı növləri var?

  4. İstifadəçi interfeysi neçə yerə bölünür?

  5. Əməliyyat sistemlərinin hansı növləri mövcuddur?

  6. DOS əməliyyat sistemi hansı xarakterik xüsusiyyətlərə malikdir?

  7. DOS əməliyyat sisteminin çatışmayan xüsusiyyətləri hansıdır?

  8. OS/2 əməliyyat sistemi hansı xarakterik xüsusiyyətlərə malikdir?

  9. OS/2 əməliyyat sisteminin çatışmayan xüsusiyyətləri hansıdır?

10.UNIX əməliyyat sistemi hansı xarakterik xüsusiyyətlərə malikdir?

11.Windows əməliyyat sistemi hansı xarakterik xüsusiyyətlərə malikdir?

12. Əməliyyat sistemlərinin inkişaf istiqamətləri hansılardır?

Ədəbiyyat:

Kərimov S.Q.,Həbibullayev S.B.,İbrahimzadə T.İ

“İnformatika” Səhifə 221-226

Mühazirə2: MS DOS əməliyyat sistemi haqqında anlayış
Yeni dərsin planı:

1.MS DOS əməliyyat sistemi

2.Disk əməliyyat sisteminin əsas anlayışları
1.MS DOS əməliyyat sistemi

MS DOS əməliyyat sistemi aşağıdakı funksiyaları yerinə yetirən kompleks proqramlara malikdir:

Proqramların icrasının idarə edilməsi;

Fərdi kompüter resurslarının idarə edilməsi;

Prosessorun və fərdi kompüterin xarici qurğularının iştirakı ilə

informasiya emalının təşkili;

Xarici yaddaşda informasiyanın saxlanması və disklərə xidmət

işinin yerinə yetirilməsi.

Bu əməliyyat sistemi diskdə saxlandığından, disk əməliyyat sistemi (DOS-Disc operation System) adını alıb. DOS proqramları lazım olduqda əməli yaddaşa yüklənir.

Hal-hazırda fərdi kompüterlər üçün MS DOS, Windows 95/98/2000, PC DOS, DR DOS, UNIX və OS/2 əməliyyat sistemləri çox geniş yayılıb. İBM PC-ilə uyuşan maşınlarda ən çox MS DOS Microsoft firması, DR DOS və PC DOS əməliyyat sistemləri istifadə olunur. MS DOS Microsoft firması, DR DOS-Digital Research firması və PC DOS – İBM firması tərəfindən yaradılmışdır. İstifadəçi üçün bu əməliyyat sistemlərindən çox geniş yayılanı MS DOS6.22 versiyasıdır.

MS DOS əməliyyat sistemi aşağıdakı əsas hissələrdən ibarətdir:

Fayl sistemi;

Xarici qurğuların drayverləri;

Əmrlər prosessoru.

2.Disk əməliyyat sisteminin əsas anlayışları

İnformasiya disklərdə fayl şəklində yadda saxlanılır. Fayl disk və ya başqa informasiya daşıyıcısında adlandırılmış bir sahədir. Faylda proqram mətni, sənəd, şəkil, qrafik, səs, video film və s. ola bilər.

Fayllar çox vaxt iki kateqoriyaya bölünür: mətn və ikilik. Mətn faylları istifadəçi tərəfindən oxunur. Bu fayllarda proqram mətni, Dos-un əmrlər faylı və s. ola bilər. İkilik faylları ASCII simvollarından ibarət olduğundan, çox vaxt bu fayllara ASCII faylları da deyilir.

Əməliyyat sistemlərinin və başqa proqramların fayla müraciət üçün fayllar işarələnməlidirlər. Belə işarələmə faylın adını təyin edir. DOS əməliyyat sistemlərində faylın adı iki hissədən ibarətdir: adın özü və genişlənməsi. Ad və genişlənmə bir-birindən nöqtə ilə ayrılır. Faylın adı 1-dən 8-ə kimi simvollardan, genişlənməsi isə 0-dan 3-ə kmi simvollardan ibarət ola bilər. Faylın ad və genişlənməsində böyük və kiçik latın hərflərindən istifadə oluna bilər, amma diskdə faylın adı yalnız kiçik latın hərfləri ilə yazılır. Faylın ad və genişlənməsində aşağıdakılardan istifadə etmək olar:

latın əlifbasının böyük və kiçik hərfləri;

rəqəmlər: 0-dan 9-a kimi;

simvollar:  _ , $, #, &, @, !, %, (,), ~, ^.

Məsələn;


Command.com,

Autoexec.bat,

Prog_1.doc və s.

Amma bəzi əməliyyat sistemlərində (Windows 95/98, OS/2 və Windows NT) uzun adlı fayllardan istifadə olunur. DOS əməliyyat sistemindən fərqli olaraq, müasir Windows 95/98,OS/2 və Windows NT əməliyyat sistemlərində fayl və kataloqların adlandırılmasında uzunluğu 254 simvoldan ibarət sətirdən istifadə etmək olar.Bu adlara uzun adlar deyilir.(Buna baxmayaraq 60-70 simvola kimi istifadə etmək məqsədə uyğundur)

Hər bir proqramın (əməliyyat sistemlərindən başqa) tərkibində bu proqramı yükləyən fayl mövcuddur ki,bu fayl icra olunan fayl adlanır.İcra olunan faylın genişlənməsi COM və ya EXE olur.Bir çox proqramlar faylın genişlənməsini özü təyin edir ki,bununla faylın hansı proqram tərəfindən yaradıldığı bilinir və bu faylların bir çoxu uyğun proqramı yükləyir.Genişlənmə faylın tipini göstərir və onlardan bir çoxu standartdır.Məsələn,

.COM,EXE-yerinə yetrilməyə hazır olan ,yəni icra olunan fayllar

.BAT-əmrlər faylı

.TXT-mətn faylı

.MDB-Access VBİS-nin faylı

.XLS-Excel elektron cədvəl faylı

.DOS-Microsoft Word mətn redaktoru faylı

.PAS-Paskal dilinin proqram faylı

.C-C dilinin proqram faylı

.ASM-Assembler dilinin proqram faylı

.BAK-faylın dəyişiklikdən əvvəlki surəti

.ARJ və ZİP sıxlaşdırılmış fayllar

MS DOS əməliyyat sistemində qrup fayllarını işarə etmək üçün şablonlardan istifadə etmək olar.Şablonda qlobal simvollardan istifadə etməklə faylın adı və ya genişlənməsi işarə olunur.Bu *(ulduz) və ?(sual işarəsi) simvollarıdır.

Faylın adında (genişlənməsində) ulduz işarəsi onu göstərir ki,bu mövqedən başlayaraq adın sonuna kimi ixtiyari mümkün işarə ola bilər.Məsələn *.DOC –genişlənməsi .DOC olan bütün fayllar ,

METOD.*-adı METOD olan (METOD.DOC, METOD.EXE, METOD.TXT və.s) istənilən fayl,AZ*.DOC-genişlənməsi DOC olan ,

adı AZ-la başlayan fayllar,*.*-bütün fayllar.

Faylın adında sual işarəsi onu göstərir ki,bu mövqedə ixtiyari mümkün işarə ola bilər.Faylın adında bir neçə sual işarəsi ola bilər.Məsələn,PROQ?.EXE-PROQ ilə başlayan adın beşinci mövqesi istənilən simvol ola bilər.(PROQ1.EXE, PROQA.EXE, PROQD.EXE və.s)

Qlobal simvollardan faylların axtarışında ,yerdəyişməsində ,

köçrülməsində və silinməsində çox geniş istifadə olunur.Faylların ad və genişlənməsində böyük və kiçik hərflər eyni qəbul olunur.Yəni adna.txt və ADNA.TXT eyni faylı təyin edir.DOS əməliyyat sistemində DOS qurğularını işarə etmək üçün adlardan istifadə olunur ki,faylları adlandırarkən bunlardan istifadə etmək olmaz.Bu adlardan DOS-un əmrlərində informasiyanın kompüterin qurğuları ilə giriş və çıxışını təşkil etmək üçün istifadə olunur.Məsələn,PRN adı printeri göstərir,buna görədə DOS-un əmrlərində faylın adı yerinə PRN göstərdikdə uyğun verilənlər çapa çıxır.DOS qurğularının adları aşağıdakılardır:

PRN-printer

LPT1-LPT4-1-4 paralel portlar

COM1-COM4-1-4 ardıcıl portlar

AUX-1 ardıcıl portuna birləşdirilən qurğu

CON-giriş üçün klaviatura,çıxış üçün ekran

NUL-boş qurğu

Burada paralel və ardıcıl terminləri informasiyanın ötrülmə üsuludur.

Bu adlara hər hansı bir genişlənməni əlavə etdikdə DOS bunu qurğulara müraciət kimi başa düşür.Məsələn,CON.TXT faylına müraciət CON qurğusuna müraciətlə eynidir.Ona görə də CON.TXT-dən disk faylının adı kimi istifadə etmək olmaz.Amma faylların adlarının genişlənməsində .PRN,.AUX,.CON və.NUL-dan istifadə etmək olar.Məsələn,ALFA.PRN faylından istifadə etmək olar.

Faylın aşağıdakı atributları mövcuddur.

R-yalnız oxunan .Bu faylları sistem vasitələri ilə yeniləşdirmək və ya silmək mümkün deyil

H-gizli fayl

S-sistem fayl.Bu fayllar əməliyyat sistemlərində istifadə olunur.

A-arxivləşdirilmiş fayl.Bu atribut hər bir faylın yaradılmasında təyin olunur.

Kataloq digər fayllar haqqında informasiyanı özündə saxlayan xüsusi fayldır.Kataloq həmçinin direktoriya da (arayış,göstərici)adlanır.Faylların adı diskdə kataloqlarda (və ya direktoriya)qeyd olunur.Windows 95/98-də kataloqlar qovluq adlanır.Kataloq faylların tam adı ,ölçüsü,yaradılma və ya sonuncu düzəliş vaxtı və tarixi,atributu və.s məlumatlardan ibarət olur.Kataloqun daxilində başqa bir kataloq qeyd olunarsa ,buna altkataloq deyilir.

Hər bir diskdə bir baş kataloq olur.Bu kataloqda fayl və altkataloqlar qeyd olunur.Diskdə kataloqlar ağacvari –ierarxik struktura malikdirlər.İstifadəçi işləyən kataloq cari kataloq adlanır.Yeni formatlaşmış diskdə sadəcə bir kataloq var-baş kataloq.Bu kataloq proqram vasitələri ilə silinə bilməz.

Kompüterdə adətən bir neçə -sərt disk ,disket,kompakt disk və disk aparıcısı mövcuddur.Bu disklərdə yerləşən fayl və kataloqlara müraciət etmək üçün disk aparıcısının adından istifadə olunur.Disk aparıcıları A:,B:,C:,D: və.s kimi adlandırırlar.Əslində A:,B:,C:,D: məntiqi disklərin adıdır.Sərt diski iki və daha çox hissəyə bölməklə bir neçə məntiqi disk yaratmaq olar.

Utilitlər və ya MS DOS-un xarici əmrləri ayrıca fayllar şəklində əməliyyat sistemi ilə birlikdə verilmiş proqramlardır.Bu proqramlar müxtəlif xidmət əməliyyatlarını (disketi formatlaşdırmaq,disketi yoxlamaq və.s)yerinə yetirirlər.

Drayver və rezident proqramlar DOS-un imkanlarını genişləndirir.Bu proqramlar istifadə edilən yeni qurğulara müraciəti ,1 Mbaytdan yuxarı yaddaşa müraciəti ,genişlənməsi hesabına disklərlə daxiletmə-xaricetmə əməliyyatlarının surətini artırmağa ,klaviaturadan azərbaycan,rus və.s hərflərin daxil edilməsini təmin edir.

Drayver və rezident proqramların sazlanması aşağıdakı şəkildə həyata keçrilir.

Drayverlər DOS-un başlanğıc yüklənməsində CONFİG.SYS faylının DEVİCE və DEVİCEHİGH əmrlərinin köməyi ilə qoşulur.

Rezident proqramlar isə DOS-un başlanğıc yüklənməsi sona çatdıqdan sonra və ekranda DOS-un dəvəti göründükdən sonra adi proqramlar kimi sazlanır.Amma rezident proqramlar əməli yaddaşın bir hissəsini tutur.

Drayverlər DOS-un yenidən yüklənməsinə kimi əməli yaddaşda qaldığı halda rezident proqramlarını əməli yaddaşdan silmək olar.Amma bu bütün rezident proqramlarda mümkün olmur.

Dərsin möhkəmləndirilməsi üçün suallar:

1.MS DOS əməliyyat sisteminin proqramları hansı funksiyaları yerinə yetirir?

2.Fərdi kompüterlərdə hansı əməliyyat sistemlərindən istifadə olunur?

3.MS DOS əməliyyat sistemi hansı əsas hissələrdən ibarətdir?

4.Fayl nədir?

5.Fayllar neçə kateqoriyaya bölünür?

6.DOS əməliyyat sistemlərində faylın adı neçə hissədən ibarətdir?

7.Faylın ad və genişlənməsində nədən istifadə olunur?

8.İcra olunan fayl nədir?

9.COM və ya EXE hansı faylın genişlənməsi adlanır?

10.MS DOS əməliyyat sistemində qrup faylları necə işarə olunur?

11.Faylın adında (genişlənməsində) ulduz işarəsi nəyi göstərir?

12.Faylın adında sual işarəsi nəyi göstərir?

13.Qlobal simvollardan nə vaxt istifadə olunur?

14.Faylların ad və genişlənməsində böyük və kiçik hərflər necə qəbul olunur?

15.DOS qurğularının adları hansılardır?

16.Paralel və ardıcıl terminlərdən nə üçün istifadə olunur?

17.Faylın hansı atributları mövcuddur?

18. Kataloq nədir?

19.Windows 95/98-də kataloqlar nə adlanır?

20.Altkataloq nədir?

21.Diskdə kataloqlar necə təsvir olunur?

22.Utilitlər hansı funksiyanı yerinə yetirir?

23.Drayver və rezident proqramların sazlanması necə həyata keçrilir?

Ədəbiyyat:

Kərimov S.Q.,Həbibullayev S.B.,İbrahimzadə T.İ

“İnformatika” Səhifə 227-232

Mühazirə3:MS DOS əməliyyat sisteminin strukturu və funksiyaları
Yeni dərsin planı:

1.MS DOS-un əsas komponentləri

2.MS DOS-da diskin strukturu
1.MS DOS-un əsas komponentləri

MS DOS iyerarxik kataloq strukturuna əsaslanan çevik fayl sisteminə və əlverişli əmrlərə malik olan əməliyyat sistemidir:

MS DOS-un əsas komponentləri aşağıdakılardır:

IQ.SYS və MSDOS.SYS disk faylları. IQ.SYS və MSDOS.SYS

disk faylları kompüterin əməli yaddaşında daimi yerləşən MS DOS əməliyyat sisteminin əsas sistem faylları adlanır. Bu fayllar həm də gizli fayllardır. IQ.SYS faylında BIOS-un genişlənmə modulu yerləşir. MSDOS.SYS isə kəsilmələrin emalı modulu üçündür. IQ.SYS və MSDOS.SYS faylları MS DOS yerləşən diskin əsas kataloqunda yerləşməlidir. Qeyd etmək lazımdır ki, başqa diskdə bu faylların surətini almaq üçün xüsusi SYS əmrindən istifadə olunur. MSDOS.SYS modulunun komponentləri fayl sisteminin, giriş-çıxış qurğularının (klaviatura, displey, printer və portlar) işini təmin edən, proqramların sona çatması ilə əlaqədar məcburi kəsilmələrə və səhvlərin emalına xidmət edən proqramlardır.

Giriş-çıxış baza sistemi- BIOS (Basic Input/Output System)

kompüterin daimi yaddaş qurğusunda (DYQ) yerləşir və əsas vəzifəsi giriş-çıxışla bağlı olan ƏS-nin sadə və universal funksiyalarının yerinə yetirilməsindən ibarədit. BIOS həmçinin kompüter qoşularkən yaddaş və qurğuların işini yoxlayan test proqramına və ƏS-nin yükləyicisini çağıran proqramlara malikdir.

Başlanğıc yükləyici blokda yerləşən SB (System Bootstrap)

sistem yükləyicisi kiçik bir proqram olmaqla, BIOS-da genişlənmə modulu və kəsilmələrin emalı modulunu əməli yaddaşa yükləmək üçün nəzərdə tutulub.

Əmrlər prosessoru (command.com-faylı)-icra olunan proqramdır.

Əmrlər prosessoru aşağıdakı funksiyaları yerinə yetirir:

Klaviatura və ya əmrlər faylından daxil olan əmrləri qəbul edir

və araşdırır;

Command.com faylının daxilində yerləşən MS DOS-un əmrləri

yerinə yetirilir;

MS DOS-un xarici əmrləri və com və ya exe tipli fayllarda saxlanılan tətbiqi proqramlar yüklənir və yerinə yetirilir.

Əmrlər prosessoru ƏYQ-yə yüklənəndə iki hissəyə parçalanır:

Rezident, yəni əməli yaddaşda daimi yerləşən;

Rezidentsiz, yəni ƏYQ və disk arasında verilənlərin ötürülməsi

ilə dövri olaraq dəyişən.

Rezident hissə 22h. . . 24h nömrəli kəsilmləri standart emal edən altproqramları özündə saxlayır. Burada həmçinin ƏYQ-nun rezidentsiz hissəsini boşaldan proqram və kompüterin qoşulmasında avtomatik yüklənən autoexec.bat faylını emal edən altproqram yerləşir.

2.MS DOS-da diskin strukturu

Bir çox hesablama sistemlərində olan xarici yaddaş informasiyanın maqnit lentinə, çevik və sərt maqnit diskinə yığılması üçün istifadə olunur. Bu xarici yaddaş qurğuları tip və ölçülərindən asılı olmayaraq informasiyanın maqnitlənmiş səthində uzun müddətli saxlanılması prinsipindən istifadə edir.

Burada proqramçı üçün maraq doğuran əsas məsələlərdən biri informasiyanın diskdə necə yerləşməsi, ora yazılması və oradan oxunmasıdır. Bunların öyrəniləməsi üçün disikin struktur təşkilinə baxaq.

Disikin ölçüsü disk aparıcısı və xüsusən əməliyyat sistemindən asılıdır. Amma diskin struktur və mahiyyəti həmişə eynidir. İxtiyari diskin iki strukturu (formatı) mövcuddur: fiziki və məntiqi.

Fiziki format sektorun baytlarla ölçüsünü, cığırdakı sektorların və üzvlərin sayıını təyin edir. Bu fiziki və ya aşağı səviyyəli formatlaşdırma (physical formatting, low-level formatting) adlanır.Bu prosedur sərt diskin hazırlanmasında yerinə yetirilir. Fiziki formatlaşdırmada kontroller diskin sektorlarını təyin edərək onları nömrələyir.

Verilənlər diskin maqnit örtüyündə konsentrik çevrələr şəklində yazılır ki, bu da cığır adlanır. Hər bir cığır öz növbəsində bir neçə sektordan ibarət olur.

Disikin bir üzərindəki informasiyanın miqdarı cığırların sayından (bu sıxlıq adlanır) və bir cığırdakı sektorların ümumi ölçüsündən asılıdır. Sıxlıq diskdən asılı olaraq dəyişir. Sektor disk kontrolleri vasitəsilə oxunan və ya yazıla bilən minimal həcmli veriləndir.

Fiziki formatlaşdırmadan sonra diskin MS DOS ilə işləməsi üçün olduqca çoxlu xüsusi verilənlər yazılmalıdır. Amma sərt disklə iş adətən fiziki diskin bir və ya bir neçə məntiqi bölmələrə bölünməsi proseduru ilə başlayır.

Vinçesterin məntiqi bölmələrə bölünməsi MS DOS-un Fdisk (Fixed Disk) proqramı ilə həyata keçirilir. Fdisk proqramının köməyi ilə vinçesteri C:, D:, E: və s. kimi məntiqi disklərə bölmək mümkündür. Fdisk-in alternativ proqramı PowerQuest firmasının Patition Magic proqramıdır. Bu proqram Fdisk bütün funksiyalarını yerinə yetirməklə bərabər əlavə imkanlara da malikdir. Patition Magic proqramı Fdisk-dən fərqli olaraq diskdəki verilənləri korlamadan məntiqi diskin ölçüsünü dəyişir və verilənləri FAT16-dan FAT32-yə və əksinə konversiya edir.

Vinçester məntiqi disklərə bölündükdən sonra diskin sistem sahəsi yaradılmalıdır ki, bu da məntiqi və ya yüksək səviyyəli formatlaşdırma adlanır. Yüksək səviyyəli formatlaşdırma FORMAT.COM proqramı vasitəsi ilə həyata keçirilir.

Dərsin möhkəmləndirilməsi üçün suallar:

1.MS DOS-un əsas komponentləri hansılardır?

2.MS DOS əməliyyat sisteminin əsas sistem faylları hansılardır?

3.IQ.SYS faylında hansı modul yerləşir?

4.Kəsilmələrin emalı modulu hansı disk faylında yerləşir?

5.Giriş-çıxış baza sistemi- BIOS kompüterin hansı qurğusunda yerləşir?

6.BIOS-un əsas vəzifəsi nədir?

7.Başlanğıc yükləyici blokda yerləşən SB (System Bootstrap) sistem yükləyicisinin əsas vəzifəsi nədir?

8.Əmrlər prosessoru hansı funksiyaları yerinə yetirir?

9.Əmrlər prosessoru ƏYQ-yə yüklənəndə neçə hissəyə parçalanır?

10.İxtiyari hər hansı bir diskin neçə strukturu (formatı) mövcuddur?

11.Sektorun baytlarla ölçüsünü, cığırdakı sektorların və üzvlərin sayıını təyin edən format hansıdır?

12. Fiziki formatlaşdırmada kontroller hansı funksiyanı yerinə yetirir?

13.Cığır nədir?

14.Sektor nədir?

15.Vinçesterin məntiqi bölmələrə bölünməsi MS DOS-un hansı proqramı vasitəsi ilə həyata keçirilir?

16.Patition Magic proqramı Fdisk-dən fərqli olaraq hansı funksiyanı yerinə yetirir?

Ədəbiyyat:

Kərimov S.Q.,Həbibullayev S.B.,İbrahimzadə T.İ

“İnformatika” Səhifə 233-235

Mühazirə 4:MS DOS əməliyyat sistemində diskin fayl strukturu


Yeni dərsin planı:

1.Diskin fayl strukturu

2.Faylların yerləşmə cədvəli

3.Kataloqlar


1.Diskin fayl strukturu

Fayla müraciətdə istifadəçi onun yalnız yolunu və adını göstərməlidir. ƏS əvvəl fayl-kataloqa müraciət edərək faylın diskdə yerləşməsi haqqındakı məlumatı tapır, sonra isə tələb olunan əməliyyatı yerinə yetirir.

Diskdəki verilənlərə müraciətdə ƏS burada yerləşən faylların yerləşmə cədvəlindən-FAT (File Allocation Table), baş kataloq və altkataloqdan istifadə edir. Başlanğıc sektor (yükləyici yazı), faylların yerləşmə cədvəli,baş kataloq və diskin boş yaddaş sahəsi birlikdə verilənlər sahəsi adlanmaqla diskim fayl strukturunun elementlərini təşkil edir. Verilənlərin yerləşmə strukturu aşağıda göstərilib.

Diskin fayl strukturunun elementləri

Yükləyici yazı (Boot Record) hər bir məntiqi diskin 0 nömrəli sektorunda yerləşir. Burada diskin formatı haqqında verilənlər və əməliyyat sisteminin başlanğıc yüklənmə prosedurunu yerinə yetirən qısa proqram yerləşir.

MS DOS-un 6.0 versiyasından başlayaraq diskdə sıxılmış CVF (Compressed Volume File) tomunun verilənlərinin sıxılmas proqramı olan DoubleSpace faylı yerləşir. Sistemdə belə faylların sayı maksimum 255 ola bilər.

2.Faylların yerləşmə cədvəli

Kompüterlə iş prosesində diskin məzmunu dəyişir. Yəni yeni fayllar əlavə olunur, lazımsız fayllar silinir, faylların tutumu dəyişir və s. Bu əməliyyatları yerinə yetirmək üçün fayllar arası disk yaddaşının paylanmasına fasiləsiz nəzarət olunmalıdır. MS DOS-da bu məsələ faylların yerləşmə cədvəlinin (FAT-File Allocation Table) köməyi ilə həll olunur. Hər bir fayl üçün FAT-da elementlərin zənciri yaradılır. Bunların hər biri sabit uzunluqlu sahəni göstərir ki, diskdə faylın bir hissəsi burada yerləşir. Faylın adı yerləşən kataloqda zəncirin başlanğıc göstəricisi olur. Faylın silinməsində FAT-ın elementləri və onlara ünvanlanan verilənlər sahəsi boşalır ki, bu sahədən digər fayllar üçün istifadə etmək mümkündür.

Bu cür təşkilin əsas üstünlüyü ondadır ki, fayllara birbaşa müraciət mümkün olur. Çatışmayan cəhəti isə faylların silinməsi, yaradılması və tutumunun dəyişdirilməsində diskin fraqmentasiyasıdır (boş sahələrin yaradılması). Fraqmentasiya diskdəki verilənlərə müraciət vaxtının artmasına səbəb olur. Fraqmentasiyanı aradan qaldırmaq üçün DEFRAG proqramından istifadə olunur.

Verilənlər sahəsi diskin baş kataloqunun sonundan sonuncu sektora kimi olan böyük bir sahəni tutur. Yaddaş verilənlər sahəsindən bir və ya bir neçə ardıcıl sektorlar qrupunu ayırır ki, bu da klaster adlanır. Sektorun ölçüsü 512 bayt təşkil edir.

Klasterin ölçüsü, yəni sektorların sayı məntiqi diskdən asılı olaraq ƏS tərəfindən təyin olunur. Böyük ölçülü klasterlərdən istifadə diskin fraqmentasiyasını azaldır. Bundan başqa bu FAT-ın ölçüsünün kiçilməsinə və sürətin artmasına səbəb olur. Digər tərəfdən isə olduqca böyük ölçülü klasterlər disk sahəsindən səmərəsiz istifadəyə gətirir. Məntiqi diskin ölçüsü böyük olduqda klasterin də ölçüsü böyük olur. Klasterin ölçüsünün kiçildilməsini sərt diski bir neçə məntiqi disklərə bölməklə həyata keçirmək olar.

Faylların yerləşmə cədvəlinin elementlərinin uzunluğu 12, 16 və 32 bit olur. Aşağıdakı cədvəldə MS DOS Windows ƏS üçün FAT16 və


FAT32 fayl sistemindən istifadə edərkən müxtəlif ölçülü disk sahələri üçün klasterlərin ölçüsü göstərilib.

Etibarlığı təmin etmək üçün yükləyici yazıdan sonra bir-birinin ardınca FAT-ın iki surəti yerləşir. Amma MS DOS FAT-ın ikinci surətindən istifadə etmir.




FAT 16

Klasterin ölçüsü

Məntiqi diskin ölçüsü

ƏS-nin tipi

2 Kbayt

0-128 Mbayt

MS DOS


Windows

4 Kbayt

128-256 Mbayt

8 Kbayt

256-512 Mbayt

16 Kbayt

512-1 Qbayt

32 Kbayt

1-2 Qbayt

FAT 32

0.5 Kbayt

0-260 Mbayt

Windows


4 Kbayt

260 Mbayt-8Qbayt

8 Kbayt

8-16 Qbayt

16 Kbayt

16-32 Qbayt

32 Kbayt

32Qbayt-2Tbayt

FAT16 fayl sistemi.

FAT 16 fayl sistemi disk 512 baytlı sektorlardan təşkil olunur.Sektor verilənlərin oxunub/yazılmasında istifadə olunan ən kiçik vahiddir.

Faylı verilənlər sahəsində yerləşdirmək üçün istifadə olunan ən kiçik vahid klasterdir. Klasterin ölçüsü bölmənin ölçüsündən asılı olaraq 64-Kbayta kimi ola bilər.

FAT cədvəlinin hər sətri bir klasterə uyğun gəlir və orada aşağıdakı əlamətlər qeyd olunur.

İstifadə olunmayan klaster

İstifadə olunan klaster (bu halda həmin sətirdə faylın sonrakı klasterinin nömrəsi yazılır)

Xarab olmuş klaster

Faylın sonuncu klasteri

Qeyd edək ki,16 Mbaytdan kiçik ölçülü məntiqi disklər FAT12 versiyası ilə formatlaşdırılır. FAT12- FAT-ın ilk versiyasıdır və kiçik ölçülü informasiya daçıyıcıları üçün nəzərdə tutulub.Məsələn, 3.5düym disketlərdə FAT16, -5.25düym disketlərdə isə FAT12-dən istifadə olunur.

FAT16 strukturlu məntiqi diskin strukturu aşağıdakı kimi təsvir olunub.



Yükləyici sektor sistem (aktiv) bölmədə

Əsas FAT cədvəli

Xəta olduqda FAT cədvəlinin surəti

Baş kataloq(yazılar 512 baytla)

Digər kataloq və bütün fayllar

Baxılan məntiqi diskdə yerləşən fayllar haqqında kataloqa aşağıdakı məlumat yazılır.




Məzmunu

Bitlərin sayı

Ad

Format 8.3

Atribut

8

Yaradılma vaxtı

24

Yaradılma tarixi

16

Sonuncu müraciət tarixi

16

Sonuncu dəyişiklik vaxtı




Sonuncu dəyişiklik tarixi

16

FAT cədvəlində başlanğıc klaster

16

Faylın ölçüsü

32

Əvvəlki versiyalarda olduğu kimi , Windows 2000-də FAT16 fayl sistemində məntiqi diskin ölçüsü 4Qb-a qədər olmalıdır.Bu disklərdə klasterlərin sayı 216-ya qədər olur.

FAT 32 fayl sistemi.

FAT 32 fayl sisteminin əsas üstünlüyü FAT16-ya nisbətən böyük həcmli məntiqi diskləri dəstəkləməsidir. FAT32 2047Qb-a qədər ölçülü məntiqi diskləri dəstəkləyir.

Mövcud proqramlarla ,şəbəkələrlə və qurğuların drayverləri ilə uyuşanlığı üçün FAT 32 fayl sistemi FAT 16 fayl sisteminin arxitekturasından çox az fərqlənir.

FAT 32 faylların yerləşmə cədvəlində hər bir klaster üçün 4 bayt ,amma FAT16 üçün 2 baytdan istifadə olunur. FAT32 65527 klasterdən az ola bilməz. FAT32 strukturlu məntiqi diskin strukturu aşağıdakı kimi təsvir olunub.

Yükləyici sektor

Baş kataloq

Əsas FAT cədvəli

FAT cədvəli məhsuldarlığı artırmaq

Digər kataloq və bütün fayllar

NTFS fayl sistemi.Bu fayl sistemi FAT-la müqayisədə yüksək surətli xarakteristikası ,etibarlığı və uyuşanlığı ilə fərqlənir. NTFS-də verilənlərin strukturu Active Direktory xidmətinin reallaşmasına imkan verir. NTFS-ə həmçinin korporptiv fayl-serverlər və yuxarı sinifli fərdi kompüterlər üçün mühafizə funksuyaları daxil edilib.

Məntiqi diskin NTFS-üçün formatlaşdırmasında faylların baş cədvəlini özündə saxlayan fayl yaradılır.Cədvəldəki hər bir yazı ölçüsü 1Kbayt olan bir faylı təsvir edir.MFT-də fayllar haqqında saxlanılan informasiya əməliyyat sisteminin məhsuldarlığının artırılmasını təmin edir.

NTFS-in tomu (məntiqi diski) haqqında əsas informasiya tomun yükləyici sektorunda (Partition Boot Sector) saxlanılır.

NTFS –in FAT-la müqayisədə əsas üstünlukləri aşağıdakılardır:

Verilənlərin mühafizəsinin müasir texnologiyasından istifadə imkanı

Fayl və qovluqların şifrələnməsi,sıxılması və bərpası imkanı

Tranzaksiya texnologiyasının tətbiqi ilə fayl sisteminin yüksək etibarlılığı.Bu texnologiyaya əsasən jurnalda disklərlə iş avtomatik olaraq fayl və qovluqların tərkibindəki bütün dəyişikliklər qeyd olunur ki,bu da sistemin nasazlığı və ya qida mənbəyindən açılmasında sona çatmayan əməliyyatların təkrarına və ya imtinasına imkan verir.

Nasaz sektorların meydana çıxmasında klasterlərin əvəz olunmasının təmin edilməsi.Klasterdən təkrar istifadə etməmək üçün onun ünvanı yadda saxlanılır.

Böyük ölçülü fayl və bölmələr dəstəklənir.Nəzəri olaraq fayl və bölmənin ölçüsü 16 Ekzabayta kimi ola bilər. NTFS bölməsinin ölçüsü 50Mbaytdan az olmamalıdır.

Fayl qovluq və disklərin avtomatik sıxılmasını və açılmasını dəstəkləyir.

Diskin bölməsində faylın maksimal imkanla kəsilməz yazılması texnologiyası hesabına faylların fraqmentasiyası azalır.

Hər bir istifadəçi ayrıca zibil səbəti ilə təmin olunur.

Windows əməliyyat sistemində EFS fayl sistemindən istifadə olunur.Bu fayl sistemi NTFS fayl sisteminin bölməsində yerləşməklə fayl və qovluqları şifrələyir.

EFS fayl sistemi avtomatik olaraq işin sonunda faylı şifrələyir və faylın açılmasında onun şifrini açır.Sistem faylları şifrələnmir.

Fayl və qovluqların şifrələnməsi açıq açarla yerinə yetrilir.DES alqoritmi və onun olduqca etibarlı modifikasiyası olan Tiple Des 56 bit uzunluqlu simmetrik açardan istifadə etməklə blokları 64 bit üzrə emal edir.

EFS ilə işdə hər bir istifadəçinin iki açarı olur.Açıq və bağlı açar.Birincidən məlumatı göndərən istifadə edir,bağlı açar isə yalnız məlumat sahibinə məlumdur.Açıq açarla şifrələnmədə şifrələnən və şifrədən açılan açarlar üst-üstə düşür.

Windows 2000-dən başlayaraq bu əməliyyat sistemləri NTFS-in 5-ci versiyasını dəstəkləyir. NTFS fayl sistemi , Windows-da istifadə edilən bir fayl sistemidir. NTFS , FAT-ın bütün imkanlarına malik olmaqla yanaşı ,2 terebayt (TB) ölçülü diski dəstəkləyir.

FAT_da faylların yerləşməsi, diskdəki boş sahələr, zədəli klasterlər və diskin formatının kodu haqqında məlumatlar yerləşir. FAT-ın birinci

iki elementinin birinci baytında diskin formatının kodu, digər 2 və ya 3

baytda isə FFh yerləşir. Disklərin formatlarını işarə etmək üçün aşağıdakı kodlardan istifadə olunur.

F0h-DS (Double Sided – ikitərəfli)/HD(High Density-yüksək sıxlıqlı)-3.5 düym 18 sektorlu disket;

F8h-sərt disk;

F9h-DS/QD (Quadraple Density-dörtqat sıxlıqlı)-5.25 və ya 3.5 düym, 9 sektorlu disketlər.

Diskin hər bir klasterinə FAT-ın eyni nömrəli elementi uyğundur. FAT-ın sıfır və birinci elementləri diskin formatının kodu üçün istifadə edildiyindən, cədvəl elementlərinin nömrələnməsi 2-dən başlayır. Rahatlıq üçün klasterlərin də nömrələnməsi 2-dən başlayır.

FAT12-nin hər bir elementinin kodu 3, FAT16-nınki isə 4 onaltılıq rəqəmdən təşkil olunur. Beləliklə, aşağıdakı kodlardan istifadə olunur:

(0)000h-klaster boşdur;

(0)003h-(F)FEFh-faylın növbəti klasterinin nömrəsi;

(F)FF7h-zədəli klaster;

(F)FF0h-(F)FF9h-ehtiyat klasterlər.

Aşağıdakı şəkildə prl.txt faylının yerləşməsini təsvir edən FAT-ın zəncirlərlə fraqmenti göstərilib.Şəkildən göründüyü kimi, kataloqda prl.txt faylının birinci klasterinin nömrəsi yerləşir. Bu nömrə eyni zamanda FAT-a gırış nöqtəni təyin edir. Burada yerləşən FAT-ın elementi eyni zamanda faylın növbəti klasterini və FAT-ın növbəti elementini göstərir. Bu, cədvəl elementində faylın sonunu göstərən işarə olana kimi davam edir.

Faylın klasterləri



Birinci zədəli boş sonuncu

Elementin № si ...

Kataloqun elementi FAT(10)

15 (0)010h Növbəti klaster 16
16 (0)013h Növbəti klaster 19
Zədəli

17 (F)FF7h klaster


Boş klaster

18 (0)000h

Sonuncu

19 (F)FFFh klaster


Qeyd edək ki, FAT fayl sistemi MS DOS və Windows 9x ƏS-də istifadə olunur.Windows NT və Windows2000 ƏS-də isə NTFS (NT File System)-NT fayl sistemindən, UNIX əməliyyat sistemində isə onun versiyasından asılı olaraq bir neçə fayl sistemlərindən istifadə olunur. Daha bir HPFS fayl sistemi mövcuddur ki, bu da FAT-ı OS/2 və Windows NT ilə əvəz etmək üçün nəzərdə tutulmuşdur.

3.Kataloqlar

Bildiyimiz kimi, hər bir diskdə bir baş kataloq olur. Baş kataloqun bir elementi disk nişanı üçün ayrılır. Hər bir kataloqda onun ana kataloqunun elementi olur. Baş kataloqdan başqa hər bir kataloqda “.” və “..” xüsusi adlar üçün bir element yerləşir. Bu elementlər uyğun olaraq kataloqun özü və onun ana kataloqu üçün FAT-dakı zəncirin başlanğıcını göstərir. Kataloqların bu cür sistemlə təsviri ana kataloqdan keçən fayl yolunun qısa yazılışını təmin edir. Kataloqda fayllara aid olan klasterlərin yerləşməsi haqqında informasiya yoxdur. Bildiyimiz kimi bu informasiya FAT-da yerləşir.

Kataloq cədvəl şəklindədir və hər bir fayla 32 bayt uzunluqlu bir yazı uyğundur. Səkkiz sahədən ibarət olan bu yazının strukturu aşağıdakı cədvəldə təsvir olunub.


Sahə

Ölçü(bayt)

Sahənin təsviri

1

8

Fayl,kataloq və tomun adı

2

3

Fayl genişlənməsinin adı

3

1

Atributlar

4

10

Ehtiyat sahə

5

2

Faylın dəyişmə vaxtı

6

2

Faylın dəyişmə tarixi

7

2

Faylın birinci klasterinin nömrəsi

8

4

Faylın ölçüsü

Birinci sahə. Faylın adı 8 simvoldan az olarsa onda sağdan boşluqlarla tamamlanır. Faylın adında boşluq ola bilməz. MS DOS-un COPY və DEL kimi əmrləri bu cür adlarla işləyə bilmir.

Sahənin birinci baytında 00 kodu olarsa, MS DOS bu koda rast gələn kimi kataloqa baxışı sona çatdırır. Əgər fayl silinərsə birinci bayta E5 kodu yazılır və elementin digər baytları isə dəyişməz qalır. Bu fayla aid bütün klasterlər isə FAT-da boş kimi qeyd olunur. Faylın ölçüsü, başlanğıc sektoru və adın bir hissəsi haqqında informasiya kataloqda qalır. Buna görə də bu kataloq elementi digər fayl üçün istifadə olunmayıbsa, silinmiş fayl bərpa oluna bilər.

Adın birinci baytında 2E kodunun (“.”simvolu) olması alt kataloqu, ikinci baytda 2Ekodunun olması isə ana kataloqu təsvir edir.

İkinci sahə. Faylın genişlənməsini təsvir edən bu sahədə heç olmazsa bir boşluq olmalıdır. Əgər kataloqda disk tomunun yazısı varsa, onda faylın ad və genişlənmə sahələri birlikdə II bayt uzunluqlu bir sahə

Bitin №

Atributun vəzifəsi

0

Yalnız oxumaq üçün

1

Gizli

2

Sistem

3

Tom nişanı

4

Altkataloq

5

Arxiv

6

İstifadə olunmur

7

İstifadə olunmur

kimi götürülür.

Üçüncü sahə. Bu sahənin hər bir biti aşağıdakı cədvəldə göstərilən atributu təyin edir.

Dördüncü sahə. Bu 10 baytlı sahə gələcəkdə istifadə olunmaq üçün nəzərdə tutulub və 00 qiymətindən ibarətdir.

Beşinci sahə. Bu sahənin qiyməti faylın yaradılma və ya sonuncu dəyişiklik vaxtını göstərir. Buradakı qiymət işarəsiz tam ədəd olmaqla aşağıdakı düsturla hesablanır:

Bu düstur əsasında alınmış qiymətin 2048-ə bölünməsindən alınan qismət saatı göstərir. Alınmış qalığı 32-yə bölməklə dəqiqə, sonrakı qalığı 2-yə vurmaqla isə saniyə tapılır. Məsələn,  vaxtı 23557 kimi yazılır.

Altıncı sahə. Faylın yaradılma və sonuncu dəyişilmə tarixi üçün nəzərdə tutulan bu sahənin qiyməti aşağıdakı düsturla hesablanır:

Bu sxem üzrə təqvim 2108-ci ilə kimi hesablanması mümkün olmasına baxmayaraq maksimal il 2099-a bərabərdir.

Yeddinci sahə. Bu sahə eyni zamanda verilənlər sahəsində faylın birinci klasteri və FAT-dakı zəngirin birinci elementi üçün nəzərdə tutulub. Diskdə yer ayrılmayan fayl üçün və tom nişanı üçün sahənin qiyməti 0000h-dır.

Səkkizinci sahə. Kataloq yazısının sonuncu sahəsi faylın ölçüsü üçündür. 4 baytlı işarəsiz tam ədədlə təsvir edilən bu ədəd faylın ölçüsünü çox böyük göstərməyə imkan verir.


Dərsin möhkəmləndirilməsi üçün suallar:

1.Diskdəki verilənlərə müraciətdə ƏS-i nədən istifadə edir?

2.Diskin fayl strukturunun elementləri hansılardır?

3.Fraqmentasiya hansı funksiyanı yerinə yetirir?

4.Fraqmentasiyanı aradan qaldırmaq üçün hansı proqramdan istifadə olunur?

5.Klaster nədir?

6.Sektorun ölçüsü neçə bayt təşkil edir?

7.FAT - da fayllar haqqında hansı məlumatlar yerləşir?

8.FAT fayl sistemindən hansı əməliyyat sistemlərində istifadə olunur?

9.Kataloq cədvəl şəklindədir və hər bir fayla 32 bayt uzunluqlu bir yazı uyğundur. Səkkiz sahədən ibarət olan bu yazının strukturu təsvir olunan cədvəli çək.

Ədəbiyyat:

Kərimov S.Q.,Həbibullayev S.B.,İbrahimzadə T.İ

“İnformatika” Səhifə 235-241

Mühazirə5: MS DOS əməliyyat sisteminin əmrləri

Yeni dərsin planı:

1.Fayl və kataloqların ekranda təsviri

2.Kataloqların yaradılması

1.Fayl və kataloqların ekranda təsviri

MS DOS əməliyyat sistemi əmrlər vasitəsilə yerinə yetirilən bir sıra xüsusi xidmət proqramlarına malikdir. Bu əmrlərin bir hissəsi diskdə adi proqram faylı kimi yerləşir ki, bunlar da xarici əmrlər adlanır.

Qeyd etmək lazımdır ki, istifadəçilərin əksəriyyəti praktiki olaraq MS DOS-un bir çox əmrlərindən istifadə etmir. İstifadəçi hiss etmədən bu əmrlər qeyri-aşkar şəkildə yerinə yetirilir. Amma bəzi əmrlərin öyrənilməsi vacibdir. Əmrləri yerinə yetirərkən faylın yolu, daha doğrusu yerləşdiyi ünvan göstərilməlidir, yəni fayl hansı məntiqi disk və alt kataloqda yerləşir. Əsas əmrlər aşağıdakılardır:

DİR əmri hər hansı bir diskdə yerləşən faylların adlarının ekrana çıxarılmasını təmin edir.Əmrin ümumi yazılışı aşağıdakı kimidir.

DİR[D][/W][/P]

Burada:

[D]-disk qurğusunun ünvanını göstərir.Elastik disklər üçün “A” və ya “V”,bərk disklər üçün “C” və ya “D”daxil edilməlidir.

[/W]- bu parametr daxil edilərsə faylların adları bütün ekran boyu sütunlarla təsvir ediləcək

[/P]- bu parametr faylların adlarını fasilələrlə ekranda təsvir edir.Yəni ekran dolduqda fasilə baş verir,ixtiyari düyməni sıxdıqda növbəti fayllar təvir edilir

DİR C:/ daxil edib Enter düyməsini sıxdıqda ekrana C diskində olan bütün kataloqların siyahısı çıxacaq.

Əgər C diskində yerləşən konkret kataloqun daxilində olan faylları təsvir etmək lazımdırsa ,onda əmri aşağıdakı kimi daxil etmək lazımdır.

DİR C:/ [kataloqun adı]

Əgər kataloqda yerləşən alt kataloqun fayllarını təsvir etmək lazım gələrsə onda:

DİR C:/ [kataloqun adı]/[alt kataloqun adı]

daxil edilməlidir.

Tutaq ki, C diskində yerləşən Foxbase kataloqunun fayllar siyahısına baxmaq lazımdır.Onda əmr aşağıdakı kimi daxil edilməlidir.

DİR C:/ Foxbase Enter

Bu əmr daxil edildikdən sonra ekrana aşağıdakı kimi məlumatlar çıxacaq.

Faylın adı

tipi

tutumu

tarixi

vaxtı

mfoxsplus

exe

2800

12-10-97

9:12

mfoxhelp

com

4050

22-6-97

14:15

baza

dbf

200

7-12-97

12:10

baza 2

prq

1800

6-09-97

10:12

DİR əmrindən istifadə etməklə kataloq daxilində olan bütün faylları deyil,yalnız bir qismini də ekranda təsvir etmək olar.Məsələn,

DİR C:/Word/.*doc Enter

daxil edilərsə,onda ekrana yalnız tipi .doc olan bütün fayllar çıxacaq.

2.Kataloqların yaradılması

Yeni kataloq yaratmaq üçün MD əmrindən istifadə olunur.Əmrin ümumi yazılış forması aşağıdakı kimidir.

MD [alt kataloqun adı] Enter

Alt kataloq yaratmaq üçün əmrin ümumi forması belədir.

MD[kataloqun adı]/[alt kataloqun adı] Enter

Tutaq ki, ANKET adlı bir kataloq yaratmaq lazımdır. Onda,

MD ANKET Enter

daxil etmək lazımdır.Əgər ANKET kataloqunun daxilində TEXT adlı kataloq yaratmaq lazımdırsa,onda

MD ANKET/ TEXT Enter

daxil etmək lazımdır.

Hər hansı bir kataloqa daxil olmaq üçün disk qurğusunun ünvanından sonra daxil olmaq istədiyimiz kataloqun adını daxil etmək lazımdır.Məsələn:C:/ Foxbase

Bir kataloqdan digər kataloqa keçmək üçün CD əmrindən istifadə edilir.

CD/-əsas kataloqa keçid

CD/ Foxbase- Foxbase kataloquna keçid

CD/Norton/Norton5- Norton kataloqunun daxilində yerləşən Norton5 kataloquna keçid.

Bir disk qurğusundan digər disk qurğusuna keçmək üçün

C: , D: , A: , V:

əmrlərindən istifadə olunur.

Məsələn,

A:/ Enter daxil edilərsə ,bu zaman A disk qurğusu aktiv olacaq

Fayl və kataloqların köçrülməsi

Kataloqları bir diskdən digər diskə və ya faylları bir kataloqdan digər kataloqa köçürmək olar.Bu əmrin ümumi yazılış forması belədir.

COPY [D:]/[ kataloqun adı ]/[ faylın adı ] [D:]/[ kataloqun adı ]

Əvvəlcə fayl yerləşən kataloqun diski,kataloqun adı və faylın öz adı qeyd olunur.Sonra boşluq işarəsi daxil edib faylı qəbul edən kataloqun diskini və adını daxil etmək lazımdır.

Tutaq ki,C diskində yerləşən BASİC katoluqundakı bütün faylları C diskindəki BAS kataloquna köçürmək lazımdır.

Onda COPY C:/ BASİC/*.* C:/ BAS əmrini daxil etmək lazımdır.

Tutaq ki,C diskində yerləşən LEX katoluqundakı tipi .txt olan faylları A diskindəki TEXT kataloquna köçürmək lazımdır.

Onda COPY C:/ LEX /*.TXT A:/ TEXT əmrini daxil etmək lazımdır. COPY əmri faylları yalnız kataloqlara deyil , həm də müxtəlif elektron və çap qurğularına da köçürə bilər. COPY əmri bir neçə qurğunun standart adını qəbul edir.

PRN və ya LPT1-birinci çap qurğusu-sistemlə birləşən əsas çap qurğusu

LPT2-ikinci çap qurğusu

LPT3- üçüncü çap qurğusu

AUX və ya COM1-birinci kommunikasiya qurğusu

COM2- ikinci kommunikasiya qurğusu

NUL- boş qurğu

Əgər,


COPY C:/LEX/SAİD.TXT PRN

Daxil edilərsə,onda SAİD.TXT mətn faylı çap qurğusuna göndəriləcək.

Fayl və kataloqların daşınması

Kataloqları bir diskdən digər diskə və ya faylları bir kataloqdan digər kataloqa daşımaq olar. Bu əmrin ümumi yazılış forması belədir.

MOVE [D:]/[ kataloqun adı ]/[ faylın adı ] [D:]/[ kataloqun adı ]

Əvvəlcə fayl yerləşən kataloqun diski,kataloqun adı və faylın öz adı qeyd olunur.Sonra boşluq işarəsi daxil edib faylı qəbul edən kataloqun diskini və adını daxil etmək lazımdır.

Tutaq ki,S diskində yerləşən BASİC katoluqundakı bütün faylları C diskindəki BAS kataloquna daşımaq lazımdır.

Onda MOVE C:/ BASİC/*.* C:/ BAS əmrini daxil etmək lazımdır.

Tutaq ki,C diskində yerləşən LEX katoluqundakı tipi .txt olan faylları A diskindəki TEXT kataloquna daşımaq lazımdır.

Onda MOVE C:/ LEX /*.TXT A:/ TEXT əmrini daxil etmək lazımdır.

Fayl və kataloqların silinməsi

Diskdə yerləşən fayl və kataloqların silmək üçün Del əmrindən istifadə edilir. Bu əmrin ümumi yazılış forması belədir.

DEL [D:]/[ kataloqun adı ]/[ faylın adı ]

[D:]-disk qurğusunun ünvanını göstərir

Tutaq ki,C diskində yerləşən LEX kataloqunda olan bütün faylları silmək lazımdır.Onda,

DEL C:/ LEX və ya DEL C:/ LEX*.*

Daxil etmək lazımdır.Bundan sonra ekrana silinməni təsdiq edən sorğu çıxacaq.

ARE YOU SURE (Y/N)

(Siz əminsinizmi?)

Silinməni təsdiq etmək üçün Y,əks halda N düyməsini sıxmaq lazımdır.

Əgər C diskində yerləşən BASİC kataloqunda tipi .BAS olan faylları silmək lazımdırsa ,onda

DEL C:/LEX/*.BAS

daxil etmək lazımdır.

Kataloqu silmək üçün RD əmrindən istifadə olunur. Bu əmrin ümumi yazılış forması belədir.

RD [kataloqun adı] Enter

Əgər TEXT adlı kataloqu silmək lazım gələrsə,onda

RD TEXT Enter

daxil etmək lazımdır.

Tutaq ki,SUM adlı kataloq A diskində ,yəni disketdədir və onu silmək lazımdır.Bunun üçün əmri aşağıdakı kimi daxil etmək lazımdır.

RD A:/SUM Enter

Faylın adının dəyişdirilməsi

REN əmri faylın adının dəyişdirilməsi üçün nəzərdə tutulub.Faylın adını dəyişdirən zaman onun daxilində yerləşən informasiyanın məzmunu dəyişmir. Bu əmrin ümumi yazılış forması belədir.

REN [D:]/[faylın köhnə adı] [faylın təzə adı]

Əgər aktiv diskdə olan TEN.TXT faylının adını LİZA.TXT faylına dəyişdirmək lazımdırsa onda,

REN TEN.TXT LİZA.TXT

daxil edilməlidir.

Tutaq ki,C diskində yerləşən LEXİCON kataloqundakı ANKET.TXT faylının adını PROG.TXT faylına dəyişmək lazımdır.Onda,

REN S:/ LEXİCON/ANKET.TXT PROG.TXT daxil edilməlidir.

Dərsin möhkəmləndirilməsi üçün suallar:

1.MS DOS əməliyyat sisteminin əsas əmrləri hansılardır?

2.Fayl və kataloqları ekranda təsvir etmək üçün hansı əmrdən istifadə olunur?

2.DİR əmri hansı funksiyanı yerinə yetirir?

3.DİR əmrinin yazılış forması necədir?

4.C diskində yerləşən konkret kataloqun daxilində olan faylları təsvir etmək üçün əmri necə daxil etmək lazımdır?

5.Kataloqda yerləşən alt kataloqun fayllarını təsvir etmək lazım gələrsə onda əmr necə daxil edilməlidir?

6.Yeni kataloq yaratmaq üçün hansı əmrdən istifadə olunur?

7.Fayl və kataloqların köçrülməsi üçün hansı əmrdən istifadə olunur?

8.COPY əmri bir neçə qurğunun standart adını qəbul edir.Həmin standartlar hansılardır?

9.Fayl və kataloqların daşınması üçün hansı əmrdən istifadə olunur?

10.Del əmri hansı funksiyanı yerinə yetirir?

11.Kataloqu silmək üçün hansı əmrdən istifadə olunur?

12.Faylın adının dəyişdirilməsi üçün nəzərdə tutulan əmr hansıdır?

Ədəbiyyat:

Kərimov S.Q.,Həbibullayev S.B.,İbrahimzadə T.İ

“İnformatika” Səhifə 241-243

Mühazirə6: Əməliyyat mühitinin konfiqurasiyası


Yeni dərsin planı:

1.Sərt diskin konfiqurasiyası

2. Genişlənmiş yaddaş
1.Sərt diskin konfiqurasiyası

MS DOS əməliyyat sistemi istifadəçilərə rahat işləməyi təmin

etmək üçün əməliyyat mühitinin quraşdırılmasını həyata keçirməyə imkan verir. Bu quraşdırmanı həyata keçirməyə imkan verən MS DOS vasitələri aşağıdakılardır:

MS DOS mühitində istifadə üçün sərt diskin konfiqurasiyası;

CONFİG.SYS konfiqurasiya faylı;

AUTOEXEC.BAT avtomatik işə salma faylı.

Sərt diskin konfiqurasiyası. Sərt diski bölmə adlanan bir və bir

neçə müstəqil hissəyə bölmək olar. Hər bir bölmə hər hansı ƏS-dən, məsələn, MS DOS, Xenix, OS/2 istifadə edilməsi üçün seçilir. MS DOS sərt diskin bir neçə bölmələri ilə işləyir. Bölmələrin üç tipi mövcuddur;

İlkin MS DOS bölməsi;

Genişlənmiş MS DOS bölməsi;

MS DOS bölməsi, yəni istifadəçi bölməsi.

Sərt diskdə bir ilkin bölmə, bir genişlənmiş bölmə və bir neçə

istifadəçi bölməsi ola bilər.

Öz növbəsində MS DOS bölmələri bir və ya bir neçə məntiqi

diskdə yerləşə bilərlər. İstifadəçilər bölmələrlə yox, məntiqi disklərlə işləyirlər. Hər bir məntiqi disk standart olaraq C:, D:, E: və s. kimi işarə olunur.

MS DOS-dan istifadə edərkən MS DOS ilkin bölməsi hökmən

olmalıdır. Burada MS DOS-un yüklənməsi üçün C: adı ilə yeganə sistem məntiqi diski yaradılır.

MS DOS genişlənmiş bölməsinin olması vacib deyil.

Sərt diskin konfiqurasiyası MS DOS-un FDISK proqramı və ya

utilitlərin köməyi ilə yerinə yetirilir. Bu əməliyyatı diskdə ƏS və istifadəçi proqramları yazılmazdan əvvəl yerinə yetirmək məqsədə uyğundur. Belə ki, diskin konfiqurasiyası zamanı bütün fayllar silinir.

CONFIG.SYS faylı. CONFIG.SYS faylı bəzi sistem parametrlərin

təyini və drayver proqramların yüklənməsi üçün nəzərdə tutulan əmrlərdən ibarətdir. Drayverlər MS DOS-a qeyri standart qurğularla qarşılıqlı əlaqəyə və fərdi kompüterin əlavə yaddaşından istifadə etməyə imkan verir.

CONFIG.SYS faylı olmadıqda, konfiqurasiyada MS DOS

sisteminin qetri-aşkar (susmaya görə) təyin olunmuş parametrlərindən istifadə olunur. Əgər CONFIG.SYS faylını tətbiq etmək lazımdırsa, onda o sistem diskin əsas kataloqunda yerləşməlidir. MS DOS-un çoxlu sayda əmrlərindən CONFIG.SYS faylında istifadə olunur. Əsas əmrlər BUFFERS, FILES və DEVİCE –dir. BUFFERS və FILES əmrləri MS DOS-un fayllarla işinə təsir edən parametrləri təyin edir. DEVİCE əmri isə drayverləri yükləyir.

BUFFERS əmri daxiletmə/xaricetmə əməliyyatları üçün buferlərin

sayını təyin edir.

FILES əmri isə eyni vaxtda açılmış faylların maksimal sayını təyin

edir və bununla da MS DOS-a informasiyanın saxlanması üçün nə qədər əməli yaddaşın ehtiyatda olmasını göstərir.

DEVİCE (“qurğu”) əmrinin köməyi ilə qurğuların əlavə drayverləri qoşulur. Aparat vasitələrinin idarəsi üçün MS DOS – un öz funksiyaları mövcuddur ki, bunlarda daxili drayverlər rolunu oynayır. Bu funksiyaların köməyi ilə klaviaturadan verilənlərin daxil edilməsi, informasiyanın ekranda əksi, standart disk qurğularından informasiyanın oxunması və yazılması, printerdə verilənlərin çapı həyata keçirilir. Digər qurğularla işləmək üçün isə bunlara uyğun xarici drayverlər MS DOS-a əlavə edilərək, CONFIG.SYS faylının əmrləri ilə yüklənirlər.

Kompüter yaddaşının idarə olunması üçün istifadə olunan HIMEM.SYS, EMM386.EXE,SMARTDRV.EXE MS DOS-UN vacib drayverləri sırasına daxildir. Yaddaşın drayverlərlə idarə olunmasını başa düşmək üçün onun strukturuna baxaq.

Yaddaş sahəsinin 0-dan 640 Kbayta kimi ünvanı adi (conventional) adlanır və əməli yaddaş qurğusu (ƏYQ) kimi tətbiq olunur. Bu sahədən DOS, tətbiqi proqramlar və onların daxili verilənlərini yükləmək üçün istifadə olunur.

640 Kbaytdan 1Mbayta kimi olan yaddaş sahəsi yuxarı (upper) yaddaş adlanır. Bu sahə daimi yaddaş, displeyin buferləri və digər proqram təminatı üçün ayrılır. Daimi yaddaşda baza giriş-çıxış sisteminin (BİOS) proqramları saxlanılır. Onlar kompüterin yüklənməsi zamanı işləyən test proqramlarından və standart xarici qurğuların idarəsi üçün prosedurlardan ibarətdir.

ƏYQ-nun 640 Kbayt ölçülü ünvan sahəsinin məhdudluğu FK-da ünvanlaşdırılmanın texniki reallaşdırlması ilə bağlıdır. Kompüterin daxilində informasiya 20 mərtəbəli şinlər üzrə ötürülür ki, bu da 1048576-ə (1 Mbayt) bərabər ünvanın maksimal qiymətini reallaşdırır.1980-ci illərdə ƏYQ üçün bu ölçü kifayət edirdi, belə ki, o vaxtlarda Fk-da 64 Kbayt ölçüsü olan ƏYQ-dan istifadə olunurdu. Sonralar isə 640 Kbayt ölçülü ƏYQ üçün nəzərdə tutulan DOS utilitlər və tətbiqi proqramlar hazırlanmışdı. Hal-hazırda isə müasir tətbiqi proqram paketləri və qrafiki proqram örtüklərinin normal işi üçün bir neçə meqabaytlarla ölçülən daxili yaddaş tələb olunur. Buna görə də tətbiqi proqramlar üçün maksimal əməli yaddaş ayırmaq üçün genişlənmiş, əks olunan və yüksək yaddaş konsepsiyası hazırlandı.

2. Genişlənmiş yaddaş

Genişlənmiş yaddaş I Mbaytdan yuxarı yaddaş sahəsidir.286 mikroporosessorları üçün bu 16 Mbayt, digərləri üçün isə 4 Qbayta kimi ola bilər. Genişlənmiş yaddaşdan yalnız xüsusi şəkildə yazılan proqramlar istifadə edə bilər. Amma, yaddaşın idarəedilməsi drayverlərini tətbiq etməklə, MS DOS proqramlarını və rezident proqramları yadda saxlamaq üçün genişlənmiş yaddaşdan istifadə etmək olar. Bundan başqa bu yaddaşdan virtual disklərin yaradılmasında da istifadə olunur.

Əks olunan yaddaş konsepsiyası əlavə və ya genişlənmiş yaddaşdan istifadəyə əsaslanıb. Əlavə yaddaş FK-da əlavə platada quraşdırılır və bilavasitə FK-nın ünvan sahəsinə aid olmur. Ondan yalnız yuxarı yaddaş sahəsində 16 Kbayt olmaqla 4 blokda əks etdirməklə istifadə etmək olar. Yuxarı yaddaşın əks olunmasından istifadə onda olan boş ünvan sahəsinin (bloklar)(Upper Memory Block, UMB) olmasına əsaslanır. Əks olunma EMM (Expanded Memory Manager-əlavə yaddaşın dispetçeri) proqram drayveri vasitəsilə həyata keçirilir. Əks olunmanın mahiyyəti ondan ibarətdir ki, əlavə yaddaş sahəsi (səhifələri) müvəqqəti olaraq, yuxarı yaddaşın boş olan bloklarının ünvanlarından istifadə edir. Əlavə yaddaş səhifələrinin ardıcıl qoşulması və onların yuxarı yaddaş bloklarında əks olunması ilə əlavə yaddaşın bütün sahəsinə müraciət etmək mümkün olur. Genişlənmiş yaddaşın blokları da analoji olaraq, yuxarı yaddaşın bloklarında əks olunur.

MS DOS-da həmçinin yüksək (high) yaddaş anlayışından istifadə olunur. Yüksək yaddaş-genişlənmiş yaddaşın (HMA-High Memory Area) birinci 64 Kbayt sahəsidir. MS DOS proqramlarını yuxarı və ya yüksək yaddaşa yükləmək üçün CONFIG.SYS faylında “DOS=HIGH” əmri tətbiq olunur. Drayverləri yüksək yaddaşda yükləmək üçün CONFIG.SYS faylında yerləşən DEVICEHIGH, rezident proqramları yüksək yaddaşa yükləmək üçün AUTOEXEC.BAT faylında yerləşən LOADHIGH əmrindən istifadə olunur. Aşağıda CONFIG.SYS faylının köməyilə yüklənən drayverlərin qısa xarakteriskası verilir:

HIMEM.SYS drayveri iki əsas funksiyanı yerinə yetirir:

Yüksək yaddaşı təşkil edir və onu idarə edir;

Yerinə yetirilən proqramların genişlənmiş yaddaşa mürəciətini

təmin edir.

EMM 386.EXE drayveri aşağıdakıları yerinə yetirir:

Yuxarı yaddaşı təşkil edir və onu idarə edir;

Genişlənmiş yaddaşı əks olunana çevirir.

SMARTDRV.EXE drayveri keşi (cache) yerləşdirmək üçün genişlənmiş yaddaşın bir hissəsindən istifadə edir. Keş-disk verilənlərinin ən çox istifadə olunan hissəsini saxlamaq üçün xüsusi sahədir. Qeyd etmək lazımdır ki, əgər HIMEM.SYS təyin olunmayıbsa, SMARTDRV.EXE ni yükləmək olmaz.

RAMDRIVE.SYS drayveri isə adi, genişlənmiş və ya əlavə yaddaşda virtual diskin təşkili üçündür. Bu cür disklərə müraciət adi maqnit disklərindəki kimi həyata keçirilir. Amma burada sürət olduqca yüksək olur. Maqnit diskdən fərqli olaraq, virtual diskdəki informasiya kompüteri söndürdükdə silinir.

İndi isə COUNTRY əmrinə baxaq. Bu əmr müxtəlif ölkələr üçün vaxt, tarix, pul vahidini, böyük hərflərdən kiçiyinə və əksinə keçmək üçün standartlardan istifadə etməyə imkan verir. Burada bir çox parametrlərdən istifadə olunur. Ölkənin kodu üç rəqəmli olmaqla, telefon kodu ilə üst-üstə düşür. Susmaya görə 001 (ABŞ) kodu qəbul olunur. Rusiyanın kodu 007, kod səhifəsi isə 866-dır ki, Azərbaycanda hələlik bu kodlardan istifadə olunur.

Məsələn:


COUNTRY=007,866,COUNTRY.SYS

AUTOEXEC.BAT faylı. AUTOEXEC.BAT əmrlər faylının əmrləri əməliyyat mühitinin lazım olan quraşdırılmasını həyata keçirmək üçündür. ƏS bu faylı sistem diskinin baş kataloqunda axtarır və onun əmrlərini CONFIG.SYS faylının emalından sonra yerinə yetirir. AUTOEXEC.BAT faylına MS DOS-un hər dəfə işə salınmasında yerinə yetirməli olan əmrləri daxildir. Qeyd etmək lazımdır ki, AUTOEXEC.BAT faylı CONFIG.SYS kimi mətn (ASCII) faylıdır. Əməliyyat mühitinin başlanğıc quraşdırılması üçün AUTOEXEC.BAT faylına adətən aşağıdakı əmrlər daxil edilir:

PATH-yerinə yetirilən proqramların axtarışının təşkilində

kataloqlar yolunun təyini üçün;

PROMPT-əmrlər sətrində çıxan dəvət formatının təyini üçün;

Proqramların işə salınması əmrləri;

Azərbaycan əlifbasının hərflərinin klaviaturadan daxil edilməsi

və ekrana xaric edilməsi əmrləri (məs., dr azeri.tab);

Kompüteri viruslardan mühafizə və diaqnostika üçün əmrlər;

Məlumat vermək üçün əmrlər;

Əməliyyat örtüyünün işə salınması əmri, məsələn, Norton Commander-C:/NC/NC.


Dərsin möhkəmləndirilməsi üçün suallar:

1.Əməliyyat mühitinin quraşdırılmasını həyata keçirməyə imkan verən MS DOS vasitələri hansılardır?

2.MS DOS sərt diskin bir neçə bölmələri ilə işləyir. Bölmələrin neçə tipi mövcuddur?

3.Sərt diskin konfiqurasiyası MS DOS-un hansı proqramı vasitəsilə yerinə yetrilir?

4.CONFIG.SYS faylı hansı əmrlərdən ibarətdir?

5.BUFFERS əmri hansı funksiyanı yerinə yeyirir?

6.Eyni vaxtda açılmış faylların maksimal sayını təyin edən əmr hansıdır?

7.Yuxarı yaddaşdan nə üçün istifadə olunur?

8.MS DOS proqramlarını yuxarı və ya yüksək yaddaşa yükləmək üçün hansı əmrlər tətbiq olunur?

9.HIMEM.SYS drayveri hansı funksiyanı yerinə yetirir?

10.EMM 386.EXE drayveri hansı funksiyanı yerinə yetirir?

11.Müxtəlif ölkələr üçün vaxt, tarix, pul vahidini, böyük hərflərdən kiçiyinə və əksinə keçmək üçün standartlardan istifadə etməyə imkan verən əmr hansıdır?

12. AUTOEXEC.BAT faylına hansı əmrlər daxildir?


Ədəbiyyat:

Kərimov S.Q.,Həbibullayev S.B.,İbrahimzadə T.İ

“İnformatika” Səhifə 243-247
Mühazirə7: Faylların arxivləşdirilməsi

Yeni dərsin planı:

1.Arxiv faylının yaradılması

2.Faylların arxivdən silinməsi

1.Arxiv faylının yaradılması

Komputerin istismarı zamanı müxtəlif səbəblər üzündən diskdən informasiya itkisi baş verə bilər.Buna görə də , faylların surətini disketlərdə saxlamaq lazımdır.Ancaq bildiyimiz kimi, vinçesterdə olan faylların az bir hissəsini disketlərə köçürtmək üçün yüzlərlə disket gərək olardı.Məsələn , 30 meqabayt həcmli informasiyanı köçürtmək üçün 13 ədəd 3,5 düymlük disket lazımdır.Buradan da, faylların sıxlaşdırılması, komputer termini ilə desək, faylların arxivləşdirilməsi zərurəti meydana çıxmışdır.Arxivləşdirmə , faylların tərkibindən izafi informasiyanın xüsusi alqoritm əsasında sıxlaşdırılması prinsipinə əsaslanmışdır.Beləliklə,fayl arxivləşdirilərkən o sıxılır və həcmi 4-5 bəzən isə 10 dəfə azalır.Onları saxlamaq üçün az yer tələb olunur.Hazırda faylların arxivləşdirilməsi üçün ARJ,PKZİP,LHA,RAR,PAK və s.proqramlar tətbiq olunur.Bu proqramların iş prinsipləri bir-birinə uyğun olduğu üçün Bunlardan ARJ proqramının işi ilə tanış olacağıq.

Arxiv faylı dedikdə bir neçə faylın sıxılaraq yerləşdirildiyi fayl başa düşülür.Hər bir arxiv faylının özünün mündəricatı olur.Mündəricatda arxiv faylına daxil olan faylların siyahısı ,onların arxivləşdirilməmişdən qabaqkı və sonrakı həcmləri,sıxılma dərəcəsi həm də tarixi göstərilir.Arxiv fayllarının tipi,həmin arxiv faylını yaradan proqramın adına görə müəyyən edilir.Məsələn ARJ arxivləşdirmə proqramının yaratdığı arxiv faylının tipi .arj, PKZİP arxivləşdirmə proqramının yaratdığı arxiv faylının tipi isə .zip olur. ARJ arxivləşdirmə proqramının formatı aşağıdakı kimidir:

arj.exe «command« [{/]-}«switch«] « archive_name«[.arj] [file _name]

Command-bir hərfdən ibarət olub,yerinə yetriləcək əməliyyatın tipini bildirir və mütləq daxil edilməlidir.


  • a-faylın arxivə əlavə edilməsi

  • e-faylın arxivdən açılması

  • t-arxiv faylının yoxlanması

  • m-faylların silinərək arxivə əlavə edilməsi

  • d-faylın arxivdən silinməsi

  • v-arxivdə olan faylların siyahısına baxılması

Switch-qarşısında / və ya – işarələrdən biri yazılmış simvollardan ibarət olur və proqramın hansı qaydalarla işləyəcəyini bildirir.

  • r-faylları kataloqlarla birlikdə emal edir

  • va-mümkün olan sahənin həcmini müəyyən edir

  • v1440-həcmi 1440kb olmaqla arxiv faylı yaradır

  • vv – arxivlər arası keçid zamanı səs verir.

  • y - proqramın işi zamanı verilən sorğulara avtomatiq olaraq Yes (hə) cavabı daxil ediləcəyini bildirir.

  • je – arj proqramın köməyi olmadan özüaçılan arxiv yaratmaq.

  • jm – maksimum sıxma dərəcəsi tətbiq etmək;

archive_name.[arj] – arxiv faylının adı.Burada arxiv faylının tipi yazılması da olar.

file_name - üzərində arxivləşdirmə əməliyyatı aparılacaq faylların adıdır.Burada şablon simvollarından istifadə etmək olar.

Yeni arxiv faylının yaradılması

Yeni arxiv faylı yaratmaq üçün arj proqrami aşağıdakı formatda işə salınır:

arj a archive_name.[arj] file_name

Misal 1. Foxhelp.dbf və foxuser.dbf fayllarını fox.arj adlı arxiv faylına yazaq:

arj .exe a fox.arj foxhelp.dbf foxuser.dbf

Misal 2. C: qurğusunun NC kataloqundan, adı nc-lə başlayan msg tipli bütün fayllar arxivləşdirilərək ncarc.arj adlı arxiv faylına yazilmalıdırsa , onda proqram aşağıdakı formatda daxil edilməlidir:

arj a ncarch c:/nc/nc*.msg

Faylların arxivdən açılması

Faylları arxivdən açmaq üçün arj proqramı aşağıdakı formatda işə salınır:

arj a e archive_name.[arj] [file_name]

Misal 1. Fox.arj arxiv faylından foxhelp.dbf faylının açılması.

arj.exe e fox.arj foxhelp.dbf

Misal 2. A: qurğusunda yerləşən ncarch faylından bütün faylları açmaq əmri aşağıdakı kimi yazılır:

arj e -y a:/ncarch.arj*.*

Əgər arxivdən açılan fayl əvvəlcədən köçürüləcəyi yedə varsa, onda xəbərdarlıq verilir.Bütün xəbərdarlıqlara Yes (hə) cavabı vermək üçün əmrdə -y açarı yazılmışdır

Arxiv faylının mündəricatına baxılması

Arxiv faylının mündəricatına baxmaq üçün proqram aşağıdakı formatda işə salınır.

Arj.exe v fox.arj

Bu zaman arxiv faylının ,tərkibində saxladığı faylların adları ,sıxılma faizi,tarixi siyahı şəklində ekrana verilir.

Çoxcildli arxivlərin yaradılması

Disketlərdə fayllarının nüsxəsi yaradılarkən çox vaxt arxiv faylı bir disketə yerləşmir.Bunun üçün çox cildli arxivlər yaradılır.Bunu icra edən proqram aşağıdakı formatda yazılır.

arj a [-r] [-jm] [-y] - vsize archive _ name.[arj] [file_ name]

-r – bütün altkataloqların emal edilməsini bildirir

-jm – maksimum sıxma dərəcəsi tətbiq ediləcəyini bildirir

-y- bütün sorğulara yes cavabı verilir

-vsize-cildin həcmini bildirir

Misal1.Tutaq ki,C:/qurğusunun nc kataloqundakı bütün fayllar arxivləşdirilməlidir.Onda əmr sətri aşağıdakı kimi yazılır.

arj a- r –jm –y – v1440 ncarch.arj c:/nc/*.*

Əməliyyatın nəticəsində 1440 kilobayt həcmində bir neçə arxiv faylı yaradılacaqdır.1-ci faylın adı ncarch.arj ,2-cinin adı ncarch.a01,3-cünün adı ncarch.a02 və.s olur.

Çoxcildli arxiv faylını açmaq üçün birinci arxiv faylı yerləşən disket qurğuya qoyulduqdan sonra əmr aşağıdakı kimi verilir.

arj x – [-r] [-y] –v archive _ name.[arj] [file_ name]

Faylların arxivdən silinməsi

Faylların arxivdən silinməsi üçün proqram aşağıdakı formatda yazılmalıdır.

arj d archive _ name.[arj] [file_ name]

Misal 1. Fox.arj arxiv faylından foxhelp.dbf faylının silinməsi

arj.exe d fox.arj foxhelp.dbf

Özüaçılan arxivlərin yaradılması

Özüaçılan arxiv dedikdə arj.exe proqramının köməyi olmadan açılan arxiv faylları nəzərdə tutulur.Belə arxiv faylları exe tipli olurlar.Özüaçılan arxiv faylının yaradılması üçün əmr sətri aşağıdakı kimi yazılmalıdır.

arj a [-r] [-jm]-je archive_name.[arj] [file_name]

Özüaçılan arxivləri bəzən SFX arxivlər adlandırırlar.

Dərsin möhkəmləndirilməsi üçün suallar:

1.Arxiv faylı nədir?

2. ARJ arxivləşdirmə proqramının formatı necə təyin olunur?

3. Yeni arxiv faylı necə yaradılır?

4. Faylları arxivdən açmaq üçün arj proqramı hansı formatda işə salınır?

5.Arxiv faylının mündəricatına baxmaq üçün proqram hansı formatda işə salınır?

6.Faylların arxivdən silinməsi üçün proqram hansı formatda yazılmalıdır?

7.Özüaçılan arxiv faylının yaradılması üçün əmr sətri necə yazılmalıdır?

Ədəbiyyat:

Ramiz Nəcəfov “ Kompüterlə üz-üzə”Səhifə 40-43

Mühazirə8: Windows əməliyyat sisteminin təyinatı və əsas xarakteristikaları


Yüklə 270,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə