Mühazirə otağı/Cədvəl Məhsəti küç., 11 (Neftçilər kampusu), 306N cümə, 12. 00 13. 40 Məsləhət saatları



Yüklə 129,5 Kb.
tarix21.05.2017
ölçüsü129,5 Kb.
növüMühazirə

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Tibbi Biologiya, BMED100,3 cr

Departament

Humanitar və Sosial Elmlər fakültəsi

Proqram (bakalavr, magistr)

bakalvr

Tədris semestri

Payız 2014

Fənni tədris edən müəllim (lər)

İradə Xəlilova (PhD)

E-mail:

khalilovairada@yahoo.com

Mühazirə otağı/Cədvəl

Məhsəti küç., 11 (Neftçilər kampusu), 306N

cümə, 12.00 13.40




Məsləhət saatları

Dərsdən sonra

Prerekvizitlər




Tədris dili

Azərbaycan

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər:

  • Tibbi Biologiyanın əsasları. Azərbaycan Tibb universiteti tələbələri üçün dərslik. D.V. Haciyev, Ə.Ə. Mehrəliyev, R.Ə Əliyev və b. 2005.- 598 s.

  • Tibbi Biologiya və genetika. Laboratoriya məşğələləri: dərslik. R.Ə.Əliyev, C.Ə.Nəcəfov, S.D.Əliyev və b. 2008 – 332 s.



Kursun vebsaytı




Tədris metodları

Mühazirə

X

Qrup müzakirəsi

X

Praktiki tapşırıqlar

X

Praktiki məsələnin təhlili

X

Digər

X

Qiymətləndirmə

Komponentləri




Faiz (%)

Aralıq imtahanı

Cədvəl üzrə

30

Praktiki məsələ (quiz)

Semestr ərzində

10

Fəallıq - sorğu

Semestr ərzində

5

Fərdi mövzuda Kurs işi (Layihə) və prezentasiya

Semest ərzində

15

Final imtahanı

Cədvəl üzrə

35

Davamiyyət

Hər dərs

5

Yekun




100

Kursun təsviri

Tibbi biologiya biologiyanın bir sahəsi olub tibbin nəzəri əsasını təşkil edir və tibbi diaqnostikada insan sağlamlığı üçün praktikı olaraq tədbiq edilir. Kurs qısaca olaraq bu sahələri cəmləşdirir: hüceyrə biologiyası, molekulyar biologiya, genetika, parazitologiya və diaqnostika.


Kursun məqsədləri

  • Tələbələrə tibbi biologiyanın məqsədinin insan sağlamlığını yaxşılaışdırmağa yönəldilməsini çatdırmaq.

  • İnsan, bitki və heyvan aləminin əsasını təşkil edən hüceyrənin guruluşu, rolu, inkişafı və qocalmasını tələbələrə çatdırmaq.

  • Biologiyanın müxtəlif sahələrini ümumilikdə əhatə etməklə tələbələrə irsiyyətin, ibtidailərin, qurdların və bakteriyaların insan sağlamlığında rolu və onların diaqnostikası haqda elmi bilikləri çatdırmaq.

  • Metabolik proseslər və onların pozulmaları zamanı diaqnostikanın əhəmiyyitini çatdırmaq.

  • Bitki və heyvan hüceyrələrinin insan sağlamlığı diaqnostikasında rolunu çatdırmaq.

  • Tələbələrin akademik potensialını artırmaq üçün onların fəallığını dəstəkləmək və reallaşdırılmasında kömək etmək

  • Kurs ərzində tələbələrin muşahidə, müqayisə, ölçmə, kəmiyyət və keyfiyyət üsulları ilə təyin etmə, fərz etmə, hipotezləşdirmək, nəticə çıxartmaq, səmərəli işləmək kimi şəxsi bacarıqlarını inkişaf etdirmək.

Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr bunları bacarmalıdırlar:

  • Bitki və heyvan hüceyrələrinin oxşar və fərqli xüsusiyyətlərini müzakirə etmək

  • Hüceyrə biologiyasının molekulyar aspektlərini izah etmək

  • İrsilik ganunauyğunluqlarını izah etmək

  • İnsanın bəzi genetik xəstəliklərınin aspektlərini müzakirə etmək

  • Bəzi ibtidai heyvan orqanizmləri parazitar insan xəstəlikləri törədicilərinin sahibi kimi olmasını izah etmək

  • Diaqnostik üsulların tədbiqinin vacibliyini izah etmək

  • Bioloji proseslərin diaqnostikasında bitki və heyvan hüceyrələrinin tədbiqini izah etmək

  • Diagnostikada müşahidə edilən keyfiyyət və kəmiyyət dəyişkənliklərini aşkar etməyi izah etmək




Qaydalar (Tədris siyasəti və davranış)

Dərsin təşkili:

Tələbələrə fənnə aid yeni mövzunun mühazirəsini əyani vasitələrlə izah edərək çatdırmaq. Əvvəlki mövzu haqda şifahi və yazılı sorğular keçirmək quizlərlə mövzunun mənimsənilməsini giymətləndirmək.



Davamiyyət:

Bütün dərslərdə tələbələrin iştirakı vacibdir. Yalnız üzrlu səbəbdən fakultə dekanlığına xəbərdarlıq etməklə dərs buraxıla bilər.



Gecikmə:

Dərsə 10 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır.



İmtahanlar:

İmtahanda iştirak etməmək yalnız fakultə rəhbərliyi tərəfindən həll edilir. Son imtahan sualları aralıq imtahandan sonar keçilən mövzuları əhatə edir və suallar imtahanlardan əvvəl verilir.



İmtahan qaydalarının pozuntuları:

İmtahan zamanı köçürmə və imtahan gedişini pozma halında tələbənin imtahan işi ləğv olunur və 0 (sıfır) giymətləndirilir.



Kursu bitirmək:

60% və ondan artıq ümumi müvəffəqiyyət toplamış tələbə kursu bitirmiş hesab edilir. Əks təqdirdə tələbə kursu təkrar keçməlidir.



Davranış qaydaları:

Dərs zamanı dərs prosesini pozmaq, mobil telefondan istifadə etmək qadağandır





Həftə

Tarix

Mövzular

Saatlar

Qeyd

Mühazirə

Praktik



19.09.2014


Tibbi biologiyanın məqsədi və vəzifələri. Bitki və heyvan hüceyrələrinin ümumi quruluşu. Mikroskopiya haqda anlayış. Mikroskopun guruluşu.

2




Mühazirə materialı

Mikroskopla tanışlıq. Bitki və heyvan hüceyrılırinin mikroskopla oxşar və fərqli xüsusiyyətlərinin tədqiq edilməsi




2



26.09.2014

Prokariot və eukariot hüceyrələr. Eukariot hüceyrələrin orqanelləri (Holci aparatı, endoplazmatik retikulum, vakoullar hüceyrə membrani və s), onlarıın guruluşu və funksiyaları. Hüceyrə törəmələri.

2




Mühazirə materialı

Hüceyrə biologiyasında mikroskopik və sitology analizlər.




2



03.10.2014

Xromosomların quruluşu Hüceyrələrin bölünməsi və inkişafı. Mitoz, meyoz və amitoz. Cinsi hüceyrələrin guruluşu. Mayalanma.

2




Mühazirə materialı

Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi




2



10.10.2014

İrsiyyətin tipləri. Genlər və onların kombinasiyaları.

2




Mühazirə materialı

Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi




2



17.10.2014

Cinsiyyətin genetikası. Cinsiyyətlə ilişikli əlamətlərin irsən keçməsi.

2




Mühazirə materialı

Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi




2



24.10.2014



İrsiyyətin molekulyar əsasları və xəstəlikləri

2




Mühazirə materialı










Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi




2







Aralıq İmtahanı












31.10.2014

Ontogenezin biologiyası haqda anlayış. Embrional inkişafın qanunauyğunluqları.

2




Mühazirə materialı

Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi.




2



07.11.2014

Postembrional inkişaf, qocalma və ölüm.

2




Mühazirə materialı

Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi.




2



14.11.2014

Antropologiya haqda ümumi anlayış. İnsanın əsas irqi tiplərinin xarakteristikası. Orqanizmin quruluşunda irqi polimorfizm.

2




Mühazirə materialı

Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi.




2



21.11.2014

Ümumi və tibbi parazitologiyanın məqsədi və vəzifələri.

2




Mühazirə materialı

Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi.




2



28.11.2014

İbtidai orqanizmlər insan parazitləri kimi. Parazit qurdlar və onların tibbdə əhəmiyyəti. Helmintlər haqda anlayış.

2




Mühazirə materialı

Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi.




2



05.12.2014

Tibbi zoologiyada həlqəvi, yastı və yumru qurdların tibbi əhəmiyyəti.

2




Mühazirə materialı

Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi.




2



12.12.2014

Buğumayaqlılar, xordalılar və onların tibbi əhəmiyyəti.

2




Mühazirə materialı

Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi.




2



19.12.2014


Metabolizm haqda anlayış. Orqanizmdə metabolik proseslərin pozulmaları zamanı yaranan xəstəliklər və onların diaqnostikası.

2




Mühazirə materialı

Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi.




2

15.

26.12.2014

Bitki və heyvan hüceyrələrin insan diaqnostikasında tətbiqi. Biotexnologiya haqda ümumi anlayış. Biotexnologiya elminin tibbi problemlərin həll edilməsində rolu.

2




Mühazirə materialı

Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi.




2

Yekun İmtahan









Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcəkdir.

Yüklə 129,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə