Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə1/36
tarix26.03.2022
ölçüsü1,57 Mb.
#54227
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   36
FKA mühazirə
13-cü mühazirə-ME (1), Ders materiali


 

Mühazirə -1 



 

FİZİKİ-KİMYƏVİ ANALİZİN PREDMET VƏ VƏZİFƏLƏRİ 

 

Fiziki-kimyəvi  analiz  ümumi  kimyanın  bir  bölməsi  olaraq 



tarazlıqda  olan  sistemin  halı,  onun  xassələri,  tərkib  ilə  xassə  arasında 

əlaqəni müəyyənləşdirir və nəticədə tərkib-xassə diaqramlar qurulur. 



Mahiyyəti. Təbiət qanunu hesab edilən kimyəvi elementlərin dövri 

qanununun  D.İ.Mendeleyev  tərəfindən  kəşfi  sayəsində  kimyəvi 

elementlər sistemləşdirildi və onların atom kütləsi ilə xassələri arasında 

qarşılıqlı  əlaqə  olduğu  müəyyən  edildi.  Məlum  oldu  ki,  elementlərin 

fiziki  xassələri onların atom kütləsi  və  daha doğrusu  nüvənin  yükündən 

dövri  surətdə  asılıdır.  Bu  asılılıq  mürəkkəb  maddələrdə  də  müşahidə 

edilmiş 

və 


bir 

sıra 


xassələrin 

tərkibdən 

asılı 

olduğu 


müəyyənləşdirilmişdir.  Beləliklə,  tərkib  xassə  məsələləri  araşdırılmağa 

başladı.  Tərkibdən  asılı  olaraq,  xassənin  dəyişməsi  qanunauyğunluq 

müəyyənləşdirməklə onların  biri  məlum  olduqda, digərini təyin etməyə 

imkan yaradır. 

Klassik  sintez  üsulundan  fərqli  olaraq,  yeni  fiziki-kimyəvi  analiz 

üsulu  yarandı ki, onun da əsası  1913-cü  ildə  böyük rus alimi akademik 

N.G.Kurnakov tərəfindən qoyulmuş və elmə qəbul edilmişdir.  

 Fiziki-kimyəvi  analizin  əsas  məqsədi  kimyəvi  tarazlıqda  olan 

sistemdə  tərkib,  temperatur  və  təzyiqi  dəyişdikdə  baş  verən  prosesləri 

müəyyən etməkdir. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə