Mühasibat hesabları və ikili yazılış



Yüklə 60,5 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü60,5 Kb.
#41696
növüYazı
  1   2   3
ref muh 011
5.Cəbiyev Əsəd

Mühasibat hesabları və ikili yazılış

İdarə və müəssisələrdə hər gün çoxlu miqdarda təsərrüfat əmliyyatlari icra olunur və onların nəticəsi ilə əlaqədar olaraq mühasibat balansı tərtib olunur.

Balansın köməyi ilə gündəlik olaraq müəssisə əmlakının tərkibinin dəyişilməsi, onun öhdəçiliyinin vəziyyəti və bütün vəsaitin formalaşmasına dair gündəlik nəzarəti təmin etmək mümkün deyildir. Buna görə də cari uçotu və nəzarəti təmin etmək üçün mühasibat uçotu hesablarından istifadə edilir.

Mühasibat uçotu nəzəriyyəsi və metodoloji prinsiplərində mühahibat uçotu hesabları sisteminə xüsusi əhəmiyyət verililr. Çünki buna əsaslanaraq informasiyaların ikitərəfli əks olunması problemi həll olunmaqla, onun toplanması və cəmləndirilməsi üsulu icra olunur. Hesablar üzrə yazılışlar ikili yazılış metodu ilə aparılır.

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanun tələblərinə uyğun olaraq müəssisələrin mühasibat uçotunun Hesablar Planının tətbiqinə və təsərrüfat fəaliyyətindəki eyni mınşıli faktların mühasibat uçotu hesablarında əks etdirilməsinə vahid münasibəti müəyyən edir.

Mühasibat uçotu müəssisənin, idarənin. təşkilatın və digər təsərrüfat subbyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə büütün maliyyə-təsərrüfat fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində. fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat uçotu registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması üsulunu özündə əks etdirir. Mühasibat uçotu hesabı təsərrüfat əməliyyatları haqqında əməliyyatların və mühasibat uçotunda digər informasiyanın qruplaşdırılması və saxlanması üçün vahid əsasdır.

Onu da qeyd etmək lazımdır ki, mühasibat uçotunun hesablar planının yaradılması, həyata keçirilməsi və tətbiqi dünya ölkəkəri alimləri, mütəxəssisləri tərəfindən yüz illərdən artıq dövrdə mühasibat uçotuna inamın və etibarın yaranmasına xüsusi diqqət verilməkdədir. İlk milli hesablar planı 1937-ci ildə Almaniyada, 1947-ci ildə Fransada qəbul olunmuşdur. Daha sonra dünya ölkələrində, 100-dən artıq ölkədə milli hesablar planı qəbul olunmuşdur. 1960-80-ci illərdə Avropa İqtisadi Birliyi, Vahid Afrika Təşkilatları və Latın Amerikası dövlətləri üzrə millətlər arası ərazi hesablar planı yaradılmışdır.

Mühasibat uçotu hesabları təsərrüfat vəsaitlərinin və onların əmələgəlmə mənbələrinin hər biri üçün ayrı açılır. Hesablarda uçota alınan bütün obyektlər, yəni vəsait və onun əmələgəlmə mənbəyi iki cür ya artmağa, yaxud azalmağa doğru dəyişilə bilər. Xarici görünüşünə görə hesablar ikitərəfli cədvəl formasında tərtib olunur. İlkin olaraq hər bir hesaba obyektin adına görə ad müəyyən olunur. Misal üçün "Əsas vəsaitlər", "Materiallar", "Nizamnamə kapitalı" hesabları və s. adlanır.

Hesabın sxeması aşağıdakı formada müəyyən olunmuşdur:

debet hesabın adı kredit







Hesabın sol tərəfi debet (qısaldılmış şəkildə d-t), sağ tərəfi isə kredit (qısaldılmış şəkildə k-t) adlanır. Hesabda müəyyən dövrdə əks olunmuş debet və kredit üzrə yazılışların yekunu, son qalıq (saldo)

adlanır.


Hesabın ikitərəfli nformada tərtib olunması müəssisə əmlakının və onların əmələgəlmə mənbəələrini artıran bütün əməliyyat məbləğləri bir tərəfdə, azaldan əməliyyat məbləğləri isə əks tərəfdə yazmağa imkan verir.

Mövcud qaydalara görə hesabda əks olunmuş ilk qalıqdan sonra yazılan bütün məbləğlərin yekunu dövriyyə adlanır. Hesabın debetindəki məbləğin yekunu debet dövriyyəsi, kreditindəki isə kreditindəki isə kredit dövriyyəsi adlanır.

Müəssisə balansına uyğun olaraq bütün mühasibat uçotu hesabları aktiv və passiv hesablara ayrılır və bununla əlaqədar olaraq hesablara yazılış iki sxem üzrə icra olunur.

Aktiv və passiv hesablarda debet və kreditin təyinatı da müxtəlif olmaqla aparılan əməliyyat yazılışları bir-birindən fərqlənir.

Aktiv hesablara müəssisə əmlakının müxtəlif formalarının qalığı, tərkibi və hərəkəti əks olunan hesablar daxildir. Bu qrup hesablara "Əsas vəsaitlər", "Materiallar", "Kassa", "Qeyri maddi aktivlər", "Hesablaşma hesabı" və s. daxildir. Aktiv hesalarda qalıq (saldo) ancaq hesabın debetində ola bilər.

Passiv hesablarda isə müəssisə əmlakının formalaşması mənbələrini, onların məbləği, tərkibi, hərəkəti və öhdəlikləri göstərən mühasibat hesabları aiddir. Bu hesablara "Nizamnamə kapitalı", "Qısa müddətli bank kreditləri", "Ehtiyat kapitalı", "Əməyin ödənməsi üzrə işçi heyəti ilə hesablaşmalar" və s. daxildir. Passiv hesablarda qalıq ancaq hesabın kreditindı ola bilər. Bir qayda olaraq mühasibat hesablarında hesabat dövrünü əvvəlinə əks olunmuş qalıq (S1), hesabat dövrünün sonunda olan qalıq isə (S2) işarəsi ilə göstərilir.

Mühasibat uşotunda aktiv və passiv hesabların yazılmış sxemini aşağıdakı formada göstərmək olar. Aktiv hesablar üzrə:
Debet Aktiv hesabın adı Kredit

S1-əməliyyatın əks olunmasına qədər olan qalıq


Təsərrüfat əməliyyatları nəticəsində qalığın artımı

Təsərrüfat əməliyyatı nəticəsində qalığın azalması


Hesabın debeti üzrə dövriyyə


S2-hesabat dövrünün sonuna qalıq

Hesabın krediti üzrə dövriyyə


Beləliklə, mühasibat uçotu aktiv hesabının debet tərəfində hesabat dövründə aparılan təsərrüfat əməliyyatı nəticəsində əməliyyatı nəticəsində əməliyyatın əks olunmasına qədər olan qalıq, təsərrüfat əməliyyatı nəticəsində baş verən dövriyyə və dövrün sonuna olan qalıq müəyyən olunur.

Hesabın kreditində isə təsərrüfat əməliyyatı nəticəsində əmələ gələn azalma əks olunmuş olur.

Nəticə etibarı ilə aktiv hesablarda hesabın debetində vəsaitin artması, kreditində isə vəsaitn azalması əks olunur və həmin hesablarda yalnız debet qalığı ola bilər.

Passiv hesablarda əməliyyatların yazılış sxeması isə aşağıdakı formada aparılır.

debet passsiv hesabın adı kredit


Təsərrüfat əməliyyatı nəticəsində qalığın azalması



S1-əməliyyatın əks olunmasına qədər qalıq

Təsərrüfat əməliyyatı nəticəsində qalığın artması


Hesabın debeti üzrə dövriyyə



Hesabın kredit üzrə dövriyyəsi
S2-hesabat dövrünün sonuna qalıq

Beləliklə, mühasibat uçotu passiv hesabının kredit tərəfində hesabat dövründə aparılan təsərrüfat əməliyyatı nəticəsində əməliyyatın əks olunmasına qədər qalıq, təsərrüfat əməliyyatı nəticəsində baş verən dövriyyə və dövrün sonuna olan vəsait qalığı əks olunur.

Hesabın debetində isə təsərrüfat əməliyyatı nəticəsində əmələ gələn vəsaitin azalması və hesabın debet dövriyyəsi göstərilir.




Yüklə 60,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə