Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair


Seçmənin rotasiya üsuluna dair beynəlxalq təcrübə



Yüklə 167,4 Kb.
səhifə9/55
tarix31.12.2021
ölçüsü167,4 Kb.
#25315
1   ...   5   6   7   8   9   10   11   12   ...   55
1.4. Seçmənin rotasiya üsuluna dair beynəlxalq təcrübə
Seçmə vahidlərinin rotasiyası bir dövrdən digər dövrə keçdikdə seçmə məcmunun bəzi vahidlərinin yeni vahidlərlə əvəz edilməsini göstərir. Sosial müayinələrdə rotasiyanın üsulu, toplanmış məlumatların “simmetrik”liyini təmin edir. Seçmə vahidlərinin yeni çoxluqları seçməyə müntəzəm fasilələr (intervallar) vasitəsilə daxil edilir, sonra isə hər çoxluq seçmədə saxlanılır və ya vahid sxem üzrə seçmədən çıxarılır. Belə sistem bir dövrdən digərinə keçdikdə və müəyyən zaman kəsiyi ilə ayrılmış (bölünmüş) iki dövr arasında kəsişmələrin qeyd olunmuş səviyyəsini (dərəcəsini) təmin edir. Bir neçə misalla aydınlaşdıraq.

1.Honkonqda ildə iki dəfə aparılan müayinə üçün seçmə siyahıyaalma məlumatları üzrə 10%-lik “baş seçmə məcmusu” bazasında yerinə yetirilir. O, 15 bərabər (eyni) qiymətli alt seçmələrə bölünmüşdür. Hər yarımillik dövrdə iki alt seçmə məcmu müayinə edilir: Bu alt seçmə məcmularından biri əvvəlki dövrdə müayinə olunmuşlardan götürülür, digəri isə yeni olur. Göründüyü kimi, iki ardıcıl dövr arasında kəsişmə 50%-ə (alınmamış cavablara, vahidlərin yerdəyişməsinə və başqa dəyişikliklərə görə daha az) bərabər olur; altı aylıq dövrlə və daha böyük dövrlə ayrılmış iki dövr arasında kəsişmə yoxdur.

2.İspaniyada işçi qüvvəsinin rüblük müayinəsi iki mərhələli (pilləli) seçməyə əsaslanır, birinci mərhələdə iqtisadi fəaliyyət sahələri götürülür, ikinci mərhələdə ərazi vahidləri götürülür. Sahələr, adətən, rüblük dövrdə dəyişməz qalır. Hər dövrdə əvvəlki dövrün ərazi vahidlərinin 5/6 hissəsi saxlanılır və 1/6 hissə isə həmin sahənin ərazi vahidlərindən əlavə edilir. Beləliklə, birinci seçmə səviyyəsində faktiki tam kəsişmə olur. Son seçmə mərhələsində (pilləsində) iki ardıcıl dövr üçün ümumi vahidlərin sayının 5/6 hissəsi kəsişir; rüblə ayrılmış dövrlər üçün 4/6 hissə kəsişir: iki rüblə ayrılmış dövrlər üçün 3/6 hissə (50%) kəsişir və s.; 15 ay və daha çox müddətlə ayrılmış dövrlər üçün kəsişmə olmur. Dövrün əhatəsinin bərabər ölçülü olması üçün onun seçməsi üç sərbəst (asılı olmayan) aylıq alt seçmələrə bölünmüşdür, hər alt seçmə müəyyən ərazinin öyrənilən əhalisinə aid olur və rüblük seçmənin 1/3 seksiyasını (bölməsini) əhatə edir. Ondan başqa, nəzarətin təşkili üçün seçmə əlavə olaraq, hər həftə ərzində müayinə edilməli olan həftəlik hissələrə bölünmüşdür.

3. Avropa İttifaqı statistikasında işçi qüvvəsinin fasiləsiz müayinəsi aparılır: İspaniyada olduğu kimi, Niderlandda və Böyük Britaniyada həftəlik dövrlər; digər ölkələrdə illik (yazda) müayinələr. Müayinələrin əksəriyyətində daimi rotasiya sxemlərinə müraciət olunur, ancaq kəsişmə dərəcələri çox fərqli olur. Məsələn, dövlər üzrə seçmə vahidlərinin kəsişməsi Almaniyada və Yunanıstanda 75%-ə, Danimarka və Fransada 2/3 hissəyə, Portuqaliyada 50%-ə, İtaliyada (İspaniyada olduğu kimi) 1/2 hissəyə, İrlandiya və Lüksemburqda 25%-ə bərabərdir. Dövlər arasında fasilə (interval) artdıqca kəsişmə dərəcəsi xətti azalır.

Böyük Britaniyada seçmə iki hissədən ibarətdir:

a) dövr daxilində vahidlər haqqında məlumat toplayan daimi rüblük müayinə. Seçmədə ünvan beş ardıcıl rüb ərzində qalır, bu bir rübdən digərinə yüksək kəsişmə dərəcəsini (80%) göstərir və meylləri daha dəqiq qiymətləndirmək imkanı verir. İllə ayrılmış iki dövr arasındakı kəsişmə 20%-ə qədər xətti azalır, daha böyük müddət üçün isə sıfra qədər azalır.

b) hər il yaz rübündə “əlavə”müayinə aparılır; onun həcmi kifayət qədər böyük olur (adi rüblük müayinədən təxminən üç dəfə böyük), hər ilin yazında etibarlı bazis qiymətləri (qiymətləndirmələri) almaq üçündür. Seçmənin bu hissəsində ildən - ilə kəsişmə 1/3 həcmə bərabərdir.

4.Kanadada işçi qüvvəsinin müayinəsində seçmə vahidlərinin hissə-hissə (qismən) əvəz olunması nəzərdə tutulur. Rotasiya çoxmərhələli seçmənin hər mərhələsində baş verir. Seçmənin son vahidi – ev təsərrüfatı hər altı ayda əvəz edilir, daha yüksək pillələrdə isə, vahidlər seçmədə daha uzun müddət qalırlar. Bu göstərir ki, bir dövrdən növbəti dövrə keçəndə ev təsərrüfatlarının 1/6 hissəsini çıxarırlar (kənarlaşdırırlar) və yeni vahidlərlə əvəz edirlər, qalan 5/6 hissəsini isə əvvəlki dövrdən götürürlər (saxlayırlar). Növbəti pillədə aydan aya əvəz olunma (növbə) vahidlərin daha az hissəsinə toxunur, bu hissə isə daha yüksək pillələrə keçdikdə azalır.

5. İnkişaf etməkdə olan ölkələrdən İndoneziyada işçi qüvvəsinin rüblük müayinəsini misal göstərmək olar. İstifadə olunan rotasiya sxemi xüsusilə sadədir: hər rüb iki alt seçməni müayinə edirlər; növbəti rübdə onlardan birini kənarlaşdırırlar və yenisini müayinə edirlər. Başqa sözlə, alt seçmə iki rüb dalbadal müayinəyə məruz qalır; bu rüblər arasında kəsişmə 50%-ə bərabər olur, sonra isə yox olur. Sistem illik deyil, rüblük dəyişikliklərin öyrənilməsi üçün daha münasibdir.

Göstərilən misallar seçmənin son vahidlərinin nisbətən sadə rotasiya sxemlərini nümayiş etdirirlər. Seçmə “n” alt seçmədən ibarət olur; müayinənin hər dövrünün əvvəlində yeni alt seçmə daxil edilir, hər alt seçmə isə n dövr müayinəyə məruz qalır. Dövrlər arasında kəsişmə dərəcəsi onların arasındakı fasilə (interval) artdıqca xətti azalır. “i” sayda dövrlərlə ayrılmış iki seçmə üçün kəsişmə (n-i)/n-ə bərabərdir. Alınmamış cavablarla, yerdəyişmələrlə və digər dəyişikliklərlə əlaqədar olaraq kəsişmə təcrübədə (praktikada) daha aşağı olur. Seçmənin daha yuxarı pillələrində (mərhələlərində) vahidlərin kəsişmə dərəcəsi daha çox olur, daha aşağı pillələrə (mərhələlərə) keçdikcə kəsişmə dərəcəsi azalır. Çox sayda siyahıyaalmalarda son vahidlərin qeyd olunmuş seçməsini daha uzun müddət ərzində saxlayırlar. Seçmənin daha normal paylanmasını təmin etmək üçün və əməliyyatlara nəzarəti yaxşılaşdırmaq üçün çox vaxt (tez-tez) dövr alt dövrlərə bölürlər. Bu məqsəd üçün dövrlərin seçməsini, adətən, bərabər və kəsişməyən alt seçmələrə bölürlər, bu alt seçmələrdən hər biri müəyyən əraziyə aid olur.

Seçmələrin kəsişmə dərəcəsinin variasiyası üçün və dövrlər arasındakı fasilənin (intervalın) artması ilə bağlı onun dəyişməsilə əlaqədar daha mürəkkəb rotasiya sxemlərinə müraciət edilir.

6. ABŞ-da əhalinin aylıq müayinəsi zamanı “4-8-4” sxemini tətbiq edirlər. Bu göstərir ki, hər ayın əvvəlində müayinəyə yeni alt seçməni qoşurlar; bu alt seçməni dörd ay ərzində müayinə edirlər, sonra səkkiz ay müddətinə seçmədən kənarlaşdırırlar, sonra daha dörd ay müayinə edirlər və seçmədən tamamilə kənarlaşdırırlar. Deməli, 16 aylıq müddət ərzində müəyyən vahidi səkkiz ay ərzində müayinə edirlər; aydın olur ki, hər hansı ay ərzində səkkiz belə alt seçməni müayinə edirlər, onlardan biri birinci dəfə, digəri ikinci dəfə, növbəti üçüncü dəfə və bu qayda ilə biri də səkkizinci dəfə müayinəyə məruz qalır. Aydan aya iki alt seçməni dəyişirlər, birini tamamilə kənarlaşdırırlar, digərini isə səkkiz aydan sonra müayinə etmək üçün müvəqqəti kənarlaşdırırlar. Başqa sözlə, aydan aya kəsişmə 75%-ə bərabərdir. Kəsişmə iki aydan sonra 50%-ə qədər, üç aydan sonra 25%-ə qədər azalır, sonra isə yeni vahidlərin daxil edilməsi ilə yenidən artdığı ana qədər sıfra bərabər olur.

Belə mürəkkəb sxemin tətbiqinin əsas məqsədi illik dəyişikliklərin daha dəqiq qiymətləndirilməsi, ildən-ilə seçmələrin kəsişmə dərəcəsinin yüksəlməsinə nail olmaqdır. Bu zamanı kəsişmə doqquz aydan sonra sıfırdan fərqli olur və 12 aylıq müddətlə ayrılmış səviyyələr üçün 50% təşkil etməklə 16-cı aya qədər belə qalır.

7. Finlandiyada işçi qüvvəsinin müayinəsini rüblük aparırlar, onlardan hər biri aylıq alt dövrlərə bölünür. Hər ay yeni alt seçmə cəlb olunmuş, bu alt seçməni 16 aylıq dövr ərzində beş dəfə müayinə edirlər. Hər ay beş belə alt seçməni müayinə edirlər. Əvvəlki misaldan fərqli olaraq alt dövrlər arasında kəsişmə yoxdur: bununla aylıq dəyişmələrin (rübdən fərqli olaraq) qeydiyyatının müayinənin əsas məqsədi olmadığı başa düşülür. Ancaq bir rübün seçmə vahidləri ilə növbəti rübün seçmə vahidlərinin kəsişməsi 80% -ə bərabərdir. Bu əvvəlki misaldakı rüblük 25%-lik kəsişmədən xeyli çoxdur və rüblük dəyişiklikləri daha dəqiq qiymətləndirməyə imkan verir. İldən–ilə kəsişmə 40%-ə bərabərdir və ABŞ-da olduğundan bir qədər aşağıdır.

8.Yaponiyada işçi qüvvəsinin müayinəsinə əhalinin siyahıyaalma məlumatlarına əsaslanır, birinci mərhələdə siyahıyaalma məntəqələri seçilir, ikinci mərhələdə isə ərazi vahidləri seçilir. Siyahıyaalma məntəqələrinin rotasiyasını “4-8-4” sxemi üzrə yerinə yetirirlər. Hər seçmə məntəqəsində ərazi vahidlərindən ibarət iki çoxluq götürürlər, çoxluqlardan birini iki ay dalbadal müayinə edirlər, əgər bu sahə seçmədə qalırsa, növbəti iki ayda digər çoxluqla əvəz edirlər. Məntəqə növbəti ildə dörd ay seçmədə təkrar istifadə edilir.

Bu sxem ABŞ-da istifadə olunan sxemə oxşasa da ondan fərqlənir. Birinci, “4-8-4” sxemi burda ilkin elementlərin rotasiyasına aiddir, ABŞ-da bu elementlər dəyişməz qalır, rotasiya isə son vahidlərə aid olur. ABŞ-da seçmə hər biri böyük investisiyanı təmsil edən azsaylı vahidlərə əsaslanır, Yaponiyada isə nisbətən kiçik vahidlər çox istifadə edilir. İkinci fərq ondan ibarətdir ki, hər ev təsərrüfatı və ya hər vahid 16 ay ərzində ancaq dörd dəfə müayinə edilir. Bu respondentlərin yükünü azaltmaq üçün edilir.





Yüklə 167,4 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə