MüƏLLİM: Quliyeva Rəvanə TƏLƏBƏ: Quliyeva Sveta qrup: am-105



Yüklə 102,91 Kb.
tarix28.02.2022
ölçüsü102,91 Kb.
#53196
Torpaq uğrunda ölən varsa vətəndir.






FƏNN:Azərbaycan dilində İşgüzar və Akademik kommunikasiya

FAKÜLTƏ:Azərbaycan filologiyası

MÜƏLLİM:Quliyeva Rəvanə

TƏLƏBƏ:Quliyeva Sveta

QRUP:AM-105

Mövzu:Torpaq uğrunda ölən varsa vətəndir.

Vətən!Uğrunda canını fəda etdiyin yer,sənin bir hissəndir.O yer ki,hər zaman ora can atırsan,çünki o yerlərdə torpaq gül qoxuludur.Hər bir insanın qəlbində ana kimi müqəddəs,ülvi və şirin bir hiss yaşayır.Bu vətənə olan sevgi,doğma torpağa olan məhəbbət duyğusudur.Vətən sevgisi elə bir sevgidir ki,insan qəlbinə hakim olmadan,öz-özlüyündən yaranır.Bu sevgi uğrunda canından keçmək hər bir vicdanlı vətən övladının həyat məqsədidir.Ümummilli liderimiz Heydər Əliyevin fikrincə “Vətən yalnız coğrafi ərazi deyil,harada yaşamasından asılı olmayaraq,hər bir azərbaycanlının qeyrəti,qürur mənbəyidir”. “Dədə Qorqud” filmində gözəl bir epizod var.El ağsaqqalı Dədə Qorqud gənclərə məsləhət verir: “Torpağı əkib-becərməsən,onu qorumağa dəyməz,qorumasan onda da əkib-becərməyə dəyməz”.Vətəni sevmək onun hər qarış torpağının qədrinin bilmək ,lazım gələrsə bu doğma yurd üçün canından keçməyi bacarmaq bizim ən müqəddəs borcumuzdur,çünki torpaq uğrunda ölən varsa vətəndir.Bu gün bizim qarşımızda duran başlıca vəzifə,əcdadlarımızdan bizə miras qalan torpağımızın bir qarışını belə əksik olmadan gələcək nəsillərə ötürməkdir.Biz gəldi-gedərik təki Vətən sağ olsun.27 sentyabr 2020-ci il.Bu tarix hərb salnaməmiz,şanlı Zəfər tariximizin başlanğıcıdr.Öz çirkin əməllərindən əl çəkməyən ,daim təcavüzkarlıq siyasəti yeridən ermənilər məhz bu tarixdə də növbəti təxribata da əl atdılar.Amma alınmadı! Müzəffər ordumuz düşmənə sarsıdıcı zərbə vurdu.İllərlə ürəyi Qarabağa qovuşmaq eşqi ilə alışan,ana torpağı düşmən tapdağından azad etmək arzusu ilə yaşayan ordumuz düşmənin hücumuna qarşı Vətən müharibəsinə başladı.Mərd,igid hərbiçilərimiz qanı və canı bahasına ərazilərimizi son qarışına qədər azad etmək əzmi ilə 44 gün davam edən qanlı döyüşlərdə tarixi torpaqlarımızı işğaldan azad etdilər.Azərbaycan əsgəri cəbhədə qanı ilə tarix yazdı.Vətən qəhrəmanları çiynində yüksəlir.Qarabağ torpağı eyni zamanda əcdadlarımızından bizə qalan mədəni,tarixi mirasdır.




Ş
əhidlərin qanı ilə yoğrulan bu torpaqların düşmən tapdağı altında qalması mümkün deyil.Çünki,bu torpaqlar uğrunda canını fəda edənlərin olduğu vətən torpaqlarıdır.



V
ətən həsrətimizə son qoyduqlarına,qalibiyyət hisslərini bizə yaşatdığına görə bu gün canlarını Vətən yolunda fəda etmiş şəhid və qazilərimizə sonsuz dərəcədə minnətdarıq.Onların haqqı hər zaman çiynimizdədir.Ruhlarına ehtiramımızı göndəririk.Adlarını hər zaman yaşadaq,gələcək nəsillərə ötürək ,unutmayaq və unutdurmayaq.Allah bütün şəhidlərimizə rəhmət,yaralı əsgər və zabitlərimizə şəfa versin.
Yüklə 102,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə