Mövzu: Səməd Vurğun “Bənövşə” Məqsəd



Yüklə 44,81 Kb.
tarix26.12.2016
ölçüsü44,81 Kb.
Mövzu: Səməd Vurğun “Bənövşə”

Məqsəd: 1. Sagirdləri Səməd Vurğunun həyatı və yaradıcılığı ilə tanış

etmək.



2. Təbiətə ehtiyatlı münasibət, məhəbbət hissi tərbiyə etmək.

3. Şairin sеirlərinə, dramlarına, poemalarına məhəbbət oyatmaq.

Əyanı vəsait: 1. dərslik (Bəhlul Abdulla, Aida Quliуeva, Mehriban Vəliyeva)

Ədəbiyyat – 7 ci sinif.

2. şəkillər: N. Agasiуev, F. Orudj, T. Imamov, R. Həmzətov, S.

Vurğun. qəzеt, kitablar, krossvord, bənövşə gülləri.

Dərsin tipi. öyrədici, tərbiyəli.


Dərsin gеdişi.

1. Sinif təşkili.

-Salam, uşaqlar!

-Salam, müəllimə.

-Əyləşin.



Dərsimizin mövzusu: “Səməd Vurğunun həyatı və yaradıcılığı, və onun “Bənövşə” şеri.

Mövzunun məqsədi budur: şairin həyatı və yaradıcılığı ilə tanış etmək, təbiətə ehtiyatlı münasibət, məhəbbət və hissi tərbiyə etmək, şairin şеrlərinə, dramlarına, poemalarına məhəbbət oyatmaq.



2. Indi isə keçən dərsin sorğusuna başlayaq.

Sual. Uşaqlar, evə nə tapşırıq verilmişdi?

Cavab. Evə tapşırıq A. Ələsgərin “Yaylaq” şеri verilrmişdi.

Sual. A. Ələsgər neçənci ildə və harada anadan olmuşdur?

Cavab. A. Ələsgər 1821 ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur.

Sual. A. Ələsgər hansı əsrin şairi idi?

Cavab. A. Ələsgər XIX- əsrin şairi idi.

Sual. Şair “Yaylaq” şeirində nədən yazır?

Cavab. A. Ələsgər “Yaylaq” şeirində təbiətə məhəbbət oyadır.

Onun şeirlərinin əsas mövzusu gözəl və gözəlliyin tərənnümü olmuşdur.

3. Yeni mövzunun izahı.

-Uşaqlar, indi mən şeirin (adın demirəm) bir bəndin danışacağam, siz isə qulaq asıb deyin bu şeir nə cür adlanır və onu kim yazıb.

 

El bilir ki, sən mənimsən, 


Yurdum, yuvam, məskənimsən, 
Anam doğma vətənimsən! 
Ayrılarmı könül candan? 

Azərbaycan, Azərbaycan! 
Sual. Bildinizmi, söhbət kimdən gedir?

Cavab. Bəli, Səməd Vurğundan.

Sual. Bəs, bu şeir nə cür adlanır?

Cavab. Bu şeir “Azərbaycan” adlanır.

Düzdür, uşaqlar, bu şer “Azərbaycan” adlanır və onu Səməd Vurğun yazıb.

Uşaqlar, siz bu şeirlə 6 – cı sinifdə tanis olmuşsunuz. Gəlin, bu şeirin bəndlərindən kimin yadında qalıbsa danışın, biz də qulaq asaq.
Çox keçmişəm bu dağlardan, 
Durna gözlü bulaqlardan; 
Eşitmişəm uzaqlardan 
Sakit axan arazları; 
Sınamışam dostu, yarı... 


Dağlarının başı qardır, 
Ağ örpəyin buludlardır. 
Böyük bir keçmişin vardır; 
Bilinməyir yaşın sənin, 
Nələr çəkmiş başın sənin. 


Sıra dağlar, gen dərələr, 
Ürək açan mənzərələr... 
Ceyran qaçar, cüyür mələr, 
Nə çoxdur oylağın sənin! 
Aranın, yaylağın sənin. 

Fəqət səndən gen düşəndə, 
Ayrılıq məndən düşəndə, 
Saçlarıma dən düşəndə 
Boğar aylar, illər məni, 
Qınamasın ellər məni. 

Sual. Şair “Azərbaycan” şeirind nədən yazır?

Cavab. Səməd Vurğun “Azərbaycan” şeirində Azərbaycanın gözəl təbiətindən, sıx meşələrindən, uça dağlarından, sərin bulaqlarından, çaylarından yazırdı. O, təbiətə öz məhəbbətini bildirdi.
Indi, mən sizi Səməd Vurğunun həyatı və yaradıcılığı, və “Bənövşə” şeiri ilə tanış edəcəyəm.

Səməd Vurğun 1906.ci ildə martın 21-də. Qaxar rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. Atası Yusif ağa şöhrətli bir nəslə mənsub olsa da, ömrünün axırlarında yoxsullaşmışdı. Anası Məhbubə xanım şair təbiətli bir qadın idi. Lakin şair altı yaşında ikən anasını itirmişdi. Şairin uşaqlıq ittəri həmin kənddə keçir. S. Vurğun Yuxarı Salahlı kəndindki məktəbdə oxumuşdur. 1918 – ildə Səməd Vurğun ailəsi ilə birlikdə Qasaxa köçür. 1920 – ci ildə şair seminariyaya daxıl olmaq üçün imtahan verməyə gəlir. Firidun bəy Köçərli uşaqlar arasında dayanan Səmədi görüb dedi: “Bu, uşaq oxuya bilməz. Bu zəif uşaqdır.” Ayişə nənə yalvarmağa başladı. Birdən: “Əh! A Firidun bəy, sən nə bilirsən bu ürəkdə nə var?” – deyə uşaq səsi gəldi. Firidun bəy cəld döndü. Bu ona çox bərk təsir etdi. Imtahana girməyə razılıq verdi. Səməd Vurğun imtahan verdikdən sonra seminariyaya daxil oldu. Burada oxuyarkən Səməd müəllimlərin sevimlisi olur. O, əlaçı şagirdlərdən biri olur 1924-cü ildə seminariyanı oxuyub qurtarır və rayonun kəndlərində, Gəncədə və Qubada müəlimlik edir. Elə bu vaxtlar şair ədəbi fəaliyyətinə başlamışdır.



1929 – cu ildə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsinə daxıl olur. Lakin şair burada təhsilini davam etmir, 1931 – ci ildə Bakıya qayıdır, burada Azərbaycan Pedaqoji institutunda ali təhsilini davam etdirir və institutun aspiranturasında oxuyur.

1930 – cu ildə S. Vurğunun “Şairin andı” adlı ilk şeirlər kitabı nəşr olunmuşdur. S. Vurğun şair kimi ədəbi və istimai həyatda daha fəal iştirak edir.

Səməd Vurğun yaradıcılığına lirik şerlərlə başlamış ədəbi fəaliəyyəti boyu lirika onun poeziyasının əsas xüsusiyyətini təşkil etmişdir.



“Mən tələsmirəm” şeiri də S. Vurğunun son şeirlərinin ruhu ilə səslənir. Lakin bu şerdə S. Vurğun oz lirik qəhramınının xarakterini, fikir və hissi aləmini daha aydin açmağa müvəffəq olmuşdur. Əsərdə lirik qəhrəman ömrünün son mərhələyə çatdığını hiss edir, o ölüm ərəfəsindədir. Lakin bu həqiqətlə amansız reallıqla barışmır. Dünya gözəldir, dünya sonsurduz və insanın da bu dünyada yaşamağa haqqi vardır. Serdə ifadə olunan əsas poetik - fəlsəfi konsepsiya bundan ibarətdir .
Qoy usansın gecə, geçiksin səhər,

Yuxuya getməsin məclisdəkilər.

Mənim söhbətimdən yorulmaq olmaz.

Hələ yer üstündə, insan yaninda

Deyib – danışmaqdan doymamısanı mən

Bu aylı gecədə, bit dağ döşündə

Bu sazlı, şöhrətli bulaq başında

Bu saat, bu dəm

Heç yana, heç yerə mən tələsmirəm!


Səməd Vurğun tez – tez ova gedir, Muğanda, Mildə, Qarabağda, Samur , Qazax meşələrində günlərlə qalırdı. Şairin apardığı müşahidələr nəticəsində məşhur “Muğan” poeması yarandı. O, bir dəfə ovda ceyran vuranda, yaralı ceyranın yazıq – yazıq baxır ağladığını görmüş və çox mütəəssiz olmuşdur. Bu hadisədən sonra S. Vurğun artıq ceyran ovuna getmədi və “Ceyran” şeirini yazdı:

Ovçu, insaf elə, keçmə bu düzdən!

O ellər qızını ayırma bizdən!

Qoyma agrı keçə ürəyimizdən,

Qıyma öz qanına bonaya ceyran,



Nə gözəl yaraşır Muğana ceyran!

Sairimiz xalqdan xahis edir ki, təbiəti sevsinlər, qorusunlar və gayǵisindan qalsınlar.

S. Vurğun Istisuda müalicədə olan zaman açıq göylərə və Tərtər çayının gurultulu axınına baxa – baxa özünün “Məni” məşhur şeirini yazdı:



Bax məni bu yerə qonaq göndərdi,

Gedirəm, yamandı ayrlıq dərdi,

Demə Səməd Vurğun gəldi - gedərdi,

Unutmaz bu ellər, bu mahal məni!

Bəli, xalq öz böyük şairini unutmaz, o bizim qəlbimizdə yaşayır və yasayacaqdır..

1956 ildə bütün xalq, bütün ölkə böyük şairin anadan olmasının 50 – illiyini qeyd etdi. Bir neçə gün sonra isə, mayın 27-də S. Vurğun vəfat etdi. Şair Bakıda Fəxri xiyabanında dəfn olunmuşdur.

S. Vurğun “Muradxan”, “Xumar”, “Bəsti”, “Ölən məhəbbət” (poemaları); “Muğan”, “Aygün” – poemaları; “Vaqif”, “Insan”, “Xanlar”, “Tərhad və Şirin” dramları yazmışdır. Onun yazdığı dzamlar teatr səhnəsində tamaşaya qoyulmuşdur və böyük rəğbətlə qarşılanmışdır.

S. Vurğun gözəl bir şair olduğı kimi, gözəl bir tərcüməçi də var idi. O 1963- ci ildə A.S. Puşkin “Evgeni Onegin” romanını Azərbaycan dilində çevirir və ona bu tərcüməyə görə “A.S. Puşkin” medal verilmişdi. Həmin ildə şairimiz “Şota Rustavəlinin”, “Pələng dərisi geymiş pəhləvan” poemasının bir hissəsini tərcümə edir və Gürci SSR qramotası verilir.

Yenə də S. Vurğun Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını fars dilindən Azərbaycan dilinə tərcümə edir. Onun çoxlu naqradaları və premiyaları var.

Səməd Vurğun adına Bakida, Moskvada küçələr, kitabxanalar, kinoteatrlar, məktəblər, texnikumlar var.

1975 – ci ildə Bakida S. Vurğunun adına muzey açılıb.



Muzeyin filialı onun vətənində də var.

4. Sual. Uşaqlar, stolun üstündə qoyulmuş güllər, nə güllərdir?

Cavab. Bunlar, bənövşə güllədir.

Sual. Bəs, bu bənövşələrin fərqi nədədir?

Cavab. Açdığı çiçəklərin rəngindədir.

Sual. Bunlar, nə cür güllərdir?

Cavab. Bunlar, otaq gülləridir.

Deməli bənövşə çəməndə də bitir .



Sual. Daha hansı gülləri tanıyırsız?

Cavab. Növruzgülü, nərgiz, zəngçiçəyi, lalə və s.

Bizim bu bənövşə güllərimiz ən gözəl güllərdən biridir. Bənövşə - işiq sevən güldür. Onun yarpaqları məxmərə bənzəyir. O, Afinləri rəmzı hecab olunur. Bənövşə gözəlliyinə görə qiymətlənən kimi müalicə xüsusiyyətlərinə görə də qiymətlənib. Bənövşənin tinkturası dəri xəstəlikləri üçün istifadə olunur. Onun yarpaqlarından hazırlanmış həlim öskürüyünvə söyuqdəyməyin sağalmasına kömək edir. Indiki zamanda bənövşədən dərman katar tənəffüs yolları üçün işlənir. Bənovşəni yenə uşaq diatezinin müalicəsi üçün istifadə edirlər. Bənövşənin çiçəklərinin hər rənginin öz mənası var.

Ağ çiçəkli bənövşə bütün binalara yaraşır. Çəhrayi bənövşə evə sağlamlıq və gümrahlıq gətirir. Bənövşəyi bənövşə evin ənergiyasını yüksəldir.

Güllər bizə çox xeyir verir, ona görə biz onları sevməliyik və onlarin qayğısından qalmalıyıq.



5. İndi isə bənövşə şerini kitabdan oxuyum, siz də qulaq asın.
Bənövşə.

Yazın novbarısan bizim diyarda,
Qıvrım tellərini sana, bənövşə!
Mən səni sevmişəm bir ilk baharda,
Könlümü vermişəm sana, bənövşə!

Sənsən əzəl gündən mənim sirdaşım,
Gözündən ayrılsın axar göz yaşım;
Gövdəmin üstündə durmayır başım
Buranda boynunu yana, bənövşə!..

Çıxmışam seyrinə meyli, məzəli,
Heyrandır hüsnünə ellər gözəli;
Könlüm oylağını yaxın gəzəli
Çoxları küsəndi mana, bənövşə!

Üzündə gördüyüm nə intizardır?
Qəlbində Vaqifin sirrimi vardır?
Gəl ondan söz açma, indi bahardır.
Bağrımı döndərmə qana, bənövşə!

Boynunu kəc burma gəl indən belə,
Mən sənə söz qoşum, sən məni dinlə;
Vurğunun şeirilə, sənin hüsnünlə
Təbiət gələcək cana, bənövşə!

Səməd Vurğun böyük xalq sairimiz, ana torpağımızı sevdiyi qədər, bu torpağın yetişdirdiyi bar – bərəkəti, bitirdiyi gülü – çiçəyi də eləcə sevmiş, tərənnüm etmişdir. Bənövşə şeiri belələrindən biridir. Bu şerdə şair incə ruhlu təbiətin gözəllik nümunəsi olan bir çiçəyə məhəbbətini münasibətini bildirir.



Çətin sözlərin izahı.

diyar – страна, край,

məzəli – смешной, шутливый,

meyli – с охотой, желанием,

hüsnünə - красота,

seyrinə - прогулка.



Bizim doğma dıyarımızın şairləri ilə tanışlıq.

Uşaqlar, bəs bizim yaşadığımız diyarda olan şairlərdən kimləri tanıyırsız?



Cavab. T. İmamov, F. Orudj, N. Agasiyev, R. Dərbəndli.

Sual. Dağıstanın xalq şairi kim idi?

Cavab. Rəsul Həmzətov.
R. Həmzətov Səməd Vurğunun yaxin dostu idi. Bu iki şairin yaxınlığı, birliyi, qardaşlığı bizim respublikalarimizin xalqlarını daha da yaxınlaşdırır, bir – birinə məhəbbət oyadır. R. Həmzətov S. Vurğuna iki şer həsr etmişdir. “Mən Səməd Vurğunun evinə girəndə”, “Nə tez, sən öldün şair”.

Geniş səhifədən sənin səsin çalışır,

Canlı qaynaşda sayrışan illər.

Sayrişmayan ışıq sənin üstündə axır

Yox, sən ölmədin, şair!

S. Vurğun yaşayıb, yaşayır və yaşayacaqdır öz xalqının ürəyində. Onu heç kəs yaddan çıxarmaz.

O, ölməz şairdir!
6. Krossvord.
Üfqi xətt:

1. S.V. qız adınan başlanan poeması.

2. «Человек» sözünun azərb. tərcüməsi.

3. S. V. həm oğlunun, həm də dramının adı.

4. Azərbaycan ərazısında olan bölgəlirin biri.
Dik xətt:

5. S.V. oğlunun adı.

6. S.V. qızının adı.
7. Ev tapşırığının verilməsi.

S. Vurğunun həyatı və yaradıcılığını bilmək və “Bənövşə” şerini əzbərləmək.


8. Şagirdlərin qiymətləndirilməsi və hər qiymətin açıqlanması.
9. Dərsin yekunu.

Yüklə 44,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə