Mövzu Restoranda süfrələrin hazırlanması



Yüklə 0,52 Mb.
səhifə3/8
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#47719
növüQaydalar
1   2   3   4   5   6   7   8
Restoran movzu 6

Ziyafət, banket set-up:

Salfet Böyük boy bıçaq.

Boyük boy çəngəl.

Böyük boy qaşıq.

Desert qaşığı.

Su bardağı.

Kül qabı.

Ədviyyat qabı.

Bu set-up menyuya görə dəyişir.


Stol bəzəyi üçün əsas qaydaları :

1) Yemək stolunuzun üzərinə süfrə örtüsünün salınması

Süfrənin nizamı.
Dəvət hazırlığı əvvəlcə mövzunun nə olduğun (ad günü, evlilik il dönümü vs.) təyin olunmasıyla başlayar. Daha sonra dəvət ediləcək insanlar təyin olunar və ən az 1 həftə əvvəldən dəvət edilər. Təbii ki,nişan, nikah kimi dəvətlərdə bu müddət ən az 2-3 həftə olmalıdır.

Süfrə tərtibatı, toy məclislərində, ziyafətlərdə və şənliklərdə bayram əhval -ruhiyyəsi yaratmaq üçün də əla bir yoldur. Bir qayda olaraq, toy decorasiyası arsenalında masanın üslubunu istənilən istiqamətdə dəyişməyə imkan verən geniş bir masa qurma elementləri palitrası var. Masa quruluşu qonaqlara detallara diqqətinizi göstərir və onların tələbatlarına əhəmiyyət verdiyinizi göstərir.

Gözəl bir süfrə üçün əvvəlcə süfrə örtüyü seçiminə diqqət etməliyik və yalnız süfrənin gözəl olması deyil, salfetlərlə və ya dəsmallarla da uyğunlaşması olduqca əhəmiyyətli bir incəlikdir. Uyğunlaşma deyərkən, eyni rəng eyni model düşünə bilərsiniz, lakin bəzən kontrast rəng seçkiləri də uyğunlaşmanı əks etdirir. Məsələn, qırmızı bir örtük qara və ya yaşıl bir örtük ilə salfetləri uyğunlaşdırın. Runner örtüklər xüsusilə bir neçə mövsümdür olduqca dəb olub, müasir və qəşəng bir süfrənin məncə ən vacibidir. Süfrənin ölçüsü masa ilə uyğun olmalıdır, çox böyük və ya çox kiçik ölçülər səhv bir seçim olacaq.

Süfrə masanın bəzədilməsi üçün,istifadə olunur. Süfrələr kətan,pambıq və qarışıq parçalardan hazırlanır. Masanı hazırlayarkən 1 yox, 2 süfrə salınır. Adətən əsas süfrənin üzərinə estetik baxımdan gözəl görünmək üçün başqa rəng zolaq şəklində digər süfrə salınır.

Adi günlər və banketlər üçün fərqli süfrələrdən istifadə edilir.

Hər bir masanın formasından aslı olaraq müxtəlif süfrələrdən istifadə edilir. Süfrələr adətən 25-35 sm masanın hər tərəfindən sallanmalıdır. Təntənəli tədbirlər zamanı döşəməyə qədər çatan uzun və enli süfrələr istifadə olunur. Üstündən isə böyük salfetlər salınır. Cilalı taxta maslara çox vaxt süfrə salınmır, əvəzində kiçik aksesuarlar və boşqab altıqları qoyulur. Masanın formasından asılı olaraq kvadrat, düzbucaq və dairəvi süfrələrdən istifadə edilir.

Kvadrat masalar üçün: 2 nəfərlik 140 x140 sm.

Kvadrat masalar üçün: 4 nəfərlik 150 x 150 sm.

Düz bucaqlı masalar üçün: 4 nəfərlik 140 x 185 sm.

Banket 8 nəfərlik 150 x 300sm.

Banket kombinasiya 150 x 600sm.

Dairəvi masalar üçün: 2 nəfərlik 140 sm.

4 nəfərlik 150 sm.

6 nəfərlik 185 sm.

10 nəfərlik 215sm

Bufet və kokteyllərdə masaların ayaqlarını yerə qədər örtən ətəklərdən (skört) istifadə edilir.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə