MÖvzu qender sosiOMƏDƏNİ fenomen kiMİ



Yüklə 204,72 Kb.
Pdf görüntüsü
tarix10.07.2017
ölçüsü204,72 Kb.

 

 

MÖVZU 2.



 QENDER SOSİOMƏDƏNİ FENOMEN KİMİ 

 

Qenderin sosiomədəni hadisə kimi ikili təbiəti, onun sosial və mədəni təşkilindəki 



fərqlər. 

Qender və sosial bərabərsizliyin qarşılıqlı  əlaqəsi. Qender stratifikasiyasının 

yaranması  və inkişafında təbii-iqlim, texnoloji, iqtisadi və demoqrafik amillər. Qender 

stratifikasiyasının üç prinsipi və  cəmiyyətin ayrı-ayrı tarixi növlərində onların  əməyin 

bölümü, maddi dəyər, hakimiyyət və nüfuzla əsaslandırılması (C.Huber). 

Qender bərabərsizliyi və müasir şəraitdə ailədaxili  əmək bölümü. Cəmiyyətin 

həyat fəaliyyətinin əmək sahəsində qender bərabərsizliyinin özünü aşkar etməsi. 

Qenderin sosial təşkili və qadının siyasətdə iştirakı problemi. 

Cəmiyyətdə sosial təbəqələşmənin qender, sosial-sinfi, irqi və etnik formaları 

onun vahid sosial-stratifikasiya sisteminin elementləri kimi. 

 

Əvvəlki mövzuda qender və qender araşdırmalarının  ən ümumi xüsusiyyətlərini 

nəzərdən keçirdikdən sonra qenderin həmin fenomenin sosiomədəni keyfiyyətini tam 

qiymətləndirməyə imkan verən  şərtlər, amillər, həmçinin xüsusiyyətlər, aspektlər və 

aşkarlıq forması kompleksini geniş təhlil etməyə ehtiyac duyulur. 

Qenderin nəzəri anlamında mərkəzi,  əsas yer onun sosial-mədəni kateqoriya 

kimi  şərhinə  məxsusdur. Qenderə belə yanaşma qanunauyğun olaraq onun sosial 

təşkilli və  mədəni təşkilli fenomen kimi tərifindəki fərqin dəqiqləşdirilməsinə ehtiyac ilə 

şərtləndirilir. Həmin səviyyədə qenderin iki qarşılıqlı  əlaqəli mahiyyət tərəfi – sosial və 

mədəni tərkib hissələri, maddi-praktiki, sosial-konkret və mədəni-mənəvi, rəmzi büruzəsi 

arasındakı fərq aşkar olunur. 

Qenderin sosial təşkil baxımından dərk olunması sosial varlığın əmək alətləri və 

istehsal vasitələrinin inkişaf səviyyəsi, tarixi inkişafın müvafiq mərhələsində yaranmış 

əməyin ictimai bölümü, sosial həyatın müxtəlif tərəflərinin artıq formalaşmış və təsdiqini 

tapmış xarakterinin həmin prosesə  təsirinin nəzərə alınmasını  tələb edir. Bu zaman 

qenderin formalaşma, inkişaf və yenidən istehsal proseslərinə, qender fərqləri və 

bütövlükdə qender sisteminin fundamental əsası olaraq onların funksional və maddi 

məqsədlərdən, sosiumun vəzifələrindən asılılığı nəzərdən keçirilir. Bununla da qenderin 

müxtəlif sosial əlaqələr, qarşılıqlı  təsir və qarşılıqlı münasibətlərdə  aşkarlığının 

rəngarəngliyi onun sosiomədəni tədqiq orbitinə düşür. Tətbiqinin  əsas nöqtəsi olaraq 

qender araşdırmasının bu konteksti qender sosial sisteminin qender stereotiplərinə, 

rollarına, təfəkkürünə  və sairəyə  təsirini nəzərdə tutur. Başqa sözlə desək, diqqət 

mədəni qatın sosial formasiyanın maddi xüsusiyyətlərindən asılılığına yönəlir. 

Öz növbəsində qenderin mədəni təşkili onun təhlili gedişində qender 

içtimailəşməsinin, qender stereotipləri, rolları, qender eyniləşməsinin, təfəkkür 

proseslərinin formalaşması kimi amillərin və  rəngarəng mədəni kontekst axınında 

yerləşənlərin qenderin təşəkkül və inkişafına, qender bərabərsizliyi və qender 

sistemlərinə təsirinin nəzərə alınmasını tələb edir. 

Qeyd etmək lazımdır ki, qenderin sosial-mədəni fenomen kimi ikili təbiəti onun 

sosial və  mədəni təşkil proseslərinin birvaxtlı, birgə, qarşılıqlı  əlaqəli gedişini nəzərdə 

tutur. Qenderin bu xüsusiyyəti onun inkişaf prosesinin dinamikası  və istiqamətlərinin 

cəmiyyətdə baş verən müxtəlif sosial dəyişikliklər: iqtisadi, sosial-stratifikasiya, siyasi-

hüquqi, mədəni, ideoloji və  mənəvi islahatların hərtərəfli praktikasından asılılığı ilə 

əlaqədardır. 

Yuxarıda deyilənləri nəzərə alaraq, bu mövzu çərçivəsində ilk növbədə qenderin 

sosial təşkili prosesini nəzərdən keçirək. 

Bəşər tarixində qender stratifikasiyası  və qender bərabərsizliyinin yaranması 

sosial stratifikasiyanın ümumi təşəkkül meyli və sonrakı sosial bərabərsizliyin 

formalaşması ilə sıx şəkildə bağlıdır. Qender bərabərsizliyi də sosial bərabərsizlik kimi, 


 

 

hər  şeydən  əvvəl kişi və qadın arasında  əsas, praktiki olaraq insanların sosiomədəni 



məkanda cəmlənmiş maddi və  mənəvi nailiyyətlər və firavanlıq imkanlarını müəyyən 

edən sosial əhəmiyyətli ehtiyatların; maddi dəyərin (mülkiyyət və ya gəlir  şəklində), 

hakimiyyətin (sosial təsirin bütün səviyyələrində onun ayrı-ayrı  aşkarlıq formalarında), 

təhsil və nüfuzun qeyri-bərabər bölünməsindən ibarətdir. Cəmiyyət inkişaf etdikcə sosial 

stratifikasiyanın cəmiyyətdəki peşə-vəzifə strukturunda rolu və yeri, əmək və  məişət 

şəraiti, siyasi həyatda iştirak dərəcəsi, ailə sahəsində  iştirakı, asudə vaxtının 

xüsusiyyətləri, ixtisas və  mənəvi təkmilləşmə imkanları, bütövlükdə  həyat tərzi kimi 

göstəriciləri və ölçüləri qender stratifikasiyaları  və  bərabərsizliyi üçün də  səciyəvi 

göstəriciyə çevrilir. 

Qender bərabərsizliyi sosiomədəni konstrukt kimi kişi və qadın arasındaki təbii, 

bioloji fərqlər  əsasında yaranmışdır.  Əmək alətləri inkişaf etdikcə  və texnologiya 

təkmilləşdikcə,  əməyin ictimai bölümü dərinləşdikcə, maddi və  mənəvi istehsal 

nəticələrinin müvafiq bölüm sistemi yarandıqca, cəmiyyətin iqtisadi, siyasi və  mənəvi 

fəaliyyət sahələrində patriarxat mədəniyyətin hakim vəziyyəti özünü təsdiq etdikcə, 

kişilərlə qadınlar arasındakı  təbii fərq sosial bərabərsizlik qandalı ilə buxovlanır. 

Sadaladığımız prosesləri daha geniş araşdıraq. 

Qender stratifikasiyası sosial stratifikasiyanın struktur bölməsi, xüsusi bir 

sosiomədəni kəsimi olduğundan və onun əksər göstəricilərinə  və xarakteristikalarına 

malik olduğundan onu təfsilatı ilə tədqiq etməkdən ötrü hər şeydən əvvəl kişi və qadının 

özünü qida, geyim və sığınacaqla təmin etmək üçün hansı əmək alətlərinin lazım olduğu 

və müvafiq olaraq bunu necə  təşkil ediləcəyi araşdırılır. Bundan başqa, iqlim şəraiti, 

torpağın vəziyyəti və insanların həyatına təsir göstərən digər ekoloji göstəricilər də 

nəzərə alınmalıdır. Həmçinin belə yanaşmanın əmək fəaliyyəti çərçivəsində baş verən 

proseslərin sosial dəyişikliklərlə, sərt determinasiya ilə bağlı olmadığını unutmaq olmaz. 

Əmək alətləri və texnologiyalar müəyyən hadisələr üçün yalnız müəyyən şərait yaradır, 

lakin onları heç də mütləq etmir. Eyni zamanda antropoloji ədəbiyyatda həmin yanaşma 

təkamül adlandırılır, çünki əmək alətlərinin inkişafı  və  təkmilləşməsi istehsalın və 

istehlakın inkişafına səbəb olur. 

Amerika sosioloju və antropoloqu Coan Huber özünün «Qender stratifikasiyası 

nəzəriyyəsi» (1993) adlı  məqaləsində ekologiya, ərzaq istehsalı texnologiyası  və  uşaq 

doğumundakı  dəyişikliklər kimi bir neçə amilin qarşılıqlı  təsirini araşdıraraq üç prinsip 

əsasında qender stratifikasiyası modelini işlədi. Birinci prinsip ailə  səviyyəsinə aiddir: 

mal istehsal edən insanlar onu istehlak edənlərdən daha çox hakimiyyətə  və nüfuza 

malikdirlər – almaqdansa vermək bacarığına malik olmaq daha yaxşıdır. Bu zaman 

qanuni bir sual ortaya çıxır: məhsuldar  əmək nədən asılıdır və bu cəmiyyətdə onunla 

kim məşğul olur? Axı kişi və qadın praktiki olaraq əmək sahəsi daxilində olduqca geniş 

sosial  əhəmiyyətli funksiyalar yerinə yetirmək üçün bərabər imkana malikdirlər. Buna 

baxmayaraq bütün cəmiyyətlərdə əməyin bölümü zamanı cins amili həlledici rol oynayır. 

Bu sualın cavabı ondan ibarətdir ki, kişi ilə qadın arasındakı bioloji fərq nəticəsində 

kişilər cəmiyyətin yaşaması  və insan populyasiyası üçün iki mühüm funksiyanı – uşaq 

dünyaya gətirmək və onu yedirmək funksiyalarını yerinə yetirə bilmir. Əgər cəmiyyət sağ 

qalmaq istəyirsə, həmin iki reproduktiv funksiya əksərən qadınlar tərəfindən yerinə 

yetirilməlidir. Bu aşkar faktdan qender stratifikasiyasının ikinci prinsipi doğur: bəşəriyyət 

özünün yaşaması  və inkişaf üçün əməyin kişi və qadın arasında bölünməsi gedişində 

qadının yerinə yetirdiyi əmək fəaliyyəti növlərini hamiləlik və sonra isə südəmər uşaqları 

yedizdirmək imkanı ilə birləşdirməsi üçün şərait yaratmalıdır. Cəmiyyətin yaxud ailənin 

həyat səviyyəsi, bunun nəticəsi olaraq qadının çiyninə qoyulmuş işin həcmi ilə əhalinin 

bioloji istehsal prosesinin səmərəlilik səviyyəsi arasındakı sıx əlaqə tarixin bütün gedişi 

boyu izlənmişdir. Məsələn, XIX əsrin əvvəlində Lionun və Parisin fəhlə ailələrində uşaq 

ölümünün səviyyəsi çox yüksək idi. Bu onunla əlaqədar idi ki, həmin ailələrdəki qadınlar 



 

 

ailənin gəlirini artırmaq üçün çox işləməli olur və onların südəmər övladları isə dayənin 



ümidinə qalırdı. 

Və  nəhayət, Coan Huberə görə, qender stratifikasiyasının üçüncü prinsipi 

ümumsosioloji stratifikasiya nəzəriyyəsi ilə bağlıdır: hər hansı  cəmiyyətdə daha böyük 

hakimiyyətə  və nüfuza malik olan insanlar maddi rifah və  dəyərlərin ailədən kənarda 

bölünməsinə nəzarət edənlərdir. İbtidai cəmiyyətdə bunlar ovçular, kənd təsərrüfatında 

– hərbi aristokratiya, sənayedə isə – siyasi, iqtisadi və hərbi bürokratiya idi. 

Ekoloji şəraitin və əmək alətlərinin uşaq doğumu və tərbiyəsi ilə alaqədə ovçuluq 

və meyvə yığımı, toxa ilə əkin, heyvandarlıq, əkinçilik və sənaye inkişafına əsaslanmış 

beş növ cəmiyyətdə qender stratifikasiyasının formalaşmasına təsirini izah edən 

nəzəriyyə həmin adları çəkilən üç prinsipə əsaslanır. 

Ovçuluq və meyvə  yığımına  əsaslanan ibtidai cəmiyyətdə başlıca  əmək aləti 

taxta nizə  və daş idi. Həmin alətlərin köməkliyi ilə  əldə edilən qida insanların kiçik 

qruplarla,  əsasən 50-yə yaxın adamın birlikdə yaşaması ilə  şərtlənirdi.  İri heyvanları 

ovlamaqla məşğul olan kişilərin əti bütöv qrup daxilində bölüşdürə bildiyi, lakin uşaqlarla 

birgə giləmeyvə və qoz-fındıq yığan qadınların isə bununla yalnız öz ailəsini təmin edə 

bildiyi üçün kişilər daha böyük hakimiyyətə  və nüfuza sahib idi. Ovun yeganə qida 

mənbəyinə çevrildiyi sosiumlarda isə kişilərin üstünlüyü güclənirdi. Kişinin bir neçə ailə 

saxlamasına imkan verməyən ərzaq çatışmazlığı belə cəmiyyətlərdə poliqamiyanı nadir 

hadisəyə çevirirdi. Ovun kobud fiziki qüvvədən daha çox səbir, çeviklik, birgə  hərəkət 

tələb etməsinə baxmayaraq, qadınlar ov ustalığına yiyələnə bilərdi. Lakin onlar ibtidai 

cəmiyyətdə bu nüfuzlu fəaliyyət növü ilə  məşğul olmurdu. Məsələ onda idi ki, yüksək 

ölüm səviyyəsi ilə bağlı olaraq qadınlar öz həyatının əksər hissəsini uşaq doğmağa və 

övladını yaşatmaq üçün bəzən 4 yaşa qədər onu döşü ilə yedizdirməyə  sərf edirdi. 

Bütün bunlar qadının evdən kənarda qeyri-müəyyən vaxt keçirməsini tələb edən 

ovçuluqla məşğul olmasını mümkünsüz edirdi. 

Beləliklə,  əhali hasilatına olan ehtiyac qadını ona hakimiyyət və nüfuz gətirən 

fəaliyyət növləri ilə məşğul olmağa imkan vermidi. 

Həyatı  təmin edən prinsipcə yeni əsasa – əkinçiliyə keçid əhalinin artımı, iqlim 

dəyişiklikləri və ovçuluğun insanları  ərzaqla təmin etmək nöqteyi-nəzərindən 

səmərəliliyinin tədricən azalması ilə bağlı idi. Başlıca ov obyekti olan iri məməlilərin 

populyasiyasının istehsal səviyyəsi insanların onları ovlamaq tələbatından geri qalmağa 

başladı. Torpağın vəziyyəti və iqlim baxımından əkinçilik üçün əlverişli şəraitin yarandığı 

bölgələrdə yemin azlığı ucbatından insanlar daha oturaq həyat tərzinə keçməli və 

torpağın  şərti vahidindən  əldə olunan yemin böyük miqdarı ilə bağlı  həmin fəaliyyət 

növü ilə  məşğul olmağa başladılar. Taxta əkin vasitələrinə  əsaslanan primitiv toxalar 

9000 il əvvəl Avrasiyanın Afrika ilə  kəsişdiyi yerdə meydana gəldi. Taxta toxanın 

primtivliyinə və torpağı yaxşı belləməyə imkan verməməsinə və buna görə də insanları 

hər neçə ildən bir yaşadığı yerlərdən köçüb getməyə  və yeni, məhsuldar torpaq 

axtararaq ovçuluqla, meyvə yığımı ilə də məşğul olmağa məcbur etməsinə baxmayaraq 

əkinçilik daha bol yem əldə etmək və bununla əlagədar birlikdə sabit sayda yaşayan 

insanların miqdarını 95-ə çatdırmaq imkanı yaratdı. 

Daha yaxşı inkişaf etmiş toxa ilə becərmə üsulu 6000 il əvvəl metal alətlərin 

yaranması ilə meydana çıxdı. Belə cəmiyyətlər Amerikada, Asiya və Avropada yarandı. 

Yemin miqdarının artması birliklərin sayının 60 dəfə çoxalmasına səbəb oldu. Metal 

alətlərin icad edilməsi tədricən ehtiyatların artmasına, sabit iqtisadi əlavənin 

yaranmasına,  əmək bölümünün dərinləşməsinə  və bununla da sosial bərabərsizliyin 

yaranmasına gətirib çıxardı. Bununla da müasir sosial stratifikasiyanın  əsası qoyuldu. 

Bundan başqa, metaldan olan silah müharibəni daha səmərəli və  əlavə  məhsulun 

artması baxımından daha sərfəli etdi. Fəaliyyət növlərində prioritetlərin dəyişməsi 

qender stratifikasiyasında prinsipal dəyişikliklərə  səbəb olmadı.  Əgər primitiv toxa ilə 

becərmədə kişilər torpağı biçin üçün inhisarlaşdırmışdısa, daha inkişaf etmiş  və irəli 


 

 

gedən cəmiyyətlərdə onlar müharibə aparılmasını inhisarlaşdırdı. Və yenidən maddi 



nemətlərin bölüşdürülməsi ilə bağlı qadınlar üzərində üstün hüquq əldə etdi. 

Qender stratifikasiyası ilə bağlı eyni mənzərə dağlıq landşaft, müntəzəm quraqlıq 

yaxud qısamüddətli isti mövsüm ucbatından  əkinçiliyin səməsiz olduğu üçün əsas 

yaşayış  mənbəyini heyvandarlıqda görən cəmiyyətlərdə  də müşahidə olunurdu. İnsanı 

evdən uzun zaman ayrı salan həm heyvandarlıq, həm də müharibə hamiləliklə  və 

südəmər uşaqlara qayğı ilə bir yerə  sığmırdı  və buna görə  də kişilər yenə  də maddi 

nemətlərin istehsalında və bölüşdürülməsində üstünlüyə malik olurdular. 

Metal xışdan istifadəyə  əsaslanan  əkinçilik mövcud qender stratifikasiyanı 

möhkəmlətdi. Bundan savayı, bütün sənaye cəmiyyətlərində kişi və qadın davranışını 

təyin edən qanun, ənənə, stereotip və normalar şumlu  əkinçilik dövrlərindəki çarlıq və 

imperiyalardan miras qalmışdı.  Şumlu  əkinçiliyin qadın statusuna təsiri özünü təkcə 

onun istehsalatda iştirak payının evdən çox aralı çöllərdə  işlədiyi üçün azalmasında 

göstərmirdi. Yüksək məhsuldarlığa malik olduğu üçün şumlu əkinçilik torpağı əsas miras 

və var-dövlət növünə, monoqamiyanı isə varislərin sayı üzərində ciddi nəzarətin vacibliyi 

üzündən kəbinin  əsas növünə çevirdi. Buna görə  də  kəbindənqabaqkı  və evli insanın 

davranışı cəmiyyətin nəzarətinə alındı. Həmin nəzarət alətləri isə qanunlar, ənənələr və 

ictimai rəy oldu. 

XIX  əsrdəki sənayeləşmə Avropada şumlu  əkinçilik dövrünə son qoydu. 

Maşınların yaradılmasının sürətli irəliləyişi kişilər və qadınlar tərəfindən yerinə yetirilən 

iş növlərini də dəyişdi. Zavod sistemi şəhərdə muzdlu işçi sinfi yaratdı və kişilərin işdəki 

davranışını dəyişdi. Artan əlavə məhsulun ədalətli bölümü uğrunda hərəkat başlandı ki, 

burada başlıca rolu kişilər oynadı. Qadınlara gəldikdə isə  sənayeləşmənin və fabrik-

zavod istehsalının törətmiş olduğu  əmək bazarına onların gəlişi üç meylin – ölüm 

səviyyəsinin azalması, savadlanmanın yayılması və uşaq doğumunun azalmasının təsiri 

altında qadının həyat  şəraitinin dəyişməsi nəticəsində mümkün oldu. Yalnız bundan 

sonra işçi qüvvəsinin tərkibi evli qadınların hesabına artdı. Ölüm səviyyəsinin və  uşaq 

doğumunun aşağı enməsi işləyən qadının orta hesabla həmiləliklə  və övladını 

yedizdirməklə bağlı iş yerindən kənarda keçirdiyi zamanın miqdarını da azaltdı. Savad 

səviyyəsinin artması qadına ümumilə  gəlirini  əvvəlkindən daha artıq təmin etməyə 

imkan verdi. Lakin bütün bunlar o demək deyildi ki, əmək alətləri və texnologiyanın 

inkişafında,  əməyin ictimai bölümündə, maddi sərvətlərin  əldə edilmə  və istehlakının 

təşkil-iqtisadi  əsaslarında baş verən dəyişikliklər yüzilliklərlə  təşəkkül tapan qender 

stratifikasiyası sistemini əsaslı surətdə  dəyişə  və bunun üstündə qurulan qender 

bərabərsizliyini ləğv edə bilərdi. Cəmiyyət sənaye mərhələsinə qədəm qoyduqdan sonra 

insan populyasiyasının qadınların müxtəlif ictimai-faydalı  əmək növlərində  iştirakının 

artımına və müvafiq olaraq onların sosial stratifikasiyanın inteqral ehtiyatları (maddi 

sərvət, nüfuz və təhsil) imkanına olan ictimai tələbatın təsirinin tədricən ixtisar olunması 

meyli formalaşmağa başladı. Lakin bəşər tarixi ərzində yaranan qender sosializasiyası, 

qender stereotipləri və göstərişləri, rəmzləri, rollar sistemi, qender idrak paradiqmaları 

və bir sıra digər dünyagörüşü, ideoloji və bütövlükdə  mənəvi-mədəni məzmun amilləri 

tarixin bu məqamında qender bərabərsizliyi ruhu ilə o qədər dolmuş, o qədər sosial-

aktiv və istehsala qabil olmuşdu ki, qender bərabərsizliyi baxımından əməyin və ictimai 

istehsalın nəticələrinə  və  cəmiyyətin peşə-vəzifə strukturunda statusların bölümünə 

müntəzəm  şəkildə neqativ təsir göstərərək, qender stratifikasiyasının mövcud quruluş 

prinsiplərinin saxlanmasına yeni təkan verirdi (bu anlayışları  və qenderin sırf mədəni 

quruluşunun müvafiq aspektlərini sonrakı mövzuda daha geniş  şəkildə  nəzərdən 

keçirəcəyik).  

Həll üsulu, dinamikası  və  nəticələrindən qadının istehsal prosesində  və sosial 

əhəmiyyətli dəyərlərin ailədənkənar sahələrdə bölüşdürülməsi prosesindəki fəal 

iştirakının asılı olduğu  əsas problemlərdən biri ailədəki vəzifə bölgüsüdür. Qender 

stratifikasiyası üçün ev işlərinin  əhəmiyyəti sosial-sinfi təbəqələşmə  və stratifikasiya 


 

 

üçün bazarın sosial-iqtisadi fenomeninin əhəmiyyəti qədər mühümdür. Qender 



bərabərsizliyinin aradan qaldırılması üçün əməyin ailədaxili bölümü probleminin 

vacibliyini bu cür ifadə etmək olar: qadın öz bacarığı  və istedadının reallaşmasına kişi 

qədər əmin olmayınca, o bərabərhüquqlu ola bilməyəcək. 

Araşdırılan problem baxımından qadınlara münasibətdə ayrıseçkilik ondan 

ibarətdir ki, müasir cəmiyyətdə qadınların çoxu ikili işlə yüklənmişdir: ev işləri və  gəlir 

əldə etmək üçün çalışdığı  iş. Nəticədə qadın  ərinin karyerası  xətrinə özünün ixtisas 

yüksəlişindən imtina edir. Ev işləri yükü nəinki qadının ixtisas yüksəlişinə, həm də təhsil 

səviyyəsinin və dərəcəsinin yüksəlməsinə mane olur. Ev işi – təkcə kişinin ödənişli işdə 

çalışmasını  təmin edən gözəgörünməz və ödənişsiz qadın zəhməti deyil. Bu həm də 

hökmranlıq və asılılıq təcəssüm etdirən «qender» əməyidir. «Ev işi» anlayışına 

məzmunca bir-birindən fərqlənən müxtəlif vəzifələr aiddir. Ailədə və sənaye ölkələrində 

qadının fiziki işi qadının inkişaf etməkdə olan ölkələrdə yerinə yetirdiyi işdən (su 

daşımaq, məhsul yığmaq, paltar toxumaq və s.) tamamilə seçilir. Amma su təchizatı, 

kanalizasiya, elektrik təminatı kimi rahatlıqlara baxmayaraq evdəki fiziki işin azalmasına 

rəğmən həmin iş yenə də bir fərddə – qadında cəmlənir. Qeyd etmək lazımdır ki, qadına 

münasibətdə ailədaxili əməyin ayrıseçkili bölümünün saxlanmasında mühüm rol ictimai 

şüurda möhkəmlənən qender stereotiplərinə  və göstərişlərinə  məxsusdur. Özü də 

hakimlik-asılılıq münasibətinin müntəzəm istehsalına baxmayaraq təkcə kişilər deyil, elə 

qadınlar da həmin stereotip və göstərişləri rəhbər tutur. 

Ailə hakimiyyətinin mühüm mənbəyi və ölçüsü pul və ona nəzarətdir. Qender 

stratifikasiyası üçün vacib olan yalnız ailə  gəlirinin həcmi məsələsi yox, həm də kimin 

pul qazanması, həmin pulu ailə daxilində  nəzarətdə saxlaması, bölüşdürməsi və 

xərcləməsidir. Praktika göstərir ki, ailə büdcəsi üçün pulun qazanılması ailənin gəliri 

üzərində avtomatik nəzarət yaratmır. Müasir evli qadınların ailə büdcəsindəki xidməti 

getdikcə artsa da, cəmiyyətdə onların statusu hətta  şəxsi gəlirinə  nəzarət etmək 

bacarığı baxımından belə kritik olaraq qalır. ABŞ-da aparılan araşdırmaların nəticəsi 

çox geniş yayılan bir vəziyyəti əks etdirir. Məlum olmuşdur ki, pulun idarə olunmasının 

«defisit üzərində nəzarət» sayıldığı azgəlirli ailələrdə maliyyə nəzarəti qadın tərəfindən 

yerinə yetirilir; gəlirin yüksək olduğu ailədə isə maliyyə  nəzarəti adətən kişiyə  məxsus 

olur. Qender normaları ərin qazandığı pulun hamısını ailə büdcəsinə vermədiyi və pulun 

bir hissəsini öz şəxsi ehtiyacı üçün saxladığı vəziyyəti nəzərdə tutur. Məvacibə əlavələr, 

mükafat və digər  əlavə qazanc haqqında da bunu söyləmək olar. Arvadın qazandığı 

pula gəldikdə isə normativ münasibət burada çox zaman onun uşağa baxmaq üçün 

yaxud xırda xərclər üçün sərf olunmasını  nəzərdə tutur və bunu ailənin ümumi 

büdcəsinə daxil etmir.  

Əməyin ailədaxili bölümündə qender bərabərsizliyinin stereotiplərdən və 

göstərişlərdən asılılığına ev işlərinin rəmzləşməsi daha bir sübutdur. Ev işi «qadın» 

olmaq anlayışının «təbii» (mədəni gözlənilən və qanunlaşdırılmış) bir hissəsi, «lazımi 

ailələrin quruluş proyekti»nin bir hissəsidir. Ev işinin keyfiyyəti çox vaxt qadının rəmzi 

rəğbəti olaraq aşkarlanır. Bu zaman qadın öz vəzifəsini ərinin tələblərini yerinə yetirmək 

vacibliyi olaraq müəyyənləşdirir, ərə isə arvadının elədiklərinə şəksiz tənqidlə yanaşmaq 

hüququ verilir. Bundan başqa, ev işinin yerinə yetirilməsi sevgi və qayğının ifadəsi kimi 

başa düşülür, amma kişi üçün və qadın üçün bərabər bölünmür. Ev işi qadının evə 

qayğısı kimi nəzərdən keçirilir, buna görə də qadın ailənin ehtiyacını yerinə yetirmirsə, 

özünü günahkar hesab edir. Kişi isə ev işində az xidməti olsa belə, bunu minnətlə edir. 

Və  nəhayət, ev işinin qadına aid olması kimi stereotip qavranış ailədə hakimiyyət 

iyerarxiyasını, subordinasiyanı təcəssüm etdirir. 

Əsasında kişinin üstün rolu, onun sosial qrup olaraq hakimliyi (patriarxat) ilə 

xarakterizə olunan ictimai münasibətlər sisteminin formalaşdığı qender stratifikasiyası 

və qender bərabərsizliyi öz əksini  əməyin yalnız ailədaxili çərçivədə deyil, həm də 

ictimai bölümü səviyyəsində, cəmiyyətin  əmək fəaliyyətinin bütün səviyyələrində tapır. 


 

 

Cəmiyyətin keçdiyi tarix boyu formalaşmış qadının ailə qisməti nəzəriyyəsi onun əsarəti 



və istehsal sahəsində  əzilməsinə  əsas vermişdir: yaşayış üçün qazana bilmək imkanı 

ona yaxşılıq, iltifat kimi, qadının professional karyera etmək yaxud yüksəködənişli və 

nüfuzlu məşğulluq sahələrə daxil olmaq cəhdi isə olduqja ciddi, bəzən də 

qarşısıalınmaz maneələrlə qarşılaşır. Hər dəfə  əməyin ayrı-seçkili bölümü özünü 

göstərir: müasir iqtisadiyyat və əsas idarəetmə sistemi sahələrində qadından daha çox 

qazanmaq imkanı olan kişilərə üstünlük verilir; qadına münasibətdə isə çox vaxt «qalıq 

prinsipi» adlanan prinsip işə düşür ki, nəticədə qadın onun üçün əsasən  ənənəvi 

sayılan, daha az ödənişli və az nüfuzlu səhiyyə, təhsil, məişət xidməti, sosial təminat 

sahələrində  işləməli olur. Əməyin ictimai bölümündəki ayrı-seçkilik özünü yalnız 

fəaliyyət dairələrinin «kişi» və «qadın» səhələrinə bölünməsində deyil, həmçinin 

«qadın»a aid kimi nəzərdən keçirdiyimiz sahələrdə də rəhbər vəzifələrə əsasən kişilərin: 

məktəb direktorları, baş  həkimlər, sosial təminat sahəsini idarə edənlər və s. təyin 

olunmasında göstərir. Qadın və kişinin ixtisas yüksəlişindəki mövcud fərqlərin əsasında 

cəmiyyətin analoji şəraitdə  həm onun, həm də bunun qarşısında qoyduğu müxtəlif 

tələblər durur. Karyera pilləsi ilə irəliləmək istəyən qadın  ənənəvi olaraq kişilərə aid 

edilən sırf kişi keyfiyyətləri nümayiş etdirməlidir: rasionallıq, təcavüzkar aktivlik, dönməz 

xarakter və s. – özü də həmin vəziyyətdə kişidən tələb ediləndən qat-qat artıq dərəcədə. 

Bu zaman qadının professional fəaliyyətdə və karyerada nail olduğu uğurları çox zaman 

onun malik olduğu bacarıq və biliklə deyil, cürbəcür səbəblərlə izah edirlər; 

uğursuzluqlar isə onun cinsi mənsubiyyəti ilə  əlaqələndirilir. Qadının peşə yüksəlişinə 

neqativ münasibətin digər amili onun ailədəki vəzifələrinə  cəmiyyətdə kök salmış 

münasibətdir. Bir tərəfdən, qadın üçün peşəkar fəaliyyətin yox, ailədəki vəzifəsinin əsas 

yer tutması ilə bağlı stereotip özünü büruzə verir. Digər tərəfdən isə, evli qadının həmin 

vəzifələri (ilk növbədə ana qayğıları) çox vaxt onun bir işçi kimi, üstəlik də  rəhbər işçi 

kimi fəaliyyətinin nəticəsinə  mənfi təsir göstərə bilən və onu nüfuzdan sala biləcək 

vəziyyət kimi qəbul edilir. 

Qender bərabərsizliyinin  əmək sahəsindəki başqa bir problemi iş yeri təşkil 

edilərkən qadın orqanizminin bioloji xüsusiyyətlərinə faktiki olaraq məhəl 

qoyulmamasıdır. Kişi ilə müqayisədə qadın  əməyinin mühafizəsi və onun iş  şəraitinin 

yaxşılaşdırılması qadınların tam professional fəaliyyətinin vacib şərtidir. Burada ilk 

növbədə söhbət qadın səhhətinin müdafiəsindən, reproduktiv sistemin zərərli istehsalat 

amillərinin təsirindən qorunmasından gedir. Qadın  əməyi xüsusi, daha diqqətli təşkil, 

normalaşma və  təminat üsullarına ehtiyac duyur. Qadın orqanizmi səs, vibrasiya, 

temperaturun kəskin dəyişməsi, toz, natəmiz hava, zəif işıq, monoton əməliyyat ritmi, 

ağır  əşyalarla iş kimi xoşagəlməz amillərə kişi orqanizmindən daha tez reaksiya verir. 

Buna görə  də müxtəlif avadanlığın layihələşməsi və hazırlanması zamanı qadın 

orqanizminin xüsusiyyətlərinin nəzərə alınmaması  və  bəzi  əmək növlərində xüsusi iş 

normalarının olmaması ona pis təsir edir. Həmin amillərin neqativ təsiri lazımsız 

enerjinin sərfində, iş qabiliyyətinin azalmasında,  əsəb sisteminin pozulmasında özünü 

büruzə verir.  

Bütün bunlar onu deməyə imkan verir ki, əmək və ailə-məişət sahələrində sosial 

təşkil olunmuş qender münasibətləri sistemi qadının öz bilik və bacarığını aşkar etmək 

baxımından başlanğıc imkanlarını məngənəyə salır. Bu səhədə mövcud olan problemlər 

heç də qadının istehsalat sahəsinə daha fəal daxil olması, onun əmək fəaliyyətinin və 

ailə yükünün optimal birliyi məsələsi deyildir. Qender stratifikasiyasında qadının 

statusunun tam professional irəliləyiş, layiqli sosial qəbul, hərtərəfli yaradıcılıqla məşğul 

olmaq baxımından dəyişməsi üçün cəmiyyətdəki bütün sosial institutların müntəzəm, 

məqsədyönlü, sistemli fəaliyyəti gərəkdir. Onu da əlavə edək ki, yuxarıda adı  çəkilən 

qender bərabərsizliyi problemlərinin bir çoxu ayrı-ayrı sosial şəraitdə müxtəlif kəskinliklə 

özünü göstərir. Belə ki, inkişaf etmiş yüksək bazar iqtisadiyyatına və  əməyi 

yüngülləşdirən texnologiyaya, yüksəktəşkilli  əmək bazarına, olduqca yüksək gəlirin 


 

 

müxtəlif formalarına, yüksək inkişaf etmiş büdcədənkənar sosial təminat mənbələrinə və 



aktiv sosial siyasətə, tərəqqi edən demokratik hakimiyyət və vətəndaşların siyasi iştirak 

institutlarına, özünün demokratik meyilli siyasi-hüquq norma və  dəyərlərinə malik 

postsənaye ölkələrində  əmək və ailə-məişət sahəsində qender stratifikasiyasının adı 

çəkilən problemlərini həll etmək üçün olduqca əlverişli şərait yaranmaqdadır. Məsələn, 

həmin ölkələrdə orta və yüksək gəlirli ailələrdən olan kişilərin əksəriyyəti öz xanımlarının 

aktiv şəkildə pul qazanmaq və ya öz yaradıcılıq imkanını hansısa başqa sahədə (sosial 

proqramlar, xeyriyyəçilik, elmi fəaliyyət və s.) tətbiq etmək imkanına olduqca normal və 

rəğbətlə yanaşırlar. Eyni zamanda ailədaxili işin paritet şəkildə bölünməsi üçün lazımi 

qədər güclü sövqedici motivlər yaranır. Totalitar siyasi rejimli və müvafiq surətdə 

istiqamətlənmiş sosial-iqtisadi institutları olan, həmçinin də totalitarizmdən 

demokratiyaya və bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkələrə  gəldikdə isə 

burada qender bərabərsizliyinin deyilən sahələrdəki vəziyyəti optimist 

qiymətləndirmədən olduqca uzaqdır.  İqtisadi böhran, istehsalat səviyyəsinin aşağı 

enməsi, işsizliyin artması, sosial proqramların ixtisarı, bütün sahələrin yöndəmsiz dövlət 

idarəetmə sistemindən güclü şəkildə asılı olması  və sosial gərginlik mahiyyətcə 

patriarxat qender stratifikasiyasının rolunu bir çox şeydə dərinləşdirir. 

Qenderin sosial qurulmuş fenomeninin başqa bir vacib aspekti qadının siyasi 

sahədə rolu və yeridir. Qadının faktiki olaraq siyasətin formalaşmasından və dövlət 

aparatının fəaliyyətinə nəzarətindən aralı düşməsi postsovet məkanında olduqca geniş 

yayılmış bir vəziyyət idi. Belə  vəziyyətin səbəblərindən biri keçid cəmiyyətlərində 

iqtisadi, sosial və siyasi sistemlərdəki dəyişikliklərin o şəraitdə baş verməsidir ki, heç də 

bütün sosial qruplar öz siyasi marağını  dəqiq söyləməyi və eyniləşdirməyi bacarmır. 

Qadına qarşı münasibətdə bu - patriarxat stereotiplərin hökmranlığı  və müxtəlif sosial 

qruplara aid olan qadınların ümumi hərəkat platforması  işləmək bacarığının olmaması 

ilə bağlıdır.  Əvvəllər, totalitarizmdə  rəsmi siyasi karyera edən qadın bir qayda olaraq, 

nəinki digər qadınların yüksəlməsinə və irəli getməsinə kömək etmirdi, əksinə, öz sosial-

demoqrafik qrupundan aralanırdı. Artıq təşəkkül tapmış  həmin qadın-siyasətçi 

stereotipinin yeni reallıqda öz təsdiqini tapması heç də  əsaslı sayıla bilməz. Müasir 

şəraitdə yeni tip siyasətçi qadının formalaşması üçün müəyyən zəmin yaranmaqdadır. 

Hər  şeydən  əvvəl bu, qadına siyasətə kütləvi tədbirlərdən, seçki kampaniyalarından, 

siyasi partiyalarda, elmi-istehsalat birliklərindəki fəaliyyətdən keçərək gəlməyə imkan 

verən sosial-siyasi məkanın ümumi demokratikləşmə prosesidir. Burada nəzərdə 

saxlamaq lazımdır ki, qadınların öz siyasi marağını  dərk etməsi prosesi daha yavaş 

gedir, çünki qadının fikrincə daha əhəmiyyətli olan: ölkənin siyasi vəziyyəti, sosial 

problemlər, aşağı məvacib, əmək bazarında vəziyyətin pisləşməsi, uşaqların səhhəti və 

təhsili, ailə problemləri və sairə kimi problemlər onu üstələyir. Qadının siyasi fəaliyyətə 

daxil olmasına mane olan digər səbəb kişi korporativ mədəniyyətidir ki, onun əsasında 

şəxsi münasibətlər və qadın siyasətçilərə qarşı qabaqcadan yaranan yanlış fikir durur. 

Qadını  qəbul etməməyin kökləri iyerarxik qender stratifikasiyasına gedib çıxır ki, ona 

müvafiq asılı rol ayrılırdı. Qadın siyasi karyerasında kişi və qadının müxtəlif imkan 

qiymətləri, qadının vaxtını məhdudlaşdıran ailə işlərinin qeyri-bərabər bölünməsi, ailədə 

qadının müvafiq mənəvi dəstəyinin olmaması kimi amillər də  ləngidici rol oynayır. 

Qadınlar kişilərlə müqayisədə daha az dərəcədə müstəqil seçim əsasında yaşayır və bu 

da onların siyasi fəallığına mənfi təsir göstərir. 

Buna baxmayaraq son onilliklər  ərzində dünyadakı siyasi strukturda qadın 

təmsilçiliyinin xeyrinə mühüm dəyişikliklər baş vermişdir. Qadın özünüdərkinin 

yüksəlməsi, tarixi prosesdə öz rolunun başa düşülməsi təkcə kişi və qadının rolu barədə 

deyil, həmçinin «hakimiyyət», «siyasət», «demokratiya», «liderlik» kimi anlayışların 

mənası barədə  də  təsəvvürlərin tədricən dəyişməsi ilə bir vaxtda baş verir. Qadının 

cəmiyyətdə öz həyat yolunu müstəqil seçə bilən nəinki bərabərhüquqlu, həm də 

bərabərdəyərli üzv olması ilə bağlı etiqad getdikcə güclənir. Dünya təcrübəsi göstərdi ki, 


 

 

siyasət sahəsində  rəhbər vəzifə tutan qadınların sayının artması siyasi addım 



arsenalının strukturunda, həm siyasətdaxili, həm də xarici siyasət səhnələrində siyasi 

problemlərin və ziddiyyətlərin daha insanpərvər, daha mənəviyyatlı  həll vasitələrinin 

seçilməsində pozitiv dəyişikliklərə səbəb olur. 

Və  nəhayət, qenderin sosial aşkarlığının daha bir aspektinə toxunaq. Qenderin 

sosial təşkilinin hərtərəfli, bütöv sosial sistem olaraq cəmiyyətin digər struktur 

elementləri ilə qarşılıqlı  əlaqəli təhlili qender stratifikasiyasının və qender 

bərabərsizliyinin cəmiyyətin sosial strukturunun sosial-sinfi, irqi və milli-etnik 

təbəqələşməsi ilə  sıx bağlılığını  və qarşılıqlı  təsirini tam dəqiqliyi ilə izləməyə imkan 

verir. Unutmaq olmaz ki, məqsədi qender fenomeninin təkcə ən ümumi nöqtələrinin üzə 

çıxarılması olan qender probleminə yalnız ümumnəzəri yanaşma müəyyən dərəcədə 

həmin sosiomədəni konstruktur bu yaxud başqa səviyyədə praktiki görünüşünü 

səciyyələndirən konkret forma, şərait, amil və  əlaqələrdən abstraktlaşmasına yol verə 

bilər. Qender bərabərsizliyinin konkret tarixi şəraitdəki problemlərinin geniş  tədqiqi isə 

sosial-sinfi, irqi, etnik və  və bilavasitə qender statusu da daxil olmaqla, qender 

münasibətlərinin həmin subyektinin bütün sosial status və mövqe əlaqələrinin mütləq 

nəzərə alınmasını tələb edir. 

Onları  hər bir elementin bu yaxud başqa dərəcədə digərlərindən asılı olduğu 

vahid stratifikasiya sistemi kimi araşdırmaq lazımdır. Məsələn, sənaye kapitalizmi 

dövründə sosial sinfi və qender stratifikasiyası arasındakı əlaqə sinfi mənsubiyyətindən 

asılı olmayaraq bütün qadınların əzilməsində və eyni zamanda fəhlə sinfini təşkil edən 

həm kişi, həm də qadınların istismarında özünü göstərirdi.  İrqi ayrı-seçkiliyin mövcud 

olduğu ölkələrdə mahiyyəti qadının ailə üçün yaşaması haqda müddəadan ibarət olan 

qender ideologiyası  və  aşağı  səviyyəli (irqi mənsubiyyət baxımından) qrupların ikinci 

dərəcəliliyini və etibarsızlığını  əsaslandıran irqi ideologiya ağdərili kişilərin hakimliyini 

təsdiq edən stratifikasiya sisteminin yaranmasına yardım edirdi. Bu cür cəmiyyətdə elə 

vəziyyət yaranmışdı ki, bütün kişilər və bütün ağdərililər (cinsindən asılı olmayaraq) 

istismarçı rolunda çıxış edirdi: ağdərili kişilər həm ağdərili qadınları, həm də rənglidərili 

kişi və qadınları; ağdərili qadınlar rənglidərili kişi və qadınları; rənglidərili kişilər 

rənglidərili qadınları istismar edirdi. Qeyri-millətdən olan əhalinin – üçüncü dünya 

ölkələrindən və MDB-dən çıxmış insanların - məskən saldığı ölkənin vətəndaşlığına 

malik olmayaraq əsasən azödənişli yerlərdə istifadə olunduğu cəmiyyətlərdəki qender 

və milli-etnik stratifikasiyanın kəsişində  də eyni mənzərənin  şahidi oluruq. Belə 

cəmiyyətdə stratifikasiya sistemi piramidasının zirvəsində kişilər (millətindən asılı 

olmayaraq) və  həmin dövlətin vətəndaşları (cinsindən asılı olmayaraq) dayanır. 

Beləliklə, konkret sosial şəraitdə sinif, irq, millət və qender sosial bərabərsizliyin eyni 

zamanda mövcud olan sistemlərini formalaşdırmağa qabildir. 

Qenderin sosial qurulma prosesinin təhlili göstərdi ki, onun əsasında dayanan 

qender stratifikasiyası  və qender bərabərsizliyi cəmiyyətin həyat fəaliyyətinin ayrı-ayrı 

sahələrində özünü büruzə verərək bir sıra norma, dəyərlər, stereotip və göstərişləri 

formalaşdırır ki, onlar da öz növbəsində yayıldıqca və təsdiqini tapdıqca mövcud qender 

sisteminin istehsalına dəstək verir. Bununla da qenderin sosial quruluşuna onun mədəni 

quruluşu da əlavə olunur ki, sonuncunun mahiyyətini biz növbəti mövzuda açmağa 

çalışacağıq.  

 


 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI 

 

1.  Доманов О. Некоторые этические аспекты феминизма и эмансипации. - В кн.: 



Женщина.  Гендер.  Культура.//  Под  ред.  Хоткиной  З.А.,  Пушкаревой  Н.Л., 

Трофимовой Е.И. - М.,1999  

2.  Дж.Лорбер  к  С.Фаррелл.  Принципы  гендерного  конструирования. - В  кн.: 

Хрестоматия феминистских текстов.//Под ред. Е.Здравомысловой, А.Темкиной. 

- СПб., 2000 

3.  Лжоан Хубер. Теория тендерной стратификации. - В кн.: Антология тендерной 

теории.// Под ред. Гаповой Е.И., Усмановой А.Р. - Минск, 2000 

4.  Петина  Л.  Проблемы  женского  политического  участия.//  Преображение. 

Научно–литературный альманах – 1988, № 6 

5.  Пол. Гендер. Культура: Немецкие и русские исследования.// Под ред. Э.Шоре и 

К.Хайдер. Перевод с нем. - М. , 1999 

6.  Сеитова  М.  Социально–культурные  значения  пола:  проблемы теоретизации. - 

В  кн.:г.  Пол  женщины. //Сборник  статей  по  гендерным  исследованиям. – 

Алматы, 2000 



Феминизм и семейные исследования.// Гендерные тетради. Выпуск второй – СПб, 

1999 


Yüklə 204,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə