Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Təklifin mahiyyəti və ona təsir edən amillər. Təklif qanunu



Yüklə 1,76 Mb.
səhifə9/30
tarix07.07.2017
ölçüsü1,76 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

2. Təklifin mahiyyəti və ona təsir edən amillər. Təklif qanunu.

Bazar iqtisadiyyatının təhlilinə tələbin aydınlaşdırılma-sından başlanması tamamilə qanunauyğundur. Çünki tələb hər bir şəxs üçün doğma və ən yaxın anlayışdır. Lakin əmtəələri istehsalçılar yaradır və istehlakçılara onlar təqdim (təklif) edirlər.



Təklif – istehsalçıların müəyyən dövrdə, hər hansı qiy-mətlərlə sat­maq üçün hazırladıqları və satmaq istədikləri əmtəə və xidmətlərin miqdarı və ya onların toplusudur.

Təklifin qiymətlərə təsiri onunla izah edilir ki, bir tərəf-dən qiymət­lər yüksəldikdə firmalar ehtiyatda saxladıqları maddi resursları və tez bir zamanda istismara verilməsi mümkün olan istehsal güclərini işə salır və bununla da həmin sahədə məhsul istehsalının armasına şərait yara­dırlar. Digər tərəfdən, qiymətlər uzun müddət ərzində fasiləsiz və sabit şəkildə yüksəldikdə iqtisadiyyatın başqa sahələrində fəaliyyət göstərən bəzi istehsalçılar da bu sahəyə gəlirlər ki, bu da həmin sahədə məhsul istehsalının və deməli, təklifin artmasına səbəb olur. Lakin qısa müd­dətli dövrdə bu mümkün olmur. Çünki bu dövrdə onların istehsalı artır­maq üçün ehtiyatları (məsələn, tutaq ki, mövcud avadanlıqlar üç növ­bədə tam gücü ilə işləyir) və imkanları (əlavə işçi qüvvəsinin muzdla tu­tulması da daxil olmaqla istehsal güclərinin genişləndiril­məsi imkan­ları) olmaya bilər. Tələb kimi təklif də aşağıdakı qeyri-qiymət amillə­ri­nin təsiri ilə dəyişə bilər: 1) Texniki yeniliklərdən istifadə olunması, eh­tiyatların, vergi siyasətinin, istehsal amilləri qiymətlərinin dəyişməsi nəticəsində isteh­sal xərclə-rinin dəyişməsi; 2) Bazara yeni firmaların gəl­mə­si. Bu, qiymətdən asılı olmayaraq təklifi artırır; 3) Başqa əmtəələ­rin qiymətlərinin dəyişməsi. Bu, ehtiyatların və firmaların həmin sahə­dən çıxıb getmələrinə, bu isə öz növ­bəsində təkli-fin azalmasına səbəb olur; 4) Təbii fəlakətlərin, si­yasi hərə-katların, iqtisadiyyatı dağıdan, öl­kəni xarabazarlıqla­ra çevirən müharibələrin olması; 5) Tələbin, qiymətin, gəlir-lərin və s-in dinamikasına dair satıcıların proqnozları; 6) satıcıların sayının dəyişməsi – bütün bunlar tək­lifi azaldır.

Tələb kimi təklif də bazar iqtisadiyyatı subyektləri-nin fəaliyyət göstərdikləri müstəqil sferadır. Onların dav-ranış qaydalarının düzgün başa düşülməsi bazar qiymətləri ilə təklif arasındakı əlaqəni təhlil etməyə imkan verir. Tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində bazar qiymətləri əmələ gəlir. Bunlar bir-birinə bərabər olduqda əmələ gələn qiymət ta­razlıq (tənləşmə, müvazinətlik) qiyməti adlanır. Yalnız tələb və təklifin kəsişmə nöqtəsində əmələ gələn qiymətlər həm alıcını, həm də satıcını təmin edə bilər. Bunlara uyğun olaraq demək olar ki, bazar qiymətlə­ri­nin əmələ gəlməsinin aşağıdakı qanunları fəaliyyət göstərir: 1) Qiymət­lər tələb və təklifin bir-birinə bərabər olduğu səviy-yəyə – kəsişmə nöqtə­sinə doğru hərəkət edir; 2) Qeyri -qiymət amillərinin təsiri ilə tələb sabit qalmaqla təklif azalarsa, yaxud da təklif sabit qalmaqla tələb artarsa, onda qiymətlər yüksəlir, əksinə, təklif sabit qalmaqla tələb aza-larsa və ya tələb sabit qalmaqla təklif artarsa qiymətlər aşağı düşür.

Azad rəqabət şəraitində, bazar qanunlarının təsiri ilə qiymətlər öz-özünə tarazlaşır. Lakin bu, ya inhisarların yeritdikləri qiymət siyasəti­nin təsiri ilə, yaxud da qiymətlərin dövlət tərəfindən ixtiyari üsulla taraz­lıq nöqtəsindən aşağı və yuxarı müəyyən edilməsi ilə pozula bilər.

Tarazlıq qiymətləri həm alıcını, həm də satıcını razı salır. Satıcı sata bilmədiyi, alıcı isə ala bilmədiyi üçün şika-yətlənmir.

Beləliklə, bazarda tələb qanunu ilə yanaşı, həm də təklif qanunu fəaliyyət göstərir. Bu qanun, təkliflə qiymət arasın-da aşağıdakı funksio­nal asılılığın olduğunu göstərir: qiymət-lər nə qədər yüksək olarsa, təklif də bir o qədər yüksək olur. Deməli, qiymətlə təklif arasında düzmütə­nasiblik vardır. Təklif qanununa görə digər şərtlər sabit qalmaqla tək­li­fin dəyişməsi qiymətlərin dəyişməsindən bilavasitə asılıdır. Başqa sözlə, istehsalçılar bazara qiymətlər artdıqda çox, aşağı düşdükdə isə az əmtəə və xidmətlər çıxarırlar.

Tələb və təklif qanunlarının, habelə tarazlıq qiymətləri-nin əmələ gəlməsi prinsiplərinin nəzərdən keçirilməsi aşağı-dakı nəticələri çıxar­ma­ğa imkan verir:

1) Bazar münasibətləri şəraitində həm satıcıların, həm də alıcıların mənafelərinin əlaqələndirilməsini təmin edən mexanizm fəaliyyət gös­tə­rir.

2) Bazarda formalaşmış və mövcud olan tarazlığı pozan hər hansı bir hadisə, məsələn, istehlakçıların zövqünün və buna uyğun olaraq tə­ləbin dəyişməsi baş verirsə, onda:

- Istehsalçı firmalar bazar şəraitinin dəyişməsinə dərhal münasibət bildirirlər və deməli, tələbin artması həmin məhsulun qiymətinin yük­səlməsinə gətirib çıxarır. Çünki tələb istehsalçılara öz səylərini hansı istiqamətə yönəltməyi «məsləhət görür»;

- Istehsalçıların və alıcıların yeni şəraitə uyğunlaşmaları prosesi başlayır, bunun nəticəsində yeni bazar qiyməti və istehsalın yeni həcmi formalaşır.

3) Bütün bunlar inandırıcı surətdə göstərir ki, bazar mü-nasibətlə­ri­nə əsaslanan iqtisadi sistem inzibati-amirlik me-todlarına əsaslanan iq­tisadi sistemə nisbətən daha səmərə-lidir və müəyyən üstünlüklərə malik­dir.


3. Tələbin elastikliyi və ona təsir edən amillər.


Firmalar istehsal etdikləri məhsulların miqdarını və onların quru­lu­şunu planlaşdırarkən hökmən həmin məhsullara olan tələbin hansı amillərdən asılı olduğunu nəzərə almalıdırlar.

Əvəzedici məhsullar istehsal edən və onları nisbətən aşağı qiymət­lər­lə satan firmaların fəallığının artması, habelə məhsulların qiymətlə­rinin yüksəlməsi nəticəsində digər şərtlər sabit qalmaqla, əmtəə və xid­mət­lərə olan tələbin azalması, firmaların buraxdıqları məhsullara olan tələbin ümumiyyətlə azalmasına gətirib çıxara bilər.

Lakin təkcə tələbin istiqamətinin yox, həm də kəmiy-yətinin öyrə­nilməsi olduqca böyük əhəmiyyətə malikdir. Bir kəmiyyətin başqa bir kəmiyyətin dəyişməsinə təsiretmə reaksi­yasının ölçüsünə, yaxud da başqa bir kəmiyyətin dəyişməsinə təsir edən kəmiyyətin təsir reaksiyasına elastiklik deyilir. Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, elastiklik dedikdə hər hansı bir iqtisadi kəmiyyətin 1% dəyişməsinin başqa bir iqtisadi kəmiyyətin neçə faiz dəyişməsinə səbəb olacağı nəzərdə tutulur. Buna tələbin qiymətə görə elastikliyi, yaxud da tələbin qiymət elastikliyi deyilir.

Qiyməti P, tələbin kəmiyyətini Q ilə işarə etsək, tələbin qiymətə görə elastikliyinin düsturunu aşağıdakı kimi yazmaq olar:
Ep = Q : P
Burada: Q-tələbin kəmiyyətinin dəyişməsini, (%-lə); P-qiymət­lərin dəyişməsini, (%-lə); P-indekslər sistemində elastikliyin qiymətlərə görə nəzərdən keçirildiyini göstərir; Ep-tələbin qiymətə görə elastik­liyidir.
Qeyd etmək lazımdır ki, bütün əmtəələr üçün təbii qiymətə görə elastiklik əmsalı mənfi kəmiyyətdir. Bunu belə bir faktdan aydın gör­mək olar ki, adətən əmtəələrin qiymətləri aşağı düşdükdə onlara olan tələb artır və əksinə, qiymətlər bahalandıqda tələb azalır.. Məsələn, əgər «OMO» yuyucu tozunun qiymətinin 5% aşağı salın­ması, ona olan tələbin 10% artmasına səbəb olmuşdursa, elastiklik gös­təricisi (əmsalı) mənfi 2-yə bərabər olur. Yəni:


Tələbin qiymətə görə elastikliyi göstəricisinin mütləq kəmiyyəti 1-dən böyük olduqda, bu, nisbi elastiklik tələbi və ya tələbin nisbi elas­tik­liyi adlanır. Başqa sözlə, bu o deməkdir ki, qiymətlərin dəyişməsi tə­lə­bin kəmiyyətində böyük dəyşikliklərə gətirib çıxarır.

Elastiklik əmsalı 1-ə bərabər olduqda buna fərdi elastiklik deyilir və söhbət yeganə elastiklikdən gedir. Bu zaman da qiymətlərin dəyiş­məsi tələbin kəmiyyətinin dəyişməsinə gətirib çıxarır. Burada çox mü­hüm olan iki halı nəzərə almaq lazımdır. Birinci halda, alıcıların əm­təə­ləri satın aldıqları yalnız bir qiymət mövcud ola bilər. Bu zaman qiymə­tin istənilən qədər qaldırılması və ya aşağı salınması alıcını həmin əmtəə­ləri satın almaqdan imtina etməyə, yaxud da tələbin qeyri-məhdud art­masına gətirib çıxarır. Bu zaman tələb mütləq mənada elastikdir və həm də elastiklik göstəricisi sonsuzdur. Məsələn, şəhər bazarlarında ayrı-ayrı şəxslər tərəfindən satılan pomidor mütləq elastikliyə malikdir. Lakin pomidora olan bazar tələbi qeyri-elastikdir. Ikinci hal mütləq mə­nada elastik olmayan tələbə aiddir, yəni qiymətlərin dəyişməsi öz ək­sini tələbin kəmiyyətində tapır. Buna xəstənin yan keçə bilmədiyi ayrı-ayrı dərman növlərinə olan tələbi misal göstərmək olar.



Bəs, tələbin qiymətlərə görə elastikliyi necə ölçülür? Bunun üçün tələbin kəmiyyətinin dəyişməsinin (faizlə) qiymətlərin dəyişməsinə (faizlə) olan nisbətini müəyyən etmək lazımdır.

Buradan aydın olur ki, elastiklik əmsalı təkcə əmtəələrin qiymətlə­ri­nin, onların həcminin və aralarındakı nisbətin dəyişməsindən (tutaq ki, artmasından) deyil, həm də faktiki qiymətlərindən asılıdır.



Tələbin elastikliyinə müxtəlif amillər təsir edir ki, bunlardan biri də bazarda əvəzedicilərin olmasıdır. Bazarda eyni tələbatı ödəyən müx­təlif məhsullardan nə qədər çox olarsa, alıcının qiyməti elastiklik qiy­mətindən yüksək olan məhsulların hər hansı birindən imtina etmək im­kanı da bir o qədər yüksək olur.

Tələbin qiymətə görə elastikliyinə təsir edən başlıca amillərdən biri də vaxt amilidir. Qeyd etmək lazımdır ki, uzunmüddətli dövrə nisbətən qısa müddətli dövr elastikliyə az meyllidir. .

Tələbin elastikliyindəki fərq, həmçinin istehlakçı üçün hər hansı bir əmtəənin əhəmiyyətlilik dərəcəsi ilə izah olunur. Belə ki, ən zəruri tələbat malları üçün tələb elastik deyildir, istehlakçının həyatında baş­lı­ca rol oynamayan məhsullara olan tələb isə adətən elastikdir.İqtisad elmində qarşılıqlı elastiklik anlayışı da vardır. Bu göstəri­cidən hər hansı bir əmtəənin qiymətinin dəyişməsinin başqa bir əmtəəyə olan tələbin dəyişməsinə təsirini müəyyən etmək üçün istifadə olunur.

Qarşılıqlı elastiklik əmsalının əhəmiyyəti nəzərdən keçi-rilən hansı məhsulların bir-birini qarşılıqlı surətdə tamam-laması və ya əvəz etməsindən asılıdır.

Əmtəələr bir-birini əvəz edəndirlərsə, qarşılıqlı elastik-lik əmsalı müs­bət işarəli olur. Məsələn, kərə yağın qiyməti-nin bahalanması mar­qa­rinə olan tələbin artmasına, təndir çörəyinin qiymətinin aşağı düşməsi, çörəyin digər növlərinə olan tələbin azalmasına gətirib çıxarır.

Elastikliyi qiymətləndirmək üçün təkcə qiymət deyil, başqa iqtisa­di dəyişənlər də seçilə bilər. Belə iqtisadi dəyişənlərdən biri gəlirlərdir. Gəlirlərə görə elastiklik əmtəəyə olan tələbin dəyişməsinin istehlak­çıla­rın gəlirlərinin dəyişməsinə olan nisbəti kimi hesablanır.

Bu göstəricidən istifadə etməklə, hər hansı bir əmtəənin normal (gəlirlərin artması tələbin artmasına səbəb olduqda) və ya aşağı (gəlir­lə­rin azalması tələbin azalmasına səbəb olduq­da) əmtəələr kateqori­yası­na aid olduğunu müəyyən-ləşdirmək olur.



Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə