Mövzu 6: TƏLİm prosesiNDƏ pedaqoji Dİaqnostika məSƏLƏLƏRİ plan



Yüklə 28,1 Kb.
tarix06.06.2020
ölçüsü28,1 Kb.


Mövzu 6:TƏLİM PROSESİNDƏ PEDAQOJİ

DİAQNOSTİKA MƏSƏLƏLƏRİ

PLAN:

1. Bütün zamanlarda mütərəqqi pedaqoqların pedaqoji prosesdə şagirdləri hərtərəfli öyrənməyin zəruriliyini ön plana çəkmələri

2. Diaqnostika nəticəsində informasiyanı almaq üçün istifadə olunan prinsiplər

3. “Pedaqoji diaqnostika” termininin pedaqogikaya daxil olduğu konkret dövr

4. Yeni təlim və pedaqoji texnologiyaların tətbiqə hazırlanmasının kriteriyayönümlü diaqnostikası

ƏDƏBİYYAT

1. Ağamalıyev R., Əhmədov İ. Tədris prosesində modul təlim texnologiyasından istifadənin imkan və yolları.Pedaqoji texnologiyalar. Bakı, 2006.

2. Ağayev Ə. Təlim prosesi: Ənənə və müasirlik. Bakı, 2006.

3. Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri.Bakı, 2007.

4. Kərimov Y. Təlim metodları. Bakı, 2007.

Respublikamızda müasir dövrdə sosial-iqtisadi proseslərin inkişaf istiqamətlərini xarakterizə edən başlıca xüsusiyyətlərdən biri də informasiyanın rolunun əhəmiyyətli surətdə artmasıdır.Təhsil sisteminin təlim-tərbiyə, idarəetmə, qiymətləndirmə və s.fəaliyyət növlərinin təkmilləşdirilməsində informasiyanın rolu böyükdür. Həmçinin təhsil sistemi inkişafın başlıca istiqamətlərini xarakterizə edir. Təhsil sistemində informasiyalardan istifadəyə kortəbii surətdə yanaşma yüksək səviyyədə subyektivliyə gətirir və informasiya cəmiyyətinin inkişaf tendensiyaları ilə ziddiyyət təşkil edir. Baxılan problemin həlli təhsil prosesinə müasir pedaqoji texnologiyaların tətbiqi nəticəsində mümkündür.Pedaqoji diaqnostikanı belə müasir texnologiyalara aid etmək olar. Şagirdlərin biliyinin inkişaf mərhələsinə müxtəlif faktorlardan bu və ya digər formada alimlər, tədqiqatçılar münasibət bildirmişlər.

Rus tədqiqatçısı Uşinski yazmışdır ki, “Əgər pedaqogika insanı hərtərəfli tərbiyə etmək istəyirsə, onda hər şeydən əvvəl onu hərtərəfli öyrənməlidir”. O, müəllimlərə məsləhət görmüşdür ki, şagirdlərinizi, onların ətraf mühitini, fiziki və daxili təbiətini nə qədər mümkündürsə çox öyrənsinlər.

Suxomlinski bu problemin həllinə daha hərtərəfli və dərin yanaşmış və qeyd etmişdir ki, uşağı hərtərəfli öyrənmək pedaqogikanın nəzəri və praktik sahələrinin başlıca kəsişmə nöqtəsidir. Sonrakı müəllimlər və tədqiqatçılar da pedaqoji prosesdə uşağın hərtərəfli və dərindən öyrənilməsinə diqqət yönəltmişlər.

Göründüyü kimi, bütün zamanlarda mütərəqqi pedaqoqlar pedaqoji prosesdə şagirdlərin hərtərəfli öyrənilməsinə geniş yer vermişdir. Onların bu fikirləri müasir pedaqogika elmində pedaqoji diaqnostikanın mahiyyətinin əsasını təşkil etmişdir. Pedaqoji diaqnostika termini isə pedaqogika elminə keçən əsrin sonuncu onilliyində daxil olmuşdur. Təhsil sahəsində tətbiq olunan ənənəvi nəzarət metodlarından fərqli olaraq pedaqoji diaqnostika təhsil sisteminin fəaliyyətin nəticələrinin müntəzəm olaraq izlənilməsini nəzərdə tuturdu ki, bu da onun yekun olaraq müqayisəli təhlilinə imkan verir.

Praktik olaraq təhsil müəssisəsi üçün hazırlanan hər bir diaqnostik metodika pedaqoji diaqnostika üçün də müvəffəqiyyətlə istifadə oluna bilər.Pedaqoji diaqnostikanın məqsədi, onun fəaliyyətinin mahiyyətini əks etdirən pedaqoji informasiya yolu ilə həyata keçirilir.

Diaqnostika nəticəsində informasiyanı almaq üçün aşağıdakı prinsiplərə istinad olunur:

1. Diaqnostik praqnozvermə istiqamətliliyi prinsipi

2. Pedaqoji kommunikativlik prinsipi

3. Sosial normativ xarakterlilik prinsipi

4. Elmilik prinsipi

5. Peşəkarlığın məqsədəmüvafiqlik prinsipi

6. Fasiləsizlik prinsipi

7. Tamlıq prinsipi

8. Ardıcıllıq prinsipi

Pedaqoji diaqnostikanın texnologiyasının işlənilməsi prosesində təcrübi və nəzəri metodlardan istifadə edilir. Onlara sorğu, müşahidə, müsahibə, anketləşdirmə, söhbət, təbii və diaqnostik eksperiment, modelləşdirmə aid edilir.Pedaqoji diaqnostika termini, pedaqogikaya keçən əsrin axırıncı on illiyində daxil olmuşdur. Təhsil sahəsində tətbiq olunan ənənəvi nəzarət metodlarından fərqli olaraq öyrənilməsini nəzərdə tutur ki, bu da onun nəticələrinə, müqayisəli təhlilinə imkan verir. Praktik olaraq təhsil müəssisəsi üçün hazırlanan hər bir diaqnostik metodika pedaqoji diaqnostika üçün əhəmiyyətli olar. Pedaqoji diaqnostikanın məqsədi, onun fəaliyyətinin mahiyyətini əks etdirən pedaqoji informasiya təyin olunur. Pedaqoji informasiya dedikdə, biz diaqnostika, proqnoz vermə, məqsədəmüvafiq, pedaqoji, kommunikativ, interaktiv, sosial normativ xarakterlə şərtlənən və ümumtəhsil məktəblərində təhsil fəaliyyəti nəticəsində onun subyektlərə tərbiyəvi təsir edən inkişafını nəzərdə tutur.

Bu prinsip iki istiqamətdə həyata keçir: 1) gerçəkliyi olduğu kimi göstərmək, başqa sözlə proqrama zəruri faktları, cisim, hadisə və prosesləri daxil etmək; 2) cisim, hadisə və prosesləri inkişafda, qarşılıqlı əlaqədə göstərmək ki, bu da idrakın dialektikasının tələblərinə uyğun gəlir. Cisim, hadisə və proseslərə aydınlıq gətirilməsi müəyyən olunmuş ümumelmi baxışlara, onlara aid anlayışların məzmununa uyğun olmalı, daha əhəmiyyətli təzahürlərdə gerçəkliyi açmalıdır.

Bütün bu tələblərə əsasən, proqrama təsadüfi məlumatlar deyil, bu sahə üzrə qanunauyğun təzahürlər, zəruri cisim, hadisə və proseslər haqqında materiallar daxil edilir.

Elmilik prinsipi – ayrı-ayrı fənlər üzrə öyrənilən faktların, anlayışlar və qanunauyğunluqlar sisteminin mənbəyi kimi elmə əsaslanmağı nəzərdə tutur, hər şeydən əvvəl qanunauyğunluqlar tədris materialının seçilməsində və təlimin tətbiq olunan metodlarında təzahür edir.

Bu prinsip öyrənilən fakt və hadisələrin doğruluğunu; obyektiv aləmin inkişafının qanunauyğunluqlarının elmi cəhətdən açılmasını; elmlə bir araya gəlməyən nəzəriyyələrin və təsəvvürlərin tənqidini nəzərdə tutur.

Elmilik prinsipinin tələbinə görə, təlimin məzmunu məktəbliləri obyektiv elmi faktlar, nəzəriyyələr və qanunlarla tanış etməli, elmin müasir vəziyyəti barədə təsəvvür yaratmalıdır. Bu prinsip tədris proqramlarında və dərsliklərində, öyrənilmiş materialların seçilməsində öz ifadəsini tapır, elmi axtarış elementlərinin, elmin metodlarının, təlim əməyinin elmi təşkilinin üsullarının şagirdlər tərəfindən öyrənilməsinə şərait yaradır.

Elmilik prinsipi müəllimi problemli situasiyalardan istifadəyə, onları öyrənilən cisim və hadisələrin müxtəlif müşahidələrinə, elmi mübahisələrə qoşulmalarına, şəxsi müşahidələrinin nəticələrinin təhlilinin aparılmasına, öz mövqelərini sübut etmək, alınan nəticələri əsaslandırmaq üçün əlavə elmi məlumat əldə etməyə istiqamətləndirir.

Təlimin prinsipləri bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır və vəhdətdə həyata keçir. Belə ki, təlimdə sistematiklik olmasa, elmilik sadəcə qeyri-mümkündür. Didaktik sistem elmi sistemdən fərqlənir. Ayrı-ayrı fənlər elmin sistemini necə varsa təkrar etmir. Fəqət ona məxsus məntiqi və biliklər sistemini saxlayır. Həmin sistemdə vaxtilə mənimsənilən bilik ondan sonra öyrənilən biliyə yol açır, elmi anlayışlar və ümumi qanunauyğunluqlar arasında daxili bağlılıq əmələ gəlir. Lakin fənn üzrə biliklərin sistemi, tədris illərinə görə materialın bölüşdürülməsi qaydası, məktəblilərin psixoloji xüsusiyyətlərinə və imkanlarına uyğun gəlməlidir.

Elmilik prinsipi müasir elmdə öz əksini möhkəm tapmış və gələcəkdə yalnız zənginləşə və inkişaf edəcək müddəaların öyrənilməsini tələb edir. Məktəblilər (xüsusən yuxarı siniflərdə) fakt və hadisələri öyrənərək, anlayışlara yiyələnərək, hadisələrin inkişafı qanunlarını mənimsəyərək elmi nəzəriyyələri dərk edirlər. Buradan belə bir tələb ortaya çıxır: məktəbliləri ən mühüm elmi nəzəriyyələrlə, elmin və texnikanın müasir nailiyyətləri ilə tanış etmək, şagirdlərin idraki imkanlarının səviyyəsinin artırılması və s. Elmilik prinsipi elmin məzmunu ilə sıx surətdə bağlı olan metodlarla məktəblilərin bələd olması tələbatını meydana çıxarır.

Elmilik prinsipi zehni qüvvə və qabiliyyətləri inkişaf etdirməkdə, təbiət və cəmiyyət hadisələrinə elmi baxışlar aşılamaqda, elmi biliklərə maraq və tələbat yaratmaqda böyük əhəmiyyətə malikdir.
Elmilik prinsipi bir neçə cəhətdə özünü göstərir:
- ətraf aləm haqqında düzgün təsəvvürlər formalaşdırmaq, şagirdləri müşahidəçiliyəalışdırmaq;
- qazanılmış təsəvvürləri, faktiki materialları ümumiləşdirmək əsasında nəticələr çıxartdırmaq;
- nəzəri biliklərin, anlayış və qanunların şüurlu başa düşülməsinə, onların əsasında duran həyat hadisələrinin dərk edilməsinə nail olmaq;
- fənlərarası əlaqə yaratmaq yolu ilə dünyaya bitkin baxış, elmi dünyagörüşü formalaşdırmaq;
- şagirdləri tədricən elmi idraka yaxınlaşdırmaq: müstəqil problemlər qoyub, onların həlli yollarını tapmağa istiqamətləndirmək.
Elmilik prinsipi təlimin təşkilinə bir sıra tələblər verir. O, təlimin bütün sahələrində - həm onun məzmununda (proqram və dərsliklərdə) və metodlarında, həm də şagirdlərin təlim fəaliyyətinin təşkilində gözlənilməlidir.
Orta məktəbdə elmilik prin­sipi demək olar ki, bütün tədris fənlərinin strukturunu və məz­mu­nunu nəzərdən keçirib dəyişdirmişdir. Bu prinsip hər bir fənnin məz­mununda elmin əsas, inkişaf meyllərini əks etdirən və eyni za­man­da müvafiq yaşda olan uşaqların başa düşə biləcəyi aparıcı ide­ya­ları müəyyənləşdirməyi tələb etmişdir. Elmilik prinsipinin həyata ke­çirilməsi şagirdləri elmi üsullarla tanış etmək, onlara tədqiqat üsul­larını, aparılan təcrübələrin köməyi ilə proseslərin inkişafı üzə­rin­də uzun müddətli müşahidələr aparmaq, mənbələri təhlil etmək və s. vasitəsilə müstəqil surətdə bilik əldə etmək yollarını da öyrət­mək məqsədini güdür. Bu sahədə aparılan pedaqoji tədqiqatlar gös­tə­rir ki, həmin istiqamətdə müəllimin məqsədyönlü işi təlimin sə­mərəli olması ilə nəticələnir.

Təlimdə elmilik, sistemlilik, varislik bilik, bacarıq və vər­diş­lərin ardıcıl surətdə in­ki­şafı üçün yalnız yeni biliklər arasında deyil, ha­belə tam, vahid sis­temin ünsürləri olmaq etibarilə əvvəlki biliklər ara­sında da mü­va­fiq əlaqə yaratmaq üçün keçilmiş materiala arxa­lan­maqda səciy­yələnir. Əsl sistem varislik və fənlərarası əlaqələr ya­ra­dılmadan mümkün de­yildir. Sistemlilik materialın ardıcıl surətdə yer­ləşdirilməsi ilə tə­min edilir. Sistematiklik və ardıcıllıq aşağıdakı elmi müddəalara əsas­la­n­ı­r:



  1. Xarici aləm bir-biri ilə qarşılıqlı əlaqədə olan cisim və ha­di­sə­lərin sis­te­mindən ibarətdir. Xarici aləmin mənzərəsi beyində an­caq dəqiq əks (ini­kas) olunan zaman insan həqiqi biliklərə yiyələnir.

  2. Mütəşəkkil qaydada təşkil olunan təlim elmi biliklər sis­te­mi­­ni formalaşdırmağın universal vasitəsi və yoludur.

  3. Elmi biliklər sistemi tədris materialının daxili məntiqi ilə ya­ra­dılır və şagirdlərin idraki imkanları ilə müəyyən olunur.

  4. Təlim prosesində atılan hər bir addım arasında fasilələr, ar­dı­cıllığın pozulması halları və idarə olunmaz momentlər nə qədər az olar­sa, təlim prosesi bir o qədər uğurlu keçər və yüksək nəticələr ve­r­ə­r.

  5. Vərdişlər sistematik tətbiq olunmazsa, öz keyfiyyətlərini iti­rə bilər.

  6. Şagirdləri məntiqi təfəkkürə alışdırmasaq, onlar özlərinin fik­ri fəaliyyətində həmişə çətinlik çəkərlər.

  7. Təlimdə sistem və ardıcıllıq gözlənilməzsə, şagirdlərin inki­şa­fı prosesi ləngiyər.

Təlim metodları, xüsusən müəllimin şərhi, müsahibəsi, şagirdlərin müstəqil fəaliyyəti elmiliyə əsaslanmalıdır.
Diaqnostika nəticəsində informasiyanı almaq üçün diaqnostikanın nə kimi prinsiplərə əsaslanması barədə yuxarıda məlumat verilmişdir.

İnnovasiyalı metod və texnologiyalardan istifadəni arzulamaq azdır, bunu reallaşdırmaq üçün yüksək peşəkarlığa nail olmaq lazımdır. Ona görə də müəllimin, yaxud kollektivin hər şeydən əvvəl yeni texnoloji təcrübənin tətbiqinə peşəkarlıqla yanaşması məsləhət görülür. Bu baxımdan, şəxsiyyətyönümlütəlim sistemi əsasında qurulan metodika daha səciyyəvidir. Əgər müəllim metodikada əks olunan bütün parametrləri icra etmişsə,o, yeni təhsil texnologiyasından, indiki halda şəxsiyyətyönümlü təlimdən istifadə etməyə hazır ola bilər.



Müəllim üçün təzə olan metodikanın tətbiqində təhsil müəssisəsi rəhbərinin mövcud innovasiyaya münasibəti də çox vacib faktordur. Təəssüflə qeyd etmək lazımdır ki, bir çox müəllim yeniliklərin tətbiq edilməsi ilə işlədiyi halda, onun fəaliyyətini yenə də köhnə ölçülərlə qiymətləndirirlər.Məktəb rəhbərləri yeni təlim metodları ilə işləyən müəllimlərin dərsini dinləmək üçün yeni yanaşmaları yüksək səviyyədə mənimsəməlidir.

Əgər məktəb rəhbərləri bir çox parametrlərə görə dərsin təhlilinə hazır deyilsə, onda o yeni metodlarla tanış olmalı, bu növ fəaliyyət üçün şəxsi hazırlığını artırmalıdır.Pedaqoji diaqnostikanın texnologiyasının işlənilməsi prosesində təcrübi nəzəri metodlardan istifadə edilir. Onlara sorğu,müşahidə, müsahibə, anketləşdirmə, təbii və diaqnostik eksperiment, modelləşdirmə və s. daxil edilir. Bu halda diaqnostikanın subyektlərindən alınan informasiyanın etibarlılıq səviyyəsi mühüm əhəmiyyət kəsb edir.Deməli, təlimdə pedaqoji diaqnostikanın metodlarından düzgün və yaradıcı şəkildə istifadənin əhəmiyyəti təkzibolunmazdır(müşahidə,müsahibə,anketsorğusu,testləşdirmə,pedaqoji-psixoloji eksperiment və s.).Məktəbli müvəffəqiyyətinin diaqnostikası baxımından biliyin yoxlanılmasının şifahi, yazılı və test formalarından səmərəli istifadə olunmalıdır. Bu da onu göstərir ki, təhsil sitemində təlimə yararlılığın və intellektual inkişafın diaqnostikası düzgün müəyyənləşdirilməlidir.
Yüklə 28,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə