Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı


Pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri



Yüklə 69,17 Kb.
səhifə2/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   2   3   4   5   6   7   8   9   ...   52
Mövzu 12.

Pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri



Pedaqoji fəaliyyət cəmiyyətin yaşlı üzvlə­rinin məqsədi gənc nəsli tərbiyə etməkdən ibarət olan fəaliyyətidir. Başqa sözlə, pedaqoji fəaliyyət müəllimin təlim, tərbiyə, inkişaf, şagirdlərin təşkili zamanı cəmiyyət tərəfindən irəli sürülən sifarişə müvafiq olaraq mək­təblilərdə şəxsiyyətin keyfiyyətinin formalaşmasına yönəl­dilmiş peşə fəallığından ibarətdir.

Pedaqoji fəaliyyət mürəkkəb fəaliyyətdir. Onun müx­təlif cəhətləri diqqəti cəlb edir. Ona görə də pedaqoji fəaliyyət pedaqoji elmlərin müxtəlif sahələri tərəfindən öyrənilir, tədqiq olunur. Burada birinci növbədə müəllim əməyinin psixoloji qanu­nauyğunluqları diqqəti cəlb edir. Ona görə də pedaqoji fəaliyyətin psixologiyasından danı­şarkən müəllim əməyinin, müəllimin cəmiyyət tərəfindən irəli sürülən məqsədləri və pedaqoji fəaliyyət sis­temini necə qavraması və həyata keçirməsi, konkret şəraitdən asılı olaraq öz fəaliyyətinin vəzifə, forma və metodlarının aktuallığını necə dərk etməsinin psixoloji qanunauy­ğunluqlarını öyrənən psixoloji bilik sahəsini nəzərdə tuturuq. Bu bilik sahəsi ümumiyyətlə fəaliyyətin psixoloji qanunauy­ğunluqlarına istinad edir, özünün strukturunu müəy­yənləşdirərkən həmin qanunauyğun­luqlardan qidala­nır. Fəaliyyət haqqında mövcud biliklərə istinad et­miş olsaq, pedaqoji fəaliyyətin strukturunda aşa­ğıdakı cəhətləri ayırd edə bilərik:

1) pedaqoji fəaliyyətin motivləri - insan yetiş­dirməklə əlaqədar ictimai tələbat;

2) pedaqoji fəaliyyətin məqsədi ─ cəmiyyət üzv­lərinin tərbiyəsi;

3) pedaqoji fəaliyyətin predmeti ─ insan (yaş­lı və uşaq). Fəaliyyətin başqa növlərindən fərqli olaraq pedaqoji fəaliyyətin predmeti özünəməxsus xüsusiyyətə malikdir. Burada əsas cəhət ondan iba­rətdir ki, uşaq öz fəaliyyətinin həm obyekti, həm də subyekti kimi çıxış edir;

4) müəyyən iş və əməliyyatların məcmuundan ibarət olan fəaliyyətin özü ─ ayrı-ayrı öyrədici, in­kişafetdirici və tərbiyələndirici iş və əməliyyatlar;

5) pedaqoji fəaliyyətin vasitələri ─ məktəbdə təlim və tərbiyənin məzmunu, forması və metodları;

6) pedaqoji fəaliyyətin şəraiti ─ cəmiyyətin böyüməkdə olan gənc nəslin tərbiyəsinə qayğısı, mək­təbin maddi cəhətdən təchiz olunması, məktəbin pe­daqoji kollektivindəki birlik, məktəbə lazımı səviyyədə rəhbərlik etmək və s.;

7) pedaqoji fəaliyyətin nəticəsi ─ şagird şəxsiyyətinin əlamət və keyfiyyətlərinin formalaş­ması.

Bu cəhətlərin hər biri pedaqoji fəaliyyətin səmərəliliyi üçün əsas amil rolunu oynayır. Məhz buna görə də onların hər biri pedaqoji fəaliyyətin tələblərinə uyğun səviyyədə olmalıdır. Eyni zamanda pedaqoji fəaliyyət bu cəhətlərə malik olmadan bir fəaliyyət kimi təzahür edə bilməz.

Müəllim əməyi çoxcəhətli psixi reallıqdır. Burada bir-biri ilə vəhdətdə olan üç cəhət diqqəti xüsusi olaraq cəlb edir. Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllim şəxsiyyətinin xüsusiy­yətlərindən ibarətdir. Onlar vahid məqsədə ─ cəmiy­yətin sosial sifarişini həyata keçirməyə yönəlsələr də bir-birini təkrar etmirlər. Belə ki, pedaqoji fəaliyyət müəllimin şagirdlərə təsirini (eləcə də şagirdlərin müəllimə təsirini) əhatə edir. Peda­qoji ünsiyyət ─ birgə fəaliyyət zamanı müəllim və şagirdlərin əməkdaşlığından ibarətdir. Pedaqoji fəaliyyəti, pedaqoji ünsiyyəti müəllim şəxsiyyə­tindən kənarda nəzərdən keçirmək mümkün deyildir.

Müəllimin şəxsiyyəti onun əməyinin sosial is­tiqamətini müəyyən edən əsas amildir. Qeyd olunan cəhətlərin hər üçü müəllim əməyinin gedişi zamanı bir-biri ilə mürəkkəb dialektik əlaqədə olmaqla, onlardan hər biri gah zəmin, gah vasitə, gah da inkişafın nəticəsi kimi özünü göstərir.

Psixoloji tədqiqatlar əsasında müəyyən edil­mişdir ki, pedaqoji fəaliyyət zamanı müəllim bir deyil, bir neçə məqsəd və vəzifəni yerinə yetirir. Psixoloqlar həmin məqsədlərin aşağıdakı təsnifini vermişlər: 1) cəmiyyətin sosial sifarişindən doğan ümumi ilkin məqsədlər, 2) təlim fənninin spesifik­liyindən irəli gələn konstruktiv məqsədlər, 3) sin­fin konkret tərkibi ilə bağlı olan operativ peda­qoji məqsədlər.



Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə