Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı


İstiqamətləndirici bacarıq və vərdişlər



Yüklə 69,17 Kb.
səhifə14/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   ...   10   11   12   13   14   15   16   17   ...   52
Mövzu 12.

İstiqamətləndirici bacarıq və vərdişlər:

- elmi dünyagörüşü, təbiət və əməyə düzgün mü­nasibəti təşəkkül etdirmək;

- şagirdlərdə tədris fəaliyyətinə və elmə, məhsuldar əməyə və cəmiyyətin tələblərinə, öz şəxsi istiqamət və imkanlarına uyğun peşəyə davamlı maraq aşılamaq;

- şagirdlərin yüksək əxlaqi ideallar ruhunda humanist, estetik və ideya-siyasi tərbiyəsini həyata keçirmək.

Müəllimin bu cür pedaqoji bacarıq və vərdiş­ləri onun ümumi bacarıqları ilə birlikdə pedaqoji fəaliyyəti müvəf­fəqiyyətlə həyata keçirməsinə imkan verir. Bu cür bacarıq və vərdişlər pedaqoji fəaliy­yət prosesində forma­laşmaqla yanaşı, həmin fəaliy­yətin səmərəli təşkilini təmin edir. Pedaqoji baca­rıq və vərdişlər qabiliyyət səviyyəsinə yük­səldikdə pedaqoji fəaliyyətin müvəffəqiyyətlə icrası üçün əsas amilə çevrilir.

Müəllimin təlim və tərbiyə prosesində yüksək gös­təricilər əldə etməsi onun pedaqoji qabiliyyət­lərinin inki­şafından asılıdır. Pedaqoji qabiliy­yətlərin inkişafı müəllimin şəxsiyyətində peda­qoji fəaliyyəti müvəffəqiyyətlə icra etmək üçün zəruri olan fərdi psixi xassələrin formalaş­ma­sına səbəb olur.

Bütün pedaqoji qabiliyyətləri şərti olaraq üç qrupda birləşdirmək olar: şəxsi qabiliyyətlər, didaktik qabiliy­yətlər, təşkilatı-kommunikativ qabiliyyətlər.


Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə