MikroorqanizmləRDƏ qicqirma prosesi


Propion turşusuna qıcqırma



Yüklə 21,02 Kb.
səhifə5/8
tarix02.01.2022
ölçüsü21,02 Kb.
#35912
1   2   3   4   5   6   7   8
qıcqırma prosesi

Propion turşusuna qıcqırma.

Bu qıcqırma anaerob propion turşusu bakteriyaları tərəfindən törədilir. Bunlar qısa, hərəkətsiz, spor əmələgətirməyən, qram-müsbət çöplərdir. Onların inkişafı üçün optimal temperatura 30-35°C-dir. Bu bakteriyalar şəkəri və süd turşusunu asanlıqla qıcqırdaraq onları propian və sirkə turşusuna çevirir və bu proses karbon qazı və suyun əmələ gəlməsi ilə müşaiyət olunur:

3C6H12O6=4CH3CH2COOH+2CH3COOH+2CO2+2H2O+X kkal

Bu qrup bakteriyaların tipik nümayəndəsi – Bact. acidi propionisi süddə və bərk pendirdə inkişaf edir. Bəzi propion turşusu bakteriyaları, məsələn, Propionisi bacteriumchermani B12 vitaminin alınmasıüçün istifadə edilir. Sellülozanın və pektin maddələrinin yağ turşusuna parçalanması. a) Sellüloza. Mürəkkəb polisaxaridlərdən olan sellüloza, çətin parçalanan maddələrə aiddir.Lakin bakteriyaların və bəzi göbələklərin əmələ gətirdiyi sellüloza və sellobiaza kimifermentlərin təsiri ilə bu birləşmə sadəşəkərlərə qədər hidroliz olunur. Sellülozanın anaerob qıcqırması zamanıyağ turşusu, sirkə turşusu etil spirti, CO2, H2 və metan alınır. Prosesdə iştirak edən bakteriyalar rus alimi V.L.Omelyanski (1895) tərəfindən öyrənilmiş və burada iki növ bakteriyaların iştirakı müəyyən edilmişdir. 1) Bac. cellulosal. hydro genicus – sporlu çöpşəkilli bakteriyadır, bu sellülozanın qıcqırması zamanı son məhsul kimi hidrogen əmələ gətirir. 2) Bac. cellulosal. methanicus – xarici görünüşünə görə birinci növü xatırladır, lakin kiçikdir. Bu bakteriyanın iştirakı ilə sellüloza qıcqırarkən çoxlu metan əmələ gəlir. b) Pektin maddələri.Pektin maddələri insanların qidalanmasıüçün əhəmiyyətli olan polişəkərlər aiddir. Pektinli maddələr bitki toxumalarının quruluşunda, xüsusilə hüceyrələrarası lövhəəmələ gətirməklə hüceyrələri bir-birinə yapışdırır və hüceyrə qılafının tərkibinə daxil olurlar. Onlara bitkinin bir çox orqanlarında, meyvələrində (alma, armud, üzüm), kök yumrularında (çuğundur, yerkökü), portağal qabığında rast gəlmək olur. Nisbətən möhkəm üzvi maddə olan pektin pektinaza və propektinaza əmələ gətirən mikroorqanizmlərin köməyi iləüzvi turşular, xüsusilə sirkə, yağ, qarışqa turşuları, metil spirti, CO2, H2 kimi sadə birləşmələrə parçalanır. Pektin maddələrinin qıcqırmasınıəmələ gətirən Clost.pectinovorum (pektin maddələrini əsasən yağ turşusuna qədər parçalayır) və Cl. felsineum (əsasən bu maddələri parçalayarkən sirkə turşusu əmələ gətirir). Bu bakteriyalar obliqat anaerobdurlar. Bunlar iri, hərəkətli çöplərdən ibarət olub, çöpün sonunda dairəvi və dəyirmi formalı sporlar əmələ gətirirlər. Pektinli qıcqırma böyük praktik əhəmiyyətə malikdir. Bundan kətan, kəndir və digər bitkilərin isladılmasında istifadə edilir.




Yüklə 21,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə