Microsoft Word mulki huquq doc


§ 4. Mülki qanunvericiliyin hüquqi qüvv



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə6/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   2   3   4   5   6   7   8   9   ...   1820
ümumi hüquq deyilir. Ümumi hüquqa daxildir: 

 konstitusiya (dövlət) hüququ; 



 inzibati hüquq; 

 maliyyə hüququ; 



 cinayət hüququ; 

 cinayət-prosessual hüququ; 



 mülki-prosessual hüquq; 

 ekologiya hüququ. 



Xüsusi hüquq əsasən hakimiyyət səlahiyyətlərinə malik olmayan, azad və bərabər hüquqlu mülkiyyətzi kimi 

çıxış edən şəxslərin - fiziki və hüquqi şəxslərin mənafeyinə xidmət edərək, onların tələbatını ödəyir və təmin 

edir. Bu hüquqa istehsal və mübadilə prosesində xüsusi mülkiyyətzilərin münasibətlərini və mənafelərini qoru-

yan,  nizama  salan  hüquq  normaları  daxildir.  Xüsusi  hüquq  azad  bazar  münasibətlərinin  mənafeyini  müdafiə 

edir. Ümumi hüquq isə dövlət hakimiyyət və icra orqanlarının fəaliyyət qaydasını, parlamentlərin, digər nüma-

yəndəlik və hökumət orqanlarının təşkilini və işini, ədalət mühakiməsinin həyata kezirilməsini, müvcud qurulu-

ş

a qarşı edilən qəsdlərlə mübarizəni nizama salan normalardan ibarətdir. ßgər bütün hüquq münasibətlərində tə-



rəflərdən biri kimi dövlət çıxış edərsə, burada söhbət ancaq ümumi hüquqdan gedə bilər. Ümumi hüquq haki-

miyyət və tabezilik sahəsinə aid olan hüquqdur. Xüsusi hüquq isə azad təşəbbüskarlıq sahəsini ifadə edir. 

Xüsusi hüquq, hər şeydən əvvəl, xüsusi mülkiyyət institutunun yaranması və inkişafı ilə, habelə bu institut 

ə

sasında yaranan münasibətlərin inkişafı ilə bağlıdır. Tarixən «xüsusi hüquq xüsusi mülkiyyətlə eyni vaxtda in-



kişaf edir». Bazar sistemi subyektlərinin ümumi bərabərliyi və hüquqi müdafiəsi, sahibkarlıq, iqtisadi azadlıq, 

xüsusi mülkiyyət sivil dünyanın tanıdıüı və qəbul etdiyi vətəndaş cəmiyyətinin ayrılmaz atributlarıdır. Bu atri-

butlar, ələlxüsus da xüsusi mülkiyyət xüsusi hüquqla bilavasitə baülı və əlaqəlidir. Xüsusi hüquq istehsal vasitə-

ləri və üsulları üzərində xüsusi mülkiyyətə və əmtəə təsərrüfatına əsaslanır. Bu hüquq mülkiyyətzilərin xüsusi 

mənafeyini, müstəqilliyini və təşəbbüskarlıüını təmin edir. 

Ümumi və xüsusi hüququ bir-birindən ayırmaq olmaz. Hüquq sistemində onlar bir-biri ilə sıx surətdə birləş-

miş əlaqədədir. Xüsusi hüquq ümumi hüquqa əsaslanır və ona söykənir. Ümumi hüquq olmadan xüsusi hüquq 

fəaliyyət göstərə bilməz. O, xüsusi hüququ müdafiə etmək və qorumaq məqsədinə xidmət edir. Onlar bir-biri ilə 

üzvi surətdə qarşılıqlı əlaqədə olub, hüquq sistemini təşkil edir. 

Xüsusi  və  ümumi  hüquq  arasındakı  münasibətlərin  xüsusi  aspektləri  sovet  düvrünün  tanınmış  alimi 

M.M.Aqarkov tərəfindən 1920-ci ildə nəşr edilən geniş məqalədə əsaslı surətdə işıqlandırılmışdır. Bu məqalə 

1992-ci ildə «Pravovedenie» æurnalının birinci və ikinci nömrələrində yenidən dərú edilmişdir. M.M.Aqarkov 

göstərirdi ki, ümumi hüquq dövlət hakimiyyəti ilə, xüsusi hüquq isə xüsusi təşəbbüskarlıqla baülı olan hüquq-

dur.  


Hüququn  bu  cür  iki  sahəsinin  fərqləndirilməsinə  dəlalət  edən  meyarların  müəyyənləşdirilməsinə  o  dövrdə 

sovet hüquq ədəbiyyatında xüsusi cəhd göstərilirdi. Müəlliflərdən B.B.×erepaxin qeyd edirdi ki, tənzim olunan 

münasibətə hüququn göstərdiyi təsirin üsul və xarakteri ümumi hüququ xüsusi hüquqdan fərqləndirməyə imkan 

verən əsas meyardır. Dövlət idarəziliyi sahəsində yaranan münasibətlər iyerarxiya (aşaüıdakıların yuxarılara ta-

beziliyi) prinsipinə əsaslanır. Ona görə də bu münasibətlər ümumi hüququn nizamasalma predmetinə daxildir. 

Iqtisadiyyat, hər şeydən əvvəl əmtəə-mal mübadiləsi sahəsində yaranan münasibətlər isə iştirakzıların müstəqil-

liyi və sərbəstliyi prinsipi üzərində qurulur. Ona görə də bu münasibətlər xüsusi hüquqla qaydaya salınır və tən-



 

zimlənir. 



Müəlliflərdən S.S.Alekseyevin fikrincə, hüquqi inkişafda əsas rolu xüsusi hüquq oynayır. Xüsusi hüquq bu 

sahədə ümumi hüquq institutlarını üstələyir. O qeyd edir ki, xüsusi hüquq əsasən «bazar hüququdur». Ona görə 

də bu hüquq MDB zərzivəsində vahid hüquqi məkan yaradılmasında vacib rol oynaya bilər. Belə ki, bazar prin-

sip etibarilə dövlətlərarası sərhədlər tanımır. 

Xüsusi hüquq təsərrüfatın bazar iqtisadiyyatı qaydasında təşkilinə əsaslanan hüquq sisteminin bazasını təşkil 

edir. Bu hüquq bütün sivil və qabaqcıl hüquq sistemlərində əmlakın mənsubiyyəti və ya əmlakdan istifadə edil-

məsi üzrə müxtəlif münasibətləri (mülkiyyət, icarə, kirayə, lizinq və s. münasibətləri), yəni əmlak münasibətlə-

rini nizama salır. Bu münasibətlərdə iştirak edən subyektlər hüquq bərabərliyinə malikdirlər. Həmin müna-

sibətlər iyerarxiya (yunanca hierarchia — «hieros» müqəddəs + «arche» hakimiyyət) tabeziliyi, hakimiyyət-ta-

bezilik prinsipi üzrə qurulmur. Iştirakzıları bərabər hüquqa malik olmayan əmlak münasibətləri xüsusi hüququn 

nizamasalma predmetini təşkil etmir. Məsələn, hüquq pozuntusuna görə cərimənin alınması və ya vergi yıüıl-

ması yolu ilə dövlət büdcəsinin formalaşdırılması zamanı da əmlak münasibətləri  yaranır. Bu münasibətlərdə 

çıxış edən iştirakzılar bərabər hüquqa malik deyillər. Burada tərəflərin iradə azadlıüını istisna edən hakimiyyət 

— tabezilik münasibətləri var. Belə ki, cərimə alınması əsasında yaranan əmlak münasibətində dövlət yol polisi 

və yol hərəkəti qaydalarını pozan sürücü çıxış edir. Vergi yıüılması ilə əlaqədar yaranan əmlak münasibətinin 

iştirakzıları isə dövlət və vergi ödəyiciləridir (fiziki və hüquqi şəxslərdir). Bu cür əmlak münasibətləri hakimiy-

yət-iyerarxiya tabeziliyinə əsaslanır. Tərəflər arasında hakimiyyət-iyerarxiya tabeziliyinə əsaslanan bu cür mü-

nasibətlər, həmzinin digər vergi və ya başqa maliyyə münasibətləri xüsusi hüququn yox, inzibati və maliyyə hü-

ququnun, başqa sözlə desək, ümumi hüququn nizamasalma predmetini təşkil edir. Deməli, iştirakzıları bərabər 

hüquqa malik olan əmlak münasibətləri xüsusi münasibətlər hesab olunur. Bu münasibətlər xüsusi hüququn ni-

zamasalma predmetinə daxildir. Dəyişmə, alqı-satqı, daşıma, podrat, icarə, kirayə və digər müqavilələrdə tərəf-

lər bərabər hüquqlara malikdirlər. Bu müqavilələrlə əlaqədar yaranan əmlak münasibətləri xüsusi hüquq müna-

sibətləri sayılır. 

Qədim Romada xüsusi hüquq dedikdə, ayrı-ayrı şəxslərin digər şəxslərlə qarşılıqlı münasibətlərində onların 

mənafeyini müdafiə edən hüquq normalarının sistemi başa düşülürdü. Xüsusi hüquq sahəsinə mülkiyyət, vərə-

səlik, öhdəlik, ailə və digər münasibətlər daxil idi. XII cədvəl qanunlarında göstərilirdi ki, şəxs borc müqaviləsi 

baüladıüı və mülkiyyətzi olduüu hallarda, onun şifahi sərəncamı hüquq norması kimi qəbul edilir. Roma hüquq-

ş

ünaslarına görə, xüsusi hüquq üz sahəyə bölünür: Roma dövlətində yaşayan şəxslər arasında şəxsi hüquqları və 



şə

xsi münasibətləri tənzimləyən hüquq normalarına; şəxslər arasında əmlak münasibətlərini nizama salan hü-

quq normalarına; şəxsi və əmlak xarakterli subyektiv hüquqların müdafiəsini təmin edən hüquq normalarına. 

Roma xüsusi hüququ bir az əvvəldə güstərdiyimiz kimi, üz tarixi hüquq sistemini əhatə edirdi: sivil hüququnu; 

pretor hüququnu; xalqlar hüququnu. Bu hüquq, ələlxüsus bizim eradan əvvəl axırıncı əsrlərdə və bizim eranın 

II-III  əsrlərində  daha  intensiv  surətdə  inkişaf  etmişdir.  Roma  xüsusi  hüququ  sözün  əsl  mənasında  hüquqi 

mücüzə idi. O, bütün zamanlarda hüquq mədəniyyətinin və incəsənətinin öz əhəmiyyətini itirməyən böyük əsə-

ridir. Roma hüququ müəyyən mənada bəşəriyyətin hüquqi tərəqqisini təyin edir və şərtləndirir. O, dünyanın şah 

ə

səri olmaqla insan aülı və zəkasının nəticəsidir. 



Beləliklə, xüsusi hüquq odur ki, bu hüquq özündə fiziki və ya hüquqi şəxslər arasında yaranan münasibətlə-

ri tənzimləyən hüquq normalarını birləşdirir. Bu hüquq müstəqil bazar subyektlərinin mənafeyini müdafiə edir. 

ßmtəə istehsalı və mübadiləsi prosesində xüsusi mülkiyyətzilər arasında əmələ gələn münasibətləri qaydaya sa-

lan və tənzimləyən hüquq normaları xüsusi hüququn əsasını təşkil edir. Onun əsas funksiyası maddi və qeyri-

maddi (ideal) nemətləri bölüşdürməkdən, bu nemətlərin müəyyən subyektlərə verilməsini hüquqi cəhətdən tə-

min etməkdən ibarətdir. 




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə