Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə15/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   11   12   13   14   15   16   17   18   ...   1820
Beynəlxalq xüsusi hüquq xüsusi hüquq sisteminin bir hissəsini təşkil edir. O, daxili milli hüququn spesifik 

sahəsidir.  Beynəlxalq  xüsusi  hüquq  beynəlxalq  xarakterli  mülki  (əmlak),  ailə-nikah  və  əmək  münasibətlərini 

tənzimləyən hüquq normalarının məcmusudur. Üstünlük təşkil edən müvcud konsepsiyaya görə, bu sahə hər bir 

dövlətin daxili hüquq sisteminin tərkib hissəsidir. Beynəlxalq xüsusi hüququn nizamasalma predmetini beynəl-

xalq həyatda yaranan mülki xarakterli münasibətlər təşkil edir. Bunu bəzən beynəlxalq mülki münasibətlər də 

adlandırırlar. Sovet dövründə «xarici elementli» xüsusi münasibətləri tənzimləmək məqsədi ilə beynəlxalq xüsu-

si hüququn ayrılmasına təşəbbüs göstərilmişdir. O, sovet sivilistikasının «ailəsinə» daxil idi. Bundan əlavə, nəzə-

riyyədə bəzi vaxtlarda beynəlxalq xüsusi hüquq mülki hüququn tərkib hissəsi (yarımsahəsi) kimi nəzərdən keziri-

lirdi. Kontinental Avropa hüququnda beynəlxalq xüsusi hüquq mülki hüququn tərkib hissəsi (yarımsahəsi) sayılır.  

Beynəlxalq  xüsusi  hüquq  adının  (private  international  law)  işlədilməsini  ilk  dəfə  olaraq  1834-cü  ildə  Con 

Stori təklif etmişdir. XX əsrdə ingilis-amerikan doktrinasında bu terminlə bərabər, həm də «münaqişə hüququ» 

(conflict  of  law)  terminindən  istifadə  olunur.  Avropa  dövlətlərində  XIX  əsrin  40-cı  illərindən  başlayaraq  hər 

yerdə  «beynəlxalq  xüsusi  hüquq»  termini  (fransızca  droit  international  prive,  almanca  internationales 

privatrecht və s.) tətbiq edilir.  

ßvvəllər sovet hüququ ədəbiyyatında «beynəlxalq xüsusi hüquq» terminindən istifadə olunması əleyhinə fi-

kirlər söylənilirdi. Bu fikrin doüru və inandırıcı olmaması hüququn ümumi və xüsusi hüquqa bölünməməsi ilə 

izah olunur və əsaslandırılırdı. 

Beynəlxalq xüsusi hüquq özünün əsas hüquqi parametrlərinə görə həmişə xüsusi hüquq xarakterinə və təbiə-

tinə malik olmuşdur. Qabaqcıl və sivil hüquq sistemlərində də hez bir vaxt beynəlxalq xüsusi hüquq özünün xü-

susi  hüquq  xarakterini  itirməmişdir.  Biz  beynəlxalq  xüsusi  hüququ  mülki  hüququn  yarımsahəsi  hesab  edirik. 



1   ...   11   12   13   14   15   16   17   18   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə