Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə13/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   9   10   11   12   13   14   15   16   ...   1820
nunvericiliyi vahid xüsusi hüquq yolu ilə inkişaf edir, mülki hüquq isə kommersiyalaşdırılır (kommersi-

yalaşdırma), yəni özündə ticarət (kommersiya) dövriyyəsini tənzimləyən normaları birləşdirir. Həmin normala-

rın məcmusu kommersiya hüququ adlanır. 



Xüsusi hüququn sistemi dedikdə, onun tərkibinə daxil olan hüquq sahələrinin məcmusu və birliyi başa dü-

ş

ülür. Şübhəsiz ki, xüsusi hüquqa xüsusi münasibətləri qaydaya salan hüquq sahələri aiddir. Qeyd etmək lazım-



dır ki, hər bir ölkədə xüsusi hüququn sistemi tarixi-ictimai, sosial-siyasi, ictimai-iqtisadi, hüquq sisteminin milli 

xüsusiyyətləri və digər amillərdən asılı olaraq müəyyən edilir. Hez kəsə sirr deyildir ki, təmiz şəkildə və mütləq 

xarakterli ümumi hüquq sahəsi və ya xüsusi hüquq sahəsi yoxdur. Ümumi hüququn elementləri xüsusi hüquqa 

daxil olan sahələrdə təzahür edə bilər və yaxud əksinə, xüsusi hüququn elementlərinə ümumi hüquqa şamil edi-

lən sahələrdə rast gəlmək olar. Məsələn, mülki hüququn tərkib hissəsi olan ailə hüququ xüsusi hüquqa daxil edi-

lir (şübhəsiz ki, birbaşa yox, mülki hüququn vasitəsi ilə). Amma ailə hüququnda məhkəmə qaydasında nikahın 

pozulması, məhkəmə qaydasında valideynlik hüququndan məhrumetmə, məhkəmə qaydasında aliment alma ki-

mi elementlər ümumi hüquq elementləri hesab olunur. Ekologiya hüququnu biz ümumi hüquq sahəsinə aid et-

mişik. Lakin torpaüın alqı-satqısı, baüışlanması, vərəsəlik üzrə kezməsi, icarəyə verilməsi, girov qoyulması və 



 

digər əqdlər xüsusi hüquq elementləri hesab olunur. Bu cür münasibətlər xüsusi (mülki) hüquqla tənzimlənir. 



Söylədiklərimizdən belə nəticə zıxara bilərik ki, bu və ya digər hüquq sahəsini mütləq qaydada və təmiz şəkildə 

ümumi və yaxud xüsusi hüquqa daxil etmək mümkün deyil. Ümumi hüququn elementləri ilə xüsusi hüququn 

elementləri  arasındakı  münasibət  təsərrüfat  şəraitindən  və  həmin  şəraitin  (dövrün)  psixologiyasından  asılıdır. 

Xüsusi hüquqla ümumi hüquq arasında sərhədlər tarixən dəyişkən və dinamikdir. Məsələn, RF-də sovet döv-

ründə torpaq hüququ ümumi hüquq sferasına daxil idi. Həmin dövrdə torpaq üzərində dövlətin müstəsna mül-

kiyyət hüququ vardı. Buna görə də torpaq dövriyyədən zıxarılmışdı və müxtəlif əqdlərin (alqı-satqının, baüışla-

manın, vəsiyyətin, girovun, icarənin və s.) predmeti ola bilməzdi. RF-də kezən əsrin 90-cı illərinin əvvəllərin-

dən başlayaraq yaranan bazar iqtisadiyyatı şəraitində, habelə həyata kezirilən torpaq islahatı nəticəsində dövlə-

tin torpaq üzərində müstəsna mülkiyyət hüququ ləüv edilmişdir. Indi RF-in qanunvericiliyinə görə torpaq həm 

də vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətində ola bilər. Onlar öz mülahizələri üzrə torpaq üzərində 

qanunla  qadaüan  edilməyən  istənilən  mülki-hüquqi  əqdlər  baülaya  bilərlər.  Beləliklə,  RF-də  torpaq  üzərində 

xüsusi mülkiyyət hüququnun təsbit olunması torpaq hüququnun xarakterinə prinsipial təsir göstərmişdir. Belə 

ki, RF-in torpaq hüququ özünün ümumi hüquq elementlərini saxlamasına baxmayaraq, müasir dövrdə xüsusi 

hüquqa şamil edilir. 

Tarixi  inkişafın  gedişində  bəzi  sahələrdə  ümumi  hüquqla  xüsusi  hüquq  arasında  sərhədlər  silinib  aradan 

çıxır. Bunun nəticəsində qarışıq ümumi hüquq münasibətləri (və ya institutları) və ya xüsusi hüquq münasibət-

ləri (və ya institutları) yaranır. Bundan əlavə, ümumi hüququn və xüsusi hüququn sistemi dövlətin hüquqyarat-

ma fəaliyyəti kimi subyektiv faktordan da müəyyən dərəcədə asılıdır. Bu faktor ümumi və xüsusi hüquq arasın-

dakı münasibətə əhəmiyyətli dərəcədə təsir göstərir. Ona görə də həm ümumi hüquqa, həm də xüsusi hüquqa 

daxil olan hüquq sahələrinin qəti formada təsnifini vermək qeyri-mümkündür.  

Beləliklə, yuxarıda söylədiyimiz fikirləri nəzərə alaraq Azərbaycan Respublikasının xüsusi hüququnun siste-

mini müəyyənləşdirə bilərik. Söhbət xüsusi hüquqa daxil olan müstəqil hüquq sahələrindən gedir. Xüsusi hü-




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə