Metodlardan istifadə bizə nə kimi üstünlüklər yaradır?



Yüklə 44,53 Kb.
tarix02.01.2022
ölçüsü44,53 Kb.
#44577
metods


METODLAR-Ümümiyyətlə proqramlaşdırmada çox geniş istifadə olunan bir anlayışdır.Metod təkrar istifadə oluna bilən kod blokudur.

Metodlardan istifadə bizə nə kimi üstünlüklər yaradır?

Metodlar eyni kodun və ya alqoritmin təkrarlanmasının qarşısını alır.Tərtib etdiyiniz proqram təminatının daha anlaşıqlı və oxunaqlı olmasına imkan yaradır.Eyni kod blokunun ayrı ayrı nöqtələrdə istifadəsinə şərait yaradır.Metod sayəsində bir nöqtədən idarəetmə prinsipinə də əməl etmiş oluruq.Məsələn bir metodumuz bir neçə yerdə çağrılaraq istifadə olunursa metodu dəyişdiyimiz zaman istifadəə olunduğu nöqtələrdə də dəyişilir.Əslində metodun özü də bir funksiyadır.Funksiya azad şəkildə istifadə oluna bilər.Metod isə hər hansı bir obyektin funksiyası kimi də izah oluna bilər.Məsələn bir class daxilində yazılmış metod bu classdan yaradılan obyektlərdə də istifadə oluna bilər.Məhz C# dili də obyekt yönümlü proqramlaşdırmaya əsaslandığı üçün burda hər bir elementə obyekt kimi baxılır.Bu obyektlərin funksiyalarını isə biz metod adlandırırıq.

Metod bizə struktur olaraq da dəstək olur.Məsələn hər hansı bir proses sizin proqram təminatınızda ən azı iki dəfə istifadə olunarsa bu zaman həmin hissəni metod şəklinə salmağınız daha əlverişlidir.

C#-da metod necə yazılır

11-ci sətrdə göründüyü kimi bizim Vurma adlı bir metodumuz var.İlk öncə burada static açar sözünü görürsünüz.Bu barədə irəlidəki mövzülarda bəhs edəcəyik.Deməli metodun geriyə qaytardığı tip yazılır metodun adı qeyd edildikdən parameter list açılaraq metodun qəbul etdiyi parametrlər və onların tipi qeyd olunur.Sonda isə kod bloku açılaraq icra olunacaq proses qeyd olunur.Bizim nümünədə vurma əməliyyatı yerinə yetirilir və cavab int tipindən geri qaytarılır.

Metodun adlandırılması zamanı ilk xarakter rəqəm olmamalıdır.Simvoldan istifadə etmək də olmaz.Metodun adı metodun daxilində baş verən əməliyyatla məntiqi uyum içində olmalıdır.Sintaksis olaraq istənilən ad verilə bilər lakin məntiqi uyğunluq gözlənməlidir.

Parametr arqument anlayışları,return açar sözü və void metodlar

(1.2)

9-cü sətirdə qeyd olunan 4 və 5 dəyərləri arqument sayılır.Arqument parametrlərə göndərilən dəyərlərdir.Burada diqqət olunmalı olan nüans arqumentin tipinin parametrin tipinə uyğun olmasıdır.

Parametr dedikdə isə funksiyanın özünə qəbul edib kod blokunun daxilində istifadə etdiyi dəyişənlər başa düşülür.

Return açar sözünü izah etməzdən öncə metodları iki hissəyə bölək.Ümümiyyətlə metodlar geriyə dəyər qaytarmasına görə iki yerə bölünür.



Geriyə dəyər qaytarmayan metodlar yəni return tipi olmayan metodlara biz void metodlar deyəcəyik.

Digəri isə bizim yenicə tanış olduğumuz qeyd olunan tipdə dəyər qaytaran metodlardır.Məsələn 1.2 -də qeyd olunan Vurma funksiyasında 13-cü sətr vasitəsilə int tipindən bir dəyər geri qayıdır.
Yüklə 44,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə